Əlaqə vasitələri

Müsahibələr

“Nə Ramil Usubov, nə də Vilayət Eyvazov cəzalandırılacaq”

  Bazar, 18 Noyabr 2012 13:16 Qurban Məmmədov: «Çünki bunu etməli adamlar özləri daha böyük cinayətin içərisindədirlər» Vidadi Mirkamal: «Dəhşətlisi odur ki, insan oğurluğu ilə məşğul olan dəstə dövlətin içərisində fəaliyyət göstərir» Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı növbəti video bir daha hüquq-mühafizə orqanlarındakı eybəcərliyi ortaya qoydu. Bu video ilə bir daha o fakt təsdiqini tapdı ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin 2007-ci ilin…

davamı burada...

Qalmaqallı hakim məhkəmələri də ifşa etdi

Çərşənbə, 21 Noyabr 2012 11:45 Qurban Məmmədov: «Belə bir sübut ortaya çıxandan sonra prezident qəti qərar vermək əvəzinə, olaylara sükutla tamaşa edir» Azərbaycanda hakimlərin qanunsuz hökm çıxarmasının dəfələrlə şahidi olmuşuq. Bu günlərdə isə məhkəmə sistemində baş verənlər birbaşa hakimin dilindən səsləndi. Söhbət Elşad Abdullayevin Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Hacı Ağababa Babayevlə görüşünü əks etdirən videoda açıqlanan fikirlərdən gedir. E.Abdullayevin bu vaxta qədər açıqladığı videomateriallarda parlamentin saxta olduğu faktlarda sübuta yetirilmişdisə, bu dəfə məhkəmə sisteminin rüşvət və yuxarıdan tapşırıq əsasında qərar çıxardığı təsdiqləndi. Belə ki, “artıq…

davamı burada...

İctimai Palata “Seçki memorandumu”nu qəbul etdi

  Çərşənbə axşamı, 04 Dekabr 2012 14:10 Sonra vəkil Qurban Məmmədov seçki və müzakirəyə çıxarılan sənədə münasibətini bildirdi. O, sənədin müzakirəsinə keçməzdən əvvəl dedi ki, əgər müxalifət hazırkı anti-demokratik şəraitdə seçkidə iştirak etsə, bütün xalqın inamını itirə bilər: “Çünki hamı bilir ki, seçkilər Azərbaycanda necə keçirilir. Ya seçki mühitini dəyişərək, təzyiq mexanizmlərini işə salmalı, ya da seçkidə iştirakdan imtina etməliyik. Xalq seçkiyə gedib bülletenləri götürüb müxalifətə təqdim eləməlidir ki, biz hakimiyyətə qarşı ciddi fakt ortaya qoya bilək. İndiki mühitdə seçkiyə getməyi mən hakimiyyətin seçki cinayətlərinə özümüzü şərik etmək hesab edirəm”. Q. Məmmədov dedi ki, böyük iş görülsə də, Memorandum imzaya hazır deyil. Onun fikrincə, sənəddən öncə müxalifətin seçkiyə münasibəti aydın olmalıdır. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Tanınmış vəkillər birlik qərarını dəstəklədi

AXCP sədri Əli Kərimlinin partiya üzvləri ilə keçirdiyi müşavirədə  demokratik düşərgəyə birlik çağırışı etməsi geniş ictimai müzakirəyə səbəb oldu. Tanınmış vəkillər və ictimai fəallar birlik çağırışına dəstək ifadə etdilər. Tanınmış vəkil Aslan İsmayılovbildirdi ki, bu təklifi ancaq alqışlamaq olar. “Müxalifət dövlət marağını, xalqın mənafeyini üstün tutursa, bu birliyə nail olmalıdır. Bizim indiyə qədər olan problemlərimizin kökü ondadır ki, birləşmiş vahid müxalifət olmayıb. Müxalifətin məqsədi  şəxsi mənafe deyilsə, ortaya vahid mövqe qoymalıdılar. Birlik çağırışını dəstəkləyirəm”- deyə Aslan İsmayılov bildirdi. Tanınmış vəkil Əsabəli Mustafayev hesab edir ki, ölkədə xalqın dəyişikliyə ümidsizliyi vahid müxalifətin olmamasına görədir. “Bir vətəndaş kimi mən bu birliyin baş tutmasını alqışlayıram. Çünki siyasətdə pərakəndə şəkildə uğur qazanmaq mümkün deyil. Xalq indiyə qədər hakimiyyətin gücünü görüb, indi isə ona vahid…

davamı burada...

Qurban Məmmədov müxalifət daxili gizlin müzakirələrdən danışdı

Qurban Məmmədov: “Görünür seçki qabağı canlanma namizədlərin rəsmi elan edilməsindən sonra başlayacaq” Prezident seçkilərinə 6 aydan az bir müddətin qalmasına baxmayaraq nə müxalifət, nə iqtidar düşrgəsində, nə də ki, cəmiyyətdə seçki əhval ruhiyyəsi hiss edilmir. Sanki oktyabr ayında Azərbaycanda prezident seçkilər keçirilməyəcək. Bir neçə nəfərin namizədliyinin irəli sürülməsi və ya elan olunmasından başqa demək olar ki, seçki ilə bağlı heç bir iş görülmür. Eyni halda müxalif düşərgədə yaşanan pərakəndəlik və parçalanma hələ də mövcuddur. Bəs belə bir vəziyyətdə ölkə müxalifətinin keçiriləcək seçkilərdə uğur qazanacağı nə qədər inandırıcı görsənir? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən hüquq müdafiəçisi, tanınmış müxalif sima Qurban Məmmədov diqqət çəkən məqamlara toxundu. Müsahib qeyd etdi ki, ölkə müxalifətinin daxilində birləşmə və təşkilatlanma ilə bağlı işlər gedir: “Lakin…

davamı burada...

Qurban Məmmədov qardaşının ABŞ sərgüzəştlərindən yazdı

Tanınmış vəkil Qurban Məmmədov “Facebook” profilində qardaşı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ABŞ sərgüzəştlərindən yazıb Onun “Facebook”da yazdıqlarını olduğu kimi təqdim edirik:  “Sərdar Cəlaloğlu, Nurəddin Məmmədli və Bəhruz Məmmədov Amerikada Nyu-York şəhərində gecə klubunda olanda bir amerikalı yaxınlaşıb onları bilyard oynamağa dəvət edir. Nurəddin müəllimlə, Bəhruz bəy tərəddüd edirlər. Sərdar bəy amerikalının özündən razı tərzindən əsəbiləşir və onun atdığı əlcəyi qaldırır, yarış başlayır. Qısa müddətdə cəmi bir şar salan Sərdar Cəlaloğlu amerikalıya təbii ki uduzur. Nurəddin Məmmədli : “Bizi biabır elədin. Bacarmırdın oynamayaydın daa”. S.Cəlaloğlu : “Niyə biabır edirəm qardaş, bu Amerikadı eee, Ermənistan deyil. Amerika çıxdı birinci yerə Azərbaycan da ikinci yerə, nəyi pisdir ki?”. Qeyd edək ki, Qurban Məmmədovun bu statusu dünən və bu gün “Facebook”da…

davamı burada...

Qurban Məmmədov Mehriban Əliyevadan xahiş etdi

“Bu, terror qurbanlarının ruhuna hörmətsizlikdir” Tanınmış hüquqşunas Qurban Məmmədov ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib. AzNews.az xəbər verir ki, Qurban Məmmədov müraciətin mətnin özünün “Facebook” səhifəsində yayıb. Müraciətdə Qurban Məmmədov Dövlət Neft Akademiyasında baş terror qurbanlarının anım günündə Bakıda futbol bayramının keçirilməsinin təxirə salınmasını istəyib: “Bu gün ADNA- da baş vermiş terror qurbanlarının anım günüdür. Amm kimlərsə Bakının mərkəzində futbol bayramı təşkil edib. Bu, terror qurbanlarının ruhuna ən azı diqqətsizlik və hörmətsizlikdir. Tədbirin dərhal təxirə salınması və diqqətin bu dəhşətli terrora yönəldilməsi üçün tədbirlər görməyinizi Sizdən xahiş edirəm”. Qeyd edək ki, bu gün İspaniyanın məşhur “Atletiko Madrid” komandası ilə Azərbaycanın ən yaxşı futbolçuları arasında yoldaşlıq oyunu keçiriləcək. İspaniya komandası “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə Azərbaycana gəlib Nazim

davamı burada...