FATİHƏMƏƏSSALAVAT: Qurban Məmmədov – Əli Kəirimli 3-0
və yaxud
Cəmil Həsənli nəvələrinə, İbrahim İbrahimli şagirdlərinə nağıl danışırmış kimi…
“Siyasət mümkün olanı əldə etmək bacarığıdır”
Vladimir İliç Lenin (Ulyanov) 20-ci əsrin əvvəli.
“Əli Kərimli və Qənimət Zahid siyasi fəxri xiyabanda ikinci qəbristanlıq açmış killerlərdir”
Aydın Canıyev, 21-ci əsrin əvvəli, Nahid Cəfərovun siyasi müxalifətə keçdiyi dönəmdə ona verdiyi məsləhət-yazıdan.
REMARKA: Bu yazı indi oxunmaq üçün deyil, gələn il bugünkü gündə oxuna bilər!
Azərbaycanda hər şey baş-ayaqdır, ona görə də “ayaq”dan başlayıram ki, “orta”ya qalxıb, başa gəlim: Qənimət Zahidin təşkil etdiyi “Sözarası” canlı yayımında özünə hörmət edən azərbaycanlı tamaşaçı… hörmətsizlik gördü!
STOP! – həyəcanlanmayın və əlinizin içində olan söyüşləri doldurmayın şərh yerinə.
Futbolda iki komandanın birinə bəlli vaxtda təyin edilən oyuna gəlmədiyi təqdirdə “texniki məğlubiyyət” verilir. Adətən, hesab 3-0 qeyd olunur!
Bir gün əvvəl Qurban Məmmədovun siyasi debatdan çox, “vorovskoy razborka”ya oxşayan, adına “strelka” deyilən mərasimə Əli Kərimlinin, Cəmil Həsənlinin və İbrahim İbrahimlinin Vidadi Mirkamalla “neyavka”sı yuxarıdakı hökmü verməyə və başlığa əsas verir.
Adamlar “tet-a-tet” gəlib bütün ittihamları və yanlışlıqları aydınlaşdırmaqdansa, siyasi debat və polemika mədəniyyəti nümayiş etdirməkdənsə, bir-birlərinə yerini göstərib, məqsədlərini açıqlamaqdansa, “poloskat” eləməyə üstünlük verdilər. “Olsun” demirəm, amma həm də… baxdım. Maraqlıydı bu “at” gedişi.
SÖZARASI: Mən özümü iqtidar trolları kimi aparıb, Qənimət Zahidin jurnalistliyini şübhə altına almadan deyirəm: Bizim sevimli “Ərhun Saday”ımız iki siyasi personanı danışdıran profi aparıcı, moderator yox, kukla teatrının aktyoru kimi apardı özünü. Mənim üçün çox acı bir hal idi rəğbət, sevgi bəslədiyim iki siyasi personanı bu halda görmək. Əslində, fb-də səhifəsi ələ keçiriləndən sonra adını belə yanlış qeyd etməyə məhkum olan Ganimat Zayidova təşəkkürlər düşür. İkisinin də, – əməlli-başlı təlim-məşqdən sonra onun ixtiyarına vermiş “rejissor”un sayəsində, – tam mahiyyətini açdı: Cəmil Həsənli nəvələrinə, İbrahim İbrahimli Zeynəddin kəndində dərs dediyi şagirdlərə nağıl danışırmış görkəmində üzə çıxdılar! Və… tam fiasko! İkisinə də “qırmızı kart” göstərib “meydança”dan qovmağa “hakim”in – xalqın tam haqqı var!
Mən, qısaca olaraq, bir cümlə ilə əsaslandırıb yazını bitirə bilərdim. Amma ömrümün çox qiymətli 2 saat 39 dəqiqə 51 saniyəsini bu axşam, bütövlükdə isə 25 ilini alıb puça çıxarmaqlarının “qisas” əvəzi olaraq, elə oxumağına 2 saat 39 dəqiqə 51 saniyə, xatırlanmağına 25 il gərəkəcək yazını yazıram. “Kimdi sənin yazdığını oxuyan” dediyiniz anda son cümləmi təsdiq eləmiş olarsınız!
FİLMOTEKAYA EKSKURS:
Stiven Spilberqin baş rolda oynadığı bir film var, adı yadımda qalmayıb, amma ideyasını önəmli saymasam da, dialoqu dəqiq xatırlayıram: iki düşüncənin – Qərb qüdrəti ilə Şərq fəlsəfəsinin üz-üzə gəldiyi məqamda guya da ki, “Spilberq” qalib gəlir və sonda “qlavar”ı sığındığı qalada yaxalayır. Təbii ki, “Spilberq” “çıxdığı yerəcən qovduğu” lideri divara qısnayır və ona monoloq söyləyir:
– Sən bilə-bilə ki, üstümə 100 nəfər də göndərsən öldürərəm, düşünmədən göndərdin. Onların hər biri sənin uğrunda ölümə hazır olan insanlar idi. Onlardan cəmi bircə nəfər mənim tərəfimdə olsaydı, mən sənin kimi yüzünə qalib gələrdim!
