Əlaqə vasitələri

Oturursan yerli mebelli kabinetində…

Şahvələd Çobanoğlu Geyirsən yerli ayaqqabını. Minirsən Naz-lı idarə maşınını. Gəlirsən yerli ofis mebeli düzülmüş kabinetinə və yenə də həmin işin başındasan. Hər şey də əvvəlki kimi davam edir, rüşvətin öz yerində, çak-çukun, çırpışdırman da həminki. Yerli xalq da olur xoşbəxt! Olurmu? Hər halda olmağını istəyirlər! İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışından sonra anlaşılan budur. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası deyəndə,  regionların ötən günlərdə çörək tələbi ilə aksiyalar keçirdiyini yada salmamaq olmur. Bu proqram və ya bu kimi proqramlar bir işə yaramış olsaydı, nə manat bu günə düşməzdi, nə də inkişaf etmiş regionların sakinləri çörək tələbi ilə aksiya keçirməzdi. Bu necə inkişafdır ki, əhalinin sakitləşməsi, ac qalmaması…

davamı burada...

Ərdoğanla görüşdən sonra dünyasını dəyişən məşhur iş adamı kimdir:”Kuzuzadə” Mustafa Koç öldü, yoxsa öldürüldü?!

Dünən Türkiyənin ən zəngin iş adamlarından biri – “Koç Holding” şirkətlər qrupunun rəhbəri Mustafa Koç dünyasını dəyişdi. 56 yaşlı bu milyarderin birdən-birə ürəyində baş verən narahatçılıq və daha sonra bütün tibbi müdaxilələrə rəğmən, həyatla vidaşlaşması müxtəlif şübhələrə yol açıb. Türkiyəli bəzi facebook dostlarımın statuslarına nəzər salanda, bu şübhələr açıq-aşkar sezilir, daha çox indiki siyasi hakimiyyət şübhə obyektinə çevrilirdi. İrəli sürülən fikirlər sadəcə şayiə xarakteri daşıdığından və heç bir rəsmi sənədə söykənmədiyindən, biz rəsmən elan olunmuş məlumatlar üzərində dayanmaq və şayiələrin nədən qaynaqlana biləcəyini araşdırmaq niyyətindəyik… Mətləbə keçməzdən əvvəl, Mustafa Koçun kim olduğu, rəhbərlik etdiyi  holdinqin necə dünyanın ən böyükləri sırasına düşdüyünə aydınlıq gətirmək tələb olunur. Bu gün əsasən, maşınqayırma və cihaz sənayesiylə məhşur olan “Koç Holding”in təməlləri 1917-ci ildə Əhməd…

davamı burada...

Bir fərman, bir qanun, bir də ölən ümidlər.

Xatırlayırsınızsa, 2011-ci ilin baharından başlayaraq Azərbaycan rəsmiləri qanunsuz tikili və zəbt olunmuş torpaqların, zəruri istisnalarla, qeydiyyata alınacağı ilə bağlı tez-tez bəyanatlar verirdilər. Hətta, guya hansısa komissiyaların yaradılması, evləri, həyətləri gəzmələri, müəyyən sənədləri toplamaları barədə şaiyələr gəzməyə başlamışdı və bu gün də belə məlumatlar dolaşmaqdadır. Azərbaycan vətəndaşlarının bir nömrəli problemlərindən olan bu məsələnin həll ediləcəyini eşidənlər arasında ürəyi gedənlər, sevindiyindən qəşş edənlər də olmuşdu. Prezident özü şəxsən bu barədə TV ekranlarından dəfələrlə tapşırıqlar da vermişdi. Xalq ümidlənmişdi.  Dərin bir nəfəs almışdı: nəhayət ki !!! Ancaq sən saydığını say, gör …bu məsələdən milyonlarla qanunsuz gəlir götürən rüşvətxor məmurlar nə sayır? Əvvəla, qanunsuz tikili və zəbt torpaqlarının yaranma  səbəbini qısaca aydınlaşdıraq. Niyə insanlar heç bir məsuliyyət yaratmayacaq qanuni yolla torpaq alıb ev tikmirlər,…

davamı burada...

