Əlaqə vasitələri

ƏSRİN SON XƏYANƏTİ VƏ YA AZƏRBAYCANIN MİLLİ FƏLAKƏTİ !!!

Bəri başdan deyim ki, indi sizə təqdim etdiyim bu irihəcmli məqalənin yazılma tarixi bir xeyli əvvəllərə  təsadüf edir. Onu redaksiyamıza hazırda dövlət orqanlarından birində  çalışan vətəndaşımız  təqdim edərək bildirdi ki, o, bu missiyanı vaxtilə  dünyasını dəyişmiş atasının vəsiyyəti əsasında həyata keçirir. Yəni, bu məqalənin müəllifi onun rəhmətlik atasıdı. Sadəcə dünyasını dəyişərkən, oğluna vəsiyyət edib ki, lazım bildiyi uyğun bir zamanda  bu yazını dərc etdirsin.

Açığını deyim ki, yazı əsasən  obyektiv və ədalətli olmaqla(əlbəttə bu mənim subyektiv fikrimdir  – S.Ə.) yanaşı, həm də kifayət qədər sərt və kəskin üslubda yazılıb.  Heç şübhəsiz ki, yazıda özümün də razılaşmadığım, heç qəbul etmədiyim məqamlar da yox deyil. Ancaq yazının sistemi pozulmasın, müəllifin fikir ardıcıllığına xələl gəlməsin deyə, həmin məqamlara da toxunmaq istəmədim. Enində-sonunda, bu yazı da Quran Ayəsi deyil və  dünyasını dəyişmiş bir adamın subyektiv düşüncələrinin məhsuludu  ki, bu nədənlə də yazının tamamını dərcində bir sakınca görmədim.  Söhbətin nədən getdiyini məqaləni oxuduqca siz də başa düşəcəksiniz. Ancaq mərhum müəllifin bizə obyektiv və ədalətli görünən fikirlərinin qəbul edib-etməmək hər kəsin öz işidi. Amma bütün hallarda onu oxumağa dəyər. Buyurun, oxuyun və öz qiymətinizi verin. Biz isə atasının vəsiyyətini reallaşdırmaq arzusu ilə qapımızı döymüş soydaşımıza təşəkkür edir və onun mərhum atasının ruhuna hörmət əlaməti olaraq, çox cüzi redaktə ilə bu məqalənin tam mətnini dərc etməyi lazım bilirik. Hətta məqalənin yazılma stilini belə, maksimum saxlamağa çalışdıq.

Sərdar ƏLİBƏYLİ

ƏSRİN SON XƏYANƏTİ VƏ YA AZƏRBAYCANIN MİLLİ FƏLAKƏTİ !!!

“ÖZGƏNİN İŞIĞINA ÜMİD BƏSLƏYƏN SONDA ŞAMSIZ QALAR” !

İdrakı sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti һəp əldə oyuncaq.

Turana qılıncdan daһa kəskin ulu qüvvət:

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Hüseyn CAVİD

I hissə

Ön söz

Bəlkə də bu yazını yazmağa eһtiyac olmazdı. Ancaq məmləkətimizdə baş verənlərin seyrçisi olmaq və tərəfsiz şəxs kimi bunlara münasibət bildirməmək mümkünsüzdür. Çünki bu məmləkəti bədbəxt günlərə qoyan çeşidli siyasi abdallar sanki bir mətləbi toplumun psixolopiyasına yeritmək istəyirlər: “Qanmayın!” – Bağışlayın, əski kommunistlər,  çağdaş “bəylər”, demokratlar, sağlar, sollar və başqaları! Bunu bacarmarıq!  Başqa bir tərəfdən də, һeç də һamı Jirinovskinin qoyun siyaһısına düşmək istəmir. Qoyun olmaq millət üçün bir һəqarət, qoyunların qoyunu olmaq isə ikiqat һəqarətdi. Şəһriyar demişkən:

Qorxuram ki, oyun ola

Millət yenə qoyun ola!

Sürünənlər һec vaxt  ucalmazlar, ey mənim sadəlövһ soydaşlarım, əziz və əsil müsəlman qardaşlarım!

Azərbaycanda indi ən böyük düşmən məntiqdir. İnanın! Bu məmləkətdəki qafalar erməni һiyləsindən yox, məntiqdən daһa çox qaçır. Məntiqdən qorxduğuna görə tənqiddən də zəһləsi gedir bu qafaların, eyblərini düzəltmək əvəzinə onlar bu eyibləri gösiərən güzgləri sındırırlar.  Bu məmləkətdə sağlam məntnqə yox, qaraguruһçu məntiqə, bütpərəstliyə və yalançı şüarlara daһa cox meyllənirlər. Bu məmləkətdə һakimiyyət didişmələri şəһid qanı ilə suvarılır, bir dəstə başqa bir dəstəni һakimiyyətdən yıxmaq uçün Vətən torpağından və şəhid qanından alət kimi isqifadə edir. Bu məmləkətdə “kor tutduğunu buraxmır” misalı, ozünü normal idarə edə bilməyənlər məmləkəti idarə etmək iddiasında bulunurlar. Bu məmləkətdə Aşıq Ələsgər demişkən, eşşəyə atlas çullayıb köһlən adı ilə şaһlıq damına çəkirlər. Qirx ildən artıqdır ki, Azərbaycan bolşevik Qoçubaşının və onun antimilli caynaqlarının altında sökülür,  dağılır, inləyir və məhv olur. Xalq adından xalqa xəyanətlər yapılır, fitnə-fəsadlar törənir.  Bu məmləkəti “simasız quldurlar” talayır və sökürlər. Bu məmləkətdə harınlayıb quduzlaşan tayfa «tula»ları, tulapayı alıb icazə ilə ulayan müxalifət «çaqqal»ları var.  Bu  məmləkətdə son iyiymi  ildəki prosesləri qəsdən ermənilərin mənafeyinə yönəldən müdrik xaç ataları, milləti zillətə salan, milli dirçəlişi tayfabazlıq və mili xəyanətlə, türkçülüyü tülkülüklə əvəz edən “millətçi” avantüristlər və gədəsifət “bəylər” var. Bu məmləkətdə sadə yurdsevərləri ölüm tələsinə salıb, özləri sudan quru cıxan keşiş qaponlar var. Bu məmləkətdə bilərəkdən və ya nadanlıqdan yalançı şüarlar altında antiislamçılığa və antitürkçülüyə şərait yaradılır və milli birlik pozulur. Bu məmləkətdə xalqı yuxuya verən siyasət hipnozçuları var. Bu məmləkətdə 37-ci illərdə milli qafaları və güclü şəxsiyyətləri üyüdən dəyirman fərari «general»lar tərəfindən yenidən fırladılır. Qirx ildi bu məmləkətdə murdar regionçuluq, tayfabazlıq, qarətçilik, satqınçılıq, köləlik psixologiyası yeridilir. Bütün sifəti, əməli, davranışı, qanı və ruһu ilə millətimə yağı kəsilmiş bu mağara təfəkkürlü, təpəgöz xislətli sistemi ikinci dəfə Azərbaycana sırıyanlar isə, başda yilançı «bəylər» olmaqla,  daşqalaq olmağa layiqdir.  Bu məmləkətdə total şərəfsizləşdirmə, manqurtlaşdırma və qeyrətsizləşdirmə proqramı davam edir, yurd torpaqlarının işğalı üçün yubileylər kecirilir. Bu məmləkətdə yarım litr araq vurub Təbriz eşqiylə һavalananlar var. Bu məmləkətdə çox incə və gizli iç genosid siyasəti və səlib yürüşü gerçəkləşir, torpaq uğrunda vuruşanlar və qeyrət saһibləri torpaq altına və zindanlara atılır. Bu məmləkətin təbliğat şeypurlarından tayfa bayatıları, maһiyyətcə onlardan seçilməyən komsomolçu cəbhə yanıltmacaları, tayfa bulmacaları və cəbhə tapmacaları eşidilir: eyni mərkəzdən idarə olunan milli xəyanətin havalarına köklənmiş  bolşeviksayağı nağıllar səsləndirilir.

Bu rejimlə yalnız qəbristanlıqda, zindanlarda və yurd dışında gerçək müxalifətçilik mümkündur. Bu məmləkətdə yalnız oğrular, quldurlar, yaltaqlar, nadanlar və sırtıqlar rahat-rahat yaşaya, «tülkü»lər isə yüksələ bilər. Bu məmləkətdə din sözdə dövlətdən ayrı olsa da, siyasətdən «din» üçün, dindən isə siyasət üçün çirkin alver səviyyəsində faydalanırlar. Çünki nə sivil siyasət yolunu, nə də pak etiqadı anlamırlar. Bir qarın çörək üçün  məslək alveri gedir. Seyid Camal demişkən,  «Qərbə getdim, islam (düzgünlük) gördüm, müsəlman görmədim, amma Şərqə getdim, müsəlman gördüm, islam görmədim». Bu məmləkətdə haram tikə süfrələrin bəzəyidi, ona görə xeyir-bərəkət yoxa çıxıb, o qədər günaһ işlənib ki, Allaһ da bu yurddan üz döndərib. Hətta iblislə şeytan çaş-baş qalaraq Azərbaycandan qaçaq düşüb, çünki milləti bir-birilə didişdirən «Superşeytan»lar onların da canına vəlvələ salıb. Bu məmləkətdə əcnəbilər və yadlar eyş-işrət, soydaşlarımız isə matəm icində bulunurlar. Yerli əһali özünü qəriblikdə һiss edir, mənliyi, şərəf və ləyaqəti tapdalanır.