Ziqiymət ömrümün 4 saat 38 dəqiqə 28 saniyəsini Qurban Məmmədovu dinləməyə sərf edəndə mən bunu hiss etdim. Adam birbaşa haray salırdı, yaxa cırırdı, saç yolurdu, göz yaşı tökürdü, yalvarırdı, əvvəl abırla, sonra hörmətlə, axırda həyasızcasına əlaman-əlatəş edirdi ki, ay millət, ay xalq, ay “narod”, ayıl, Əli Kərimli nəinki ona xəyanət edənləri, hətta onun uğrunda ölümə getməyə belə hazır olanları güdaza verir! Və… tələb edirdi ki, gəlin, üz-üzə sübut edək “kto yest XU?” Həqiqət, yarımhəqiqət, yalan, böhtan, nə vardısa selbələyirdi e birbaşa yayımdan ki, gəlin də gəlin, gəlin sübut edin agentəm, mən də sübut edim ki, Əli Kərimlinin tərəfdarlarını, müavinlərini, hətta qadın üzvlərini şərləyib həbs etməyi özünə sığışdıran rejim… Əli Kərimlini həbs etmir, şərləyə “bilmir”! Ayıl da, ayıl! Ayıl və klassik cəbhəçi olaraq klassik müsavatçı ilə birləş, yeri bu hakimiyyətin üstünə!
Əli Kərimli gəlmir, zəngə cavab vermir, Cəmil Həsənli gəlmir, zəngə cavab vermir, İbrahim İbrahimli gəlmir, zəngə cavab vermir, Vidadi Mirkamal gəlmir, zəngə cavab vermir.
“Adamlar” özlərini İlham Əliyev kimi aparır – özlərinin “Xalq qəzeti”, “Azərbaycan” qəzetinin, özlərinin “Azərtac”, özlərinin Az.TV və özlərinin “xarici media” müxbirlərinə danışırlar!
Üstəlik də… tələb olunan suala KONKRET, QISA-LAKONİK, TUTARLI cavab vermirlər. Köhnə palan içi eşirlər, bolşevik təfəkkürü ilə hökm verirlər, YAP yetkililəri kimi aşağılayırlar, “sifət” göstərirlər.
Qənimət Zahid kimi jurnalist soruşmalıydı və tələb etməliydi: İbrahim İbrahimli, Cəmil Həsənli, Qurban Məmmədov sizi “razborka”ya çağırırdı və tələb edirdi ki, şəriət dövləti yaratmaq təklifini-istəyini-iddiasını haçan, harda deyib, agent saymısınızmı, sayıbsınızsa, konkret fakt qoyun ortaya!
Zırt sənə!!! Qənimət ay belə sərtlik nümayiş etdirdi ha! Eynən Qənimət özü və tərəfdarları Mir Şahini hansı pozada və hansı sualları verməkdə ittiham edirlərsə, özü də elə öz “prezident”inin evində oturub ona tamaşa edən baxışları altında elə aparırdı efirdə!
İbrahim İbrahimli Qurban Məmmədovu keçmişinə, hansısa yazılarına, şəxsi münasibətlərdəki çatlara, kimlərəsə hansı münasibət bəslədiyinə görə ittihamda buluna-buluna gəlirdi! Bununla da Heydər Əliyevsayağı reaksiyadan başqa bir şey doğurmurdu:
– Hhı, hhı, İbrahim İbrahimli, sən Zeynəddin kəndində aşırma şalvarda gəzəndə… biz o yazıları oxumuşduq!
Və gözləyirdim İbrahim İbrahimli konkret tarix, əlində yazı sübut etsin! Və biz Qurban Məmmədovdan xilas olaq, ona deyək ki, get o yanda oyna.
Kifayət qədər intellektual, savadlı, mübariz bir insan olan İbrahim İbrahimli üçün vicdan və situasiyaya görə lətifə kimi olay:
… Bayaq söhbət edirik, söz müəllimin dərsə hazırlaşmasının vacibliyindən düşdü, bir yoldaş qayıtdı ki, bəs həmkarlarımızdan biri dərsə hazırlıqsız gedib – 3-cü sinifdə dərsdə imiş! Proqrama baxıb ki, mövzu “Qazanın ölümü”dür. Deyib, nə yaxşı, bu mövzunu bilirəm, başlayıb Dədə Qorquddan, canım sənə desin, Bamsı Beyrəkdən, Qan Turalıdan, Alp Aruzdan, gəlib çıxıb Qaraca Çoban, Burla Xatun, Qazan xanın üstünə. Baxıb ki, uşaqlar buna bir qəribə-qəribə baxır. Şübhələnib, dərsliyə baxıb ki, söhbət Molla Nəsrəddin lətifəsi olan “Qazanın ölümü”ndən gedirmiş (fb dostum Sərvət Ağayevin səhifəsindən, 9 февраля в 20:59)
“Qazanın ölümü”nü “qızıl kimi xırdalamasına” baxmayaraq, İbrahim İbrahimliyə hörmətimdən yana, candərdi, dözə-dözə baxdım və məlum oldu ki, adam “adam” saymadığı Qurban Məmmədovu dinləyib. Dinləyib və dəvətini boş verib – mədəni desək, yumşaq desək. Niyə də boş verməsin, Əli bəyin canı sağ olsun, sabah təlimat da verər, Qənimətə göstəriş də, çıxar MƏSLƏHƏT olanı deyər, lazım olanı yox!
