Növbədənkənar 11 aprel 2018-ci il Prezident Seçkilərinin təyini və keçirilməsindəki qanunsuzluqlar, bu seçkinin leğitimliyini şübhə altına alan bir sıra pozuntular barədə tədqiqat-analizimlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətimin (3 hissəli-GİRİŞ,TƏDQİQAT-ANALİZ, NƏTİCƏ) nəticə hissəsi. (əvvəlki hissələr genişdir və hörmətli izləyicilərə, oxuculara tədricən təqdim edəcəyik)
NƏTİCƏ
Cənab Prezident
- Azərbaycan Konstitusiyasında Azərbaycan Prezidentinin növbədənkənar 11 aprel 2018-ci il tarixli prezident seçkiləri keçirilməsi barədə 5 fevral 2018-ci il tarixli sərəncamına uyğun, seçki legitimliyini təmin edəcək kifayət qədər hüquqi əsaslar yoxdur.
Prezident sərəncamının istinad edildiyi Konstitusiyanın 101-ci maddəsinin 1-ci bəndinin “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” ikinci cümləsi ilə, belə bir fövqəladə və dövlət-xalq əhəmiyyətli növbədənkənar tədbir üçün konkret hüquqi əsas və səbəb göstərilmir. Konstitusiyanın başqa heç bir yerində də bu göstərilmir. Amma mütləq göstərilməli idi, dünyadakı bütün bu cür növbədənkənar seçkilərə konkret əsaslar olduğu kimi. Ona görə Konstitusiya Məhkəməsi təcili bu məsələyə baxmalı və Əsas Qanunda olan bu yöndəki boşluqlar barədə xüsusi izah, şərh və qərar verməlidir. Bu seçkinin təyin və keçirilməsinin nə dərəcədə Konstitusiya hüququna müvafiq olması qanuni aydınlaşdırılmalıdır. Lazım gəlsə, bu məsələnin qanuni və hüquqi tənzimi üçün seçkilər dayandırılmalı, Seçki Məcəlləsinə bu barədə müvafiq tənzimedici və hüquqverici əlavələr edilməlidir, çünki məcəllədə də bu yoxdur. (Əslində, növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarını Konstitusiya Məhkəməsi verməlidir, necə ki, 101. 5 maddəsində müharibə ilə bağlı seçkiləri dayandırıb, prezident səlahiyyətlərini uzatma qərarını veir. Prezident isə, əslində özü namizəd, maraqlı şəxs kimi seçkiləri təyin etməməlidir. Məsələn, Rusiya Federasiyasında olan kimi).
- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 11 aprel 2018-ci il tarixdə növbədənkənar prezident seçkiləri keçirilməsi barədəki 6 fevral 2018ci il tarixli qərarı əsassız və qanunsuzdur.
Mərkəzi Seçki Komissiyası 6 fevral 2018ci il tarixli Növbədənkənar seçkilərin təyini qərarında öz müstəqil ali qürum və düşünmə səlahiyyətini kənara qoyub avtomatik, prezidentin bu barədəki 5 fevral 2018ci il tarixli sərəncamına və Azırbaycan Resublikasının Seçki Məcəlləsinin 179.2 maddəsinə istinad etməkdə səhv və qanunsuz addım atıb. Çünki, bu maddə Konstitusiya təqviminə uygun növbəli seçkilərin tənzimi üçün nəzərdə tutulub, növbəsiz seçkilər üçün yox. O mənada ki, bu seçki təyini qərarı ilə seçki startı günü arasında cəmisi 5 gün vaxt qalmış olur. Seçkilərin Konstitusiyada göstərilən 17 oktyabr 2018ci il tarixinə keçirilməsini bilən prezidentliyə namizədliyə iddialılar üçün seçki təyini və bir həftə sonrakı start problem deyil. Çünki seçki tarixi əvvəlcədən məlumdur və təyin gününü də təxmin edirlər. Qəflətən seçki tarixinin dəyişməsi və ardınca da, 5 gündən sonra seçki marafonuna start verməsi ilə MSK namizədliyə iddialıların hüquqlarını kobud pozub. O mənada ki, onlar məzuniyyətdə, ezamiyyətdə, xəstəxanada müalicədə, uzaq xaricdə ola bilmələri ilə fiziki çatdıra bilməzlər seçkinin yeni tarixini qəflətən eçidib. Hesab edirəm ki, MSK bunları nəzərə alıb, Prezident və Konstitusiya Məhkəməsi ilə məsləhətləşib seçkiləri heç olmasa 1-2 ay sonraya, may-iyun dövrünə təyin etməli idi. Bu halda isə, prezidentliyə namizədlərdən hər birisi MSK-nın bu qərarından seçkilərin qanunsuz təyini barədə məhkəməyə şikayət vermə hüququna malikdir. Və mən də özümdə bu hüququ saxlayıram.
