Sərdar Əlibəyli: “Azərbaycandan savayı hamın(ız)ın gözü aydın olsun !!!”

ÜÇ PƏRDƏLİ “MİTİNQ” TAMAŞASINA SÖZARDI ƏVƏZİ 

Fb-NİN GÜNDƏMİNDƏN

Mübariz MƏSİMOĞLU

29 oktyabr

Dünən Milli Şuranın keçirdiyi mitinqdə də təqribən 5-6 min arasında adam iştirak edirdi. Əvvəlki mitinqlərdə olan saya bərabər. Artma – azaılma olmamışdı. Əfsuslar….

Gözünüz aydın olsun İsa Bəy, Arif bəy, Rəsul bəy, Sabir bəy, İlyas bəy, Sərdar bəy, Pənah bəy, Mirmahmud ağa, Qüdrət bəy, Elşad bəy, Əhməd bəy və. s.

Milli Şura qarşısına qoyduğu məqsədlərə nail ola bilmədi. Meydana nəzərində tutduğu 5 milyon narazı əhalinin 40 min nəfərini çıxarammadı. Ürəyiniz yerinə gəldimi, bəylər? Bilirəm, mütləq deyəcəksiniz ki, o bizim mitinq deyildi. Bəs, hanı sizin mitinqiniz? Tədbirləriniz, çıxış yolunuz? Lütfən, göstərin onları bizə. Göstərə bilmirsinizsə, heç olmasa, sözlə deyin. Amma Milli Şuranı tənqid etməklə işinizi bitmiş hesab etməyin. Milli Şura əlindən gələni etdi. Bir tərəfdən hakimiyyətin min bir hiyləsi, qorxutma mexanızmləri, zopası, gücü, xofu, digər tərəfdən sizin mənəm- mənəmliyiniz ( sözsüz ki, Milli Şuranın da mənəm-mənəmliyi də) işıqlı bir niyyətin həyata keçməsinə əngəllər yaratdı. İndi Siz nə fikirləşirsiniz?

Gözünüz aydın olsun Anar müəllim, Elçin müəllim, Fikrət qoca, Çingiz Abdullayev, Ramiz Rövşən, Rüstəm Behrudi, Afaq xanım, Aydın bəy, Qulu bəy, İntiqam bəy, Murad bəy, Həmid bəy, Rasim bəy və meydana təşrif buyurmayan 3 min şair, yazıçı…

Sizin uzaq görənliyiniz öz təsdiqini tapdı. Meydana 40 min adam yığılmadı. Ürəyiniz yerinə gəldimi? Rahatca sevinə bilərsiniz ki, İşləriniz yenə də yağ kimi gedəcək. Hakimiyyət sizi dolayı yollarla bəsləyəcək. Xalq cəhənnm olsun…

Göğzünüz aydın olsun ünlü bəstəkarlar, muğam, estrada ustadları, xalq manıları ifaçıları, millət toparlanıb meydana çıxa bilmədi. İndi gedin nə qədər istəyirsiniz o qədər də oxuyun. Görək bu oxumaqlarınız kimlərə xidmət edəcək.

Gözünüz aydın olsun, rəssamlar, arxitektorlar… Onsuz da siz bu xalqa həmişə rənglərin, beton divarların arxasından baxmısınız… Gedin rəsmlərinizi çəkin, bahalı proyektləri layihələşdirin yadlara satın və millətə yuxarıdan aşağı baxmağınızda olun….

Gözünüz aydın olsun, müəllimlər, həkimlər. Xalq meydana çıxmadı… Qarşıdan seçkilər gəlir. Gedin onu bir az da rahat şəkildə saxtalaşdırın və qəpik-quruşunuzu alıb bir-iki ay keyf çəkin…

Gözünüz aydın olsun, hörmətli deputatlar! Təzədən təyin olunmağınız üçün fürsət yarandı sizə. Xalq meydanda öz sözünü yenə də deyə bilmədi…

Gözünüz aydın olsun cənab prezident! Hörmətli Mehriban xanım!

Narazı insanları sizin monolit komandanız yerində oturda bildi. Xətər sovuşdu bu dəfə də… Milli Şura mitinqlərinə ara verdi…

Bəylər, xanımlar, cənablar, problemlərimiz düzəldimi bununla? Yenə də 1 milyondan artıq ev səndsiz qalmadımı? 2,5 milyon əhalinin şişirdilmiş bank kreditləri onları udmağa, məhv etməyə hazır vəziyyətə gətirilmədimi?. Bakının küçələri növbəti yağış dalğasında batmağa start götürmədimi? Monopoliyanın, korrupsiyanın dişləri daha da itilənmədimi, çaynaqları bir az da uzanmadımı?. Siyası məhbusların taleyi daha böyük sual altına düşmədimi?.İribuynuzlu məmurların yoluxduğu cəzasızlıq sindiromu bir az da həyasızlaşmadımı? Ərəb şeyxlərinin gündən – günə dəyərdən düşən qızlarımıza, gəlinlərimizə olan iştahası bir az da artdmadım? işsizlik ucbatından dağılan ailələrin faciəsi öz hüdüdlarını genişləndirməyə şiriklənmədimi? Və.s….

Cənab prezident! Hörmətli Mehriban xanım!

Sizə elə gəlir ki, bu ölkədə müxalifət yoxdur. Bu, bəlkə də, hardasa öz təsdiqini tapa bilər. Çünki üzdə sizə müxalif olan siyasi partiyalarin demək olar ki, 99 faizinin ipi sizin əlinizdədir. Amma ölkədə narazı insanlar var… Bu narazı insanların sayı 5 milyondan artıqdır ki, az deyil. Bunu çuvalda gizlətmək olmaz. Amma bu insanlar öz sözünü deyə bilmir. Yaltaqlar, qorxaqlar, cahillər ordusu buna aman vermir. Dünən sizi söyənlər bu gün sizi öyməklə məşğuldur. Siz bunların səmimiyyətinə inanırsınızmı? İnanırsınızmı ki, ölkədə problemlər yoxdur? İnanırsınızmı ki, belə davam edə bilər? Unutmayın ki, Siz sizi seçməyənlərin və sevməyənlərin də taleyinə cavabdehsiniz. Bunun fərqindəsinizmi? Nə qədər ki, müxalifət heç nəyə qadir deyil, buna görə, Allahınıza şükür deyib, ölkəyə və onu problemlərinə sahib durun, lütfən!

—————————————————————————–

P.S.

Məncə bu sıralamada Əli bəylə Cəmil bəyə də bir gözaydınlığı düşməliydi ki, müxalifətin birincisi olduqlarını sübut edə və bu nədənlə də, hər vəchlə digər siyasi qüvvələrin onlarla bir sırada addımlamaq “haqqının” olmadığını təsdiq edib, möhürləyə bildilər.  Gözünüz aydın, Əli bəy, gözünüz aydn Cəmil bəy,  sayı illərdən bəri hamıya bəlli olan fədakar tərəfdarlarınızdan savayı kimsələrin meydanda görünməməsini təmin edə bildiyiniz üçün! Fəqət, bu say nə ölkənin problemlərinə əncam çəkmək, nə də birincisi olmaq uğrunda qanlı savaşlardan keçib gəldiyiniz müxalifətin dərdlərinə dərman olacaq qədər deyil. Oysa, bütün bu çabalarn, davaların, vurha-vurun, tutha-tutun sonucları, yenə də, irticann, istibdadın və genəldə iqtidarın  xeyrinə oldu. Sizin meydana sürə bildiyiniz fədakar insanların sayı, xalqın adından danışmaq, millətin taleyinə hökm etmək ixtiyarı vermir, iqtidar sahibi olmağa yetərli deyil, ona görə. “Ümumxalq mitinqi” elan edilsə də, AXCP-nin və Milli Şuranın müxalifət üzərində əzələ nümayişi  kimi gördüm mən bu olub-bitənləri. Oysa, bütün məqsədlər hakimiyyətə əzələ nümayişinə yönəldilməli, bütün hədəflər hakimiyydəkiləri əzməyə və hakimiyyətə sahiblənməyə istiqamətlənməliydi, o qədər. 
Bu arada, qırılan ümidlərə, ölən arzulara, çilik-çilik olub meydanlarda sönən talelərə, kayb olan illərə və illərin axarında öləziyən ömürlərə yazıq!!!
Sayğı və səmimiyyətlə:

Sərdar ƏLİBƏYLİ

 6,419 dəfə ümumi oxunub,  8 dəfəsi bu günə aiddir.