Torpaqlarımızı işğal edən, namusumuzu ləkələyən düşmənlə yox, var-dövlət uğrunda müharibə aparan indiki hakimiyyətin ermənilərlə şərəfsiz sülh nağılına uyaraq bədnam bəyanata imza atmağınızı eşidib çox təəccübləndim. Görəsən, belə alçaldıcı “ sülh” kompaniyasına qoşulmağa sizi nə məcbur etmişdir ? Axı, Siz təkcə özünüzə yox, bütün xalqa məxsus sənətkar olmusunuz və belə antimilli addım atmağa sizin nə mənəvi haqqınız, nə də hüququnuz var idi. Gözləmək olardı ki, millətin bütün şərəfli titullarını alan bir şəxs kimi, başı yala qarışmış əksər ziyalılarımıza çağırış edəcək, belə şərəfsiz sülhdənsə, torpaq, vətən, namus uğrunda döyüşə səsləyəcəksiniz.
Sizi belə bir rüsvayçı addım atmağa vadar edən bu hakimiyyəti, bəlkə də, anlamaq olardı. Axı,onlar öz bacarıqsızlıqlarını, acizliklərini, səriştəsizliklərini ört-basdır etmək, qamarlayıb yığdıqlarını daha da artırmaq, çoxunun düşmənlə qanları qarışıq olduğundan, namus ləkəsini yumaq fikrindən xeyli uzaqdırlar. Bəli, erməni ilə sülh lazımdır, yalnız və yalnız Azərbaycanın təhqir olunmuş bayrağı Xankəndi üzərində dalğalanandan sonra !
Bəli, ermənilərlə sülh lazımdır, ancaq və ancaq onların qızları, gəlinləri, qadınları atalarının, qardaşlarının, ərlərinin törətdikləri vəhşiliklərə cavab aldıqdan sonra .
Çox heyif: mənim və on minlərlə insanın 30 illik deputata, sizə bəslədiyi ümidlərə.
Vaxtilə sizinlə bir parlamentdə oturmuşduq. O vaxtdan deputat həmkar kimi xatirə şəklimiz də var. Bu gün milli mənafeyə zidd hərəkətinizdən hiddətləndiyim bir vaxtda o şəkli cırıb atmıram, O şəkil cansız, günahsız bir kağız parçasıdır.
Amma, sizin ünvanınıza düşmənin namusumuzu ləkələdiyini əks etdirən bir şəkli və bir parça yazını göndərirəm. Ola bilsin, başqa vaxt həya edər, bu şəkli və “Erməni sindromu “ kitabından parçanı sizə göndərməzdim. Lakin,bu gün bu şəkil və yazılanlar təkcə bir qadının başına gətirilən faciə deyil, bütün millətin başına gətirilən dəhşətdir.
Bu artıq şəkil deyil, namüssuzluq heykəlidir. Sizin ünvanınıza göndərdiyim bu heykələ diqqətlə baxin, yazını tələsmədən oxuyun və etdiyiniz əmələ görə vicdanınız qarşısında cavab verin.
Mətləb Mütəllimli, İstiqlalçı millət vəkili: 17.02.2017
Qadınlara qarşı erməni vəhşilikləri!
(Faktlar Aygün Həsənoğlunun “Erməni sindromu” kitabından götürülmüşdür)
“Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar, sonra yerə yıxıb sürüdülər.”
20 yaşlı bir qızın dediklərindən: “bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdıar, saçlarımızdan tutub sürüyürdülər. Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında məni döyərək dəfələrlə zorladılar. Damarıma iynə vurdular, özümdə deyildim, məni növbə ilə zorladıar, sonra itlə əlaqəyə girməyə məcbur etdilər. Orada 13-14 yaşlı qızlarımızı gözümüzün qarşısında zorlayırdılar. Onların səsləri indiyədək qulağımdan getmir.
Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər.
Xankəndində uşaq bağçasında 12-13 yaşlarında qızları zorlayırdılar.
Qızlardan birinin anası dözməyib özünü kəndirlə boğub öldürdü.
Bir qızı soyundurub lüt halda rəqs etdirmiş, sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı qarnına soxaraq özünü öldürdü.
200-dən artıq uşaq, qoca və qadınlarla birlikdə Əsgəran rayonunun milis idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı avtomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan qız-gəlinlərin başlarını divara vuraraq huşsuz halda sürüyüb aparırdılar.
Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar…
Xankəndində erməni əsgərləri olan kazarmada 8 nəfər qızı, o cümlədən məni növbəyə qoyub zorladılar, sonra çılpaq vəziyyətdə dubinka ilə döydülər. Sonra bizi Əsgəran milis şöbəsinə apardılar, yenə də döyüb zorlamağa başladılar.
Hələ də bu dəhşətdən özümə gələ bilmirəm.Ondan sonra həyat mənim üçün o qədər iyrənc görünür ki, yaşamaq istəmirəm! ”