Növbədə olan Cəmil Həsənli telefonun “v rejime ojidanii” funksiyasında: konspekti təkrarlamaqdadır. Hər icazəli mitinqin sonunda Əli Kərimlinin ayırdığı 5, uzağı 10 dəqiqəlik limit həcmində çıxış edən Cəmil Həsənliyə bu qədər uzun vaxt ayrılmağı təəccüb doğurmasın. Bəri başdan deyim ki, elə bil, biri bu ikisinin, bu ikisi də bir-birinin ağzına tüpürmüşdü. İkisi də eyni havadaydı: adama təzək atanda yapışmasa da, izi qalır. “Rejissor” zalım balasının da yadına bir bu məsəl düşüb, deyəsən, bir də “milçək bir şey deyil…” atalar məsəli. Ağlınamı gəlməyib, yadınamı düşməyib, ya üzü olmayıb Zamin Hacıya zəng eləməyə ki, qədeş, bir vaxtlar içinə baxıb köşə yazdığın “Atalar məsəli” kitabına bax, gör Qurbanı “dəfn etməyə” orda yararlı hansı atalar sözü var? “Skoree vseqo”, üzü gəlməyib: yazısından imza topladığı adamın qələmhaqqını verməyən qəzetin rəhbəri nə qədər olmasa da, alacağı cavabı ehtimal edib!
Və… Cəmil Həsənlinin də “Heyvagülü” “oynamağını”, etiraf edirəm, həvəslə dinlədim: nə qədər olmasa da, adam universitet müəllimidir, yalan danışanda nə olar ki, gör neçə ilin lektorudur, auditoriya ələ almağı bacarır! Tarixdən, tarixin tədrisindən nəyisə öyrənməsə də, bunu öyrənib – yalançı tarixin tədrisindən öz həyat tarixində.
PAUZA: O “qırmızı kart” dedim ha, bax, Cəmil müəllim Həsənliyə bir neçə məqama görə düşür.
Tez-tez Qurban Məmmədovun bostanına daş atırdı ki, oturubsan Londonda, bizə ağıl verirsən. Qənimət də verirdi peysərə. Heç olmasa, qaş-gözlə, ayrı işarəylə başa sala bilmirdisə də, gərək mesaj atardı. Ki, ay ağsaqqal, a kişi, ay Qurban deyən, mən Meysəridə oturmamışam e, Parisdəyəm, özü də Azərbaycandan qaçıb mübarizə aparmağın bünövrəsini mən qoymuşam qohumumuz Aqil Xəlillə. Qurbandan qabaq mən qaçmışam, qardaşım qaçıb, başlamışıq İlham Əliyevi söyməyə. Qurban Məmmədov, qardaşı Sərdar Məmmədov bizdən qabaq şərlənib tutulub, Sərdarın uşağına məktəbdə bizim uşaqlardan qabaq təzyiq olub. Həciliyə qalsa, Qurbana ünvanladığın sual – niyə Nəcəfül-Əşrəfə, Quma, Kərbəlaya getmədin mənə də aiddir. Mən hacı ola-ola Parisə gəlmişəmsə, o niyə Londona getməsin ki?
İndi Cəmil müəllim qoca kişidi, Qurban üçün ittiham kimi deyir, amma daha çox özünə aiddi: o qədər kitab oxuyub, qatıb-qarışdırır yaddaş “plata”sı, bilmir mühazirə oxuyur, mübarizə aparır, mübahisə edir, yoxsa nə…
“Qırmızı kart”ın birincisi buna görə.
İkincisi, keçmişlə təhdid eləmək o qədər də yaxşı əlamət deyil, hətta adam olan kəs bunu eləməz. Çünki Qurban Məmmədov nə qədər murdarlıq eləsə də, Cəmil Həsənliyə çatmaz keçmişiylə. Əvvəla, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində qəbul imtahanlarında azərbaycanca fərli-başlı bilməyən erməni Mariya Gevorkova azərbaycanlı tələbələrə hətta 5 yazmaq üçün vuruşanda, Cəmil Həsənli heç 4 yazmaq cəsarətində olmayıb! İlham Əliyevi, Vasif Talıbovu tərifləməyə, dəstəyə qalanda, Cəmil Həsənli hamıdan əvvəl və mükəmməl şəkildə onların babalarını mədh edib!
Üçüncü qırmızı vərəqə isə “xanım” dediyi Gültəkinə görədir. A kişi, MTN-də dövlətçiliklə bağlı iltizam verən, ən uzağı, bu hakimiyyətlə əməkdaşlığı Namiq Abbasov, Mədət Quliyev səviyyəsində olan Qurban Məmmədov hökümətə onun böyüklərini söyə-söyə işləyirsə, Gültəkin Hacıbəyli niyə işləmiş, işləməkdə olmasın ki?
Nə təhər tarixçisən ki, eramızdan əvvəl Yunanıstanda küçə tamaşalarındakı aktrisaların qastrol səfərlərində çıxdığı oyunları bilirsən, 18-ci əsrdə II Yekaterinanın öz sarayında nə oyunlardan çıxdığını bilirsən, burdan bura Gültəkin Hacıbəylinin Avropa səfərləri haqqında heç nə bilmirsən, heç kim sənə heç nə demir? Niyə birdən-birə İlham Əliyevin vəkili kənara atıldı, bilmirsən? Gülər Əhmədovayla davasından xəbərin yoxdu? Gülərin Gültəkini baqaja qoyduğunu bilmirsən, amma Qurbanın Pənahın dal… otağına “juçok” qoyduğunu deyirlər sənə, bunları demirlər?
Mədət Quliyevlə görüşməyi də “qəhbə qaxıncı”na döndərməyin. Qənimət Zahid İran “Ettelaat”ının generalıyla görüşüb, Rusiya FSB-sinin generalının hədəfində olub. Necə olur ki, Qənimət İran, Rusiya, Azərbaycan generallarını barmağına dolayır, amma Qurban Məmmədov dolaya bilmir? Xədicə İsmayıldan soruşun, Eynulla necə vahiməylə bəyan etmişdi ki, biz Qənimətlə belə razılaşmamışdıq! Qənimət və Eynulla Mədət Quliyevlə nəyi razılaşdırmışdılar ki, Eynulla elə həyəcanlanmışdı, özünə kontrolu itirib belə demişdi, Qənimət nəyə əməl etməmişdi türmədən çıxandan sonra? Arqumentdirmi bu ki, Mədət Quliyev Qurbanı həbs ediləcəyindən xəbərdar edib? Azmı olub, Prezident Aparatı, DİN, Baş prokurorluq, MTN səviyyəsində Əli Kərimli, “Azadlıq” qəzetinin əməkdaşları təxribat olacağı barədə əvvəlcədən məlumatlandırılıblar? Yoxsa, qəzetinizdə yalandan yazırdınız ki, “etibarlı mənbə bizə bildirdi ki, yaxın günlərdə… olacaq”? Azmı olub ki, Qənimət Zahid, onun baş redaktoru olduğu qəzet MTN-ə, DİN-ə, PA-ya redaksiyaya göndərilən kompromat dolu yazıları göndəriblər ki, baxın, biz “dövlətçilik” naminə bu yazıları verməkdən imtina edirik? Elə həmin Qənimət Zahidovla Siyavuş Novruzov tonlarla pivə içib – Siyavuş Novruzov heç qohumu olduğu Qurban Məmmədovla o qədər çay içməyib! O pivələr içiləndə də o qədər məlumatlar ötürülüb ki!!!
“Qırmızı kart”ın dahasına ehtiyac varmı?
Yoxdur, amma sonuncusu bu:
Siz tarixçisiniz, əziz və sayğıdəyər Cəmil müəllim. Özü də yaxşı tarixçilərdənsiniz, amma yaxşı siyasətçi ola bilmək şansınız yoxdur. Siz öz üstünüzə ağır olduğu qədər də şərəfi ləkələyən bir missiya götürübsünüz. Əli Kərimlinin “siyasi ayağı” olaraq. Siz otağına qapanıb qalmış siyasi meyit üçün “ayaq” rolundasınız. Kimi “təpikləmək” istəyir, sizinlə vurur! Onu yeridirsiniz ölü nöqtədən. Mənə ayıb olar ki, Sizə deyim, izah edimmi?
Amma az ağlımla başa düşürəm ki, belədir.
Tarixçi olaraq, uzaq keçmişi bilməsəniz də, yaxın keçmişi bilməliydiniz. O yaxın keçmişi ki…
Siz nə Fazil Qəzənfəroğlu, nə də Qüdrət Həsənquliyev kimi Əli Kərimlini tanıya bilməzsiniz, doğma ola bilməzsiniz! Siz Mirmahmud Mirəlioğlundan ötə Elçibəy və onun ideyalarına sadiq ola bilməzsiniz. Siz Qulamhüseyn Əlibəyli qədər saf müəllim ola bilməzsiniz! Siz Asim Mollazadə qədər “xitroumnıy”, İsa Qəmbər qədər dərrakəli və uzaqgörən ola bilməzsiniz! Tərk etdilərmi kapitanı Əli Kərimli olan “gəmi”ni – blokları da, partiyanı da, tədbirləri də? “Səbəbkar” Qurban Məmmədov idimi həbsdə ola-ola?
Mən sizi Etibar Məmmədov qədər vicdanlı olmağa səsləyirəm! İndi guya da aşırmaq istədiyiniz rejimə dəstək missiyasını bitirəndən sonra, kişi oğlu kimi gedib oturub evində. Heydər Əliyevlə bir meydanda oynayan Etibar Məmmədov onun oğlu da olsa belə, İlham Əliyevlə oynamadı. Amma Əli Kərimli “gəl, İlhamla hakimiyyəti bölüş, 20 nazirlik sənin olsun, əl-ələ verin işləyin” deyən Heydər Əliyevə “yox” cavabı verən Əli Kərimli ABŞ Dövlət Departamentinin müşavirinin müşaviri səviyyəsində təhlükəsizlik təminatı alaraq, hələ də ümid edir ki, yaşı imkan verir və o prezident olacaq. Oynamağını davam etdirir. “Sekınd hənd”lərlə. Partiya rəhbərliyi cavanlaşdıqca, qurbanların sayı da artır və etiraz edən QURBAN(məmmədov)lar çox olacaq bundan sonra.
