Bismillahir-Rəhmanir-Rəhim
Cənab Imam Əli həzrətlərindən söylənən hədis:
“Əgər himayə altında olan bir quzu Ərəbistan səhrasında bir qurdun təcavüzünə məruz qalırsa, bu cinayətdə sorumlu xəlifədir”
Cənab Prezident!
Son illərdə mənə qarşı olan, normal insanın ağlına sığmayan, haqsızlıqlara, ünvanıma olmuş həqiqətlər kimi, sifarişlə, qərəzli məkirli niyyətlərlə ardıcıl olaraq yüksək kürsülərdən, televiziya ekranlarından, KIV-nin səhifələrindən, tarix kitablarından xalqa deyilən yalanlara etiraz əlaməti olarq ünvanınıza tərəfinizdən cavabsız qalan çoxsaylı məktublar göndərərək, şəxsiyyətimə qarşı törədilən mənəvi, fiziki terrorun qarşısını almağı, dayandırmağı, qüvvədə olan ölkə konstitusiyasında təsbit olunmuş vətəndaşların hüquqi toxunulmazlığının və təhlükəsizliyinin ən yüksək qarantı kimi sizdən ummuşam. Lakin qüvvədə olan Ali qanunların və sizin vaxtaşırı keçirdiyiniz müxtəlif dövlət və hökumət tədbirlərində verdiyiniz vədlərin tam əksinə olaraq, ətrafınızı sarmış bəzi çox səviyyəsiz, yaltaq və kəmsavad, təyinatlı deputatların, rüşvətxor, qudurğan, harın məmurların təqib, təhqirlərindən sonra növbəti məktubu sizə göndərməyə məni vadar edən, sizin ailəlikcə Müqəddəs Kəbə evinə Ümrə ziyarəti etməyiniz oldu. Diqqət yetirsəniz, sizə göndərdiyim bu məktubu iki dünyanı yoxdan var edən Uca Rəhman Rəhim, mütləq ədalət sahibi, bir olan Haqq Allahın müqəddəs-mübarək Adı ilə başlamışam. Yaratdığı hər qulun qəlbini bir Uca Allah və bir də həmin qulun özü bilir.
Sizin Uca Allaha olan inamınıza, Onun bir olan birliyinə sidq-ürəkdən iman gətirərək o müqəddəs-mübarək Kəbə evini ziyarət etməyinizə, mənim bir iman və ibadət əhli olaraq şəkk gətirməyə, əstağfirullah, zərrə qədər haqqım yoxdur! Bu saleh əməlinizdən sonra , cənab Ilham Əliyev, məndə sizin ədalətli Prezident kimi hər bir ölkə vətəndaşının hüquq və səlahiyyətlərinin sözün əsl mənasında ən yüksək səlahiyyətli qarantı kimi çıxış edəcəyinə böyük inam yarandığı üçün növbəti məktubu sizə yazıram.
Tarixi saxtalaşdırırlar
Cənab Prezident!
Son 22 ildə ünvanıma deyilən, yazılan şər-böhtan kompaniyası səngimək bilmir. Mən 1992-ci ilin 17 mart tarixində Azərbaycan Respublikasının Müdafiə Naziri vəzifəsinə təyin olunmuşam. 11 ay bu vəzifədə çalışdıqdan sonra, 17 fevral 1993-cü il tarixində üçüncü istefa ərizəsini yazaraq, nazir vəzifəsinə xitam vermişəm. Son 12 il müddətində siz Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan olduğunuz üçün yuxarıda qeyd etdiyim MN olduğum müddətdə görülən işlər barədə konkret faktlara və sənədlərə istinad etməklə məktubun ikinci bölümündə qısa da olsa sizə məruzə edəcəyəm. Indi isə məni bu növbəti məktubu sizə yazmağa vadar edən əsas səbəbi diqqətinizə çatdırmağı zəruri hesab edirəm.
Qarşımda professor Isaq Məmmədov, Xəqani Məmmədov və digər müəlliflər tərəfindən, professor I.Məmmədovun, professor Seyfəddin Qəndilovun ümumi redaktorluğu ilə orta məktəblərin 11-ci sinfləri üçün yazılmış, “Azərbaycan Tarixi” kitabının “Çaşı oğlu” mətbəəsi tərəfindən 2009-cu ildə Rus dilində çap olunmuş dərsliyi var.
Həmin kitabın VI fəslinin 171-ci səhifəsinə tarix elminin “korifeyləri” heç bir tarixi mənbəyə, arxiv materiallarına və digər sənədlərə istinad etmədən yazırlar:
“V marte 1992 q. stavlennik Rossii R.Qaziyev dobilsya naznaçeniye na doljnost ministra oboronı. V eto vremya Şuşa bıl okrujena vraqami. Iz 1500 boyçov Şuşinskoqo qornizona ostalos vseqo 500 çelovek. Massovoe uvolneniye soldat v otpusk nakanune vrajeskoqo nastupleniye svidetelstvovalo o qryaznıx zamıslax R.Qaziyeva. V noç s 7 na 8 maye qorod podverqsya silnomu artilleriyskomu obstrelu, 6000 vrajeskix soldat i 72 tanka dvinulis na qorod.”
Cənab Prezident!
