Əlaqə vasitələri

Müxtəlif müəlliflər

Aydın Canıyev: “Aprel… “vinetka”sı!”

Mən Aprel Şəhidlərindən yazmalıydım. Yazmadım! Yazmadım ki, qənaətimdə budur: Azərbaycana Tarix Şəhidləri, Tarix Qəhrəmanları, Tarix Sərkərdələri, lazımdı, Təsəlli şəhidləri yox! Və özü də Bütöv Azərbaycanı əldə edən şəhidlər! Bir təpəlik qəhrəmanlığa Tarix və Düşmənlər hər zaman istehza edib, edir, edəcək! Hətta bütün Qarabağ və ətraf 7 rayon azad edilsə belə, bir kənd düşməndə qalsa, yenə… kafi deyil! Ancaq Aprel şəhidlərindən yazılan hər yazının (oçerkin, portretin, şeirin, poemanın, hekayənin, romanın) ürəyimin başında yeri var… SÖZARASI: Babam kənddə – kolxozda işləyirmiş, hər ilin də axırında kolxoza borclu qalırmış. Hər dəfə bizim üçün zülmlərə qatlaşdığını deyən, əməyini qiymətləndirməyini istəyən atam bunu tez-tez bizə danışardı, bir dəfə soruşdum ki, bu necə ola bilər axı? Danışdı. Və mən o söhbətdən sonra yaxşı işi də, pis…

davamı burada...

Zabil Həsənov: “Qurban Məmmədov özü etiraf edir…”

Qurban Məmmədov özü də etiraf edir ki, o, vəzifədə işləyə bilməz və buna xarakteri imkan vermir. Bu ifadədə həqiqət payı çoxdur və mən Qurban bəyin bu fikirini açmasını aşağıdakı kimi şərh edərdim: “Belə mentalitetə malik xalqa rəhbərlik etmək mənlik deyil”. Belə baxanda əslində rəhbərlik üçün bütün yüksək keyfiyyətlərə malik olan Qurban bəy həm də nöqsanlara qarşı barışmaz mövqeyindən geri duran adam deyil və nə yazıqlar ki, biz belə şəxsləri çox vaxt arzuolunmazlar sırasına yazırıq. Bizim mentalitetdə vəzifəli adamın öz obrazı var və elə təkcə vəzifəli adama onun qohum-əqrabasının gözü ilə baxası olsaq, “Mozalan” satirik yurnalı üçün maraqlı bir sujet alarıq. Səni yıxıb sürüməyincə əl çəkəsi deyillər. Əgər insan kütləsi qarşısında məsuliyyət daşıyırsansa, mütləq işini müəyyən prinsiplər üzərində qurmalı və heç…

davamı burada...

Aydın Canıyev: “Əli Kərimli-Qurban Məmmədov 0:3 “

FATİHƏMƏƏSSALAVAT: Qurban Məmmədov – Əli Kəirimli 3-0 və yaxud Cəmil Həsənli nəvələrinə, İbrahim İbrahimli şagirdlərinə nağıl danışırmış kimi… “Siyasət mümkün olanı əldə etmək bacarığıdır” Vladimir İliç Lenin (Ulyanov) 20-ci əsrin əvvəli. “Əli Kərimli və Qənimət Zahid siyasi fəxri xiyabanda ikinci qəbristanlıq açmış killerlərdir” Aydın Canıyev, 21-ci əsrin əvvəli, Nahid Cəfərovun siyasi müxalifətə keçdiyi dönəmdə ona verdiyi məsləhət-yazıdan. REMARKA: Bu yazı indi oxunmaq üçün deyil, gələn il bugünkü gündə oxuna bilər! Azərbaycanda hər şey baş-ayaqdır, ona görə də “ayaq”dan başlayıram ki, “orta”ya qalxıb, başa gəlim: Qənimət Zahidin təşkil etdiyi “Sözarası” canlı yayımında özünə hörmət edən azərbaycanlı tamaşaçı… hörmətsizlik gördü! STOP! – həyəcanlanmayın və əlinizin içində olan söyüşləri doldurmayın şərh yerinə. Futbolda iki komandanın birinə bəlli vaxtda təyin edilən oyuna gəlmədiyi təqdirdə…

davamı burada...