25 ildir Əli Kərimli mübarizənin m-sından belə uzaqdır – bütün oynamaqlarına baxmayaraq, qəbul edirəm ki, legitimlik qazandırdığı rejimə etiraz haqqı da var, əlbəttə ki. “Əvvəl “uşaq” olub, səhv edib, indi silahı qoyub, keçib bu tərəfə” – görürəm kinodan sitat gətirməyi xoşlayırsınız, odur ki, elə kino misalı gətirdim. Amma o şərtlə ki, bu haqqın məhz onun monopoliyasında olduğu höt-hötünü kənara qoysun, münsiflik iddiasını kənara qoysun – Gültəkini müxalifətçi sayıb, Qurbanı “kitayski” adıyla çıxdaş etmək doğru deyil. Sizin ağlınıza və təfəkkürünüzə, mühakimə qabiliyyətinizə qalsaydı, gərək Elçibəy də Nəcəf Nəcəfovu yaxın buraxmayaydı!
Əli Kərimli, mənim nəzərimdə, mübarizə aparmır, mırt tutur – İlham Əliyev öz məmurlarından biri kimi onunla mırtlaşdığı sayaq!
Əli Kərimli sərgilədiyi bu davranışla heç bir halda mənim prezidentim ola bilməz – “mənim” deyəndə, doğru başa düşün: hər bir azərbaycanlının!
Əli Kərimli kimliyini dəqiq bildiyi Eldəniz Quliyevi məclisin yuxarı başında əyləşdirir, Mehdibəy Səfərovlara sayğı nümayiş etdirir, Gültəkini tribunaya çıxarır, evinə getdiyi, evinə gətirdiyi, çayxanalarda, kafelərdə, restoranlarda konspirativ görüşlər keçirdiyi Qurban Məmmədovu “rasxod”a verir.
Sizə nəinki “qırmız kart”, hətta qulaq dibi qızardan şapalaq da azdı – özünüzün bu etirafınızdan sonra: nə təhər tarixçisən, a kişi, bilmirdin Qurban Məmmədov kimdir? Niyə soxuşdururdun koordinasiya mərkəzinə? Niyə bizə “paz” edirdin? İndi neyləyək, Elçibəy deyir, aldandım Heydər Əliyevə, Fazil Qəzənfəroğlu deyir, uşaq olmuşam, bilməmişəm, “konstruktivləşmək” lazımdır, sən deyirsən, mənim günahımdır. Hərəniz durub bir səhv edəcəksiniz, ömrümüzü İlham Əliyev və dəstəsi iqtidardı deyə çürüdür, siz də yetməyən bəsirətinizlə müxalifətsiniz deyə bitirəcəksiniz? Axı sizin dalınızca sizin üçün ölümə belə hazır olan oğlanlar gəlir! Axı o oğlanların bircəsi ayrısının yanında olsa, yüz dəfə hakimiyyət dəyişərlər!
Yox idi aprelə qədər Qurban Məmmədov! Niyə qalib gələ bilmirdiniz? Neyləmişdi Milli Şura? Neyləyək, götürək arxivləri vecsizliyinizin cildinəmi çevirək? Hansı üzlə deyirsiniz ki, Qurban Məmmədov işlərimizi pozur? Əgər bir tək Qurban Məmmədov işinizi, planlarınızı pozmaq qədərincədirsə, bəs bu xalq niyə sizə etibar etsin? PKK-kürd yaraqlılarının Gədəbəydə, Daşkəsəndə, Göygöldə, Bakıda konspirativ mənzillərdə yerləşdirilməsi barədə xalq içində gəzən şayiədən sonra kim inanacaq sizə ki, siz bu qədər resursu olan hakimiyyətə demokratik yolla qalib gələcəksiniz? Hansıdır o yol? Seçkilər? 50 dəfə keçirilib. Nə qırmızı-qırmızı yalan danışırsınız, Əli Kərimlinin timsalında? “Sizi qələbəyə mən aparacam, qansız, burnunuz da qanamayacaq, aparmasam namərdəm”. Deyəkmi, aparmayanın da…
İsa Qəmbər də deyirdi “Qələbə”yəcən siz gəlin, ordan sizi qələbəyəcən mən aparacam – doldu türmələr!
25 il keçib. Daha nə qədər vaxt istəyirsiniz, cənab tarixçi professor? Sonuncu icazəsiz mitinqin tarixi belə tarixə qovuşub. Tarixçi olaraq hələ də dərk etməyibsiniz, öyrənməyibsiniz ki, İlham Əliyev hakimiyyətdən qan üstündə gedəcək, əgər də getdirə bilən olsa!? Nə təhər tarixçisiniz ki, burdan-bura Putin namizədliyini prezidentliyə verəndə, Qriqori Yavlinskinin dediyini kafana vurmursan? Soruşdular ki, kim prezident olacaq, birbaşa yayımdan çatdırdı xalqa: “hələ elə bir hakmiyyət olmayıb ki, qələbəni rəqibinə versin!”