Tarixi qanqrena

Məhəmməd Talıblı 20 Yanvar tariximizlə bağlı Mütəllibov yaddaşımda necə qalıb? 90-cı ildən sonra müstəqillik tariximiz üçün ikinci dəfə yeniləndi və özünə qayıtdı. Ölkə başqa bir siyasi sistemə transformasiya olundu. Cəmiyyətimiz dəyişdi və dəyişməkdə davam edir. Yeni nəsil yetişir. Yeni nəsil çağdaş siyasi tariximizi öyrənməkdə davam edəcək. Onun bir qismini yazılı arxivlərdən, bir qismin isə elektron mediadan əldə edəcək. Əhəmiyyətli bir hissə isə mətbuat orqanlarında çap olunan məqalələrdən öyrəniləcək. Onlara ikinci müstəqil respublikamızın mücadilə tarixi haqqında səhih və dürüst məlumatların verilməsinə böyük ehtiyac var. Həmin dövrü yaşamışıq və gözlərimizlə hadisələri görmüşük. Biz müstəqllik haqqında şirin nağıllarına inanmadığımız kimi özümüz də nağıllar uydurmarıq. Tarixi canlı yaşayan və gözləri ilə görənə nağıl danışmaq niyə lazım? Ayaz Mütəllibov demokratik yolla seçilmiş prezident Əbülfəz Elçibəy…

davamı burada...

Oliqarxlar öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda “gizlədirlər

Oliqarxlar öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda “gizlədirlər” Gömrük Komitəsi “brokerləri qovun” tələbini yerinə yetirə bilmir Ölkə iqtisadiyyatını dirçəldəcək, ölkə biznesində  normal  rəqabət yaradacaq və ən əsası qiymətlərin ucuzlaşmasına səbəb olacaq gömrükdə monopoliyanın ləğvi məsələsi günün ən aktual mövzularından birinə çevrilib. ANS-in həftəsonu efirə gedən “Hesabat” proqramına danışan Gömrük Komitəsinin sədri Aydın Əliyev monopoliyanın ləğvi ilə bağlı  suala kifayət qədər aydın cavab verib.  “Açıq bazardı, kim nə gətirirsə-gətirsin, hamı üçün eyni rəqabət yaradılıb. Sahibkar davamlı olaraq daxili bazara gətirdiyi məhsulu və ya istehsal etdiyi məhsulu sata bilərsə və s. Artıq bu, o deməkdir ki, bu, azad ticarətdir. Bu şərait hamı üçün yaradılıb. Dövlət büdcəsinə çatası vergi rüsumlarını ödəyin və daxili bazara mallarınızı çıxarın”…

davamı burada...

Elçibəyin Sovet məhkəməsində 20 yanvarla bağlı çıxışı: “Corc Buş AXC-dən üzr istədi, Özala dedim ki, bu, şiəlik hərəkatı deyil”

Elçibəyin Sovet məhkəməsində 20 yanvarla bağlı çıxışı: “Corc Buş AXC-dən üzr istədi, Özala dedim ki, bu, şiəlik hərəkatı deyil” – TARİX Yaradılıb 19.01.2016 18:02 20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir. SSRİ prezidenti Mixail Qorbaçovun rəhbərliyi ilə qəddarcasına həyata keçirilən bu qətliamda yüzlərlə insan –uşaq, qadın, qoca həlak oldu. Azadlıq Hərəkatının mühüm periodu olan 20 yanvar qətliamı özünün siyasi nəticəsini çox gözlətmədi. SSRİ-nin dağılmasının qarşısını belə qanlı cinayətlə saxlamaq cəhdi faydasız oldu: cəmi bir idən sonra müstəqil Azərbacanın üçrəngli bayrağı vətənmizin azadlığının simvolu kimi dalğalanırdı. O vaxtdan 26 il ötüb. Faciə ilə bağlı çox suallar da açıq qalıb. Müxtəlif siyasi liderlərin 20 yanvarla bağlı çıxışlarını oxuduqca bu prosesin…

davamı burada...