Diqqətinizə təqdim etdiyim heç bir fakta, sübuta, dəlilə istinad edilmədən, bir abzas saxtalaşdırılmış sifarişlə yazılan bu cızma-qara məktəblilərə çağdaş qanlı tariximizin bir hissəsi kimi sırınır. Mən hələ 2003-cü ildə həbsdə olduğum zaman həmin kitabın yuxarıda qeyd etdiyim müəllifləri və baş redaktorları olan professor Isaq Məmmədova və professor Seyfəddin Qəndilova (həmin vaxt kitabın bu “korifey tarixçi” müəlliflərindən olan professorlar sağ idilər) ətraflı açıq məktub yazıb, həmin məktubu, bu üzdəniraq professorların ev ünvanlarına göndərmiş, həm də “Hürriyyət” qəzetində ( 17,18, 19 Aprel 2003 tarixli N85 (1167), 86(1168), 87 (1169)) çap etdirmişdim. Təbii ki, kiməsə xoş gəlmək üçün olan-olmayan elmlərini, şərəf və ləyaqətlərini ayaqlar altına atıb, hadisələrin canlı şahidlərinin gözləri qarşısında xəcalət çəkmədən, həya etmədən tarixi saxtalaşdıran bu rəzillər, ağa qulu olaraq həbsxanadan yazdığım məktuba cavab vermədilər. Və buna cəsarətləri də çatmadı.
Mən Rusiyanın “stavlennik”i ola bilməzdim
Cənab Ilham Əliyev!
Təbii ki, siz məni son 22-ildən artıq bir müddətdə barəmdə gedən qərəzli, saxta təbliğatın nəzərinizdə yaratdığı, özünüzün işlətdiyi bir “anti milli” obraz kimi təsəvvür edirsiniz. Elə bu səbəbdən, həm də ixtisasca riyaziyyatçı olduğum üçün bəzi faktları diqqətinizə çatdırmağı zəruri hesab edirəm:
- Mən 17 mart 1992-ci il tarixində Prezident səlahiyyətlərini icra edən, Ali Sovetin sədri Yaqub Məmmədovun 616 saylı fərmanı ilə mülki vətəndaş olaraq Müdafiə Naziri təyin olunmuşam. Mən MN-i təyin olunan günə qədər, qeyd etdiyim kimi, nə rusiyalı, nə də digər millətlərdən olan generalları, RF-nın siyasi rəhbərliyində işləyən hər hansı yüksək vəzifəli məmurları nə tanımışam, nə də əlaqədə olmuşam. Təbii ki, “şərəfli” saxta tarix uyduran elmsiz alimlərin xəcalət çəkmədən yazdıqları kimi, mən Rusiyanın “stavlennik”i ola bilməzdim.
- Şuşanın işğalı ərəfəsində, şəhərin müdafiəsində olan 1500 döyüşçüdən 1000 nəfərinin qısa müddətli məzuniyyətə göndərilməsi və Şuşanın işğal səbəbləri “Şuşa-Laçın rayonlarının işğalı” barəsində aparılmış 51 cildlik 11000 səhifəlik istintaq materiallarında, 29.07.1994 – 12.05.1995 və 23.06.2002 – 26.12.2003 tarixlərində keçirilmiş açıq məhkəmə iclaslarının stenoqram-protokol və 100 seriyalı video süjetlərində əsl həqiqətlərin xeyli hissəsi öz əksini tapıb. Təəssüflər olsun ki, bu gün də hakimiyyətdə olan böyük səlahiyyət sahiblərinin marağında deyil ki, Şuşa-Laçın rayonlarının işğalıının əsl səbəbləri, xəyanətlər, xəyanətkarlar, cinayətlər, cinayətkarlar xalqa bəlli olsun!?
Cənab Prezident – Ali Baş Komandan!
Bu məqamda bəzi zəruri detalları diqqətinizə çatdırmağı çox vacib hesab edirəm. Həmin dövrdə, yəni Şuşanın işğalı ərəfəsində, Şuşa döyüş rayonunun komendantı, 4-cü moto-atıcı briqadanın komandiri Polkovnik-leytenant (indiki General-mayor, MN-nin BQ-nın əməliyyat idarəsinin rəisi) hərbi akademiya təhsilli Elburus Orucov mənim əmrim olmadan Şuşa döyüş rayonunu, sonra isə, yenə də MN-in əmri olmadan Laçın döyüş rayonunu özbaşına tərk etmişdir.
Həmin dövrdə (10 may 1992-ci il) MN-nin BQ-rəisinin müavini vəzifəsində çalışan polkovnik Səfər Əbiyev MN-nin əmri ilə RF-nin MN-nin çox böyük çətinliklə bizə verdiyi Göytəpədən (Prişib) Şuşa döyüş rayonuna gətirilməli olan 20 ədəd zirehli texnikanın onun nəzarətində olmasına baxmayaraq, 8 ədədi Zəngilan dəmir yol stansiyasında nasaz hala salınır. 12 ədəd saz, döyüşə hazır olan zirehli texnikanı 100 nəfər döyüşçü ilə birlikdə Zəngilan-Qubadlı arasında qoyub qaçır. Bu fərariliklə əlaqədar cinayət işi başlanır və təbii ki, yarımçıq qalır. S.Əbiyevin sonrakı şanlı taleyi, Cənab Prezident, sizə çox ətraflı məlumdur.
Cənab Prezident!