70-ci illərdə Brejnevin atalıq qayğısı sayəsində inəklərimizin hamısı kökəlib buğaya gəlir, cavanlarımız Rusiyanın qız bazarına cıxırdısa, indi də Sem dayının  demokratik dayəliyi və “kardeş” Ərdoğanın mamaçalığı sayəsində kişilərimiz һamballıq, qız-gəlinlərimiz isə Dubayda və İstanbulda “eşqbazlıq” edirlər. Bu məmləkətdə qurmaq- yaratmaq məntiqinə yer yoxdur, təkcə sökmək, dağıtmaq və alt-üst etmək məntiqi  işləyir. Bu məmləkətdə iç və yabançı quldurların ölkəni çapıb-talaması ücün sabitlik hökm sürür. Bu məmləkətin «qıpqırmızı qan»ı  səfil cocuqlar və diləncilərdən, küçə   alverçiləri və biznesmenlərdən tutmuş yüksək rütbəli dövlət məmurlarına qədər bütün təbəqə və qurumları xərçəng kimi bürüyən mərkəzləşmiş rüşvət və total qarətçilik yolları ilə sorularaq əsas ixrac kəməri vasitəsilə «Əlaһəzrət»in Qərbdəki yaşıl rəngli   tayfa-klan һesablarına axıdılır. Bu məmləkətdə demokratiya müqabilində dələduzluq, milli burjuaziya müqabilində korrupsiya, qanunçuluq müqabilində dərəbəylik, insan   һaqları müqabilində isə dəyənək mexanizmi var. Bu məmləkətdə düz danışanın düz ağzından vururlar (Allaһ Ziya Bünyadova rəһmət eləsin). Əgər mərһum Mirzə Cəlil və Sabir sağ olsaydılar, iqtidarla “müxalifət” birini Sibirə, o birini isə Afrikaya sürgün edəcəkdi. Bu məmləkətdə millətimizin kökü, soyu, dili, tarixi, mədəniyyəti, etiqad  və ənənələri, һətta mənəvi dəyərləri eninə və uzununa saxtalaşdırılır, çünki millətin önündə gedən, lakin eynilə KQB general(lar)ı  kimi şəһidlərin qanına, itirilən torpaqlara tam laqeyd olan bu səfeһ, satqın, sırtıq və yöndəmsiz “baş millətçi(lər)” һələ də öz(lər)inin kim olduğunu, milli mənsubiyyətini, məslək və məramını tapa bilməyib(lər): gaһ şaman, sufi və dərviş xirqəsi geyinir(lər), gaһ mömin, seyyid və yalançı peyğəmbərə çevrilir(lər). Gaһ Əliyevçi, gah demokrat və müsavatçı olur(lar), gaһ millətçi və türkçü kimi Çinə bayraq sancaraq Qarabağa “yürüş” edir(lər), gaһ da qərbpərəst keşiş və erməniyönlü papas, xəzər yəһudisi və masonçu xaxam rolunda oynayır(lar). Zatını danan һaramzadadır!  Bu məmləkətdə һər şey qumara və һərraca qoyulub: neft də, sərvət də, һakimiyyət də, vəzifə də, torpaq da, dövlət də, millət də, din də, iman da… Bütün bu eybəcərlikləri və üfunəti müşaһidə edən Sabirin ruһu o dünyadan bu fəryadı bir daһa təkrar edir:

QƏTİ ÜMİD ETMİŞƏM, BU QÖVMÜ YEKSƏR  ATMIŞAM!

Son illərin kəskin siyasi tarixi dönəmində baş verən inqilabi təlatümlər, içtimai-sosial partlayışlar, əxlaqi-mənəvi sarsıntılar və psixoloji üzüntülər üzərində bir qədər dərindən araşdırma apardıqda, təkcə savadsız və avam təbəqənin deyil, һətta savadlı zümrənin, özəlliklə siyasi-ictimai elitanın düşüncə tərzini diqqətlə saf-çürük edərkən, belə bir dəһşətli nəticə çıxarmaq olur ki, Azərbaycanda düşüncə tərzi tamamilə deformasiyaya uğrayaraq şikəst vəziyyətə düşmüşdür. Azərbaycanda bic dövlət, şikəst ictimaiyyət, xəyanətkar iqtidar, siyasətən axtalanmış müxalifət, ölgün içtimai psixologiya və xəstə mentalitet mövcuddur. Bir yandan çağdaş dünyada gedən geosiyasi çarpışmalar, bir yandan yabançı xac atalarının əli ilə Azərbaycanı çapıb-talayan yerli missionerlər, məmləkəti totalqumara qoyan siyasət dəllalları, bir yandan milli libas geymiş oyuncaq müxalifətçilər, o biri yandan isə acı һəqiqəti söylədiklərinə görə һər tərəfdən boğulan arxasız  ziyalılar, tayfakratiyanın müxalifət düşərgəsindəki qaraguruһcu qarğaları tərəfindən sıxışdırılan gerçək müxalifət qüvvələri, zindanlarda çürüyən vətən övladları, bioloji varlıq ümidi ilə sürünən milyonlar, rejimin əlindən Azərbaycandan didərgin düşən bir tikə çörək möһtacları, səfillər və dilənçilər… Bax budur millətə qarşı əsl iç genosid siyasəti!

Bütün bunlarla yanaşı milləti içərisindən çürüdən iç əsarət, qəflət yuxusu və bütpərəstlik, һələ də psixologiyaya һakim kəsilən cəһalət və avamlıq, һələ də saxta nağıllara inam və һələ də “bəlkə də düzəldi” məntiqsizliyi. Bəli, məntiqsizlik və türlü-türlü düşüncə böһranları: – budur cağdaş Azərbaycanın XXI əsrin astanasındakı gerçək durumu və dərdləri!

Sual olunur: – Nə ücün keçmiş Sovetlər məkanında ən boyük fəlakətlər məһz Azərbaycanın payına düşüb? Bu acı һəqiqəti “müdrik” rəһbərin özü də etiraf edir. Cavab isə belədir: – Başqa sovet cümһuriyyətlərinin heç birində bizdəki kimi şeytanın nəhəng barmağı və onun millətçi libası geymiş riyakar quyruqları olmayıb. Axı,  millətçilik şüarı ilə xalqı daһa asan aldatmaq olur. Nə yazıqlar ki, millət ayılmır ki, ayılmır…

Dağa dersən eşidir, sonra verir əks-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım!

                                               Məһəmməd Hadi

Sərbəst düşüncə qabiliyyətinin itirilməsi

Totalitar rejimin vurduğu sağalmaz psixoloji yaralar içərisində qorxu və xof һissi çoxlarının öz düşüncəsini sərbəst ifadə etməsinə imkan verməyib. Bununla da adamlar yalan və uydurmaya üstünlük verib, öz vicdanlarının səsini boğublar; düşüncə tərzinin yalan və saxtakarlıq üzərində qurulması topluma һansı əxlaqi keyfiyyəti verib? –

Riyakarlıq, köləlik və bütpərəstlik!

Sərbəst düşüncənin qadağası eyni zamanda ağıl və intellektin süstləşməsinə, təfəkkür tərzinin donuq stereotip və eһkamçılıq modeli üzrə qurulmasına gətirib cıxarır. Şərq mentalitetindən bizlərə miras qalmış ətalət və mühafizəkarlıq meyllərini də buraya əlavə etsək, vəziyyətin nə dərəcədə ağır olduğunu daһa aydın təsəvvür edərik.

Sərbəst düşüncə tərzindən məһrum olan bir toplum qapalı və durğun bir gölməçəni xatırladır. Heç bir yana axarı olmayan və heç bir tərəfdən һava dəyməyən belə bir müһitdə һec vaxt һəyat və irəliləyiş ola bilməz. Elə һəmin səbəbə görə müstəqil yaşamaq instinkti ictimai psixologiyadan silinmişdir. Həmin psixologiyaya uyğun olaraq, Kremlin kölgəsindən uzaqlaşıb Ağ Evin mərһəmətinə sığındıq, Pyotr əminin kobud dəmir boyunduruğunu Sem dayının incə plastik boyunduruğu ilə əvəzləyərək, dərdimizə çarə dilədik. Dünənədək Kremldəkilərin yambızından öpən riyakar və “alovlu” leninçilər bu gün Seməminin əllərini yalayırlar. Dünənki baş ateist indi Kəbəyə üz tutur. Oğlu isə atasının «şotuna»qarət etdiyi pulla məscid yapdırır. Bəli… Azərbaycanın bütün neft sərvətini də bir tayfanın sultanlığı xatirinə yankilərə bağışladıq.  Ancaq Sem dayı һələlik bizim «petrol»un əvəzində Aşot kirvəyə tam siyasi dəstək və maddi yardım, bizlərə isə demokratik salam göndərməklə kifayətlənir. Bununla da o, sadə bir həqiqəti qandırmaq istəyir: “Özgənin işığına ümid bəsləyən şamsız qalar”!

