Bu gün həbs edilən Qurban Məmmədovun böyük oğlu, İngiltərədə yaşayan Qoşqar Məmmədovun Facebook- səhifəsindən:
Vəkil, Hüquqşünas, “ÇALXAN” MMC-nin direktoru, Atam Qurban Məmmədovun həbsinin tamamilə siyasi sifariş olduğunu bəyan edirəm. Qurban Məmmədov həbs edilmədən öncə, dünən mənə bu həbslə bağlı, mümkün variantlar və ona qarşı irəli sürüləcək ittihamlarla bağlı ətraflı məlumat vermiş və işi aparan müstəntiqin, Atamın tamamilə günahsız olduğunu sübut edə biləcək yeganə – əsas şahidin səs yazmalarını göndərib. Əgər Qurban Məmmədov növbəti 24 saat ərzində azadlığa buraxılmazsa, bu səs yazmalarını hər kəsin hüzurunda paylaşaraq onların nə oyun qurduğunu hamınıza bildirəcəyəm… Artıq bəsdir, bu qədər siyasi əxlaqsızlığa yol vermək olmaz!!!