Nə qədər sizə qulaq asıb deyəcəyik: “mühazirə” oxumayın? – (mənə leksiya oxuma!)
Mən sevinirdim siz indi varlığı-yoxluğu bilinməyən Milli Şuraya gələndə. Bilirsiniz niyə?
Əli Kərimli bütün bu illər ərzində atdığı addımlarla, etdiyi çıxışlarla nümayiş etdirib ki, tarix fənnindən “tapış”la qiymət alıb, onun tarixdən xəbəri yoxdur, varsa da, nəticə çıxarıb qərar vermək ağlı yoxdur. Siyasətdə də yerini özü qazanmayıb, Əliyevlər verib – partiyanı Əbülfəz bəy Əliyev, müxalifətdəki yerini də cənab Əliyev – yoldaş Heydər Əliyeviç, bir az abırlı yer idi, İlham Əliyev ona da layiq görmədi, aşağıladı, aşağıladı, gətirdi lap “aşağı”ya. Əksi olsaydı, indi Spilberqin dediyi kimiydi.
Amma siz… siz axı yaxşı tarixçisiniz, nə qədər sizə hirsli olsam da, etiraf edirəm, nəzəriyyəni bilirsiniz, heç olmasa.
Mən sevinirdim ki, siz müxalifət üçün – Milli Şura tərkibində – hakimiyyəti yaxın 10 ildə ələ almağın və əldə saxlamağın yolları taktikasını, strategiyasını hazırlayarsınız! Çünki 25 ildə kiflənmiş siyasi meyitlər anlamaq istəmirdi (elə indi də istəmirlər) 21-ci əsrdə totalitar rejimlərin dəyişilməsi monoton deyil və köhnə təcrübə işə yaramır – hakimiyyət dəyişikliyi də arvad, maşın, qərargah dəyişmək deyil ki, qaydaları əbədi olsun! Orijinal metodlar olmalıdır. Bir neçə ölkənin timsalında bu baş verdi. İlham Əliyev deyəndə ki, “ərəb baharı” yel olub da Azərbaycandan keçə bilməz, anlamalıydınız ki, seçki və allı-güllü rəngli inqilablar yaramaz. Buraxmaq lazım idi İlham Əliyevi gündəlik tənqiddən. Razılaşmaq lazım idi onun 10 il prezident olmasıyla və 10 il üçün taktiki və strateji proqram işlənməliydi.
Siz neylədiniz, müxalifət neylədi? Qurban vardı onda? Qurban mane oldu sizə türmədə ola-ola? Hardaydı onda Mədət Quliyev?
15 milyard il yaşı olan bəşəriyyətin 80 milyon illik insanlıq tarixində baş verən hakimiyyət dəyişikliklərinin heç biri Azərbaycan üçün yaramır! Azərbaycan, sözün tam mənasında, analoqsuz vəziyyətdədir! Anlamırsınız?
Siz bunu etməliydiniz, amma çıxıb “dedim-dedi” janrında ritorika sərgiləyirsiniz. A kişi, ay ağsaqqal, siz necə vahid namizədsiniz ki, sizi tənqid edən vətəndaşa ironiya ilə “adam deyil”, “çamur çəlləyi” təşbehləri kəşf edirsiniz? Nə fərqiniz var bunu deməyib sərgiləyən İlham Əliyevdən? Siz də, İbrahim İbrahimli də nə təhər müəllimsiniz ki, bu qədər aqressiv cavab qazandınız buraxdığınız quşlarla? Siz hansı məntiqlə, hansı təfəkkürlə Əli Kərimlini mənə, Qənimət Zahidin təbirincə desək, “ictimaiyyətin sadəlövh nümayəndəsi”nə prezidentliyə ən layiqli namizəd kimi soxuşdurmağı rəva gördünüz? Özünə pasport ala bilməyən bir adam mənə ölkəmi alacaq, mənə torpaqmı qaytaracaq? Əvvəldə dedim, Əli Kərimli tarix fənnindən qiyməti “tapış”la alıb, siz heç olmasa ona başa salardınız, başa sala bilməsəniz də öyrədərdiniz ki, əgər sən bu xalqı xilas edib, özün də prezident olmaq istəyirsənsə, ölkədən çıxmağı bacar, şarldÖqollfason “Milli Müqavimət Hərəkatı” yarat, dünyanı qaldır ayağa. Bu gün tez olsa da, sabah gecdir – üzünüz heç qırışmadı deyəndə ki, 12 ildir pasportu yoxdur!? Ay kişi, ay tarixçi, axı siz tarixçisiniz, bilirsiniz ki, bu xalqın adəti olub, hər kəsə adı igidliyinə görə veriblər. Günü bu gün də Şəkidə adama ayama qoşurlar. Özünə pasport ala bilməyən mənə ölkəmi alacaq, mənə admı qoruyacaq? “Başbiletsiz Əli”mi deyək, düşünsün, həllini tapsın “pasport postulatı”nın?