Həmin saxta Azərbaycan tarixini yazan “korifey, həşəmətli tarixçi alim” adlanan cahillər nə qədər çox istəsələr belə, mənim Rusiyanın “stavlenniki” olmağım qeyri-mümkündür. Ona görə ki, Rusiya gələcək imperiya planlarını reallaşdırmaq üçün, hələ Sovet dönəmindən Respublikamızda ona çox bağlı olan, inandığı “stavlennik”lərini basaraq, təsadüfən ortaya çıxmış bir riyaziyyat müəlliminə – Rəhim Qazıyevə ürək qızdırıb etibar etməzdi. Və nəhayət, Rusiyanın “stavlenniki” olan Rəhim Qazıyev, 15 may 1992-ci il tarixində MDB-nin Daşkənd Sammitində (19 may 1992-ci il – 01 avqust 1994-cü il) iki il müddətində hissə – hissə Azərbaycandan çıxmalı ordunu üç ay müddətində, nəzərdə tutulandan qat-qat artıq silah-sürsatı Rusiya ərazisinə daşınması nəzərdə tutulan digər hərbi əmlakı da ölkəmizdə saxlamaqla, 25 avqust 1992-ci ildə ərazimizdən çıxarmağa cəsarət edə bilməzdi. Rəhim Qazıyev RF-na çəkdiyi bu dağın ağrısını indinin özündə də çəkir, həm də ona qarşı bu gün də davam edən sifarişli zülmü çəkdirən Rusiyanın Azərbaycanda söz və hökm sahibi olan əsl “stavlennik”ləridir!!!
“Müharibənin fəsadlarından ətraflı məlumatınız olmayıb və ola da bilməzdi”
Cənab Ali Baş Komandan!
Gec də olsa sizə 17.03.1992-ci il tarixindən 17.02.1993-cü il tarixinə qədər olan müddətdə sayca dördüncü Müdafiə Naziri olaraq gördüyüm işlər barədə qısa və konkret faktları qeyd etməklə yazılı hesabat verməyi özümə borc bilirəm.
Cənab Ilham Əliyev!
Həmin dövrdə siz Moskvada yaşayıb biznes fəaliyyəti ilə məşğul olduğunuz üçün yəqin ki, Azərbaycanda baş verən hadisələrdən, doğma torpaqlarımızın işğal edilməsi məqsədi ilə, məlum qüdrətli dövlətlərin də arxasında durduğu Ermənistanın vətənimizə qarşı 1988-ci ilin fevralından başladığı elan olunmamış müharibənin törətdiyi fəsadlardan, baş verən faciələrdən ətraflı məlumatınız olmayıb və ola da bilməzdi. Elə bu səbəbdən də, Azərbaycanda heç olmazsa, MN-nin yarandığı 05.09.1991-ci il tarixindən 15.06.1993-cü il tarixinəcən olan müddətdə baş verən hadisələrin əsas məqamları barədə cənabınıza bilgi verməyi zəruri hesab edirəm.
05.09.1991-ci il tarixində Prezident Ayaz Mütəllibovun 334 saylı fərmanı ilə heç bir maddi-texniki, hüquqi bazası, zabit heyyəti, hərbi əmlakı, hətta müstəqil binası olmayan Müdafiə Nazirliyi yaradıldı. Rəhmətlik general-leytenant Valeh Bərşadlı da bu kağız üstündə yaradılan, (lakin ərazisində üç ildən artıq elan olunmamış müharibə gedən) nazirliyin başçısı oldu. Nazirlik yaradılandan bir ay beş gün sonra, yəni 09.10.1991-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanun qəbul edildi. 18.10.1991-ci il tarixində (?) saylı prezident fərmanı ilə, o dövrdə SSRI-nin Azərbaycan ərazilərində yerləşən hərbi hissələrinin bütün hərbi əmlakının (daşınar, daşınmaz) milliləşdirilərək yenicə yaradılmış Respublika MN-nə verilməsi bir vəzifə olaraq Nazirlər Kabinetinə (Baş Nazir və onun birinci müavininə) tapşırıldı. Çox acı təəssüf və tam məsuliyyət hissi ilə bildirirəm ki, yuxarıda qeyd etdiyim tarixli Prezident Fərmanından irəli gələn vəzifələr nəinki icra edilmədi, hətta həmin Nazirlər Kabineti tərəfindən ölkəmizdən gecə-gündüz rus hərbiçiləri tərəfindən RF ərazisinə daşınmasına, daşınması mümkün olmayan hərbi əmlakın dağıdılıb viran edilməsinə qarşı müqavimət belə göstərilmədi. Həmin dövrdə qeyrətli, vətənpərvər övladlarımızın qanı-canı, fədakarlıqları nəticəsində ərazilərimizdən daşınan hərbi əmlakın az bir hissəsi tərəfimizdən (130 ədəd ağır qoşqulu, içi hərbi əmlakla dolu yük maşınları) müsadirə edilərək saxlanıldı…
Həmin dövrdə MN-nə Şıxov ərazisində dağıdılıb, yararsız hala salınan bir hərbi şəhərcik və bir də indiki hərbi Ali komandanlıq Akademiyası (məktəb) verilmişdi. Xatırladıram ki, həmin dövrdə Azərbaycanın ümumi ərazisinin 11% -ində keçmiş Sovet ordusunun hərbi hissələri yerləşirdi. Azərbaycanda həmin dövrdə baş verən xaosdan, siyasi qüvvələrin hakimiyyət uğrunda apardığı mübarizənin ölkədə yaratdığı anarxiyadan məharətlə istifadə edən, ölkəmizdə yerləşən 4-cü ordunun rəhbərliyi, general-zabit heyəti, nəinki yuxarıda qeyd etdiyim hərbi əmlakı ərazilərimizdən çıxarmaqla məşğul idilər, eyni zamanda yaşadıqları mənzilləri də Azərbaycan xanımları ilə saxta nigah bağlayaraq satıb pul qazanmaqla, zərrə qədər müqavimətə rast gəlmədən, məşğul olurdular.
Cənab Ali Baş komandan!
