Rəsmilər Qarabağ veteranının ölümünü sükutla qarşıladı
“AZADLIQ”
CÜMƏ AXŞAMI, 21 MAY 2015 08:26
Eldəniz Quliyev: «Bu elə torpaq və ərazi bütövlüyümüzə olan yanaşmanın təzahürüdür»
Qurban Məmmədov: «Qazilər, haqq uğrunda mübarizə aparır!»
Cəlilabad rayonu Polis Idarəsinin qarşısında özünü yandıran Qarabağ müharibəsi və 20 yanvar hadisəsinin iştirakçısı Mirtahir Miradil oğlu Mürsəlov vəfat edib. Məlumatı Modern.az saytına onun qardaşı Mirkamil verib. Müharibə iştirakçısı Mirtahir Mürsəlovun özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub. Xatırladaq ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asaraq intihar etmişdi. Iki il əvvəl isə Mürsəlov Mirtahirin evində qaz partlayışı olub və o, iki gün huşsuz vəziyyətdə qalıb.
Mayın 19-da özünü yandıran Mirtahir Mürsəlovun özünü öldürmə faktı ilə bağlı cinayət işi açılıb.…