- Azərbaycan Resublikası Prezidentinin Konstitusiyada təsbit edilmiş qanun üzrə 17 oktyabr 2018-ci il prezident seçkilərinin vaxtını 6 ay əvvələ, 11 fevral 2018ci il tarixə dəyişib qəflətən növbədənkənar prezident seçkiləri elan etməsinin səbəbini xalqa, ictimaiyyətə inadla açıqlamamsı seçkilərin əsaslı olmasını və ya qeyri-məkrli planlaşdırılmasını və ya şəffaf, azad və demokratikliyini şübhə altına salır.
Prezidentin növbədənkənar prezident seçkiləri barədə sərəncamında bu fövqəladə qəfləti dəyişikliyin səbəbinin göstərilməməsi, Konstitusiyada da buna səbəb-əsas göstərilməməsi, sonrakı MSK qərarının və hakimiyyətin ən yuxarı eşelonundakı təmsilçilərinin belə bu səbəbi konkret göstərə bilməməsi seçicilər və seçilənlər, bütün xalq və cəmiyyət üçün dərin müəmma və narahatlıq, nigarançılıq, stress-şok yaradır. Xalqın seçki əhvalını, seçim iradəsini heçə endirir. Artıq seçki təyini sərəncamından 2 həftədən çox keçməsinə baxmayaraq, seçkilərin birdən-birə 6 ay qabağa çəkilməsinin səbəbi və izahı barədə nə Prezidentin xalqa müraciəti, nə onun sözçülərinin və ya ölkənin yuxarı şəxslərinin dövlət adından konkret rəsmi açıqlaması olmayıb. Bu da, bu dəyişiklikliyin dövlət sirrindən də çox şəxsi sirr olması, dəyişiklik səbəbinin müxtəlif cür yozulması, müharibə və ya başqa təhlükə ilə və ya hakimiyyətin seçki ilə bağlı məkrli planları olması və s. əlaqələndirilir. Bu isə, xüsusi ictimai gərginlik yaratmaqla seçkilərin keyfiyyət və effektliliyinə mütləq təsir edir, beyin-düşüncələrdə bu seçkiləri iqnor vəziyyətə salır. Çünki dünya seçki praktikasında heç bir xalq, cəmiyyət, seçən və seçilən təbəqənin növbədənkənar prezident seçkisi kimi fövqəladə hal ilə rastlaşması və üstəlik səbəbindən də qəti olaraq malumatsız qalması halına rast gəlinməyib. Və xalqın adı ilə keçirilən bu növbəsiz seçkilərdə xalqa qarşı belə bir görünməmiş saymazlıq, sayqısızlıq, insanlarda seçkilərin azad və demokratikliyinə inamı, seçki ruhunu öldürür.
CƏNAB PREZİDENT.
Bütün bunları göstərməklə Sizdən xahiş edirəm ki, bu analiz-araşdırmamdakı faktlara diqqət yetirib, hazırkı növbədənkənar prezident seçkilərinin təxirə salınmasını nəzərdən keçirəsiniz. Sizin-Prezidentin, Konstitusiya Məhkəməsi, Milli Məclis və MSK-nın konkret addımları və qərarları ilə növbədənkənar seçkilərin legitimliyinin təminatı üçün konkret qanunvericilik bazasının yaradılmasını təmin edəsiniz. Belə dayanıqsız əsaslar, məxfi-sirrli qaranlıq səbəblər üzərində tələsik-qaçaraq təşkil olunan, hamını təəccüb qoyan prezident seçkilərinin legitimliyi, məntiq və hüquqlulugu, azad və demokratikliyi şübhə altına düşür. Belə bir oyun xarakterli seçki nə bu xalqa, nə bu dövlətə, nə də Sizin özünüzə xeyir və baş ucalığı gətirməz.
Hörmətlə,
İLQAR ALTAY.
“””””””””””””””””
Qeyd. Mən bir Azərbaycan vətəndaşı olaraq öz konstitusion hüquqlarımdan istifadə etməklə əxlaq, təhsil və intellekt səviyyəmə uygun, vətəndaşı olduğum dövlətin Prezidentinə vacib prezident seçkisi problemi ilə bağlı etika, hüquq və hörmət çərçivəsində açıq ictimai formada müraciət etdim. Ümid edirəm, mənim bu qərəzsiz tənqidi və konstruktiv, açıq və birbaşa müraciətimə dövlət başçısı öz tutduğu ali posta uygun tolerant yanaşacaq. Onun hökumət, siyasi və ictimai nümayəndələri və tərəfdarları isə, izafi canifəşanlığı kənara qoyub mənim şəxsimə, fəaliyyət sferama, fb səhifəmə, yaxın doğmalarıma qarşı nəsə problemlər yaratmayacaq, mənəvi təxribat etməyəcək və mənim də adekvat addımlar atmağıma zərurət olmayacaq .