Həmin dövrün siyasi mənzərəsini yuxarıda çox qısa qeyd etdiyim məlumatlarla diqqətinizəçatdırmağa çalışdım ki, indi Prezidenti olduğunuz ölkəmizdə o zaman baş verənlər barədə az da olsa sizdə təəssürat yaransın. Həmin dövrdə Azərbaycan həm doğma və ayrılmaz ərazisi olan Dağlıq Qarabağda, həm də Ermənistanla 1350 km-ə qədər uzanan sərhəd boyunca elan edilməmiş, lakin real müharibə aparırdı. Amma qüvvələr nisbəti müqayisə olunmaz dərəcədəqeyri-bərabər idi. Ermənistan bu müharibəyə illərlə hazırlaşmaqla yanaşı, həm də bu müharibədə Ermənistanda yerləşən keçmiş SSRI-nin 7-ci ordusunun həqiqi hərbi hissələri dəbütün imkanları ilə kömək edirdilər. Hələ bu azmış kimi, Azərbaycanın göbəyində oturub, onun çörəyini yeyib, suyunu içən Rus hərbiçiləri də ermənilərə hərtərəfli yardım edirdilər. Gəncədə yerləşən 23-cü divizyanın DQ-da Stepanakertdə məqsədli olaraq yerləşdirdiyi 366-cı polkunun törətdiyi qanlı faciələri yəqin ki, bilməmiş deyilsiniz.
Cənab Ali Baş komandan!
Yuxarıda qısa da olsa qeyd etdiyim həmin dövrdə ölkəmizdə olan real vəziyyətin, daha doğrusu, xaosun baş alıb getdiyi zamanda müstəqil binası, heç olmasa, bir dənə hərbi təlim görmüş rotası, silahı, sürsatı, zirehli texnikası, rabitəsi, kəşfiyyatı, digər normativ aktları, milli zabit heyyətinin olmadığı bir Müdafiə Nazirliyi adlanan kağız üstündə yaradıldığı altı aylıq bu qurumda, sayca 4-cü nazir olaraq fəaliyyətə başladım.
* * *
1.Ilk növbədə Respublika ərazisindən heç bir müqavimətə rast gəlmədən çıxarılan, dağıdılan hərbi əmlakın daşınmasının və dağıdılmasının qarşısını almaq üçün 4-cü ordunun rəhbərliyi ilə rəsmi danışıqlara başladım və vətənpərvər qüvvələrin, könüllü müdafiə dəstələrinin, danılması qeyri-mümkün olan köməklikliyi ilə, Rus hərbi hissələrinin giriş-çıxış qapıları nəzarətə alındı. Hərbiçilər yaşayan mənzillərin satılmasına, dəyişdirilməsinə, saxta nigah bağlanmasına qadağa və nəzarət qoyuldu.
2.7-8 Aprel 1992-ci il tarixində mənə verilən dəqiq informasiyada bildirilirdi ki, 14-15 Aprel 1992-ci il tarixində Azərbaycanda – Bakıda yerləşən Xəzər Dənizi Hərbi komandanlığı tamamilə məxfi əmrlə bütün əmlakını Respublikamızın ərazi sularından gecə ikən çıxaracaqlar. Bu məxfi planın qarşısını almaq üçün isə bir Müdafiə Naziri olaraq əlimdə nəhərbi qüvvə nə də digər imkanım yox idi. Ancaq bir yolum var idi. Ondan da istifadə etdim. Belə ki, təxminən 10-11 aprel 1992-ci il tarixində mən XHDD-nin komandanı birinci dərəcəli kapitan Zinin Boris Mixailoviçi və onun müavinini nazirliyə dəvət etdim. Görüş zamanı həmin məxfi məlumatı onlara çatdırıb əlavə etdim ki, mənim əlimdə Sizin bu qeyri-qanuni hərəkətinizin qarşısını almaq üçün bir qeyri-qanuni yolum var. O da ki, sizin yaşadığınız mənzilləri nəzarətə götürmək. Əgər siz həmin məxfi əmri icra edib, Xəzər Hərbi Donanmasınıərazi sularımızdan çıxarmaq fikrinə düşsəniz, ailə üzvləriniz mənim əmrimlə məhv ediləcək. B.M.Zinin tamamilə özünü itirdi və söz verdi ki, məsələ rəsmi səviyyədə həll olunmadan, birədəd də olsun hərbi gəmi, kater və s. yerindən tərpənməyəcək. Elə həmin görüş zamanı mən MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin komandanı marşal Y.I.Şapoşnikovla telefon əlaqəsi yaratdım və onun əmri ilə MDB-nin HDQ baş komandanı admiral Çernavin mənimlə telefonla danışdı. Bu operativ danışıqların nəticəsi olaraq, Çernavinin birinci müavini vitse-admiral V.Lyaşenko 16 aprel 1992-ci ildə Bakıya gəldi və həmin gün niyyət protokolu imzalandı. 17 vəya 18 bəlkə də 19 aprel 1992-ci il tarixində Bayıl buxtasında, indiki Bayraq Meydanının yerləşdiyi ərazidəki Xəzər sularında , Azərbaycan Respublikası himninin sədaları altında mən 23 hərbi gəmini qəbul etdim və onların hamısında Respublikamızın üçrəngli bayrağı qaldırıldı. Həmin vaxt Azərbaycan televiziyasının çəkiliş qrupu o tarixi anları lentə aldı. Təəssüflər olsun ki, o çəkiliş son 22 ildə bir dəfə də olsun xalqa göstərilməyib!? Ümumiyyətlə bu məktuba qoşma olaraq əlavə etdiyim həmin protokola əsasən XHDD-nin bütün əmlakı dörd Xəzəryanı (Rusiya, Qazağıstan, Türkmənistan, Azərbaycan) dövlətin arasında bərabər bölünməli idi.
* * *
Cənab Ali Baş komandan!