Özü də bilirsinizmi, əzizim Cəmil kişi, Əli Kərimli hakimiyyətə gəlmək şansını haçan itirdi? Xanımının adı parlamentdə çəkiləndə! Mütləq və mütləq kimsə çıxıb Əhəd Abıyevi öldürməliydi! Siz Heydər Əliyevdən heç nə öyrənməyibsiniz, bunu sizə deyən Aydın Canıyevi də ona sevgidə suçlamayın, deməyin də ki, Qurban da belə deyir – mən 20 ildir bu ifadəni yazıram.
Cənab və əlahəzrət tarixçi, yadınıza salın 90-cı illərin əvvəllərindəki Ayaz Mütəllibov parlamentini. Hardadı Heydər Əliyevin xanımının adını dilinə gətirənlərin özləri və … torpaqları? Və o ittihamdan nə qədər sonra hakimiyyəti ələ keçirdi Heydər Əliyev? Kimin əliylə və necə? Hansı durumda və hansı situasiyada?
Dünən xanımının adı dilinə gətirilən Əli Kərimli bu gün qapısına lax yumurta atılmasını haqq edir. Az camaata keçmişini qaxınc edin. Az yalan danışın! Az monopolistlik edin! Parlamentdə oturanda siz seçilmiş olurdunuz, buraxılmayanda saxtakarlıq?
Unutmayın və bunu başqalarının bilməməyi ayıb olmasa da, siz bilmirsinizsə, ayıb olar. Mən, sadəcə, xatırladıram. İndi dünyada üç cür hakimiyyət dəyişikliyi var: bəşəri, sivil – demokratik ölkələrdə seçkilər yoluyla, “orden”lərin inqilab ixracıyla – 20-ci əsrin 21-ci əsrdə də təkrarlanan Rusiya, Kuba variantının Lviya versiyası.
Böyük Oktyar Sosialist İnqilabı baş verəndə Rusiya Avropanın qabaqcıl iqtisadiyyatına malik ölkəsi idi. Kuba da həmçinin – dünyada bir çox paramertlər üzrə 1-7-ci yerləri tuturdu. Dünən-srağagün aşırılan Müəmmər Qəddafi də az qala kommunizm yaratmışdı. Suriya fəlakətə sürüklənib, İraq da həmçinin. Tələdə İrandır.
Üçüncü variant… Siz tarixçi alim olaraq, bunları nəzərə alıb, Azərbaycan üçün SPESİFİK variant işləməliydiniz. Amma və lakin…
Çox böyük təəssüf hissi ilə bitirmək istəyirəm yazını və tarix üçün yazdığımın fərqinə vararaq, əlavə edirəm: bu cür müxalifətçilik sonucda Azərbaycanı müstəmləkə boyunduruğuna salacaq. Düzdür, atributlarımızla müstəqil olaraq qalacağıq görüntüdə, amma idarəetmə bizə mənsub olmayacaq. Siz bunu bilməlisiniz, təcili olaraq da, içində qorxu olan xalqa anlatmalısınız: Elçibəy vətəndaş müharibəsinə getmədi, amma əvəzində Azərbaycan türmələri zıphazıpla doldu, ölənlərin sayı da qat-qat çox oldu ola biləcəyindən.
Azərbaycan xalqı bilməlidir və əmin olmalıdır ki, hakimiyyət dəyişikliyi torpaqların daha bir hissəsinin itirilməsi ilə nəticələnməyəcək. Azərbaycanda Allahşükür Paşazadə dini münaqişə yaranmasının qarşısını almaq gücündə olacaq, Rusiya, İran, İngiltərə, ABŞ kəşfiyyat qurumlarının törətdiyi təxribatlar – terror aktları önlənəcək, milli zəmində yeni münaqişə ocaqları yaranmayacaq, ölkənin talanmış sərvətləri geri qaytarıla bilinməsə də, bundan sonra talana, yalana, korrupsiyaya imkan verilməyəcək. Ölkə öz yolunu gedəcək – nə Türkiyə, nə İran, nə Rusiya təsir gücünə malik olmayacaq. Bu təminatlar olmadan, nə xalq ayağa duracaq, nə də siz bizim hər birimizin prezidentimiz olacaq adamlar olacaqsınız! Çünki sizə tale etibar etmək olmaz! Çünki siz qansız hakimiyyət dəyişikliyi modelini təklif etməmisiniz 25 ilə qansız hakimiyyəti verməyəcək iqtidara qarşı!
p.s. Yazının əvvəlində yazdığım kimi, münasibətimi bir cümlə ilə də bitirə bilərdim: Cəmil Həsənli, İbrahim İbrahimli, Qurban Məmmədov agentdirmi, şəriət dövləti yaratmağı şərt kimi irəli sürübmü hansısa müzakirə zamanı? Əgər təsdiq edirsinizsə, niyə onun efirinə çıxmadınız? Ya da onun tələb və təklif etdiyi kimi, onu efirinizə çağırmadınız? Bunu sübut etmək, sübut etmədən söyləmək, ümumiyyətlə, Qurban Məmmədovu zərərsizləşdirmək hakimiyyət dəyişikliyini təmin edirmi, edirsə, nə qədər vaxta? Deyin, Qurban Məmmədov sussun və dəyişin hakimiyyəti!
