– Alo, bəli…
Q.M.: Alo
– Bəli..
Q.M.: Miri müəllim, salam eleykim.
– Hə, salam..
Q.M.: Hə, bağışla gecə vaxtı narahat edirəm..belə
– Buyur, buyur Qurban müəllim..yox, problem yoxdur
Q.M.: Qardaş, kef – əhval necədir?
– Sağ ol, var ol Qurban müəllim, Allah köməyin olsun, siz
nətəhərsiniz?
Q.M.: Bizim səninlə aramızda bir kişiyana söhbətimiz
olmuşdu..yadına gəlir?..
– Nə Qurban müəllim?
Q.M.: Dedin ki, “get, yaz o söhbəti! Söhbəti elə, yaz! Mən sizə
icazə verirəm, yaz gətir mənə!”
– Nəyi deyirsiniz Qurban müəllim?
Q.M.: O ikinci maşının sürücüsü ilə olan söhbətimiz da… Dediniz ki
“Mən icazə verirəm, get”..
– Hə, hə, problem deyil!
Q.M.: Mən sizə dedim ki, gizli yazmaq qadağandır, siz dediniz ki,
xeyir! – mən icazə verirəm, gedin yazın, gətirin!
– Bəli!
Q.M.: Mən 10 dədiqə bundan qabaq, adamla zəng
elədim danışdım, ətraflı söhbət elədik, dedi ki, maşını, o vaxtkı
maşını təhvil vermişəm, nə bilim nə etmişəm, müdirimi
incidərlər.. apar – gətir edərlər.. bəs, məni incidərlər..
Dedim qardaş, mən onsuz da yazmışam ki, ərizəmdə, indi sabah
prokurora yazacağım ərizədə ətraflı hər şeyi izah eləmişəm!
Nömrəni də göstərmişəm, dedim mən yazmışam ərizəyə ki, sizin
günahınız yoxdur!
Sən deyirsən ki, döndün, durdun, bunun da komandasını mən
vermişəm, belə olubdur! Necə olub hadisə?…
Dedi qardaş, mən saxladım, siz verdiniz dala, qaldı iki maşının
arasında, belə oldu, buna mən nə edim? Mənim nə günahım var?
Dedim əşi, mən bir söz demirəm ki, sənin günahın var – yoxsa yox!
Xahiş edirəm, maşını itirmisən, veribsən, “remont” edibsən, özün
bilərsən; Deyir təhvil veriblər maşını..
Mən də soruşuram ki, kimin maşınıdır, demir! Görünür vəzifəli
şəxsdir! Gizlədirlər…
Dedim qardaş, mən onsuz da demişəm, yazmışam vəsatətdə,
sabah görəcəksiniz! Ki həm sürücü dindirilsin, həm də, o maşında
olan adam dindirilsin…
Kimdirsə o adam?..
Onu mən yazmışam, sabah onu indi necə rəsmləşdirək? – mən sizə
sübut kimi təqdim edim?
– Problem deyil! – gəlin, saat onbirin yarısı (10.30)
gəlin, biz orada olacayıq… Nə formada deyirsiniz, biz şeyləyərik..
müzakirə edərik… – hansı formada deyirsinizsə.
Q.M.: Bax, mən bunu diskə bu gün yazım, sabah siz
onu sübut növü kimi götürürsünüz, mən onsuz da bunu
telefonda gətirəcəyəm, sabah prokurorun yanında, sizin
yanınızda prokuror da qulaq assın! Ərizəmlə birlikdə araşdıraq
orada! Qulaq asın, görün hadisə necə olubdur.. Bundan sonra, o
mənim əleyhimə, o uydurulan şahidlər ki, var haa! – Kişi kimi söz
verdiniz ki, tədbir görəcəksiniz onların haqqında!
– Qurban müəllim, gəlin, indi yəni telefon söhbəti deyil
da… Gəlin, təqdim edin, prokurora demirsiniz gəlib.. özünüzün
şəxsi işinizdir, istiyirsiniz prokurora verin, vəsatətlə yazıb
prokurora verin, istəyirsiniz bizə verin, hansı formada deyirsiniz,
gəlin müzakirə edək, heç bir problem yoxdur!
Q.M.: Yox, prokurora altı (6) vəsatət vermişəm, o heç,
ərizədə amma bunun, sizin tapşırığınızla və razılığınızla
yazdığıma görə, bunu sabah vəsatətlə mən şəxsən sizə
verəcəyəm!
– Heç bir problem yoxdur!
Q.M.: Oldu qardaş?
– Heç bir problem yoxdur!
Q.M.: Öpürəm!
– Oldu, mən də, oldu…
– Çox sağolun Miri müəllim, gecəniz xeyrə qalsın, sağ
olun, sağ olun…