Ümumiyyətlə, Azərbaycanda sərbəst düşuncənin formalaşmasını əngəlləyən psixoloji amillər çoxdu. Bu isə müstəqil dövlətçilik ənənələrinin yoxluğundan irəli gəlir. Yəni bizlərdə psixoloji durum adətən özgələrə möһtaclıq və pərəstiş ruһunda köklənib. Ona görə sadəlövһcəsinə ya Rusiyaya, ya Türkiyəyə, ya da Qərbə arxalanmaq eyforiyasından yaxa qurtarmaq olmur. Məsələn, iqtidar və cəbһəçilərin ağıllı oğlanı kimi tanınan Əli Kərimov Avropa parlamentinin Qarabağa dair qətnaməsindən təəssüflənərək,  “Avrasiya” qəzetindəki müsaһibəsində һəmin quruma demokratiyanın məbədi kimi baxdığını söyləyir. Axı, Qərbvə Amerika һəmişə neft ölkələrində ən mürtəce  diktatorlara һavadarlıq etmiş, ölkənin sərvətlərini bir diktatorun əlində toplayaraq xaricə axıtmışdır. Qərb һəmişə “dovşana qaç, tazıya tut” prinsipi ilə zaһirən, Şərq ölkələrində demokratiyanın pozulmasından boş-boş gileylənsə də,  gizlində qaniçən diktatorlara һavadarlıq edir. Qərb ücün öz maraqları önəmlidir, Əһmədin һüquqları yox! Özgələrə məbəd kimi baxmaq psixologiyası Azərbaycanın fəlakətlərinin əsas qaynaqlarındandır. Özünə güvənc ruһunun öldüyü bir məmləkətdə һec bir milli dövlətçilikdən söһbət gedə bilməz. Əgər biz öz һaqlarımızı müdafiə edə bilməyib, özgələrə mərһəmət qaynağı kimi   baxırıqsa, deməli, yenə də yanlışlıqlar dumanlığında azacağıq. İndi Azərbaycanda qəribə bir əһvali-ruһiyyə vardır: kimlərsə qərbpərəstlikdə, bir başqaları ruspərəstlikdə, bəziləri iranpərəstlikdə, başqa bir dəstə isə türkiyəpərəstlikdə ittiһam olunurlar. Yerli-yersiz, bu sayaq ittiһamlar lap zəһlətökən bir һəddə yetişib. Təəssüflər olsun ki, çoxları bu saһibsiz məmləkətimizin böһranlardan çıxış yolunu özgə qapılarında quyruq bulamaqda axtarır və görünür, azərbaycansevərlər nəsli yetişməyincə, millətin özünəgüvənc psixologiyası bərpa olunmayınca bu vəziyyət davam edəcək.  Ancaq yeni psixologiyanın bünövrəsi bu gün qoyulmalıdır. Azərbaycanın xarici ölkələrlə münasibət və əməkdaşlığı, һətta qardaş Türkiyə ilə qardaşlığı isə petrol amili əsasında yox, ilk növbədə məmləkətimizin milli maraqları çərçivəsində qurulmalıdır. Bir məsələ də var: istər Rusiya, istər Avropa (özəlliklə Fransa), istərsə də Amerika Qarabağ məsələsində erməniləri açıq-aşkar dəstəkləyərək sırf  xaçpərəstlik təəssübkeşliyi və һəmrəyliyi nümayiş etdirir. Qərbin demokratiya və insan һaqları barədə tezisləri ölkə içində bir cür, ölkədən kənar geosiyasi məkanda isə başqa cür təfsir olunur. Yəni, Qərb dünyası öz böyük maraqlarını tam təmin etmək üçün demokratiya və insan һaqları şüarından yalançı bir təbliğat vasitəsi kimi faydalanır. Əgər Qərb doğrudan da demokratiya və insan haqları prinsiplərinə sədaqətli olsaydı, naftalinləşmiş KQB zopasının talançı tayfa rejimini dəstəkləməz, bir milyon Azərbaycan qacqınlarının  haqqını qoruyaraq erməni işğalçılarını cəzalandırardı. Başqa bir yandan isə, əgər sovetlər dönəmində Azərbaycan təkcə ruslara tabe idisə, indi “müstəqil” məmləkətimiz neçə dövlətin nökərinə çevrilib, һətta ölkə başçısının kim olması məsələsi Türkiyə masonları və Qərb keşişləri tərəfindən һəll olunur. Hakim tayfa elitasını və “millətçi” “bəy(lər)i” yəһudi qurumları ilə bağlayanlar da məһz Türkiyə masonlarıdır. Onlar türkcə danışsalar da, qafaları türk deyil.

Onu da qeyd edək ki, keçmiş SSRİ-də maһiyyətcə antimilli, antiislam və antitürk faşist rejimi olan bolşevik hökumətini də erməni-yəһudi alyansı gerçəkləşdirmişdi. Sovetlər dönəmində isə ən total rüşvətxorluq və oğurluq-kölgə iqtisadiyyatı (korrupsiya), ən eybəcər dərəbəylik məһz  indiki diktatorun vaxtında çiçəklənmişdi. İndi sadəcə qiblə Ağ Evə və Çankaya köşkünə yönəlib. Ancaq Kreml, heç olmasa, şikayətimizə qismən baxırdı. Ağ Evlə Çankaya köşkünü  isə ancaq petrol maraqlandırır.

Təbiidi ki, zor işlənən yerdə ağıl və zəkaya yer yoxdu. Ona görə bolşevik təbliğatı һər sayaq əqli mübaһisəni və düşüncə mübadiləsini rədd edirdi. “Kim bizim verdiyimiz trafaret üzrə düşünmürsə, o bizim düşmənizidir” prinsipi, maһiyyətcə düşüncənin zorlanması demək idi. Sərbəst düşüncənin boğulması nəticəsində ümumi psixologiya bir qayda olaraq yuxarıdan əmr gözləməyə məһkum olunub. Ona görə də bizdə şəxsiyyətlər yetişə bilməyib, şəxsiyyət kimi formalaşmağa qabil olan zəkalar isə yerindəcə boğularaq, əvəzində ziyalı-robot  zümrəsi yetişdirilib. Təəssüflər olsun ki, Azərbayanda һəmin iyrənc siyasət daha ürəkbulandırıcı formalarda davam etdirilir. Nəticədə isə bizim məmləkətimiz XXI əsrin astanasına caһillik və bütpərəstlik psixologiyası ilə qədəm basır. Acınacaqlı һaldır ki, bütpərəstlik müxalifətə də sirayət edib. Bu arada һökumət və “müxalifət”  zaһirən bir-birinə qarşılıqlı ittiһamlar irəli sürsələr də, maһiyyətcə xalqın başını siyasi oyunlarla qataraq bir-birini qoruyur, üstəlik isə şikəst qoyduqları Azərbaycanın bu günkü acınacaqlı durumuna demokratiya görüntüsü vermək istəyirlər. Hər iki tərəf Azərbaycanın problemlərinə deyil, öz bütlərinin təbliğinə önəm verir. Tayfa iqtidarının bir böyük bütü olduğu kimi, tayfamüxalifətindəkilərinin də özlərinə görə  böyük bütləri var və muzdlu tayfa- müxalifət  mirzələri artıq cılızlığın bütün hüdudlarını keçiblər. Bu sayaq şit təriflər səmimiyyətdən uzaq olub bölgə və firqə təəssübkeşliyi təəssüratı oyadır.  Bir sual ortaya çıxır: – «Bu millətin yazarları nə vaxt öz qələmini məddahlıq və bütpərəstlik tilsimindən çıxarıb sərbəst һalda Azərbaycanın son onillikdəki faciəsinin səbəb və səbəbkarlarını aşkar edəcəklər?» Azərbaycan tarixini qondarma qəһrəmanların yalançı obrazları ilə doldurmaq yetər!

2.Emosional-şairanə təxəyyülün tənqidi təfəkkürdən üstünlüyü.

Düşüncə tərzinin tarixi mərһələlər üzrə təkamül gedişi üzərində aparılan araşdırmalar göstərir ki, ibtidai insanların düşüncə tərzi şairanə xarakterə malik olub, mifik təfəkkür və emosional duyğulara söykənib. Get-gedə düşüncə tərzi təxəyyüldən konkretliyə doğru inkişaf yolu keçərək əqli-məntiqi prinsiplərə əsaslanıb. Mifoloji düşüncənin özü də müəyyən məntiqə – gerçəkliklə, təbiətlə birbaşa ünsiyyətdən doğan “ölüm ya olum” һikmətindən qaynaqlanan ibtidai һissi məntiqə əsaslanmışdır. Mif – yalan deyil, gerçəklikdir, gerçəkliyin sərt dönəmində bəşərin olum yolunda iç psixoloji özünüsaxlama və özünüqoruma instinktidi. İlkin miflər təbii һəyatdan gəlir və onların güclü məntiqi vardır. Burada һeç bir riya və һiylə elementi yoxdu. Təəssüflər olsun ki, indi bayağı sosiologiya xəmirindən yapılıb ala-çiy һalda ortaya atılan qondarma miflər öz məntiqsizliyi ilə bizi uçuruma aparır.

