Əlaqə vasitələri

Nəsimi Rayon Məhkəməsinə – Vəsatət 3

Nəsimi Rayon Məhkəməsinə

CM-nin 263.1-1 və 299.1-ci maddəsi ilə ittiham edilən şəxs

Məmmədov Qurban Cəlal oğlu tərəfindən

Sübut kimi yolverilməz materialların məhkəmə baxışından xaric edilməsi barədə

VƏSATƏT

(CPM-nin 299.4.3-cü maddsinə uyğun )

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin IV hissəsinə əsasən, “Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz”.

CPM-nin 125.2.1-ci maddəsinə əsasən, “…bu Məcəllənin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etməklə əldə edilən məlumatlar, sənədlər və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir”.

CPM-nin 10.1 və 10.5-ci maddəsinə əsasən, “bu Məcəllənin müddəalarına əməl edilməməsi, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur”.

CPM-nin 124.1 və 1241.1-ci maddələrinə əsasən, “Sübutların cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqların məhdudlaşdırılmadan əldə olunmalıdır”.

CPM-nin 126.3-cü maddəsinə əsasən, “… şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz”.

Yuxarıda göstərdiyim hüquq normalarını rəhbər tutaraq,

XAHİŞ EDİRƏM:

1. Ən azı 30 may 2013-cü ildən, yəni mənə ittiham edilən vaxtan sonra iş üzrə alınmış bütün növ ekspertiza rəyləri məhkəmə baxışından xaric edilsin. Çünki həmin rəylər alınarkən CPM-nin 268-ci maddəsinin tələbləri pozulmuş, ekspertiza təyin edilməsi haqqında qərarlar vaxtında mənə təqdim edilmədiyindən və CPM-nin 268-ci maddəsində nəzərdə tutlan hüquqlarımımın reallaşdırılmasına real şərait yaradılmadığından, alınan həmin rəylər mötəbər sübut vasitəsi hesab edilə bilməzlər. CPM-nin 268.1.1-ci maddəasinə əsasən, “protokol tərtib edilməklə ekspertizanın APARILMASINDAN ƏVVƏL onun təyin edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqları izahatını (siyahısını yox) almaq” təqsirləndirilən şəxsin hüququdur. Mənim bu hüququm pozulub.

2. Şahid Abdullayev Seymur Siyasət oğlunun ifadəsi məhkəmə baxışından xaric edilsin. Çünki o, özgənin sözlərindən məlumat verir və “hadisə barədə kimdənsə eşitdiyini” desə də, o, “kimin” kim olduğunu bildirmir.

İmza: / Q.C.Məmmədov /

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir