Əlaqə vasitələri

Əli Quliyev: “ALLAH(c.c) da var, onu da yazın.”

Müxalifət bütün resursları ilə : sosial şəbəkələrdə , internet “TV”lərdə bütün cəbhə boyu Qurban Məmmədova qarşı son dərəcə murdar bir kompaniya başladıb.
Hətta və hətta iqtidarın onlara qarşı apardığı mübarizədən daha iyrənc !
Əllərində imkanları olsa , ona qarşı  iqtidarın Gəncə hadisələrində həbs olunanlara qarşı , Tərtərdəki əsgər və zabitlərə qarşı törədilən işgəncələri verməkdən belə çəkinməzlər !
Nə baş verir ?
Qurban Məmmədova atılmayan iftira , şər-böhtan qalmadı daha !
Qurban Məmmədovu DTX agenti , klan adamı , şəriət dövləti quran , müxalifəti parçalayan , rejimə işləyən satqın adlandıranlar , onu erməni adlandıranlar ( Qurgen ) siz hansı ƏXLAQIN ,hansı LƏYAQƏTİN daşıyıçılarısınız ???!!!
Azərbayçanın bu günkü rəzil vəziyyətdə , insanların həyatla ölüm arasında çarpışmasının ,haqsız- hüquqsuz kölə vəziyyətində yaşamasının səbəbkarı Qurban Məmmədovdur bəlkə ? Bəlkə Qarabağın da ermənilərə verilməsinin səbəbkarı Qurban Məmmədovdur ?
Adamın vicdanı olar axı.
Deyirsiniz ki , Heydər Əliyevi Qurban Məmmədov hakimiyyətə çagırıb. Qurban Məmmədov hakimiyyətdə təmsil olunurdu ki Heydəri hakimiyyətə çagırsın ? Axı bu necə hakimiyyətin adamı olur ki , müxalifətin bütün seqmentinə icazəli mandat verənlər ( bəziləri iki dəfə ) , öz adamlarına (Qurban Məmmədova) bir mandat da qıymadılar ,qəribədir deyilmi ? Əksinə, onu türmə ilə mükafatlandırırdılar ! Vəkilliyin əlindən alırdılar ,ən yaxın bir qohumuna dövlətdə iş də vermirdilər !
Çox dərinə getmədən ,hakimiyyətin agenti olan o adamın məhkəmə zalında Heydər Əliyevə , bu iqtidara dediyini hansı müxalifətçi və ya müxalifət lideri deyib.
Qurban Məmmədovun dəmir barmaqlıqlar arasında dediyinin mində birini deyən olubmu?!
Bu gün Qurban Məmədovun apardığı işi, ilk növbədə, qarşısına hakimiyyətə gəlməyi məqsəd qoymuş müxalifət partiyaları aparmalı idi .Onların 26 ildə apardıgı işlə Qurban Məmmədovun çəmi 1 ildə apardığı iş arasında yerlə-göy qədər fərq var !
İnsanların kütləvi oyanışı ,heydərizmin mahiyəti , xalqın təşkilatlanması və s., xoşunuz gəlməsə də onun işidir !
Ən son Gənçə hadisələrində tutdugu mövqe (indi iftira atılır ki ,guya Qurban Məmmədov adamları mitinqə çağırırdı (arxivlər qalır ,faktlar ortada ), çeçenlərlə , azərbayçanlılar arasında qarşıdurma ,Fuad Abbosuvun diaspora ilə bağlı apardığı işə dəstək , sonra onun həbsdən azad olumağına dəstək. Bütün müxalifətin bir araya gəlməsi üçün etdiyi sonsuz çağırışlar …. Sadaladığım məsələlərdə müxalifətin , bütün internet TV-lərin tutduğu mövqeni isə hamı bilir !
Sadaladığım əhəmiyyətli məsələlərdə heç bir prinsipial mövqe nümayiş etdirilməmişdir !
Mən bütün məsuliyyəti ilə deyirəm ki , 19 yanvar mitinqinin kütləvi keçirlməsinin əsl səbəblərindən bəlkə də birincisi AzerFreedom kanalında aparılan təbliğat idi (baxmayaraq ki ,Qurban Məmmədov həmin mitinqlə bağlı səhv mövqe tutdu).
Gələk bu günkü inqilab çagırışlarına !
Maraqlı budur ki ,inqilab çağırışını edən Qabil Məmmədov da , ona ilk dəstək verən Vidadi İsgəndərli də ,AXÇ və Milli Şuranın qatı tərafdarlarıdır.
Qurban Məmmədov sonra bu təşəbbüsə qoşulub və şübhəsiz ki , o radikal çağırışlara korekktələr etməli idi(zorakiliq elementləri ilə baglı olan hissəsində düzəlişlə qoşulmalıydı).
Amma bu əsas verirmi ki , bu adam linç edilsin ! Adamı az qala Vətən xaini adlandırırlar ! Çıx istənilən TV də bu adama sübut et ki , bu çür hərəkət hökümətə şans verəcək ki, baş verə biləçək hərakatın qarşısını alsın ,insanların gözün qırsın !
Qaldı hər şeyin düzünü demək lazımdır. Bu günə kimi bütün məsələlər qaranlıqda qaldığından insanlar çox məsələlərdən xəbərsizdir !
Müxalifətə inamsızlığa gələndə isə , onun səbəbi də elə müxalifətin özündədir !
Qısa keçərək onu deməliyəm ki ,min bir əzabla qurduğumuz çumhuriyyəti bir ovuç xainlərdən qoruya bilmədik ,millət sındı. 1998 də xalq Etibar Məmmədova səs verdi , səsləri qorumağa cəsarəti çatmadı( meydanda ayyaqqabısının bir tayın qoyub qaçdı).
2003-cü ildə İsa Qənbərə xalq səs verdi , qorxusundan kabinetindən (sonra da evindən ) insanların qarşısına çıxa bilmədi.
2005-çi ildə xalq “Azadlıq bloku”na səs verdi. “Qələbə meydanı”nda Əli Kərimov heç kimlə məsləhətləşmədən mitinqin dağılmaması ilə bağlı, oturaq mitinq çagırışı etdi və nəticədə mitinq amansıscasına dağıdıldı və nəticəni tələb etməyin qarşısı alındı.
Bu günkü durumda olmağımızın səbəbi bu qısa statusda son dərəçə ötəri baxışla olsa belə ,görərik ki Qurban Məmmədovun iynənin ucu boyda suçu yoxdur.
Amma bu müxalifət xalqı toparlayıb bu rejimi yıxa bilməyibsə , bu, liderlərin günahıdır. Heç zaman bir araya gələ bilməmələrindən ,hər şeyə təkbaşına sahib çıxmaq istəmələrindən doğan bir nəticədir.
Nəticə də göz qabağındadır.
Bu gün də birləşə bimirlər.
Son nəfəslərində , Azərbayçan üçün ən ağır faciələrin anım günlərində , milli bayramlarımızda ayrı-ayrılıqda öz “güclərini ” ( firqə maraqlarını ) nümayiş etdirirlərsə, bu acınanacaqlı durumumuzda , xalqımızın çəkdiyi bu dərdlər-acılar belə bunları birləşdirə bilmirsə, xalq nəyə görə bunların arxasınça getməlidir , necə ki getmir !
Bu yersiz mənəmlik iki ən böyük partiyanı: AXÇ və Müsavatı param-parça etdi !
Qurban Məmmodova qarşı yapılan son dərəçə ədalətsiz , ədəbsiz yazılar , məni Liderdə gedən “Kuklalar” , AzTVdə gedən “Qara yara ” verilişləri ağrıtdığı kimi ağrıtdı ,hətta daha çox !
Heç utanırsınızmı ?
Mən çox utanıram , həm də acıyıram sizin bu halınıza !
Biz həmişə həqiqəti deməkdən çəkinmişik ,ona görə bu gündəyik !
Həqiqəti demək isə ,nazir olmaqdan yaxşıdır !
P.S. Nobel ödüllü ,nəhəng yazıçı Markesin “Yüz ilin tənhalıgı” əsərində ,belə bir epizod var. İnsanlar yaddaşlarını itirirlər və hərə bir əşyanın adını divara ( hara mümkündürsə) yazırlar ki unutmasınlar.Kənardan biri bunu görüb adamlara qışqırır ki , Allah da var , o kəlməni də yazın !
P.P.S. Ay yaddaşsızlar, axı Allah(c.c) da var! Heç olmasa onu unutmayın !

Loading