Yeri gəlmişkən xatırladım ki, həmin əmlakın 75 faizdən çoxu tərəfimdən ölkəmizdə saxlanıldı. Yəqinlik üçün bu qeyd etdiyim fakt indi MM-nin deputatı olan Vahid Əhmədovun sədirliyi iləmən nazir vəzifəsindən 3-cü istefa ərizəsini verdikdən iki gün sonra Pənah Hüseynovun təkidli təklifi ilə Əbülfəz bəyin göndərdiyi komissiyanın yazdığı və sonralar barəmdə qaldırılan Cinayət Işinin 43-cü cildinə (6-cı səhifə) əlavə edilən protokolda öz təsdiqini tapıb.
Cənab Ali Baş komandan!
Ölkənin 14-16 aprel 1992-ci il tarixli rəsmi qəzetlərində Azərbaycan və Rus dillərindəAzərbaycan Respublikasının MN-in, Rus-Sovet ordusunun hərbi hissələrinin 20 yanvar 1990-cı il, 25-26 fevral 1992-ci il tarixlərində silahsız vətəndaşlarımıza qarşı vəhşiliklə törətdikləri qətliamı konkret faktlar əks etdirən bəyanatını dərc etdirdim (həmin bəyanatın surəti dəməktuba əlavə olunur). Bu bəyanat yayıldıqdan bir həftə sonra, yəni 22-24 aprel 1992-ci il tarixində MDB-nin BSQ-nin baş komandanı marşal E.I.Şapoşnikov məni rəsmi görüşə dəvət etdi. Həmin görüşdə mən dağılmış Sovetlər Ittifaqının silahlı qüvvələrinin Azərbaycanərazisinin 11 (on bir) faizini zəbt edən hərbi birləşmələrinin ölkəmizdən çıxarılmasını konkret təxirə salınmaz məsələ kimi qaldırdım. Bu məsələnin konkret həll edilməsi məqsədi ilə RF-dan 29 aprel 1992-ci il tarixində, o vaxt E.Şapoşnikovun birinci müavini olan ordu generalı Pavel Qraçovun hərbiçilərdən ibarət rəsmi heyətlə Azərbaycana gəlməsi barədə rəsmi razılıqəldə etdik. Bu razılaşmanı pozmaq məqsədi ilə 24 aprel 1992-ci il tarixində qondarma “erməni soyqırımı” günü Zaqafqaziya hərbi dairəsinin komandanının birinci müavini general-leytinant Oqanyanın bilavasitə əmri ilə Gəncə yaxınlığında həmin dövrdə ən böyük strateci hərbi avia-bomba arsenalı yerləşən Zazalı bazasını partlatmaq üçün bir hərbi döyüş MI-24 və bir də o arsenalın şəxsi heyətini aradan çıxarmaq üçün MI-26 sərnişin yük vertolyotu göndərilir. Çox böyük miqyaslı faciyəyə səbəb ola biləcək həmin təxribatın qarşısı o vaxt mənim arxa cəbhəüzrə müavinim rəhmətlik general-mayor Vahid Musayevin, həmin vaxt Yevlax yun zavodunun direktoru, Ali Sovetin deputatı və yenicə yaranmaqdda olan ordumuza şəxsi imkanı hesabına mütəmadi yardım edən Surət Hüseyinov və digər vətənpərvərlərin danılmaz fədakarlıqları hesabına alındı. Həmin arsenalın partladılmasının ölkəmizdə hansı faciələrə səbəb olacağını təsəvvür etmək indi çox çətindir. Təkcə həmin arsenalda o vaxt 500 (beş yüz) vaqon müxtəlif çəkili, müxtəlif təyinatlı çox böyük dağıdıcı gücə malik olan avia-bombalar, minalar, “nurs” tipli raketlər və digər dağıdıcı məqsədlərlə istifadə edilməsi nəzərdə tutulan sürsatlar var idi. Yenədə Oqanyanın əmri ilə həmin arsenalın partladılması üçün edilən ikinci cəhdin qarşısı tərəfimizdən 11 iyul 1992-ci il tarixində alındı və qısa müddətdə həmin arsenal bütövlükdətamamilə təhlükəsiz bir hərbi obyektə küçürüldü. Bu barədə Şuşa-Laçının işğalı üzrəqaldırılmış cinayət işinin 50 (əllinci) cildində təkzib olunmaz faktlar və sübutlar var!!!
* * *
Cənab Ali Baş komandan!
22-24 aprel Moskva razılaşmasına əsasən mən 29 aprel 1992-ci il tarixində səhər saat 9:30-da Gəncə hava limanında P.Qraçovun rəhbərliyi ilə gələn 29 nəfərlik hərbi heyəti qəbul edib, oradan rəsmi danışıqlar aparmaq məqsədi ilə birbaşa Şəki şəhərinə yola düşdük. 29-30 aprel gündüz saat 12:00-a kimi 164 il Azərbaycanı təpiyi altında əzən, 28 aprel 1920-ci ildəDemokratik Azərbaycan Respublikasını işğal edən, Heydər Əliyev tərəfindən şərəfinə abidəyapdırılan 11-ci qızıl (nə qədər əcaib olsa da, ruslar öz ordularına “qırmızı” dediyi halda, bizim analarımızı ağlar qoymuş bu işğalçı, qanımızı içən ordunu döndərib “qızıl” adlandırmışıq) ordunun törəmələrinin ərazilərimizdən çıxarılması barədə işçi protokol tərtib edildi (həmin protokol əlavə olunur). 15 may 1992-ci il tarixində MDB-nin Daşkənddə keçirilən sammitindəRF-nin MN-i Pavel Qraçovla Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən imzalanaraq həmin gündən hüquqi qüvvəyə mindi. Həmin protokola əsasən 19 may 1992-ci il tarixindən 01 avqust 1994-cü il tarixinə kimi ümumi ərazimizin 11%-nin tam və şəriksiz sahibi olan Rus-Sovet imperiyasının hərbi birləşmələri, malik olduqları hərbi əmlakı da Azərbaycan MN-nə təhvil verərək hissə-hissə ölkəmizin hüdudlarını tərk etməli idilər.
