Əlaqə vasitələri

Facebook statuslarım

Yerli istehsal mallarının qiyməti qalxmamalıdır deyənlər bunu hansı məntiqlə deyirlər?

Yerli istehsal mallarının qiyməti qalxmamalıdır deyənlər bunu hansı məntiqlə deyirlər? Məsələn, qatıq, süd, ət, göyərti və s. Bu məhsulları satan kəndli, dünən həmin malları satdığı qiymətlərə uyğun olaraq, özünə lazım olan xarici malları o malların dünənki qiyməti ilə ala bilirdi. Bu gün həmin xarici malların qiyməti qalxıbsa, kəndli yenə də əvvəlki kimi onu almaq üçün öz malının qiymətini bu gün qaldırmalıdır, ya yox? Qaldırmasa, qiyməti qalxmış xarici malı necə alacaq və öz təsərrüfatını, yerli istehsalı necə davam etdirəcək? Deməli, qaldırmalıdır! Bu bazarın qanunudur. Özümüzü aldatmayaq, kimsəni qandırmayaq. Əmtəənin qiyməti harada istehsal olunması ilə müəyyənləşmir, bazardakı təklif-tələb şərtləri ilə müəyyənləşir. Kəndli Avropadan gələn şokaladı almaq üçün, qatığını, pendirini, ətini və göyərtisini həmin şokalad satana elə qiymətə satmalıdır ki, balasına şokalad ala…

davamı burada...

Əziz həmvətənlər!

Əziz həmvətənlər! Manatın devalvasiyası ilə bağlı yaranmış ağır iqtisadi-sosial durumdan sui-istifadə edərək, bəzi insanlar “facebook” və sair sosial şəbəkələr vasitəsilə adamları kortəbii etirazlara, küçələrə səsləyirlər. Bu hakimiyyətdən əzab çəkənlərdən biri də mən və mənim ailəmdir. H.Əliyevin vaxtında 5 il, İlham Əliyevin vaxtında da 3 il, tam qanunsuz və əsassız olaraq, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. Birinci dəfə cəzamın tamın, ikinci dəfə bir il yeddi ayını ümumi rejimli cəzaçəkmə müssisəsində çəkmişəm. Bu dövrdə mənə yüz min manatlarla maddi ziyan dəyib. Ailəmin və özümün çəkdiyi mənəvi əzabları isə heç vaxt və heç nə ilə aradan qaldırmaq mümkün deyil. Ancaq… İnsanları kortəbii qaydada küçələrə çağıranların arasında, bunu səmimi olaraq öz fikrilə edənlər olduğu kimi, rejim nökərləri də var və şəxsən mən buna…

davamı burada...

Hörmətli prezident cənab İlham Əliyevin nəzərinə:

Hörmətli prezident cənab İlham Əliyevin nəzərinə: Cənab Prezident, təcili göstəriş verin bütün vəzifəli şəxslərin, hakimlərin, prokurorların, polis rəislərinin, monopolistlərin, iş adamlarının, deputatların və bütün fondların rəhbərlərinin xaricə çıxışlarına qadağa qoyulsun. Həm də dərhal. Əks-təqdirdə ölkədən daha çox valyuta axını baş verəcək və bu da dövlətimizi defolt vəziyyətinə salacaq. Bəzi məlumatlara görə, çoxları aradan çıxaraq məsuliyyəti bölüşmək istəmirlər. Gəmini tərk etmək istəyən bu krısaların oğurladıqları pulları almadan buraxmaq təhlükəlidir.   23.12.2015  3,804 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

ANS-in bu günkü xəbərlər proqramında

ANS-in bu günkü xəbərlər proqramında çox hörmətli İqtisadçı alimimiz Oqtay Haqverdiyev qonaq idi. Aparıcı, candərdi 2-3 sualla indi düşdüyümüz vəziyyət barədə ondan “müsahibə aldı”. Tumanı qısa qızların, ağlı dayaz oğlanların mənasız, şit verilişlərinə saatlar sərf edən Azərbaycan televiziyaları bu qədər ciddi bir problemin müzakirəsinə vaxt ayıra bilmirlər. Ona görə bu gündəyik. Çünki ağıllı, savadlı adamlara ehtiyac yoxdur bu məmləkətdə. Milləti bayağı verilişlərlə yuxuya verənlər hələ də ayılmayıblar ki, bu batan gəmidə, ən yaxşı kayutlarda olmalarına baxmayaraq, onlar da batacaqlar. Açın ekranları, açın! Əsl mütəxəssisləri dəvət edin. Geniş, saatlarla davam edən müzakirələr keçirin. Ay yazıqlar, bu Vətən axı həm də sizindir. 22.12.2015  3,753 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Bu gün sübh namazından sonra evdən çıxmamışam.

Bu gün sübh namazından sonra evdən çıxmamışam. Oturub yazı yazıram. Çünki dollara dəyişdirməli pulum yoxdur. O qədər rahatam ki. Dükana getməyə də qorxuram. Çünki orada narahat olacağıma tam əminəm. Siz necə?   21.12.2015  5,868 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

“Əsrin kontraktı”ndan “Əsrin devalvasiyasına”… bu az yol deyil.

“Əsrin kontraktı”ndan “Əsrin devalvasiyasına”… bu az yol deyil. Sayın Rəcəb Tayyib Ərdoğan demişkən, nərədəəəən nərəyə. Qanunların ayaqlar altında tapdalandığı, insanların düz söz dediklərinə görə təqib edildikləri, məhkəmələrinin obyek kimi işlədiyi ölkədə belə də olmalı idi. ALLAH(c.c) betərindən saxlasın.   21.12.2015  4,598 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Azərbaycanda cibində deputat mandatı gəzdirən bütün şəxslər çox böyük bir cinayətin iştirakçısıdırlar.

Azərbaycanda cibində deputat mandatı gəzdirən bütün şəxslər çox böyük bir cinayətin iştirakçısıdırlar. Xalq hakimiyyətini mənimsəmə, ən azı isə, seçki saxtakarlığı cinayətinin. Dövlətimizin indiki vəziyyətə düşməyində onların hamısının xüsusi rolu var. Bu rejimdə yüksək vəzifə tutan hər kəs məsuliyyət daşıyır. Bunu bilmələrini istəyirəm.   21.12.2015  3,673 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Heç kimin (müxalifət istisna olmaqla) inçimək haqqı yoxdur.

Heç kimin (müxalifət istisna olmaqla) inçimək haqqı yoxdur. Bu duruma özünüzü öz: — qorxaqlığınızla, –yaltaqlığınızla, — biganəliyinizlə, — malgirliyinizlə, —imansızlığınızla özünüz saldınız. “Gəminin dibini deşənləri seyr eləyənlər özləri də qərq olacaqlar” — Peyğəmbər (s.a.s.)   21.12.2015  3,822 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Bu sanksiyalar çoxdan qoyulmalı idi.

Bu sanksiyalar çoxdan qoyulmalı idi. Nefti bizim cinayətkarlarla bir yerdə içib qurtarandan sonra Azərbaycanın rüşvətxorlarının xaricdəki pullarının qarət edilməsi bu zavallı millətə nə verəcək ki?! Bunlar, olanlarının mində birini itirəcəklər və bu itirilən də qərbin cibinə gedəcək. Yenə də acından ölən millət olacaq. Bu da qərbin köhnə oyunudur. Daldan atılan daş kimə xeyir verəcək: yaşayarıq, görərik.   18.12.2015  1,812 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

özünü “ilahiyyat üzrə fəlsəfə doktoru” kimi təqdim edən Əkrəm Həsənovun bu fikrinin Quran və islam qanunları ilə heç bir əlaqəsi yoxdur.

“İslam alimləri yekdil rəyə gəliblər ki, hər bir dövlətin başında olan dövlət başçısına itaət etmək hamıya vacibdir. Yəni, hər bir ölkənin dövlət başçısına itaət etməyin vacib olması məsələsində bütün islam alimləri həmfikirdirlər. İslam dininə görə yaşadığın ölkənin dövlət başçısına itaət etmək həmin ölkənin vətəndaşlarına, eyni zamanda həmin ölkəyə gələnlərə vacibdir. Daha doğrusu Allahın əmridir. Kim dövlət başçısına itaət etmiş olarsa Allahın Rəsuluna itaət etmiş olar, kim Allahın Rəsuluna itaət edərsə Allaha itaət etmiş olar.” .–özünü “ilahiyyat üzrə fəlsəfə doktoru” kimi təqdim edən Əkrəm Həsənovun bu fikrinin Quran və islam qanunları ilə heç bir əlaqəsi yoxdur. Adam nə böyük günah etdiyinin fərqindəmi? İslam alimlərinin adından da yalanlar uydurur. Qurani Kərimdə ən-Nisa, “Qadınlar” surəsinin (4-cü surə) 59-cu ayəsində deyilir: “Ey iman gətirənlər!…

davamı burada...

Bizdə çatışmayan bir struktur var: “Nəzarət idarəsi”.

Bizdə çatışmayan bir struktur var: “Nəzarət idarəsi”. Təcili bu adda bir dövlət orqanı təsis edilməli, ona qanunların, qərarların, fərmanların və sair normativ aktların icrası üzərində nəzarət funksiyası verilməli və vəzifəsini vaxtında, layiqincə yerinə yetirməyən məmurları, prezidentə məlumat verməklə, dərhal tutduqları vəzifədən kənarlaşdırmaq hüququ verilməlidir.   17.12.2015  3,901 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Azercell-in bir fırıldağını da mən deyim.

Monopoliyanın və korrupsiyanın nəticəsi belə də olmalıdır. Azercell-in bir fırıldağını da mən deyim. Mənə zəng etdilər ki, birinci ayı 25 manat olmaqla, ayda 49 manat ödəməklə, 5 GB internet də daxil, istədiyiniz qədər danışın. Bu zəng 05 sentyabrda oldu. Razılaşdım. Şərtlərinə görə, birinci ay 25 manat ödəməli idim. Yəni 05 oktyabradək 25 manat. 07 noyabrda xidmətlərində oldum və aydın oldu ki, Azercell ay deyəndə kalendar ayı yox, mənim faktura aylığımı nəzərdə tuturmuş.Mən isə hər ayın 25-də ödəmə etməliyəm. Mənim 10 günümü yeyən Azercell yəqin başqalarına da belə kələk gəlir. Cib telefonu Azərbaycana gələndən mən Azercell-in müştərisiyəm. Başqa hansı dövlətdə müştəriyə qarşı belə tərbiyəsizlik edilər?   17.12.2015  3,651 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Bu o deməkdirmi ki biz korrupsiya və rüşvətxorluğa, monopoliyaya, seçki saxtakarlığına dözməliyik?

“Öz ölkələrindən rezin qayıqlarla qaçmaq istəyən, vətənlərini viran qoymuş ölkələrdən sığınacaq uman, sərhəd keçid məntəqələrində təhqir olunan, qayıqları batırılan və nəhayət qan gölündə boğulan ərəblərin halını, gününü görüb necə deyə bilərik ki, gəlirlərimizin azalması əsl faciədir? Dünyanın az qala yarısının yeməyə çörək tapmadığı, müsəlman ölkələrinin yerlə yeksan edildiyi bir dönəmdə biz firavan həyatımıza görə niyə şükr etməyək? Dünyanın başının üzərini qara buludlar aldığı bir vaxtda biz gəlirlərimizin azalmasını necə özümüzə dərd edə bilərik?”—bu o deməkdirmi ki biz korrupsiya və rüşvətxorluğa, monopoliyaya, seçki saxtakarlığına dözməliyik? Bəli, yalnız bu 4 bəlanın olmadığı Azərbaycanı ərəb ölkələri ilə müqayisə edəndə Sizin haqlı olduğunuz üzə çıxar.   15.12.2015  3,676 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Təkliflərə əməl edilməsə, sonra gec olacaq.

Təkliflərə əməl edilməsə, sonra gec olacaq. Dərhal monopoliya qaldırılmalı, insanların iqtisadi azadlıqları təmin edilməlidir. Rüşvəti ilk mərhələdə (!!!) məhkəmə sistemindən yığışdırmaq, insanlarda sabahlarına ümid yaratmaq lazımıdr. Müxalifətdir deyib keçməyin. Bu VƏTƏN hamımızındır. Onu bir yerdə, əl-ələ verib qorumaq da hamımızın vəzifəsidir. Yoxsa, gələcək nəsillər bizi bağışlamaz.   15.12.2015  3,529 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

MTN-nin təcridxanası cəzaçəkmə müəssəsi deyil.

MTN-nin təcridxanası cəzaçəkmə müəssəsi deyil. H.Məmmədovu ona görə saxlayıblar ki, Eldar Mahmudov və başqaları lazım gələndə ondan istifadə etsinlər. Onların adından DİN-i şantaj etsinlər.   15.12.2015  3,336 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Hər fürsətdə müxalifəti gözdən salmaqda məqsədləri bəllidir.

Hər fürsətdə müxalifəti gözdən salmaqda məqsədləri bəllidir. Qınamayan olsa, MTN quldurlarını da müxalifətlə bağlayarlar. Hərdən güzgüyə baxsalar yaxşı olar. Sadəcə , ayıbdır. Bunu Aslan İsmayılov kimi bir hüquqşünasın etməsi isə başa düşülən deyil. Aslan bəy, müxalifət sizi hansı günə salıb, bəlkə deyəsiniz? Belə getsə, rus qoşunlarının türkmənləri, qocaları, qadınları, uşaqları bombalamasında da bizi ittiham edəcəklər.   14.12.2015  3,717 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Cahangiri öldürənləri cəzasız buraxmaq olmaz.

Cahangiri öldürənləri cəzasız buraxmaq olmaz. Onun haqqında ibtidai istintaqı aparan müstəntiq, istintaq idarəsinin rəisi, işə nəzarət edən prokurorlar, hökm çıxaran hakimlər hamısı müəyyənləşdirilib ədalət mühakiməsinə verilməyəcəklərsə, belə cinayətlərin bundan sonra da davam edəcəyinə şübhəniz olmasın.   14.12.2015  3,721 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı?

Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir.   13.12.2015  3,645 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...