Sənə məktub yazıram…Səhərin açılmağına az qalb. Dan yerinin qızarıb-qızarmadığını bilmirəm. Sənə 63 yaşımda ilk məktub. Bilmirəm məktub yazdığım ünvana çatacaqmı. Amma sənin bu məktubdan xəbərin olmayacaq. Sən Ana adlı ulduzum sönüb.

Gozum qan rəngindədi.Göz yaşlarım ürəyimə axır..Sən mənə görə nə qədər göz yaşları axıtmısan, deyə bilmərəm. Uşaqkən xəstələnmişəm, hər gün yanıma xəstəxanaya gəlmisən, “mən daha burada qalmıram!, deyəndə mənə qoşulub ağlamısan.

14 il əvvəl 70 yaşın olanda Gəncə müvəqqəti saxlama həbs xanasına gəldin məni görməyə. Əvəlcə ağladın, sonra üzünü mənə tutdun:heç olmasa özünü burada yaxşı, dilini gödək elə.Yoxsa səni tutarlar…

“Tutulanın nəyini tutacaqlar”, – dedim. Düzü, səni o yaşda həbsxananın görüş otağına gətirdiyimə görə çox utandım. Burnumdan qan açıldı. Son illər, Rusiyadan, Ukraynadan, Türkiyədən bir az gec zəng eliyəndə, inciyərdin. “Gəlmirsən, heç olmasa, səsinə tamarzı qoyma”, – deyirdin.

Kəndə catanda artıq sən yoxdun. Məni heç kim qucaqlamadı. Üzümdən öpmədi. Heç kim Güneli, uşaqlarını soruşmadı.

Günel həmin axşam Türkiyədən zəng edib hıçqırıqla başsağlığı verəndə “dədə yetim qaldın” – dedi.Yetimliyin nə qədər ağır olduunu soruşdu. Bilmədim, nə deyim, onu necə ovundurum?!

Qardaşlarım, sənin oğulların Elman Dneprdən Kiyevə qədər qatarda gözləri yaşlı qaldı. Sərvanla, Fərman uzaq rus kəndindən Samara hava limanına qədər danışmadılar. Nədən danışaydılar ki, lap sürətlə gəlsəydilər belə, öz otağında, küncdə çarpayıda oturan o işıqlı ananı yerində görməyəcəkdilər. Rövşən Kislovodskdan Moskvaya uçdu. Birbaşa reys yoxdu. Hamısı ana həsrəti ilə…

Mən Bakıdan Pərvanlıya yolun bu qədər uzaq olmasını həmin gecə bildim… Böyük bacım Rübabə hıçqırtısını gizlədə bilmir: “Siz uzaqda idiniz, biz beş addımlıqdaydıq. Bizi niyə gözləmədi?”

İki gün əvvəl Bakıya qayıdanda yanına girdim. Halını sordum. Ağız ucu “yaxşıyam”, – dedin. Yenə son illərdə dediklərini xatırladın: “Allah mənə urvatsız ölüm verməsin! Bir də çox dua etdim, Allahdan vaxt, zaman istədim, nəvəm Rəmzinin toyunu yarımçıq qoymayım.Tanrı bu toyu görməyi mənə qismət etdi. İndi çox rahatam”, – dedin.

Bərk dur dedim… Hələ cox toyu olası nəvələrin, nəticələrin var. Üzunun cizgilərindən, baxışlarından başqa şey oxuyurdum. Üzündəki həyat eşqi ikinci plana keçmişdi.

“Bəlkə getməyim”, – dedim. “Lap yaxşıyam”,- sakitcə dilləndi. Sonra bir az nəfəs alıdı, özünü toxtaxlatdı:

– Yolundan qalma!

Anamdan eşitdiyim son söz bu oldu. Bilsəydim, sonuncu görüşümüzdü, söhbəti uzadardım.

Gecəyarı zəngə ayıldım… “Nənəmin vəziyyəti cox ağırdı”, – bunu qardaşım oğlu Dilqəm dedi.

Səsdən hiss etdim. İçimdən bir ağrı keçdi…

Biz ciyi deyirdik. Kəndə catanda anladım ki, onu itirmişəm…

Gələnin bir gun gedəcəyini hamımız bilirik. Amma bu ayrılıq ölüm aparandan sonra bizə catır.

Bakıya döndüyüm gün əmim oğlu Ənvər yolüstü ciyimi soruşdu.

– Hec yaxşı deyil… Elə bil daha ölümə müqavimət göstərmək istəmir…

Bu bir tale yazısı idi. Ondan qaçmaq olmazdı…Tanrı verdiklərin bir gun aparır.

Anamla otağında vidalaşandan sonra otağına bir dəfə girmişəm. Bir həftə əvvəl toyda çəkilən şəklinlə baxışdım.

İndi həmin gecə uzaq saydığım bir kənddəyəm. Hər səhər göylə -yerin birləşdiyi kənd qəbirstanlığına gedirəm. Burda, dünən ilə bu gün dərdləşir. Yanbayan durmuş ata və anamın qəbrinə baxıram.

“Həmin axşam dərmanlarını atıb yatmışdı. Birdən ayıldı. “Məni eyvana cıxar”,- dedi. Bir qədər divanda oturdu. “Sənə soyuq olar, evə kec”, – dedim, yerindən qalxdı. Təkrar oturdu. “Seymuru çağır, gəlib Quran oxusun”, – dedi.Seymur dayım oğludur. Bizimlə qonşudur.

Bunları balaca qardaşım Müşviq xatırlayır. Sonra əlavə edir:

– Seymura zəng etdim, tibb bacısının ardınca maşın göndərdim. Tibb bacısı çatanda sağ idi.

Seymur ayaqyalın gəlmişdi. Elə bil gözləri ilə ona “Quran” oxu deyirdi.
Əlləri bumbuzdu.Gozləri yaşarmadı.

Həmin gecə zaman mənimlə yarışa girmişdi… saatlar ötürdü. Mənsə tələsirdim.
Amma ölum zamandan və mənim getdiyim maşından daha sürətli onu tapdı…

İndi sən yoxsan… Sənsizlik qəlbimə dağ çəkir. Günlər taleyimə əbədi ayrılığın çiskin yağışı kimi dayanmadan sənin itkini təkrar- təkrar yada salır.

Gozlərim inanmır ölümünə. Səni axtarır… Amma bilirəm artıq yoxsan… Ayaqlarım məni evdən əvvəl sənin uyuduğun qəburstanlığa aparır.

Səninlə yox, baş daşınla danışıram. İndi o ağaç parçasının halını soruşuram.

Elə ağac parçası da sənə oxşayır. Hec nə istəmir. Sənin kimi məndən utanır.

Bir soz deyənə kimi tər tökur.

Sən mənim ömrümdə sözsüz nağıl tək qaldın. Bircə sözlə… Ana.

İndi ana deyəndə gözüm yaşarır, amma yaşı yoxdu…

Ozumu səhrada hiss edirəm… Susuzluqdan dodağım çat-çat olub. Diz axtarıram dizin tək. Başımı dizin üstünə qoyum. İsti gözlərinə şirin- şirin baxım, ordan suzulən o işıqdan qəlbim doyunca içsin… Amma indi mən də, gözlərim də, qulağım da, dilim də sənin sözünün, işığının həsrəti ilə yaşayır. İndi məni ölümün gətirdiyi, rənglərin yaddaşıma köçürdüyü aman ayrılıq adlı yaddaşla yaşayıram.
Laylandakı bal dadan sözləri bir də, bir də eşidirəm.
Bilirəm indi ayım, illərim ilğım kimi ötür.

***

Omrumdə bir dəfə də olsun anama məktub yaza bilmədim. Elə bilməyin ki, istəmədim. Cox istədim.Yazsaydım da, faydası olmayacaqdı. Anam bir qırağa çəkilib mənim məktubu təkrar- təkrar oxuya bilməyəcəkdi. Ona görə yox ki, vaxt tapmayacaqdı, həmişə mənə, məndən sonrakı 8 övladına vaxtı vardı.

Anam oxuyub yaza bilmirdi. Üst-üstə yığılsa, çəmi bir ay məktəbə getmişdi. Sonra onun məktəbi bicilmiş zəmilərdən başşaq yığmaq olmuşdu, hər gün kirkirə ilə bir ovuc arpanı, buğdanı üyütmüşdü, odun, ocaq dalınca qaçmışdı. Yeddi uşağı müharibənin gətirdiyi ölümün əlindən almaqda Minarə nənəmə yardımçı olmuşdu. Uşaqlığını muharibə illəri oğurlamışdı…

Sonrakı illərdə yenə sənə növbə çatmadı. Biz çox idik… Sənin tək. İndi iki həftədən coxdur ki, sənin haqqında keçmiş zamanda danışmağa məcburam. Tanrı səni başqa bir dünyaya apardı.

Yaxşı yadımda deyil. İkinci, yaxud üçüncü sinifdə oxuyurdum. İki-üç gün nə qədər çalışdın, məni dərsə göndərə bilmədin. Dalımca rəhmətlik İsa müəllim gəldi. Qaçıb kolluqda gizləndim. Məni çox axtardınız, tapa bilmədiniz.

Xeyli gozləyib, getdi İsa müəllim. Mən kolluqda gozlədim. Sonra anam gizləndiyim yerin yaxınına gəldi. Məni xeyi çağırdı. Kövrəldim, ağlaya-ağlaya kolun arxasından çıxıb yanına gəldim. Hec nə demədən məni kicik pasnalı evimizə gətirdi:

– İstəmirsən, oxuma! Getmə məktəbə! Kim olacaqsan? Çoban olacaqsan?! Nə Xondu, nə Əlabbas ölmək fikrində deyil.Otur evdə, gozlə?! Sənə novbə catar-catmaz bilmirəm.
Səhəri məktəbə getdim.

Universtetə bir necə il girə bilmədim. Hər dəfə evə gələndə anamı eyvanda ağlayan görürdüm.

Bilirəm, dərlərimizi icində ovurdun. Ona biz kimi baxırdın. Hər iki gundən bir təndirə corək yapan kimi qovurdun bu dərdləri. Dərdlərimizi ozunə urək yoldaşı edirdin. Bəlkə bizimlə birlikdə dərdlərimizə də layla çalırdın. İçində dərd pətəkləri vardı. Hərəmizə bir göz ayırmışdın. Bizim hamımız haqqında sözlər səni ətəkləyirdi. Heç kimə bir söz deməzdin. “Allah kimin haqlı olduğunu bilir”, – deyərdin.

Bilmirəm, niyə sənə ana yox ciyi demişik. Bəlkə də bir təsaduf bizləri bu ada yonəldib. Bəlkə, nəyisə daha yaxşı anladır. Bilmirəm. Bəlkə gunahkar mənəm.Birinci ovlad kimi ciyi demişəm. Amma uşaqkən hec fərqinə varmamışam. Amma sən bizə yaxın olduğu gədər digərləri ucun də yaxın idin…

Bu anlar bəlkə də çox olub. Saya gəlmir. Övladı olmayan bibim Xədicəni boş beşiyə baxıb göz yaşı tökə -tökə layla çalan görəndə anam ondan çox yanıb. Xalid əmimin oğlu Həzi Qarabağ uğrunda döyüşlərdə şəhid olanda əmimin gözündən çıxmayan yaşa heyrətlənmişəm.

“Allah vermişdi…özü də aldı”, – deyən əmimin bu sakitliyinə üsyan etmək hissi içini yandırıb. Səsi, naləsi bütün Qaraqoyunlunu götürən Hədiyyə bibim höküməti, könüllü cəbhəyə gedən oğlunu dil-dil ağlayanda özünə yer tapmamısan… Onda mən gözündən yaş çıxmayan əmimin, göz yaşı göl olan bibimin ağrılarını sənin göz yaşından duymuşam. Biri Allah verdiyini Vətən üçün aldığından qürur duyurdu, biri dərdini göz yaşları ilə sakitləşdirirdi. Bibimsə məni oğlunun təkbaşına çıxardığı qərara görə qınayırdı.

Anam bizlərə – 40-50 yaşlı övladlarına uşaq kimi baxıdı. Yaxşı yadımdadır, Rusiyanın uzaq bir kəndində qar bütün izləri bir andaca pozurdi, şaxta insanı həqiqi mənada qılınc kimi kəsirdi, evdə yanan divar peçi məni soyuğun əlindən alıb donmağa qoymurdu, onda Pərvanlıdan gələn zəng, anamın səsi məni soyuğun, şaxtanın əlindən alırdı. O anları, anamın səsini eşitdiyim o günləri yada salıram, gözlərim yaşla dolur. Müharibənin, aclığın uşaq olmağa qoymadığı anamın çəkdiyi əziyyətləri sözə çevirə bilmirəm…

Mənim ömrümün son 20 ili Vətəndə vətənsizlik, qürbətdə Vətən həsrəti ilə keçib. Heç xəstələnməmişəm. amma qəfil bir axşam anamı ölümün apardığı an onun əllərindən yapışa bilmədim. Son anda yanında ola bilmədiyim üçün ağlamışam, bir sözünü eşitmək, bir istəyini bilmək üçün hər gün məzarı üstünə getsəm, saatları orada dayansam belə, bir sözünü belə eşiməmişəm. Heç anam da mənim halımı soruşub, yenə niyə qəmli olmağımın səbəbini bilmək istəməyəcək…

Düzü, içimdə əriyən dərdlərin bəlkə hamısını alıb məndən apardın… Heç yadımdan çıxmaz… İkinci dəfə jurnalistikaya girə bilməmişdim. İmtahandan sonra məni sakitləşdirmək üçün Abuzər müəllim məni rəhmətlik rektor Faiq Bağırzadənin yanına apardı. Kimliyimi soruşdu. Doqquz uşaq böyüyən ailənin böyüyəm dedim. İlk dəfə yumşalan məmur gördüm.

– Bilirsən, səni indi qəbul edə bilmərik…Amma çıxış yolu var, get, hazırlıq fakültəsinin dekanına yanına. Səni qəbul edəcək.

Anam həmişə deyirdi: “Allah o rektora uzun ömür versin, səni yollardan yığışdırdı”.
Sənin övlad böyütmə məktəbin vardı. Hamımızı imanlı, ədalətli, xeyrxah olmağa, ehtiyacı olanlara kömək etməyə çağırırdın.Biz ayaq tutandan yediyimiz halal olsun deyə, bir işin qulpundan tutmağa öyrədirdin.

Allah dünyasını dəyişən bütün analara rəhmət eləsin!

Dünyanın ən böyük möcüzəsi, ən müdrik kitabı analardır. Onları güçünüz çatan qədər qədər qoruyun. Sonra geç olacaq.

Yaşınızdan asılı olmayaraq, yetim qalacaqsınız. Məmim kimi…