Əlaqə vasitələri

Böhranın kibernetikası–Sərdar Cəlaloğlu

 Böhrandan çıxmaq üçün radikal siyasi islahatlar başladılmalıdır

Azərbaycan xalqı dilemma qarşısındadır: ya radikal siyasi islahatlar, ya radikal sosial kataklizmlər.
Strateji dövlət müəssisələrinin özəlləşdirilməsinin dövlətin məhv edilməsi ilə nəticələnəcəyi qaçılmazdır.

Biz prezidentin qalması və hökumətin bəlli bir hissəsi ilə müxalif qüvvələrdən təşkil olunmuş yeni koalision hökumətin – keçid hökumətinin yaradılmasını vacib hesab edirik.

SSRİ dağılandan 25 il sonra xalqımız yenidən total böhranla üzləşib. Böhran nədir? “Böhran” sözünün dilimizdəki mənalarından biri “kəskin dəyişiklik” və ya “sərt dönüş” mənsını verir. “Böhran” sözünün sinonimi olan “kriz” sözü qədim yunan dilində “çevriliş”, “keçid dövrü vaxtı”, “sınma vəziyyəti” mənalarını verir. Hansı ki, məqsədə çatmaq üçün atılan ənənəvi addımlar qeyri-adekvat olur. Nəticədə qabqacadan müəyyən edilməsi mümkün olmayan proseslər meydana çıxır. Böhran cəmiyyətdəki gizli konfliktləri və disproporsiyanı aşkara çıxarır. Və böhranlı vəziyət idarə olunmadıqda, ictimai-siyasi böharana keçir, nəticədə inqilabi dəyişilmələrlə dövlətin parçalanaması yaranır və ya vətəndaş qarşıdurmaları meydana çıxır. Burdan da böhranlı vəziyyətdə xüsusi idarəetmənin həyat keçirilməsinin vacib olduğu sübut olunur.
Böhranın nəticələri onun idarəedilməsi kibernetikası ilə sıx bağlıdır. “Böhranın kibernetikası” dedikdə nə nəzərdə tutlur? Böhranın idarəetməsi adi vəziyyətdə idarəetmədən prinsipial olaraq fərqlənir. Böhranlı vəziyyət öz təbii axını ilə 3 müxtəlif fazadan keçməklə inkişaf edir: iqtisadi böhran, sosial böhran və sonda siyasi böhran.
İqtisadi böhran iqtisadi nizamın pozulması, sosial böhran (psixoloji böhran)- sosial aqressivlik, vətəndaş qarşıdurması, tabesizlik, özbaşınalıq və s. ilə müşahidə olunan sosial kataklizmlərin təzahür etməsi, siyasi böhran – siyasi dəyişilmələr mərhələsi kimi meydana çıxır. Böhranın kibernetikası iqtisadi böhranın sosial böhrana keçməsinin qarşısını almaq məqsədilə elə siyasi dəyişikliklərin planlı şəkildə həyata keçirilməsindən ibarətidir. Hansı ki, avtomatik olaraq sosial böhran mərhəsləsi ixtisara düşür və cəmiyyət iqtisadi böhrandan siyasi dəyişmələr mərhələsinə keçir. Nəticədə sosial aqressivliyin qarşısı alınır, vətəndaş həmrəyliyi qorunur və böhrandan yeni nizamla xilas olunur.
Böhran kibernetikası öz təbiətinə görə, adi vəziyyətlərdə idarəetmədən radikal şəkildə fərqlənən bir-birinin ardınca, bir-birinə bağlı və biri digərini əsaslandıran komleks islahatların idarə edilməsindən ibarətdir. Böhranı idarə edənlər böhrana salanlardan fərqli dünya görüşünə malik olmalıdırlar.
Bu gün yenicə başlamış və ildırım sürətilə ağırlaşmaqda və ölkədə vətəndaş həmrəyliyini riskə salan və Azərbaycan dövlətinin, xalqının ali strateji maraqlarını təhdid edən bu prosesdən daha az itki ilə çıxmaq böhranın kibernetikasından çox asılıdır. Böhranın mahiyyətindən görünür ki, böhran dövlətin bazisində çevrilişin, sınmanın, keçid dövrünün vaxtının çatdığını göstərir. Hansı ki, üst qurumda buna uyğun keçid dövrü, sınma vəziyyəti və çevriliş olmazsa, ölkə mütləq sosial kataklizmlərə düşəcəkdir.
Bu gün hələ də böhrandan neftin dünya bazarında qiymətinin qalxması, xaricdən ağır şərtlərlə kredit alınması və ya strateji dövlət obyektlərinin özəlləşdirilməsi adı altında, onları xarici dövlətlərin nəzartinə verməklə, çıxmağın mümkünlüyünü düşünənlər vardır. Həqiqətin meyarı təcrübədir. Biz istər özümüzün tarixi, istərsə də başqa xalqaların müasir təcrübəsində böhrandan çıxmağın düzgün yolunu müəyyən edə bilərik. Bizim tarixi böhran təcrübəmiz SSRİ dövründə yaşadığımız böhran, o vaxtkı sovet hökumətinin həmin böhrandan çıxmaq üçün atdığı addımlar və nəticələrdən ibarətdir. Müasir böhran təcrübsinə “Ərəb baharı” adı ilə yaxın tarixə düşən hadisələr və Avropanın cənubunda yerləşən ölkələrdə, xüsusən daha qabarıq Yunanıstanda baş verən böhranı göstərmək olar.
Azərbaycan iqtidarının böhrandan çıxmaq cəhdlərini təhlil etdikdə aydın olur ki, hakimiyyət sovet rəhbərliyinin SSRİ-nin böhrandan çıxarmaq üçün həyata keçirdiyi islahatları kopyalamaqla, ölkəni böhrandan çıxarmağa cəhd edir. SSRİ dövründə böhrandan çıxamq üçün 20 müxtəlif liderin rəhbərliyi altında və onların elan etdikləri islahatlar aparılmışdır. Müasir dövrdə Azərbaycan hakimiyyətinin apardığı anti-böhran siyasiəti ilə sovet rəhbərliyinin 70-90-cı illərdə apardığı islahatlar arasındakı aşağıdakı paralelklik müşahidə olunur:

“Brejnevin ərzaq proqramı” – hakimiyyətin “süni qiymət artımı” ilə mübarizə siyasəti

SSRİ-də 70-ci illərin əvvəllərindən ildırım sürətilə inkişaf etməyə başlamış böhranın səbəbi sosialist iqtisadi sistemi, süni mühəndislik layihələrinin tətbiqi, totalitar-avtoritar idarəçilik, hakimiyyətin korrupsiyalaşması və kalnalaşması, formalizm, dünyada SSRİ-nin qlobal silahlanmaya və panton ölkələrdə aparılan surergüclərin müharibələrinə cəlb edilməsi olmuşdur. Hansı ki, “ulduz müharibələri” kimi astronomik maliyyə vəsaiti tələb edən layihələrin həyata keçirlməsi – Vyetnamda, Koreyada uzun illər davam edən qanlı müharibələr, Əfqanıstana intervensiya olmuşdur. Vəziyyətdən çıxmq üçün iqtisadi, rentabelliyini düşünülməmiş iri layihələrin, məsələn, “əsrin tikintisi” adlanan – Baykal Amur Magistralının tikintisi dövlət büdcəsindən 4 milyard dollardan artıq vəsaitin havaya sovrulmasına səbəb oldu.
70-ci illərin ortalarında Brejnevin rəhbərliyi ilə ilk dəfə sovet hökuməti “ərzaq proqramı” adı altından siyasi kurs müəyyənləşdirərək, ölkəni xilas etməyə cəhd etdi. Lakin bu siyasət qısa müddətdən sonra tam uğursuzluğa düçar oldu.
Analogiya aparsaq, Azərbaycanda da böhranın səbəbi “Holland sindromu” kimi bilinən yanlış neft siyasətinin aparılması, hakimiyyətin korrupsiyalaşması, kadr siyasətində klançılıq və proteksiya, formal demokratiyanın bərqərar olması, avtoritar-totalitar idarəçiliyin həyata keçirlməsi və Azərbaycan üçün astronomik xərclər hesab ediləcək süni surətdə şişirdilmiş büddcəyə malik layihələrin – Şahdağ İdman Komleksi (təxminən 1 milyard dollar), Avropa oyunları (təxminən 6-7 milyard dollar), yol tikintisi (10-15 milyarddan artıq), Bayraq Meydanı layihəsi (1 milyarda yaxın), “Eurovusion” mahnı yarışması (1 milyarddan artıq) və s. bu kimi iqtisadi səmərələliliyi qabaqcadan şübhəli olan layihələrin həyata keçirilməsi olmuşdur. Azərbaycanda aparılan iqtisadi siyasətin ölkəni uçuruma aparması və neft siyasətinin dərin böhrana səbəb olacağı ilə bağlı proqnozlar 2000-ci illərdən başalayaraq ölkə və beynəlxalq ekspertlər tərəfindən dəfələrlə proqnozlaşdırılmışdır. Sadəcə dünya bazarında neftin qiymətinin süni surətdə şişirdilməsi Azərbaycan iqtisadiyyatında böhranın başlanmasını önləməyə imkan vermişdir. Belə ki, hakimiyyət milli valyutanın kursunu sabit saxlamaq naminə, 100 milyonlarla dollar vəsait xərcləməklə, ölkəni süni yollarla böhrandan qorumağa cəhd etmişdir. Lakin Rusiyanın Gürcüstana və Ukraynaya qarşı hərbi intervensiyası və Putinin rus imperiyasını yenidən bərpa etmək cəhdləri, eləcə də Azərbaycan iqtidarının ABŞ və Avropaya açıq-aşkar meydan oxuması ilə bağlı Qərbin neftin bazar qiymətlərinə konyuktur müdaxiləsi ilə qiymətlərin düşməsi, ömrü süni surətdə uzanan böhranı üzə çıxarmışdır.
Azərbaycan iqtidarının təmsilçilərinin tək və yeganə təcrübəsi sovet-kommunist təcrübəsi olduğundan, hökumət keçmiş sovetlərin anti-böhran siyasətini Azərbaycanda kopyalamaqla, böhrandan çxmağa cəhd etməyə başlamışdır. Hakimiyyətin böhrana ilk reaksiyası Brejnevin ərzaq proqramına uyğun olmuşdur. Vaxtilə “çörək bol olarsa, basılmaz vətən” şüarı ilə bütün vətəndaşları yalnız çöriyin ümdinə qoyan sovet rəhbərlərinin siyasəti müasir Azərbaycanda yenidən həyata keçirilməyə cəhd edilir. Azərbaycanda hakimiyyətin yumurtanın və çörəyin qiymətlərinin müvəqqəti olaraq qalxmasının qarşısını inzibati yollarla alması, əslində Brejnevin ərzaq proqramının modifikasiya olunmuş şəkildə təkrarlanmasından başqa bir şey deyil. Hansı ki, bu siyasətin aqibəti də Brejnevin ərzaq proqramının aqibəti kimi oldu.
Andrpovun “suxoy zakono” – hakimiyyətin “spirtli içkilərin və siqaretin satışında yeni qaydalar” siyasəti
Brejnevin ölümü dövlətin daha sərt idarəetmə ilə xilas olunacağına inananların qələbəsi ilə bitdi. DTK-nın başçısı Andropov SSRİ-nin rəhbərliyinə gətirildi. Andropovun ilk islhatı o vaxt “suxoy zakon” kimi tanınan spirtli içkilərin satışının və vətəndaşların asudə vaxt keçirmələrinin məhdudlaşdırılması oldu. Lakin bir neçə aydan sonra həmin “islahat” uğursuluğa düçar oldu. Belə ki, qısa müddətdən sonra Andropov dünyasını dəyişdi və onun islahatları da özü ilə bərabər arxivə göndərildi.
Azərbaycanda hökumətin böhranla bağlı atdığı ikinci addım spirtli içkilərin və tütün məmulatlarının satışının kart sisteminə keçirilməsi ilə bağlı oldu. Azərbaycansayağı “suxoy zakon” cəmisi 3 gün ömürə malik oldu. Hökumət spirtli içki və siqaret mafiyasının təzyiqi altında geriyə addım atmağa məcbur oldu.

Çernenkonun “əmək proqramı” – hakimiyyətin “regional inkişaf” siyasəti

Andropov öldükdən sonra bu dəfə hakimiyyətə SSRİ kimi xəstə və ölüm ayağında olan Çernenko gətirildi. Çernenko can üstündə olduğu halda can üstündə olan ölkənin xilasını xalqın gecə-gündüz qul əməyi ilə məşğul olmasında görür və xalqı biyar işləməyə çağırırdı. Hətta Leninin İslam dinindən əxz etdiyi məşhur “Oxumaq, oxumaq, yenə də oxumaq!” şüarını Çernenko “İşləmək, işləmək, yenə də işləmək!” şüarı ilə əvəzləmişdi. Lakin Çernenko da çox qısa vaxtdan sonra dünyasını dəyişdi və onun “əmək proqramı” da özü ilə bərabər tarixə gömüldü.
Azərbaycan iqtidarının da üçüncü addımı məhz əməklə bağlı oldu. Hökumət böhrandan çxmaq üçün istehsalın artırılmasına, xüsusən regionlarda iqtisadiyyatın dirçəldilməsinə yönəlik kosmetik cəhdlər edir. İcra hakimiyyətlərini regionların inkişafını təmin etməyə çağırır. Halbuki, uzun illərdir Azərbaycanda uğurlu regional inkişaf siyasətinin həyata keçirldiyi iddia edilirdi. Son illər ərzində Azərbaycanda “kənd təsərrüfatının inkişafı” adı altından 50 milyard dollardan artıq vəsait xərclənməsinə baxmayaraq, dövlət büdcəsində regionların demək olar ki, payı yoxdur. Ancaq büdcə boşaldığından, neftdən gələn gəlirlər kəskin azaldığından, icra başçlarının talan siysəti davam etdiyindən regionların inkişaf etdirilməsinin heç bir real əsası olmadığı aydındlr. Hansı ki, bu siyasətin də uğursuzluqla nəticələnəcəyi hamıdan qabaq bu siyasəti həyata keçirənlərə məlumdur.

