30/12/2014 “Zon” Qurban Məmmədovun ağsaqqallıq edə biləcəyi yer deyil”
“Zon”da elə səviyyəsiz adamlar görürsən ki, onların insan olduğuna şübhə edirsən”
“Sərdar Əlibəylinin başında dəyənəyin izi var”
Qurban Məmmədov: “İlham Əliyevdən xahiş edirəm ki…”
Bu gün azalığına qovuşan siyasi məhbus, görkəmli hüquqşünas Qurban Məmmədov azadlığa çıxdığı gün ilk müsahibəsiniModerator.az-a verib. Həmin müsahibənin davamını oxuculara təqdim edirik.
Əvvəli burda (http://moderator.az/?xeber=66085 )
-Bəzi şəxslər belə hesab edir ki, həbsdə olduğunuz müddətdə Milli Şura sizi lazımınca müdafiə etmədi. Bu barədə siz nə düşünürsünüz?
-Mən Q.Məmmədovun əlahiddə bir adam olduğunu düşünmürəm və hesab etmirəm ki, onunla bağlı hansısa xüsusi bir müdafiə üsulu həyata keçirilməlidir. Bu mənim mövqeyimdir. Milli Şura, jurnalistlər, başda “Azadlıq” qəzeti və Moderator.az saytı olmaqla sözügedən qüvvələrin aparılan ümumi işdən mən də faydalandım. Təbii ki, ola bilsin ki, Milli Şura bir üzvü…