“Misirin insanları valeh edən ikinci möcüzəsi”

İlyas İsmayılovdan Camal Əbdül Nasir haqda möhtəşəm yazı: “Misirin insanları valeh edən ikinci möcüzəsi” Yaradılıb 19.01.2016 18:39 İlyas İSMAYILOV, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru “Böyük böhranlar böyük insanların meydana çıxmasına təkan verər” Marqaret Kennedi, ingilis yazıçısı Həyatda, ilk növbədə ağlasığmaz görünən, lakin tarixi gediş baxımından dərk edilən elə hadisələr baş verir ki, onlar ölkənin hamı tərəfindən çıxılmaz sayılan halını tamamilə pozitiv istiqamətə dəyişir. Bu, əlbəttə, özü-özünə baş vermir: bir çox obyektiv şərtlərlə yanaşı, xalqını, vətənini hədsiz dərəcədə sevən şəxslərin comərdliyi sayəsində mümkün olur. Başqa sözlə, nə qədər xalqın gücündən, tarixdə onun həlledici rolundan danışılsa da, bu gücü səfərbər edərək onu azadlıq uğrunda mübarizəyə yönəldən şəxsiyyətlərin rolu danılmazdır. Vətənə bağlılığı ilə, bəlkə də heç kimə bənzəməyən, həyatını təhlükə altında qoyaraq…

davamı burada...

Belə hökumət kimə lazımdır?

Belə hökumət kimə lazımdır? 19 Yanvar 2016 09:15 Hakimiyyət komandası susmuşlardan ibarətdir Bəzən düşünürsən və YAP hakimiyyətinin nə ifadə etdiyini başa düşmürsən. Həqiqətən də bu hakimiyyətdə komanda mövcuddurmu? Həqitən də vəzifə tumuş adamların hansısa səlahiyəti varmı? Əgər hökumət komandası varsa, niyə yalnız 3-4 nəfərin səsi eşidilir? Çox uzağa getməyək, Türkiyəyə, Gürcüstana baxanda hiss edirsən ki, ölkədə hakimiyyət var. Hökumətin başında duran adamlar ölkədə baş verən hər hansı hadisəyə münasibət bildirir, hadisə baş verən yerlərə gedirlər, insanlarla təmasda olurlar, ittihamlara, tənqidlərə cavab verirlər və s. Amma Azərbaycanda bina yanır, dənizdə partlayış olur, milli  valyuta 100 faizdən artıq dəyər itirir, bölgələrdə eitraz aksiyası keçirilir, qiymətlər artır, borca görə intiharlar baş verir, dünya mətbuatı Azərbaycandakı neqativ hallardan yazır, ölkə başçısından tutmuş, nazirlərə qədər…

davamı burada...

“Bu hakimiyyətlə ölkənin böhrandan çıxışı yoxdur; hər işin ən pisini görürlər”

“Bu hakimiyyətlə ölkənin böhrandan çıxışı yoxdur; hər işin ən pisini görürlər” 15 Yanvar 2016 08:04 Əli  Kərimli xalqa müraciət etdi: “Sosial tələblərimizlə paralel ölkədə azadlıqların bərqərar olunmasını da tələb etməliyik” AXCP sədri Əli Kərimli hakimiyyəti indiki böhranlı vəziyyətdə düzgün siyasət yürütməməkdə ittiham edən və vətəndaşları təkcə sosial hüquqları yox, həm də ölkədə siyasi azadlıqların bərpası haqqında düşünməyə çağıran yazı yayıb. Onun feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik: Baxın, hakimiyyət hər şeyi tərsinə edir. İndi ixracatı stimullaşdırmaq lazımdır ki, ölkəyə neft satışından başqa yollarla da dollar gəlsin, bunlar isə olan az miqdarda dolları xalqdan necə gizlətməyi düşünürlər. Ölkənin qapılarını xaricdən gələn ucuz mallara açmaq lazımdır ki, buradakı daxili bazar bir az ucuzlaşsın, bunlar gömrük qaydalarını daha da sərtləşdirirlər, iki ay qabaq…