Aydın Canıyev: Mehdibəy Səfərov, “zənci” olma!

I YAZI Yazmayacaqdım! Çünki mənim bu dünya, bu Azərbaycan və milli mənsubiyyət haqqında düşüncələrim handabir azərbaycanlıda ola bilər – sayı təxminən 3, 5, vur-öldür, 10. Yekəxanalıq etmirəm! Bu, həqiqətdir – bu ÖLKƏNİN Vahid Rzayevi, Tehran İmranoğlusu, Kamil Vəlisi, İbrahim Vəliyevi, Xudu Məmmədovu, Şirməmməd Hüseynovu, Rafiq Qurbanovu, Heydər Hüseynovu varsa, olubsa, ayrı cür düşünməzlər. Amma düşünürlər! Düşünürlər, düşünə bilirlər, düşündürülməyə təhrik olunurlar deyə, günümüz bu! SÖZARASI: Mən eyni vaxtda iki qadınla sevgi-intim münasibətiylə görüşmədiyim kimi, eyni vaxtda iki cəbhədə də düşmən kimi döyüşmürəm. Bunu ən azından az ağlımla ona görə edirəm ki, zərbə olanda bilim ki, düşmən kimdir! Yalan da ona görə danışmıram ki… məni gülmək tutur, yalanımı həmən tuturlar. Niyə yazdım və nəyi yazmayacaqdım? Bir Mehdibəy Səfərov var. İki Mehdibəy…

davamı burada...

Emrah Vatansever: “Sevinc Osman qızının İsgəndər Həmidova qarşı “jurnalistliyi”..”

29 January 2019 Dünen Serdar Alibeylinin bir videosunu izledim.. Onun söhbetinden aydın oldu ki, Amerikada oturan ve birilerinin diqtesi ile öz kanalından veriliş sunan Sevinc Osmanqızının verilişinde qonağı İsgender Hemidovla nese bir xoşagelmez insident yaşanıb.. Aradım, taradım, heç bir yerde hemin müsahibeni tapa bilmedim.. Hetta öz sayfamda yazdım ki, kimde o video varsa mene göndersin.. Axşama doğru hemin müsahibenin youtobda yüklendiyini gördüm. Gece gec saatlarda videonun tamamını izledim…Sebirsiz tanıdığımız İsgender beyin sebrine de heyran qaldım… Sevinc Osmanqızı jurnalistikadan kenar bir şekilde sualları verirdi.. Sanki reqibi ile debata çıxmışdı. Heyasız heyasız gülümsemeleri, sualları ironik şekilde vermesi onun iç üzünü ortaya qoydu.. Sevinc Osmanqızının 27 il qabaq baş veren hadiseleri kin güden uşaqlar kimi abartaraq tekrarlaması ne qeder sinsi olduğunu ve bir…

davamı burada...

Aydın Canıyev: “Əli Həsənova halaldır…”

Müxalifətin “zirvə toplantısı” dəyirmi masasında iştirak etdim – müstəqil jurnalist kimi. Tədbirdən ayrıca yazmaq qəsdim var, amma bu an demək istədiyim ayrı bir məqamdır: bu gün, daha doğrusu, tədbir başlamamışdan 12 saat qabaqdan Əli Kərimli dəstəsinin nümayəndələri İlham Əliyevə və Əli Həsənova ən yaxın, ən sadiq, bu iqtidarın ən fədakar qarantları, silahdaşları kimi çıxış etdilər bu fb-də status, canlı yayımlarda şərh yazarkən! Bu günə qədər mən anamın dayımın birinə “sənə arvad haramdır” dediyi kimi fikirləşirdim ki, Əli Həsənova ictimai-siyasi şöbənin müdirliyi haramdır – düzdür, heç vaxt rəsmən və ünvanlı şəkildə bu adam haqqında heç nə yazmamışam, problemin personası onu saymamışam, amma indi deyirəm: – Əli Həsənova halaldır! Birincisi, ona görə ki, həmişə fikirləşirdim ki, görəsən, cənab prezident onu niyə ora…

davamı burada...

Nazlı Ağayeva: ”Xalxın kişiləri” və heç zad…

Məcburi alçaqlıq belə, yenə də alçaqlıqdır. Bunu hər dəfə xatırlatmağa ehtiyac var… Yaxın dostumun tez-tez paylaşdığı fikrə görə Azərbaycanda bu gün hər diribaş qadının uğuru bir zəif kişinin istismarından keçir. Zəiflik və istismar qismi barədə heç nə deyə bilmərəm, amma son ayların ulduzuna çevrilmiş Zamirə Hacıyevanın simasında diribaş qadın gördük. O qadın ki, ən adi gündəlik tələbatlarını normal yerinə gətirə bilməyən dustaq ərinin tam əksinə dünyanın bahalı Londonunda həyatın dadını cəsarətlə çıxartmaqdadır. Üstəlik bizdən çalınan milyonları sərhədsiz fantaziyalarına sərbəst xərcləməklə. Hərçənd xanım o pulların heç olmasa bir hissəsini hansısa xeyriyyəçi məqsədlərə yönəltsəydi, həm vicdanı rahatlaşardı, həm də çirkli pulların o hissəsi yuyulub ünvana yetişərdi. Bu gülməli variantı da mənim maymaq fantaziyama yazın. Çünki Avropa sakinəsi Zamirə Hacıyeva nəticədə tipik milli…

davamı burada...

Aydın Canıyev: “Murovda hava necədir bu gün?..”

Bayraqla bir gündə doğulan Döyüşçü! və yaxud Bu ölkədə məni nəinki ittihama, hətta söyməyə haqqı olan tək və yeganə həmkar! günAYDIN, əzizlərim! Biləniniz yoxdur Tverdə bu gün hava necə olacaq? Çox gic və mənasız sualdı – azərbaycanlılar üçün, eləmi? Bəs Murovda hava necədi? Bu da axmaq suallardan biridir lənkəranlı, şəkili, bakılı, qazaxlı, ağcabədili, salyanlı, imişlili azərbaycanlı üçün, eləmi? Yox? Hamısı üçün yox, yəni də! Kimin balası Murovda səngərdədi, onlara maraqlıdır, eləmi – lənkəranlı, şəkili, bakılı, qazaxlı, ağcabədili, salyanlı, imişlili azərbaycanlı üçün, hə? Bax, mənə də maraqlıdır hər gün Tverdə hava necədir – qızım orada yaşayır, hər gün şıltaq, nadinc, kür, təmiz havaya çıxmasa yatmayan 1 yaş 7 aylıq nəvəm Timanı gəzməyə çıxarır: isti olsun, soyuq olsun, qar olsun, yağış olsun,…

davamı burada...

İlqar Hüseynli: “Ya həqiqi futbol oynayın, ya da meydanı tərk edin”

Birinci yazımızda sözümüzü inanmaq ilə bitirmişdik. Uğura gedən yolun ən birinci və vacib şərti inanmaqdan keçir.Bir yola kor-koranə çıxmaq yolun sonunun uğursuz və hətta faciə ilə bitəcəyinin anonsudur.Buna hec kimin şübhəsi ola bilməz. 1-ci yazıda qeyd etdiyim “Necə oldu ki,futboldan əlini üzmüş insanlar stadion və televizor qarşısında həyəcanla oyunları izləməyə başladılar?” fikrini izah eləməyə çalişacam. Qurban Qurbanov komandanın sükanı arxasına keçəndən bəri, gördüyü ilk işlərdən biri komandada ciddi nizam-intizam yaratması oldu. Daha sonra, komandasini inandirmağı bacardı kı, qarşısındakı rəqiblər də onlar kimi insandırlar və heç bir fövqəl gücə malık deyillər. Sadəcə, verilən tapşırıqları düzgün icra eləməknən istənilən nəticəyə nail olmaq olar. Komandada nizam intizam və başq məşqciyə oyuncuların inanması, ugurların əsasını qoydu. İndi Ana müxalifət adlı komandanin baş məşqcisi və…

davamı burada...