Qorbaçovun “perestroyka”sı – hakimiyyətin “xalqa izahat işi aparması” siyasəti

Çernenkodan sonra böhrandan çıxa bilməyən SSRİ-də hakimiyyətə gənc, enerjili və qismən azadfikirli Qorbaçov gətirildi. Qorbaçov problemlərin həllini düzgün olaraq mövcud sistemin radikal yenidənqurulmasında görürdü. Amma çıxış yolunu nə qədər doğru müəyən etsə də islahatlara bir o qədər yanlış yerdən – iqtisadi sferadan başladı. Bunun üçün “təsərrüfat müstəqilliyi” elan olundu. Kooperativ hərəkatı, kiçik və orta biznesin inkişaf etdirilməsi və özəlləşdirmə kimi SSRİ-nin siyasi sisteminə zidd olan islhatlar həyata keçirldi. Bunan paralel, başda Qorbaçov olmaqla, Kommunist Partiyasının rəhbərləri çoxdan uzaq düşmüş xalqla təmasa keçdi. Və adamlar arasından geniş izahat işləri aparmağa, eyni zamanda Kommunist Partiyasının hegemonluğunu saxlamağa, sovet idarəetmə sistemini mühafizə etməyə başladılar. Hətta “KQÇP”-çilərin uğursuz cəhdi SSRİ-ni dağılmaqdan xilas etmədi və SSRİ, o cümlədən bütün sosialist region qısa müddət ərzində çökdü.
Bu gün Azərbaycanda məmurlar yerlərdə vətəndaşlarla görüşə gedir, prezidentin anti-böhran siysətini izah edir və bu siyasətin düzgün olduğunu sübut etməyə, buna paralel YAP-ın Azərbaycan siyasi həyatında əsassız və mənasız hegemon mövqeyini, indiki yanlış idarəçilik təcrübəsini müdafiə etməyə və qorumağa cəhd edirlər. Əgər proseslər bu ssenrai ilə inkişaf etməkdə davam etsə, çox güman ki, müəyyən mərhələdə Azərbaycansayağa “KQCP” cəhdinin də şahidi olacağıq.
Qorbaçovun “təsərrüfat müstəilliyi” siyasəti uzun illərdir ki, Azərbaycanda “təsərrüfat özbaşınalığı” kimi həyata keçirilməkdədir. Belə ki, itiqdar cəbhəsində böhrandan çıxmaq üçün iqtisadi islahatlar adı altından yeni özəlləşdirmə siyasətini məqbul hesab edənlər də meydana çıxıb. Əslində 90-cı illərdə həyata keçirilən özəllşədirmə öz məqsədinə çatmadığından, milliləşdirmə siyasəti aparılmalıdır. Amma bu gün belə bir sual meydana çıxır: bu ölkədə özəlləşdirilmiş hər hansı bir müəssisə qalıb ki, milliləşdirilsin?
Azərbaycanda qeyri-neft sektorunun çökməsi əslində cinayətkarcasına həyata keçirilmiş özəlləşdirilmə ilə bağlıdır. Özəlləşdirmə müəssisələrin profilini dəyişdirmədən, onların xüsusi mülkiyyətə verilməsindən ibarət dövlət siyasətidir. Azərbaycanda özəlləşdirmə dövlət və ictimai mülkiyyətin şəxsi mülkiyyətə verilməsi kimi həyata keçirilmişdir. Bu da özəlləşdirmənin “təsərrüfat özbaşınalığı” kimi həyata keçirilməsinə və özəlləşdirilmiş müəssisələrin darmadağın edilməsinə gətirib çıxarmışdır. Bu gün Ermənistanda adambaşına düşən məhsul istehsalı formal olaraq bizdən ona görə 5-6 dəfə çoxdur ki, (faktiki olaraq 10-20 dəfə çoxdur – müəl.) orada özəlləşdirilmiş heç bir müəssisə məhv edilməmişdir. Bu cür acı təcrübəsi olan bir dövlətdə strateji dövlət müəssisələrinin özəlləşdirilməsinin dövlətin məhv edilməsi ilə nəticələnəcəyi qaçılmazdır.
Qorbaçov “perestroika”sı ilə SSRİ dağıldı və əslində şüurlu şəkildə həyata keçiriməsi tələb olunan keçid dövrü daha ağrılı və uzun meddətə keçirildi. Bundan fərqli olaraq Çexoslovakiya və bəzi sosialist ölkələri heç bir kataklizmə yol vermədən, siyasi islhatlar aparmaqla yeni siyasi situasiya yaratdılar.