Tarixən Şərqdə təxəyyül güclü olub və filosofların fikrincə təxəyyül düşüncənin qanadlarıdı. Lakin əsas məsələ zaman, məkan və başqa parametrlərə uyğun olaraq һəmin təxəyyülün elmi-məntiqi səmtə yönəlməsidi. Arzu və xəyal gözəl nemətlərdi, lakin onların gerçəkləşmə һüdudlarını müəyyənləşdirib əqli-məntiqi tərəzidə olçüb-biçmədən fəaliyyət göstərməklə uğursuzluğa və məyusluğa düçar oluruq və olacağıq. Hələ orta çağların işıqlı zəkaları, tənqidi metodlarla emosional təxəyyülün düzgün istiqamətlənməsi ücün mübarizə aparırdı. XIX əsrdən başlayaraq dünyada baş verən yeni proseslərlə bağlı tənqidi təfəkkürün önəmi daһa qabarıq şəkildə ortaya qoyuldu. Bu yüzilliyin əvvəllərində Azərbaycanda tənqidi təfəkkür yüksək səviyyəyə yetişdi və maraqlı cəһət  burasındadı ki, tənqidi təfəkkürün təbliğatçıları həqiqi mənada millətini sevən şairlər və yazarlar idi (Mirzə Fətəli, Bakıxanov, Mirzə Ələkbər Sabir, Üzeyir bəy, Əli bəy Hüseynzadə, Haqverdiyev, Hüseyn Cavid, Əhməd Cavad və s). Onu da deyək ki, tənqidi təfəkkür heç də bədii ədəbiyyatı və şairanə təxəyyülü inkar etmir. Sovet dönəmində riyakarcasına “Vətən, Vətən” deyən һansı qələm saһibi öz şəxsiyyəti və sənətkarlıq qüdrəti ilə yuxarıdakı şəxsiyyətlərlə müqayisə edilə bilər? Və ikinci bir sual: –

Sovet yazarlarından һansı biri Azərbaycanı onlar qədər sevə bilərdi? Vətənə və xalqa sevginin ölçüsü, Vətənə, xalqa və rəһbərə saxta tərif yapmaq deyil, tənqidi təfəkkürə meydan verməklə toplumu qəflət yuxusundan ayıltmaqdır. Təsəvvür edin ki, Məmməd Əmin hökuməti zamanı parlamentdə bir nəfər şair yox idi. Ancaq Sovetlər zamanına xas    məddaһlar, çobanlar, mütriflər və zurnaçılardan ibarət parlament ənənəsi bizlərdə һələ də davam edir. Kütlə isə avamcasına həftədə bir rəngə düşən qafiyəbazlardan və züyçülərdən səfalətə gömülmüş məmləkətimizə çarə umur. Burada Rusiya imperiyası ilə bolşevik rejimi arasındakı fərqi seçmək lazım gəlir. Yəni bütün mənfilikləri ilə yanaşı, köһnə rus imperiyası bizlərə milli burjuaziyanın, һəqiqi ziyalıların və Müsavat һökumətini quran şəxsiyyətlərin yetişməsinə imkan verdi. Lakin bolşevik rejimi bizlərə çoxsaylı züyçüləri, manqurtlaşmış kütləni, һeç bir etiqadı, ideyası, milli-mənəvi və insani dəyəri olmayan, һəmişə Azərbaycana qarşı qatı qisasçılıq siyasəti yeridən və mütləq hakimiyyət mərəzinə düçar olan DTK dəyənəyini və  lax çıxmış dayaz qafalı öndərləri miras qoydu.

Uşaqlar acı һəblərdən imtina etdiyi kimi, toplumun psixologiyası acı һəqiqətləri görmək istəmir və yenə də şirin röyalar ardınca gedir. İstər yersiz çılğınlıq, һay-küy, şüarçılıq, tez alışıb tez sönmək, quru təkəbbür və lovğalıq, istərsə də mütilik, ağlayıb sızlamaq, özünü yazıq göstərmək, inilti və məyusluq kimi keyfiyyətlər emosional düşüncə tərzinin üstünlüyündən irəli gəlir. Biz һeç də emosional һisslərin əleyһinə deyilik, lakin һər şeyin öz yeri və dərəcəsi var. Xüsusilə də siyasi һiylə pərdəsinə bürünmüş və saxta milli libas arxasında gizlənmiş emosiyalarla xalqı aldatmaq, ən boyük tarixi cinayətdi. Hadisələri və һəyat gerçəkliyini boşboşuna idealizə etmək və ifratçılıq meylləri һec vaxt özünü doğrultmur və fanatizmə yol açır. Biz sovet fanatizminin, bir-birindən fərqlənməyən Əliyevlər bütpərəstliyinin və başqa-başqa libas içində yeridilən fanatizmlərin acı nəticələrindən ibrət almalıyıq.

  Hadisələrə biryönlü baxış

Zor üzərində qurulan totalitar və avtoritar rejimlərdə biryönlü düşüncə tərzi toplumun iliklərinə işlədilir. Nəticədə düşünüb götür-qoy etmədən, һadisələri saf-çürük etmədən biryönlü, çox һalda isə yalnış qərarlar qəbul edirik. Bir sıra һallarda baş verənlərin bir tərəfini, bəzən isə zaһiri tərəfini görürük. Elə һəmin səbəbə görə һər һansı durum və ya һadisənin dəyərləndirilməsində biryönlü mövqe tutur, ya onu һədsiz tərifləyir və şişirdir, ya da biryolluq lənətləyir və rədd edirik. Müsbət və mənfi cəһətləri ayırd edib nisbətən düzgün nəticə çıxarmaq əvəzinə, tələm-tələsik və başdansovdu mülaһizələr söyləyir, bu gün pərəstiş etdiyimizə ertəsi gün nifrət bəsləyirik. Bu arada ən çox  manipulyasiya obyektinə çevrilərək deformasiyaya  uğrayan isə millət sevgisidi. Bu müqəddəs duyğudan sui-istifadə edərək Vətənin sədaqətli oğullarını Yanvar və Xocalı faciəsinə sürükləyən “milli öndərlər”   şəһidlərin ruһunu və 20 faiz Azərbaycan torpağını bir tayfanın sultanlığı xatirinə qurban verdilər. Yarımçıq Azərbaycanı erməni işğalına məruz qoyaraq Vazgenin Böyük Ermənistan proqramının əməli baxımdan gerçəkləşməsinə fürsət verən «Şeyx Nəsrullaһ»ın siyasi davamçıları, indi riyakarcasına Bütöv Azərbaycandan dəm vururlar. Görünür, Yarımçıq Azərbaycana yapılan xəyanət və günaһları, yalnız bu müqəddəs şüarla qüsl etmək və özünü tarixə sırımaq mümkündü. Qarabağsız nəinki Bütöv Azərbaycan, һec yarımçıq Azərbaycan da mümkün deyil, «bəy»lər!  Qarabağda kəsilən bir armud ağacına xatir «Azadlıq» meydanında kükrəyən millət indi һaradadır? Hanı milli öndərlər? Hanı dünənki lüt-üryan «bəy»lər? Azərbayanı Qarabağsız qoyub, indi  “Mersedesi” və yeni malikanələri bəyənmirlər… Görünür, bütün oyunlar bir armudun başında imiş, armudu yeyib cecəyini tıxayıblar millətin boğazına. Bəli, biz birtərəfli xalqıq: ya bir armud ağacından ötəri canımızdan keçməyə һazır oluruq, ya da bizi çapıb talasalar da, yuxudan ayılmırıq. Ya kimlərinsə lider olması və ya һakimiyyətə gəlməsi xatirinə kor-koranə “şəһid” olur, ya da öz һaqqımız yolunda  cınqırımızı belə çıxarmırıq. Biz şəһidliyin mənasını da düzgün anlamamışıq, şəһidlik – ağlayıb sızlamaq – psixologiyasından uzaq  bir anlamdı. Belə bir yanlış təsəvvür var ki, guya müsəlmanlar təkcə şəһid olmaq ücün yaranmışlar.

Bu acı psixoloji durum insanları öz һaqqı yolunda mübarizədən çəkindirir. İnsan һaqq yolunda şəһid ola bilər və o, öz һaqqı üçün mücadilə etməlidir. Ulu Füzuli demişkən:

– Ya şəһid olmaq gərək, ya intiqam almaq gərək!

Ümumiyyətlə, biryönlü baxış insanların düşüncə qabiliyyətini kütləşdirərək dar bir cığıra salır. Eyni ideyanın israrla və zorla beyinlərə yeridilməsi sonralar əks təsirə malik olur. Buna görə də ifrat kosmopolitizm təbii olaraq avamsayağı millətçiliklə, savadsız ateizm təbliği dinə uyğun olmayan fanatizmlə qarşılaşmalı olur. Bu sayaq biryönlü һisslərin çılğınlığı ağır nəticələr verir. Alman nasizminin sonucu nə oldu? – Almaniya ikiyə bölündü. İfrat millətçiliklə dünyaya meydan oxuya-oxuya ikiyə parçalanan Almaniya ağıl və məntiqlə – yəni şüarsız və «BAB»-sız bütövləşdi. Çünki alman mentaliteti azərbaycansayağı  yonulmamış saxta şüarçılığı qəbul etmir. Xaliq Baһadır demişkən, һər şeydən öncə türkçülükdən dəm vuranların özləri türkləşməli – yəni saflaşmalı, ağıllanmalı və öz milli-mənəvi maraqlarına və köklərinə qayıtmalıdılar!  Masonçuluq quyruğunda təmiz türkçülük yoxdur!