Sərdar Əlibəyli: “VƏTƏNPƏRVƏRLİK ƏCLAFLARIN SON SIĞINACAQ YERİDİR” !!!

Sərdar ƏLİBƏYLİ AZƏR HƏSRƏT-BƏXTİYAR HACIYEV DEBATINA SÖZARDI  Azər Həsrətlə Bəxtiyar Hacıyevin  arasında, “Yeni Müsavat”ın moderatorluğu ilə çəkilmiş debata baxdım, yadıma bilirsinizmi nə düşdü? Açığı Azər Həsrətin xətrini çox istiyirəm, özü də bunu bilir və indi deyəcəyim fikrin də ona qətiyyən dəxli yoxdu. Amma bunu demək zorundayam və insanlar, bütün hallarda, uşaqdan- böyüyə, bütün ölkə əhalisinin bildiyi həqiqətlərdən belə israrlı şəkildə, inkarçı formada danışa bilməyi özlərinə rəva görməməlidirlər. Çünki istənilən halda, ictimai rəy dəyişmir, Sabirin sözü olmasın, günəşi göydə necə danmaq olar axı?!.  Sözün düzü,  hələ də özüm üçün aydınlaşdıra bilməmişəm ki, Azər Həsrəti bu proseslərə  belə israrlı şəkildə qoşan motivlərin arxasında, cəlb edən gücün əlində nə var. Mən burada ad çəkmək istəmirəm, zatən kimin kim olduğunu bütün ölkə bilir, ancaq…

davamı burada...

Heydər Oğuz: “Hakimiyyət üzərində terrorçu imici yaradıla bilər: Rəhim Namazov müəmması”.

Mətbuatda kriminal avtoritet kimi təqdim olunan Rəhim Namazovun sağalması və artıq danışmağa başlaması yeni qalmaqallı kompromatların mətbuata sızdırılmasına və hakimiyyətə qarşı növbəti beynəlxalq ittiham və basqılara münbit zəmin hazırlayır. Namazovun Fransa KİV-lərinə müsahibəsində həyatının təhlükədə olduğu üçün danışmaqdan qorxduğunu, kriminalla heç bir əlaqəsinin olmadığı bildirməsi də polisə ifadələrinin siyasi içərik daşıyacağından xəbər verir. Zira bu adam həqiqətən Lotu Qulini söyməsinin güdazına gedibsə, məntiqlə, başına bu qədər ağır faciə gəldikdən sonra da susmamalı və yaxud susqunluğunu qorxmasıyla əsaslandırmamalı idi. Hər halda üzləşdiyi faciədən əvvəlki cəsarətlə sonrakı “ağciyərlik” bir araya sığmır. Nəzərə alsaq ki, hazırda Fransa polisinin nəzarəti altında olan Rəhim Namazovun qarşısında bir də özünün kriminal aləmə aidiyyətini təkzib etmək və beləcə, məsuliyyətdən yayınmaq kimi mühüm “vəzifə” dayanır, onun arzulanan tərzdə…

davamı burada...

Sərdar Əlibəyli: “Saxlayın bu rəzaləti, söyüş siyasətinə “dur” deyin”!!!

OYUN BAKIDAN İDAƏ OLUNUR!!!(???) Azərbaycan Respublikasının prezidenti İlham ƏLİYEVƏ Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım ƏLİYEVAYA Hörmətli cənab prezident !!! Çox hörmətli Mehribab xanım!!! Açığını deyim ki, bu müraciətimin də, illərdən bəri, Sizlərə ünvanladğım yüzlərlə digər müraciətlərim kimi, nə cavablandırlacağına, nə də hər hansı şəkildə nəticə verəcəyinə gümanım var. Ancaq, bəzən insan  həyatda elə vəziyyətə düşür, elə durumla üzləşir ki, atdığı addımın güman əmsalı milyonda bir olsa belə, o addımı atmaq zorunda qalır,  hətta bu yöndə risk almaqdan belə çəkinmir. Çünki yaranmış durum dərhal  təxirəsalınmaz cərrahi müdaxilə tələb edir və necə deyərlər, bircə anlıq gecikmə millətin, xalqın, dövlətin taleyində illərllə qan verəcək yaralar açmaqla cəmiyyətin tamamını böyük faciələrlə üzbəüz buraxa bilir… Söhbəti çox da uzatmadan deyim ki, Sizə bu müraciəti…

davamı burada...

