Birinci yazımızda sözümüzü inanmaq ilə bitirmişdik.
Uğura gedən yolun ən birinci və vacib şərti inanmaqdan keçir.Bir yola kor-koranə çıxmaq yolun sonunun uğursuz və hətta faciə ilə bitəcəyinin anonsudur.Buna hec kimin şübhəsi ola bilməz.
1-ci yazıda qeyd etdiyim “Necə oldu ki,futboldan əlini üzmüş insanlar stadion və televizor qarşısında həyəcanla oyunları izləməyə başladılar?” fikrini izah eləməyə çalişacam.
Qurban Qurbanov komandanın sükanı arxasına keçəndən bəri, gördüyü ilk işlərdən biri komandada ciddi nizam-intizam yaratması oldu.
Daha sonra, komandasini inandirmağı bacardı kı, qarşısındakı rəqiblər də onlar kimi insandırlar və heç bir fövqəl gücə malık deyillər. Sadəcə, verilən tapşırıqları düzgün icra eləməknən istənilən nəticəyə nail olmaq olar. Komandada nizam intizam və başq məşqciyə oyuncuların inanması, ugurların əsasını qoydu.
İndi Ana müxalifət adlı komandanin baş məşqcisi və oyuncularının əhval ruhiyyəsinə nəzər salaq.
“Ana muxalifət” komandasında nizam intizam Qarabag klubundaki qədərdirmi? “Ana müxalifət” komandasının oyuncuları öz baş məşqcilərinə inanırlarmı?
Bəli, Əli Kərimli Ana Müxalifət komandası olaraq, bu gün nizam-intizamlı komanda yarada bilib, bəzi istisnalarin olmasi təbiidir.
Bəs, ikinci faktor necə, o da varmı?
Yəni komandanın oyuncuları Əli bəyə inanırmı ?
Cavab: “əlbəttə kı inanir. Canlarını qurban verecək qədər inanırlar.”
Oyundan qabaq, oyun sonrasi ciddi cəzalanacaqlarını, sağlamlıqlarından məhrum olacaqlarını anlaya-anlaya, meydana qorxmadan, cəkinmədən daxil olub mübarizə aparırlar.
Bəs, “Qarabağ”la “Ana müxalifət” komandasının fərqi nədir ?
Fərq: niyyət və istəkdədir.
Qurban Qurbanovun ilk istəyi: Azərbaycanın daxili çempionatında nisbətən zəif komandalarla mübarizə apararaq həm təcrübə, həm də uğur qazanmaq idisə, “Ana Müxalifət” adlı komandanın istəyi tamam başqadır.
Qurban bəy başa düşürdü ki, uğur qazanmaq ücün nisbətən zəif komandalarla oynamaq lazımdir. Azərbaycan çempionu olandan sonra “Avroliqa” və yaxud “Çempionlar liqası”nda uğur qazanmaq olar. “Avroliqa”ya gedən yolu bildiyi üçün və son mənzilə gedib çatmaği bacardığı üçün Qurban Qurbanov bu gun Azərbaycanda ən cox sevilən insanlardan biridir. Futbol aləmində isə birincidir.
Həm özü, həm də komandası bütün Azərbaycanı bir bayraq və bir şüar altında birləşdirə bilib.
Bəs, “Ana Müxalifət” komandası niyə “Avroliqa” və ya “Çempionlar liqası”na vəsiqə qazana bilmir?
Çünki “Ana müxalifət” komandasi birbaşa “Çempionlar liqası”nin finalında oynamaq istəyir, kubok qazanıb adlarını tarixə yazmağa çalışırlar.
Ancaq bir şeyi unudurlar: “Çempionlar liqası”nın kubokunda oynamaq uçun finala qədər nisbətən zəif komandaları məğlub etmək lazımdır.
Amma 25 ildir ki, “Ana Müxalifət” komandası hay-haray salıb ki: “bizi “Real Madrid”lə final oyununa çıxardın, biz “Real Madrid”ə başa salacağıq ki, futbolu necə oynamaq lazimdir. Onlar düzgün taktikayla oynamırlar, şərəfsizliklə məşğuldurlar, oyunların alqı-satqısında iştirak edirlər” və s və ilaxır.
Amma 2003-cü ilin oktyabr ayında “Azərbaycankeşlər” sizi finala da çıxartdı, hətta rəqib komandanın qapısına cərimə (penalti) də təyin etdi.
Amma heç biriniz o penalı (cəriməni) nəinki vura bilmədi, heç vurmaq da istəmədi.
Ona görə də sizin finala çıxmaq şansınızın üstündən birdəfəlik xətt çəkildi.
Bu gün Qurban bəyin uğurlarının arxasındakı sirr: qələbəni — komandasının, məğlubiyyəti isə–öz ayağına yazmasıdır.
Komanda qələbə çalandan sora dediyi ilk söz bu olub ki, “uşaqları təbrik edirəm,əziyyət çəkdilər, qələbə qazandılar.”
Məğlub olanda isə, komandanı oyuna yaxşı hazırlaşdıra bilməməyinə görə, bütün məsuliyyəti öz üzərinə götürüb, növbəti oyunlarda, buraxdıqları səhvlər üzərində işləyəcəklərinə söz verib.
“Ana müxalifət” komandası isə, bu vaxta qədər bir dənə də olsun uğur qazanmayıb.
İddia elədikləri kimi, uğurlari “komandalarının movcud olması, adlarının silinib getməməsi” olub.
Məğlubiyyətlərində isə günahkar həmişə azerkeşlər olub.
Gah yagiş yagıb, gah hava isti olub, gah yollar baglı olub deyə, azərbaycankeşlər gələ bilməyiblər oyuna. Azərbaycankeşlər gəlsəymiş, qələbə qazanacaqlarmış. Bütün gunah XALQDADIR–məzlum azərbaycankeşlərdədir.
10 il ərzində milyonların sevimli komandasına çevrilmiş “Qarabağ” və 25 ildə 10-15 mindən artıq azərbaycankeş toplaya bilməmiş “Ana muxalifət”.
Hamının da bildiyi kimi, ölkənin 95 faizi azərbaycankeşdir.
Sadəcə olaraq, yaxşı komanda axtarırlar azarkeşlik etməyə.
Ya oyununuza, Türkiyəli türklərin sözü olmasın, çəki-düzən verin, ya da azərbaycankeşlərə hörmətiniz olsun: çıxın meydandan, yalannan topnan paslaşmayın ki guya futbol oynayirsınız.
Hamıya, bütün tərəflərə: hörmət, ehtiram və səmimiyyətlə.