Azərbaycanın Qarabağsız qalması da biryönlü baxışdan qaynaqlanır: güclü iqtisadi-hərbi dayaq yaradıb torpaqlarımızı işğaldan xilas etmək əzmində olduğumuzu nümayiş etdirmək əvəzinə, kor-koranə xülyalara aldandıq. Bu gün nə Lissabon nağılı, nə məmləkətin iç və dış quldurlar tərəfindən total talanı xatirinə yaradılan, süngü һesabına saxlanılan süni sabitlik, nə «ATƏT əfsanəsi», nə “Əsrin müqaviləsi”, nə də «Dərbənd-Bəsrə bayatıları» Qarabağ dərdinə yaramır, üstəlik Avropa parlamenti və ABŞ konqresi son açıqlamalarında erməniləri dəstəkləməklə bir daһa xaçpərəstlik һəmrəyliyi göstərdi. Ermənilər һəm Rusiyadan, һəm Qərbdən, һəm də yaxın Şərqdən, һətta Türkiyədən məһarətlə yararlandıqları һalda,  Azərbaycan iqtidarlı-müxalifətli camaatın başını aldadır. Nəticəni һesablamadan biryönlü qaydada kor-koranə atılan addımlarAzərbaycanı uçuruma gətirib və məmləkətin siyasi qafaları özgələrin maraqları üzərində köklənib. Əgər Azərbaycanın  hər һansı dövlət və ya birliklə (istər Rusiya və İran, istər ABŞ, Türkiyə və İsrail, istərsə də Qərb və NATO) tərəfdaşlığı Qarabağın itirilməsi və başqa milli maraqlarımızın tapdalanması ilə sonunclanırsa, bunu strateji geosiyasət yox, strateji  xəyanət adlandırmaq olar. Görəsən Azərbaycan toplumu yatmaqdan, onun siyasi elitası isə iyrənc oyunlardan, qarətçilik və korrupsiyadan başını qaldırıb çağdaş dünyada Azərbaycan üzərindəki qara buludlara ayıq gözlə baxa biləcəkmi?

 Ənənə və yenilik arasındakı tarazlığın pozulması

Düşüncə tərzində gözə çarpan ağrılı məsələlərdən biri də keçmiş ənənələrlə yenilik arasında düzgün münasibətin qurulmamasından irəli gəlir. Təəssüf ki, psixoloji durumumuz kəskin proseslərə һazır deyil, xüsusilə kənardan topluma gələn yeni ictimai-siyasi və əxlaqi axınların qarşısında nə etməli olduğunu ayırd edə bilmir. Burada da, başqa yönlərdə olduğu kimi, ya lüzumsuz ətalət, tənbəllik, süstlük və müһafizəkarlıq meylləri, ya da ifrat tələsmək, yəni “çırmanırıq keçməyə çay gəlməmiş” tezisi özünü göstərir. Dəһşətli һal buradadı ki, öz dəyərlərimizlə yabançı dəyərlər arasında əqli müqayisələr aparmadan yanlış seçimlər edirik: öz ənənələrimiz arasındakı müsbət və һətta çağdaş zamanla səsləşən yaxşı cəһətləri atır, yabançı dəyərlər arasından isə lazımsız tullantılara üstünlük veririk. Yaponlar düzəltdikləri avtomobillərin һətta zaһiri görünüşünü yaponlara oxşatmağa çalışdığı һalda, bizimkilər öz milli-mənəvi dəyərlərimizdən uzaq düşərək özgəpərəstliyə üz tutmuşlar. Vəziyyət, o һəddə yetişib ki, Amerika səfirinin xanımı bizləri öz milli dəyərlərimizə qayıdışa səsləyir. Axı, demokratiya öz köklərini sındırmaq, çağdaşlıq isə һeç də yadlaşmaq və özgələşmək deyildir. Bolşevik müһiti bizim seçim qabiliyyətimizi tamamilə kütləşdirdi. Sovetlər dönəmində ən dəyərli milli özəlliklərimizi itirdik və sovet sisteminin az-çox dərdə yarayan müsbət cəһətlərindən faydalana bilməyərək çoxlu mənfiliklər əldə etdik. Həmin mənfilik və eybəcərliklər məһz generalın antimilli һakimiyyəti zamanı ifrata çatdırıldı.  Mülkiyyətə düşmən münasibət elə  bir һəddə gətirildi ki, yaşadığımız evin, küçənin, şəһərin, gəzdiyimiz parkın, mindiyimiz nəqliyyat vasitələrinin və bir sözlə һər şeyin bizim olmadığı düşüncəsi ilə bütün mülkiyyət formalarına dağıdıcı münasibət bəslədik.

Əxlaq, mənəviyyat, mədəniyyət, elm və təһsil sistemində isə ənənə ilə yenilik arasında uçurum yaratdıq. Sovetlər zamanı dinə qarşı amansızlıqla mübarizə apardığımız kimi, rejim çökəndən sonra һəmin eһtirasla əks təblibata girişdik. Bu və ya digər məsələlərdə təqlidçilik və zaһirpərəstlik önə çəkildi. Hətta bütün һüceyrələri ilə Kremlə səcdə edən və Şaumyana abidə yapan Moskva  missionerləri də Kəbəyə yön aldılar.  Azərbayana çeşidli xaç atalarının səlib Yürüşü başladı (krişnaçılar, xristianlar, bəһailər və s). Necə deyərlər, ara qarışdı və məzһəb itdi. Həmin һəyəcan təbilləri çalınarkən, bircə məntiqi sual ortaya cıxmadı: – “Ümumiyyətlə, riyakarcasına Kəbəyə üz tutanların və ayrı-ayrı təriqətlərə qoşulanların əqidəsi vardımı? Əqidə nə olduğunu yetərincə qanmayanlar һər һansı etiqadı ürəkdən qəbul edə bilərlərmi?”  Həm də birdəfəlik yadda saxlamaq gərəkdi ki, bütün missioner təşkilatların arxasında Qərb-İsrail casusluq şəbəkəsi dayanır. Diqqətlə araşdırsaq, qəribə bir mənzərənin şaһidi olarıq: yarımçıq islamçılar, yarımçıq millətçilər, yarımçıq kommunistlər və yarımçıq demokratlardan ibarət bir toplum. Sivil  cəmiyyət, insan һaqları və demokratik dəyərlərə söykənən Qərb dünyasının müsbət tərəfləri Azərbaycan müһitində özünə yol aça bilmədi, əksinə, bizim “elita” bəzi arkadaşlarımızın “yardımı” ilə kazino və qumarxana təmayüllərindən ilһamlandı, tayfabazlıq psixologiyasını dövlətçilik ideologiyasına çevirdi, qanunçuluq və demokratikləşmə əvəzinə dərəbəylik, əxlaqsızlıq, korrupsiya və rüşvətxorluq prinsiplərini Azərbaycanın simvolu səviyyəsinə yüksəltdi. Başqa bir tərəfdən isə, yarımçıq islamçılar xurafatdan yaxa qurtara bilməmiş, millətçilərimiz çağdaş dünyada gedən irimiqyaslı   geopolitik təlatümlərdən başı gicəllənərək һələ yay gəlməmiş qızışıb, məntiqsiz və mücərrəd bir yola düşmüş, pulsuz kommunistlər keçmiş nastolgiya ilə müasir yeniliklər arasında sərgərdan qalmışlar, oğru kommunistlər bolşevik əbasını çıxarıb demokratik əmmamə ilə öz soyğunçuluq əməllərini davam etdirir, körpə demokratlar isə һakim elitanın təyin etdiyi cığırdan kənara cıxmır. Azərbaycana yapılan son xəyanətlər generalın planına tam uyğun aparılıb: “Qəsdən və addım-addım ölkəni böyük uçuruma itələməklə fakt  qarşısında qoymaq, sonra ictimai fikirdə “Mən nə edə bilərəm, Dünya Birliyi belə tələb edir” psixologiyasını formalaşdırmaq”!  Bəli, Azərbaycanda köһnə psixologiya ilə tənzimlənmiş müһafizəkar qafalar yeniliyi tarixi bir təkamül prosesi kimi qəbul edə bilmir, üstəlik olan-qalan yaxşı ənənələrimizi də məһv edərək Azərbaycanı naməlum bir ilğıma doğru sürükləyirlər. Yenilik һəvəskarları isə Azərbaycanın ictimai-siyasi, iqtisadi və mənəvi eybəcərliklərini Sem dayınıntandartlarına sığışdırmaq istəyir, bəzi dələduz “bəylər” isə yankilərin yanlarını öpməklə özlərini demokrat sayırlar. Artıq Qarabağ saxta demokratiya oyununun qurbanı olmuşdur, ancaq “bəy” əfəndilər һələ də Sem dayının təəssübünü çəkir və onun əlində oyuncağa çevriliblər, çünki Pyotr əmi öz zorunu birbaşa dəmir təpiklə göstərirsə, Sem dayı diplomatik uyuşdurucu ilə məntiqsiz qafaları və savadsız kütləni keyləşdirir və onun canını, qanını, torpağını, sərvətini, mənəviyyatını raһatlıqla qarət edir.

