Tanınmış hüquqşünas Nəsimi rayon məhkəməsinə aparılıb
Tanınmış hüquqşünas Qurban Məmmədov Nəsimi rayon polis idarəsinə çağırılıb. Qurban Məmmədovun köməkçisi qazetimizə açıqlamasında bildirdi ki, bu gün saat 11:00 radələrində Nəsimi rayon polis idarəsinə gedən Qurban Məmmədov hələ də qayıtmayıb: “Dünən axşam xəbər göndərilmişdi ki, sabah polisə gəlsin. Çağırılma səbəbi isə, sentyabr ayında baş vermiş avtoqəza ilə bağlıdır. Həmin qəzada “stayanşikin” ayağı qırılmışdı. Guya araşdırma nəticəsində müəyyən olub ki, həmin qəzada günahkar Qurban Məmmədovdur”.
Vəkil Namizəd Səfərovun məlumatına görə, Q.Məmmədov Nəsimi rayon məhkməməsinə aparılıb.