“Başqa seçim yoxdur, qatil omalısan,..”–Aynur İmranqızı
1995-ci ildə Flora Kərimovadan “Müxalifət” qəzeti üçün bir müsahibə götürmüşdüm.
Heç unutmuram o müsahibəni.
Yəqin Flora xanım da xatırlayar…
Söhbətin sonunda Flora xanım ağlaya-ağlaya yuxuda Şuşadakı küçələrini gördüyünü, yolun sonunda dalandakı evlərini boynunu uzadaraq necə görmək istədiyini, amma görmədən yuxudan səksənərək ayıldığını danışmışdı. O vaxt mən gənc idim, həsrət nədi bilmirdim. İndi tez-tez o söhbəti xatırlayıram. Özüm Zərdabı, Bakını yuxuda görəndən sonra saatlarca ağlayanda…
Ölkədə elə düşünürlər ki, xaricə gedənlər kef çəkir. Bəziləri hətta qısqanclığından mühacirləri, ümumiyyətlə ölkədən kənarda olanları topa tutur. Amma əslində müəyyən bir yaşa çatdıqdan sonra ölkədən gedənlərə acımaq lazımdır. Elə bilirsiz o mühacirlər kefindən oturur fb-də, bütün günü ona-buna söz atır, polemikaya girir? İnsanlar öyrəşdiyi mühitdən, sosial çevrəsindən qoparılıb bomboş bir həyata atılırlar. Ölkədən kənarda insanların…