davamı burada...

Gördünüzmü, həqiqət çörəkdən də vacibdir!

Gördünüzmü, həqiqət çörəkdən də vacibdir! 18 Yanvar 2016 09:15 Şahvələd Çobanoğlu Yalanla ev yıxmaq necə bir işdir, bunu edənlərə eldə-obada necə baxırlar – hamıya bəllidir. Amma bu rəzilliyin bizim ölkədə boy atmış miqyasına baxın. Vəzifəli, titullu, adlı-sanlı, yeniyetmə, qoca, yaşlı, cavan adamlar yalan danışmaq, tərif söyləmək üçün növbəyə düzülmüşdülər. Bundan sonra nəticə başqa cür ola bilərdimi?! Yalanla bir ölkəni bu günə gətirdilər. Böhrana, səfalətə, haqsızlıq girdabına! Yaltaqlıq və məddahlıqla ölkənin zəngin resurslarını, tarixi şansını yox etdilər. Əyildilər, ölkəni də əydilər! Əldən necə imkanlar qaçdı! Azərbaycan artıq Almaniya səviyyəsində yaşayan bir ölkə olacaqdı! Müstəqillik qazanarkən arzularımız vardı, xalqın gözəl xəyalları vardı, bir qədər romantik və aşırı ola bilərdi bu arzu və xəyallar, amma fərqli, güclü, rifahlı bir ölkə qurmaq şansı sadə…

davamı burada...

Yaltaqlıq pisdir, amma yaltaq yaxşı?!

Yaltaqlıq pisdir, amma yaltaq yaxşı?! 18 Yanvar 2016 09:05 Elnur Astanbəyli elnurastanbeyli@gmail.com Açıq danışmaq lazımdır: azərbaycanlılar bir qayda olaraq, insanları mənsəbləri, şöhrətləri, var-dövlətləri ilə qiymətləndirirlər. Bu mənsəb necə qazanılıb? Bu şöhrət necə əldə edilib? Bu var-dövlətin qaynağı nədir? Çox az adamı belə suallar düşündürür, narahat edir. Kimi dindirsən, deyəcək ki, yaltaqlıq pisdir, iyrəncdir. Amma mən orta statistik azərbaycanlının bir dəfə də olsun hansısa yaltağa yaltaq kimi yanaşdığını görməmişəm. Əksinə, onu bəh-bəhlə məclislərin başında oturdurlar, onun əlini sıxmağı, ona toxunmağı böyük xoşbəxtlik sayırlar. Kimi dindirsən, deyəcək oğurluq cinayətdir, günahdır, ayıbdır, amma sizi bilmirəm, mən bircə dəfə də oğurluqla, xalqın sərvətini talamaqla özünə sərvət toplayan adama orta statistik azərbaycanlının kəc baxdığını, ondan iyrəndiyini görməmişəm. Əksinə, belələrini elçiliyə aparmaq üçün dəridən-qabıqdan çıxırlar, adlarını…

davamı burada...

Sosial etirazların müəllifi kimdir?

