Əlaqə vasitələri

Qurban Məmmədovla bir çox problemlərə aydınlıq gətirən müsahibə.

AzerFreedom TV-nin sahibi Qurban Məmmədovla müsahibə.

Qarabağ müharibəsi  Respublikamızın  tarixində qara ləkə olan çox vacib bir hadisəni kölgədə qoydu, arxa plana itələdi. Ancaq yaddan çıxmadı, çünki belə hadisələr unudula bilməz və unudulmamalıdır. Əks-təqdirdə, dərəbəylik idarəçilik normasına çevrilər və bir müddətdən sonra insanlar dövlət, polis, məhkəmə müdafiəsi görmədiklərinə görə, öz yurdlarını tərk edərlər. Bu proses Azərbaycanda, asta-asta da olsa, 4 iyun 1993-cü ildən başlayaraq davam edir.

Bir çoxlarına qəribə görünsə də, yüz minlərlə insan tərəfindən başa düşülməsə də, həmin hadisədən zərər çəkən əsas şəxs də sanki bu hadisəni unutdu və 27 sentyabr 2020-ci ildən, yəni Qarabağın azadlıq müharibəsi başladığı andan etibarən, ona qarşı tərədilmiş bu dəhşətli, misli görünməmiş cinayəti kənara qoyub hakimiyyətə, daha dəqiq desək, şəxsən Ali Baş Komandan İlham Əliyevə dəstək verdi.

Bir çoxları, o cümlədən də, ən azı onunla bir yerdə olduqları görüntüsü verənlərin çoxu onu satqınlıqda, rejimə xidmət etməkdə ittiham etdilər, ünvanına təhqirlər, söyüşlər yağdırdılar. O isə mövqeyindən dönmədi və müharibə 10 noyabr 2020-ci il tarixli bəyanatla rəsmi olaraq dayandırılanadək, hakimiyyətin arxasında oldu və tərəfdarlarını da bu mövqeni müdafiə etməyə səslədi.

Tərəfdarları isə, etiraf etməliyik ki, heç də az deyil. Əksinə,  25-30 il rəsmi fəaliyyət göstərən müxalifət partiyaların hamısının bir yerdə üzvlərinin sayından çoxdur.

Bəli, söhbət AzerFreedom TV-nin sahibi və aparıcısı, hüquqşünas Qurban Məmmədovdan gedir.

5 sentyabr 2020-ci ildə, günün günorta vaxtı, dünyanın gözü qarşısında, bir çox jurnalistlərin canlı izləməsi və polis əməkdaşlarının nəzarəti və yardımı ilə Q.Məmmədovun qanuni evi vəhşicəsinə dağıdıldı, azyaşlı nəvələri küçəyə atıldı, ailə üzvləri polis orqanlarına çəkilərək psixoloji və fiziki təzyiqlərə məruz qaldılar.

Həmin gün pəncərələrə vurulan lom və guppan zərbələrinin səsi hələ uzun müddət qulaqlarda cingildəyəcək. Bir azdan bu cingiltilər şübhəsiz ki, Avropa Məhkəməsində və beynəlxalq təşkilatlarda da eşidiləcək.

Ancaq o vaxta hələ çox var. Biz qərara gəldik ki, bu və ya dişər məsələlərlə bağlı Qurban Məmmədovun özüylə ətraflı bir söhbət edək.

Müsahibəmiz maraqlı alındı. Çünki Qurban bəy yenə də ənənəsinə sadiq qalaraq ona qarşı törədilən bu cinayətdən istifadə edib vətəndaşaları hüquqi baxımdan maarifləndirməyə çalışdı.

Buyurun, həmin müsahibəni siz dəyərli oxucularımıza təqdim edirik.

Bir zəruri qeyd: Admin heyəti müsahibənin orijinallığını və səmimiyyətini olduğu kimi qorumağa çalışıb.

Mənim həbsimlə rejimin “terror siyasəti”nə son qoyuldu.

“Sual:Salam, Qurban bəy. Necə deyərlər, salam, hörmətli “AzerFreedom Ailəsi”nin üzvü Qurban Məmmədli, necəsiz və işləriniz necə gedir?

Cavab:Əleykə salam.Təşəkkürlər. Mən də sizi öz adımdan və “AzerFreedom Ailəsi”nin adından salamlayıram. Şükür ALLAH(c.c.)ın böyüklüyünə, Onun sayəsində və xalqımızın qərarlılığı hesabına hələ ki, nəfəs alırıq, buna da şükür. Buyurun.

  • Məqsədimiz sizin evinizin-mülkünüzün qanunsuz olaraq dağıdılması, ailə üzvlərinizin vəhşicəsinə qanuni mənzillərindən çıxarılması və sizə qarşı törədilən bu amansızlığın əsl səbəblərini araşdırmaqdır. Birinci ordan başlayaq ki, biz tanıyan Qurban bəy heç bir səbəb üzündən mübarizə meydadını tərk etməzdi. Azərbaycanı tərk etməyinizin əsl səbəbi nə oldu, əgər demək mümkündürsə?
  • Mən mübarizə meydadından qaçmamışam, sadəcə, əvvəlki meydanda təhlükə artdığını görüb başqa meydana keçmişəm (gülümsəyir). Mübarizə isə əvvəlki kimi davam edir. Mənim qəhrəmancasına həlak olmaq fikrim yoxdur. Mübarizədə məqsəd rəqibə qalib gəlib məqsədinə çatmaqdır. Azərbaycandan çıxmasaydım, indiki nəticələrə nail ola bilməyəcəkdim. Nəticə göstərdi ki, mən o vaxt, 1 aprel 2018-ci ildə düzgün qərar qəbul etmişəm. Məni ya fiziki olaraq məhv etməyi, ya da uzunmüddətli həbs etməyi planlaşdırmışdılar. Mən isə 1998-ci ildəki səhvimi təkrar edə bilməzdim. Əlbəttə, həqiqəti və xeyirlisini Allah (c.c.) bilir.
  • Səbəb nə idi? Sizdən nə istəyirdilər? Biz bilən, üç dəfə həbsdə olmusuz. Sonuncu dəfə 2013-cü ilin iyun ayında həbs edilmişdiz. Səhv etmiriksə, 2014-cü ilin 30 dekabrında əfvlə azadlığa buraxıldız, elə deyilmi? Yaxşı, 3 həbsdən sonra hakimiyyət istəklərinə çatmamışdısa, bu həbslər sizi islah edə bilməmişdisə, sizi 4-cü dəfə həbs etməklə nəyə nail olmağı planlaşdıra bilərdilər ki? Bu barədə bir fikriniz varmı?
  • Bəli. 3 dəfə həbsdə olmuşam. 12 iyun 1990- 25 sentyabr 1991, 4 fevral 1998- 4 fevral 2003 və 4 iyun 2013-30 dekabr 2014-cü illər. Birinci dəfə haqqımda məhkumedici hökm çıxara bilmədilər. Moskvada, 1991-ci ilin avqust ayında baş verən dövlət çevrilişinə cəhdin alınmaması qanımın arasına girdi (gülümsəyir), yoxsa o vaxt ömürlük gedəcəkdim və sonrakı iki həbsdən də xilas olacaqdım. O vaxt 1 il 3 ay 13 günlük həbsdən sonra bəraət aldım. Sadəcə, bəxtim gətirdi, Moskvadakı hadisələr Mütəllimov rejiminə imkan vermədi ki, məni ömürlük həbsxanaya göndərsinlər. O vaxt mənə verilən 4 maddədən birində 88/1 (xalq arasında “səksən səkkiz prim” deyərdilər) güllələnmə cəzası nəzərdə tutulurdu, sonradan bu cəza növü ömürlük həbslə əvəz edildi. Belə ətraflı danışıram ki, əgər etiraz etməsəz, gənclər müasir tariximizi  və qanunvericiliyimizin inkişaf mərhələlərini də öyrənsinlər. İkinci həbsim, 1998-ci ildə Heydər Əliyevin zamanında oldu. O vaxt Milli Təhlükəsizlik Naziri Namiq Abbasov adlı birisi var idi. Əslən ordubadlıdır, yəni naxçıvanlıdır. Bunu ona görə xüsusi qeyd edirəm ki, vətəndaşlarımız bilsinlər: yerlibazlıq bəzi rüşvətxorların, yaramazların öz şəxsi məqsədləri üçün istifadə etdikləri ibtidai hisslərdir. Məşhur bir deyim var: millətçilik və yerlibazlıq dələduzların son sığınacağıdır”

Namiq Abbasov əvvəl Rusiyada təhlükəsizlik orqanlarında işləmişdi, yəni rəsmi rus ajanıidi. Ə.Elçibəyin prezident olduğu dövrdə, MT Nazirinin müavini işləyənSülhəddin Əkbərin təklifi ilə Azərbaycan MT Nazirinin müavini vəzifəsinə təyin edilmişdi. Heydər Əliyev gələn kimi, onu nazir təyin etdi. Həmin Namiq Abbasov o vaxt tez-tez uydurma “terror aktları” təşkil edərək, dünyanı inandırmağa çalışırdı ki, guya kimlərsə, xüsusilə də, radikal islami qruplar H.Əliyevi terror yolu ilə öldürmək istəyirlər. Məqsəd də aydın idi: əgər Heydər Əliyev olmasa, Azərbaycanda radikal islamçılar hakimiyyətə gələcək. Bu qədər bəsit bir oyunla xalqın başını qatır, Avropanın dəstəyini qazanmağa çalışırdılar. Eyni zamanda, bu uydurma terrorları bəhanə edərək öz siyasi rəqiblərini də zərərsizləşdirirdilər. Təbii ki, Namiq Abbasov bunu H.Əliyevin tapşırığı və razılığı ilə edirdi. Siyasi rəqibləri şərləyib aradan götürmək üçün KQB-nin sınanılmış metodlarından biridir bu. Faşist Gebbels demişkən, xalqa elə böyük yalanlar deməlisən ki, “bu boyda yalan olmaz”- deyə inansınlar. Bu barədə çox danışıb başınızı ağrıtmaq istəmirəm.

  • Yox, yox, nə danışırsız, heç bir başağrısı yoxdur. Bunları xalq bilməlidir. O hadisələri xatırlamaq sizi üzmürsə, danışmaq sizinçün çətin deyilsə, ətraflı danışsaz yaxşıdır.
  • Təşəkkürlər. O vaxt MTN, DİN və Baş Prokurorluq, bəzən ayrılıqda, bəzən də birgə bəyanatlar verərək,  tez-tez hansısa terror hadisələri və terrorçular haqqında rəsmi məlumatlar yayır, ardınca da kimlərisə də şərləyib həbs edirdilər. Guya hansısa körpünün altından bomba tapılıb, “Əl Oyunları” sarayının hansısa otağına bomba qoyulub, hansısa bağ evindən Prezident təyyarəsini raketlə vurmaq istəyiblər və s.

1998-ci ildə mənim həbsimin səbəbi məhz bu “terror siyasəti”ni ifşa etməyim oldu. 1998-ci ilin yanvar ayında hazırlanan uydurma “terror aktı”na şəxsən Namiq Abbasov özü rəhbərlik  edirdi, yəni terrorun ssenarisini o tərtib edirdi: kim harda dursun, kimlər haradan gəlsinlər, silahlar hansı maşında olsun, silah olan maşın harada saxlansın, kim harada, necə, hansı silahla atəş açsın, hansı patrondan istifadə etsin vs. Azərbaycanın təhlükəsizliyi ilə məşğul olmalı olan orqan və vəzifəli şəxslər belə əməllərlə xalqın başını qatırdılar və cəmiyyətdə xof yaradırdılar. Etiraf edək ki, bu xof mexanizmini də əməlli-başlı yaradıb, cəmiyyəti uzun illər məhz bu mexanizm vasitəsilə idarə edə bildilər. İndi də ağlı özünü idarə etməyən Surət Hüseynova və rəhmətlik Rövşən Cavadova məhz bu metodla “torba tikmişdilər”. Halbuki, onlardan heç birinin çevriliş etmək fikirləri də, imkanları da olmayıb və yox idi. Bu başqa böyük mövzudur. Vaxt olanda bu barədə daha ətraflı danışarıq.

1998-ci ilin yanvar ayında MT Naziri Namiq Abbasovun hazırladığı saxta, qurama terror aktını, buna rus dilində “insçenirovka” deyilir, o vaxt mən tamamilə ifşa etdim və xalqa göstərdim ki, Azərbaycanda heç kim, heç vaxt terror aktı törətmək fikrində olmayıb və heç kimi öldürmək istəməyiblər. Bütün bunlar hamısı rejimin “dövlət siyasət”idir. Bunu da audio və video görüntülər vasitəsilə ortaya qoydum, sübut elədim.  Təbii ki, bu o vaxt rejimə vurulan ən ağır zərbə idi və rejim məni 5 il azadlıqdan məhrum etməklə mənə və başqalarına dərs vermək istədi. Rejim bununla demək istədi və göstərdi ki, onun işinə qarışanı, onun siyasətini ifşa edəni nə gözləyir. Mənim həbsim əslində cəmiyyəti qorxutmaq, xalq arasında olan xofu bərkitmək üçün idi. Ancaq, sizin də qeyd etdiyiniz kimi, bu mənə dərs olmadı. O vaxt həbsxanaya yanıma nümayəndə göndərsələr də, əfv ərizəsi yazmaqdan imtina etdim deyə, bir ili qapalı türmədə olmaqla, 5 il “kalendar” həbsdə oturandan sonra, 2003-cü ilin 5 fevralında azadlığa çıxdım.

Yeganə siyasi məhbusam ki, bu rejim dönəmində mənə qanunda olmayan cəza verilib.

Yeri gəlmişkən, bir məsələni xüsusi vurğulamaq istəyirəm. Mən Azərbaycanda yeganə siyasi məhbusam ki, mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmayan cəza verilib. Bunu çoxları bilmir və ya bilsələr də, qəsdlə bu barədə o vaxt da, indi də susurlar. Xalq, cəmiyyət bir şeyi bilməlidir: bizim bir-birimizdən xoşumuz gəlməyə bilər, hətta bir-birimizlə düşmən də ola bilərik, ancaq mədəni insan, kimliyindən asılı olmayaraq, istənilən şəxsə qarşı qanunsuzluğa etiraz etməli, cəmiyyət də mövqeyini bidirməlidir. Yoxsa, bax, indiki vəziyyətə düşərik. “Mənə nə” deyib keçmə, yoxsa bir gün özün də o vəziyyətə düşərsən və köməyinə gələn olmaz.

  • Başa düşmədik, necə yəni qanunda olmayan cəza verilib? Belə şey necə mümkündür, heç inandırıcı deyil. Üzr istəyirik, inciməyin, ağla batan və inandırıcı deyil. Məhkəmə qanunda olmayan cəzanı necə təyin edə bilər?
  • Edər, edər, niyə etmir ki? Rejimin elə mahiyyəti də bundadır (gülümsəyir-admin heyəti.) Mən indi sizə sübut edərəm, necə edər. Rejimin unikallığı və təhlükəliliyi də elə bundadır. Bu hüquqi dövlət deyil ki. Cəngəllik qanunları ilə, “telefon-tapşırıq hüququ” ilə idarə olunur.
  • Mümkünsədediyinizi sübut edin ki, oxucularımız çaş-baş qalmasınlar. Biz ilk dəfədir eşidirik ki, kiməsə Azərbaycanda qanunda olmayan cəza verilib.
  • Baş üstə, indi sübut edərəm. Bizim indiki Cinayət Məcəlləmiz 30 dekabr 1999-cu ildə qəbul edilib və 1 sentaybr 2000-ci ildən qüvvəyə minib. Diqqət edin,1998-ci ildə mən 8 dekabr 1960-cı ildə qəbul edilmiş və 1961-ci ilin yanvarından qüvvədə olan  Cinayət Məcəlləsinə uyğun mühakimə edilmişəm. O vaxt cinayətlər ağırlığına görə iki növə ayrılırdı: ağır və ağır olmayan. Həmin Cinayət Məcəlləsinin 7-1-ci maddəsində “ağır cinayətlər”in siyahısı dəqiq göstərilib. O siyahıda mənim ittiham edildiyim 178-ci maddə yoxdur. 178-ci maddə isə “bilə-bilə yalan xəbərçilik etmə” adlanırdı. Guya mən hansısa hüquq-mühafizə orqanına xəbər vermişəm ki, guya H.Əliyevə terror olacaq. Guya onlar da bu məlumatı yoxlayıblar və guya məlumat yalan olub deyə, məni həbs ediblər. “Guya”lar çox olmadı ki? (gülür). Bizim hakimiyyət də guya qanunidir. Həyatımız başdan-ayağa “guya”larla doludur. 4 iyun 1993-cü ildən “guya”larla idarə olunuruq (bir qədər ara verir, başını sağa-sola yellədir-admin heyəti).
  • Avropanı görənədək mən də elə bilirdim ki guya mənim xalqım yaşayır. Əslində biz yaşamırıq, sürünürük, bir ovuc quldura xidmətçilik edirik. Nə isə…mövzudan yayınmayaq. Vaxtınız və həvəsiniz olanda mənim dediklərimi mütləq özünüz də yoxlayın. Tənbəllik etməyin. Hətta vəkillərin vasitəsilə də bunları dəqiqləşdirə bilərsiniz. Həmin Məcəllənin 23-cü maddəsinin 4-cü hissəsində, kişilərin cəza çəkməli olduğu islah-əmək kaloniyalarının növləri müəyyən edilib. Orada nəzərdə tutulub ki,  “qəsdən edilmiş ağır olmayan cinayətlərə görə, yəni…178-ci (bilə-bilə yalan xəbərçilik etmə) maddəyə görə, ilk dəfə ən çoxu 5 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunan kişilər cəzalarını “qəsdən cinayət etmiş şəxslər üçün kaloniya-məntəqələrdə” çəkməlidirlər.

 O vaxt kaloniyaların 4 növü var idi: kaloniya-məntəqələr, ümumi rejimli,  möhkəm rejimli və ciddi rejimli kaloniyalar. Mənə o vaxt qüvvədə olan CM-nin 178-ci maddəsi ilə 5 il vermişdilər. Məni ümumi rejimli kaloniyaya göndərə bilməzdilər. Ancaq etdilər. O vaxt bir nəfər də olsun hüquq müdafiəçisi və ya hansısa ziyalı səsini çıxarmadı. “Qrantyeyənlər” pul qarşılığında qatı cinayətkarları siyasi məhbus siyahılarına saldılar, ancaq mənə qarşı olan bu boyda qanunsuzluğu görməzdən gəldilər.

İstəyirəm xalqımız bilsin: bir var əsassız, ağır cəza, bir də var qanunsuz cəza. Yəni qanunda nəzərdə tutulmayan cəza. Sən cinayət törətmisən, hakim sənə, Məcəlləyə uyğun olaraq, ümumi rejimli kaloniyada çəkməklə,  3 ildən 8 ilədək iş verə bilər. Bu vaxt sənə veriləcək 8 il əsassız ola bilər, ədalətsiz və ağır ola bilər, ancaq qanunsuz deyil. Çünki qanunda belə bir cəza nəzərdə tutulub, sadəcə, hakim sənə onun yuxarı həddini verir. Mənə isə qanunda nəzərdə tutulmayan cəza vermişdilər.

Azərbaycanda bu baxımdan yeganə şəxsəm, yeganə siyasi məhbusam ki, mənə qarşı iki dəfə belə həyasızlıq olub. Bu təkcə qanunsuzluq deyil, həm də görünməmiş bir həyasızlıq və zorbalıqdır.

2013-cü ildə, üçüncü həbsimdə də belə oldu. Bunlar Azərbaycanın məhkəmə tarixinin qara ləkələri və insan hüquqlarına rejimin münasibətinin bariz göstəriciləridir.

Mənə iki maddə vermişdilər: 263.1-1 və 299.

 (CM-nin 263-cü maddəsi. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma.  263.1-1: Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –

üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

CM-nin 299-cu maddəsi. İfadə verməkdən boyun qaçırmağa, yalan ifadə və ya yalan rəy verməyə, yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma. 299.1. Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma—

min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.-admin heyəti bu maddələri sonradan dəqiqləşdirib bura əlavə edib ki oxucular özləri nəticə çıxara bilsinlər.)

Diqqət edin: təqsirin formasına görə, 263-cü maddə- bu gün qüvvədə olan CM-nin 26-cı maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilən cinayətlərə), 299-cu maddə isə qəsdlə törədilən cinayətlərə (CM-25)  aiddir. Mənə 263.1-1-ci maddə ilə 3 il, 299.1-ci maddə ilə isə orada nəzərdə tutulan maksimum, yəni 6 ay azdlıqdan məhrum etmə cəzası verilir.

Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən, mən 263-cü maddə ilə mənə verilən cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində, 299-cu maddə ilə verilən 6 aylıq cəzanı isə ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməliyəm.

Cinayət Məcəlləsi. Maddə 56. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi

56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir:

56.1.1. ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçünməntəqə tipli cəzaçəkmə müəssisələrində;

56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində;

56.2. Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər.

56.3. Cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1—56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. –admin heyəti

Hakimlər mənim bu iki cəzamı birləşdirir, yekun cəza kimi mənə 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilir və… cəzamın 3 ilini də ümumi rejimli cəza çəkmə müəssisəsində çəkmək haqqında hökm çıxarılır. Bildinizmi söhbət nədən gedir? Mən cəzamın yalnız 6 ayını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməliydim. Bu gün qüvvədə olan CM-də elə bir norma yoxdur ki, birləşdirilən cəzalardan biri məntəqə tipli cəzaçəkmə müəssisəsində, digəri isə ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidirsə, ehtiyatsızlıqdan olan cinayətə görə daha çox müddətə azadlıqdan məhrum etmə cəzası verilibsə, qəsdlə törədilən cinayətə görə isə az müddət nəzərdə tutulubsa, onları birləşdirəndə, bütün cəzanın ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməsini nəzərdə tutsun. Deyə bildimmi? Qanunda belə bir müddəa yoxdur və ola da bilməz. Bu ona bənzəyir ki, 1 kq qızılla 3 kq dəmir qarışdırılanda, ümumi kütlə ya 4 kq qızıl, ya da 4 kq dəmir olur. Belə şey mümkündürmü? Yəni mənə qarşı belə açıq həyasızlıq edilib bu ölkədə.

Özünüz də yoxlaya bilərsiniz. Gedin hüquqşünaslarla, vəkillərlə məsləhətləşin, soruşun, görün bu gün qüvvədə olan elə bir norma, maddə varmı ki, cəzalar birləşdiriləndə müddətin yuxarı həddi ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə nəzərdə tutulan cəzadan, rejim isə, yəni cəzaçəkmə müəssisəsinin növü qəsdlə törədilmiş cinayətə görə cəzadan götürülür.

Qeyd: Hörmətli oxucular, admin heyəti CM-nin 66-cı maddəsini diqqətinizə çatdırır.

Bu maddədə söhbət cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsindən gedir. Maddə yalnız müddətləri tənzimləyir. Cəzaçəkmə müəssisəsinin növündən burada söhbət getmir. Bu barədə hüquqşünasların, hakimlərin və vəkillərin şərhinə, bizcə, böyük  ehtiyac var.

Bəlkə də Konstitusiya Məhkəməsi bu barədə rəsmi mövqe bildirməlidir.

Maddə 66. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi

66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 

66.3. Cinayətlərin məcmusuna  ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

Qurban bəy hakimlərə hüquqi dərslər verir.

-Sizə bir sual vermək istəyirəm. Olarmı?

-Buyurun. Bacardığımız qədər cavab verməyə çalışarıq.

– Narahat olmayın, elə də çətin sual deyil (Gülümsəyir. Doğrusu, Qurban bəydə olan nikbinliyə həsəd aparmamaq olmur. Bu qədər təzyiq və təqiblərdən, qanunsuzluqlardan sonra da xoşbəxt görsənmək…-admin heyəti). Deyə bilərsizmi: “az ciddi cəza” və ya “daha ciddi cəza” deyəndə siz nə başa düşürsüz və bunların fərqi nədir, sizcə?

-Hə, doğrudan da çətin sual deyil. Çox sadə, 2 il azadlıqdan məhrum etmə cəzası 1 il azadlıqdan məhrum etmə cəzasından daha ciddi cəzadır. Ya da “ömürlük həbs” müddətli həbsdən daha ciddi cəzadır.  Yəni yumruğun şillədən daha ciddi cəza olması kimi. Təpikləmə isə yumruqlamaqdan da ciddi cəzadır.Belə. (gülüşürük-adminlər.).

– Çox gözəl. Onda deyə bilərsizmi: məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməli olan 3 il azadlıqdan məhrum etmə ilə, ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli olan 6 ay azadlıqdan məhrum etmə cəzasının hansı daha ciddi cəzadır?

-Təbii ki, 3 il azadlıqdan məhrum etmə cəzası daha ciddi cəzadır.

– Doğrudanmı belədir? Bəlkə bir az da düşünəsiz? Bu sizin son qərarınızdırmı? Bəlkə, zalın köməyindən , ya da dosta zəngdən istifadə edəsiniz? Tələsməyin cavab verməyə. Bir az da düşünün.

-(öz aramızda məşvərət edərək-adminlər) Bəli, Bu bizim son qərarımızdır.

-Çox gözəl. Onda sizi bir az qanunlarla tanış etməyə məcburam. Ancaq bundan öncə istərdim bir suala da cavab verəsiz: 1 saat buzlu suda qalmaq, yoxsa 3 saat normal suda qalmaq daha ciddi cəzadır? Deyə bilərsizmi?

– Bu başqa məsələ. Təbii ki, 1 saat buzlu suda qalmaq.

-Afərin, doğrudan da bu başqa məsələ. Bilirsizmi niyə cavabı indi düz tapdız? Çünki özünüzü buzlu suda təsəvvür edə bilirsiniz. Bu sizin üçün asandır. Çünki buzlu suyun nə demək olduğunu həyatda hər biriniz görmüsüz, hiss etmisiz. Bax ümumi rejimli cəza çəkmə müəssisəsi ilə məntəqə tipli cəza çəkmə müəssisəsinin fərqi buzlu su ilə mülayim suyun fərqi kimidir. İN ŞA ALLAH, hər biriniz həbs olunanda bunun fərqini də dəqiq biləcəksiniz (gülüşürük-adminlər). Hə indi mənə asan olacaq bəzi qanunları sizə və oxucularınıza izah etməyə.

2013-cü ildə mən həbs edilərkən qüvvədə olan CM-nin 15- ci maddəsinə əsasən,  cinayətlər öz təhlükəlilik dərəcəsinə görə 4 növə ayrılır:

 – böyük ictimai təhlükə törətməyən

– az ağır

– ağır,

– xüsusilə ağır cinayətlər.

Cinayət Məcəlləsi. Maddə 15. Cinayətlərin təsnifatı

15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.

15.2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.

15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

15.4. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

15.5. Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.-admin heyəti.

Yəqin siz də etiraz etməzsiz ki, cinayətlərin ağırlıq dərəcəsinə (növlərinə) uyğun olaraq verilən cəzalar da məhz bu ardıcıllıqla bir-birindən daha ciddi cəza kimi qiymətləndirilməlidir, elə deyilmi?!

Ancaq  verdiyim birinci sualın cavabını düzgün tapmağınız üçün 2013-cü ildə mənə verilən cəzaların hansı növ cinayətlərə görə verildiyini bilməyiniz vacibdir. Diqqət edin: CM-nin 15-ci maddəsində “böyük ictimai təhlükə törətməyən” və “az ağır” cinayətlər belə təsvir edilir: “1. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur”. Bu dediklərimdə sizin üçün aydın olmayan bir şey varsa, deyin, əlavə izah edim.

  • Yox, hər şey aydındır. 2 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulan cinayətlər böyük ictimai təhlükə törətməyən, 2 ildən çox, 7 ilədəkazadlıqdan məhrum etmə nəzərdə tutulan cinayətlər az ağır cinayətlər hesab olunur.
  • Gözəl. Deməli,  aydındır. İndi deyə bilərsizmi ki, 2013-cü ildə mənə verilən 263.1-1-ci maddə hansı növdəndir? Xatırladım ki, həmin maddədə cəzanın son həddi 3 ilədək azadlıqdan məhrum etmədir.
  • Təbii ki, 2 ildən çox olduğu üçün az ağır cinayət sayılır.
  • Tam doğru. Təşəkkürlər. İndi 299.1-ci maddəyə baxaq. Orada da cəzanın son həddi 6 ay azadlıqdan məhrum etmədir.Bu hansı növdür?
  • Bu da böyük ictimai təhlükə törətməyən cinayətlərdəndir.
  • Bunu siz dediz haa, mən yox (gülür-adminlər). Doğru da dediz. İndi fikir verin: gördünüz ki, 263.1-1-ci maddədə nəzərdə tutulan əməl  299.1-dəkindən ağır cinayətdir, deməli cəzalar da məhz bu nisbətdə olmalıdır, yəni 263.1-1-ə görə verilən cəza 299.1-ə görə verilən cəzadan “daha ciddi cəza” olmalıdır, elə deyilmi?
  • Təbii, elədir ki var.
  • Deməli, 2013-cü ildə CM-nin 263.1-1-ci maddəsi ilə mənə verilən cəza daha ciddi cəza idi. Orada isə məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrum etmə nəzərdə tutulub.

İndi sonuncu suala oxucularınız da, siz də cavab verməyə çalışın:  CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən (299.1) və ya az ağır (263.1-1) cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Əgər mənə 299.1-ci maddə ilə verilən “az ciddi cəza” (ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 ay azadlıqdan məhrum etmə), 263.1-1-ci maddə ilə verilən “daha ciddi cəza” (məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrum etmə)  ilə əhatə edilibsə, mən cəzamı hansı növ cəzaçəkmə müəssisəsində çəkməliydim?  Bu suala cavab tapa bilsəz, mülkiyyət hüquqlarımın da belə həyasızcasına pozulmasının əsl səbəblərini biləcəksiniz.

Niyə məhz ümumi rejimli cəzaçəkmə müəssisəsi ?

  • Evinizin, mülkünüzün dağıdılmasına keçmədən öncə, zəhmət olmasa, bir məsələyə aydınlıq gətirin. Çünki oxucularımız da bizim kimi o dediyiniz rejimlərin fərqini yəqin ki bilmirlər. Şaxtalı və mülayim su məsələsi nəylə bağlıdır? Deyə bilərsizmi? Sizi niyə məhz ümumi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdiriblər?
  • Cavab çox sadədir: Cəzaların İcra Məcəlləsinin 66.2-ci maddəsində rejimlər yüngüldən ağıra doğru belə sıralanır: yetkinlik yaşına çatmışlar üçün: məntəqə tipli, ümumi, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələri, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisələri isə belə: ümumi və möhkəm rejimli.

Məncə, bir müsahibə üçün bunca hüquqi məsələlər çox yorucu ola bilir. Sizin və oxucularınızın vaxtını çox da alıb,  onlar  üçün heç nə ifadə etməyən bu maddələrlə zəhlələrini tökmək istəmirəm. O rejimlərin fərqini öyrənmək məqsədilə, məsləhət görərdim ki, “Cəzaların İcra Məcəlləsi”nin 113 və 119-cu maddələrini gözdən keçirsinlər. O rejimlərdəki hüquq və vəzifələrin fərqi  buzlu su ilə müalyim suyun fərqi qədərdir və … (pauza verir, düşünür, gözləri sanki yol çəkir-admin heyəti) ola bilsin sən “ümumi rejim”lidə bir günə həyatını itirəsən, məntəqə tiplidə isə 10 il həyatdan zövq alasan. Qısaca onu deyim ki, Azərbaycan rejimi  məni ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərməklə həyatımı təhlükəyə atdığını zənn edirdi. Ancaq anlamırdılar ki, mən vəkiləm və özümü orada balıq suda hiss edən kimi hiss edirəm. Məncə, bu barədə bəs edər.

Cəzaların İcra Məcəlləsi. Maddə 112. Ümumi rejimli cəzaçəkmə müəssisələri

112.1. Ümumi rejimli cəzaçəkmə müəssisələrində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin cəzaları müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş şəxslər cəza çəkirlər.

112.2. Ehtiyatsızlıqdan törədilmiş, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş kişilər ilk dəfə ağır cinayətlərə görə məhkum olunmuş və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş kişilərdən ayrı saxlanılırlar.

Maddə 113. Ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri

113.1. Ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq cəzaçəkmə müəssisəsi ərazisinin daxilində hərəkət edə bilərlər.

113.2. Ehtiyatsızlıqdan törədilmiş, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

113.2.1. adi yaşayış binalarında saxlanılırlar;

113.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda əlli manatadək miqdarda pul xərcləyə bilərlər;

113.2.3. il ərzində qısa müddətli qırx səkkiz görüş və uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

113.2.4. il ərzində qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

113.3. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

113.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

113.3.2. il ərzində uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

113.3.3. hər il məzuniyyət vaxtı cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfər edə bilərlər.

113.4. Ağır cinayətlərə görə ilk dəfə məhkum olunmuş və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslərin saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

113.4.1. adi yaşayış binalarında saxlanılırlar;

113.4.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx beş manatadək miqdarda pul xərcləyə bilərlər;

113.4.3. il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

113.4.4. il ərzində iyirmi dörd bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

113.5. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

113.5.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

113.5.2. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

113.5.3. il ərzində on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.- adminlər.

Cəzaların İcra Məcəlləsi. Maddə 118. Məntəqə tipli cəzaçəkmə müəssisələri

118.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanılırlar.

118.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar eyni şəraitdə saxlanılırlar.

118.3. Kişi və qadın məhkumlar eyni məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanıla bilərlər. İştirakçılıqla cinayət törədən şəxslər bir qayda olaraq ayrılıqda cəza çəkirlər.

Maddə 119. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri

119.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar:

119.1.1. mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar;

119.1.2. müəyyən edilmiş nümunəli şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar;

119.1.3. yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə sərbəst hərəkət edə bilərlər;

119.1.4. məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;

119.1.5. cəzaçəkmə müəssisəsində gündə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışa bilərlər;

119.1.6. məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər.

119.2. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların kommunal, yemək, maddi-məişət, tibbi-sanitariya və digər təminatları dövlət hesabına həyata keçirilir.

119.3. Cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, peşə təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Bu halda müəssisənin müdiriyyəti tərəfindən qəbul edilən qərarda hər bir məhkum üçün fərdi şəkildə tərtib olunan cəzaçəkmə müəssisəsindən çıxma və cəzaçəkmə müəssisəsinə qayıtma qrafiki müəyyən edilir.

119.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən zəruri hesab edildikdə, cəzaçəkmə müəssisəsindən kənarda işə düzələn və ya təhsil alan məhkumun müvafiq olaraq işdən və ya təhsildən yayınıb-yayınmaması yoxlanılır. Yoxlama nəticəsində məhkumun üzrsüz səbəbdən işdən və ya təhsildən yayınması müəyyən olunarsa, bu Məcəllənin 119.3-cü maddəsində nəzərdə tutulmuş qərar ləğv edilir.

Vətəndən qaçış və Avropadan başlanan  mübarizənin yeni mərhələsi

  • Biz də elə düşünürük. Bu məsələlərə kifayət qədər aydınlıq gətirdiz. Düzü, biz özümüz də sizə qarşı törədilən bu əməllərin əsil mahiyyətini bilmirdik. Etiraz etmirsizsə, keçək sizin Respublikadan qaçmağınıza, 1 aprel 2018-ci ildən, sözün həqiqi mənasında, Azərbaycan iqtidarına qarşı müharibə elan etməyinizə, iqtidarlı-müxalifətli sizə qarşı qarayaxma, söyüş-təhqir kompaniyası aparanların kimliyinə və nəhayət, Azərbaycanın tarixinə, hüquq sisteminə qara ləkə kimi düşən  5 sentyabr 2020-ci ildə sizin evinizin sökülməsinə.
  • İcazə verin, sizə-sualınıza  etiraz edim. Söhbətimizin əvvəlində də dedim axı, mən qaçmamışam. Mübarizə meydanımı, hərbi dillə desək, atəş nöqtələrini, əlimdəki yüksəklikləri  dəyişmişəm. Daha münasib mövqe seçmişəm. Hədəf isə eynidir.
  • Onda sulları bir-bir konkretləşdirək. Respublikanı niyə tərk etdiz?
  • Hər şey 2018-cilin fevral ayında mənim beynəlxalq təşkilatlara hazırladığım məşhur petisiya-müraciətlə başladı və həmin ilin 6 martında baş verən “qəbir hadisəsi” ilə davam edərək öz kulminasiyasına çatdı.
  • Söhbət hansı petisiya-müraciətdən gedir?
  • Bilirsiz, 11 aprel 2018-ci ilə prezident seçkiləri təyin edilmişdi. Ölkədə, son 25 ildə olduğu kimi,  heç bir seçki mühiti, qanuni seçki imkanları yox idi. Mən də bu barədə yazır, danışır, müsahibələr verir, cəmiyyətimizi mübarizəyə səsləyirdim. Mən o vaxta qədər də kifayət qədər kəskin müsahibələr verir, məqalələr yazır, toplantılarda rejim əleyhinə açıq sərt mövqeyimi bildirirdim. Hətta 2013-cü ilin 4 iyununda həbs edilməyimin də əsil səbəbi o vaxt bəzi internet televiziyalarında verdiyim müsahibələr və yazdığım məqalələr oldu. Mənə açıq şəkildə xəbərdarlıqlar edildi. Susmağımı, “hamı kimi tənqidi fəaliyyətlə məşğul olmağımı” tələb etdilər.Möhtərəmin, birincinin, prezidentin, birinci vitsenin  adını çəkməməyimi istədilər. Təbii ki, insafən, (gülür-admin heyəti) əvəzində müəyyən şirnikləndirici təkliflər də olurdu. Onda mən anladım ki, bu rejim rəqiblərini ələ almağa, onları sındırmağa elə vərdiş edib, elə öyrənib və elə nəticələrə nail olub ki, mənə qarşı da eyni metodu tətbiq etməyə çalışırlar. Nə isə, sövdamız baş tutmadı.

Başladılar.

2007-ci ildə Vəkillər Kollegiyasına yazılı test imtahanı versəm də, mənə vəkillik fəaliyyəti ilə məşğul olmağa imkan vermədilər. Vəkillər Kollegiyasının sədri vəzifəsinə Anar Bağırov  adlı bir dəllalı gətirib məni və onlarla hüquqşünası vəkil olmağa qoymadılar, bir çox ləyaqtəli, prinsipial vəkilləri oradan uzaqlaşdırdılar.  Sonra daha da dərinə getdilər, hüquqşünas kimi, nümayəndəlik fəaliyyəti ilə ailəmi dolandırmağa imkan vermədilər, nümayəndəlik institunu qanunla ləğv etdilər. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Bir sözlə, məni iqtisadi mühasirəyə almağa, sındırmağa çalışdılar. Görəndə ki, alınmadı, onda  məni şərləyib həbs etdilər. 2014-cü ilin dekabrında azadlığa çıxandan sonra da fəaliyyətimi əvvəlki kimi davam etdirdim. Yenə də xəbərdarlıqlar, xahiş-minnətlər, təkliflər… Taa 2018-ci ilin prezident seçkilərinədək.

-Vəkillər Kollegiyasına sizi buraxmamaq üçün hansı qanuni əsaslar gətirdilər, çox maraqlıdır. Siz ki, uzun illər rəsmi vəkil olmusuz?

-2007-ci ildə vəkilliyə bərpa üçün müraciət edəndə, sədr Azər Tağıyev idi. Rəhmətə gedib.  Mənə dedi ki, mütləq TEST imtahanları verməliyəm.Yazılı testdən keçdim. Şifahi testdən isə keçməyə Azər Tağıyev imkan vermədi. O vaxt Qəbul Komissiyasının üzvləri arasında olan bəzi adamların (aralarında hakim və hüquqşünas-mütəxəssis də olub) vicdanı onları incitmiş, Azərə etiraz da etmişdilər. Azər onlara açıqca bildirmişdi ki, “yuxarılar  bu adamı istəmir”.  “Şifahi Test” zamanı mənə 11 sual verildi. 10 suala cavab verəndən sonra, 11-ciyə “bu sualı da, məni Kollegiyaya qəbul etsəz sizə öyrədərəm”-deyə, cavablandırdım. Halbuki, başqa namizədlərə 3-4 sual verir, hətta heç bir suala cavab verməyənlərə “gedib hazırlaşıb yenidən gəlmələri” təklif edilirdi. Sən demə, bütün bunları imtahan prosesini monitoring edən ATƏT-in nümayəndələri görüb-eşidirmişlər. O vaxt imtahanlardan sonra, mənə qarşı ayrı-seçkilik və qərəzlilik olması barədə ATƏT-in Monitoring Qurupunun rəsmi bəyanatı da yayılmışdı. Mən AzerFreedom TV-nin bir verilişində Azər Tağıyevin haqqında danışdıqdan sonra, o vaxt artıq Azər ölüm yatağinda idi, həyat yoldaşı mənə zəng etdi və açıq tekstlə bildirdi ki, evlərində şəxsən mənə görə müzakirələri olub və Azər bildirib ki, günah onda deyil, Fuad Ələsgərovla Ramiz Mehdiyev ona təzyiq edirlər. Məhz bu iki adamın hesabına məni Kollegiyaya buraxmayıb. İndi o haqq dünyasındadır, mən nahaqq. Ancaq həyat yoldaşı sağdır, ondan soruşa bilərsiz. Yəni mənim Fuad Ələsgərov və Ramiz Mehdiyev tərəfindən təqib olunmağım fərziyyə, güman deyil, faktdır.

2017-ci ildə isə bu alçaqlar məni, sadəcə, təhqir etdilər.

-Necə? Təhqir etdilər? Niyə, necə, hansı formada?

– Həmin il “Vəkillik və vəkillik fəaliyyəti haqqında” Qanuna görə, yenidən mənim, Test imtahanları vermədən, Vəkillər Kollegiyasına bərpa olunmaq hüququm yarandı. Bu dəfə Kollegiyanın sədri Anar Bağırov adlı bayaq dediyim dəllal idi. Bilirsizmi, Vəkillər Kollegiyasında o qədər təcrübəli, savadlı, Azərbaycan Vəkilliyinin inkişafında xidmətləri olan onlarla şəxsiyyət qala-qala, belə bir adamın Vəkillər Kollegiyasına sədr təyin edilməsi (bu ölkədə seçkinin necə keçirildiyini bilirsiz) vəkilliyi məhv etmək niyyətindən xəbər verir. Nə isə, məni müavini Pərviz bəylə birlikdə qəbul etdi. Pərviz bəy Xocalıdandır, ailə üzvlərindən birinə vaxtilə vəkillik etmişəm. Cavan oğlandır, tərbiyəli adamdır, ancaq işsiz idi. Azər Tağıyevlə münasibətlərimizin yaxşı vaxtında Pərvizi  vəkilliyə mən gətirmişəm. İkisi məni qəbul etdi və Anar Bağırov mənə nə desə yaxşıdır: sən demə, mənim SSRİ vaxtında, 1988-ci ildə bir töhmətim olub. Təsəvvür edirsizmi? Adam anlamır ki, SSRİ çoxdan yoxdur, töhmət çoxdan qüvvədən düşüb və mən o töhmətdən 6 il sonra, 1994-1998-ci illərdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olmuşam. Yəni Azərbaycan vəkillərini və vəkilliyi idarə edən 9 nəfərdən biri olmuşam. Adam həm də onu anlamır ki, bu töhmətin bir təsiri olsaydı, məni 2007-ci ildə Test imtahanlarına buraxmaz, Azər Tağıyev də elə o əsasa söykənib mənimlə şəxsi düşmənçilik etməzdi. Sizcə, o bunları  anlamaya bilərmi? Təbii ki, anlayır və həm də çox yaxşı anlayır. Ona da ağası Fuad Ələsgərov tapşırmışdı. Hətta söhbət zamanı özünü saxlaya bilməyib mənimlə  işarələrlə, göz-qaşala danışdı və təklif etdi ki, təhlükəyə düşməsin deyə, mənə imtina məktubu versin və mən məhkəməyə müraciət edim ki, məsuliyyət onun üzərinə düşməsin. Təbii ki, ona da, ağalarına da sözümü deyib çıxdım. Ancaq, Anar cavandır, qanmır nə etdiyini. Onu, bəlkə də, bağışlamaq olar, ancaq Fuad Ələsgərovun, Ramiz Mehdiyevin bu alçaq hərəkətlərini mən heç vaxt bağışlamaram. Onlar mənimlə şəxsi düşmənçilik ediblər və məni Anar adlı o küçə uşağının əliylə təhqir ediblər. Mən bunu İlham Əliyevə heç vaxt bağışlamaram. Söhbət təkcə məndən getmir, onlarla ləyaqətli vəkilin və ümumən Azərbaycan vəkilliyinin taleyindən gedir.

-İndi hər şey bizə də aydın oldu. Ancaq bir sual da verməkdən özümüzü saxlaya bilmirik, Qurban bəy. Sizi vəkilliyə qəbul etsəydilər, indiki kimi siyasi mübarizə aparacaqdız, yoxsa yox?

-Mən həmişə və hər bir şəraitdə siyasi mübarizəmi aparmışam. Bu mənim insanlıq vəzifəm və vətəndaşlıq hüququmdur. Ancaq, təbii ki, o da aydındır ki, başım vəkilliyə qarışsa idi, bəlkə də bu qədər vaxt ayıra bilməyəcəkdim siyasətə. Ya da ən azı ritorikam bu qədər sərt olmayacaqdı. Etiraf edim ki, mənə qarşı olan bu şəxsi ədavət də mənim siyasi fəaliyyətimə təsir edir, səmimi olmalıyıq. Yadıma düşdükcə, daha da qəzəblənirəm. Bütün insanlar belədir. Deyə bilərsiz ki, buna İlham Əliyev neyləsin? Bütün günahlar məhz ondadır. Fuad ələsgərov kimi rüşvətxor-yaramazları, ramiz mehdiyev kimilərini o vəzifəyə təyin edib, siz yox. Elə deyilmi?  Bu gün də Fuad Ələsgərov tərəfindən təqib olunuram. Baxın, Avropa Məhkəməsinin 4 iyun 2020-ci il tarixli Qərarı ilə mənə 3 min avro ödənməlidir. Qərar 4 sentaybradək icra edilməli idi. İcra edilmir. Mənim və ailə üzvlərimin mənzillərinin sökülməsi də məhz şəxsi dava məsələsidir, siyasi yox. Bu rejim siyasi rəqiblərinə qarşı qeyri-siyasi metodlarla mübarizə aparır. Bunun nəticələri çox ağır olacaq. Həm bizim üçün, həm onlar üçün, həm də cəmiyyətimiz üçün. Bunu hamı anlamalıdır. Mənim itirəcəyim onlarınkından milyon dəfə az olacaq.

-Qayıdaq Petisiyamıza.

-Qayıdaq.

Petisiya

Fevral ayında mən həmin məşhur petisiyanı hazırlayıb yaydım. Az imza toplasa da, yüz minlərlə insan onu oxudu.  Millət anladı ki, rejimə qarşı belə bir mübarizə metodu da var və bunu etmək olar. Rejim isə özünə əsil  təhlükənin kimdən və haradan gəldiyini hələ o vaxt əla görürdü.

  • O petisiyanın mətnini bizə verə bilərsizmi, düzü o vaxt oxusaq da, surətini saxlamamışıq. Oxuculara təqdim etsək, yaxşı olar. Bir də o petisyada hakimiyyət  üçün təhlükəli nə var idi ki?
  • İndi əlimin altında yoxdur, tapıb sizə göndərərəm. Orada biz beynəlxalq təşkilatlardan tələb edirdik ki, İlham Əliyevə, ailə üzvlərinə, oliqarxlara və bir çox vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq edilsin. Seçkinin nəticələri tanınmasın və s.

Avropa Şurasının Parlament Assambleyasına;

Avropa Parlamentinə;

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına;

BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə;

ABŞ və Avropa Birliyi Dövlətlərinin başçılarına:

Hörmətli xanımlar və cənablar!

Biz – Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən qanunsuz təqiblər nəticəsində ölkəni tərk edib Avropa ailəsinə və dünyanın müxtəlif dövlətlərinə sığınan, eləcə də, Azərbaycan Respublikasında ata – oğul əliyevlərin qurduğu avtoritar rejimdə basqı, təqib və təhlükə altında yaşayan, hüquqları hər addımda tapdalanan Azərbaycan vətəndaşları Vətənimizin indiki məsuliyyətli dövründə sizlərə müraciət edir və kömək gözləyirik.

Konstitusiya ilə respublika üsül – idarəsinə malik olan ölkəmiz son 25 il ərzində bir ailə tərəfindən idarə olunur. Hələ sovetlər dönəmində 18 il (1969-1987) kommunist Azərbaycanına rəhbərlik edən ata Əliyevin yeni dönəmdəki 10 illik (1993-2003) hakimiyyətindən sonra taxta çıxan oğul Əliyev 2003-cü ildən etibarən ölkəmizi avtoritar formada idarə edir.

Ata və oğul əliyevlərin hakimiyyəti dövründə minlərlə vətəndaşımız siyasi məhbus taleyi yaşamışdır. Bu gün də ölkəmizdə beynəlxlaq hüquq müdafiə təşkilatları tərəfindən tanınan 160-dan çox siyasi məhbus vardır. Müxalif fikirli vətəndaşlarımız adi insan hüquqlarından məhrum edilir, onlara əmək hüquqları, təhlükəsiz yaşamaq, ədalətli mühakimə olunmaq və azadlıq hüquqları tanınmır, onlar öz vətənlərini tərk etməyə məcbur edilirlər. Ölkəmizdə son 25 ildə keçirilmiş bütün parlament, bələdiyyə və prezident seçkilərinin və o cümlədən, bütün referendumların nəticələri saxtalaşdırılmış və bu fakt ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası rəhbərlərinin məşhur “kürü diplomatiyası”, “Panama kağızları” və “3 milyardlıq rüşvət” qalmaqalları da bütün dünyaya məlumdur.

Belə bir şəraitdə, İlham Əliyev artıq dördüncü dəfə prezident vəzifəsini zəbt etmək üçün 11 aprel 2018-ci il tarixə yeni növbədənkənar prezident seçkisi elan edib.

Əliyevlər ailəsi hakimiyyəti əldə saxlamaq üçün ölkədə 3 dəfə saxta referendum keçirmiş və ölkə Konstitusiyasını özlərinin arzu və istəklərinə uyğunlaşdırmışdırlar.

2009-cü il tarixli saxta referendumla İlham Əliyev Konstitusiya ilə özünün ömürlük prezident olmasını təmin etmiş, “bir şəxsin iki dəfədən artıq prezident seçilməsinin qadağan edilməsi” barədə müddəanı Konstitusiyadan çıxartdırmışdır.

26 sentyabr 2016-cı ildə keçirilən son referendumla isə İlham Əliyev bir sıra digər əlavə imtiyazlarla yanaşı, həm də, heç bir səbəb göstərmədən, özü üçün “növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilmək hüququ” tanımışdır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, “Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.”

Bu qanuna görə isə, Azərbaycanda növbəti prezident seçkisi 17 oktyabr 2018-ci ildə keçirilməlidir.

İlham Əliyev isə saxta referendumla mənimsədiyi səlahiyyətlərdən istifadə edərək, heç bir səbəb göstərmədən elan etdiyi qəfil prezident seçkiləri ilə özünü yenə də həmin saxta referendumla müəyyən edilən növbəti 7 illik dövr üçün prezident elan etmək istəyir.

Bütün bunlar həm də seçki qanunvericiliyinin tərəfsiz seçki keçirməyə imkan vermədiyi və seçkini keçirməyə məsul olan bütün seçki komissiyalarının İlham Əliyevin birbaşa nəzarətində olması şəraitində baş verir.

Hörmətli xanımlar və cənablar!

Xalqımız Şərqdə ilk dəfə, hələ 28 may 1918-ci ildə Respublika üsül – idarəsi elan etmiş və əcdadlarımız Şərqdə ilk dəfə qadınlara seçki hüququ tanımışlar. Həm də, bunlar çoxmillətli, eyni zamanda, dini inancları müxtəlif olan insanların yaşadığı məmləkətdə baş vermişdir.

Təəssüf ki, bəzi avropalı parlamentarilərin də dəstək verdiyi əliyevlər hakimiyyəti xalqımızı son 25 ildə anti – demokratik, avtoritar bir rejimdə yaşamağa məhkum etməklə, milli sərvətlərimizi talamaqla yanaşı, insanları siyasi mövqeyinə görə təqib edir, onlara fiziki və mənəvi işgəncələr verir, bəzən də fiziki cəhətdən məhv etməkdən belə çəkinmir.

Bizim xalq azadlıq sevən xalqdır, demokratik ənənələrə və tolerantlığa sadiq xalqdır!

Bizim xalq bütün dinlərə dözümlülüklə yanaşan və müxtəlif xalqlarla bir arada sülh içində yaşamağı bacaran xalqdır!

Ancaq, indi tarixi şərait elə gətirmişdir ki, xalqımız qanunsuz, qəddar, heç bir insani dəyər tanımayan bu rejimin əlində təklənmişdir.

Çox hörmətli xanımlar və cənablar!

Xalqımızın sizlərə, Avropa dəyərlərinə, mədəni dünyanın köməyinə ehtiyacı var.

Xalqımızın susmasını, kütləvi surətdə etiraz tədbirlərinə çıxmamasını düşdüyü vəziyyətlə barışması kimi qəbul etməyin! Bu, indiki rejimin qəddarlığının, zalımlığının, özbaşınalığının nəticəsidir və müvəqqətidir.

Əgər siz doğrudan da:

– Azərbaycan Respublikasının Avroatlantik məkana inteqrasiyasını və onun dəyərlərinə sadiq qalmasını istəyirsinizsə;

– Azərbaycan Respublikasının müstəqilliyinə, rus imperiyasının quluna çevrilməməsinə və burada xalq hakimiyyətinin bərqərar olmasına tərəfdarsınızsa;

– Azərbaycanda demokratik, sivil bir cəmiyyətin, qanuni bir hakimiyyətin formalaşmasında maraqlısınızsa,

Sizlərdən aşağıdakıları xahiş edirik:

– 11 aprel 2018-ci il tarixli prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasını və bu saxta nəticələrin elan edilməsini gözləmədən, Azərbaycan Respublikasında elan edilmiş növbədənkənar prezident seçkilərinin dərhal durdurulmasını, normal seçki mühitinin yaradılmasını və seçkini keçirəcək orqanların – Mərkəzi Seçki Komissiyasının (MSK), dairə seçki komissiyalarının (DSK) və yerli məntəqə seçki komissiyalarının (MnSK) paritet əsaslarla formalaşdırılmasını və seçkini beynəlxalq təşkilatların bilavasitə iştirakı ilə keçirilməsini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təklif edin;

– Təkliflərinizə əməl edilməyəcəyi təqdirdə, qanunsuz və avtoritar əliyevlər rejiminin təmsilçilərinə siyasi və iqtisadi sanksiyalar tətbiq edin, prezident ailəsinin, dövlət rəhbərlərinin, nazirlərin və iş adamlarının ölkələrinizə, Avropaya və Amerikaya viza almalarını qadağan edin, ölkələrinizdəki əmlaklarının üzərinə həbs qoyun, bank hesablarını dondurun.

Biz sizin Azərbaycan Respublikasında da demokratik, sivil, qanuni bir siyasi rejimin qurulmasında maraqlı olduğunuzu əməli olaraq nümayiş etdirəcəyinizə, xalqımızı bu qəddar, təpədən dırnağa kimi silahlı, milli qanunları saymayan, beynəlxalq hüquq normalarını, insan hüquqlarını tapdalayan əliyevlər rejimi ilə indiki qeyri – bərabər mübarizədə tək qoymayacağınıza ümid edirik.

Göstərəcəyiniz diqqət və qəbul edəcəyiniz qərarlara görə, sizlərə öncədən minnətdarlığımızı bildiririk.

Hörmət və ehtiramla,

Azərbaycan Respublikasının vətəndaşları.

https://www.ipetitions.com/petition/avropa-suras-parlament-assembleyasna

Qəbir məsələsi, Mədət Quliyevlə görüş və Londona uçuş.

-Bəs “qəbir məsələsi” ilə sizin nə əlaqəniz?

  • 2018-in 6 martında bir qəbir üzərində vandal hərəkətlərinə yol verildi. Mənim bu məsələyə münasibətim “ənənəvi müxalifət”dən  tamamilə fərqli oldu. Həqiqətən də, mən bu məsələni milli mənliyimizə və ləyaqətimizə, milli-dini dəyərlərimizə qəsd kimi qiymətləndirdim və o hadisənin beynəlmiləlləşməsinə, islam dünyasında yayılmasına  çalışdım və kifayət qədər də buna nail oldum. Hər gün, demək olar ki, sosial şəbəkələrdə bu barədə yazılar yazır, öz Facebook səhifəmdə, AzerFreedom TV-də canlı yayınlar edirdim.  Bax onda rejimin səbr kasası daşdı.

Ancaq bundan  başqa digər bir ciddi hadisə də baş verdi o vaxt.  Hansısa sehirli bir çubuğun işarəsi ilə Avropadan rejim sahiblərinə qarşı “söyüş siyasəti”nə start verilmişdi. O vaxt mən sosial şəbəkələri ardıcıl izləmədiyimə görə, o “siyasət”in necə geniş yayıldığından xəbərsiz idim.

Nəhayət, 25 martda, Novruz Bayramı günü məni DTX-nə, Mədət Quliyevin qəbuluna  dəvət etdilər.  Məhz o qəbulda mənə məlum oldu ki, Prezidentin köməkçisi Əli Həsənov İlham Əliyevi inandırıb ki, guya bu “söyüş kompaniyasını” mən təşkil edirəm və Prezident də mənim həbsimlə bağlı müəyyən məqamlarla məsləhətləşib, razılıq alandan sonra sonuncu olaraq mənimlə “məşğul olmaq” üçün DTX rəhbərliyinə tapşırıq verib.

M.Quliyevlə söhbət zamanı o tam əmin oldu ki, insafən, buna inanmadığını o söhbətimizin elə əvvəlindən də mənə demişdi, bu tərbiyəsiz hərəkətə mən nəinki dəstək verməmişəm, tam əksinə, qarşısını almağa çalışmışam. Hətta, söhbətdən mənə o da məlum oldu ki, 11 aprel  prezident seçkilərinə qədər mənim həbsim planlaşdırılıbmış. Bəzi siyasi mülahizələrə görə, seçkilərdən sonraya saxlanılıb.

Ancaq 31 mart gecəsi böyük oğlum Qoşqar bəydən gələn zəngdən sonra təcili ölkəni tərk etməli oldum. Bu barədə efirdə danışdığım üçün oxucularınızın vaxtını almaq istəməzdim.

–Yox, yox, danışsaz yaxşıdır. Yazılı başqa, görsəl, virtual başqa. Danışın ki, bizim də oxucularımız getməyinizin əsl səbəblərini bilsinlər. Elə bilməyin ki hamı AzerFreedom TV-ni izləyir. Özünüzə çox da belə vurğun olmayın, Qurban bəy (gülüşürük-admin heyəti)

-Qoşqarın İngiltərədə yaşayan bir dostunun Moskvadakı bir dostundan aldığı məlumata görə, prezident seçkilərindən sonra Respublikada kütləvi həbslər planlaşdırılırmış. Siyahı Rusiyanın kəşfiyyat orqanlarına da verilibmiş. Hətta adların qabağında təqribən kimə neçə il veriləcəyi də göstərilibmiş. Mənim adımın qarşısında isə müddət yazılmayıbmış. Bunu isə həmin adam ya ömürlük həbs,  ya da fiziki olaraq məhv etmək kimi dəyərləndirib və bu barədə xəbər verib. Qoşqar 24 saat müddətində Azərbaycanı tərk etməyimi məsləhət bildi, gecəykən biletim alındı və 1 apreldə günorta artıq mən Bakı-İstanbul-London yolunda idim.

– Üzr istəyirik, bəs gecəykən vizanı necə aldız? Nəsə inandırıcı gəlmədi. Adamlar viza almaq üçün bəzən dəridən-qabıqdan çıxırlar.

-Üzrlük bir şey yoxdur, düz edirsiz, “şübhələnməyə tənbəllik etmə” prinsipi insanı çox vaxt səhvlərdən qoruyur. Mən bu prinsipə əlavə etmişəm: “şübhələnməyə vergi yoxdur, bacardıqca şübhələnin, şübhə-doğru yolun başlanğıcıdır”.  Məsələ çox sadədir. 2015-ci ildən başlayaraq, İngiltərəyə bir neçə dəfə gedib-gəldiyimə görə, 2017 ci ildə 5 illik vizaya müraciət etmişdim və almışdım. Açıq deyim ki, bu məsələdə bəxtim gətirmişdi. Yoxsa seçkidən sonra 4-cü həbsimi və ya ölümümü görəcəkdim.

– Qurban bəy, seçkidən sonra siz deyən həbslər olmadı axı. Bəlkə, kimlərsə sizin məhz belə sərt mövqeyə keçməyiniz üçün sizə dezinformasiya ötürüblər? Ola bilməzmi belə olsun?

-Hər şey ola bilər. Niyə olmur ki?! Ancaq Mədət Quliyevin niyə belə bir niyyəti olsun ki? Yəqin onun siyasi mövqeyini bilirsiz. Ailənin ən yaxın və sədaqətli adamıdır. İndi bilmirəm necədi? Ancaq o vaxtkı söhbətimizdən anladığım bu oldu ki, o bütün varlığı ilə rejim sahiblərinə bağlıdır və var gücü ilə çalışır ki, ölkədə stabillik pozulmasın. Məni niyə açıq düşmən mövqeyə itələməli idi ki? Əksinə, açıq deməsə də, məni rejimə loyal olmağa, hər şeyin tezliklə yaxşı istiqamətdə dəyişəcəyinə inandırmağa çalışırdı.

-Biz Mədət Quliyevi nəzərdə tutmuruq, başqaları ola bilməzdimi?

– Sizi başa düşürəm, mən M.Quliyevi ona görə deyirəm ki, ilk dəfə məhz ondan Əli Həsənovun mənim əleyhimə Prezidentə dezinformasiya verdiyini öyrəndim. Həbsimin planlaşdırıldığını başa düşdüm. Moskvadan verilən məlumat, sadəcə, Mədət Quliyevdən eşitdiklərimi təsdiqləyirdi. Bir də ki, seçkidən sonra həbslər baş vermədimi? Düzdür, mənə deyilən masştabda olmasa da, xeyli adam həbs edildi. Bir də ki, seçki prosesində və sonrasında  bəzi “ana-bala müxalifət”in satqınlığı üzündən, gözlənilən gərginlik olmadı. Seçkini boykot adıyla rejimə istədiyini etmək üçün şərait yaradıldı.

Siz şəxsən gərginlik gözləyirdizmi?

“Büllütenləri talan et” taktikası

Mən…(bir az pauza verir—admin heyəti) düşünmürdüm. Açıq deyim ki, o gərginliyi yaratmağa çalışır və konkret addımlar atırdım. Xalqı mübarizəyə qaldırmaq mümkün idi. Bayaq qeyd etdiyim Petisiya həmin addımlardan biri idi. Xatırlayırsızmı, 2020-ci il  9 fevral Parlament seçkilərində “bülletenlərin talanı” necə gərginlik yaratdı bəzi məntəqələrdə. Mən bunu 2018-ci il Prezident seçkilərində də təklif etmişdim və bu istiqamətdə bir çox partiya sədrləri ilə açıq və gizli danışıqlar da aparmışdım. Mənim o vaxt, seçkiqabağı dövrdə sosial şəbəkələrdə yazdıqlarımı oxusanız mənim nə etdiyimi və həbsimin də, təqib olunmağımın da əsl səbəbini başa düşərsiz.

Görünür, o vaxt danışıq apardığım adamlardan kim və ya kimlərsə məni satıbmış. Təsəvvür edirsizmi, bütün partiyalar seçkiyə qoşulur, xalqı kütləvi şəkildə seçkiyə aparır vəəə bülletenləri kütləvi şəkildə məntəqələrdən çıxardıb beynəlxalq təşkilatlara, Avropa Məhkəməsinə təqdim etmək üçün toplayırıq. Rejim buna mane olmağa cəhd edəcəyi halda, bütün məntəqələrdə qarşıdurmalar yaranır, seçki pozulur, mane olmayacağı təqdirdə: seçkinin tamamilə qanunsuzluğunu sübut etmək üçün milyonlarla bülleten Beynəlxalq məhkəmələrə və təşkilatlara təqdim edilir. Nəticəni təsəvvür edə bilirsizmi? Bu təklif şəxsən mənimdir və məndən başqa heç bir siyasətçi bunu dəstəkləmədi o vaxt. Əksinə, “boykot” adıyla rejimə yol açdılar. Xalqı kütləvi mübarizəyə təşkil, təşviq, yönəltmək əvəzinə, xalqda başsızlıq, lidersizlik, inamsızlıq və güvənsizlik duyğusu yaratdılar. Siyasi mübarizədən yayınan müxalifətə, siyasətçiyə xalq, kütlə inanıb həyatını etibar edərmi? Təbii ki yox.

Rejim isə ona əsl təhlükənin kim tərəfindən gəldiyini artıq başa düşmüşdü. “Yalana son, talana son” rejim-hakimiyyət  dəyişikliyinə apara bilməz. “Tənqidçi müxalifət”lə  hakimiyyət uğrunda mübarizə aparan əsl müxalifət fərqli-fərqli şeylərdir. Xalq 28 ildir rejim-“müxalifət” birliyinin əliylə bu çıxmaza salınıb.

Bunları ona görə deyirəm ki, Moskvadan verilən xəbərin mötəbərliyinə məndə şübhə yoxdur. Bu rejimdən hər cür qanunsuzluq gözləyin siz. Bunlar jurnalist Elmar Hüseynovun, dünyaca məşhur tarixçi alim-İkinci Dünya Müharibəsinin QəhrəmanıZiya Bünyadovun ağzından atdıran, yüzlərlə qəhrəman oğullarımızı öldürtdürən  terrorçulardır.

–Onda təbii bir sual yaranır, Qurban bəy, bütün bunları bilə-bilə, evinizin söküləcəyini, ailə üzvlərinizə təzyiq ediləcəyini bilmirdinizmi?

-Kim dedi ki bilmirdim?! Bilirdim və əvvəlcədən görürdüm. Baxıcı deyiləm haaa(gülür-admin heyəti), ancaq bunu bilmək çətin deyil ki. Bu rejim, elə bütün terrorçular, öncə xəbərdarlıq edirlər, sonra müəyyən çəkindirici addımlar atırlar, nəticə olmayanda isə son qərarlarını verirlər. Xatırlıyırsızmı, Əli Əliyevin və Avropada fəaliyyət göstərən bəzi gədələrin o vaxtkı çıxış və çağırışlarını: “Qurban Məmmədov necə müxalifətdir ki, oturub Londonda hakimiyyəti tənqid edir, onun ailəsinə, əmlakına toxunmurlar?!” Xatırlayırsızmı? Sosial şəbəkələrdə, internetdə o çıxışlar durur, mən də saxlayıram. Bir gün lazım olacaq (gülür-admin heyəti).

İndi sizə bir sual verim: bu günədək, yəni 5 sentyabr 2020-ci ildə mənim mənzilim sökülənədək Azərbaycanda bir nəfər də olsun müxalifət liderinin, sıravi müxalifətçinin qanuni əmlakı qanunsuz yollarla əlindən alınıb, vəhşicəsinə dağıdılıb? Eşidib-görmüsüzmü belə bir hal? İkinci bir sual: sizcə, rejim bunu niyə belə nümayişkaranə və vəhşicəsinə etdi? Bilə-bilə ki, beynəlxalq aləm mülkiyyət hüququna qarşı bu tip hərəkətlərə qarşı həssasdır və bu akt faktik olaraq xarici  investorları çəkindirə bilər, Respublikaya çox böyük zərər vura bilər. Hətta rejim nümayəndələrinə qarşı müəyyən sanksiyaların tətbiqinə qədər mənfi nəticələr yarada bilər. Deyə bilərsizmi, bütün bunları bilə-bilə rejim niyə belə etdi?

– Yox, aydındır ki, Azərbaycanın tarixində bu ilk hadisədir. Bu günədək heç bir müxalifətçinin əmlakına qarşı bu formada və vəhşiliklə hərəkət edilməyib. Düzdür bəzilərinin ailə üzvlərinə qarşı təzyiqlər olub. Ancaq, doğrudan da, bu hadisə dövlətimizin imicinə böyük ziyan vurdu və hələ vuracaq da.

– Bir dəqiqə. Diqqətli olun. Rejim bəzi adamların ailə üzvlərinə qarşı təzyiqlər edib, bəli, ancaq sonrakı hadisələr, o adamların sonrakı fəaliyyətləri göstərdi ki, rejim həmin adamlardan süni müxalifət yaratmaq, Avropa və ABŞ-da onlardan casus kimi, həm də Rusiyanın nəfinə istifadə etmək məqsədi güdüb. Bu barədə artıq Avropanın müəyyən təşkilatlarında məlumatlar da var. Bu barədə mən İngiltərə polisində dindirilərkən bildim. Xalqımız o qədər sadəlövhdür ki, “başını kəs, bığını tumarla” sənə “sağ ol” deyəcək. Söhbət real, həqiqi təzyiqdən gedir. Bu söyüş söyən küçə uşaqları var haa, onların çoxunu rejim özü maliyyələşdirir.

-Niyə?

-Necə niyə? Əsl müxaliflərini onların əliylə müəyyən edirlər. Quşu quşla tuturlar.

-Eyni şeyi sizin də haqqınızda deyə bilərlər.

-Tamamilə haqlısız. Ona görə də təzyiqlərin reallığına baxacaqsız.Özünüz etiraf etdiniz ki, bu günədək bir nəfər də olsun müxalifətçinin mənzili belə vəhşicəsinə dağıdılmayıb, azyaşlı uşaqları qanuni evlərindən küçələrə atılmayıb. Buna qədər isə, bayaq sizə dedim: vəkilliyə buraxmadılar, hüquqşünas-nümayəndə kimi işləməyə qoymadılar, 5 uşağımdan dördü ali təhsilli olsalar da, biri də büdcə təşkilatlarında işə buraxılmadı. Mənim övladım olduqlarını bilən kimi, “qara siyahı” prinsipi işə düşdü. Adım “qara siyahı”da olduğu üçün, Azərbaycan banklarında mənə kredit verilmədi, əmlak özəlləşdirmə hüququm tanınmadı, şərlənərək həbs olundum və s. Xalqımız bilməlidir: siyasi mübarizənin bu və digər  KQB metodlarını Azərbaycana Heydər Əliyev gətirdi və bu metodlar bu gün də tətbiq edilir.

-Dediz ki, mənzilinizin söküləcəyini, ailənizə təzyiq ediləcəyini bilirdiz. Bəs nə tədbirlər gördüz, bilmək olarmı?

-Nə tədbir görməliydim?! Bunlar üçün bir tədbir var: sınmaq, əyilmək, satılmaq, “yalana son, talana son, tənqidçi-müxalifət” olmaq. Başqa “tədbir” yoxdur. Real müxalifətsənsə, bütün məhrumiyyətləri gözə almalısan.

– Baş verənlərə övladlarınızın münasibəti necə oldu? Balaca nəvələriniz bu hadisənin psixoloji travmasını atlada bildilərmi?

– (Dərin bir köks ötürür-admin heyəti) Belə şeylər atladılmaz və unudulmaz. Ancaq efirlərdən də dəfələrlə demişəm: onlar şəhiddirlər. Təbii ki, körpə, azyaşlı qız nəvələrim qarşısında günahkarlıq hissi duyuram, ancaq bu yolun qanunları belədir: dözəcək, səbr edəcək, sonadək mübarizə aparacaqsan. Qalanlarını ALLAH(c.c.)a burax.

-Demişdiz ki, evinizi sökəndən sonra həm də məhkəməyə veriblər.  Nə yerdədir məhkəmə prosesi?

Bunlar mənə qarşı  bu vəhşiliyi etməklə, öncə, oyanmaqda və təşkilatlanmaqda olan cəmiyyəti-xalqı qorxutmağa çalışdılar. İndi də gələcək beynəlxalq təzyiqlərdən özlərini sığortalamaq üçün törətdikləri vəhşilikləri qanunlaşdırmağa çalışırlar.

Bu vəhşiliyi təşkil edən Kəmaləddin Heydərovdur.

-Məhkəməyə kim müraciət edib? İddiaları nədir?

-Məhkəməyə formal olaraq kimin müraciət etməsindən asılı olmayaraq, bütün bu vəhşi cinayətlərin başında sifarişçi kimi İlham Əliyev özü,  cinayətin təşkilatçısı kimi  Kəmaləddin Heydərov- İlham Əliyevin sağ əli, cinayət ortağı, cinayətin icraçısı kimi isə Nərimanov Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və əməkdaşları durur.

Mənim evimin yerində, yəni 5 saylı Xəstəxananın qarşısında, Həsənoğlu-12, korpus-7 ünvanında  hündürmərtəbəli bina tikən “Atlant-İnşaat” MMC Kəmaləddinin olan “Gilan-Holding”in tərkibindədir. İddiaları isə… İddia ərizələrini sizə təqdim edərəm. Ya da gəlin belə edək. Mən mülki işin bütün materiallarını sizə təqdim edim. Siz onları ardıcıllıqla verin. Oxucular üçün də çox faydalı hüquqi yardım olar. Hamı nümunə kimi istifadə edə bilər.

5 saylı Xəstəxananın qarşısında, Həsənoğlu küç. 12-dəki evim və obyektlərim

Həmin evim və obyektlərim “Atlant İnşaat” MMC tərəfindən söküldü

Sökülən evim və obyektlərimin yerində Gilan Holdingin tikdiyi yeni bina

Şəhərin işlək yerində yerləşən və Atlant İnşaat/Gilan Holdingin sökdüyü evlərimiz və obyektlərimiz əvəzinə bizə verdiyi “Montin”də dalanda yerləşən ev

– Mətbuatda yayılan məlumatlardan görünür ki, onların iddiasına görə, siz onları aldadıb əvvəlki mənzilinizin sahəsini artıq göstərmisiz. Konkret olaraq bu barədə nə deyə bilərsiz?

– İzah edərəm. Yəqin siz də bilirsiz, mülki hüquqda belə bir prinsip var: hamıya məlum olan faktların sübut edilməsinə ehtiyac yoxdur. Düzdürmü?

Mülki Prosessual Məcəllə. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar

82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 

82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.-admin heyəti

Deyə bilərsizmi, Bakı şəhərində hansısa firma kiminsə evini, mənzilini, bağ yerini, həyət evini alanda onun sahəsini kim, necə və hansı sənədlərin əsasında, hansı metodla müəyyən edir? Bunu təkrar mənim sübut etməyimə ehtiyac varmı? Yox. Çünki bu məsələ bütün Azərbaycan əhalisinə məlumdur: öncə “Çıxarış” (Kupça) + Mənzil İstismar Sahəsindən alınan arayışlar və sair sənədlər  + sonra da alan şəxs tərəfindən yerində faktik tikililərdə  ölçmələr aparmaq.  Bu qədər bəsit.

Gəlin ardıcıllıqla izah edim ki, oxucular və sıravi vətəndaşlar söhbətin nədən getdiyini dəqiq bilsinlər. Həm də deyəcəklərim və göstərəcəklərim hər bir vətəndaş üçün hüquqi yardım da olacaqdır-nümunə kimi.

Onu da nəzərinizə çatdırım ki, sizə təqdim edəcəyim bütün sənədlərin surətlərlərini Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatında olan mülki işdən götürmüşəm.

İlk növbədə “Atlant-İnşaat” MMC-nin “İddia Ərizəsi”nə və tarixinə diqqət edin. Ərizənin tarixi 4 sentyabr 2020, Nərimanov RİH əməkdaşları tərəfindən evimizin qanunsuz olraq dağıdıldığı tarix isə 5 sentyabr 2020.

-Birinci cümlədə deyilir ki, guya iddiaçıya məxsus əmlakların aldatma yolu ilə ələ keçirilməsi ilə bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

-İkinci cümlədə yazılır ki, “cinayət işinə görə…”. Xahiş edirəm diqqətli olun. İddiaçı özü belə hesab eləmir haa, guya ki cinayət işi ilə sübut edilib ki, cinayət işinə istinad edir, guya mən və ailə üzvlərim 2011-2012-ci illərdə iddiaçıya müraciət edib bizim   Bakı şəhəri, Nərimanov rayonu,  Həsənoğlu küçəsi ev 12, korpus   7, mənzil 7 və 8 saylı evlərdə (ünvana diqqət edin ki, gələcəkdə bunun çox böyük əhəmiyyəti olacaq-admin heyəti) guya dəyəri 2 290 000 manat olan 320 kvadrat metr yaşayış, 330 kvadrat metr qeyri-yaşayış sahəmiz olduğunu bildirmişik.

-Üçüncü cümlədə iddiaçı iddia edir ki, guya biz ona təklif etmişik ki, bizim ünvanımız söküntüyə düşür, ona görə də həmin sahələrin əvəzində iddiaçı Bakı şəhəri Nərimanov rayonu M.Nağıyev küçəsində inşa etdiyi yeni binadan ƏVƏZLƏŞDİRMƏ QAYDASINDA (bu ifadəyə də diqqət edin-admin heyəti) bizə sahələr verilsin.

Xahiş edirəm bu cümlədəki “əvəzləşdirmə qaydasında” sözlərinə fikir verin. Bunun mənası odur ki, mən sənə nəsə verirəm, sən də onun qarşılığında mənə nəsə verirsən. Yəni dəyişirik. Bu sözün mənasını kiməsə izah etməyə ehtiyac varmı? Yoxdur, əlbəttə. Ancaq, görünür kimlərsə özlərini qanmazlığa qoyub. Çünki iddianın 6-cı cümləsində yazılır ki, guya iddiaçı bizə hansısa daşınmaz əmlakları satıb, biz də ona pul ödəməmişik. İndi başa düşdünüzmü: belə çıxır ki, mən 5 saylı xəstəxananın qarşısında yuxarıda göstərilən ünvanda yerləşən evlərimi və obyektlərimi verməliyəm Kəmaləddinə və üstündə hələ ona pul da ödəməliyəm ki, o da həmin pula mənim evimin yerində yüksək mərtəbəli çox mənzilli binatikib bir az da öz haram sərvətini artırsın.

İddianın “məziyyətləri” bununla bitmir. 4 və 5-ci cümlələrdə iddiaçı yazır ki guya o bizim verdiyimiz məlumatlara inanıb, yəni bizim evlərimizin və obyektlərimizin ümumi sahəsinin 650 kvadrat metr olduğuna inanıb və… yenə də diqqət edin:  ƏVƏZLƏŞDİRMƏ QAYDASINDAbizə yeni sahələrin verilməsinə razı olub.

İddianın 7-ci cümləsində yazılır ki, sən demə, iddiaçı sonradan bilib ki, mən onu aldatmışam və mənim mülkiyyətim 650 kvadrat metr yox, 130 kv. metr imiş.

8-ci cümlə isə tam bir şedevrdir: guya iddiaçının müraciəti əsasında 3 sentyabr 2020-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində CM-nin 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanıb.

Öncə mən sizdən də, oxucularınızdan da, dönə-dönə üzr istəyirəm ki, belə ətraflı danışıb sizlərin qiymətli vaxtını alıram. Ancaq..

—Yox, yox, tam əksinə, bu çox vacibdir. İzah edin ki, hamı nə baş verdiyini dəqiq bilsin. Bir də ki yaşadığımız bu ölkədə heç kim belə əməllərdən sığortalanmayıb. Bilməyimiz yaxşıdır ki, sabah bizlərin də başına bu fəlakətlər gələndə necə müdafiə

olunmağıda bilək.

8 cümləlik iddiada 80 saxtakarlıq.

-Təşəkkürlər. Baxın, fəlakət başqa şeydədir dostlar.  8 cümlədən ibarət bu iddia ərizəsini yazan adamlar milyardlar üzərində sərəncam hüququna malikdirlər. Bunun nə demək olduğunu cəmiyyətimiz bilməlidir. Dövlətimiz belə adamlar tərəfindən çalınıb, oğurlanıb, sahibsiz dəri kimi quduz itlərin süfrəsində cırıq-cırıq edilir. Söhbət, sadəcə, Qurban Məmmədovun və ailə üzvlərinin hüquqlarının pozulmasından getmir.

Qayıdaq İddia ərizəsinə. 8 cümləlik bu cızma-qarada 80 saxtakarlıq var.

  1. Cinayət işi başlanıb, ya yox? Doğrudanmı iddia ərizəsində yazılan “faktlar” həmin cinayət işi ilə müəyyənləşdirilib? Buyurun:

AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev Nərimanov rayon məhkəməsinin sorğusuna cavab verərək bildirir ki, belə bir cinayət işi yoxdur. İddiaçının nümayəndəsi Muradov Cəmil Tahir oğlu idarəyə ərizə verib, onlar da araşdırıb müəyyən ediblər ki, mübahisə mülki xarakterlidir, yəni mənim tərəfimdən hər hansı cinayət əməli törədilməyib və ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilib.

Bu halda isə haqlı bir sual yaranır: iddiaçının məhkəməyə yanlış, yalan və saxta məlumatlar verməkdə, məni və ailə üzvlərimi şərləyərək cinayət törətməkdə ittiham etməkdə  məqsədi nədir?

  • İddiaçı ərizəsində göstərir ki, mənim evimin sahəsi 130 kvadrat metr ola-ola mən onları aldadıb 650 kv. metr demişəm. Düzdürmü? Əvvəla, aldığı sahəyə baxmadan, onu ölçmədən, rəsmi sənədlərlə dəqiqləşdirmədən  guya mənə inanması barədə iddiaçının dediklərinin nə qədər yalan olduğu hamıya bəlli olan fakt kimi sübut tələb eləmir.

İkincisi, buyurun, bu da həmin ünvanın “Çıxarış”ı. Niyə “ünvanın” deyirəm, bir azdan bunun da sirrini biləcəksiniz.

Bu,həmin ünvanın mənim həyat yoldaşımın adına olan mülkiyyət sənədi. Ünvana diqqət edin: Bakı şəhəri, Həsənoğlu  korpus-7, ev-12, mənzil 7 və 8. O vaxt mülkiyyət hüququnu təsdiq edən sənədlərdə sahələr göstərilmirdi. “Qeydiyyat Vəsiqəsi”nin tarixinə diqqət edin: 20 dekabr 1996-cı il. O vaxt Abdin Fərzəliyevin və Ramiz Mehdiyevin harada işlədiyini xatırlaya bilmirəm.

( Abdin Fərzəliyev 1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr hazırlığı İdarəsinin rəis müavini, sonra isə rəisi vəzifələrində işləmişdir. Ramiz Mehdiyev 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. admin heyəti).

Mən bu mənzilləri o vaxt rəhmətlik Rövşən Cavadovun bibisi qızından almışdım. Mən kənd həyatını, torpaqda işləməyi xoşlayıram, şəhər tipli mənzlillərdə yaşamaq mənlik deyil, özümü türmədəki kimi hiss edirəm deyə, bu mənzilləri də ona görə aldım ki, alanda onun qarşısında içində dəmir qarajı, toyuq damı (hin) və bostançılıq üçün münbit torpağı olan 250-300 kvadrat metr sahəsi  var idi. Yəni həyət evi kimi idi. Düzdür, həmin torpaq sahəsi  rəsmi qeydiyyatda deyildi, ancaq son 50-60 il həmin mənzillərin sahiblərinə məxsus olub qonşular tərəfindən də mübahisəsiz o ünvana aid faktik mülkiyyət kimi qəbul edilirdi.

Həmin “ünvan” kimə satılıb?

Sonra müəyyən hadisələr baş verdi. Mənə təcili pul lazım oldu və həmin “ünvanı” satmalı oldum.

–Maraqlıdır, bu günədək bu barədə bilən yoxdur. Kimə satdınız və niyə indi mübahisə məhz sizinlə gedir?

-Tələsməyin. Hər şeyi izah edəcəyəm. Bilirsiz ki, mən Rusiya MT-nin generalı Heydər Əliyevin tapşırığı və bu tapşırığı can-balşa icra edən o vaxtkı MT Naziri Namiq Abasovun şərləməsi ilə 1998-ci ildə həbs olundum və 5 il “kalendar” oturdum.

2003-cü ildə azadlığa çıxandan sonra böyük maliyyə problemləri yaşayırdım və evimi satmalı oldum.

Həmin “ünvanı” Türk dünyasının böyük şairi, xalqımızın sevimli ziyalısı şair Rüstəm Behrudiyə satdım. Öz aramızda qeyri-rəsmi belə razılaşdıq ki, gələcəkdə imkanım olsa, evimi qaytarmaq hüququm var. Şairimiz də, sağ olsun,  etiraz etmədi.

Buyurun, bu da həmin alqı-satqı müqaviləsi.

Buyurun, bu da onun adına olan mülkiyyət hüququnu təsdiqləyən “Qeydiyyat Vəsiqəsi”.

Xahiş edirəm, Rüstəm Behrudinin adına olan “Qeydiyyat Vəsiqəsi”ndəki ünvana və sahənin ölçülərinə diqqət edin: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi-12, 5 otaqlı, 7-8 mənzillər. Təkcə yaşayış sahəsi 147,1 kvadrat metr. Qeydiyyat tarixi: 8 iyun 2004-cü il.

Bundan sonra, 2007-ci ildə Rüstəm Behrudi Nərimanov rayon Məhkəməsinə müraciət edərək mənzildəki artıq tikililər üzərində mülkiyyət hüququnun tanınmasını xahiş edir və Nərimanov rayon məhkəməsinin Qətnaməsinə əsasən, Rüstəm bəyə mülkiyyət hüququna dair  yeni “ÇIXARIŞ” verilir. Buyurun, bu çıxarışda da ünvana və sahəyə diqqət edin.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi-12, korpus-7,bina-12,  5 otaqlı, 7-8 mənzillər. Ümumi sahə: 284,5 kv. metr, yaşayış sahəsi 147,1 kv. metr. Qeydiyyat tarixi: 28 fevral 2007-ci il.

Daha sonra.  Bayaq dedim ki, həmin mənzillərin qarşısında faktik istifadədə olan 250-300 kv. metr torpaq sahəsi var idi. Mən həmin sahəni daş divarla əhatəyə alıb içində böyük qızımın ailəsi üçün 4 otaqlı ev tikmişdim. Həmin evin də pulunu hardan aldığımı bilməniz, məncə, maraqlı olar. İstərdim siz də, xalqımız da bilsin ki, mənim həyatım şəffafdır, gizlədiləsi heç bir çirkin əməlim yoxdur və dediyim hər bir sözün arxasında rəsmi sənədlər-faktlar var. İngilislər demişkən, “faktlar amansız olur”. Onlardan fərqli olaraq, mənim hesabat verə bilməyəcəyim heç bir əməlim yoxdur.

Kürəkənimin Naxçıvan şəhərində nənəsinin adına qeydiyyatda olan(Qoçüstü məhəlləsi, ev:1, məzil:13) 3 otaqlı mənzilləri var idi. O vaxt həmin mənzili satıb Xocəsəndə həyət evi almışdılar. Nənəsi ilə bir yerdə yaşayırdılar. Yeri gəlmişkən, onu da qeyd edim ki, Xocəsəndə əhalinin, bəlkə də, 90 faizinin evləri rəsmi qeydiyyata alınmayıb. Mən həmin evi rəsmiləşdirənədək xeyli vaxt, əsəb  itirdim, neçə məhkəmə prosesləri yaşadım. Bu ayrı bir tarixçədir.

Kürəkənim və qızımın Xocəsəndəki evinin sənədləri

Bir müddətdən sonra o evi satıb həmin evin puluna Nərimanov rayonunda mənə məxsus ünvanda, qeyd etdiyim 4 otaqlı evi tikdik. Yəni o 4 otaqlı ev faktik olaraq mənim yox, kürəkənimin şəxsi mülkü idi və onun da əvəzində mənə verilən, 5 sentyabr 2020-ci ildə vəhşicəsinə dağıdılan, 3-cü mərtəbədə yerləşən yeni mənzil də mənim yox, kürəkənimin şəxsi mülkü idi. Başqa sözlə, mənim hesabıma kürəkənimin də halalca mülkünü əlindən aldı İlham Əliyevlə Kəmaləddin Heydərov.

5 saylı Xəstəxananın qarşısında kürəkənim və qızım üçün tikdiyimiz ev

Bilmənizi istərdim ki, faktik olaraq kürəkənimə məxsus olan 4 otaqlı ev və özümün əvvəllər artırdığım həmin əlavə tikililər o vaxt rəsmi qeydə alınmamışdı və mən özüm də buna görə müraciət etməmişdim. Bilirsizmi niyə? Bax o vaxt Nərimanov rayon İH-nin başçısı Abdin Fərzəliyev idi.

Abdin Fərzəliyevin heç bir günahı yoxdur. O rejimə sadiq adamdır.

(Abdin Fərzəliyev 2005-ci ilin dekabr ayından  Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.-admin heyəti)

Bilirsiz ki, o heç vaxt bunu etməyə mənə imkan verməzdi. Onlar müxalifət-iqtidar münasibətlərini belə başa düşürlər.

Mən evimi şairə satanda faktik tikililərlə bir yerdə satmışdım və təbii ki o tikililər də qiymətə  daxil idi.

Rüstəm Behrudi isə tanınmış böyük şairdir, onun üzünə bütün qapılar açıqdır. 2011-ci ildə şairin müraciəti əsasında Nərimanov Rayon İH-nin əməkdaşları yerində həmin ünvana baxış keçirib bütün tikililərin rəsmiləşdirilməsi və vergiyə cəlb edilməsi barədə qərar qəbul ediblər. Bu barədə Nərimanov rayon İcra Hakimiyyətinin Sərəncamı da var.

Buyurun.

Baxın görün, burada Qurban Məmmədov və ailə üzvlərinin adı varmı?  İndi hansısa nadürüstlərsə Abdin Fərzəliyevə qarşı mənim üzərimdən hücumlar edirlər. Adamların rəqibləri ilə, vurmaq istədikləri adamla mübarizə aparmağa ləyaqətləri və kişilikləri  də çatmır.

Xahiş edirəm, burada da ünvana və sahələrə fikir verin: ünvan eyni ünvan, sahə: ümumi sahə 459,0 kv. metr, yaşayış sahəsi: 175,8 kv. metr, köməkçi sahələr: 283,2 kv. metr və 6 otaq.

Burada bir məsələ ilə bağlı danışmasam, vicdanım rahat olmaz və ALLAH(c.c)da məni bağışlamaz. Abdin Fərzəliev haqqında. Bu adamla mən heç vaxt üz-üzə gəlməmişəm, əyani olaraq onu tanımıram. O da məni heç vaxt yaxından görməyib. Nə rəsmi, nə də qeyri-rəsmi görüşlərimiz olmayıb. Bircə dəfə, qardaşım oğlu mayor Rasim Məmmədov Lələtəpədə şəhid olanda, aralarında müxtəlif çinli məmurlar olan yüzlərlə adam kimi, kimsə zəng edib:  “Abdin müəllim də başsağlığı verir”- deyib. Vəssəlam. Abdin Fərzəliyevlə mənim tək “təmasım”  bu olub.

Ancaq. Mən AzerFreedom TV-dən,  2019-cu ildə:  10 min dollar mükafat vəd edərək, “Heydər Əliyevin heykəllərini uçurun”- deyə, çağırış edəndə, mənə ilk hücum məhz bu Abdin Fərzəliyevdən gəldi. Şəxsən kürəkənimə hədə-qorxu göndərib, “belə bir şey olarsa, sizin evinizi başınıza uçuraram”-deyə, hədələmişdi. Yəni İlham Əliyevə sədaqətində bu Abdin Fərzəliyevin, məncə, qüsuru yoxdur. Münasibətlərini özləri bilər, ancaq mən istəməzdim ki, kimlərsə mənim üzərimdən şəxsi hesablarını həll etsinlər. Bunu da bilməyinizi istədim.

Qayıdaq mövzumuza.

–Qayıdaq.

-Ancaq bu məsələ təkcə Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamı ilə də həll edilməyib. Qüvvədə olan məhkəmə qərarları var.

Buyurun. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2011-ci il tarixli qətnaməsindən bəzi çıxarışlar.

Bu qətnamədə iddiaçının nümayəndəsinə fikir verin, kimdir: Əhədov Elxan Kamad oğlu. Mənim adım bu sənədlərdə varmı? Yox.

Həmin qətnamədə də ünvan eyni, sahələr eyni.

Bu qədər rəsmi, mötəbər sübutlar varikən, sizcə, mənə və ailə üzvlərimə qarşı törədilən bu həyasızlığın səbəbi siyasi fəaliyyətimdir, yoxsa,  “iddiaçını aldatmağım”?

-Bir dəqiqə, çox maraqlıdır, ev Rüstəm Behrudininidisə  söküntünün əvəzində sizə niyə yaşayış sahələri verildi?

“Centlmen sazişi”

-Burada qaranlıq heç nə yoxdur. Dedim axı, şairlə “centlmen sazişi”miz var idi: istədiyim vaxt evimi geri qaytara bilərdim. Bu da ALLAH(c.c)ın işdir, düzü o ərəfədə icraatımda yaxşı işlər oldu. Lazım olan məbləği qazandım və bu tərəfdən də, bizim yaşadığımız bölgənin söküləcəyini də öyrənmişdim. Oraların da bazar qiyməti kifayət qədər yüksəlmişdi o vaxtlar. “Sotu”  500 min dollar və yuxarı olmuşdu.

–Yaxşı, sahələr rəsmi sənədlərdə maksimum 459 göstərilib. 650 bəs haradan çıxdı?

– 459 tikililərin sahəsidir. Dedim axı, həyət də var idi və tikililər arası boş sahələr, üstəgəl özümün sonradan faktik istifadə etdiyim və qonşuların mübahisələndirmədiyi 190-230 kv. metr əlavə, yəni faktik  istifadəmdə olan  sahələr də var idi ki, Prezidentin Fərmanına əsasən, onların da haqqı ödənməli idi. Hamıya necə, bizə də elə. Burada qeyri-adi  heç nə yoxdur. Hələ mənim faktik istifadəmdə olan sahələri o vaxt tam hesaba almadılar, yoxsa, 700 kv. metrdən çox olardı. Bunu da Nərimanov Rayon İH Başçısının müavini Şahmar İbadovvə FH Nazirliyinin nümayəndəsi kimi tanıdığım İbrahim adlı şəxslər elədi. Bu iki adam ciddi-cəhdlə çalışırdılar ki, mənim faktik istifadəmdə olan sahələr tam hesaba alınmasın və hətta, qanuni sahələrin ölçülməsində belə mənə kələk gəlmək istəyirdilər. Bunu da xalqımız üçün deyim, bilsinlər ki,  belə hallarda evlərin sahələri iç, daxili divarlardan, yəni “içdən-içə” yox, “çöldən-çölə” prinsipi ilə ölçülməlidir. Bu haqda Dövlət Əmlak Komitəsinin məlum Təlimatları var. Bu barədə çox danışıb sizi və oxucularınızı  yormaq istəmirəm, ancaq qeyd etməyi zəruri bilirəm ki, istər “Qış Bulvarı”nda, istər “Sovetski”də, istərsə də başqa yerlərdə insanlarımızı bu ölçmə işlərində həyasızcasına aldadırlar. Xüsusilə, “Sovetski” sakinlərinə qarşı çox böyük haqsızlıqlar olub.

–Sizi, deyəsən, öz dərdinizdən daha çox, başqalarının problemləri narahat edir. Gəlin qayıdaq başıbəlalı evinizə.

-Baş üstə, qayıdaq, ancaq qonaq edə bilməyəcəyəm sizi, çünki artıq o ev yoxdur.Beləliklə də, bu hissəni ümumiləşdirsək,  “Çıxarış”la 282.4 kv.metr. məhkəmə qətnaməsində və Nərimanov rayon İcra Hakimiyyətinin Qərarında 460 kv. metr. Yerində faktik ölçmələr zamanı Kəmaləddin Heydərovun nümayəndələri ölçərkən, faktik sahə: 650 kv. metr. Buraya tikinti altında olmayan, lakin ailəmin faktik istifadəsində olan torpaq sahəsi də daxildir. Prezidentin də Fərmanı vardır ki, istər qanuni, istərsə də faktik istifadədə olan sahələrin haqqı ödənməlidir.

O vaxt bizə təklif etdilər ki, kim əvvəlki evin yerində tikiləcək yeni binada mənzil istəsə, 30% artığı ilə, kənarda mənzil istəsə, razılaşma yolu ilə yeni mənzillərlə təmin ediləcək.

İndi özünüz hesablayın: mən əvvəlki ünvanda, yəni evimin yerində tikilən hündürmərtəbəli binadan mənzil istəsəydim, Kəmaləddin Heydərov mənə neçə kvadrat sahə verməli idi? 650 kv.m.+ onun 30%-ı, yəni 195 kv.m= 845 kv.m. Düzdürmü? Mən Montində olan, vəhşicəsinə dağıdılan binadan verilən ümumi sahəsi 1050 kv.m. mənzillərə razı oldum.  Sonradan mənə məlum oldu ki, bunlar sahədədə  məni aldadıblar.Orada faktik olaraq həmin sahə yoxdur. Mən üstünü vurmadım. Abrımı gözlədim. Bunlarda isə nəinki abır, heç kişilik də yox imiş.

İndi aydın olub ki, sən demə bunlar mənə qəzalı ev veribmişlər.

-Bunu hardan bildiniz? Nə qəzalı? Axı o vaxt söküntü olanda, canlı efirdə, deyəsən Nərimanov RİH-nin hüquq şöbəsinin müdiriFirdovsi Calalov öz dili ilə dedi ki, söküntü üçün məhkəmə qərarı olacaq, indilik qərar olmadan sökürük, sökəndən sonra qərar çıxarılacaq, BELƏ DƏ OLMALIDIR… Bəs bu qəzalı məsələsi haradan çıxdı?

Kəmaləddin Heydərov dələduzluq edib?

-Həəə, elə həngamə də bundadır. İndi mən sizə bəzi yazışmaları təqdim edəcəyəm, onda xalq dəhşətə gələcək ki, görün dövlətimiz necə cahil, nadan, savadsız adamların əlinə düşüb. Dağıdırlar gecə-gündüz. Gəlin belə edək. Oxucularınızı da yormamaq üçün, hələlik Nərimanov Məhkəməsində baş verənləri saxlayaq, mən sizə “Koroğlunun Nərimanov RİH, Bakı ŞİH, Ombudsman, FH Nazirliyi və sair səfərlərindən” danışım.

  • Buyurun, danışın görək, onların bu işlə nə əlaqəsi var?

-Mən bunları belə ətraflı izah edirəm ki, günlərin bir günü kiminsə başına belə işlər gəlsə, bu isə çox adi bir şeydir indi Azərbaycanda, mənim təcrübəmdən nümunə kimi istifadə etsin. İndi diqqətlə dinləyin.

5 sentyabr 2020-ci ildə evim dağıdılandan sonra mən bir xeyli susdum, hüquqi işləmlərə baş vurmadım. Onlara imkan verdim ki, baş verənləri bəlkə dərk edib səhvlərin düzəldələr. Gördüm yox, bunlar özlərini elə olduqları kimi də aparırlar.

Onda biz, 21 oktybar 2005-ci il tarixli “İnzibati icraat Haqqında” Qanuna və İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, vurduqları ziyanı ödəmə tələbi ilə Nərimanov Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etdik. Həmin ərizənin müəyyən hissələrini oxucularınıza təqdim edim ki, sonradan onların cavabını oxuyanda söhbətin nədən getdiyini bilsinlər.

Buyurun, baxın.

Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin BaşçısıAbdin FərzəliyevəƏRİZƏ 1

  1. Faktlar barədə
  1. ünvanında, sahələri 184,1, 190,1, 193,2, 193,2 və 143,2 kv/m olan 5 ədəd əmlak Qurban Məmmədov və ayrı-ayrılıqda ailə uzvlərinin qanuni mülkiyyətindədir.
  • Zərər verən hərəkətlər barədə.
    •  5 sentyabr 2020-ci ildə ərizəçilərə məxsus mülklər Nərimanov rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Calalov Firdovsi Savalan oğlunun başçılığı altında, polis əməkdaşlarının iştirakı ilə, heç bir qanuni əsaslar göstərilmədən, heç bir məhkəmə qərarı olmadan, vəhşicəsinə dağıdılmış, iddiaçılar və onların azyaşlı ailə üzvləri yaşadıqları 3-cü, 4-cü və 5-ci mərtəbələrdən  zorla çıxarılmış, birinci və ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin daxili arakəsmələri, pəncərə və qapıları sındırılmış, oradan icarəçi kimi istifadə edən firma (Wellmex və Argus ) zorla qovulmuş və bütün bunlar hadisə yerindən canlı efir verən jurnalistlərin gözü qabağında baş vermişdir.
  • Vurulmuş zərərin məbləğinin təyin edilməsi barədə.

Dağıdılmış və sakinlərin zorla çıxarıldıqları mülklər onlara, 25 yanvar 2012-ci tarixli “Mənzil alqı-satqısına və zaminliyə dair” 17/112 saylı Müqaviləyə əsasən, əvvəl yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7/8 ünvanında yerləşən, 320 kv/m-i yaşayış sahəsi olmaqla, ümumi sahəsi 650 kv/m, qiyməti 2.290 000 manat (2012-ci ildə qüvvədə olan məzənnəyə uyğun olaraq 2.935.897 ABŞ dolları ) olan  mənzillərin və qeyri-yaşayış  sahələrinin əvəzində,  “Gilan Holding” Şirkətlər qrupunun tərkibinə daxil olan “Atlant-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmişdi. (bax. qoşma-2, Müqavilənin 2.2.1-ci bəndi)

  • Sakinlərə  vurulmuş  başqa zərərlər barədə
    • Mülkiyyətçilər binanın birinci və ikinci mərtəbəsində yerləşən sahələri icarəyə vermişdilər və hər ay oradan  1500 manat gəlir götürürdülər. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində mülkiyyətçilər bu gəlirdən məhrum olmuşlar.

Mülkiyyətçilərə dəyən bir illik ziyanın məbləği 18000 manatdır.

  • Sakinlər 5 sentaybar 2020-ci ildən etibarən, icarəyə götürdükləri başqa mənzillərdə yaşamağa məcbur olmuşlar ki, bunun üçün də aylıq 1600 manat xərc ödəməlidirlər.

Bir illik ümumi xərc 19200 manatdır.

  • Zorla çıxarıldıqları üçün sakinər bir çox ev və şəxsi əşyalarını xilas edə bilməmiş və bununla da əlavə zərərə uğramışlar.

Bu zərərin məbləği 30 min manat (30 000) dəyərləndirilir.

  • Mülklər dağıdılarkən, mülkiyyətçilər tərəfindən sonradan onların öz hesablarına binada etdikləri yaxşılaşdırmalara: əlavə tikili və təmir işlərinə ziyan vurulmuş, qapı-pəncərələr, daxili arakəsmələr, hamam-tualet aksesuarları, şkaflar, rəflər, stol-stullar, mebellər, örtülü balkonlar vəhşicəsinə məhv edilmişdir. (bax. qoşma-6, video və foto materiallar.)

Bu zərər 100 000 manat dəyərləndirilir.

  • Mülklərin dağıdılması və zorla yaşadıqları mənzillərdən çıxarılmaları, ağır xəstəlikləri olan sakinlərin iştirakları ilə və onların azyaşlı uşaqlarının gözü qarşısında baş vermiş, uşaqların psixolgiyasına, ömür boyu onları təqib edəcək sağalmaz yaralar vurulmuşdur. (bax. qoşma-8, xəstəlik haqqında arayışlar və uşaqların doğum şəhadətnamələri).

Bu mənəvi zərər 500 000 manat dəyərləndirilir.

  • Soyuducularda xarab olan ərzaqların ümumi qiyməti 150 manat, qanunsuz olaraq yaradılan narahatçılığın iddiaçılara vurduğu mənəvi ziyan 10 000 (on min) manat dəyərləndirilir.
  • Dəymiş zərərin ümumi məbləği barədə
    • Vurulan zərərin ümumi məbləği:
      • mülklərin ümumi qiyməti- 2 290 000 manat (2.935.897 ABŞ dolları)+
      • icarə haqqı kimi əldən çıxmış bir illik fayda 18000 manat (10,588 ABŞ dolları)+
      • məcburən icarəyə götürülmüş mənzillərin bir illik  icarə haqqı 19 200 manat (11 294 ABŞ dolları)+
      • məhv edilmiş ev və şəxsi əşyaların qiyməti 30 000 manat (17647 ABŞ dolları) +
      • mülklərin dağıdılması nəticəsində mülkiyyətçilərin şəxsi vəsaiti hesabına binada edilmiş yaxşılıqlara, əlavə tikinti və təmir işləriniə dəymiş ziyan 100 000 manat (58.823 ABŞ dolları) +
      • sakinlərə və azyaşlı ailə üzvlərinə vurulmuş mənəvi zərər 500 000 manat (294.117 ABŞ dolları)+

= 2.957.200 manat.

  • Bu məbləğin 2 290 000 manatı 2012-ci ilin yanvar ayında olan məzənnəyə uyğun, yəni, 25 yanvar 2012-ci tarixli “Mənzil alqı-satqısına və zaminliyə dair” 17/112 saylı Müqavilənin 2.2.1-ci bəndində göstərilən qiymətlə (2 290 000:0,78= 2 935 897 ABŞ dolları) 2 935 897 ABŞ dolları olmaqla ödənməlidir.
  • Qalan 667 200 manat isə, 2020-ci ilin 5 sentaybrında qüvvədə olan məzənnə ilə, yəni 677 350: 1.70=398 441 ABŞ dolları olaraq ödənməlidir.
    • Tərəfimizə ödənilməli olan yekun məbləğ 3 334 338 (üç milyon üç yüz otuz dörd min üç yüz otuz səkkiz) ABŞ dollarıdır.
  • Tələb

Yuxarıda qeyd edilənlərə əsasən,

X A H İ Ş və T Ə L Ə B    E D i R İ K :

  • Ödənilən gün qüvvədə olan məzənnəyə uyğun olaraq, 3.334.338 ABŞ dolları, yəni 5.668.374  manat mülkiyyətçilərə bərabər paylarla ödənilsin.

Bu ərizəni mən tam şəkildə təqdim edirəm ki, vətəndaşlar sabah eyni qanunsuzluqlarla üzləşdikdə, nəyi, necə, nə qədər və kimdən tələb etməli olduqlarını öyrənsinlər.

İndi buyurun, onların cavabına baxın və bu dövlətin kimlər tərəfindən və necə idarə edildiyini  bilin. Öncə, xatırladım ki, Kəmaləddin Heydərov və əsabələri Nərimanov rayon Məhkəməsində mənə qarşı ona görə iddia qaldırıblar ki, guya mən onlardan aldığım mənzillərin pulunu ödəməmişəm və onları sahənin ölçüləri ilə bağlı aldatmışam deyə, o sahələri geri qaytarmalıyam.

İndi görün “oğlan evi nə deyir?”

Bu məktubunda, Nərimanov rayon  İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovabildirir ki, sən demə, bizə verilən mənzillərin və obyektin yerləşdiyi “B” bloku qəzalıdır, bunu təsdiq edən rəsmi sənədlər-rəylər də yerindədir. Məktubda o da qeyd edilir ki, binanın təcili sökülməsi vacib bilinmişdir.

Deməli, bu məktubla sübut edilir ki, Kəmaləddin Heydərov mənə qarşı dələduzluq edib, mənim 5 saylı xəstəxananın qarşısında olan, ticari və yaşam baxımından çox faydalı olan bahalı yerimi alıb, söküb, yerində, ona milyonlarla qazanc gətirən 16 mərtəbəli bina tikib. Mənə isə bunun əvəzində qəzalı binada mənzillər verib.

Macəra bununla bitsəydi, dərd yarı olardı. Ancaq dərd çox böyükdür.

-Evlərinizin, mülklərinizin dağıdılması və ailənizin çöllərə salınmasından böyük də dərd var yəni sizin üçün?

  • Dərdin böyüyü  mənimlə bağlı deyil, dövlətimizin idarəçiliyi ilə bağlıdır. Dövlətimiz elə səviyyəsiz və savadsızların əlinə düşüb ki, mənim dərdim bunun yanında toya getməlidir. Baxın, rəsmi məktubla Nərimanov Rayon İcra Hakimiyyəti təsdiq edir ki, mənim və ailəmin yaşadığı bina qəzalıdır və sökülməlidir. İndi mən soruşuram: insanların qəzalı evlərdən köçürülməsinin  qaydası necədir bu dövlətdə? Köçürmə lomla, guppanla evin pəncərələrini, daxili arakəsmələri dağıtmaqla, kommunal xətləri məhv etməklə, vətəndaşın şəxsi əmlakına ziyan vurmaqla, azyaşlı uşaqların bağrını yarmaqla və dünyanın gözü önündə kimlərəsə “xox” gəlməkləmi icra edilir?

Biz ərizəmizdə bizə vurulan ziyanın ödənilməsini tələb etmişik. Diqqət etdinizsə, Nərimanov rayon İcra Hakimiyyətinin başçısının müavini məktubunun sonunda bizdən “zədələnmiş cihaz və avadanlıqların sihahısı”nıistəyir. Biz təkrar olaraq, bizə vurulmuş ziyanın, “zədələnmiş cihaz və avadanlıqların sihahısı”nı  təqdim edirik.

Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin BaşçısıAbdin Fərzəliyevə                 ƏRİZƏ 2

Sizin 02.12.2020 tarixli, H-17/2-162/2-7/1 nömrəli məktubunuza cavab olaraq bildirirəm ki, mənim və başqa ərizəçilərin imzaladığı 26.10.2020-ci il tarixli  ərizədə qeyd etdiyimiz kimi, Bakı şəhəri Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 1927-ci məhəllə, bina 4/6 ünvanda yerləşən yaşayış binasının xüsusi mülkiyyət hüququ ilə bizə məxsus “B” blokunun  1-ci və 2-ci mərtəbələrində məhv edilmiş avadanlıqlar, döşəmələr, tavanlar, plastik çöl pəncərələr və aliminiumdan olan arakəsmələrlə yanaşı, Nərimanov Rayon İH-nin hüquq şöbəsinin rəisi Firdovsi Cəlalovun qanunsuz şifahi göstərişi ilə 3-cü, 4-cü və 5-ci mərtəbələrdə yerləşən mənzillərimizin boşaldılması nəticəsində zədələnərək yararsız hala düşmüş avadanlıqlar, daşınar və daşınmaz əmlaklar aşağıdakılardan ibarətdir:

  1. Qanunsuz olaraq əlimizdən alınmış 5 ədəd daşınmaz əmlak (qiymətləri 26.10.2020 tarixli məktubda göstərilib.)
  2. Əmlakların infrastruktur avadanlıqları (altyapı: borular, izolyasiya örtükləri, elektrik naqilləri və s.)
  3. Çilçıraqlar (50 ədəd, ümumi məbləğ: 10 000 manat)
  4. İşıqlandırma panelləri ( 60 ədəd, ümumi məbləğ: 3000 manat)

………….

  • Plastik qapılar  (14 ədəd, məbləğ: 2800 manat)
  • Alüminium-şüşə arakəsmələr (məbləğ: 4800 manat)
  • Plastik pəncərələr (50 ədəd, 15 000 manat)
  • Lift (bir dəst, 30 000 manat)

Qeyd: qiymətlər manatın ABŞ dollarına olan 2012-ci il məzənnəsi ilə göstərilib.

Biz evsiz qalmışıq. Azyaşlı, məktəbli uşaqlarımız sizin əməkdaşların vəhşi və qanunsuz hərəkətləri nəticəsində əziyyət çəkirlər. Normal həyat yaşaya bilmirik.  Uzun müddət kirayə mənzillərdə yaşamaq üçün maddi imkanlarımız yoxdur.

Ümid edirik ki, vəziyyətimizi nəzərə alacaq və bizə vurduğunuz ziyanı təcili ödəyərək, yeni alacağımız mənzillərimizə köçənədək ailələrimizi normal yaşayış sahələri ilə təmin edəcəksiniz.

Cavabında, al gəldi növbəti sevgi məktubu. Bu adamlar dövlət məmuru olduqlarını unudublar. Rəsmi dövlət səviyyəsindəxuliqanlıq edirlər. Bir daha qeyd etməyi zəruri hesab edirəm: görün bu dövləti kimlər idarə edir? Xalqımız fərqində olmalıdır. Öz aləmlərində bizi ələ salıblar. Rəsmən, dolayırlar vətəndaşı.

İradə Mahmudova guya mənim ərizəmə cavab verir. Biz nə yazıb tələb edirik, onlar nə cavab verirlər?

Abdin Fərzəliyevlə Kəmaləddin Heydərov arasında qarşıdurma varmı?

Bizim tamamilə qanuna uyğun olan bu müraciətimizə İradə Mahmudovanın verdiyi 15 yanvar 2021-ci il tarixli cavaba baxın və özünüz qiymət verin.

Nərimanov RİH yenə də bizi “Gilan Holding” Şirkətlər Qrupuna və “Atlant İnşaat” MMC-yə qarşı yönləndirməyə çalışır.

Digər tərəfdən, İradə Mahmudova öz məktubunda binanın qəzalı olduğunu bildirir və hələ bunu sübut edən dəlillər də gətirir. Müəyyən rəylərə də istinad edir. Mən də bunu nəzərə alaraq, növbəti dəfə Nərimanov rayon İH-nə aşağıdakı məzmunda ərizə ilə müraciət edirəm:

Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin BaşçısıAbdin FərzəliyevəƏRİZƏ 3

“Manevr fondu” yaşayış sahəsi hesabına mənzillərlə təmin edilməyə dair

Bizim 26.10.2020 tarixli “Vurulmuş ziyanın ödənilməsi” ilə bağlı ərizəmizə verdiyiniz,  02.12.2020 tarixli, H-17/2-162/2-7/1 saylı məktubunuzdan aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 4/6 ünvanındakı iki girişli binanın “B” blokunda  bizə məxsus olan mənzillər və obyektlər ona görə dağıdılmış və biz oradan zorla, heç bir məhkəmə qərarı və qanuni əsas olmadan, ona görə çıxarılmışıq ki, həmin “B” blokunun qəzalı vəziyyətdə olduğu rəsmi dövlət orqanlarının müvafiq qərarları  və rəsmi ekspertiza rəyləri ilə təsdiq edilmiş və blokun təcili sökülməsi məqsədə uyğun hesab edilmişdir.

Özümüzün və ailə üzvlərimizin həyatını vaxtında xilas etmək niyyətində olduğunuza görə sizə minnətdarıq. Təşəkkürlər.

Ancaq və lakin…

Hörmətli Başçı, Mənzil Məcəlləsinin 94-cü maddəsinə (Manevr fondu yaşayış sahələrinin təyinatı) əsasən,

“94.0. Manevr fondu yaşayış sahələri aşağıdakı şəxslərin müvəqqəti yaşaması üçün nəzərdə tutulur:

94.0.3. fövqəladə hallar nəticəsində yeganə yaşayış sahələri yaşayış üçün yararsız hala düşmüş vətəndaşların;

94.0.4. qanunvericiliklə nəzərdə tutulan hallarda digər vətəndaşların.”

Mənzil Məcəlləsinin 105-ci maddəsinə (manevr fondu yaşayış sahələrinin verilməsi) əsasən,

105.1. Manevr fondu yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadrat metrdən azolmaması şərti ilə verilir.

105.2. Manevr fondu yaşayış sahəsinin kirayə müqaviləsi aşağıdakı müddətləri əhatə edir:

105.2.1. binanın əsaslı təmiri və yenidən qurulması başa çatanadək olan müddət (bu Məcəllənin 94.0.1-ci maddəsində göstərilən vətəndaşlarla belə müqavilə bağlandıqda);

 105.2.3. vətəndaşların yeganə yaşayış sahələri bu Məcəllə, digər qanunlarla müəyyən edilmiş qaydada fövqəladə hallar nəticəsində yaşamaq üçün yararsız hala düşdükdə, həmin vətəndaşlarla hesablaşmalar başa çatanadək olan müddət və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada həmin vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondundan yaşayış sahələrinin verilməsinədək olan müddət (bu Məcəllənin 94.0.3-cü maddəsində göstərilən vətəndaşlarla belə müqavilə bağlandıqda);

 105.2.4. qanunvericiliklə müəyyən edilmiş müddət (bu Məcəllənin 94.0.4-cü maddəsində göstərilən vətəndaşlarla beləmüqavilə bağlandıqda).”

5 sentyabr 2020-ci ildən, yəni qanuni əsaslarla bizə məxsus olan evlərdən və obyektlərdən vəhşicəsinə küçəyə atıldığımız vaxtdan biz öz hesabımıza kirayələrdə yaşamağa məcbur olmuşuq. Buna isə bizim imkanımız yoxdur.

Sizdən tələb edirik ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 94 və 105-ci maddələrinin yuxarıda göstərdiyimiz tələblərinə əməl edəsiniz və bizi təcili “manevr fondu”ndan olan yaşayış sahələri ilə təmin edəsiniz və 5 sentaybr 2020-ci ildən “manevr fondu”ndan olan yaşayış sahələrinə köçürülənədək bizə dəymiş maddi ziyanı, aylıq 1600 (min altı yüz) manat olmaqla ödəyəsiniz.

“Manevr fondu” yaşayış sahəsi hesabına mənzillərlə təmin edilməyə dair ərizəmizin cavabı:

Məktubun son abzasına diqqət edin.

İradə Mahmudova orada yazır: “2.12.2020-ci il tarixli məktubda qeyd etdiyimiz kimi, Siz mübahisəli ərazidən Nərimanov Rayon İcra Hakimiyyətinin iradəsindən asılı olmayan səbəblərdən köçürüldüyünüzdən ərizənizdə qeyd etdiyiniz xüsusatlarla bağlı hüquq münasibətləri sözü gedən müqavilənin 4, 5, 6 və 7-ci maddəsinin tələbləri qaydasında “Gilan Holding” Şirkətlər Qrupu və ”Atlant İnşaat” MMC ilə aydınlaşdırmağınız tövsiyyə edilir”

Sizcə, İradə Mahmudova burada nə demək istəyir? Şəxsən bir jurnalist, savadlı adam kimi sizdən soruşuram: qəzalı vəziyyətdə olan evdən köçürmə kimin iradəsi ilə bağlıdır?

İkincisi, “Nərimanov Rayon İcra Hakimiyyətinin iradəsindən asılı olmayan səbəblərdən”  deyəndə, İradə Mahmudova nə demək istəyir və kimin bostanına daş atır?  Dünyanın gözü qarşısında, canlı efirlərdə mənim evimin dağıdılmasına rəhbərlik edən, ailə üzvlərimi binanı tərk etməyə  məcbur edən, ultimatum verən və bütün bunları Nərimanov RİH rəhbərliyinin tapşırığı ilə etdiklərini bildirən adam, özünü kimi təqdim edən,  Firdovsi Calalovdur.

Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri                 Nərimanov Mənzil-Kom. Təsər. Bir. Rəisi

Firdovsi Calalov                                                                  Elçin Həşimov

Nərimanov RİH-nin təsərrüfat şöbəsinin müdiri

Hüseyn Cəfərov – qanunsuz əməli törətdikdən bir neçə gün sonra ölüb, haqq dünyasında hesab verir

  • Qurban bəy, siz özünüz şəxsən bu baş verənlərdən nə nəticə çıxarırsız? Eviniz sökülüb. Ailə üzvləriniz qanuni evlərindən çıxarılıblar. Bunun məsuliyyəti kimin boynundadır və kimdir cavabdeh?  İştirakçılar məsuliyyəti niyə bir-birinin üstünə atmağa çalışırlar ki?

-Sualınız çox məntiqlidir. Madam ki, Qurban Məmmədlinin susdurulması məqsədi ilə cəzalandırlması tapşırığı şəxsən İlham Əliyevdən gəlib, onda kim və nədən narahat olmalıdır ki? Sadə məntiqdir. Ancaq… Ancaq onlar gözəl bilirlər ki, rejimin  ömrü tezliklə bitəcək və törədilən bu alçaq hərəkətlərə görə həm qanun qarşısında, həm də adamlar  bir-birinin qarşısında  cavab verməli olacaqlar. Hər kəs öz gələcəyini, öz balalarının gələcəyini düşünür. “OMON”çulara qarşı, rəhmətlik Rövşən Cavadova qarşı nələr törədildiyini unutmayın. Jurnalist Elmar Hüseynova, akademik Ziya Bünyadova, generallara, din xadimlərinə, iş adamlarına, eləcə də on minlərlə sıravi adama qarşı törədilən cinayətlər, sizcə, unudula bilərmi? Yox. Gec, ya tez hamı keçmişi ilə hesablaşmalı olacaq. Həm də mütləq. Bu məni narahat edir, ancaq faktı qeyd etməliyəm ki hamı bilsin: bizim cəmiyyəti çox qorxulu, dəhşətli və qanlı hesablaşmalar gözləyir. Bir ovuc cinayətkar, əxlaqsız, hər cür dəyərdən, kişilikdən, insanlıqdan nəsibini almamış adamlar dövlətimizi ələ keçirib xalqımıza uzun illərdir divan tuturlar.Sizcə bunlar cavabsız qala bilərmi? Qalarsa, bu xalqın gələcəyi yoxdur demək. Qisas və intiqam indi insanları mübarizəyə səsləyən ən təhrikedici hissdir. Görünür, onlar da bunu əla bilirlər və gələcəklərini indidən sığortalamağa çalışırlar. Ancaq……

-Yenədəmi “ancaq”, Qurban bəy. Bəlkə bütün bu ancaqlara aydınlıq gətirəsiz. Həqiqətən də, baş verənlər çox qorxuludur. Xalqımızı nələr gözləyir?

-Təbii ki, xalqımızı xoş gələcək gözləyir, təbii, buna şübhəniz olmasın. Ancaq bu xoş gələcək də öz-özünə gəlməyəcək, gərək əl-ələ verək, gecə-gündüz işləyək, çalışaq. Demək istədiyim başqa məsələdir. Elə hesab edirəm ki, mən bunu mütləq izah etməliyəm.

Fuad Ələsgərov Kəmaləddin Heydərovu sındırdı.

Düşünmürəm ki, tapşırığı şəxsən İlham Əliyev verib. Guya kiməsə tapşırıb ki, gedin Qurbanın evini dağıdın, ailəsinə təzyiq edin. Fikir verin, məndən başqa elə adamlarvar ki, İlham Əliyevin ailə üzvlərinə, özünə qarşı küçə söyüşləri söyüb kişiyə yaraşmayan hərəkətlər ediblər. Onlara qarşı belə davranılmayıb.

Mən, sadəcə, siyasi mübarizə aparıram. Bilirəm ki, mənim mübarizəm İlhamƏliyev  üçün daha qorxuludur, yenə də ancaq, mənim fəaliyyətim  İlham Əliyev tərəfindən bu hərəkətlərin edilməsinə əsas vermir. Bu günədək, Azərbaycanın ən azı son 70-80 ilində belə bir hadisə baş verməyib. Mənə qədər İlham Əliyev tərəfindən siyasi rəqiblərinə qarşı belə hərəkətlər edilməsinə rast gəlmisizmi? Yox. Olmayıb belə bir şey. Burada başqa məsələlər var, məncə. Çalışacağam bildiklərimi izah edim.

Yuxarıda sizə Abdin Fərzəliyevlə şəxsi münasibətlərimiz haqqında danışdım.

Kəmaləddin Heydərovla olan münasibətlərimə də aydınlıq gətirsəm, bu baş verənlərə də xeyli aydınlıq gələcək.

2014-cü ilin dekabr ayında Əfv Fərmanı verildi. Mənim də adım o siyahıda idi, baxmayaraq ki, mən buraxılacağıma əmin deyildim.

İndi bir məsələni izah edəcəyəm, diqqətli olun.

Hakimiyyət bir adamı vəzifəyə qoyanda mütləq o adama zamin duracaq bir başqa vəzifəli şəxs və ya iş adamı axtarır. Belə adamın yoxdursa, sən vəzifədən gözünü çək. Bu onların qızıl qaydasıdır.

Bu deyəcəklərim həm tarix üçün, həm xalqımıza, həm də siyasətə yeni qoşulan  gənclər üçün çox faydalı və vacibdir. Bilməlisiz ki, bu rejim əfv etdiyi bütün siyasilər üçün də mütləq zamin tapmalıdır. Ya zamin, ya da şəxsən yazılı öhdəliklər.

Bəs zamin məsələsi necə həll edilir?

Bilirsiz ki, Azərbaycan yerliçilik-qohumbazlıq və klan prinsipləri ilə idarə edilir. Məsələn, hansısa rayonda bir problem olanda, yaxud da hansısa rayondan ipə-sapa yatmayan bir adam çıxanda dərhal çağırıb o rayondan olan vəzifəli şəxsdən problemi həll etməyi tələb edirlər. Çünki vəzifəyə qoyanda öhdəliklərin içində bu da var.

O vaxt siyasi məhbuslarla bağlı yenə də beynəlxalq hay-küy qaldırılmışdı. Rejim də kimlərisə buraxmaqla həm də Avropanın təzyiqlərini azaltmaq niyyətində idi. Niyə konkret mən? Əvvəla, mənim adım ətrafında səs-küy daha çox idi. İkincisi, ən əsası isə, onlar görürdülər ki, mən həbsdə azadlıqda olduğumdan daha çox yazıram və onlar bunun qarşısını heç cür ala bilmirlər. Türmədə istədiyin qədər boş vaxt. Yazmaqdan başqa siyasətçi nə etməlidir ki?! Həm də, açığı, mən içəri düşəndə özümü çox rahat hiss edirəm, çünki sözün həqiqi mənasında orada dincəlirəm. Onlar da görürdülər ki, həbsim mənim islah olmağıma heç bir təsir etmir, əksinə getdikcə daha çox “pozuluram”. Bir sözlə, mənim içəridə qalmağım onlar üçün “rentabelli” deyildi. Ən əsası da həbs müddətimin yarıdan çoxunu içəridə keçirmişdim. Yəqin bütün bunları nəzərə alıb,“içəridə saxlayıb daha çox yazmağına, siyasi fəaliyyətlə məşğul olmağına  şərait yaratmaqdansa, minnət qoyaraq azadlığa buraxıb başını qatmaq daha yaxşıdır” prinsipi ilə hərəkət ediblər.

-Bəs sizə zamin kim durmalı idi?

-Naxçıvandan ən yüksək vəzifələrdə kim var: Kəmaləddin Heydərov və ya Ramiz Mehdiyev. Ramiz ola bilməzdi, çünki 1998-ci ildə mən həbs ediləndə yanıma adam göndərmişdi və danışığımız baş tutmamışdı. O mənə görə Prezident qarşısında zamin durmazdı. Qalır ikincisi: K.Heydərov. Görünür, Kəmaləddin Heydərov Qurban Məmmədovu idarə edə biləcəyinə və ya ona təsir edə biləcəyinə Prezidenti inandırıb. Bilirsizmi, bu hakimiyyətdə mənim kimi adamların “zərərsizləşdirilməsi” Prezident qarşısında şox böyük xidmət hesab edilir. Görünür, K.Heydərov da nəyəsə ümid edirmiş.

Ancaq mən dəqiq bilirəm ki, Fuad Ələsgərov qəti olaraq mənim azadlığa buraxılmağımın əleyhinə olub.

Təkrar edirəm, bunlar, məsələn, hakim, rəis, prokuror, icra başçısı, yaxud da hər hansı başqa məsul vəzifəyə kimisə təyin edəndə ona zamin  duracaq adam axtarırlar. Sənin belə bir adamın yoxdursa, heç vaxt vəzifəyə gedə bilməzsən. Siyasiləri də məhz bu mexanizmlə buraxırlar.

-Siz əfv ərizəsi yazmışdızmı?

-Bu barədə mən dəfələrlə canlı efirlərdə demişəm. Bu dəfə qərara gəlmişdim ki, 1998-ci ildəki səhvimi təkrar etməyim. Buraxılmağıma ümidim olmasa da, əfv ərizəsi yazdım, ancaq qanunda tələb edilən kimi yox, öz istədiyim ki yazdım.

-Yəni necə?

-Qanun tələb edir ki, əfv ərizəsində məhkum törətdiyi cinayəti etiraf etsin və peşiman olduğunu bildirsin və s. Mən isə bunları yazmadım, sadəcə, yazdım ki, cəzamın qalan hissəsindən azad etməyinizi xahiş edirəm.  

2001-ci il 18 iyul tarixli, 538 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

Əfvetmə haqqında

ƏSASNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

II. ƏFVETMƏ BARƏDƏ MÜRACİƏT

9. Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:

… 9.6. törədilmiş cinayətlərlə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.—admin heyəti

30 dekabr 2014-cü ildə azadlığa buraxıldım və təbii ki, H.Əliyevin qəbrinə baş əyməmək və İTV-yə “minnətdarlıq müsahibəsi”  verməməklə elə çıxdığım gündən problemlərim başladı.

  • Problemləri kim yaradırdı sizə?
  • Problemlər çox böyük ustalıqla və incə üsullarla yaradılırdı. Problemləri isə mənə Kəmaləddin Heydərov yox, Fuad Ələsgərov yaratmağa başlamışdı.

          Bir məsələni də xüsusi qeyd etməliyəm ki, xalqımız bilsin: mənim 5 saylı Xəstəxananın qarşısında olan 650 kvadrat metrlik evim və obyektlərim  2011-2012-ci ilərdə söküntüyə düşmüşdü və indi dağıdılan evlərimi və obyektimi də o vaxt almışdım.  Evlərimin sənədlərini 1  ilə verəcəkləri barədə rəsmi müqaviləmiz olsa da, “Atlant İnşaat” və “Gilan Holding”, hamısının sahibi  Kəmaləddin Heydərovdur,  bu məsələni 2019-cu ilədək uzatdılar.

2014-cü ildə azadlığa çıxandan sonra mən ailəmi vətəndaşlara hüquqi yardım göstərməklə keçindirirdim. Maddi ehtiyaclarım yox idi. Ancaq Fuad Ələsgərov məni təqib etməkdə idi. Görünür, dəqiq deyə bilmərəm, bu mənim şəxsi versiyamdır təbii ki, Fuad Ələsgərov qruplaşması ilə K.Heydərovun bandası arasında qarşıdurma var imiş. Fuad Kəmaləddini vurmaq, Prezidentin gözündən salmaq üçün fürsət axtarırmış. Ən yaxşı fürsət də mən idim.

–Necə yəni, sizin əlinizlə Kəmaləddini necə vura bilərdi ki Fuad Ələsgərov?

-Çox sadə.Bayaq dedim axı, Fuad Ələsgərov mənim azadlığa buraxılmağımın tam əleyhinə olmuşdu. İndi də əlinə fürsət belə düşmüşdü ki, Qurban Məmmədovu elə vəziyyətə salmaq lazımdır ki,  daha da radikallaşsın, K.Heydərov yerliçilik prinsipinə əsaslanan özünün “zaminlik vəzifəsini” yerinə yetirə bilməsin və Fuad da İlham Əliyevə desin ki, “mən sizə demişdim axı, Kəmaləddin onunla bacara bilməz”. Bu qədər bəsit. Açıq etiraf edim ki, Fuad Ələsgərov öz niyyətinə ustalıqla çatdı.

O məni, öncə, Vəkillər Kollegiyasına bərpa olmağa qoymadı. Daha sonra nümayəndəlik institunu ləğv etdirməklə məni hüquqşünas kimi qazancdan tam  məhrum elədi.  Mən bu yaşda gedib yeni sənət öyrənən deyiləm ki. Hər bir sıravi vətəndaş kimi mən də özümə qarşı bütün bu alçaqlıqların şəxsən kim tərəfindən törədilməsindən asılı olmayaraq, Prezidenti günahlandırırdım. Kinim, nifrətim ona qarşı yönəlirdi və etiraf edim ki, bu da mənim bütün müsahibələrimdə və məqalələrimdə özünü büruzə verirdi. Fuad Ələsgərovun hesablamaları doğru idi: o məni sıxacaq, mən də İlham Əliyevə qarşı daha sərt mövqe tutacağam.

Mən radikallaşdıqca Fuad Ələsgərovİlham Əliyevin qəzəbini K.Heydərova qarşı yönəldə biləcək. Mən  Fuadın əməlləri ilə bağlı danışmaq üçün bir nəfər vasitəsilə K.Heydərovdan görüş istədim. Kəmaləddinin cavabı bilirsizmi nə oldu: “Mən İlham Əliyevlə Qurana and içmişəm ki onun xəbəri olmadan heç bir addım atmaram. Qurban Məmmədovla görüşməyim mümkün deyil”.

Proseslər, yəni Fuadın alçaq hərəkətləri 2018-ci ilin martınadək davam etdi. Mən ailəmi dolandırmaq üçün hara əl atdımsa, Fuad Ələsgərovun kölgəsi məni təqib etdi.

Bu arada məlum qəbir üzərində vandalizm, Avropadan “söyüş siyasəti” və … Əli Həsənovla Fuad Ələsgərov İlham Əliyevi inandırırlar ki, bunu təşkil edən Qurban Məmmədovdur və məhz Fuad Ələsgərovun təklifi ilə mənim yenidən, dördüncü dəfə həbsimə qərar verilir.

25 mart 2018-ci ildə DTX-nin sabiq rəisi Mədət Quliyevlə görüş zamanı mənə məlum oldu ki, mənim həbsim 11 aprel 2018-ci il prezident seçkilərindən öncəyə planlaşdırılırmış. Müəyyən siyasi düşüncələrə görə, seçkidən sonraya saxlanılıb.

Mafiyanın qaydaları. Yazılı olmayan qanunlar.

-Bütün bunların sizin evinizin sökülməsinə nə aidiyyatı var, başa düşmək olmur axı?

-Siyasət incə oyundur, jurnalistlik deyil ki, gördüyündən, eşitdiyindən yazasan. Burada görülməyənləri, eşidilməyənləri, deyilməyənləri bilmək bacarığı tələb edilir. Ona görə buna siyasət deyilir da bə.(gülüşürük-admin heyəti). Fuad Ələsgərovun hesablamaları çox sadədir: Qurban Məmmədov azadlığa çıxandan sonra onların gözləntiləri özünü doğrultmadı, Qurbanı sındırıb özlərinə tabe edə bilmədilər, təqiblər nəticəsində daha da radikallaşdı, bunun nəticəsində Kəmaləddinin etibarına istənilən zərbə vuruldu. Deməli, Kəmaləddin Heydərovun naxçıvanlılar üzərində təsiri yoxdur. Ən azı, bir Qurban Məmmədovu yola gətirə bilmir. Bu qədər sadə. Dedim axı, dövlət yerlişilik-tayfabazlıq-klan prinsipləri ilə idarə edilir. Bu adamlar hələ anlamayıblar ki, mənim heç kimin, o cümlədən də K.Heydərovun qarşısında heç bir öhdəliyim və gözü kölgəli işim yoxdur.Ona görə mafiya həmişə səndən tələb edir ki, onların təklif etdiyi pulu alasan, ləkələnəsən və onlardan biri olasan.

Fuad Ələsgərov öz niyyətinə tam çatmışdı. İndi növbə K.Heydərovun idi.

Kəmaləddin Heydərov nə etməlidir ki, Prezidentin yanında itirilmiş nüfuzunu bərpa eləsin? Yalnız bir variantı var: Qurban Məmmədova nəsə bir  pislik etmək, mənə bir zərbə vurmaqla yenidən Prezidentin etimadını qazanmaq.

Digər tərəfdən də o vaxtlar bütün ictimaiyyət qaldırılıb Ramiz Mehdiyevin-Naxçıvan klnanının üzərinə. Bu hücumun küləyi Kəmaləddini də tuta bilər. İlham Əliyev taxt-tacını xilas etmək üçün istənilən adamı qurban verməyə hazırdır. Digər cinahdan Mehriban Əliyeva K.Heydərovu vurmaq üçün bəhanə axtarır. Belə bir vəziyyətdə Qurban Məmmədlinin ailəsinə hücumdan, onun mülkünün dağıdılmasından yaxşı nə ola bilər? Fuad Ələsgərovun” dərin zəkasına” qarşı  Kəmaləddinin “cəsarətli gedişi”. Budur oyun. Bu arada da kimlərsə təndiri isti görüb Abdin Fərzəliyevə də bir-ikisini yapışdırırlar.

Abdin hələ də nə baş verdiyini anlaya bilməyib. Çaşıb qalıb ki, “ayə, bunlar məndən nə istəyirlər. Axı mən Qurban Məmmədovun adı olan heç bir sənədə imza qoymamışam.”

Çox yormayım sizi.

Faciə ondadır ki, bu rejimdə heç kimin kişiliyi, ləyaqəti, mənliyi çatmır ki, ən azı özünü müdafiə etmək üçün İlham Əliyevə həqiqəti deyə bilsin.

-Bəs həqiqət necədir?

  • Çox sadə:
  • K.Heydərov mənim 650 kvadratlıq mülkümü söküb, yerində ona milyonlar qazandıran yeni bina tikib. Mənim nə İlham Əliyevə, nə onun atasına, nə dəK.Heydərovun özünə və atasına borcum var. Kəmaləddin Heydərov qanunla öz vəzifəsini yerinə yetirib.
  • Abdin Fərzəliyev isə bu günədək Qurban Məmmədovun adı olan heç bir sənədə imza atmayıb.
  •  5 saylı xəstəxananın qarşısında olan evimi və obyektlərimi isə şəxsən Nərimanov rayon İH-nin başçısının müavini Şahmar İbadovla FH Nazirliyinin nümayəndəsi İbrahim adlı şəxsin bilavasitə rəhbərlikləri və iştirakları ilə “Atlant İnşaat” MMC-nin və FH Nazirliyinin mütəxəssisləri ölçüblər.
  • Mənə və ailəmə qarşı olanlar, heç şübhəsiz ki, İlham Əliyevin ürəyincə olub, ona ləzzət edib. Bu tip adamlar, diktatorlar başqalarının onun qarşısında alçalmağından həzz alırlar. Siz Kəmaləddinin, Abdinin və bu işdə adı hallanan adamların vəziyyətini təsəvvür edə bilirsizmi? Hər biri İlham Əliyev üçün, ovlananda onu vəcdə gətirəcək müdafiəsiz şikardır.

Kəmaləddin Heydərov, sadəcə olaraq,  öz dərisini qorumaq üçün nakişilik edib, Abdin Fərzəliyev də eyni niyyətlə mənə və ailəmə qarşı cinayətin təşkilatçısı olub.

Problemlər bununla da bitmir, bu dövlətin heç bir orqanı öz təyinatı üzrə işləmir, öz vəzifə funksiyalarını yerinə yetirmir. Hətta formal olsa belə.

—Başqa orqanların da rolu var bu proseslərdə?

  • Əlbəttə, təndir istiykən hamı yapmağa çalışır.  Sezondur, padşahın yanında hörmət qazanmaq istəyirsənsə,  Qurbana pislik elə. İndi meyar budur. İndi “müxalifət” də, bəzi iqtidar nümayəndələri də bu vəziyyətdən faydalanmağa çalışırlar. Qurban çoxları üçün qazanc, dolanışıq mənbəyinə çevrilib.



Başlayaq Bakı Şəhər İcra Hakimiyyətindən.

Bakı ŞİH-nə aşağıdakı məzmunda müraciət göndərmişəm.

Bakı Şəhər İcra Hakimiyyətinin Başçısıcənab Eldar Əzizova    Ə R İ Z Ə  2

Məlumat almaq barədə

Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığımız 20 oktyabr 2020-ci il tarixli ərizəmizdə:

5 sentyabr 2020-ci ildə Nərimanov rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Calalov Fordovsi Savalan oğlunun rəhbərliyi ilə bir qrup şəxs tərəfindən, yuxarıda göstərilən ünvanlarda qanuni əsaslarla bizim mülkiyyətimizdə olan mülklər heç bir qanuni əsas və məhkəmə qərarı olmadan vəhşicəsinə dağıdılmış, bizim razılığımız olmadan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan bizlərin iradəsi ziddinə mənzillərimizə daxil olaraq,  şəxsi əmlakımız dağıdılmış, biz qanuni mənzillərimizdən zorla çıxarılmışıq.

“Azəriqaz” İstehsalat Birliyi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti heç bir hüquqi əsas olmadan, heç bir xəbərdarlıq etmədən, mənzillərimizin qazını və elektrik təchizatını kəsərək, azyaşlı qız uşaqlarımızın, məktəblilərin və xəstə ailə üzvlərimizin həyatını cəhənnəmə döndərmiş, psixologiyamıza ağır zərər vurmuşlar.

Bütün bunlar azyaşlı uşaqların gözü qarşısında baş vermiş, onların uşaq psixologiyasına sağalmaz zədələr vurulmuşdur.

6 sentyabr 2020-ci ildə “qafqazinfo.az” saytının sorğusuna cavab olaraq tərəfinizdən “Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz” şəklində cavab verilmişdir.

Törədilmiş bu əmələ münasibət bildirməyinizi, əməlin Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı və tapşırığı əsasında törədilib törədilmədiyi, subordinasiya baxımından tabeliyinizdə olan Nərimanov Rayon İcra Hakimiyyəti və əməkdaşlarının hərəkətinin qanuni olub olmadığı, dövlət və icra hakimiyyəti orqanı adından edilib edilmədiyi, hərəkəti edən orqan və əməkdaşlar haqqında tərəfinizdən hər hansı tədbir görülüb görülmədiyi və tərəfinizdən görüləcək tədbirlər barədə məlumat verməyinizi xahiş edirik.” yazmışdıq.

Bakı Şəhər İcra Hakimiyyətinin 06.11.2020 tarixli məktubu ilə Nərimanov RİH-nə məsələnin araşdırılaraq tərəfimizə məlumat verməsi tapşırılmışdır.

Nərimanov RİH-dən aldığımız 02.12.2020 tarixli məktubun surəti qoşmada təqdim edilib.

Törədilmiş bu əmələ münasibət bildirməyinizi, əməlin Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı və tapşırığı əsasında törədilib törədilmədiyi, subordinasiya baxımından tabeliyinizdə olan Nərimanov Rayon İcra Hakimiyyəti və əməkdaşlarının hərəkətinin qanuni olub olmadığı, dövlət və icra hakimiyyəti orqanı adından edilib edilmədiyi, hərəkəti edən orqan və əməkdaşlar haqqında tərəfinizdən hər hansı tədbir görülüb görülmədiyi və tərəfinizdən görüləcək tədbirlər barədə məlumat verməyinizi təkrar xahiş etməklə birlikdə; Nərimanov RİH-nin tərəfimizə ünvanladığı cavab məktubu ilə sizə ünvanladığımız ərizəmiz və qoşmasandakı materialların (xüsusilə, Nərimanov RİH hüquq şöbəsinin müdiri Calalov Fordovsi Savalan oğlunun qanunsuz göstərişlərinin əks olunduğu video material) birlikdə yenidən araşdırılıb, təhlil edilərək Nərimanov RİH-nin həm 05.09.2020 tarixli əməlinə, həm də 02.12.2020 tarixli məktubuna münasibət bildirməyinizi xahiş edirik.

İndi baxın görün Bakı ŞİH mənə nə cavab verir:

Mən nə xahiş etmişəm Bakı ŞİH-dən?

Törədilmiş bu əmələ münasibət bildirməyinizi, əməlin Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı və tapşırığı əsasında törədilib törədilmədiyi, subordinasiya baxımından tabeliyinizdə olan Nərimanov Rayon İcra Hakimiyyəti və əməkdaşlarının hərəkətinin qanuni olub olmadığı, dövlət və icra hakimiyyəti orqanı adından edilib edilmədiyi, hərəkəti edən orqan və əməkdaşlar haqqında tərəfinizdən hər hansı tədbir görülüb görülmədiyi və tərəfinizdən görüləcək tədbirlər barədə məlumat verməyinizi təkrar xahiş etməklə birlikdə; Nərimanov RİH-nin tərəfimizə ünvanladığı cavab məktubu ilə sizə ünvanladığımız ərizəmiz və qoşmasandakı materialların (xüsusilə, Nərimanov RİH hüquq şöbəsinin müdiri Calalov Fordovsi Savalan oğlunun qanunsuz göstərişlərinin əks olunduğu video material) birlikdə yenidən araşdırılıb, təhlil edilərək Nərimanov RİH-nin həm 05.09.2020 tarixli əməlinə, həm də 02.12.2020 tarixli məktubuna münasibət bildirməyinizi xahiş edirik.

Bakı ŞİH isə mənim müracətimə mahiyyəti üzrə cavab vermək, Nərimanov Rayon İH-nin məmurları haqqında cəza tədbirləri görmək əvəzinə, Nərimanov RİH-dən aldığı cavabı “copy-paste” edərək mənə başdan-sovdu cavab verməklə işini bitmiş hesab edir. Avropada və istənilən mədəni ölkədə  bu hərəkətinə görə məmuru it kimi və ya iti qovan kimi qovarlar vəzifəsindən.

Hələ Baş Prokurora fikir verin.

Mən ona bunu göndərirəm:

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə      Ş İ K A Y Ə T

5 sentyabr 2020-ci ildə Nərimanov rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Calalov Fordovsi Savalan oğlunun rəhbərliyi ilə bir qrup şəxs tərəfindən, yuxarıda göstərilən ünvanlarda qanuni əsaslarla bizim mülkiyyətimizdə olan mülklər heç bir qanuni əsas və məhkəmə qərarı olmadan vəhşicəsinə dağıdılmış, bizim razılığımız olmadan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan bizlərin iradəsi ziddinə mənzillərimizə daxil olaraq,  şəxsi əmlakımız dağıdılmış, biz qanuni mənzillərimizdən zorla çıxarılmışıq.

Bütün bunlar azyaşlı uşaqların gözü qarşısında baş vermiş, onların uşaq psixologiyasına sağalmaz zədələr vurulmuşdur.

Bununla da, bizə qarşı  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.3-cü və 186.2-ci maddələrində nəzərdə tutulan cinayət əməli törədilmişdir.

Xahiş edirik törədilmiş bu əmələ görə cinayət işi qaldırılsın, cinayətkarlar məsuliyyətə cəlb edilərək cəzalandırılsınlar və bizə dəymiş ziyanın ödənilməsi üçün qanuni tədbirlər görülsün.

Dünyanın gözü qarşısında  “əmlakı qəsdən məhv etmə və ya zədələmə” cinayəti törədilib (CM-nin 186-cı maddəsi), mənzil toxunulmazlığı hüququ pozulub (CM-nin 157-ci maddəsi). Ailə üzvlərim, yaxın qohumlarım qanunsuz olaraq polisə aparılaraq təzyiqlərə məruz qoyulub, qanunsuz olaraq azadlıqdan saatlarla məhrum ediliblər (CM-145).

Baş Prokuror fakta görə cinayət işi başlamaq əvəzinə, ərizəmizə cavab belə vermir.

Paşa Sığorta onlardan da betər, “rahatlığınıza zəmanət yox, zərbə”.

Sığorta məbləğini ödəməmək üçün məktubda ağzına gələni yazır.  İnsanlar Paşa Sığortadan qaçmalıdırlar. Çünki onların məqsədi xarici ölkələrdə olduğu kimiinsana kömək etmək deyil, sığorta məbləğini ödəməmək üçün bəhanə axtarmaqdır.

Paşa Sığortanı da Kommersiya Məhkəməsinə vermişəm.

Bakı Kommersiya Məhkəməsinə

Sığorta məbləğinin ödənilməsi barədə

İ D D İ A     Ə R İ Z Ə S İ

Cavabdehlə aramızda Bakı şəhəri, Murtuza Nağıyev küçəsi, 4/6 ünvanında yerləşən qeyri yaşayış sahələrinin (faktiki yaşayış sahələri) icbari sığortası barədə “Daşınmaz Əmlakın İcbari Sığortası” müqaviləsi bağlanmış və mənə bu barədə RPA1907978848 nömrəli, BB 092461 Seriyalı, RPA1907978542 nömrəli, BB 092459 Seriyalı və RPA1907978588 nömrəli, BB 092460 Seriyalı “Daşınmaz Əmlakın İcbari Sığortası” Şəhadətnamələri verilmişdir.

RPA1907978848 nömrəli, BB 092461 Seriyalı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nə əsasən, sığorta məbləği 121.719.00 manat, digər “Şəhadətnamə”lərə əsasən, sığorta məbləğləri 154.560.00 manatdır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 -ci maddəsinə əsasən, “Daşınmaz əmlakın sığorta risklərinin-… üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisisığorta hadisəsi hesab olunur”

5 sentyabr 2020-ci ildə, Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi şəxslərinin və polis əməkdaşlarının müdaxiləsi ilə  həmin əmlakların itkisi baş vermiş və əmlak sahibləri öz qanuni əmlaklarından məhrum olmuşlar.

Mən bu barədə cavabdehə 21 sentyabr 2020-ci il tarixli ərizə ilə müraciət etmişəm.

Həmin gün öz adımdan və sığorta müqavilələrinin predmeti olan digər əmlakların mülkiyyətçiləri adından cavabdehə izahatlar vermişəm və elə həmin gün cavabdeh tərəfindən “Daşınar/daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ilkin AKT”  tərtib edilib.

Cavabdeh 23 oktyabr 2020-ci il tarixli məktubla sığorta məbləğinin ödənilməsindən imtina etdi.

Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini İradə Mahmudovanın 2 dekabr 2020-ci il tarixli məktubundan iddiaçılara məlum oldu ki, xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan daşınmaz əmlaklar qəzalı vəziyyətdə olduqları üçün onlar həmin əmlaklardan zorla çıxarılıblar.

Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini İradə Mahmudovanın 2 dekabr 2020-ci il tarixli məktubuna əsaslanaraq, iddiaçılar yenidən cavabdehə sığorta məbləğinin ödənilməsi barədə müraciət etdilər. Çünki Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini İradə Mahmudovanın 2 dekabr 2020-ci il tarixli məktubundan aydın oldu ki, iddiaçılara məxsus daşınmaz əmlaklar məhz qəzalı vəziyyətə düşdükləri üçün onlardan alınmışıdr. Başqa sözlə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 -ci maddəsinə əsasən, məhz “daşınmaz əmlakın sığorta riski” olan hadisə baş vermişdir.

Bizim ikinci müraciətimizə cavabdeh heç bir cavab vermədi.

Mülki Məcəllənin 926-cı maddəsinə (Sığorta ödənişi)əsasən,

926.1. Sığorta ödənişi sığorta hadisəsi  baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada  sığorta müqaviləsi ilə müəyyən edilir.

926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır.

                İddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmiş və məktubuzumuzu aldığını göstərən müvafiq qəbz alınaraq qoşmada təqdim edilmişdir.

Yuxarıda qeyd edilənlərə əsasən,

XAHİŞ EDİRİK :

Müvafiq olaraq mülkiyyətçilərə, 121.719.00 manat, 154.560.00 manat və 154.560.00 manatın cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edəsiniz.

Ombudsmana da müraciət etmişəm.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevaya      Ş İ K A Y Ə T

5 sentyabr 2020-ci ildə Nərimanov rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Calalov Fordovsi Savalan oğlunun rəhbərliyi ilə bir qrup şəxs tərəfindən, yuxarıda göstərilən ünvanlarda qanuni əsaslarla bizim mülkiyyətimizdə olan mülklər heç bir qanuni əsas və məhkəmə qərarı olmadan vəhşicəsinə dağıdılmış, bizim razılığımız olmadan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan bizlərin iradəsi ziddinə mənzillərimizə daxil olaraq,  şəxsi əmlakımız dağıdılmış, biz qanuni mənzillərimizdən zorla çıxarılmışıq.

“Azəriqaz” İstehsalat Birliyi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti heç bir hüquqi əsas olmadan, heç bir xəbərdarlıq etmədən, mənzillərimizin qazını və elektrik təchizatını kəsərək, azyaşlı qız uşaqlarımızın, məktəblilərin və xəstə ailə üzvlərimizin həyatını cəhənnəmə döndərmiş, psixologiyamıza ağır zərər vurmuşlar.

Bütün bunlar azyaşlı uşaqların gözü qarşısında baş vermiş, onların uşaq psixologiyasına sağalmaz zədələr vurulmuşdur.

Törədilmiş bu əmələ münasibət bildirməyinizi, əməli törədənlərin cəzalandırılması və dəymiş zərərəin qarşılanması ilə bağlı köməklik göstərməyinizi xahiş edirik.

Buyurun bu da Ombudsmanın cavabı:

Siz bu cavabdan bir şey başa düşdünüzmü? Bax budur ölkənin vəziyyəti. İt yiyəsini, yiyəsi də itini tanımır bu məmləkətdə.

FHN hazırladığı rəyi vətəndaşa verməkdən qorxur.

Görün maraqlı nə baş verir. Nərimanov Rayon İH bizə bildirib ki, binanın qəzalı olması haqqında Fövqəladə Hallar Nazirliyinin müvafiq idarələrinin rəyi var. Mən həmin rəyi FH Nazirliyindən tələb edirəm. Bu mənim hüququmdur. Aldığım cavaba baxın:

Bu da mənə tövsiyyə edir ki, onların verdiyi sənədi gedim başqa idarədən alım. Təkrar edirəm, xaricdə bu gədələri iti qovan kimi qovarlar dövlət idarələrindən.

Bunun əlisi dəli, vəlisi dəli, bu qırılmışın hamısı dəli. Təsəvvür edin, təmas etdiyimiz dövlət orqanlarından heç biri öz vəzifəsini icra eləmir. Niyə? Çünki İlham Əliyev deyir ki, öncə mənə deməlisiz bir qərar qəbul etməmişdən qabaq. O bunu açıqca TV-dən deyir. Bundan sonra belə də olmalıdır. Məmur yazıq ondan soruşmağa qorxur ki, Qurban Məmmədliyə nə cavab verək, götürür ağzına gələni yazıb göndərir vətəndaşa.

  • Qurban bəy, Prezidentə rəsmi müraciət etmisinizmi? Bəlkə, onun xəbəri yoxdur?
  • Nə, xəbəri yoxdur? Siz zarafat edirsiz? Ona da yazmışıq. Buyurun:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə    ƏRİZƏ 2

Hörmətli cənab Prezident,

5 mart 2020-ci ildə yeni təyin etdiyiniz icra başçılarını qəbulunuzda, yeni təyin olunan icra başçıları ilə yanaşı bütün icra başçılarına xitabən aşağıdakı şəkildə tapşırıq vermişdiniz:

Sizin isə işiniz əsasən rayonda mövcud olan potensialı səfərbər edib, həm iqtisadi artımı təmin etmək, iş yerlərinin yaradılması ilə bağlı əməli addımlar atmaq və rəhbərlik edəcəyiniz rayonlara sərmayənin gətirilməsinə nail olmaqdır. Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər. Özləri fəal olmalıdırlar, özləri investorları tapmalıdırlar, onları inandırmalıdırlar və cəlb etməlidirlər. Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında süni əngəllər törədilir. Yaxud da ki, yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürlər. Ona görə bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır. Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir. O problemləri ki, müəyyən səbəblərə görə siz özünüz həll edə bilmirsiniz, gərək mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə təkliflər verəsiniz və fəal olasınız.

Rayonlara və ümumiyyətlə ölkəmizə investor cəlb edilməsi üçün ilk növbədə konstitusion hüquq olan mülkiyyət hüququnun qorunması ilə bağlı bütün strukturlar həssaslıqla yanaşmalı və zəruri tədbirlər görməlidir.

Sizin 5 mart 2020 tarixindəki tapşırığınızdan 6 ay sonra, sayənizdə qələbəmizlə nəticələnən Vətən Müharibəsindən 22 gün əvvəl 5 sentyabr 2020 tarixində, Nərimanov Rayon İcra Hakimiyyəti yuxarıda qeyd etdiyiniz xüsusatların tam ziddinə getməklə yanaşı, apardığınız məqsədyönlü siyasətə, Sizə və dövlətçiliyimizə xəyanət edərək, mülkiyyət hüququmuzu pozmuş, “Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir” devizini ayaqlar altına almışdır. Kütləvi informasiya vasitələrinin gözü qarşısında, utanmadan, çəkinmədən, bilərək, istəyərək, qabaqcadan planlayaraq və nümayişkaranə şəkildə törədilmiş bu əməli, məsuliyyətli bir vətəndaş olaraq vətənə xəyanət kimi dəyərləndiririk.

Belə ki, 5 sentyabr 2020-ci ildə Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı əsasında hərəkət etdiyini bildirən (Bax: qoşmadakı video material) həmin icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Calalov Firdovsi Savalan oğlunun rəhbərliyi ilə bir qrup şəxs tərəfindən, yuxarıda göstərilən ünvanlarda qanuni əsaslarla bizim mülkiyyətimizdə olan mülklər heç bir qanuni əsas və məhkəmə qərarı olmadan vəhşicəsinə dağıdılmış, bizim razılığımız olmadan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan bizlərin iradəsi ziddinə mənzillərimizə daxil olaraq,  şəxsi əmlakımız dağıdılmış, biz qanuni mənzillərimizdən zorla çıxarılmışıq.

“Azəriqaz” İstehsalat Birliyi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti heç bir hüquqi əsas olmadan, heç bir xəbərdarlıq etmədən, mənzillərimizin qazını və elektrik təchizatını kəsərək, azyaşlı qız uşaqlarımızın, məktəblilərin və xəstə ailə üzvlərimizin həyatını cəhənnəmə döndərmiş, psixologiyamıza ağır zərər vurmuşlar.

Bütün bunlar azyaşlı uşaqların gözü qarşısında baş vermiş, onların uşaq psixologiyasına sağalmaz zədələr vurulmuşdur.

“Vurulmuş zərərin ödənməsi barədə” Nərimanov RİH-nə 26 oktyabr 2020-ci ildə ərizə ilə müraciət etdik. Nərimanov RİH-nin həmin ərizəmizə cavab olaraq göndərdiyi 2 dekabr 2020-ci il tarixli məktubunda, vurulmuş zərərin ödənməsindən imtina edilməklə yanaşı, qeyd edilən ünvandakı binanın Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında qəzalı olduğu müəyyən edildiyindən təxliyyə edildiyimiz bildirilərək, köçürmə əsnasında bəzi “kiçik sanitar cihazlara” dəymiş zərərin müyyənləşdirilməsi məqsədilə zərər dəymiş əşyaların siyahısı tələb edilmişdir.

“Vurulmuş zərərin ödənməsi barədə” Azəriqaz İB-nə 26 oktyabr 2020-ci ildə ərizə ilə müraciət etdik. Qeyd edilən qurum tərəfindən ərizəmizə cavab verilməyib.

“Vurulmuş zərərin ödənməsi barədə” Azərişıq ASC-nə 26 oktyabr 2020-ci ildə ərizə ilə müraciət etdik (Qoşma:12). Qeyd edilən qurum tərəfindən ərizəmizə cavab verilməyib.

““Manevr fondu” yaşayış sahəsi hesabına mənzillərlə təmin edilməyə dair” Nərimanov RİH-nə 3 dekabr 2020-ci ildə ərizə ilə müraciət etdik. Nərimanov RİH-nin həmin ərizəmizə cavab olaraq göndərdiyi 6 yanvar 2021-ci il tarixli məktubunda, tələbimiz rədd edilərək, bizim mübahisəli ərazidən Nərimanov RİH-nin iradəsindən asılı olmayan səbəblərdən köçürüldüyümüzdən, ərizəmizdə qeyd etdiyimiz xüsusatlarla bağlı “Gilan Haldinq” Şirkətlər Qrupu və “Atlant İnşaat” MMC-yə müraciət etməyimiz tövsiyyə edilmişdir.

“Vurulmuş zərərin ödənməsi barədə” və zərər dəymiş əşyalarımızın siyahısı ilə bağlı Nərimanov RİH-nə 14 dekabr 2020-ci ildə yenidən ərizə ilə müraciət etdik. Nərimanov RİH-nin həmin ərizəmizə cavab olaraq göndərdiyi 15 yanvar 2021-ci il tarixli məktubunda, vurulmuş zərərin ödənməsindən yenidən imtina edilmişdir.

Törədilmiş bu əmələ münasibət bildirməsi və müvafiq tədbirlər görməsi ilə bağlı adları qeyd edilən qurumlar ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Baş Prokuroruna müvafiq ərizələrlə müraciət etmişik. Bu günə qədər hər hansı bir tədbir görülməmiş, qanunsuz əməli törədənlər cinayət məsuliyyətinə cəlb edilməmiş, ailəmizə və mülklərimizə vurulan zərər qarşılanmamışdır.

Dövlət və xalq olaraq çox çətin bir prosesin içindən keçdiyimizin fərqindəyik. Ailə kiçik dövlət, ev və yuva da kiçik vətəndir. Ailəmiz böyük dövlətimizdən, böyük vətənimizi işğaldan azad etdiyi kimi, kiçik vətənimizi də azad etməsini, əməli törədənlərin cəzalandırılmasını xahiş edir.

Tarix: 02 fevral 2021-ci il

Bəlkə də, sizlər və oxucularınız Prezidentə yazılan bu ərizəni oxuyanda ürəyinizdə bizə güləcəksiniz. Haqqınız da var. Ancaq bilin ki, mən bu ərizələri tarix üçün və gələcək Avropa Məhkəməsi üçün yazıram. Yoxsa, onlardan nəsə gözlədiyimə görə yox. Mən özümü də, onları da, bu rejimi də yaxşı tanıyıram.

— Yaxşı, bəlkə qayıdaq işin mahiyyətinə? İndi vəziyyət necədir? Məhkəmə araşdırması hansı mərhələdədir?

– Eyni vaxtda 3 məhkəmədə iş aparıram: Nərimanov rayon məhkəməsində, Bakı Kommersiya Məhkəməsində və Bakı İnzibati Məhkəməsində. Kommersiya və İnzibati məhkəmələrdə hələ işə baxılması başlanmayıb. Nərimanaov rayon məhkəməsində isə hələ ki, hakim Gültəkin Əsədova Kəmaləddinin əmirlərinin icrası ilə məşğuldur. Onun vəsatətləri təmin edilir. Bizim isə vəsatətlərimiz təmin edilmir və hələ də bizim qarşılıqlı iddiamızın araşdırılmasına başlanmayıb. Məhkəməni əsassız yerə uzadırlar. Bu da onların nəzərincə, mənə və ailəmə psixoloji təzyiqin bir növüdür. Ancaq ALLAH(c.c.) bizə lazım olan səbri verib. Bu divar əvvəl-axır qurtaracaq.

  • Bəs siz məhkəmədə nə iddia qaldırmısız? Bilmək olarmı?

-Niyə olmur !  Mən qarşılıqlı iddia ərizəmi sizin oxuculara tam həcmdə təqdim edirəm. Qoy xalq həm mübahisənin əsil mahiyyətini öyrənsin, həm də kimə lazım olsa mənim hazırladığım bu ərizədən nümunə kimi istifadə etsin. Buyurun:

Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə

QARŞILIQLI İDDİA ƏRİZƏSİ

(MPM-nin 155-ci maddəsinə uyğun olaraq)

            Möhtərəm hakim!

  1. Cavabdehin (ilkin iddia üzrə iddiaçının) tələbləri barədə.

Cavabdeh (ilkin iddia üzrə iddiaçı)“Atlant-İnşaat” MMC-nin direktoru Muradov Cəmil Tahir oğlu “alqı-satqı müqavilələri, əvəzsiz istifadə müqaviləsi, çıxarışların ləğv edilməsi, daşınmaz əmlakların geri qaytarılması barədə” ilkin iddia ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavbadehlərə satılmış daşınmaz əmlaklara dair alqı-satqı müqavilələrinin,

  1. Həmin müqavilələr əsasında verilmiş “ÇIXARIŞ”ların ləğv edilməsini, həmin daşınmaz əmlakların şirkətə  qaytarılmasını xahiş etmişdir.
  • İlkin İddianın əsaslandırılması barədə.

İlkin iddia belə əsaslandırılıb ki:

  1. ““Atlant-İnşaat” MMC-yə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin aldatma yolu ilə ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi aparılır.”
    1. “Cinayət işinə görə, Məmmədov Qurban Cəlal oğlu və yaxınları 2011-2012-ci illərdə iddiaçının rəhbər olduğu “Atlant-Inşaat” MMC-yə müraciət edib bildirmişlər ki, onların Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsi, ev 12, korpus 7, mənzil 7 və 8 saylı evlərdə guya dəyəri 2 290 000 manat olan 320 kvadrat metr yaşayış, 330 kvadrat metr sahədən ibarət isə qeyri-yaşayış sahələri vardır. Həmin vaxtı qeyd edilən şəxslər bildirdilər ki, həmin ünvanları söküntüyə düşür və buna görə də həmin kvadrat sahədə yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində onlara “Atlant-İnşaat” MMC-nin Bakı şəhəri, Murtuza Nağıyev küçəsində inşa etdiyi binalardan əvəzləşdirmə qaydasında yaşayış və qeyri-yaşayış sahəsi verməyimizi istədilər. Biz də onların verdikləri məlumatlara inandıq, yəni onların söküntüyə düşən yaşayış və qeyri-yaşayış sahələrinin həqiqətən də onların dediyi qədər, yəni 650 kvadrat metr sahədən ibarət olduğuna inandıq,  ona görə də biz həmin sahələrin müqabilində əvəzləşdirmə qaydasında onlara yaşayış və qeyri-yaşayış sahəsi verməyə razılaşdıq və müvafiq müqavilələrə əsasən, “Atlant-İnşaat” MMC-yə məxsus daşınmaz əmlaklar Qurban Məmmədov və yaxınlarına satılması notarial qaydada rəsmiləşdirildi.
    1.  Həmçinin Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 1927-ci məhəllədə yerləşən 80 kvadrat metr sahədən ibarət qarajın əvəzsiz və müddətsiz istifadəyə verilməsi ilə bağlı 3 yanvar 2018-ci il tarixdə müqavilə də bağlandı.
    1. Həmin daşınmaz əmlaklarla bağlı alqı-satqı müqaviləsi tərtib edilsə də, lakin həmin daşınmaz əmlakların satılmasına görə Qurban Məmmədov və yaxınları tərəfindən şirkətimizə pul vəsaiti ödənilməmişdir.
    1. Sonradan Qurban Məmmədov və yaxınlarının Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi 12 ünvanında cəmi 130 kvadrat metr sahəsi olan  iki ədəd 7 və 8 saylı mənzillərinin olduğunu bildik və başa düşdük ki, aldadılmışıq. Həmin faktla bağlı müraciətimiz əsasında 03 sentyabr 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikası CM-nin 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanıldı.
  • İlkin iddiada göstərilənlər barədə cavabdehin mövqeyi
  • Hansısa orqanda, hansısa “cinayət işinin qaldırılmasının müqavilənin ləğv edilməsi üçün əsas olması” barədə Azərbaycan Respublikasının mülki qanunvericiliyində heç bir norma nəzərdə tutulmayıb. Cinayət işinin qaldırılması hələ o cinayətin həqiqətən də baş verdiyini sübut etmir və “cinayət işinin qaldırlması haqqında qərar” qəbul edilməsi öz-özlüyündə heç bir mülki-hüquqi nəticələr doğurmur və Azərbaycan Respublikasının mülki və ya cinayət qanunvericiliyində, belə bir qərara əsaslanaraq hansısa mülki müqavilənin ləğvini tələb etməyin mümkünlüyü barədə hüquqi norma nəzərdə tutulmayıb. Cavabdehə lazım gəlir ki, o ya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183-cü maddəsinə uyğun olaraq, həmin iddiasını cinayət mühakimə icraatı zamanı həmin maddədə nəzərdə tutulan qaydada versin, ya da həmin cinayət işi üzrə gələcəkdə çıxarılcaq məhkəmə qərarı qüvvəyə mindikdən sonra, ümumi əsaslarla mülki icraat qaydasındaməhkəmədə iddia qaldırsın. CPM-nin 183-cü maddəsinə əsasən, “183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.”
  • Müqavilənin ləğv edilməsi əsasları və müqavilənin ləğv edilməsi qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-423-cü maddələrindənəzərdə tutulub.

MM-nin 421-423-cü maddələrində  müqavilənin ləğvi üçün  “cinayət işinin qaldırılması” kimi bir əsas nəzərdə tutulmayıb və iddiaçı indiki iddianı qaldırarkən, MM-nin  423-cü maddəsinin tələblərinə əməl etməyib.

  • Cavabdehin (ilkin iddia üzrə iddiaçının) “Cinayət işinə görə” sözləri ilə başlayan  ikinci arqumenti, əvvəla, Azərbaycan dilində başa düşülən deyil, bununla iddiaçının nə demək istədiyi anlaşılmır, ikincisi isə,  ilkin iddiada göstərildiyi kimi, “Məmmədov Qurban Cəlal oğlu və yaxınları”  heç vaxt cavabdehə (ilkin iddia üzrə iddiaçıya) belə bir müraciət etməmişlər və onların buna heç ehtiyacları da olmamışdır. Tam əksinə, 2011-ci ilin soyuq qış aylarında məhz cavabdeh (ilkin iddia üzrə iddiaçı) “Atlant-İnşaat” MMC-nin nümayəndələri iddiaçılardan(ilkin iddia üzrə cavaddehlərdən) və həmin ünvanda yaşayan onlarla başqa ailələrdən yaşadıqları mənzilləri boşaltmalarını tələb etmiş və boşaldılacaq mənzillərin yerində yeni çoxmənzilli hündür mərtəbəli binanın tikiləcəyini bildirmişlər. Bu işdə onlara Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavini  Şahmar adlı şəxs də yardım etmiş, sakinlərin hamısı ilə eyni şərtlər və qaydalarla danışıqlar aparılmış və onlar oradan müxtəlif üsullarla  köçürülmüşlər. Yəni həmin ünvandakı evlərin alqı-satqı təşəbbüsü, sakinlərin köçürülməsinin təşəbbüskarı iddiaçı “Atlant-İnşaat” MMC-nin özü olmuşdur.
  • Köçürmə zamanı cavabdehin (ilkin idia üzrə iddiaçı)  və Nərimanov rayon İH-nin nümayəndəsi sakinlərə iki variant təklif etdilər:
    • Müvəqqəti olaraq, yəni həmin ünvanda yeni bina tikilənədək, kirayə mənzillərdə qalmaqla,tikiləcək yeni binada sökülən evlərinin ümumi sahəsindən 30 faiz artıq mənzil və qeyri-yaşayış sahələri ilə təmin olunmaq.
    •  Tərəflərin qarşılıqlı razılığı ilə, daha artıq yaşayış və qeyri-yaşayış sahələri verməklə başqa ünvanlarda hazır və ya tikilməkdə olan yeni binalarda mənzillərlə və qeyri-yaşayış sahələri ilə təmin edilmək.
  • Cavabdehin (ilkin iddia üzrə iddiaçının) guya “”bizim ona verdiyimiz məlumatlara inanması, yəni bizim  söküntüyə düşən yaşayış və qeyri-yaşayış sahələrinin, həqiqətən də,bizim  dediyimiz qədər, yəni 650 kvadrat metr sahədən ibarət olduğuna inanması,  ona görə də onun həmin sahələrin müqabilində əvəzləşdirmə qaydasındabizə yaşayış və qeyri-yaşayış sahəsi verməyə razılaşması və müvafiq müqavilələrə əsasən, “Atlant-İnşaat” MMC-yə məxsus daşınmaz əmlakları Qurban Məmmədova və yaxınlarına satması“ barədə gətirdiyi arqument tam əsasızdır. Çünki, köçürmə həyata keçirilən ünvanda bütün ölçmə-hesablama işlərini cavabdeh (ilkin iddia üzrə iddiaçı) özü, öz nümayəndələrinin vasitəsi ilə  və Nərimanov Rayon İH-nin, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  rəsmi şəxslərinin nəzarəti altında aparmışdır. Sökülüən evlər və qeyri-yaşayış sahələri video və foto görüntülərə alınmış, ölçmə-hesablamaların nəticələri iddiaçının özünün şəxsən imzaladığı rəsmi müqavilələrdə əks etdirilmişdir.
  • Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 1927-ci məhəllədə yerləşən 80 kvadrat metr sahədən ibarət qarajın əvəzsiz və müddətsiz istifadəyə verilməsi ilə bağlı 3 yanvar 2018-ci il tarixdə müqavilənin bağlanması” onunla bağlı olmuşdur ki, iddiaçılardan (ilkin iddia üzrə cavabdehlər) Məmmədov Qurban Cəlal oğlunun və yaxınlarının köçürüldükləri ünvanda qaraj, maşın dayanacağı kimi istifadə etdikləri 6-7 maşınlıq faktiki sahələri var idi və haqqında söhbət gedən qaraj da qarşılıqlı razılıq əsasında bağlanan 25 yanvar 2012-ci il tarixli müqaviləyə uyğun olaraq, onların  əvəzsiz və müddətsiz istifadəsinə verilməli idi.
  • Cavabdehin (ilkin iddia üzrə iddiaçı) “həmin daşınmaz əmlaklarla bağlı alqı-satqı müqaviləsi tərtib edilsə də, lakin həmin daşınmaz əmlakların satılmasına görə Qurban Məmmədov və yaxınları tərəfindən şirkətimizə pul vəsaiti ödənilməmişdir” arqumenti isə, sadəcə, gülüş doğurur.
  • Cavabdeh (ilkin iddia üzrə iddiaçı) özü ilkin iddianın yuxarıdan 3-cü cümləsində yazır: “Həmin vaxtı qeyd edilən şəxslər bildirdilər ki, həmin ünvanları söküntüyə düşür və buna görə də həmin kvadrat sahədə yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində onlara “Atlant-İnşaat” MMC-nin Bakı şəhəri, Murtuza Nağıyev küçəsində inşa etdiyi binalardan əvəzləşdirmə qaydasında yaşayış və qeyri-yaşayış sahəsi verməyimizi istədilər. Biz də onların verdikləri məlumatlara inandıq, yəni onların söküntüyə düşən yaşayış və qeyri-yaşayış sahələrinin həqiqətən də onların dediyi qədər, yəni 650 kvadrat metr sahədən ibarət olduğuna inandıq,  ona görə də biz həmin sahələrin müqabilində əvəzləşdirmə qaydasında onlara yaşayış və qeyri-yaşayış sahəsi verməyə razılaşdıq”.
    • Göründüyü kimi, cavabdeh (ilkin iddia üzrə iddiaçı)“Atlant-İnşaat” MMC-nin Bakı şəhəri, Murtuza Nağıyev küçəsində inşa etdiyi binalardan Qurban Məmmədov və yaxınlarına verilən mənzillər və qeyri-yaşayış sahələri onlara “alqı-satqı” yolu ilə yox,  ƏVƏZLƏŞDİRMƏ qaydasında verilib. Belə olan halda, hansı pul vəsaitinin ödənilməsindən söhbət gedə bilər? Belə çıxır ki, Qurban Məmmədov və yaxınları həm, cavabdehin (ilkin iddia üzrə iddiaçı) özü tərəfindən 2 290 000 manat (o vaxtkı məzənnəyə uğun olaraq 2.935.897 ABŞ dolları) qiymətləndirilən yaşayış və qeyri-yaşayış sahələrini cavabdehə (ilkin iddia üzrə iddiaçı)pulsuz, əvəzsiz verməli, həm də yeni mənzillərə və qeyri-yaşayış sahələrinə, qaraja görə əlavə pul vəsaitimi ödəməli idilər? Belə bir öhdəliyin nəzərdə tutulduğu hansısa müqavilə varmı? Təbii ki, yoxdur və ola da bilməz.
  • Cavabdehin (ilkin iddia üzrə iddiaçı) “sonradan Qurban Məmmədov və yaxınlarının Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi 12 ünvanında cəmi 130 kvadrat metr sahəsi olan  iki ədəd 7 və 8 saylı mənzillərinin olduğunu bildik və başa düşdük ki, aldadılmışıq” arqumenti də əsaslandırılmayıb.
    • Cavabdeh (ilkin iddia üzrə iddiaçı) “Qurban Məmmədov və yaxınlarının Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi 12 ünvanında cəmi 130 kvadrat metr sahəsi olan  iki ədəd 7 və 8 saylı mənzillərinin olduğunu” hardan və necə bilib? Bu barədə ilkin iddia ərizəsində heç nə yazılmayıb və hansısa sübut təqdim edilməyib.
    • Cavabdeh (ilkin iddia üzrə iddiaçı) aldadıldığını dəqiq nə vaxt bilib? Bu məsələyə mütləq aydınlıq gətirilməlidir, çünki bu müddətin bilinməsi iddia müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək üçün çox vacibdir və prosessual əhəmiyyət daşıyır.
  • Nəhayət, cavabdeh (ilkin iddia üzrə iddiaçı) cinayət işi qaldırılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edibsə və ilkin iddia ərizəsində göstərilən kimi, 03 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanılıbsa, indiki ilkin iddianı hansı qanuni əsaslarla qaldırıb?
    • Bu qanuni əsasların dəqiq bilinməməsi bizim ilkin iddiadan müdafiəmizi çətinləşdirir və qeyri-mümkün edir.
    •  Halbuki, MPM-nin 149.2.3-cü maddəsinə (İddia ərizəsinin forması və məzmunu) əsasən, “ərizədə … iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar,.. göstərilməlidir.”
    • MPM-nin149.4-cü maddəsinə əsasən, “Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar…da  göstərilir.”
  • Qarşılıqlı iddia üzrə tələblər.
  • İddiaçılar (ilkin iddia üzrə cavabdehlər) cavabdehdən (ilkin iddia üzrə iddiaçıdan) Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən, cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən söküldüyü anda, 320 kv/m-i yaşayış sahəsi olmaqla, ümumi sahəsi 650 kv/m olan yaşayış və qeyri-yaşayış sahələrinin naturada bərpasını və ya bu mümkün olmayacağı təqdirdə (çünki cavabdeh artıq həmin ünvanda iddiaçılara məxsus mülkləri sökərək yerində çoxmənzilli hündürmərtəbəli bina tikib), tərəflər arasında imzalanmış 25 yanvar 2012-ci il tarixli  “Mənzil alqı-satqısına və zaminliyə dair” 17/112 saylı Müqavilənin 2.2.1-ci bəndində göstərilən məbləği -2 290 000 manatın müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun, yəni 2 290 000:0,78= 2 935 897 ABŞ dollarının onlara ödənilməsini tələb edirlər.
  •  İkin iddia üzrə cavabdehlərdən Məmmədova Mehbarə Əhməd qızı ilə mən ilkin iddia üzrə iddiaçının əvəzləmə yolu ilə bizə verdiyi Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi 4/6 ünvanında yerləşən obyektləri (birinci və ikinci mərtəbələri), aylıq icarə haqqı 1000 manat (son ay 1500 manata qaldırılacağı ilə bağlı razılaşılmışdı) olmaqla, icarəyə vermişdik və bu da bizim ailə büdcəmiz üçün çox böyük əhəmiyyət kəsb edirdi. Cavabdehin(qarşılıqlı iddia üzrə idiaçının) öz ilkin iddiasında göstərdiyi kimi,onun müraciəti əsasında 03 sentyabr 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikası CM-nin 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmış, bunun da nəticəsində 5 sentyabr 2020-ci ildəMəmmədov Qurban Cəlal oğlu və Məmmədova Mehbarə Əhməd qızı, eləcə də digər iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) yaşadıqları mənzillərdən, heç bir qanuni əsaslar və məhkəmə qərarı olmadan zorla, polis gücü ilə çıxarılmışlar və obyektlər dağıdılaraq istifadəyə yararsız hala salınmışdır. Ona görə də,  cavabdeh (ilkin iddia üzrə iddiaçı) yuxarıdakı 1-i bənddə göstərilən tələbi icra edənədək, əldən çıxmış fayda kimi,  Məmmədov Qurban Cəlal oğlu və Məmmədova Mehbarə Əhməd qızına  ayda 1500 manat ödəməlidir.
  • İlkin iddia üzrə cavabdehlər qanuni əsaslarla onlara məxsus olan yaşayış və qeyri-yaşayış sahələrindən 5 sentyabr 2020-ci ildə zorla çıxarıldıqlarına görə,  yaşamaq üçün icarə mənzillər tutmağa məcbur olmuşlar. Bu məqsədlə də, aylıq icarə haqqı biri 850 manat, digəri 750 manat olmaqla iki mənzil kirayəyə götürülmüşdür. Bu da onlara vurulmuş əlavə ziyandır və cavabdeh(ilkin iddia üzrə iddiaçı) tərəfindən, yuxarıda 1-ci bənddə göstərilən iddia tələbi icra edilənədək onlara ödənməlidir.
    • Çıxarılma anında qanuni əsaslarla onlara məxsus olan mülklərdən zorla, vəhşicəsinə  çıxarıldıqları üçün iddiaçılar bir çox ev və şəxsi əşyalarını xilas edə bilməmiş və bununla da əlavə zərərə uğramışlar.(bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi, qoşma-1:Foto şəkillər)

Bu zərərin məbləği 30 000 (otuz min)  manat  dəyərləndirilir və bu məbləğ cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən, bərabər paylarla iddiaçılara (ilkin iddia üzrə cavabdehlərə) ödənməlidir.

  • Mülklər dağıdılarkən, ilkin iddia üzrə cavabdehlər tərəfindən sonradan onların öz hesablarına binada etdikləri yaxşılaşdırmalara:  əlavə tikili və təmir işlərinə ziyan vurulmuş, qapı-pəncərələr, daxili arakəsmələr, hamam-tualet aksesuarları, şkaflar, rəflər, stol-stullar, mebellər, örtülü balkonlar vəhşicəsinə məhv edilmişdir. (bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizsəi, qoşma-1: video və foto materiallar.)

Bu zərər 100 000 (yüz min) manat dəyərləndirilir. Bu məbləğ cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən, bərabər paylarla iddiaçılara (ilkin iddia üzrə cavabdehlərə) ödənməlidir.

  • Cavabdehin yalan, əsassız və böhtan xarakterli şikayəti əsasında mülklərin dağıdılması və iddiaçıların (ilkin iddia üzrə cavabdehlərin) zorla yaşadıqları mənzillərdən çıxarılmaları,  ağır xəstəlikləri olan iddiaçıların iştirakları ilə və onların azyaşlı uşaqlarının gözü qarşısında baş vermiş, uşaqların psixolgiyasına, ömür boyu onları təqib edəcək sağalmaz yaralar vurulmuşdur. (bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi, qoşma-2: xəstəlik haqqında arayışlar və uşaqların doğum şəhadətnamələri, video və foto materiallar).

Bu mənəvi zərər qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən 500 000 (beş yüz min) manat məbləğində dəyərləndirilir  və bu məbləğ cavabdeh(ilkin iddia üzrə iddiaçı)  tərəfindən, bərabər paylarla olmaqla, hər bir iddiaçıya(ilkin iddia üzrə cavabdehlərə) ödənməlidir.

  • Qarşılıqlı iddianın faktiki əsasları barədə
  • Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlak, Bakı şəhəri 38 saylı notariat kontorunda 3/M-A4-686 nömrəli reyestrlə qeydə alınmaqla, 16 noyabr 1996-cı il tarixli, 004795 saylı Müqaviləyə əsasən, iddiaçı (ilkin iddia üzrə cavabdeh) Məmmədova Mehbarə Əhməd qızı tərəfindən alınmışdır. (bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi,qoşma-3: Müqavilə)
    • İddiaçı (ilkin iddia üzrə cavabdeh) Məmmədova Mehbarə Əhməd qızına Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnu təsdiq edən MH seriyalı 058119 saylı, 20.12.1996-cı il tarixli “Qeydiyyat Vəsiqəsi” verilmişdir. (bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi,qoşma-4 “Qeydiyyat Vəsiqəsi”)
    • Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlaklar iddiaçı (ilkin iddia üzrə cavabdeh) Məmmədova Mehbarə Əhməd qızı tərəfindən alınarkən, yaşayış sahəsi 69.0 kv/m olmaqla, həmin mənzillərin ümumi sahəsi, 147 kv.m olmuşdur.(bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi, qoşma-5    04.12. 2003 tarixli Forma-1 arayışı)
    • Bakı şəhəri, 21 saylı Notariat Kontorunda, 4-Ə-370 saylı reyestrlə qeydə alınan  13 dekabr 2003-cü il tarixli, 215655 saylı Müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlaklar Behrudi Rüstəm Hidayət oğluna satılmışdır.(bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi, qoşma-6: Müqavilə).
    • Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlaklar üzərində Behrudi Rüstəm Hidayət oğlunun mülkiyyət hüququ   ÖM seriyalı 192147 saylı, 08.06.2004 tarixli “Qeydiyyat Vəsiqəsi” ilə qeydə alınmış və orada da həmin mülkün  5(beş) otaqlı, ümumi sahəsinin isə 147.1 kv.m olması göstərilmişdir (bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsiqoşma-7: Qeydiyyat Vəsiqəsi ).
    • Behrudi Rüstəm Hidayət oğlu 27 fevral 2004-cü il tarixli “Mülkiyyət hüququnun tanınması barədə” iddia ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov rayon Məhkəməsinin 2-659/2004 saylı, 31 mart 2004-cü il tarixli Qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlaklara əlavə tikilmiş tikililər üzərində mülkiyyət hüququ tanınmış və  Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlaklara yeni texniki pasportun və Qeydiyyat Vəsiqəsinin verilməsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılmışdır.(bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsiqoşma-8: Nərimanov rayon Məhkəməsinin 2-659/2004 saylı, 31 mart 2004-cü il tarixli Qətnaməsi).
    • Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlaklara edilən əlavə tikililərlə birlikdə Behrudi Rüstəm Hidayət oğluna, mülkiyyət hüququnu təsdiq edən, MH Seriyalı, 0060531 saylı (Reyestr nömrəsi: 007011001463-05101-093002, qeydiyyat nömrəsi: 110716431), 28.02.2007-ci il tarixliyeni “Çıxarış” verilmişdir.Həmin “ÇIXARIŞ”da Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlakların 5 otaqlı, yaşayış sahəsi 147,1 kv.m olmaqla, ümumi sahəsinin 284,5 kv.m olduğu göstərilib.(bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi,qoşma-9: “ÇIXARIŞ”).
    • Behrudi Rüstəm Hidayət oğlunun “cavabdehin imtinasının əsassız hesab edilməsi və cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan mənzilin texniki pasportunun tərtib edilməsi, dövlət reyestrində cari dəyişikliklərin edilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin qoyulması”  tələbinə dair iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2011-ci il tarixli, 2in(82) -1178/2011 saylı qətnaməsi ilətəmin edilmiş,  Qətnamənin təsviri hissəsində göstərilmişdir ki, “Bakı şəhəri Nərimanaov rayon İcra Hakimiyyətinin Başçısı Həsənoğlu küçəsi, korpus-7, 12 nömrəli evin 7-8-ci mənzilinə dair RİH-nin Mənzil Məsələləri üzrə İctimai Komissiyasının 07.06.2011-ci il tarixli aktının təsdiq edilməsi, həmin mənzilin ümumi sahəsi 459 kv.m, yaşayış sahəsi 175,8 kv.m, köməkçi sahasi isə 283,2 kv. m olmaqla 6 otaqlı hesab edilməsi, vətəndaş R.H.Behrudinin adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılmasının  AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinə tövsiyə olunması barədə 16.06.2011-ci il tarixli 268 nömrəli Sərəncam vermişdir.” (bax.M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi,  qoşma-10:  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2011-ci il tarixli, 2in(82) -1178/2011 saylı qətnaməsi)
    • Yuxarıda 8-ci bənddə göstərilən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2011-ci il tarixli, 2in(82) -1178/2011 saylı qətnaməsi ilə bir daha sübut edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlakların ümumi sahəsi 2011-ci ildə 459 kv.m olub.
    • Azərbaycan Respublikası Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 268 saylı, 16.06. 2011-ci il tarixli “SƏRƏNCAM”ı ilə Nərimanov RİH-nin Mənzil Məsələləri üzrə İctimai Komissiyasının,Həsənoğlu küçəsi, korpus-7, 12 N-li evin, 7-8 mənzilinə dair, 07.06.2011-ci il tarixli, “Sözügedən mənzilin yaşayış və köməkçi sahələrinin mövcud vəziyyətdə sənədləşdirilməsinin mümkünlüyünə dair” aktı təsdiq edilmiş, “SƏRƏNCAM”ın 3-cü bəndində “vət. R.H.Behrudinin adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (ARƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyyə olunmuşdur.” Nərimanov RİH-nin Mənzil Məsələləri üzrə İctimai Komissiyasının həmin “SƏRƏNCAM”a əlavə edilmiş 07.06.2011-ci il tarixli Aktında göstərilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən daşınmaz əmlaklar 6 otaqdan ibarətdir və yaşayış sahəsi 175,8 kv.m.,köməkçi sahələri 283,2 kv. m., ümumi sahəsi 459,0 kv.m.-dir. “SƏRƏNCAM”a Mənzil Məsələləri üzrə İctimai Komissiyasının Aktı ilə birlikdə, NRİHnin memarı İ.A.İsrafilov tərfindən çəkilmiş, “Həsənoğlu küçəsi-12, korpus-7, mənzil 7-8 mövcud olan 1-ci və 2-ci mərtəblərin ESKİZləri” də əlavə olunmuşdur. (bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi, qoşma-11: Azərbaycan Respublikası Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 268 saylı, 16.06. 2011-ci il tarixli “SƏRƏNCAM”ının və “ESKİZ”lərin surətləri )
    • 6 Dekabr 2003-tarixli, 011154 saylı  Forma-2 arayışı ilə sübut edilir ki, İdiaçı (ilkin iddia üzrə cavbdeh) Məmmədova Mehbarə Əhməd qızının adına 0658 saylı şəxsi maliyyə hesabı 20 .12. 1996-cı ildən açılmaqla, o özü 21.01.1997-ci ildən  və ailə üzvləridaimi istifadə hüquqları ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında daimi qeydiyyatda olmuşlar (bax.M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi, qoşma-12: 011154 saylı Forma-2 arayışı).
    • Behrudi Rüstəm Hidayət oğlu Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında yerləşən mülklər üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək və s. hüquqları həyat keçirmək üçün, 26.02.2034-cü ilədək qüvvədə olan   26 yanvar 2009-cu il tarixli, ƏN-I seriyalı, 105063 nömrəli Etibarnamə vermişdir.(bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsiqoşma-13: Etibarnamə)
    • İddiaçılardan(ilkin iddia üzrə cavabdehlərdən) kürəkənim və qızımın adına qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, F.Ağazadə küçəsi, ev-2 ünvanında olan daşınmaz əmlakı 23 dekabr 2016-cı il tarixli AN-I seiyalı 0498643 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Seyidov Mahir Yusif oğlu adlı adama satmışdır.(bax. qoşma-14) Məhz həmin evin alqı-satqısından əldə edilən pulun və iddiaçılardan Məmmədov Qurban Cəlal oğlunun əlavə maddi dəstəyi hesabına , Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında, tam mübahisəsiz və  faktiki olaraq Q.C.Məmmədovun istifadəsində olan boş torpaq sahəsində qizim və kürəkənim üçün 4 otaqlı ev inşa edilmişdir.(bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsiqoşma-15: Foto və sair materiallar.)
    • Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında iddiaçılardan (ilkin iddia üzrə cavabdehlərdən) Q.C.Məmmədova və M.Ə.Məmmədovaya məxsus, biznes baxımından işlək halda olan 4 obyekt olmuşdur: Sahəsi 120 kv. m. Olan “Gözəllik Salonu”, Sahəsi 25-30 kv.m olan“Şirniyyat sexi”, sahəsi 30 kv.m olan “Hüquq məsləhətxanası” və sahəsi 20-24 kv. m olan “İnternet Salonu”.(bax.M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi, qoşma-16: Foto- video materiallar).
    • Cavabdehlə(ilkin iddia üzrə iddiaçı) və “Gilan Holding” Şirkətlər Qrupu ilə Məmmədov Qurban Cəlal oğlu və Məmmədova Mehbarə Əhməd qızı arasında “Mənzil alqı-satqısına və Zaminliyə dair” 17/112 saylı, 25 yanvar 2012 tarixli Müqavilə bağlanmışdır.(bax.M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi, qoşma-17: “Mənzil alqı-satqısına və Zaminliyə dair” Müqavbilənin surəti)
    • 2012-ci ilin yanvar ayında İddiaçılar (ilkin iddia üzrə cavabdehlər) cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən, həmin ünvandakı mülklər dağıdılaraq, əvvəl kirayə mənzillərə köçürüldülər, 3-4 aydan sonra isəBakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 1927-ci məhəllədə, 4/6 ünvanında yeni inşa edilən, tikintisi tamamlanmamış, cavabdehlərin artıq 5 sentyabr 2020-ci ildən vəhşicəsinə çıxarıldıqları qeyri-yaşayış sahələrinə köçürüldülər.
    • Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 1927-ci məhəllədə, 4/6 ünvanında yerləşən daşınmaz əmlaklar üzərində İddiaçıların (ilkin iddia üzrə cavabdehlərin) mülkiyyət hüquqları qeydə alınıb.
  • Məmmədov Qurban Cəlal oğlu və Məmmədova Mehbarə Əhməd qızına:

-12.02.2018-ci il tarixli, 1243502 nömrəli, Qeydiyyat nömrəsi 1118006150 (1-ci mərtəbə, sahəsi 184,1 kv.m.),

– 09.02.2018-ci il tarixli, 1241874 nömrəli, Qeydiyyat nömrəsi 1118006157 (2-ci mərtəbə, sahəsi 190,1 kv.m.),

– 27.12.2019-cu il tarixli, Qeydiyyat nömrəsi 1119128407 (4-cü mərtəbə, sahəsi 193,20 kv. m.),

  • Digər iddaçıya
    • 30.01.2020-ci il tarixli, Qeydiyyat nömrəsi 1120011040 (3-cü mərtəbə, sahəsi, 193,20 kv.m.),
      • Digər iddiaçıya
    • 29.01.2020-ci il tarixli, Qeydiyyat nömrəsi 1120011037 (5-ci mərtəbə, sahəsi 143,20 kv.m.)

“ÇIXARIŞ”lar verilib.

  • İddiaçılar (ilikin iddia üzrə cavbdehlər) Məmmədov Qurban Cəlal oğlu, Məmmədova Mehbarə Əhməd qızı  və cavabdeh (ilkin iddia üzrə iddiaçı) arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli “Mənzil alqı-satqısına və Zaminliyə dair” Müqavilənin 1-ci bəndinə əsasən, Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 1927-ci məhəllədə, 4/6 ünvanında yerləşən yeni binanın 51, 52 və 53-cü mənzilləri də iddiaçıların istifadəsinə  verilmişdi və həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən, həmin mənzillər üzərində iddiaçıların mülkiyyət hüququnu rəsmiləşdirmək cavabdehin öhdəliklərinə daxil idi. Lakin yenicə inşa edilmiş, ara divarları hörülməmiş, qara suvağı belə çəkilməmiş sahələrin yaşayış üçün yararlı hala salınması üçün təmir xərci kimi iddiaçılara verilmiş 300 000 (üç yüz min) manat yetmədiyi üçün, iddiaçılar 51 və 52-ci mənzilləri iddiaçılardan  Rəhimov Natiq Qənbər oğluna (100 000 manata) və Xammədov Azad Şahbaz oğluna (115 000 manata) satmağa məcbur oldular.(bax. M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi, qoşma-18 )
    • Ona görə də tərəflər arasında, 25 yanvar 2012-ci il tarixli “Mənzil alqı-satqısına və Zaminliyə dair” Müqaviləsinin tərkib hissəsi olan, 17 sentyabr 2012-ci il tarixli 1 və 2 nömrəli  “ƏLAVƏ”lər imzalandı və həmin “ƏLAVƏ”lərdə nəzərdə tutuldu ki, 51 və 52 saylı mənzillər cavabdeh tərəfindən birbaşa iddiaçılardan  Rəhimov Natiq Qənbər oğlu və Xammədov Azad Şahbaz oğlunun adlarına rəsmiləşdiriləcək. (bax.M.Ə.Məmmədova və digərlərinin qarşılıqlı iddiası ərizəsi,  qoşma-19: “ƏLAVƏ N-1” , “ƏLAVƏ N-2”)
    • Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 ünvanında söküntü işlərindən qabaq yaşayış və qeyri-yaşayış sahələrinin ölçmə- hesablama işləri şəxsən cavbdehin(ilkin iddia üzrə cavabdehin) özünün nümayəndələri tərəfindən  və Nərimanov Rayon İcra Hakimiyyətinin Müavini Şahmar İbadovun nəzarəti altında  aparılmışdır. Ölçmə zamanı sahənin 459.0 kv.m.-i yuxarıda, 7-10-cu bəndlərdə  qeyd edilən rəsmi sənədlərlə, qalan 241 kv. m.-i isə faktiki vəziyyətlə, yəni hüquqmüəyyənedici sənədlər olmasa da, mübahisəz  və uzun müddət iddiaçıların faktiki istifadəsində olan əlavə sahələrlə müəyyən edilmişdir.
    • Azərbaycan Respublikası Prezidentinin Fərman və göstərişlərinə, eləcə də Bakı Şəhər İcra Hakimiyətinin Sərəncamlarına əsasən,  vətəndaşlar köçürülərkən onların qanuni mülkiyyətində olan mülklərlə birlikdə onların faktiki istifadələrində və sahibliyində olan sahələrinin də əvəzi ödənməlidir.
    • Nəhayət, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7 və korpus-6 da olan digər sakinlər də eyni qaydalar, eyni prinsiplər, eyni qiymətlər və eyni hesablamalar əsasında köçürülüblər.
    • Cavabdehin (ilkin iddia üzrə iddiaçının) əsassız şikayəti əsasında iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) öz mülklərindən məhrum olmuşlar, onların mülkiyyət hüquqları pozulmuş, onlara xüsusilə külli miqdarda maddi ziyan vurulmuş və  onlara mənəvi ziyan dəymişdir.
  • Qarşılıqlı İddianın Hüquqi əsasları barədə
  • I hissəsinə  əsasən, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.”
  • Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən,

 “I. Hər kəsin mülkiyyət hüququ vardır.

II. … Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. …”

  • İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”  Konvensiyaya dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddəsinin birinci abzasına əsasən, “ Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”
  • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, “Mülkiyyəthüququ– subyektinonamənsubəmlaka (əşyaya) özistədiyikimi sahib olmaq, ondanistifadəetməkvəonadairsərəncamverməküzrədövləttərəfindəntanınanvəqorunanhüququdur.”
  • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə (Mülkiyyətin müdafiəsi) əsasən, “157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.”
    • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə (Mülkiyyətçi olmayan şəxslərin hüquqları) əsasən, “158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:

158.1.2. əmlakdan istifadə hüququ;

158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

  • Həmin Məcəllənin  421-ci maddəsinə (Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları) əsasən,

421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

  • Həmin Məcəllənin  423-cü maddəsinə (Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası) əsasən, 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

Qeyd:İddiaçılar(ilkin iddia üzrə cavabdehlər) cavabdeh “Atlant-İnşaat MMC”dən müqavilənin ləğvi barədə heç bir təklif   almayıblar.

  • Həmin Məcəllənin 424.5-cü maddəsinə(Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri) əsasən, “Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”

Qeyd: Cavabdeh “Atlant-İnşaat” MMC 25 yanvar 2012-ci il tarixli 17/112 saylı “Mənzil alqı-satqısına və zaminliyə dair” Müqaviləni əhəmiyətli dərəcədə pozmuş, özünün həmin Müqavilənin 2.1.3-cü və 3.2-ci bəndlərində  nəzərdə tutulan öhdəliklərini yerinə yetirməmiş və ilkin iddia ərizəsində etiraf etdiyi kimi, hüquq mühafizə orqanlarına əsassız olaraq şikayət verərək iddiaçıların vəhşicəsinə yaşadıqları mənzillərindən çıxarılmalarına, qanuni mülklərinin dağıdılmasına və bununla da  xüsusilə külli miqdarda maddi və mənəvi zərər çəkmələrinə səbəb olmuşdur.

  • Həmin Məcəllənin  470-ci maddəsinə (Zaminlik müqaviləsi) əsasən,

470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

  • Həmin Məcəllənin  471-ci maddəsinə (Zaminlik müqaviləsinin forması) əsasən,

Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

  • Həmin Məcəllənin  472-ci maddəsinə (Zaminin məsuliyyəti) əsasən,

472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.”

  • Həmin Məcəllənin   442-ci maddəsinə (Öhdəliyin icra edilməməsi anlayışı) əsasən,

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

  • Həmin Məcəllənin 443-cü maddəsinə (Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) əsasən,

443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.

443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.”

  • Həmin Məcəllənin 21-ci maddəsinə (Zərərin əvəzinin ödənilməsi) əsasən,

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.”

  • Həmin Məcəllənin 448-ci maddəsinə (Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti) əsasən,

“448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.”

  • Həmin Məcəllənin459-cu maddəsinə (İlkin vəziyyəti bərpa etmək vəzifəsi) əsasən,

459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

459.7. Zərərin həcmi müəyyənləşdirilərkən öhdəliyin lazımınca icrası barəsində kreditorun mənafeləri də nəzərə alınmalıdır. Zərərin həcminin müəyyənləşdirilməsi üçün müqavilənin icrası yeri və vaxtı da nəzərə alınmalıdır.

  • Həmin Məcəllənin470-ci maddəsinə (Zaminlik müqaviləsi) əsasən,

“470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.”

  • Həmin Məcəllənin 471-ci maddəsinə (Zaminlik müqaviləsinin forması) əsasən,

“Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.”

  • Həmin Məcəllənin  472-ci maddəsinə (Zaminin məsuliyyəti) əsasən,

472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.”

  • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə (Mülki hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən,  “1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

  • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-cı maddəsinə (Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən, “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.”
  • Qarşılıqlı İddianın Müqavilə əsasları barədə
  • İddiaçılardan (ilkin iddia üzrə cavabdehlərdən) Məmmədov Qurban Cəlal oğlu, Məmmədova Mehbarə Əhməd qızı, cavabdeh(ilkin iddia üzrə iddiaçı) “Atlant-İnşaat” MMC və Zamin (“Gilan Holding” şirkətlər qrupu) arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı, “Mənzil alqı-satqısına və zaminliyə dair” Müqaviləyə əsasən, cavabdeh (ilkin iddia üzrə iddiaçı) “Atlant-İnşaat” MMC:
  • Müqavilənin 1-ci, 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən, cavabdeh (ilkin iddia üzrə iddiaçı) bu Müqavilənin predmetini təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 1927-ci məhəllədə “Satıcı” (qarşılıqlı iddia üzrə cavabdeh “Atlant-İnşaat” MMC) tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın ikinci girişinin 6-cı mərtəbəsində yerləşən 51-ci, 52-ci, 53-cü mənzillərini, bunanın sağ tərəfində olan 5 mərtəbəli hissəsinin birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsini (obyektin), 3-cü, 4-cü və 5-ci mərtəbələrdə yerləşən mənzillərin bütövlükdə “alıcılar”ın (indiki qarşılıqlı iddia üzrə iddiaçıların) mülkiyyətinə verməli, həmin əmlakları “Alıcılar”ın adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində (DƏDRX) qeydiyyata aldırmalı idi.
    • Müqavilənin 2.1.3-cü bəndinə əsasən, “Müqavilənin predmeti”ni, yəni iddiaçıları veilən daşınmaz əmlakları həmin bənddə göstərilən şərtlərlə inşa etməli idi. Cavabdeh özünün həmin bəndin4-cü və 5-ci abzaslarında (- binanın xarici divarlarını nəmişliyə dözümlü müasir üzlük materialla üzləmək,- binanın giriş və pilləkan döşəmələrini “alıcılar”la razılaşdırılmış mərmərlə döşəmək,), 11-ci abzasında( binaya dünya standartlarına uyğun İtaliya istehsalı olan sərnişin və yük liftləri quraşdırmaq), 13-cü abzasında (mənzillərə və qeyri-yaşayış sahəsinə veriləcək suyun filtrlər vasitəsilə təmizlənməsini təmin etmək) göstərilən öhdəliklərini bu günədək icra etməyib.
    • Müqavilənin 2.2.1-ci bəndinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7-8 ünvanda yerləşən mənzillər və qeyri-yaşayış sahələri 2 290 000 manata (müqavilə bağlanarkən qüvvədə olan məzənnə ilə 2.935.897-iki milyon doqqu yüz otuz beş min səkkiz yüz doxsan yeddi-ABŞ dolları) qiymətləndirilmişdir. (2.2.1. Bu müqavilənin 1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsi və mənzillər üzərində “alıcılar”ın mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alındığı andan 10 (on) gün müddətində, tərəflərin qarşılıqlı razılığı ilə 2 290 000 (iki milyon iki yüz doxsan min) manat məbləğində dəyərləndirilən (320 kv.m yaşayış sahəsi x 2000 manat + 330 kv.m qeyri-yaşayış sahəsi x 5 000 manat = 2 290 000 manat) Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7/8 ünvanında yerləşən mənzilləri və qeyri-yaşayış sahələrini boşaldaraq, “satıcı”nın göstərdiyi fiziki və ya hüquqi şəxsin sərəncamına vermək və buna dair mülkiyyətçinin adından baş etibarnamə təqdim etmək,)
    • Müqavilənin 2.3 və 2.3.1-ci bəndinə əsasən,zamin-“Gilan Holding” şirkətlər qrupu, “satıcı” bu müqavilənin 2.1-ci və 3-cü bəndində göstərilən öhdəliklərini icra etməyəcəyi təqdirdə, həmin öhdəlikləri “Alıcılar”ın qarşısında tamamilə icra etməlidir”
    • Müqavilənin 3.1-ci bəndinə əsasən, “”Satıcı” bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan vəzifələrini vaxtında və layiqincə yerinə yetirmədiyi təqdirdə, gecikdirilən hər gün üçün “Alıcılar”a bu müqavilənin 2.2.1-ci bəndində göstərilən məbləğin (2 290 000 manat) 0,1 faizi həcmində, həmin məbləğin 30 faizindən artıq olmamaq şərti ilə, cərimə ödəməlidir”.
    • Müqavilənin 3.2-ci maddəsinə əsasən, ““Satıcı” 01 sentyabr 2012-ci ilədək qeyri-yaşayış sahəsini və mənzilləri qanunda nəzərdə tutulan qaydada Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyatdan keçirməklə, istismara qəbul etdirməklə və istifadəyə tam yararlı halda “Alıcılar”ın sərəncamına vermədiyi halda, bu müqavilənin 2.2-ci bəndində göstərilən – 2 290 000 (iki milyon iki yüz doxsan min) manatı 10 gün müddətində “Alıcılar”a ödəməlidir.”
    • Müqavilənin 4-cü maddəsinə əsasən, “Bu müqavilə imzalandığı andan qüvvəyə minir və “Satıcı” və “Alıcılar” öz öhdəliklərinə tam əməl edənədək qüvvədədir.”
  • Mülki Prosessual məsələlərlə bağlı iddiaçıların mövqeyi
  • Cavabdeh (ilkin iddia üzrə iddiaçı) “Atlant-İnşaat” MMC artıq “müqavilənin ləğv ediməsi barədə”  məhkəmədə iddia qaldırdığına və iş məhkəmə icraatında olduğuna görə, iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) tərəfindən,  “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası”nı nizamlayan  AR Mülki Məcəlləsinin 423-cü maddəsinin tələblərinə əməl etmək vəzifələri aradan qalxmışdır.
    • AR MPM -nin  149.2.4-cü maddəsinin (İddia ərizəsinin forması və məzmunu) tələbləri (müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi” indiki mübahisəyə tətbiq edilə bilməz.
      • Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd”-nə əsasən, “bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.”
      • MPM-nin 26.1-ci maddəsinə əsasən, “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır”.
      • Cavabdeh (ilkin iddia üzrə iddiaçı) Kommersiya Məhkəməsinə yox, Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi üçün, deməli, indiki mübahisənin kommersiya mübahisəsi olmadığını bilir və ona görə də, iddia ərizəsinə qoşduğu “pretenziya”ların prosessual əhəmiyyəti yoxdur və başa düşülən deyil.
      • “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası”nı nəzərdə tutan  MM-nin 423-cü maddəsində bununçün “pretenziya” veilməsi nəzərdə tutulmayıb.
    • MPM-nin 149.4-cü maddəsinəəsasən,“iddiaərizəsində mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.”
    • MPM-nin 51.3-cü maddəsinə (İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı ) əsasən, “başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.”
    • MPM-nin 57.1-ci maddəsinə (Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər) əsasən, “Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.”
    • MPM-nin  167.1.4-cümaddəsinə (İşin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri) əsasən, “birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir”.
  • İddiaçının vəsatətləri barədə
  • 25 yanvar 2012-ci il tarixli Müqavilədə “Zamin” kimi çıxış edən “Gilan Holding” şirkətlər qrupu birgə cavabdeh kimi işə cəlb edilsin.
    • Bakışəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi-12, korpus 7 və 6 ünvandan 2011-2012-ci illərdə cavabdeh  “Atlant-İnşaat” MMC tərəfindən köçürülmüş bütün sakinlərin haqqındakı müqavilələr, ölçmə-hesablama materialları, onlara verilmiş yeni mənzillərin rəsmiləşdirilməsinə dair sənədləşmə materialları cavabdehdən tələb edilərək işə əlavə edilsin. Bu vəsatət Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində (Bərabərlik hüququ) nəzərdə tutulmuş “I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.”

Prinsiplərinə, ilkin idia üzrə cavbdehlərdən və onların ailə üzvlərinə münasibətdə əməl edilib-edilməməsini yoxlamaq üçün qaldırılır.

  • Bakı şəhəri, Nərimanov rayonu, M. Nağıyev küçəsi 4/6, mənzil 76 və 78 ünvanında yerləşən daşınmaz əmlakların mülkiyyətçiləri, iddiaçıların (ilkin iddia üzrə cavabdehlərin) tərəfində çıxış etmək üçün üçüncü şəxs kimi işə cəlb edilsin.
  1. Yuxarıda qeyd edilənləri nəzərə alaraq,

                                                     X A H İ Ş   E D İ R Ə M :

  1. “Atlant-İnşaat” MMC-nin təmsilçisi Əmrahov Bəxtiyar Qardaşxan oğlu ilə Məmmədov Qurban Cəlal oğlu və Məmmədova Mehbarə Əhməd qızının arasında bağlanmış, 2018 və 2020 tarixli alqı-satqı müqavilələrinin,
  1. Həmin müqavilələr əsasında verilmiş;
  2. 09.02.2018-ci il tarixli 1241874 nömrəli,
  3. 12.02.2018-ci il tarixli 1243502 nömrəli,
  4. 29.01.2020-ci il tarixli 574652 nömrəli,
  5. 27.12.2019-cu il tarixli 574651 nömrəli,
  6. 30.01.2020-ci il tarixli 574655 nömrəli

“ÇIXARIŞ”ların ləğv edilməsi,

  1. Cavabdehin (ilkin iddia üzrə iddiaçı) iddiasındakı, “həmin daşınmaz əmlakların şirkətə  qaytarılması” barədə tələbinin, 5 sentyabr 2020-ci ildə cavabdehlərin(qarşılıqlı iddia üzrə iddiaçıların) həmin daşınmaz əmlaklardan vəhşicəsinə çıxarılmalarını nəzərə alaraq, rədd edilməsi,
    1. Cavabdeh “Atlant-İnşaat” MMC-dən və “Gilan Holding” şirkətlər qrupundan 2 935 897 (iki milyon, doqquz yüz otuz beş min, səkkiz yüz doxsan yeddi) ABŞ dollarının və  630 000 manatın, bərabər paylarla olmaqla  Məmmədov Qurban Cəlal oğlu və Məmmədova Mehbarə Əhməd qızına ödənilməsi,
    1. Cavabdehlər tərəfindən bu qarşlıqlı iddia ərizəsinin 10.11-ci bəndində göstərilən məbləğ iddiaçılara tam ödənənədək, icarə haqqı olaraq, iddiaçılara hər ay müvafiq olaraq 850 manat və 750 manat ödənilməsi,
    1. Cavabdehlər tərəfindən bu qarşlıqlı iddia ərizəsinin 10.11-ci bəndində göstərilən məbləğ iddiaçılara tam ödənənədək, əldən çıxmış fayda kimi, Məmmədov Qurban Cəlal oğluna və Məmmədova Mehbarə Əhməd qızına, bərabər paylarla olmaqla, hər ay 1500 manat ödənilməsi barədə qətnamə qəbul edilsin.

— Bu qarşılıqlı iddia ərizəmlə mən onların idialarını qəbul etmişəm. Deyirəm mənim əvvəlki mənzillərimi qaytarın. Yəni, 5 saylı Xəstəxananın qarşısında tikilən yeni binadan mənim 950 kv.metr mənzillərimi və obyektimi verməlidir Kəmaləddin. Dağıtdıqları indiki, bəzi gədələrin dediyi kimi, “oliqarx mülklər” mənə lazım deyil. Mən halal haqqımı tələb edirəm və ALLAH(c.c.)ın köməyi ilə Avropa Məhkəməsinin Qərarı ilə də olsa haqqımı alacağam. Nəvələrimə vurduqları mənəvi-psixoloji zərərin əvəzi isə başqa mövzudur.

 Sağlıq olsun!

Balalarım şəhiddirlər !

-Siyasi mübarizənizi necə, yenə əvvəlki kimi  davam etdirəcəksinizmi, yoxsa ailə üzvlərinizə görə mübarizənizdə yumşalmalar ola bilərmi?

– Balalarım şəhiddirlər. Onlar məni yaxşı tanıyırlar. Biz öz ailələrimizi düşünsək, Vətənimiz də, dövlətimiz də əldən gedəcək. Vətəni, dövləti  olmayanın ailəsi də olmayacaq. Biz  ailəmiz üçün Vətənimizi, dövlətimizi  qorumalıyıq. Başımız ailəmizə qarışsa, hər ikisini də itirəcəyik:dövlətimizi də, ailəmizi də.

Mən hələ mübarizəyə başlamamışam ki. İndiyə qədər etdiklərim hazırlıq prosesidir. Mübarizə qarşıdadır. Tezliklə bütün dünya görəcək. Azərbaycan dəyişəcək. Xalqımız layiq olduğu həyat tərzinə sahiblənəcək. Heç kim, ALLAH(c.c.)dan başqa heç bir qüvvə, onun bu iradəsinin, əzminin  qarşısında dura bilməz. Qələbə – doğru yolda olanlarındır. ALLAH(c.c.) niyyəti təmiz olanlarladır.

-Müsahibəyə görə təşəkkürlər və sizə uğurlar.

-Mən də sizə təşəkkür edirəm ki, bunca vaxt ayırıb məni səbrlə dinlədiniz. Oxucularınızdan isə müsahibənin belə iri həcmli alınmasına görə üzr istəyirəm, haqlarını halal etsinlər. Çox sağ olun.Hələlik. Tezliklə Vətəndə görüşmək ümidi ilə.

4 mart 2021-ci il

London-Bakı

Loading