Nəsimi Rayon Məhkəməsinə
CM-nin 263.1-1 və 299.1-ci maddəsi ilə təqsirləndirilən şəxs
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Sübutların tələb edilməsinə dair
VƏSATƏT
Haqqımda aparılan bu cinayət işi mənim siyasi mövqeyim və indiki siyasi rejimə qarşı siyasi fəalliyyətimlə bağlıdır. Bunu sübut etmək üçün
CPM-nin 32.26-cı maddsəinə əsasən,
XAHİŞ EDİRƏM:
1. “Avropa TV” və “Mediya TV” kanallarında yayımlanan “Azərbaycan saatı” proqramından (rəhbəri Qənimət Zahid), Kanal-13 və Obyektiv TV internet televiziya kanallarından mənim 2012-ci ilin 1 oktyabrdan 04 iyun 2013-cü ilədək olan çıxışlarım, müsahibələrim tələb edilərək işə əlavə edilsin.
2. “Azdlıq”, “Reytinq”, “Yeni Müsavat” və “Şərq” qəzetlərindən mənim 01 oktyabr 2012-ci il – 04 iyun 2013-cü il dövründə çıxmış bütün müsahibə və məqalələrimin surətləri tələb edilərək iş materiallarına əlavə edilsin.
İmza: /Q.C.Məmmədov /