Az.politikanın (rejim saytı) yaydığı bilgiyə görə,
“Bəzi dövlətlər Azərbaycanın milli sərvətlərindən əvəzsiz pay tələb edirlər!”

“İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi”
mövzusunda keçirilən tədbirdə danışıb.
“Lakin biz, Azərbaycanın milli sərvətlərindən əvəzsiz heç kimə pay vermirik”
– Prezidentin köməkçisi bəyan edib.



Azərbaycan jurnalistikasını reket-bazar jurnalistikasına döndərən, jurnalistləri pulla, evlə satın almaqla rejimin əlaltısına çevirən Əli Həsənovdan soruşmaq gərəkir:
– dünyanın hansı dövlət başçısı sizə satınalma yoluyla Azərbaycan mediasını KÜÇÜK mediasına çevirmək göstərişi verib?
Eləcə də soruşmaq gərəkir:
– dünyanın hansı dövləti, hansı dövlət başçısı sizə illərdən bəri ən dəyərsiz-gərəksiz kimsələrdən parlament formaşadırmaq göstərişi verib;
– Artur Rəsizadə başçılığında yarımcan nazirlər kabineti formalaşdırmaq göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib;
– Azərbaycanın təhsil, sağlamlıq sistemlərini rüşvət-korrupsiya içində dağıtmaq göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib;
– rüşvətə brüdüyünüz gömrük sistemində Azərbaycan yurddaşlarıyla ermənisayaq-yağıcasına davranmaq göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib;
– Azərbaycanda rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi antidövlət faktorlarını DÖVLƏT POLİTİKASINA dönüşdürmək göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib;
– ideyalı, passionar gəncliyi türməyə doldurmaqla, ölkədən didərgin salmaqla ölkəni GƏLƏCƏKSİZLƏŞDİRMƏK göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib;
– hakimiyət olaraq başlanğıcdan bugünədək İŞĞALÇI rejim funksiyası daşımaq, BEŞİNCİ KOLON görəvlisi olmaq göstərişini sizə hansı dövlət, hansı dövlət başçısı verib?
Son olaraq: bir sıra yaxın-uzaq imperialist dövlət başçıları sizin Azərbaycan xalqından yağıcasına uzaq düşüb təkləndiyinizi gördüklərindən… getdikcə sizdən, sizin NEFT-QAZ başda olmaqla təkbaşına yiyələndiklərinizdən daha çox PAY istəyirlər. Bütün bunlardan sonra istər-istəməz ortaya ritorik bir sual çıxır: suçlu kimdir?! Tanrı sizə sel kimi axıb gələn çoxsaylı neft milyardlarından yararlanaraq demokratik, hüquq dövləti qurmaqla Azərbaycanı sağlam, güclü, durmadan yüksələn ölkəyə dönüşdürmək şansı vermişdi. Siz o şansdan dış güclərlə alver axarında yalnız özünüz üçün, korrupsioner hakimiyətinizi qoruyub saxlamaq üçün yararlandınız.
“Azərbaycanın milli sərvətlərindən əvəzsiz heç kimə pay vermirik”,

“İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi”
kimi bir “tədbirə” gəlincə, bu, bütöv bir tragikomediyadır – rejim tragikomediyası! 25 il bu ölkədə MİLLİ -MƏNƏVİ DƏYƏRLƏRİN ANASINI AĞLADANLAR (təhsil sistemindən tutmuş, televiziyalaradək) indi quyruqları qapı arasında qaldığından – dara düşdüklərindən… onu “qorumağa” qalxırlar!
——————————————————————————————
P.S.
Adam bir yandan özünün Xəzər TV-sini müxalifətin üzərinə cumdurur, bir yandan Hafiz Hacıyev kimilərini öyrədib müxalifəti söydürür, o biri yandan… “milli-mənəvi dəyərləri qorumağa” çağırır – özü də Rauf Arifoğlu kateqoriyasından olan əlaltıları qabağa verməklə! Belə yerdə deyirlər: yoxun üzü qara olsun – çevrələrində başqaları yoxdur!