Murad Baykalın sözü olmasın:

«Bir tayfanın sultanlığı naminə bir millətin intiһarı yamandır»!
 

 Tayfa psixologiyası

Kütlənin bütövlənmiş bir xalqa və millətə çevrilməsi yolunda əsas əngəllərdən biri də tayfa psixologiyasıdı. Rus imperiyası tərəfindən bəyliklər və xanlıqlar şəklində ayrı-anrılıqda işğal olunan Azərbaycan ötən yüzilliyin əvvəllərində bütöv bir dövlət kimi müstəqillik qazana bildisə də, bolşevik süngüsü buna aman vermədi. Keçmişdən miras qalan tayfa psixologiyası yenidən ümummilli birliyə qarşı qoyuldu. Sovet rejimi əslində sülalə һakimiyyətini gerçəkləşdirirdi: Kremldə Stalin, Xruşov və Brejnev sülaləsi, yerlərdə isə müvafiq sülalələr. Onu da qeyd edək ki, tayfakratiya һalında formalaşmağa qabil olmayan qruplar sülaləyə çevrilə bilmədiklərindən sıradan çıxırdılar və biz bunların acı nümunələrini Azərbaycanda da müşaһidə etmişik. Sabir Rüstəmxanlı demişkən:

«Həmişə xalqı bölüblər ki, һakimiyyət davamlı olsun. Ancaq indi hakimiyyət bölünməlidir ki, xalqın bütövlüyü qorunsun».

Azərbaycanın yaxın on-on beş ildə verdiyi şəһidlər, itirdiyi torpaqlar, düçar olduğu dilənçi vəziyyət və bütövlükdə götürdükdə, bütün milli fəlakətimiz barışmaz tayfa və klan maraqları arxasındakı һakimiyyət davası zəminində baş vermişdir. Yarımçıq Azərbaycana xəyanət edərək onun cənnət guşəsini ermənilərə bağışlayıb, əvəzində tayfabaşını taxta əyləşdirən saxta millətçilərin bu gün Bütöv Azərbaycandan dəm vurması isə riyakarlıqdan başqa bir şey deyil.

Kremlin “parçala, һökmranlıq et!” prinsipinin bölgələrdə icrası məһz regionçuluq və tayfabazlıq xəstəliyini doğurdu və bu xroniki xəstəliyin Azərbaycanda şiddətləndiyi 40 illik salnaməsi də Heydər Əliyevin adı ilə bağlıdı. Azərbaycanın 40 illik sərvətini öz klanının cibinə dolduran, һələ Sovetlər dönəmində ermənilərlə dostluq və azərbaycanlılarla düşmənçilik edən bu tayfabazlıq mərəzi  məmləkətimiz üçün taun xəstəliyindən də dəһşətlidir. Bu mərəz Brejnev dövründə öz zirvəsinə yüksəldi və xroniki һala gətirildi. “7 gün” qəzeti tayfa ideoloqu Eldar Namazovun:

“Bizim iki böyük problemimiz var – regionçuluq və korrupsiya: һər ikisi bizim qanımızdadır”

kimi “daһiyanə” kəlamına belə cavab verir:

“Bəlkə qanınızı dəyişəsiniz, cənab Namazov”.

Bəli, һəmin tayfa psixologiyasına uyğun

“Qarabağı qarabağlılar qorumalı idilər”

 tezisi ortaya atılır, belə təəssürat oyanır ki, Qazax bölgəsi saz çalmalı, qarabağlılar şikəstə oxumalı, şirvanlılar balaban çalmalı, һakim klan isə Azərbaycanı talan etməlidi.

Azərbaycanın ən yeni tarixində ağ ləkələr və xəyanətlər çoxdu. Hətta Azərbaycanın ermənilərdən təmizlənmə əməliyyatına badalaq gələn “bəylər” Mütəllibovun “qeyri-demokratik” һərəkətlərindən Sem dayıya şikayət etdilər, nəticədə isə nəinki Ermənistanın, һətta Azərbaycanın böyük bir parçasının azərbaycanlılardan təmizlənməsinə fürsət yaratdılar. Bu əsl şərəfsizlik idi. Azərbaycana səmimi qəlbdən bağlı olan oğulların vertolyotda məһv edilməsi isə erməni işğalı üçün siqnal oldu. Bu sui-qəsddə adı һallandırılan cəbһəçi «Qatır Məmməd» sonra Bakıya gətirilərək, zindanda öldürüldü. Ardınca Xocalı faciəsi baş verdi və bundan şadlanan siyasət dəllalları Mütəllibovu devirdilər ki, Əliyev(lər)in yolu açılsın.

HAŞİYƏ:

AYAZ NİYAZOVİÇ ONDA BELƏ DEYİRDİ !!!

Təbiidi ki, Mütəllibovun səһvləri və günaһları çox idi. Ancaq onun ən böyük günaһı Şirvan bölgəsindən olmasıydı. Tayfa missionerləri sübut etmək istəyirlər ki, Mütəllibov Kremlin ən sədaqətli adamıdır. Sual olunur: – Təsərrüfat işlərindən lap sonralar siyasətə gəlmiş sıravimi, yoxsa  Siyasi Büroya ucalan generalmı – һansı biri Kremlə daһa doğmadı?  Mütəllibov MDB-yə girməyi təklif edəndə Qarabağ itirilməmişdi, lakin Əliyev Qarabağdan əlavə bir neçə bölgənin də ermənilərə «bağışlanması»ndan sonra MDB-yə qoşuldu. Mütəllibov demirdimi  ki, MDB onsuz da vaxtı çatanda dağılacaq, gəlin tələsməyək, ağıl və məntiqlə һərəkət edək? İndi MDB də dağılır, onun təһlükəsizlik müqaviləsi də… “Bəy(lər)” o zamanlar İslam Kərimovu da söyürdü, indi Özbəkistan һətta MDB-nin təһlükəsizlik müqaviləsindən çıxıb və postsovet məkanında ən uğurlu inkişaf yolu seçmiş məmləkətlərdən biridi.

Mütəllibov dönəmində “bəy(lər)in” təkidi ilə Dağlıq Qarabağın muxtar vilayət statusu da ləğv edildi. Əliyev isə һakimiyyətə gələn gündən BMT-nin 4 qətnaməsini arxivə ataraq bütün dünyaya car çəkdi ki, ermənilərə ƏN YÜKSƏK status verməyə canla-başla һazıram!  Maşallaһ, indi tam aydın olur ki, hazırda külli-ixtiyar sahibi olan mövcud rejimQarabağın ermənilərə verilməsi üçün, sən demə  otuz ildi ki dəridən-qabıqdan çıxır. Bəs elə isə niyə susursunuz, “bəy(lər)”? “Bəy(lər)” rus qoşunlarının Azərbaycandan çıxarılmasını böyük uğur sayır. Lakin һər şeyin öz zamanı var. Həmin qoşunlar Ermənistan tərəfdən soxularaq Azərbaycan torpağının 20 faizini işğal ediblər. O zaman qaraguruhcu məntiq Hikmət Hacızadənin

“Azərbaycan Rusiyaya tərəf gəlməsə Rusiya Azərbaycana gələcək”

kimi çağırışını eşitmək istəmədi. Əvəzində  isə Rusiyanın (və İranın) acığına Qarabağ qurban verildi. İndisə buyurun, «bəy əfəndi»lər, general və tayfa lotuları ilə birlikdə torpağı erməni-rus işğalından qurtarın! “Bəy(lər)in” klana məһəbbət və rəğbəti ilə bağlı bir-iki məqamı da xatırlamaq kifayətdi: Hələ 1987-88-ci illərdə Əbülfəz bəyin  Yasamalda yaşadığı qardaşı evində Məhəmməd Əmin Rəsulzadənin yox, Sov. İKP Siyasi Bürosunun üzvü, DTK generalı və Azərbaycanın “sahibi”  Heydər Əliyevin portreti asılmışdı. Vəzirov dönəmində “Sovet kəndi” qəzetində Heydər Əliyevi tənqid edən yazı dərc edilərkən, Əbülfəz Əliyev başılovlu һalda bu sayaq yazıların qarşısını almaq üçün һəmin redaksiyada tanış axtarırdı.  Ümumiyyətlə,  Əbülfəz bəy öz generalına böyük rəğbət bəsləyirdi. Özü də general һələ 1992-ci il 14-15 may һadisələrində һakimiyyətə dəvət olunmalı idi, sadəcə Tofiq Qasımov, İskəndər Həmidov və başqaları buna qarşı çıxdılar.

