Əlaqə vasitələri

Dövlətimizin, millətimizin gələcəyi təhlükədədir. Yetməzmi ?!

Özünü kişi sayan, arvadının, qız-gəlininin, ailəsinin namusunu qorumaq istəyən hər bir azərbaycanlı bilməlidir: dövlətimiz cinayətkar dəstələrin əlində can verir.
Son 23 ildə ölkədə yaranmış rüşvətxorluq mühiti istənilən xarici kəşfiyyat orqanına imkan verib ki, istədiyi dövlət postuna öz adamını yerləşdirə bilsin.
Bu mənada indi Azərbaycanda söz sahibi olanların əsl kimliyini bilmək mümkün deyil. Cinayətkar əlaqələr o qədər sabitləşib, o qədər möhkəmlənib, o qədər şaxələnib ki, bu vəziyyəti yalnız qanuni və obyektiv seçkilər keçirməklə aradan qaldırmaq mümkündür.
Prezident istəsə belə (istəməsi isə hələ də görünmür), bu vəziyyəti ayrı-ayrı inzibati tədbirlərlə aradan qaldıra bilməz. Başqa yolu yox. “Parlament” adlanan bu “tapşırıq icraçıları” dərhal buraxılmalı, prezident yeni parlament, prezident və bələdiyyə seçkiləri elan etməli, “Məzahir Pənahov MMC”-ni beynəlxalq təşkilatlar əvəzləməlidir. Elliklə dəyişmənin, belə bir şəraitdə çox vacib olan, ilkin zəruri tədbir kimi, kütləvi kadr dəyişikliyinin yeganə yolu budur. Dövlətin yazılı qanunlarla idarə edilməsinə nail olmadıqca vəziyyət ağırlaşmaqda davam edəcək.
Heç kim yaxasını kənara çəkmək üçün bəhanə axtarmasın.
Ən böyük günühkar da xalqın özüdür: bu hakimiyyətin-cinayətkar qurupların hər cür qanunsuz hərəkətlərinə dözməklə, özünün və balasının, dövlətçiliyimizin taleyini təhlükəyə atan bu xalq özü də öz problemini həll etməlidir.
Xalq bütövlükdə, hamılıqla müxalifət olmadıqca, bu müsibət davam edəcək, bu cinayətkar quruplar da talanı, soyğunçuluğu, özbaşınalığı, əxlaqsızlıqlarını davam etdirəcəklər.
Bir azdan qız-gəlinləriniz, arvad-uşağınız da sizə tabe olmayacaq, üzünüzə duracaq və gözünüz görə-görə namusunuzu tapdalayacaqlar. Gözünüzün qabağında körpələriniz can verəcək, yurdlarınız, şəhər və kəndləriniz viran qalacaq. Onların hamısı xarici, isti ölkələrdə çoxdan özlərinin gələcəyini təmin ediblər.
Bu vətən onlar üçün yem mənbəyindən başqa bir şey deyil.
Siz imkan verdikcə yeyəcəklər, dağıdacaqlar, pıxacaqlar, şellənəcəklər, səni ələ salacaqlar, səni dolayacaqlar, sənə güləcək, sənə lağ edəcəklər.
“Gözüylə görən…” olmaq istəməyənlər düşünsün!
Binamus, şərəfsiz, qorxaq, rəzil çoxluğa görə, ləyaqəti uğrunda can verən azlıq da ölməkdədir bu məmləkətdə.
Bıçaq sümüyə dirənib artıq.
Yetməzmi ?!

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir