Məhkəmədə Qurban Məmmədova təcili yardım çağırıldı
Məhbus hüquqşünasın səhhəti pisləşib, prosesdə daban-dabana zidd şahid ifadələri səsləndirilib
Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi. Qeyd edək ki, prosesdən əvvəl Qurban Məmmədovun səhhətində problem yarandığı üçün məhkəməyə təcili tibbi yardım çağırılıb və məhkəmə 1 saat gec başlayıb.
Prosesdə Qurban Məmmədov 1 gün əvvəl dindirilmiş şahid – hadisə baş verən ərazidə taksi fəaliyyəti ilə məşğul olduğunu deyən İsa Mansurova suallar verib. Təqsirləndirilən şəxs bildirib ki, şahid İsa Mansurovun ifadəsi digər şahid Rəhbər Hüseynovun dedikləri ilə tam ziddiyyət təşkil edir: “Şahid Hüseynov ifadəsində deyirdi ki, hadisə baş verən vaxt ərazidə heç kim olmayıb. İndi isə istintaq bu şahidi gətirib. Deməli ya iki şahiddən biri, ya…