Xaliq BAHADIR: ” DƏYƏRLƏRİ DƏYƏRSİZLƏŞDİRƏNDƏN SONRA !!!”

Az.politikanın (rejim saytı) yaydığı bilgiyə görə, “Bəzi dövlətlər Azərbaycanın milli sərvətlərindən əvəzsiz pay tələb edirlər!” Dəhşət saçan bu açıqlama Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənova məxsusdur. Cənab Həsənov bu barədə martın 30-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə danışıb. “Lakin biz, Azərbaycanın milli sərvətlərindən əvəzsiz heç kimə pay vermirik” – Prezidentin köməkçisi bəyan edib. “Bəzi” dövlətlər 25 ildən bəri Azərbaycanda nə baş verdiyini gözəl bilirlər. 25 ildir bir ailə – Əliyevlər ailəsi – Azərbaycanı İŞĞAL edib. Yeraltı-yerüstü resursları aşıb-daşan Azərbaycanın nəyi var bütünlüklə bu ailənin, Əli Həsənov da daxil olmaqla, bu ailəyə yaxın olan bir qrupun əlindədir. Onlar 25 ildir Azərbaycanı yağıcasına soyub-yağmalayırlar. Britaniya parlamentinə bağlı…

davamı burada...

SƏRDAR CƏLALOĞLUNDAN HƏYƏCAN SIQNALI: “AZƏRBAYCAN HƏRBI POLIQONA ÇEVRILƏ BILƏR”  03 aprel 2018-ci il

Oxunub: 327 Altun.az prezidentliyə namizəd Sərdar Cəlaloğlunun “Hürriyyət”ə müsahibəsinin aktuallığını nəzərə alaraq, olduğu kimi oxucuların diqqətinə təqdim edir. İstər Suriyada, istərsə də Liviya Misir və digər Yaxın Şərq ölkələrində yaşanan “ərəb baharlarını” incələyəndə qarşımıza bənzər hadisələr çıxır: bütün bu ölkələrdə proseslər söyüş, heykəllərin təhqir olunması, siyasi liderlərin şəkillərinin yandırılmasıyla başlanıb. Özü də məlum proseslər xarici dövlətlərdə, xüsusilə Qərb ölkələrində yaşayan mühacirlər tərəfindən idarə olunub. Maraqlıdır ki, son zamanlar Azərbaycanda da söyüş kampaniyası başlanıb. Bizdə də Avropaya sığınan mühacirlər Azərbaycanın dövlət və siyasət adamlarını təhqir etməklə qalmır, onların şəkillərini yandırır, müxtəlif yerlərə yapışdırırlar. Üstəlik, məqsədlərinin Azərbaycanda çevriliş etmək olduğunu da gizlətmirlər. Hakimiyyət nümayəndələri də bu qüvvələrin arxasında xarici xidmət orqanlarının dayandığını və ölkəni qarışdırmaq istədiklərini etiraf edirlər. Bəs, siyasi texnologiya olaraq…

davamı burada...

Səssiz repressiya: Prezidentin köməkçisi Heydəri necə boğdu?