* * *
Cənab Ali Baş komandan!
Tam məsuliyyət hissi ilə bildirirəm ki, 150 ildən artıq ölkəmizdə şəriksiz ağalıq edən Rus-Sovet imperiyasının hərbi birləşmələri, 25 avqust 1992-ci il tarixində sivil qaydada ərazilərimizi tərk etdi. (Rəsmi protokol sənədlərinə əsasən Azərbaycana verilməli olan hərbi əmlakla faktiki aldığımız hərbi əmlakın fərqi Şuşa-Laçının işğalı barəsindəki cinayət işinin 42-43-44-45-46-47-48-49-50-ci cildlərində təkzib olunmaz rəsmi sənəd və sübutlarla öz təstiqini tapıb) . Çox ağır təəssüf hissi ilə bildirirəm ki, ana südü kimi halal haqqıımız və malımız olan Gəncədə yerləşən 104-cü desant dviziyasının rəhbərliyi mən istefa verdikdən 3 ay sonra, müharibə aparan dövlətimiz üçün hava-su kimi zəruri əhəmiyyət kəsb edən çox qiymətli hərbi əmlakı heç bir müqavimətə rast gəlmədən, iki ay gecə-gündüz ağır yük, nəqliyyat təyyarələri və dəmir yolu vasiitəsi ilə daşıyıb apardılar. Həmin diviziyada hansı yüksək maddi və hərbi dəyərə malik olan əmlak barədə sizdə təsəvvür yaratmaq üçün konkret bir faktı diqqətinizə çatdırmağı zəruri hesab edirəm. Həmin divizyanın ölkəmizdən apardığı hərbi əmlakın sırasında təkcə7(yeddi) min ədəd 25-30 ton yük atmağa qadir, 30(otuz) min də əsgəri qüvvəni atmaq üçün paraşütlər vardı…
Cənab Ali Baş komandan!
Mənim nazir kimi fəaliyyət göstərdiyim ilk iki ayın ən ağır faciəsi Şuşa-Laçının işğal edilməsi oldu. Aşağıdakı təkzib olunmaz faktları qeyd etməklə mən Nazir kimi məsuliyyətdən qaçmağı qətiyyən nəzərdə tutmuram. Sadəcə olaraq müharibə vəziyyətində olan ölkədə 12 ildir Prezident-Ali Baş komandan olan şəxsin yəqin ki, mənim aşağıda göstərəcəyim faktlara anlayışla yanaşacağına və ədalətli mövqe sərgiləyəcəyinə inanmaq istərdim.
***
1.18 oktyabr 1991-ci il tarixli prezident Ayaz Mütəllibovun fərmanı (Rus-Sovet ordusunun Azərbaycanda yerləşən hərbi birləşmələrinin milliləşdirilərək əllərindən alınıb yenicəyaranmış Müdafiə Nazirliyinə verilməsi barədə) kağız üstə qalıb, heç bir əməli iş görülməyib.
2.Həmin dövrdə yarandığından altı ay keçməsinə baxmayaraq, Nazirliyin müstəqil binası, şəxsi heyətin ştat üzrə göstərilən tərkibinin 5-10% vardı.
3.Heç olmasa bir dənə də olsun hərbi təlim görmüş, tam komplektləşmiş taboru belə yox idi.
4.MN-yi deyilən qurumun nizamnaməsi, əsasnaməsi, hərbi prokurorluğu, hərbi tribunalı vəmüharibə dövrünün sərt qanunları deyilən anlayış belə yox idi.
5.Həmin dövrdə Azərbaycan Dövləti və Hökuməti tam iflic vəziyyətdə olması bir yana, həm də20.04.1992-ci il tarixindən 18.05.1992 ci il tarixinə kimi olan müddətdə Bakıda MM-in qarşısındakı meydanda hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr gecə-gündüz oturaq mitinqlər keçirirdilər.
6.Işğal ərəfəsində Şuşa-Laçın döyüş rayonlarından, cəbhə bölgəsində yerləşən digər rayonlardan və bir də Goran hərbi şəhərciyində döyüşə hazırlanan 2700 nəfər döyüşçüdən 2500 nəfəri, ümumilikdə 5000 (beş min) nəfərə yaxın könüllü döyüşçülər hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələr tərəfindən Bakıya çağırılır və bilavasitə gətirilirlər. (qeyd etdiyim bu faktlar daha geniş və konkret çoxsaylı faktlarla Şuşa-Laçının işğalı barədə aparılan cinayət işi materiallarında öz təstiqini tapıb).