İstəməyənin də, dəyişməyənin də, yoldan çəkilməyənin də, vaxtı təyin etməyənin də…. !!!
Siz yaxşı oyunçusunuz, cənablar, amma oynamağa sizə mane olan şey… çox yekədir.
Nahid Cəfərov adlı bir gənc özünü hövlnak ortaya atıb, ideya “kaçat”layanda, bir yazı yazmışdım və əvvəlindən məğlubiyyətini bəyan etmişdim. Tökülüşdülər üstümə, o cümlədən də Qurban Məmmədov. O yazıda belə bir fikir vardı ki, ay Nahid, sən müxalifətçilik eləmək istəyirsənsə elə, amma Əli Kərimli ilə Qənimət Zahidi hədəf götürməyin sənin məğlubiyyətindir. Çünki Əli Kərimli ilə Qənimət Zahid siyasi Fəxri Xiyaban açıblar, orada artıq birincisi dolub, indi də keçiblər ikincisinə. Mən elə bilirdim mənim yazılarımdakı həqiqəti anlayanların içində ən birincilərindən biri də Qurban bəydir. Belə başa düşürəm və şahid oluram ki, Qurban Məmmədov ya elə çox hirslənib yadında qalmayıb, ya da elə vecinə almayıb.
Nəticə göz qabağındadır!
SÖZARASI: Əzizim Qurban bəy! Heydər Əliyevə heç oğlu İlham Əliyev Əli Kərimli qədər rəhmət oxutdura bilməz! Çünki Heydər Əliyev onun adını yazıda yaxşılığa çəkmiş adamı belə əlində imkan olanda tam mükafatlandırırdı, yalnız onun etimadını doğrultmayanları cəzalandırırdı və bir daha bağışlamırdı! Əli Kərimli “Əli Kərimlini qoruyaq” deyənləri, heç bir imkanı olmadığı halda, özünə ayaqaltı etməkdən xoşlanır. Və Heydər Əliyevdən də bir addım qabağa gedib – Səyyad Ağbabalı, Hacıbala Abutalıbovdan da çox-çox mükəmməl bir piarmen tapıb. Qənimət Zahid! Heydər Əliyevin Əli Kərimlidən bir üstünlüyü odur ki, ətrafındakıların həyatında ən ali adam olub, Qənimət Zahiddə isə bu boyda talantın qarşılığında Əli Kərimli ancaq ləkə sayıla bilər! İstənilən halda… seçim onundur!
Tarix mənim yazdıqlarımı təsdiqləyəcək, bu tarix professoru da dediklərimin həqiqət olduğunu görməyəcək! Çünki bunlar hələ İlham Əliyevi tanımırlar: bir də gördün açdı arxivləri. Onda da Ramiz Rövşən deyən olacaq. Onu da mən görməyəcəm. Hökümətə işləyən bu müxalifət həm də biz onların sirlərini faş etdikcə, bizi nişan verir: ya türməyə saldırıb öldürürlər, ya da elə özümüz ölürük!
Bizim yasımıza tarix oturub… baxacaq, ağlayacaq, ağlayacaq, ağlayacaq!
p.p.s. iki seansın nəticəsi olaraq, mən Qurban Məmmədovu dinləməyə davam etdim. Edəcəm. Söyüş söymədən, təhqir olmadan hər kəs mövqeyini bildirə bilər, o mənada ki, kim Əli Kərimlini seçir, kim Qurban Məmmədovu. Özümə də maraqlıdır…
p.p.p.s. Səhv etmirəmsə, Milli Şura haqqında ilk etiraz bildirənlərdən biri və birincisi jurnalistikamızın ən ləyaqətli imzalarından, ən mərd mübarizlərindən, ən amansız həqiqətpərəstlərindən Xaliq Bahadır olub. Cəmil Həsənli, İbrahim İbrahimli, Əli Kərimli, o… kimə işləyir, kimin adamıdı, nə öhdəlik götürüb? Məntiqinizə sizin… Mədət Quliyevin Qurban Məmmədova verdiyini zənn etdiyiniz pulla alınan quzu kəsim!
p.p.p.p.s. Hələ yazacaqdım e – müxalifətin bloklar, qruplar, koalisiyalar halında birləşərkən Əli Kərimlinin “dvijeniya”larından. Adam Elçibəyin yıxılmasını təmin edən Etibar Məmmədova dəstək olmağa, seçiciləri ona səs verməyə çağırırdı, indi durub tərəfdarları Qurban Məmmədovu Elçibəy hakimiyyətinə qarşı oyun oynamaqda ittiham edir. Ciddi şəkildə tələb edirəm: məni Qurban Məmmədova vəkillikdə ittihama cəhd etməyin. Sadəcə, iki çıxışı izləyib, “sadəlövh tamaşaçı” qismində jurnalist mövqeyimi bildirmişəm!
Sübut edəydilər… mən nə onların nəvələri yaşdayam, nə də şagirdləri. Özümə hörmət etmədim baxdım, nağıl danışdılar! Əlahəzrət fakt istəyirdim. Bunlar Qurban Məmmədovun “fatihə”sinə “yasin” oxutdurdular!