Tamami ilə saxta mahiyyətli, ölgün seçki kampaniyasının bu qədər skandala səbəb olacağını heç kim proqnozlaşdıra bilməzdi. Amma oldu. Aləm qarışıb. Bir həftə içində iki jurnalist “qətlə yetirilib”, amma çoxu fərqində deyil. Martın 22-də prezidentliyə “namizəd”lərdən biri jurnalistə zəng etmiş, onu ağır söyüşlərlə təhqir etdikdən sonra telefonu söndürməyi unutmuşdu. Bu unutqanlıq hakimiyyətin çirkin siyasi texnologiyası çox aşkar surətdə ifşa edirdi. Jurnalistin ictimailəşdirdiyi səs yazısında “namizəd” prezidentin köməkçisi Əli Həsənovun onu necə təlimatlandırdığını, necə istiqamət verib təriflədiyin söyləyirdi. Məsələ ictimailəşəndən sonra bir gün baxdıq ki, Hafiz Hacıyev həmin jurnalistlə bir yerdədir.  Aydın msələ idi ki, jurnalist həbs və başqa qorxulu şeylə hədələnib buna görə də onun ” bu bir anlaşılmazlıq olub, zəng edən heç demə “balıq” müəllim deyilmiş” deməsinə nə özü, nə…

davamı burada...

Heç olmasa Heydər Əliyevin kursuna qayıdın…

Baş səhifə Gündəm Cəmiyyət Siyasət Sosial-iqtisadi Hadisə Mədəniyyət Sağlamlıq Foto Video 25/03/2018 Son zamanlar ölkənin ictimai-siyasi gündəmində əsas müzakirə olunan mövzu sosial şəbəkələrdə söyüş və təhqirlərlə bağlıdır. Söyüş və təhqirlər artıq ölkənin milli təhlükəsizliyi üçün böyük təhdidə çevrilməkdədir. Hökümət rəsmiləri və ictimai-siyasi xadimlər təhlükəli tendensiyaya son qoyulması ilə bağlı çağırışlar edirlər. Həm hakimiyyət, həm də müxalifət düşərgəsində prosesin gərginləşməsində maraqlı olan qüvvələr olduğu üçün siyasi münasibətlər kəskinləşməkdə davam edir. Maraqlıdır ki, bu mövzuda bəzi hakimiyyət rəsmilərinin açıqlamaları və onlara yaxın media qurumlarının fəaliyyəti prosesin daha da alovlanmasına səbəb olmaqdadır. Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın milli-mənəvi dəyərlərinin deqradasiyası fonunda hüquqşunas Qurban Məmmədovun sosial şəbəkələr vasitəsi ilə yaydığı video-çixışlar alqışlanmalıdır. Qurban Məmmədov çıxışlarında tərəfləri təmkinli olmağa və təxribatlara uymamamağa çağırması…

davamı burada...

Aydın Şükür:”Biz niyə gerçək dünyəvi-hüquqi dövlət ola bilmirik?!”

Aydın ŞÜKÜR DÜNYƏVİ-HÜQUQİ DÖVLƏT OLMAĞIMIZI İSTƏYƏNLƏR ANLAMIRLAR Kİ, … Bizim üçün dünyəvi dövlət olmaqla, dünyaya inteqrasiya etməyin, hüqiqi dövlət ola bilməyin imkansızlığının əsas səbəbləri var və bu səbəblər ustalıqla xalqa sırınıb, xalqın həyat tərzinə dönüb. Azərbaycanda normal dövlət olmaq üçün əngəl yaradan, biri-birini inkar edən, biri-birinə zidd olan tərəflər hər addımda mövcuddur. Görünən və görünməyən tərəflər var. Bir tərəfdə dünya güclərinin bizdən tələb etdiyi “dünyavi, hüquqi dövlət” olmağımız çağrışı durur, digər tərəfdə isə, bizim zərurətdən doğan səbəblərə görə dünyaya inteqrasiya etmək məcburiyyətimiz, dünyadan təcrid olunmamaq istəyimiz, hüquqi və milli dövlət olmaq niyyətimiz var. Bir tərəfdə, dünya güclərinin içimizdə həyata keçirdikləri öz maraqları, digər tərəfdə isə həmin güclərin məhv etdikləri xalqın maraqları. Bir tərəfdə gəlişi gözəl sözlərlə aldadılıb real olmayan mücadiləyə…

davamı burada...

Sərdar Əlibəyli: “BU BİR ACI HƏQİQƏTDİR Kİ, SİZ DÖVLƏTLƏ ÖZÜNÜZÜ DƏYİŞİK SALMISINZ”!!!

