[dropshadowbox align=”none” effect=”lifted-both” width=”autopx” height=”” background_color=”#ffffff” border_width=”1″ border_color=”#dddddd” ]
Avropa Məhkəməsinin, həm də elə Azərbaycan Respublikasının yuxarı məhkəmə instansiyalarının qərarlarına əsasən ödənilən kompensasiyalar mütləq dövlət tərəfindən ödənilməlidir. Ancaq iş bununla bitməməlidir. Sonradan dövlət vətəndaşa ödədiyi həmin məbləği “reqres iddiası” yolu ilə mütləq və mütləq vətəndaşın hüququnu pozan hakimdən almalı, eyni zamanda, bu hallarda belə hakimlərin vəzifədən uzaqlaşdırılmaları barədə qanunvericilikdə dəyişikliklər edilməlidir. Bu mütləq edilməlidir. Hakim bilməlidir ki, onun bunun tapşırığı ilə qərar qəbul etsə, pulunu və vəzifəsini itirəcəkdir. Hüquqşünas dostlarımdan, səhv etmirəmsə, hörmətli Əyyub Kərimov demişdi: “indi mən soruşuram, hakimlər o pulu haradan tapmalı, necə ödəməlidir? Aydın məsələdir ki, hakim aldığı maaşla bu təzminatı ödəyə bilməz.” Mənim bir insan və hüquqşünas kimi Əyyub bəyə böyük hörmətim var. Onu başa düşürəm. Düz də deyir. Ölkədəki indiki maaş səviyyəsi ilə bu cərimələrin ödənilməsində problemlər ola bilər.
Onda bəs Cinayət Məcəlləsində cəza növü kimi nəzərdə tutulan cərimələri hakimlərdən 10 dəfə az əmək haqqı alan sıravi vətəndaşlarımız, işsizlər necə ödəyirlər? Yaxud da vətəndaşların vurduqları çoxməbləğli ziyanlarla bağlı qəbul edilmiş qətnamələr üzrə icra prosesi necə həyata keçirilir? Deməli, əmək haqqı ilə bu məsələni birbaşa bağlamaq doğru deyil.
Bu məsələ, AR Mülki Məcəlləsinin 1100 və 1101-ci maddələri ilə nizama salınır. 1100-cü maddədə, “dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün”, 1101-ci maddədə isə, “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərər üçün” məsuliyyət nəzərdə tutulub.
[dropshadowbox align=”center” effect=”raised” width=”autopx” height=”” background_color=”#eff1f2″ border_width=”2″ border_color=”#3b985e” ]1101.1-ci maddəyə əsasən, “qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində[/dropshadowbox]
fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
[dropshadowbox align=”center” effect=”raised” width=”autopx” height=”” background_color=”#eff1f2″ border_width=”2″ border_color=”#3b985e” ]1101.3-cü maddəyə əsasən isə, “ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin”.[/dropshadowbox]
Göründüyü kimi,
- qanunsuz məhkum etmə,
- qətimkan tədbiri kimi həbsəalma,
- inzibati tənbehin qanunsuz verilməsi nəticəsində dəymiş zərər, hakimin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası tərəfindən ödənilməlidir.
Burada sual yaranır. Hansısa hakim siyasi sifarişlə, rüşvətlə, məsələn, Lamiyə Quliyevanın və qohumlarının işlərində olduğu kimi, siyasi məhbuslarla bağlı, sifariş və ya təzyiqlə qanunsuz qərar qəbul edirsə, bunun nəticəsində vətəndaşlara dəymiş zərər nə üçün günahsız vətəndaşların—vergi ödəyicilərinin hesabına ödənilməlidir?
Qanunverici bunu da nizamlayır. Sadəcə olaraq, hakimiyyət mənsubları mövcud qanunları icra etmir, Azərbaycan Respublikasının mənafeyini qorumaqla bağlı üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər.
Belə ki, Mülki Məcəllənin 1114-cü maddəsinə ( zərər vurmuş şəxsə qarşı reqres hüququ) əsasən, “1114.1– Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
[dropshadowbox align=”center” effect=”raised” width=”autopx” height=”” background_color=”#eff1f2″ border_width=”2″ border_color=”#3b985e” ]1114.3– Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır.”[/dropshadowbox]
Bax, indiki problem də bu 1114.3-cü maddədə keçən “əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə” ifadəsindədir.
Bu o deməkdir ki, Azərbaycan Respublikası öz vətəndaşına ödədiyi, Avropa Məhkəməsinin kəsdiyi kompensasiyanı o vaxt hakimdən tələb edə bilər ki, həmin hakimin “təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq edilsin”.
Siz bu günə kimi hansısa hakim haqqında belə bir qərarın qəbul edilməsini eşitmisinizmi? Əksinə, Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin qərarlarında adı keçən qanunsuz qərarlar qəbul etmiş hakimləri həmişə mükafatlandırıb, onları daha yuxarı vəzifələrə təyin edib. Məsələn, “S.Cəlaloğlu Azərbaycana qarşı” işində adı keçən Gülnarə Tağızadə Nəsimi rayon məhkəməsinin hakimi vəzifəsindən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə irəli çəkildi. Bir azdan Ali Məhkəməyə təyin edilsə təəccüblənməyin.
Deməli, problem ilk növbədə ali siyasi iradədən və qanunvericiliyin təkmil olmamasından qaynaqlanır.
Siyavuş Novruzovun təklifi olduqca vacibdir və mən deyərdim ki, çox gecikmişdir.
Nə üçün Azərbaycan vətəndaşı, vergi ödəyiciləri rüşvətlə, siyasi sifarişlə, müxtəlif qanunsuz maraqlarla qanunsuz qərarlar qəbul edən hakimlərin əvəzindən kompensasiya ödəməlidir?
Azərbaycan Respublikası bu günədək ödədiyi kompensasiyaları geri almaq üçün, bilə-bilə qanunsuz qərarlar qəbul edən hakimlərə qarşı nə üçün reqres iddialar qaldırmayıb? Dövlət əmlakını qorumaq vəzifələrini niyə bu adamlar yerinə yetirmirlər? Bilirsiz niyə?
Çünki həmin qərarlar bu vəzifəni yerinə yetirməli olan vəzifəli şəxslərin tapşırığı ilə qəbul edilib. Bunlar hamısı bu cinayətlərdə şərikdirlər, birgə iştirakçıdırlar.
Bunu etsələr, sonra hansı hakimə tapşırıq verə bilərlər ki, Qurban Məmmədovu şərləyib həbs edin?
S.Novruzovun təklifi ilk növbədə xalqa, sonra da müxalifətə xeyirdir. Bu yolla hakimlərin özbaşınalığına, az da olsa, son qoyula bilər.
Bununçün, MM-nin 1114.3-cü maddəsindəki “əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə” sözləri maddədən çıxarılmalıdır. Qoy təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsləri məhkəmə prosesində, Azərbaycan Respublikasının onlara qarşı qaldırdığı reqres iddiaya baxılarkən, təqsirlərinin olmadığını sübut etsinlər. Əks halda, siyasi sifarişləri can-başla icra edərək özlərində qorxusuz-ülküsüz rüşvət almaq haqqı hiss edən hakimlərin özbaşınalığından xilas ola bilməyəcəyik.
[dropshadowbox align=”none” effect=”lifted-both” width=”autopx” height=”” background_color=”#ffffff” border_width=”1″ border_color=”#dddddd” ]Mən bu təklifə görə S.Novruzova təşəkkür edirəm.[/dropshadowbox]