Öz qanında boğulmaq təhlükəsi və ya mən “nurçu” olmaq istəyirəm.
Son vaxtlar ölkəmizdəki dini durum, məzhəblər arası kin və nifrətin dərinləşdirilməsi, bu prosesin, xüsusilə də, məqsədyönlü şəkildə məhz qarşıdurma istiqamətində idarə edilməsi qorxulu və qanlı gələcəkdən xəbər verir. Biz bu real təhlükəni görməzdən gələ bilmərik. Çünki bizim başqa Vətənimiz yoxdur.
İqtidar Allahşükür Paşazadəni yanına almaqla hakimiyyətini “qarşı” dini qrupların hədəfinə çevirib. A.Paşazadə isə özünün son fitvası və bəyanatları ilə şiəliyi, özünü və yanında olduğu hakimiyyəti hədəf göstərib.
Qarabağ boyda dərdi, qonşuluğunda, hər an onu tarix səhnəsindən silməyə və qanını içməyə hazır olan düşmənləri olan bir dövlət belə daxili ziddiyyətlərə imkan verməməli, vaxtında bunun qarşısını almalıdır. A.Paşazadə, əslində, özünün şəxsi maraqlarına görə dövlətimizi təhlükəyə sürükləyir. Dövləti idarə edənlər, necə ki gec deyil, bunu anlamalıdırlar. Hara baxırlar dövlət başçısının ideoloqları. Korrupsiyadan başlarını…