Mətləb MÜTƏLLİMLİ İstiqlalçı millət vəkili BUĞDA GÖSTƏRİB, ARPA SATANLAR … Dünən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun fasebook səhifəsində yazdığı status mətbuatda tirajlanıb. Bu geniş yazı, demək olar ki, əvvəldən axıra qədər “ etik – əxlaqi davranış” kimi bəzəkli cümlələrlə doludur. Bəlkə də bu yazıya fikir bildirmək üçün vaxt itirməyə dəyməzdi, baxmayaraq ki, cənab Ə.Həsənov hər cümləsində, hər sözündə bizim hamımızdan mövqe bildirməyi istəyir. Nə olar, biz də 1-2 cümlə deyək. Ondan başlayaq ki, cənab Ə.Həsənov hamı üçün gülüş doğura biləcək belə bir ifadə işlədir ki: “Tam məsuliyyəti ilə bəyan edirəm ki, cavabdeh olduğum sahədə çalışan şəxslərin heç biri və heç vaxt öz opponentlərinin şərəf və ləyaqətinə, milli vətəndaş heysiyyatına toxuna biləcək leksikondan istifadə etməyiblər və belə hərəkətləri həmişə…

davamı burada...

Aydı Canıyev: “Xalqın ələnən namizədləri”

Tarix: 22.03.2018 09:30 Sərdar Cəlaloğluna təşəkkürlərlə… Biz heç vaxt nəyin nədən sonra baş verdiyini bilməyənlərik. Biz heç vaxt nə edəcəyimizdən sonra nə olacağını və ola biləcəyini hesablamaq qədərincə praqmatik deyilik – mən hələ ayrı mizan-tərəzi yarlıqlarından istifadə etmirəm. Üç debat olub – prezidentliyə namizədlərin arasında və iştirakı ilə! Mən orasını demirəm ki, bu debat sosial şəbəkədə “de-(özünü) bat(ır)!” kimi assosiasiya yaratdı və həqiqət payı yüzdə səksəndi. Namizəd olub seçkini, deyib özünü batırmayanlardan ikisini vurğulamaq istəyirəm: biri Qüdrət Həsənquliyevdi, biri də Sərdar Cəlaloğlu! ZƏRURİ İZAHAT:  Qüdrət Həsənquliyevdən yazdığım portret cizgilərinə görə əyilmiş ağızları, bərəlmiş gözləri, turşudulmuş sifətləri görüb də açıqlamasını verib keçirəm Sərdar bəyə! Bəsit, məhəlli, situativ, intuitiv, genetik düşüncə və aqressiv impulslarla cəmiyyətdə, ölkədə, hakimiyyətdə baş verən proseslərə öləri şəkildə…

davamı burada...

Jalə Cəfərova: “Hökumət yaxşı bilir, ancaq tədbir görmür, niyə?”

Uzun alınacaq….ancaq ürəyimin sızıltısını paylaşmaq istədim sizlərlə… Qanı qanımdan olan bir əzizim uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkib(ir). Aylarla Bayıl qəsəbəsində yerləşən disponserə hər fəsildə sürünmüşəm…məhz sürünmüşəm… (eynən həbsxana yollarında sürünənlər kimi). Yalnız ilk dəfə xəstəxananın qapısını şəstlə, tələsik açdım ki boynuna sarılım, yanında əyləşib gətirdiyim sovqatlarla sevindirım… danışaq, gülək, könlünü alım əzizimin… Mən bir stolun küncündə süfrə hazırlamaqla məşğul idim. Başımı qaldıranda nitqim qurudu. Əlində boşqab mənə sarı uzanmış bir neçə xəstəni görəndə özümü necə itirdimsə az qala yıxılacaqdım. Eşitdiyim səslər sanki quyunun dibindən gəlirdi: “ay gözəl, sən canin, o armuddan bir dənə ver də, iki dənə də konfet, ALLAH  balavu saxlasın”, “anaş, o dolmadan beş-altı dənə ver də…” Birdən bütün xəstəxananın eşidə biləcəyi cingiltili, tükürpədici səs məni diksindirdi:…

davamı burada...