Bu ağır məsuliyyət həmin dövrdə yenicə dirçəlməyə, formalaşmağa başlayan MN-in, onun hələ döyüş təcrübəsi olmayan, azsaylı milli vətənpərvər əsgər-zabit heyətini ruhdan salmadı. Zaqafqaziya hərbi dairəsinin Tiflisdə yerləşən Baş qərərgahının komandan müavini general-leytenant Oqanyanın tam təsiri altında olan general-polkovnik Potrikeyev nə qədər maneçilik törətmək istəsə də, 04 iyun 1992-ci ildə silah-sürsatının, zirehli texnikasının əvvəlcədən Stepanakertə göndərilmiş məşhur və mənfur 366-cı polkun tabe olduğu Gəncədəki 23-cü diviziyanın əmlakını qəbul etdik. ( Bu heç də bizə havayı başa gəlmədi. Əgər 23-cü divizyanın komandanı Poxomovun könlünü almadan hərbi əmlakın alınmasında “qanunun” protokolun “dili” ilə danışsaydıq təhvil alacağımız hərbi texnikanı birbaşa metalloma verməli olardıq) Qəbul etdiyimiz zirehli döyüş maşınlarını, artileriya qurğularını MN-in zabitləri ilə birlikdə eləhəmin divizyanın zabitlərinin (maddi maraq prinsipi ilə) yaxından köməyi ilə tam döyüşə hazır vəziyyətə gətirdik. Gəncədəki 104-cü divizyanın yaxından və fundamental köməkliyi vəqeyrətli, vətənpərvər Azərbaycan övladlarının şücaəti sayəsində Şuşa-Laçının işğalından sonra ağır ruh düşkünlüyünə üstün gələrək 1992-ci il iyinin 12-dən 13-nə keçən gecəermənilərin gözləmədiyi halda uğurlu “Ağdərə” əməliyyatına başladıq. Ağdərə şəhəri düşməndən təmizləndi. Qısa müddətdə 1988-ci ldən bağlı olan Tərtər-Kəlbəcər yolu, Aterk, Sərsəng su anbarı, Drambon və digər yaşayış məntəqələri düşməndən təmizləndi. Bu uğurluəməliyyat bizə heç də ucuz başa gəlmədi. Həmin əməliyyat dövründə Milli Qəhrəman, Baş Qərərgah rəisinin müavini polkovnik Şikar Şikarov başda olmaqla, ən qeyrətli vətənpərvər oğullarımızı şəhid verdik, möhtərəm Qazilərimiz sağlamlıqlarını bu müqəddəs yolda qoydular. Bu uğurlu əməliyyatların getdiyi dövrdə də, həm daxildən, həm də xaricdən Azərbaycana barışmaz düşmən olan qüvvələr hər cür təxribata əl atırdılar. Belətəxribatlardan çox mühüm hesab etdiyim konkret birisinin üzərində dayanmağı vacib hesab edirəm. Təxminən 1992-ci il iyun ayının 27-28-i olardı. Axşam saatlarında prezident Əbülfəz Elçibəy məni təcili olaraq yanına dəvət etdi. Mən prezidentin xidməti otağına daxil olanda Parlamentin spikeri Isa Qəmbər də orada idi. Bütün fəaliyyəti dövründə mən heç vaxt Əbülfəz bəyi bu qədər ciddi, qətiyyətli və qayğılı görməmişdim. Mən otağa daxil olan kimi bəy dilucu salam verib söhbətə başladı. O çox qayğılı şəkildə mənə bildirdi ki, aldığı, doğruluğuna şübhəetmədiyi məlumata əsasən, ən uzağı bir həftə müddətində Şimali Qafqaz hərbi dairəsinin (Rostov-Don şəhərində yerləşən) komandan müavini, milliyyətcə ləzgi, general-mayor, “Sadval” millətçi ləzgi təşkilatının sədri Qəhrəmanov, Qusar şəhərində Rus hərbi rəhbərliyinin tabeçiliyində olan moto-atıcı alayın rəhbərliyi ilə əlaqəyə girərək onu ələ keçirəcək. Bu isəAzərbaycanın şimalında ikinci separatçı bir “Dağlıq Qarabağ”ın yaranması deməkdir. Əbülfəz bəy heç vaxt onda əvvəllər görmədiyim qətiyyətlə “nəyin bahasına olursa olsun biz bu təxribata yol verə bilmərik” dedi. Mən, Daşkənd protokoluna əsasən həmin alayı 1993-cü ilin yanvar-fevral ayında qəbul edəcəyimi dedim. O, mənim sözümü yarımçıq kəsərək, “Sənə 48 saat vaxt verirəm, həmin alayı nəinki qəbul etməlisən, həm də eyni zamanda o alayın bütünəmlakını həmin sənə verdiyim vaxtda o ərazidən çıxarıb digər təhlükəsiz, separatçıların əli çatmayan yerə aparmalısan”. Prezident qəti əmr verdi və artıq heç bir sözü, bəhanəni qəbul etməyəcəyini qəti bildirdi. Xülasə, qeyrətli oğullarımızın, o cümlədən indi adı və əməlləri hər yerdən silinən, mənim müavinim rəhmətlik general-mayor Vahid Musayevin inanılmaz təşəbbüsü və real əməli fəaliyyəti nəticəsində cəmisi 36 saat müddətində alayın yerləşdiyi hərbi şəhərcik kimsənin xəbəri olmadan səssiz-səmirsiz tamamilə boşaldıldı. Mən Prezidentəəmrinin yerinə yetirilməsi barədə məruzə edəndə, o, məni qucaqlayıb barəmdə dediyi sözlərin şahidləri bu günə kimi susurlar. Əslində onların danışması heç mənə lazım da deyil. Lakin bir fakt məni çox ağrıdır. Həmin problemin rəhmətlik general Vahid Musayevin həll etməsi üçün mən MN-nin maliyyə idarəsindən qəbz verib 20 (iyirmi) milion rus rublu götürdüm. Həmin vaxt o məbləğ rəsmi kursla təxminən 200 000 (iki yüz min) dollara ekvivalent idi. Nə qədər acı da olsa barəmdə qaldırılan cinayət işində həmin məbləğ mənəmənimsəmə, dövlət əmlakının tərəfimdən talanması kimi ittiham olaraq verildi. Allaha şükürlər olsun ki, həmin dövrdə rəhmətlik mənim müdafiəçim Həqiqət xanım (Anya) Hüseyinova bir başa Kələkiyə gedib, yuxarıda qeyd etdiyim əhvalatı olduğu kimi Əbülfəz bəyəxatırladır, o da mənim dediklərimin doğru olduğunu və digər taladığım iddia edilən məbləğ barədə öz dəsti xətti ilə yazıb, imzası ilə təsdiq edərək istintaq orqanlarına göndərir. Şübhəsiz ki, ən yüksək səviyyədə qətlimə fərman verildiyi üçün, bizim çox “ədalətli” və “vicdanlı”, ancaq “qanunun aliliyi”ni rəhbər tutan istintaq-məhkəmə orqanları Prezidentin yazdığı həmin sənədi yararsız kağız parçası kimi bir kənara tullayıb, onlar üçün çox dəyərli olan sifarişi rəhbər tutaraq, müvafiq ölüm cəza hökmü çıxarmışdılar. Sadəcə olaraq həmin hadisənin şahidi olanlar məhkəməyə gəlib həqiqəti deməyi özlərinə rəva bilmədilər. Bu da zəmanəmizdəfələyin növbəti ironiyasıdır.