Müasir dünyanın antiböhran təcrübəsi

Bizcə, böhrandan çıxmaq üçün müasir dünyada yaşanan böhradan ayrı-ayrı xalqların çıxmaq təcrübəsindən bəhrələnmək lazımdır. Müsir dövrdə baş verən qlobal böhran bir-birindən fərqli iki istiqamətdə istimai-siyasi inkişafa təkan vermişdir.
Birinici istiqaməti xaos istiqaməti adlandırmaq olar. Bu istiqamətdə inkişafa formal demokratiyanın hökm sürdüyü Yaxın Şərqdə, ərəb ölkələrində “Ərəb inqilabı” adlanan vətəndaş qarşıdrumaları ssenarisi üzrə inkişaf edən proseslər aiddir. “Ərəb inqilabı”nın əhatə etdiyi ölkələr üçün universal əlamət dövləti böhrana salan siyasi sistemlərin özünüqoruma və özünsaxlama naminə zordan istifadə cəhdlərindən ibarət idi. Bütün ərəb ölkələrində hakimiyyətdəkilər siyasi rejimi saxlamaq üçün əllərindəki zordan xalq qarşı istifadə etdilər. Bu yanlış siyasətin nəticəsi hələ də nə vaxt qurataracağ bilinməyən və başqa ölkələrin hərbi intervensiyasına yol açan qanlı proseslərin meydana çıxmasına və ərazilərin itirilməsi də daxil olmaqla, ciddi təhlükəli vəziyyətlərin yaranamsına səbəb oldu. Beləliklə böhran yeni nizam əvəzinə, nizamsızlığa, xaosa keçdi.
İkinci istiqamət Aralıq dənizinin şimalında – “ərəb inqilabı”nın baş verdiyi ölkələrdə qonşu və inteqrativ əlaqələri olan böhrana düşən Avropa ölkələrinin inkişaf istiqamətidir. Biz bunu obrazlı olaraq “ərəb inqilabı” ilə müqayisədə “demokratik payız” adlandıra bilərik. Bura Yunanıstanda, İspaniyada, Portuqaliyada, qismən də İtaliyada gedən proseslər, demokratik rejimlərin böhranı aiddidr. Bu ölkələrdə böhrandan çıxmaq üçün islahatlar siyasi dəyişmələrdən başladılmışdır. Qısa müddət ərzində parlamentlər buraxılmış, hökumətlər istefaya getmiş, ölkədə yeni qanunvericilik sistemi və idarəetmə prinsipləri tətbiq edilmişdir. Baxmayaraq ki, hələ də bu ölkələr böhrandan çıxmayıb, amma ərəb ölkələrindən fərqli olaraq vətəndaş qarşıdrumasından yan keçilib, xaos meydana çıxmayıb.

Nədən başlamalı və nə etməli?

Əslində, sovet rəhbərliyinin həyata keçirdiyi bütün islahatların uğursuzluğu və SSRİ-nin dağılmasının səbəbi böhrandan çıxmağın yolunun düzgün tapılmaması ilə bağlı idi. Son günlər mətbuatdan məlum olur ki, iqtidar Azərbaycanı böhrandan çıxarmağın Sinqapur, Polşa və Pribaltika modellərini tətbiq etmək istiqamətində axtarışdadır. Bir şeyi unutmaq olmaz ki, hər hansı bir model uyğun ictimi-siyasi vəziyətlərə uyğun nəticələr verə bilər. Başqa sözlə, seçilən modellərin effektliyi həmin modellərin tətbiq edildiyi zəminə Azərbaycandakı ictimai-siyasi zəminin nə dərcədə uyğun olması ilə müəyyən edə bilər. Heç bir modelin universal pozitiv nəticələr vermək imkanları yoxdur. Buna görə də Azərbaycan xalqının mentalitetinin mövcud ictimai-siyasi münasibətləri ictimai şüur səviyyəsini və Azərbaycandakı vəziyyətdən çıxış nöqtəsinin xarakterini nəzərə almadan tətbiq olunan model eksperimentlər vaxtı əldən verməyə və proseslərin nəzarətdən çıxmasına səbəb olacaqdır.
Böhran dövlətin biznesində – iqtisadi bədənində baş verən elə fundamental çevrilişdir ki, dərhal üst qurumda funksiyalaşma, yəni idarəetmədə ona uyğun siyasi dəyişmələr aparılmasını tələb edir. Əgər belə dəyişmələr vaxtında, planlı və iradəvi şəkildə aparılmazsa, həmin dəyişilmələrin kortəbii və xaotik baş verməsi qaçılmazdır. Biz bunun SSRİ-nin nümunəsində təsdiqini gördük. Əslində sovet rəhbərlərinin siyasi sistemi saxlamaqla, iqtisadi islahatlar aparlmaları SSRİ-ni çökdürdü. Halbuki siyasi sferada radikal islahatlar aparmaqla ölkə özünün əsasında baş verən çevrilişə – sosial iqtisadiyyatından bazar iqtisadiyyatına keçid etməyə uyğun siyasi islahatlar tələb edirdi.
Bu gün Azərbaycanda yaranmış böhran siyasi dəyişiilməyə keçid tələb edir. Bu tələbə təkliflə cavab vermədikcə, Azərbaycanın xaosa sürüklənməsi davam edəcəkdir. Beləliklə, Azərbaycan xalqı dilemma qarşısındadır: ya radikal siyasi islahatlar, ya radikal sosial kataklizmlər.
Demokratik anti-böhran siyasəti
Biz indiki böhrandan ölkənin çıxarılması ilə bağlı təkliflərimizi obrazlı olaraq “demokratik anti-böhran siyasəti” adlandırırıq. Əgər “Ərəb baharı”nın acı təcrübəsinin yaşanmasını istəmiriksə, biz Avropa ölkələrinin böhrandan çıxmaq təcrübəsindən bəhərələnməliyik. Hansı ki, siyasi dəyişilmələri şüurlu şəkildə hyata keçirməklə ölkədə milli həmrəylik zəminində iqtisadi sistemi yenidən qurmaq və xaosdan yan keçməklə böhrandan xilas olmaq mümkündür.