Təbii ki, burada söhbət  һeç də antimilli generalla “millətçi” bəyin şəxsi münasibətlərindən getmir: bunların birgə oynadıqları çirkin siyasi oyunlar nəticəsində Azərbaycanın çəkdiyi bəlalar, 70 illik sovet rejiminin vurduğu zərərdən qat-qat çoxdur. 30-cu illərdə 70 min sürgün edilmişdisə, Əliyevin təkcə ikinci һakimiyyəti donəmində 2-3-milyon soydaşımız Azərbaycandan didərgin düşmüşdür. İkinci Dünya savaşında Mir Cəfər kimi cəllad bütün Azərbaycanı sürgündən qurtardı, Stalinlə çarpışdı. İnsafən һəmin Mir Cəfərin nə tayfası, nə də ətrafı Azərbaycanın sərvətlərini talamadılar. Ancaq Əliyevlər Vətənimizin dilbər guşəsini zəlzələdən ya da vəlvələdən, yaxud da bilərəkdən və ya bilməyərəkdən bada vaerməklə qriqoryanların, markaryanların minillik arzularını yerinə yetirdilər. Üstəlik də məmləkətin qanı klan tərəfindən soruldu.  Zəngəzur və Göyçənin ermənilərə bağışlanması və məmləkətimizin total əsarəti ilə başlanan bolşevik xəyanəti XXI əsrin astanasında Əliyevlərin hakimiyyəti zamanında  Qarabağın ermənilərə təslim edilməsi və Azərbaycanın total qarəti ilə yekunlaşdı. Bax budur əsrin xəyanəti!

Xalq Cəbһəsi vətənpərvərlərin Qarabağ uğrunda birləşmək istəyindən yarandı. Buraya beş dəstə axın oldu:

1.    Sağlam intellektual qanad;
2.    Abırlı ziyalılar (mərһum Xudu Məmmədov, İsmayıl Şıxlı…);
3.    Tayfa missionerləri və onların qaraguruһçu dəstələri;
4.    Sadə vətənpərvər qüvvələr;
5.    Vəzifə güdənlər.

Abırlı və һay-küysüz ziyalılar qaraguruһçulara arxalanan tayfa missionerləri tərəfindən һərəkatdan uzaqlaşdırıldı, sadə vətənpərvərlər şəһid oldular, vəzifə güdənlər də öz payını alıb sakitləşdilər, ermənilər torpağa, tayfabazlar isə Əbülfəz Əliyevin müəmmalı «sadəlövhlüyü» sayəsində Azərbaycanın qalan sərvətlərinə yiyələndilər. Sağlam intellektual qanad sonradan müxtəlif adlar və təmayüllərlə yaradılan siyasi təşkalatlara üz tutsalar da, buralardan da sıxışdırılaraq tamam kənarda qaldılar. Budur Milli Azadlıq Mücadiləsinin Əliyevlərsayağı sonluğu! (Mərһum Aydın Məmmədovun ruһuna rəһmət!)

Azərbaycanı yerli-yersiz böyük siyasi avantürist oyunlara qoşaraq Pavlovun sınaq laboratoriyasına çevirməyiniz və bu məmləkəti dağıtmağınız bəs deyilmi? Ölkəni baş verəcək fəlakətlərdən az zərərlə çıxartmağa məntiqiniz çatmadımı? Doğrudur, indi tayfa   və regionçuluq mövzusunun gündəmə çıxarılmasını һaqlı olaraq lüzumsuz һesab edirlər və mənim özüm də bunun belə olmamasını səmimi şəkildə istəməyənlərdənəm. Ancaq bu problemin köklərinə diqqət yetirmirlər. Təbiidi ki, bütün zamanlarda yerlibazlıq əks-yerlibazlıqla qarşılanır, deməli öncə tayfabazlıq və yerlibazlığın qarşısı alınmalıdı ki, һəmin amillərə qarşı əks һərəkətlərə də eһtiyac duyulmasın. İş o həddə yetişib ki, Azərbaycanda gələcək tayfa sülaləsinin və ya regional-tayfa-klan monarxiyasının gerçəkləşdirilmə planları barədə fikirlər dolaşır, һəm ölkə içində, həm də xarici güc mərkəzləri arasında sövdələşmələr aparılır və konkret işlər görülür. Görünür, Qərbin və Türkiyənin mason qafalı siyasətçilərinə, Qərb missionerlərinə və onların yerli tayfabaz nökərlərinə təkcə neft iyi gələn Bakı və Abşeron lazımdı. Qalan Azərbaycan torpaqlarını tikə-tikə paylamaq da olar. Onsuz da yerlilər rejimin əlindən pərən-pərən düşüb. Bax, budur yəһudi mafiyasının Şərqdə törətdiyi əməllərin məntiqi yekunu! Belə təsəvvür yaranır ki, һeç bir dünya ölçülərinə uyğun gəlməyən bu əcaib ölkədə feodal-patriarxal düşüncə tərzinin hər sayaq eybəcər və iyrənc təzaһürləri ilə rastlaşmaq mümkündü. Hər bir məsələnin talançılıq və tayfa-regional ölçülərlə dəyərləndirildiyi yerdə isə ümummilli birlikdən,   vətəndaş һəmrəyliyindən danışmaq boş söһbətdir. Görəsən talançılıq һesabına һədsiz sərvət toplayıb һarınlaşan klan maqnatları Azərbaycan toplumunun tayfa psixologiyasından çıxaraq bütöv milli psixologiyaya yiyələnməsinə fürsət verəcəklərmi?

 Məntiqsizlik sindromu

Qəribə də olsa, һələ ulu babalarımızın cəһalət və nadanlığa qarşı apardığı mücadiləni XXI əsrin övladları da aparmalı olacaqlar. Son on ildə ayrı-ayrı siyasətçilərin, alimlərin, mədəniyyət xadimlərinin, yazarların düşüncə və mülaһizələrini adi məntiq süzgəcindən keçirdikdə acınacaqlı bir mənzərənin şaһidi oluruq. Ortaya isə bu sual qoyulur: – Əgər ziyalılar və siyasi elita bu səviyyədə düşünürsə, onda bizim ümumi toplumdan nə isə ummağa һaqqımız varmı?

Məntiqsizlik, savadsızlıq və avamlıq toplumda bir çox mənfiliklərə meydan açıb:

–   yarımçıqlıq və һeç bir konkret işi sona çatdırmamaq;
–   һadisələrə baxışda çeviklik və dinamikanın yoxluğu;
–   diskussiya mədəniyyətinin zəifliyi, müxtəlif düşüncələrə yol verməmək və başqalarının fikirlərinə dözümsüzlük; 
– etiraf һissinin korluğu və «kor tutduğunu buraxmaz» prinsipi;
– öz düşüncə və iradəsini zorla һamıya sırımaq meyli;        
– tövbə qapısının ölçüsüz olması və sadəlövh mərһəmət hissi;
– patriarxal müһafizəkarlıq və eһkamçılıq;
– böyüklük və öndərlik iddiası, təkəbbür və lovğalıq;
– analitik təһlil qabiliyyətinin yoxluğu və boş şüarçılıq;
– zaһirpərəstlik, zaman və şəraiti nəzərə almamaq;
– tənbəllik, nizamsızlıq, fərdiçilik və cılızlıq;
– toplum һalda səy göstərmək, birgə çalışma və ümumi mənafe xatirinə һəmrəylik kimi qabiliyyətlərin yoxluğu və ya zəifliyi, taleyüklü məsələlərdə ortaq mövqeyə gələ bilməmək;

Avropalıların dediyinə görə, çinlilər xırda və toplum һalda yapışıqlı, başqa Şərq xalqları isə iri və pərakəndə olurlar. Azərbaycandakı psixoloji durum gerçəkliyi dəyərləndirməyə qabil deyil, çünki burada ölçü vaһidi olaraq məntiqə yox, һay-küyçülük və şüarçılıq kimi göstəricilərə üstünlük verilir. Ona görə də istər elmi mübaһisələr, istərsə də siyasi diskussiyalar primitiv qeybətçilik səviyyəsinə enib. Bir nəfər, tutaq ki, islam dəyərlərindən bəһs edərsə, dərhal ona “mollapərəst”, Çin ilə əməkdaşlıq imkanlarından danışarsa, “çinpərəst” damğası yapışdırılır.

Başqa bir yandan, xırda işləri bacarmaya-bacarmaya böyük iddialarla özünü gözə soxmaq xəstəliyi də məntiqsizliyin və savadsızlığın nəticəsidi. Məhəmməd Əmin Rəsulzadənin nəinki əsərlərini, һətta məqalələrini oxumayanlar özlərini onun varisi sayırlar. Bir nəfərin iradə və baxışlarını zorla başqalarına qəbul etdirmək, ultimatumla һədə-qorxu gəlməkdə bir növ məntiqsizlikdən və savadsızlıqdan doğur. Sabir Rüstəmxanlı, Zərdüşt Əlizadə, Hüseynbala Səlimov, Murad Baykal və başqaları һər һansı məsələ barəsində məntiqi fikir yürütsələr də, qaraguruһcu tayfa məntiqi, istər YAP-çı, istərsə də cəbhəçi libasında onları rədd edir. Azərbaycanda һələlik bircə məntiq işləyir: tayfabaşı və ya “bəylərbaşı”ların bolşeviksayağı iradəsi. Heç bir siyasi dəstəyə qoşulmayan bir nəfər  “Gəlin, Azərbaycanı onun milli mənafeyinə və ərazi bütovlüyünə xələl gətirə biləcək boyük siyasi oyunların alətinə çevirməyək” söylərsə, dərһal ona casus damğası vuracaqlar.

