Əlaqə vasitələri

Aydın Canıyev: “Əli Həsənova halaldır…”

Müxalifətin “zirvə toplantısı” dəyirmi masasında iştirak etdim – müstəqil jurnalist kimi.
Tədbirdən ayrıca yazmaq qəsdim var, amma bu an demək istədiyim ayrı bir məqamdır: bu gün, daha doğrusu, tədbir başlamamışdan 12 saat qabaqdan Əli Kərimli dəstəsinin nümayəndələri İlham Əliyevə və Əli Həsənova ən yaxın, ən sadiq, bu iqtidarın ən fədakar qarantları, silahdaşları kimi çıxış etdilər bu fb-də status, canlı yayımlarda şərh yazarkən!
Bu günə qədər mən anamın dayımın birinə “sənə arvad haramdır” dediyi kimi fikirləşirdim ki, Əli Həsənova ictimai-siyasi şöbənin müdirliyi haramdır – düzdür, heç vaxt rəsmən və ünvanlı şəkildə bu adam haqqında heç nə yazmamışam, problemin personası onu saymamışam, amma indi deyirəm:
– Əli Həsənova halaldır!
Birincisi, ona görə ki, həmişə fikirləşirdim ki, görəsən, cənab prezident onu niyə ora təyin edib, niyə ona maaş verdirir, niyə ona bu boyda şərait yaradır, hansı ki, bu adam Əli Kərimlini və onun üç-beş sadiq adamını əbədi susdura bilmirsə, silə bilmirsə, susdurub silə biləcəyi halda? Nə var ki, Əli Kərimlini və dəstəsinin tumunu kompromatsız belə mat qoymağa – istər şah qarşısında, istər rus leksikonuyla, istərsə də digər parametrlər üzrə! Hətta zənnə qapılırdım ki, yəqin ki, Əli Kərimli də haçansa Əli Həsənovu bütün parametrlər üzrə MAT qoyası kompoMATları olduğunu bəyan edib. Amma və lakin bu gün əmin oldum ki, Əli Həsənovun dövlət xadimi (məhz dövlət xadimi! dəyərli şəxsiyyət, görkəmli tarixçi, möhtəşəm insan demirəm ha!) olduğu üzə çıxdı!
Əgər bu gün və həm də dünəndən, eləcə də sabah Əli Həsənovun trolları bu “Zirvə” toplantısını hədəfə alsaydı, iştirakçıları aşağılasaydılar, təbii ki, heç bir effekt olmazdı – nə kütlədə, nə də xalqda. Amma İlham Əliyev üçün gərəkən dəstək Əli Kərimlinin dəstəsindən gəldi!
Bu məhz və məhz Əli Həsənovun xidmətiydi – Əli Kərimlini və dəstəsini bəsləməyi hesabına!
Mən vicdanımla üz-üzə qalanda özüm özümə dedim ki, bağışla, Əli müəllim, bağışla, doğrudan da siyasət üçün böyük baş lazımdır, özü də çox böyük baş. Məndə olmadığından münasibətim qeyri-adekvat olub sizə! Siz bir daha sübut etdiniz ki, iqtidardakı Əlinin müxalifətdəki “dvoynik”i də Əlidir. Kİ var, familiyanını önəmi yox! Xalqa münasibətdə ki, davranış eynidir! Odur ki, əsas addır, ad – əməlin də, adamın da!
Məni bu qədər əsəbi edən ikinci bir məqam isə o idi ki, müxalifətin zirvə toplantısına qatılanları ucdantutma satılmış adlandıranların… Əli Kərimli AXC-sindən və Müsavatdan başqa bir kimsənin müxalifliyinin bihudə olmasını fb vasitəsiylə beyinlərə sırıma bəyanatları idi!
Bu bəyanatlar da məndə Rauf Arifoğluna, İsa Qəmbərə, Əli Kərimliyə, Qənimət Zahidə eynilə Əli Həsənova qarşı düşündüyümü təkrarlatdı: sizə müxalifət adına göstərilən etimad haramdır, dayımın birinə arvad haram olduğu kimi!
Uzun deməyəcəm, qısacası bu: bəyanatlar səslənirdi ki, AXC-siz, Müsavatsız boş şeydir, mübarizə bizə məxsusdur. Biz vuruşmuşuq bu iqqtidarla.
Əgər vaxtında Rauf Arifoğlu və İsa Qəmbər Əli Kərimliyə və Qənimət Zahidə “vuruşub nə əldə etmisiniz” sualını verib, üstündə də əldə etdiklərini və qazanclarını ortaya qoyub, Əli Kərimlini, Qənimət Zahidi nokauta salsaydılar, 2003-cü ildə tək və şəriksiz qalib olmazdı İlham Əliyev!
