Aydın Canıyev: Sevinc Osmanqızı İsgəndər Həmidovu efirinə çağırıb!.. Xub…

Amerikadan “müasir dəyərlər və mübarizə metodları” ixracıyla məşğul olduğunu SƏRgiləyİR. Özü də görüntüdə pis SƏRgİLəMİR. Mən mümkün qədər baxmamağa, izləməməyə çalışıram bu xanımın SƏRgİLəMƏYİNƏ. Amma və lakin… Sərdar Əlibəylinin çıxışına baxdım. Sonra İsgəndər bəylə müsahibəsinə. Düşündüm ki, münasibət bildirmək lazımdır. Ən azından, hər iki formasiyada həm dədəsi, həm özü, həm bacısı mətbəə görən, mətbuat görən adam belə aparmamalıdır – nə özünü, nə verilişini! İlk olaraq: Sevinc Osmanqızı suallarıyla TƏRƏF kimi çıxış etməməliydi – bu hər sualın hər TƏRƏFİNDƏN görünürdü: altından, üstündən, anfasdan, profildən, interyerdən, eksteryerdən və hətta sualların əynindəki paltardan – çılpaq suallar təsiri bağışlayan suallar… həm də kiminsə dərzi əlləriylə biçilmiş kimiydi! İsgəndər bəy demədi, çünki doğrudan da belə deyil, amma mən deyirəm: bəli, hesab edək bu təşkilat alternativ yaradılıb, belə ƏƏƏCCCCCƏBBBBB edilib AXCP-yə, Müsavata, ReAL-a alternativ yaradılıb! Neçə ildi bu “aparıcı müxalifət” bu hakimiyyətin əlinə oynayır? Yoxsa bu xalqı minmək iqtidarın, aldatmaq da (bir az yumşaq desək, uduzmaqla ümidlərini puça çıxarmaq) “aparıcı müxalifət”in lideri Əli Kərimlinin monopoliyasındadır? Bunu 30 il sözlə rəqs edən, sözlə oynayan, sözü yeri gələndə təpəqapaz edən biri kimi deyirəm. Elə ilk sualdanca HARADAN VƏ NECƏ hücum olacağını bilən İsgəndər bəy KOMANDA VERMƏLİYDİ Sevinc xanıma. Ki… get “SEV, İNCƏ-incə” “incə və lüt sualları”nı Sənə ver(dir)ən adamı, ƏGƏR məni AXH lideri kimi görmürsənsə! Birincisi, Sevinc Osmanqızı unutmuş kimiydi bu ölkədə general-leytenant və daxili işlər naziri olmuş istiqlalçı deputatla danışdığını, fərqində olmalıydı! İkinci: nəzərə almalıydı – HƏTTA İsgəndər Həmidov jurnalisti və jurnalistləri döymüşdüsə də belə, bu faktlar onu İlham Əliyevə qarşı çıxmaq haqqından məhrum etmir! Eləcə də Nemət Pənahlını, eləcə də İqbal Ağazadəni, eləcə də Rəsul Quliyevi, eləcə də Pənah Hüseyni, eləcə də Rəhim Qazıyevi, eləcə də özündən sayını düzəltdiyi 25 partiya təmsilçilərini – KİMLİYİNDƏN ASILI OLMAYARAQ! Üçüncüsü, İsgəndər Həmidov bu torpaqlar uğrunda vuruşub – ailəsiylə, dostlarıyla, cibinin puluyla, amma Sevinc Osmanqızının tərəfində durduqları və həm də İlham Əliyev dövlətin puluyla belə bu torpaqları İsgəndər Həmidov və Həmidovlar ailəsi, onların dostları və yerliləri qədər qoruya bilməyib! Üçüncüsü, ABŞ-a və Amerika qitəsinə gedib çıxmaqla deyil ki! Gərək o Amerikadan boylana da biləsən… Kubaya – əgər dədən sənə tarixdən qiyməti həm orta məktəbdə, həm də universitetdə “tapış”la yazdırıbsa da: Kubada inqilabı 19 nəfərlə elə yanvar ayında Fidel bir gecədə etdi! Hərçənd Kuba indiki Azərbaycandan 100 dəfə yaxşı yyaşayırdı! Azərbaycanda hakimiyyətə Heydər Əliyev 91 nəfərin imzasıyla qayıtdı! Dördüncüsü, “niyə indi” sualını verdirən adam və verən jurnalist niyə unudur ki, mübarizə dünən də olub, bu gün də! 1998-ci ildə Etibar Məmmədov qalib gəlmişdi, 2003-cü ildə İsa Qəmbər! Anam-bacım, atam-qardaşım, yoxdular da ortada – nə Etibar Məmmədov, nə İsa Qəmbər, nə də Əli Kərimli! Uduzdular! İndi İsgəndər Həmidov ortaya mövqe qoyur – bu o deməkdirmi Əli Kərimliyə qarşıdır? Bu o deməkdirmi İsa Qəmbərə qarşıdır? Anam-bacım, atam-qardaşım, Əli Kərimli uddu, İsgəndər Həmidov qoymadı bu illər ərzində? İsa Qəmbər uddu, İsgəndər Həmidov qoymadı? Hansında İsgəndər Həmidov çıxdı tribunaya, getdi Milli Məclisə durdu İlham Əliyevin tərəfində Əli Kərimli kimi? Mandatdan imtina edən Mirmahmud Mirəlioğlu deyil? Mandatı alınıb türməyə salınan İqbal Ağazadə deyil? Bu təfəkkürlə və təqdimatla neyləməliyik? Sən öz kanalınla, Əli Kərimli öz dəstəsyilə qalib gələcəksinizsə, götürün məsuliyyəti boynunuza, bəyan edin konkret tarixi… alqışlayaq, dəstək olaq! Bəsdir artıq “-acaq, -əcək” şəkilçiləri ilə danışmaq! Neçə ildi Əli Kərimli vuruşur hökümətlə? Biz niyə soruşmuruq niyə qalib gəlmirsən? Sov.