***
Cənab Ali Baş komandan!
Sizə də bəlli olan, barəmdə qaldırılan cinayət işində mənə verilən CM-nin üç maddəsindən biri də 179.3.2 (88-i) külli miqdarda dövlət malının talanması maddəsidir. Təəssüf hissi ilə sizəməruzə etməyi özümə borc bilirəm ki, mən Müdafiə Naziri təyin ediləndə yuxarıda qeyd etdiyim kimi nazirliyin nə silahı, nə sürsatı, nə müstəqil binası, nə də ki, təbii olaraq talanası bir əmlakı vardı. Mən Nazir işlədiyim 11 ay müddətində, bilavasitə şəxsi fəaliyyətimin nəticəsi olaraq, kənar respublikalardan ölkəmizə gətirdiyim üç hərbi əmlakın dünya bazarında qiyməti 112 (yüz on iki) milyon ABŞ dolları olduğu halda, həmin əmlaklara nağd (təl-təl) 500 000 (beş yüz min) ABŞ dolları xərcləmişəm. MN-in həmin məmulata maliyyə vəsaiti ödəmədiyi barədəMüdafiə Nazirliyində 11.03.2002 tarixli 17/115-118 qeydiyyat nömrəli Apelliyasiya məhkəməsinə general-leytenant R.Rzayevin imzası ilə göndərilən rəsmi məktubda öz təstiqini tapıb. (məktubun surəti əlavə olunur).
Cənab Ali Baş komandan!
Hələ neftdən gələn milyardların izi-tozu olmadığı, Respublikamızın çox ağır maliyyə sıxıntısı çəkdiyi, real müharibənin getdiyi, Rus ordusundan hərbi əmlakın təhvil götürülmədiyi o qanlı-qadalı, silah-sürsata son dərəcə ehtiyacımızın olduğu dövrdə nağd Rus rublu ilə keçmiş SSRI-yə daxil olan respublikalardan müxtəlif yollarla aldığımız hərbi əmlakın Cinayət Işinə daxil edilən alqı-satqı aktlarında nələrin neçəyə alındığı barədə tərtib etdiyim rəsmi cədvəli də bu məktuba, kimsənin təkzib edə bilməyəcəyi sənəd kimi, əlavə edirəm. Yetmiş milyon Rus rubluna aldığımız silah-sürsatın, hərbi texnikanın həmin dövürdə dünya bazarında olan qiymət fərqi (müsbət) 10800 000 000 (on milyard səkkiz yüz milyon) olmuşdur. Vicdan sahibləri yəqin ki, zamanında bu həqiqəti üzə çıxarıb öz qiymətlərini verəcəklər.
Cənab Ali Baş komandan!
Iyun-oktyabr (1992) aylarında yenicə yaranmaqda olan milli ordumuzun qeyrətli, vətənpərvərəsgər və zabitləri tərəfindən Laçının 67 yaşayış məntəqəsi (53 məntəqə Kəlbəcər istiqamətindən, 14 məntəqə Qubadlı tərəfdən) azad edildi. Laçın dəhlizi düz xətt boyunca bir kilometrədək daraldı. Şimaldan döyüşçülərimiz Laçın qışlaq, cənubdan Fətəli pəyəməntəqəsinə gəlib çatdılar. Gədəbəydən Başkənd ermənilərdən təmizləndi. Ümumiyyətləyay-payız hücum kompaniyasında Dağlıq Qarabağın ümumi ərazisinin 52 faizi şərəfsiz düşmənlərdən azad edildi. Belə bir ağır döyüşlərin getdiyi bir vaxtda təbii ki, paralel olaraq müxtəlif qoşun növləri yaradıldı. 18.07.1992-ci il tarixində Silahlı Qüvvələrin birinci desant taboru ilk hərbi döyüş təlimini keçirdi. Azərbaycanın ilk desant taborunun fədakar əsgərləri ilk dəfə kürəklərində 35-40 kq yüklə 2-3 km yüksəklikdən paraşütlə atıldılar. Bir nəfərin ayağı belə büdrəmədi. Əlbəyaxa döyüş nümunəsi göstərdilər. Həmin dövrdə rəhbərliyin böyükəksəriyyətinin MN-nə olan qərəzli, qeyri-səmimi münasibəti addımbaşı özünü biruzə verirdi. Mən həmin təlimə rəhbərliyi tam tərkibdə dəvət etsəm də, onlardan heç kim gəlmədi. Həmin təlim məşqinə kommunist adlandırılan deputatlardan Arif Rəhimzadə və Vaqif Qasımov gəlmişdilər. Bu arada uğursuz Xocavənd əməliyyatı oldu. Təssüf hissi ilə bildirməliyəm ki,əvəz olunmaz itki verdik.
ardı var