… Əgər vaxtında Əli Kərimli və Qənimət Zahid İsa Qəmbəri və Rauf Arifoğlunu “vuruşub nə əldə etmisiniz” sualını verib, üstündə də əldə etdiklərini və qazanclarını ortaya qoyub, Rauf Arifoğlunu və İsa Qəmbəri nokauta salsaydı, İlham Əliyev daha 10 il hakimiyyətdə qalmazdı!
… Deməyiblər, mən deyirəm: Müsavat vuruşub iki (doğrusunu özləri bilir) mandat alıb bu hakimiyyətdən, üstündən də beş ev, üç ad, əvəzində Rauf Arifoğlunu ən murdar şəkildə ləkələyib! Aynur Camalqızının diliylə İsa Qəmbərin üzünə tüpürtdürüb!
… AXC vuruşub üç ev alıb, 8 mandat alıb, iki ad alıb, əvəzində Qənimət Zahid, Azər Əhmədov ən murdar şəkildə ləkələnib, Əli Kərimli ən şərəfsiz şəkildə təhqir etdirilib, ən ləyaqətsiz formada küçəyə atılıb qərargahından.
Hər ikisi vuruşub aldıqlarının əvəzini, bədəlini ödəyiblər – bu hakimiyyət oynamağı və oynatmağı, üstəlik də qaydaları pozanı cəzalandırmağı bacarır! Nə dəxli var ki, “kişi kimi mübarizə aparın” deyir, amma biz deyirik kişilik belə olmur. Belə kişiliyi elə belə vuruşanlara qarşı edirlər!
Bu hakimiyyət onu və xalqı aldadanları bağışlamır. 1995-də, 1998-də və 2003-də xalqı aldadanları bu hakimiyyət bağışlamadı və bununla da öz ömrünü uzatdı!
Mən ona görə bunları yazmırdım ki, mənim İlham Əliyevin hakimiyyətinin dəstəklənməsinə yardımçı olmaq fikrim yox idi, yoxdur, olmayıb, olmayacaq! Ancaq indi ona görə dedim ki, “Zirvə toplantısı” alındı və möhtəşəm alındı. Davamı gəlsə, 21 partiya həyatı və rejimi dəyişəcək, AXC və Müsavatı, eləcə də bu hərəkata qoşulmayanları isə xalq və tarix atacaq zibilliyə, yox, alınmasa, iqtidar növbəti dəfə diktatlıq edib, tam sərbəst meydanı ələ alacaq, meydanda AXC və Müsavat qalacaq. REAL olan da budur!
Təəssüflərim sonsuzdur: Əli Həsənov haqqında düşüncələrim tamamilə darmadağın oldu, AXC və Müsavat haqqında isə daşlaşdı!
Belə olmaması dəqiqdir, ancaq təəssüf ki, belə də davam edəcək.
Heç kim də sual vermir ki, o 21 partiya təmsilçisinə “satılmışlar” deyirsiniz ha, nədə və harda, haçan və necə satılıblar, bilirdinizsə, indiyəcən niyə dinmirdiniz, dinirsinizsə, kimə xidmət edirsiniz? Axı bir vaxtlar legitim olmayan hakimiyyətin parlamentini öz iştirakıyla legitimləşdirən Əli Kərimli üçün “rusa satılmayıb, ingilisə satılmayıb” deyirdiniz…
İlham Əliyevdən gələn Gültəkin mübariz olur, vuruşan olur, İlham Əliyevin dədəsinin türməyə saldığı, özünün türmədən buraxdığı satılmış?
Yazın adlarını kim nə vaxt, kimə satılıb…
Yazmırsınızsa, oynayırsınızsa, haça-paça oynamayın!
… Son 15 ildə ilk dəfəydi ciddi niyyətlərin bəyanatına şahid oldum. Bugünkü dəyirmi masada səslənən fikirlərin heç biri son 15 ildə nə “Azadlıq”da səslənib, nə də “Yeni Müsavat”da – eləcə də onların rəhbərlərinin dilindən…
Xalqın şeyiylə oynamayın!
Buyurun, vuruşmağınızın nəticələrini ortaya qoyun!
Sizin vuruşmağınızın yeganə “uğuru”nu özüm deyim: hər il sadə və fədakar insanlarımızın 100-150-si həbsə alınır… AXC və Müsavata görə!
p.s. bu günlərdə birinin dolayısıyla Əli Həsənova dəstək olan statusunu oxudum, guya adamı qorumaq lazımdı, vurulsa, hakimiyyət əldən gedəcək, mən olsaydım Əli Həsənovun yerinə, ona nəinki jurnalistlər binasında ev, hətta Qubada 15 hektarlıq ərazisi olan ayrıca villa da bağışlayardım, hələ bir müxalifətin mübarizəsini, xüsusilə də Əli Həsənovun səlahiyyətlərdən məhrum edilməsini “tutarlı” şəkildə sıfıra vurduğuna görə vertolyot da alıb verərdim naxçıvanlıların pulu hesabına ki, havaya qalxıb, “voobşşe” peşova getsin etirazçıların üstünə!
p.p.s. son variant budur – hərf səhvləri düzəldilib!

Loading