İKP tarixindən sən də, təbliğatçısına çevrildiyin Əli Kərimli də imtahan veribsiniz. Bir pasportu özünə ala bilməyən adamdan soruşun: bu iqtidarın əlindən hakimiyyəti necə alacaqsan – de mexanizmini! Ötən bu illər ərzində ölkəni gizli yolla tərk edib xaricdən dəstək aldığı qüvvələrlə hakimiyyəti ələ ala bilməzdimi? Şarl dÖ Qoll nümunəsini göstərə bilməzdimi? Banqladeş istiqlal hərəkatından ibrət ala bilməzdimi özü və partiyası? Bənəzir Bhutto uğurlarını təkrarlaya bilməzdimi? Mixail Saakaşvili furorunu yarada bilməzdimi? Bircə dəfə də soruşa bilməzdinmi, ay Əli Kərimli, axı nə vaxtacan bu sıravi cəbhəçiləri “rasxod”a verəcəksən, tərəfdarlarını qurban verməklə dividend qazanacaqsan? Bu suallar veriləsi suallar deyil – çünki iqtidarın lehinə işləyir! Eyni mövqeni də İsgəndər Həmidova qarşı sərgiləmək doğru deyil! Nə oldu, son mitinq tutalqa olur, amma ona qədərki mitinqlər yox? Alınanda “xalq dəstəkləyir”, alınmayanda “rejim imkan vermir”? Bəsdirin bayağı və çeynənmiş məntiq soxuşdurmaq! Hansı məntiqlə xalqa yol, istiqamət göstərirsiniz – əgər niyyətiniz budursa? Hansı mövqedəsiniz – jurnalistika, yoxsa hakimiyyətlə mübarizə? Sualınıza İsgəndər bəyin əvəzinə cavab verirəm: Cahangir ƏSİLDAR oğlu döyülməliydi! Çünki dədəsi Azərbaycan DİN-in rəsmisi idi və doğru olmayan faktları ötürürdü oğlunun işlədiyi qəzetə – Azərbaycanını sevimli “Ayna”sına. Mən şahidəm İsgəndər Həmidovun dördüncü mərtəbədəki redaksiyaya gəlməyinə. Bəli, insident olub. Əsildar Hüseynov işdən çıxmaq istəmirdi, şantaja keçmişdi! Doğrudur, mən yazı da yazdım şahidi olduğum o olaydan: “ÇMO”, amma Mehman Cavadoğlu qoymadı, sonradan “Xalq qəzeti”ndə yüksək vəzifə alan bir həmkarımız istədi ki, o yazını onların onda “müxalifətçi” qəzetində verim, vermədim – amma axı klassik anlamda döyülmək olmayıb, bir iki şapalaqdan başqa. Ki, bu nə yalandır soxuşdurursan. Yəni, Bahəddin Həzi kimi döyülmək olmayıb. Nə olar ki? Adam döyülər də, barışar da! (Sadəcə, Cahangir Hüseynovun barışmağa zamanı olmadı. Həm də dədəsindən gedirdi söhbət!) İndi bu hakimiyyətin ən sevimli imzasıdır Bahəddin Həzi. Torpaqlarını ermənidə saxlayan hakimiyyəti ən çox sevən də indi Bahəddin Həzidir. Əgər keçmişə qalsa, onda niyə Heydər Əliyevi dəvət edəndə arqument tapmırdınız ki, ölkədə “propiska” olub. Şəxsən sənin dədən də rəsmi təbliğatçılarından! İndi neyləyək, səni linç edək ki, dədən həm Heydər Əliyevin təbliğatçısı olub, həm də Ayaz Mütəllibovun mətbu sözçüsü olub? Bu təfəkkürlə onda kimi və haçanacan gözləyək? Bu təfəkkürlə onda niyə sual verməyəsən ki, Əli Kərimli, sən bu hakimiyyətin legitimləşdirilməsi üçün o parlamentdə oturdun, niyə istifadə müddətin bitəndə səsini qaldırdın? Nə oldu, parlamentə düşəndə “xalq seçirdi” səni, düşməyəndə “səsin oğurlanırdı?” SON SÖZ ƏVƏZİ: Əli Kərimlinin ən qatı təbliğatçılarından, hətta əleyhdarlarım demişkən, bəy tərifi yazanlarından olmuşam- hətta qonorar almadan belə, qrantdan söhbət gedə bilməz! Amma nəzərə almaq lazımdır – biz qələbəni özümüz dadmaq istəyirik, özümüzə təsəlli vermirik: vuruşduq ki, nümunə olaq, balalarımız qələbə qazanacaq! p.s. kimliyindən asılı olmayaraq, hər kəsin müxalif mövqeyini bildirmək haqqı var. Əgər bu bolşevik təfəkkürü sürdürüləcəksə “aparıcı müxalifət” liderləri və trolları tərəfindən, onda bu hakimiyyətlə əməkdaşlıq etmiş hər kəsi rədd edin sıralarınızdan! p.p.s. daha çox cəbhəçiləri görürəm Sevinc Osmanqızının öz verilişində İsgəndər Həmidov üzərində “qələbəsi”ni bayram etməyi. Adamın ürəyi ağrıyır ?

 1,259 dəfə ümumi oxunub,  4 dəfəsi bu günə aiddir.