Yalnız bu halda Azərbaycan böhrandan yeni nizama doğru çıxa bilər. Ona görə də böhrandan çıxmağı radikal siyasi islahatlardan başlatmağı təklif edirik. Bu bir həqiqətdir ki, böhranı yaradan heç bir güc həmin böhrandan ölkəni çıxara bilməz. Ölkə yeni hüquqi rejimə və siyasi idarəetməyə keçirilməlidir. 20 ildən artıq yarıtmaz fəaliyyətlərinə baxmayaraq vəzifələrdə qalmış kadrlar dəyişdirilməlidir. Əks halda iqtisadi sferada aparılan heç bir islahat ölkəni xaos istiqamətində inkişafdan sığortalaya bilməyəcək.
Bu gün bəzi müxalif güclər hakimiyyətin tam dəyişilməsini tələb edir. Bizcə, siyasi sistemin və hakimiyyətin dəyişilməsi fazalı, yəni tədrici yolla həyata keçirilməsə, ölkədə yeni situasiyanı yaratmaq olduqca çətin və ağrılı olacaq. Buna görə də biz ilk öncə bu saxta parlamentin buraxılmasını və yeni demokratik seçkilərlə formalaşan parlamentin yaradılmasını vacib hesab edirik. Nə üçün yeni parlament vacibdir? Saxta parlement heç vaxt hökumət üzərində ciddi qanunvericlik nəzarəti həyata keçirə və ölkədə tələb olunan yeni hüquqi islahatları başlada bilməyəcək.
İkincisi, hökumət qismən istefaya ketməlidir. Hökumətin tam istefası əslində hakimiyyət boşluğu yaradar ki, bu da faktiki böhranı xaos istiqamətinə yönəldər, böhranın idarə olunmasına imkan verməz. Koalision hökumət modeli iqtidardaxili nəzarət mexanizminin ən kamil formasıdır. Biz prezidentin qalması və hökumətin bəlli bir hissəsi ilə müxalif qüvvələrdən təşkil olunmuş yeni koalision hökumətin – keçid hökuətinin yaradılmasını vacib hesab edirik. Bu, iqtidardaxili güclü nəzarət mexanizmi kimi nəzərdə tutulur. Eyni zamanda Azərbaycanı vətəndaş qarşıdurmasından sığortalayır. Xüsusən demokratik güclərin hakimiyyətdə təmsil olunması ölkənin mənfi imicinin müsbətə doğru dəyişilməsinə səbəb olar ki, bu da ABŞ və Qərbdən böhrandan xilas olmaq üçün yardım almaq üçün həlledici əhəmiyyətə malikdir. Ailə-klan prinsipi ilə təşkilatlanmış indiki hökumət nə fəaliyyət imkanına, nə dəyişilmə imkanına, nə özünənəzarət imkanına, nə də demokratik dövlətlərdən ciddi dəstək almaq imkanına malikdir.
Nəhayət, dərhal konstisusion və qanunvericilik islhatlarına başlanılmalıdır. Bu, ölkədə məshuldar və mütərəqqi qüvvələrin anti-böhran prosesinə qoşulmalarına yol açmağa xidmət edər. Hansı ki, bunsuz heç bir güc, o cümlədən demokratik müxalifət hakimiyyətə gəlsə belə, Azərbaycanı xaosa sürükləməkdən xilas edə bilməz.

Loading