Əlaqə vasitələri

“Müxalifətin vahid lideri Əli Kərimlidir”

“Müxalifətin vahid lideri Əli Kərimlidir”

Şənbə, 08 Dekabr 2012 18:24

“Reallığı düzgün dəyərləndirmək üçün heç bir prosedura ehtiyac yoxdur. Artıq lider bəllidir

“Mübarizə seçki komissiyalarının formalaşdırılması ilə bağlı aparılmalıdır. Müxalifət isə vahid namizədi deyil, normal seçki mühitinin yaradılması istiqamətində mübarizə aparacaq lideri müəyyənləşdirməlidir”.

Bunu APA-ya açıqlamasında hüquqşünas Qurban Məmmədov deyib. O bildirib ki, “Seçki islahatları Memorandumu”nun müzakirəsi zamanı da İctimai Palatanın üzvlərinin diqqətinə bu məqam çatdırılıb: “Normal seçki mühiti yaranmasa, dəyişiklik olmasa, müxalifət namizədini geri çəkməlidir”.

Q. Məmmədov onu da bildirib ki, müxalifətə vahid namizəd yox, vahid lider lazımdır: “Fikrimcə, bu da AXCP sədri Əli Kərimlidir. Bu fikrimi qısqanclıqla qarşılayanlara hörmətlə yanaşıram. Amma reallıqlar var. Reallığı qəbul etməyən siyasətçinin qısqanclıq hissi özünü intihardan başqa bir şey deyil. Əsl siyasətçi odur ki, reallığı düzgün dəyərləndirsin. Bunun üçün də heç bir prosedura ehtiyac yoxdur. Çünki artıq lider bəllidir”.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir