Ey siz… İmkan verin Kəramət yaşasın! Minnət qoymayın boynuna!
və yaxud
“Kefli İsgəndər”liyi “kor(un) oğlu”ya çevirib, Sərxoş (Alkaş) İsgəndərliyə endirməyin!
istəmirdim yazam… içkili və depression dönəmdə dediklərinə görə! Özümdə də olub elə şeylər, yazmazdım da – statuslarımın skrinşotları hamıda var! Ancaq vicdan deyilən bir şey var! Vicdan və həm də ədalət!
Özünü vicdanlı və ədalətli göstərən (bəli, məhz göstərən!!!) hər bir kəsin yazdığını oxudum! Təəssüf etdim! Demirəm hamısından ağıllı və düz yazanı mən olacam indi bu az ağlımla, fəqət… ədalət istəyən adamlar vicdanlı olmadı, vicdanlı olan adamlar ədalətli olmadı!
Görünür, həm vicdanlı və həm də ədalətli adamlar qıtlığındandır ölkənin bu durumu!
Kəramət haqlıydı dediklərində? Tutulub?
Siz davam edin Kəramətlik etməyə!
Kəramət doğruydumu, vicdanlıydımı dediklərində?
Deyin onun doğru və vicdanlı dediklərini – şeir demirdi, hekayə yazmırdı, deyəsiniz ki, biz şair-yazıçı deyilik! Başlayın paylaşın onun dediklərini status kimi yazmağa! Deyin indi danışa deyə bilməyən Kəramətin əvəzinə!
Aaaa…, indi deyəksiniz, biz demişik, ondan da əvvəl və ondan da sərt! Bəs sizi niyə tutmayıblar? Əldə etmədiyiniz deməklərinizlə niyə onda sonu belə olacaq addıma dəstək verirsiniz?
Hə-ə, tutublar da, buraxıblar da, yenə deyirsiniz!
Amma ədalətli deyilsiniz və həm də vicdanlı – Kəramət tutulmadan da, buraxılmadan da dediklərini əlli dəfə dəyişib – PRİNSİPSİZLİYİNƏ GÖRƏ, amma siz dəyişməyibsiniz! Sabit olan insanlar özlərinə hörmət etməlidir! Və… döyüş yoldaşlarını, qəhrəmanı doğru seçmək lazımdır!
ƏVVƏLA…
Kəramət Böyükçöl… Heydər Əliyev müsabiqəsində Heydər Əliyevə peyğəmbər və yaxud o səviyyədə yazıb 3000 manat mükafat alıb – yaşıl işıqlar yanıb: belə cavan yaşda “belə məddahlıq və girmək istedadı”na görə BDU-nun mətbuat xidmətində kefinə düşdüyü vaxtda işə gəlib getmək lüksü ilə, Kamal Abdullanın qanadlarının altında yer edilməklə, Siyavuş Novruzovla yeyib-içməklərlə, başqa-başqa lükslarla, AYB-də prezident təqaüdü ilə… və s və i…. ən axırda Əli Kərimlini pulsuz söyməyə hazır olmağını bəyan etməklə! “Bakı sakini” olaraq!
Elə bilirdi bu höküməti hamıdan fərqli tərifləməklə, harasınasa girməklə, Anara deyəcəklər sən qocasan get, istedadlı cavan gəlib, onu qoyuruq!
Bilmirdi, deyən də yox idi, deyənə də qoz qoymurdu ki, a bala, yerlər dolub! Burda hər şey ömürlükdür – vəzifə də, yaltaqlıq da, müxalifətçilik də!
Sonra başlandı… “dəlioğlanlıq!” – Elçibəyə peyğəmbər və yaxud osəviyyədə demək mərhələsi. İndi də bu tərəf başladı qoltuğunu qarpızlamağa: Saatlıdan İmişliyə yaxındır axı!
Yenə də elə bildi, xalq Nemət Pənahlını siləcək, yığılacaq meydana, deyəcək “ağ atlı oğlan” budur, istəyirsə o(s)turaq, istəyirsə duraq, nə desə, edək!
Bu da alınmadı!
Əslində, Kəramətdə heç nə heç vaxt heç də alınmayıb – onun nəzərdə tutduğu və xəyal etdiyi kimi!
Roman yazıb – Nobel alacağını düşünüb, alınmayıb!
Evlənib – alınmayıb: elə bilib bunun aldığı qız da imam Əlinin qızı kimi olacaq!
Jurnalistlik edib – alınmayıb!
İçib – alınmayıb!
Özünü batıra-batıra gəlib!
Heydər Əliyevə peyğəmbər və yaxud o səviyyədə deyən adam Elçibəyi necə eyni şövqlə peyğəmbər və yaxud o səviyyədə deyib tərifləyə bilər ki?
Bu(nlar da) heç!
Kəraməti o hala salan… nə uşaq puludur, nə xalq, nə parlament seçkiləri, nə Mir Şahin, nə İlham Əliyev!
Kəramət mübarizəyə evindən başlamalıydı – anası Tabəs müəllim olaraq saxta seçkidə seçki qutusunun üstündən 100 dollar alıb duranda!
Kəramət mübarizəyə Siyavuş Novruzovdan, Abel Məhərrəmovdan, Kamal Abdulladan pul götürməməklə başlamalıydı!
Kəramət bu gün Mir Şahini ona görə söyür ki, özü Mir Şahin ola bilmir, bilməyəcək də – nə istedadına, nə də yüksəldiyi mərtəbəyə görə! Heç söyməyinə və söyülməyinə görə də tay olası deyil!
Kəramət heç Mir Şahinin oğlu Mirçingiz də ola biləsi deyil – yalan deyir! Kəramət özü dədəsiylə, anasıyla xəcalət çəkir, Mir Şahinin oğlu Mirçingiz yox! Kəramət özü evə getməyə utanır oğluna, qızına və ona arvad olanlara baxmağa – nə kişilik edib ki çöldə? Və… nə murdarlıqlardan keçməyib ki? Utanmadan unudursunuz e… ikinci xanımının ondan getmə səbəbindən!
Və… problem heç bunlar da deyil!
Problem bilirsinizmi nədir?
Kəramətin içməkdən, haqsızlıqdan yox, oxucularının, ona “dahi”, “dəlioğlan”, “kişisən” deyənlərin simasızlığından başı gedir!
Kəramət deyir: boşadığınız arvadlardan əl çəkin, buraxın getsin, mən iki boşadığıma deyirəm ki, ərə gedin, gəlib toyunuzda pul salacam, əlimi də vuracam sizi alan oğlanın çiyninə, deyəcəm “yeznə…”, yəni, sağlıqla işlət!
Kəramət bacısını üstünə qaytarsalar, bunu deməz bacısına, bacısını alan oğlana!
Kəramət o videoda dediyi və lağ etdiyi kimi, razı olmaz onun ata evinə qaytarılan bacısını səhər biri görüşə aparsın, axşam biri!
Və.. görür ki, onu bəyənirlər… dediyini heç biri etməyən adamlar! Onda başı gedir!
Hansı biriniz evinizə namusu-ləyaqəti tapdanmış, qızlığı istifadə olunub yanıbalalı qaytarılmış qızına “azad həyat” şansı tanıyar? Qəhbə qızı, bacını hansı biriniz həzm edər?
Vicdanlı olun! Ədalətli olun! Qəhrəman düzəltməyin!
İkincisi, atanızı söyən hansı birini bağışlayarsınız, sizə deyilsə ki, bağışlayın? – istənilən birinin atasını söyməyə fakt tapılar, başda mənim atam olmaqla!
Adam tanıyıram Kəramətə haqq qazandırır, amma atasının adını çəksən, son hərfini deməmiş… boğazını üzər!!!
Hansı birinizə oğlunuzun sizə görə utandığını deyən olsa, bağışlayarsınız? – istənilən ataya oğlunun ona görə utandığını deməyə fakt tapılar, başda mənim atam olmaqla!
Hansı birinizin üzünə nümayişkaranə tüpürülsə, bəyənərsiniz? – istənilən birinin üzünə tüpürməyə fakt tapılar, başda mən olmaqla!
Hansı birinizin bacısına-anasına qəhbə deyilsə, bağışlayarsınız? – istənilən birini söyəsi gij..dulya tapılar, başda mən olmaqla!
Onda sizə Kəramət deyəni əks cəbhədən deyən Mir Şahini və başqalarını niyə söyürsünüz ki?
Hərənin öz həqiqəti yoxmu?
Hərənin öz seçim haqqı yoxmu?
Kim sizi HAQQ TƏYİNETMƏ ETALONU seçib?
Buracan yazdıqlarımı nə etiraf edirsiniz, nə də ədalətli qərar verirsiniz, heç bilmirsiniz də Kəramət o günə niyə qalıb!
Bir neçə səbəbi dedim, ən tutarlısını və axırıncısını deyirəm:
Kəramət əslində öz naqisliyini, nakişiliyini, əclaflığını başa düşür (üç qadının həyatını murdarladığını, iki uşağını – Jasmini və Barışı qapılarda saxladığını, ata-anasını söydürdüyünü, istedadının (hərçənd mən onda istedad görmürəm) içinə sıçdığını, bütün mövqelərini əldən verdiyini nəzərə alaraq, onun vaxtilə sevdiyi-sevişdiyi qadınlarla indi ayrıları sevmirsə də, sevişmirsə də, ələ keçirmək istədiklərini düşünür, odu istəyir qoy biri tapılsın alsın, bu da arxayın olsun xoşbəxt edə bilmədiyindən, uşaqları əmin əllərdə olsun, anasının və ya atalığının nəzarətində böyüsün, qayğı görsün, narkoman, oğru olmasın, ata-anasının ümidlərinin puç olmasından, özünün ola biləcəyi yerləri kayb etməsindən əndişələnir), vicdanı onu incidir, özü üçün ən ədalətli hökmü verib: bitsin bu çilə!
Köhnə jurnalistlər yaxşı tanıyır: biri vardı, döyüşkən, milli azadlıq mübarizəsinin önündə olan, Elçibəylə, İsgəndər Həmidovla, İsa Qəmbərlə ərklə danışırdı, yazıçılığı da vardı, yaxşı da jurnalist idi, İlham Əliyevin siyasi obrazının yaradılması üçün Rza İbadovun vasitəsiylə “525-ci qəzet”ə disketdə yazı gətirmişdi, qəzetlərin satın alınmasnda iştirakçı olmuşdu!
Bir ara bir az pul-para, maşın-zad verdilər, bağ evi tikdi… sonra Rza İbadov vuruldu, pul kanalları yandı – ölənəcən içdi (cavan öldü içməkdən, xilas edə bilmədilər, Kəramət onun kimi söyür, o da yığırdı söyürdü hamısını) və elə bildi ki, o o disketdəki yazını “525-ci qəzet”ə gətirib verməsəydi, İlham Əliyev prezident olmayacaqdı! Ölənəcən özünü bağışlamırdı!
Kəramət də həmin yolu gedir!
Və Kəraməti o yola çəkənlərdən biri də… Murad Köhnəqaladı – hamıya dediyi, təhrik elədiyi kimi: “ə, kef elə, qozuna alma! S..vdirsin arvad-uşaq! Yaz, qır tabuları, totemləri! “Şey”inə də alma!”
Bunu… 2000-ci illərdə Murad başının dəstəsiylə bir dəfə eləmişdi!!!
Bir dəstə “Kəramət” yığıb başına, rumkalarını penisi ilə dezinfeksiya edib süzdüyü arağı içirtmişdi! Bu dəfə Kəramətə necə verib o rumkanı bilmirəm, amma vicdanı olan köhnə jurnalistlər 90-cı illərin ortalarından yazıçılıq-publisistlik edən “Murad Köhnəqala manerasını, tərzini” və ittiham tonunu açıq-aydın sezmiş olarlar!
Mir Şahini söyürsünüz – Mir Şahin Kəraməti xilas etmək istəyib və özünü də, balasını da bir neçə dəfə xxilas edib! Status həsr edib ona: “Kəramət dəyərdir” – siz söyəndə!
Rəşad Məcid bir neçə dəfə Kəraməti xilas edib – prezident təqaüdündən ta qonaqlıqlara və maddi yardıma qədər! Eləcə də Muradın penisindən keçmiş Qan Turalını və başqalarını da!
Aynur Camal Kəraməti xilas edib və şərəf verib!
Anlamıram Kəraməti alqışlayanları: Aynur Camalqızı 20 il qabaq yazı yzanda Kəramətə yazdırmışdı? Ya Aynurun üslubu və cəsarəti var Kəramətdə? Kimin kimə ərə getməyinə qalsa, birinci deyilən bu olacaq: kül o qadının başına ki… Qəşəmə ərə gedər, kül o qadınların başına ki… Kəramətlə yatağa uzanar!
Kişi aldığını qoruyar!
Yazıçı, jurnalist sözünü deyər, mübarizəsini aparar və qalib olar – bir xətt üzrə!
Əxlaqi dəyərləri dəyişən qəhbəylə əqidəsini, mövqeyini dəyişən qəhbənin fərqi yoxdur – bu, Kəramətlikdir, alın və tale yazısıdır!
Buraxın Kəraməti, qoy öz cəzasını çəksin və ona minnət qoymayın!
Kəramət Mir Şahin bir yana e, heç Eynulla Fətullayev savadında və istedadında deyil, onun qədər söz və xalq qarşısında xidməti də yoxdur! Mübarizəsi də ucuz və aşağı əyarlarla, miskin səviyyədə olub!
Ölümə göndərməyin onu!
Qoy öz vicdanıyla təkbətək qalsın!
Qoy ədalətli aqibətini yaşasın və çıxsın kişi kimi həyatına davam etsin!
İstedadı varsa, yazacaq! – türmədən bizdən Saday Şəkərli, Mirze Sakit kimi nəhənglər şərlənib haqsız keçiblər, türmədən Soljenitsın keçib – haqsız, türmədə Stendal yazıb dünya şöhrətli romanı! Əlisəmid Kür də həmçinin…
İnsanları şirnikləndiməyin içib söyməyin cəzasızlığına – uşaqlarınızı itirərsiniz!
İndi Kəramətin acısını hiss etmirsiniz, sadəcə… İlham Əliyevin üstünə gəlmək üçün, Mir Şahini söymək üçün tutalqa bilirsiniz – bunu Qənimət Zahid on il qabaq Eynulla vasitəsiylə edəndə, demişdim ona, çıxıb sizi söyəcək. Deyirdi ki, İlhamı yıxmaq üçün lazımdır!
Ona nə dediyimin təsdiqi ortada: Qənimət ailəlikcə, nəsillikcə, silahdaşlarıyla birgə didərgin düşüb!
Etməyin!!! Vicdanlı və ədalətli olun!
Kəramət bu dəqiqə daha əminlikdə və təhlükəsizlikdədir! Daha ədalətli və vicdanlı olmağa yaxındır!
Minnət qoymayın ona… dəstəkləməyinizlə!
p.s. bir zamanlar qızı Jasminlə şəkil paylaşırdı! İndi Jasmin xatırlanmır! Amma…
p.p.s. göstərin romanından bir fikir ki, müzakirəlik olsun – ancaq və ancaq statusları ortada cövlan edir! Siz də…
Ayıbdır! Özünüzə rəva görmədiyinizi başqalarına rəva görməyin!!!