Sosial etirazların müəllifi kimdir? 16 Yanvar 2016 22:01 Azərbaycan tamamilə yeni mərhələyə qədəm qoyub və bu mərhələnin adını şərti olaraq, “keçid dövrü” də qoya bilərsiniz. Ağlınıza başqa şey gətirməyə tələsməyin, mən ən azı, postneft dövrünə keçidi nəzərdə tuta bilərəm. Amma bir qədər dərinləşdirib, bunu, əlbəttə, postəliyev dövrü də adlandıra bilərsiniz. Həm də, ona görə ki, indiki hakimiyət komandası neft pulları üzərində dayanmağa öyrəncəli olan bir komandadır və bölüşdürəcək “xam” pulların olmadığı şəraitdə bu komandanın elə əvvəlki şəkildə və biçimdə qalacağını heç kim ağlına gətirə bilməz. Zatən, qurbanlar da verilməyə başlayıb. Qurbanlar dövlət idaələri üzərində eksperimentlər də sayıla bilər, yüksək çinli oliqarxların və mafiozların sıradan çıxarılması da. Hətta bəzən, çox gülməli şəkildə dəyişikliklər olur. Məsələn, elə bu günlərdə struktur islahatları ilə…

davamı burada...

“Şans əldən buraxılıb…”

  “Şans əldən buraxılıb…” “Seytnot vəziyyətinə düşmüşük…” Keçmiş maliyyə naziri, tanınmış iqtisadçı alim, professor Saleh Məmmədov ölkədəki mövcud durumla bağlı növbəti məqaləsiniModerator.az -a göndərib. Həmin məqaləni oxuculara təqdim edirik: Adətən, seytnot vaxtı qəbul olunan qərarlar səmərəsiz olur. Belə olan təqdirdə daha çox düşünən beyin cəlb etməklə vaxt itkisini beyin məhsulları ilə əvəzləyərək vəziyyəti düzəltmək olur. Ölkəmizin iqtisadiyyatı əsas gəlir mənbəyi olan bizdən asılı olmayan səbəblərlə qiymətdən düşən neftlə əlaqədar olaraq günü-gündən ağırlaşır. Amma bu proses uzun müddətdir ki, başlayıb, zəruri islahatlar keçirib, hətta bu fəlakətdən də ölkənin xeyrinə istifadə etmək olardı. Şans əldən buraxılıb, seytnot vəziyyətinə düşmüşük, tələsik qərarlar isə bir-birinin arxasınca iqtisadiyyata daha böyük zərbələr endirməkdədir. Əlimizdə nəinki, vəziyyətdən qurtarmanın, qalxınmanın yol xəritəsi yoxdur, heç düşməyin də üsulunu…

davamı burada...

Azərbaycanda böhranın gözlənilən nəticələri:Hökumətin zor tətbiqi vətəndaşı hər an İŞİD mərmisinə çevirə bilər!

Azərbaycanda böhranın gözlənilən nəticələri:Hökumətin zor tətbiqi vətəndaşı hər an İŞİD mərmisinə çevirə bilər! Heydər Oğuz mektub@heyderoguz.com Ölkə iqtisadiyyatının getdikcə dalana dirənməsi, əhalinin sosial vəziyyətinin kəskin pişləşməsi ictimai narazılıqlarla müşahidə olunur. Artıq bir sıra rayonlardan etiraz aksiyaları xəbərləri gəlir. Bir tikə çörək almağa pulu çatmayan, kəskin inflyasiya nəticəsində alıcılıq qabiliyyətini itirən vətəndaşlar canlarını dişlərinə tutub meydanlara axışırlar. Hələlik, icra və hüquq-mühafizə orqanları narazıları sakitləşdirə bilsələr də, etirazların nəticəsiz qalması kütləvi hal alan aksiyaların nəzarətdən çıxmasına yol aça bilər. Vəziyyət isə tezliklə düzələnə oxşamır. Azərbaycan iqtisadiyyatının şah damarı sayılan neftin qiymətləri getdikcə aşağı düşür və ucuzlaşma prosesinin hələ uzun müddət davam edəcəyi gözlənilir. Hakimiyyətin əlində başqa alternativlərin olmaması isə özünü həyata keçirilən antiböhran tədbirlərində göstərir. Ən dəhşətlisi isə budur ki, hakimiyyət böhrandan…

davamı burada...

Kredit bataqlığından necə çıxmalı? “AZADLIQ”, 11 yanvar 2016-cı il

Kredit bataqlığından necə çıxmalı? 11 Yanvar 2016 22:22 Qurban Məmmədov Minlərlə vətəndaşımız durmadan məktub yazır, dollarla götürdükləri kreditdən və son devalvasiyadan dolayı düşdükləri problemin həlli yollarını soruşur, məsləhət istəyir, hüquqi çıxış yollarının olub-olmaması barədə israrla cavab axtarırlar. Müraciətlər o qədər çoxdur ki, fiziki olaraq bunların hamısına fərdi qaydada cavab vermək qeyri-mümkündür. Ona görə də qərara gəldim ki, bu barədə ətraflı bir məqalə yazım. Qoy hər kəs buradan öz probleminə uyğun qaydada istifadə etsin. Bəri başdan deyim ki, vəziyyət çıxılmaz deyil. Qətiyyən narahat olmayın və stresə qapılmayın. Bunu ona görə xüsusi vurğulayıram ki, bəzi insanlarımız yaranmış indiki ağır iqtisadi durumda, onları ödəmə qabiliyyətsiz edən son devalvasiya hadisəsində sanki çıxılmaz duruma düşdüklərini zənn edir və hətta ölümdən başqa çarə olmadığı haqda düşündüklərini…

davamı burada...

Nə məsləhət görürsünüz, bəlkə “Bank qurbanları” adlı cəmiyyətdə birləşək?

Əziz həmvətənlər! Nə məsləhət görürsünüz, bəlkə “Bank qurbanları” adlı cəmiyyətdə birləşək? Bir yerə toplanıb problemləri müzakirə edək, həll yollarını axtaraq və bizi bu duruma salanlarla mübarizə metodlarını razılaşdıraq. Bu cəmiyyətə qoşulmaq üçün şəxsən kredit borcunuzun olması önəmli deyil. 04.01.2016…

davamı burada...

Ancaq bu ilin adını “Erməni ili” qoysalar, başqa məsələ…

2014-cü ilin adını “Sənaye ili” qoyub, sənayeni, 2015-ci ilin adını “Kənd təsərrüfatı ili” qoyub, kənd təsərrüfatını məhv etdilər. Qorxuram ki, 2016-cı ilin adını “Qarabağ ili” qoyalar. Çox qorxuram, dostlar! Ancaq bu ilin adını “Erməni ili” qoysalar, başqa məsələ… 04.01.2016…

davamı burada...

Mülki Məcəllənin 439.1-ci yarımmaddəsinə əsasən, “pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər ..

Əziz həmvətənlər! Mülki Məcəllənin 439.1-ci yarımmaddəsinə əsasən, “pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.” Banklar əksər hallarda qanunun bu tələbini pozub, öhdəlyi manatla yox, dollarla ifadə ediblər. Bu isə qanuna ziddir. Son vaxtlar mənə müraciət edən, dollarla kredir götürdüklərinə görə problemlər yaşayan vətəndaşlarımızla söhbətlərdən bir şey artıq mənə dəqiq məlumdur. Kimlərsə manatın öləcəyini əvvəlcədən biliblər. Buna görə də, banklara müraciət edən vətəndaşlarımızın israrlı tələblərinə baxmayaraq, onlara manatla kredit verilməyib. Bəzən hətta girovsuz, zaminsiz, iri məbləğlərdə kreditlər verilib. Bir çoxunu isə, “indi manat yoxdur, dollarla verək, sonra manat gələndə dəyişərik”–deyə, aldadıb kredit müqavilələrinə imza etdiriblər. Sonrası isə məlumdur. Müxtəlif bəhanələrlə vədlərinə…

davamı burada...