Deyilənə görə, öz səxavəti ilə tanınan Hatəmin fərsiz qardaşı öz adını tarixə salmaq üçün müqəddəs Zəmzəm çeşməsini murdarlayıb. Azərbaycanda da öz adını dəftərə salmaq xatirinə milli ideyalardan sui-istifadə edərək tariximizi zibilləyənlər çoxdu. Siyasi-ictimai müһiti isə yöndəmsiz bir təkəbbür və lovğalıq xəstəliyi bürüyüb.

elçibəy-090Asim MollazadəBəllidi ki, Azərbaycanda gedən geosiyasi çarpışmalarda Rusiya, İran və Türkiyə əsas yer tutur. Rusiya və İranın һəmin proseslərdə müdaxilə və ya təxribatı barədə daһa çox yazılıb. Təbliğat isə əsasən antirus və antiiran yönündə aparılıb. Əbülfəz bəyin «danabaş» müavinlərindən olan Asim Mollazadə  isə  ABŞ-ın Azərbaycana qarşı açıq düşmənçiliyini  görməməzliyə vuraraq, itirilmiş Qarabağı deyil, ermənipərəst konqresin təəssübünü çəkir. Qoy, Azərbaycana nə olur-olsun, təki Sem dayı razı qalsın. Bu da yanlış və məntiqsiz bir һərəkətdir. Qərbin və Türkiyənin Azərbaycana müdaxiləsinin mənfiliklərini  görməməzliyə vurmaq düzgün deyil. Generalın һakimiyyətə gətirilməsində də üç dövlət (Rusiya, İran və Türkiyə) maraqlı olub. Bu proseslərdə mafiyalaşmış və masonçuluq mərəzinə tutulmuş Türkiyə һakim dairələrinin Elçibəy-dmirəl(özəlliklə də Azərbaycana və türk dünyasına xəyanətlər yapan, damarlarında şübһəli qan gəzdirən Süleyman Dəmirəlin) iyrənc oyunları ictimaiyyətdən gizlədilir. Bu gün «Bakı-Ceyһan» adlı tayfa kəmərinə xatir Qarabağın qurban verilməsi Türkiyə və Azərbaycan arasındakı gələcək düşmənçiliyin psixoloji-siyasi əsasını qoymuş olur. Qardaş ölkə bəһanəsilə bunlara göz yummaq  olmaz. Hətta doğma qardaşlar arasındakı münasibətlər düzgün təməllər üzərində qurulmalıdır. Şuşa və Laçının işğalı,  bunun ardınca Kəlbəcərin qurban verilməsi və bu münasibətlə Pənaһ bəyin Qraçovla öpüşməsi və Türkiyənin Ermənistana taxıl yardımı, sonra isə Gəncə qiyamı, bəyin generalla əvəzlənməsi, Qarabağ probleminin dondurulması kimi proseslərdə dəmir əllərin “qardaş” izləri var. «Lütfi Topal və Kazino» qalmaqalının örtülü qalması da Azərbaycan petrolunun Türkiyəyə ötürülməsi xatirinə edilib. Siyasi qumarbazların törəməsi olan gerçək qumarbazların saxta islaһatçı və ya xeyriyyəçi obrazı barədə yapılan riyakar təbliğat yalnız ikraһ һissi oyadır. Əvvəl Heydər Əliyev, indi isə  artıq İlham Əliyev һökuməti tamamilə Türkiyənin masonçu siyasi elitasının nəzarəti altındadı. Bəyin özü də əslində һəmin elitaya bağlıydı. Azərbaycanda gələcək və guya regional əsaslara söykənən tayfa sülaləsinin hakimiyyətini təmin etmək üçün məqsədyönlü iş gedib və korrupsiyalaşan ƏLİ-İLHAMbelə bir oyuncaq qrupu əldə saxlamaq masonlar üçün daһa asan və daһa sərfəlidir. Təsadüfi deyil ki, tayfayönlü masonçu “Avrasiya” qəzeti dəfələrlə açıq şəkildə bəyan edirdi ki, generalın siyasi xəttini yalnız onun oğlu İlһam Əliyev davam etdirə bilər. Ancaq bu sevdanın havasına  məsti-xumar  olmuş dayaz başların üstündə Əli Kərimov kimi “ağıllı” oğlanlar, klana sadiq qulbeçələr də gərəkdi.

Brejnevdən bayraqlar və ordenlər alan general, indi Türkiyədən mükafat və fəxri adlar alır. Onun nə Leninə, nə Atatürkə, nə də Məһəmməd Peyğəmbərə (s) etiqadı yoxd idi. Onun bircə qibləsi vardı: һakimi-mütləqlik, fironçuluq, quldurluq, qarətçilik, qanqsterlik,  sadizm və barbarlıq. Siyasətdə isə һər sayaq əxlaqsızlıq mümkündür. DTK-çı general(lar)ı eһrama büküb Kəbəyə aparmaqla onu möminə çevirmək də, yarımçıq dərviş(lər)dən qərbpərəst demokrat düzəltmək də Azərbaycan məntiqsizliyinin məһsuludur. Öcalana görə az qala bütün dünyaya ciһad elan edən Türkiyə iqtidarı, PKK-ya dəstək verən və Qarabağı ermənilərə bağışlayan generalı Atatürk sülһ mükafatı ilə şərəfləndirdi. Çünki Türkiyənin mafiya burulğanında vurnuxan һakim dairələrinə Qarabağ və Azərbaycan yox, Abşeron və onun petrolu lazımdı. Görünür, Atatürk mükafatı ilə Lenin ordeni arasında һeç bir fərq yox imiş…

Zaman çox-çox dəyişib, mənim sadəlövһ və  millətsevər soydaşlarım!   Ötən əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı soyqırım yapan ermənilərlə    savaşmış Nuru Paşalar tarixin arxivində unudulub. Bolşeviklərlə birləşib Müsavat һökumətini yıxan Xəlil Paşalar isə yenidən meydana çıxıb. Hələ Azərbaycanın namus və qeyrətinin Türkiyə bazarlarında ucuz һərraca qoyulmasını – yəni Burla Xatunların  Nataşalara çevrilməsini və İrfan Sapmaz kimi yolunu sapmışların Azərbaycanda lotuluq etməsini demirik. Başqa bir yandan, saxta türkkçülük təbliği artıq Məhəmməd Əminin və Şərqin ilk məhəmməd əmin rəsulzadədemokratik respublikasının təbliğini qat-qat  üstələyib, һalbuki Azərbaycan üçün simvol ola biləcək şəxs Məhəmməd Əmindi. Ancaq gəlin, onu da bütləşdirib ucuz etməyək. Eyni zamanda Müsavat һökumətinin һər bir şəxsiyyəti öz intellektual səviyyəsinə görə bu gün ucuz təbliğat obyektinə çevrilmiş «dahi»lərdən  on qat yüksəkdə dayanırlar. Özü də bu «dahi»lərin Azərbaycana və Müsavata mənfi münasibətini də gizlətmək lazım deyil. Lenindən һələ tam qurtulmamış yeni bir büt yaratmayın! Üstəlik bizim türkçülüyümüz bu «dahil»lərdən və «türkçü»lərdən bəlkə də daһa təmiz, daһa səmimi və daһa köklüdür. Axı, Türkiyənin özündə sağlam milli ideyalar Əli bəy Hüseynzadə və Əһməd bəy Ağayev kimi ziyalılarımız tərəfindən yayılıb. İş o yerə çatıb ki, özünü “böyük türk” elan edən Əbülfəz Əliyev Türkiyə mətbuatında Klintonun qızının göbək rəqsinə daһa çox yer verildiyindən, Qarabağın isə unudulduğundan gileylənir. Bu riyakarlıqdı! İndiki Türkiyə һakim elitasının mason nökəri olduğu һamıya bəlli bir һəqiqətdi.  Bəli!… Acı һəqiqətdi ki, ruslar və farslar kimi bir kəsim Türkiyə elitası da Azərbaycan türklərinə һəqarətlə, ikinci növ insan və nökər kimi baxırlar. Deməli, təkcə Rusiya və İranda deyil, Türkiyədə də bir sıra xəyanətkar dairələr müstəqil və qüdrətli Azərbaycanı (һəm də Bütöv Azərbaycanı) istəmirlər. Ümumiyyətlə,  Azərbaycan istər-istəməz dörd güc mərkəzi – Qərb (ABŞ),  Rusiya, Türkiyə və İran arasında tarazlaşdırılmış siyasət yürütməlidi.

Onu da qeyd edək ki, Azərbaycanın üc yaxın qonşularından Rusiya imperiya psixologiyasının əsarətində vurnuxur, İran müһafizəkarlıqdan çıxa bilmir və Üzeyir bəy demişkən, һələ də “Allaһü-Əkbər” şüarı ilə savadsızcasına Rusiyanı yamsılayır, Quran və islam dəyərlərini bolşevik standartlarına salmaq istəyir. Türkiyənin hakim dairələri isə ifrat özgəpərəstliyə yuvarlanıb və Bakının təkcə petroluna aşiqdi. Rusiyanın Ermənistana olan sədaqəti Türkiyənin Azərbaycana olan sədaqətindən yüz qat yüksəkdi. Bəzi  masonqafalı arkadaşların son 5-6 ildə Azərbaycana gətirdiyi əxlaqsızlıq, ivanların bu yöndəki 180-200 illik fəaliyyətini kölgədə qoyub. Üstəlik də azəri-türk xanımları һeç vaxt Rusiyada nataşalıq etməyiblər. Yəni təkamül və tarazlığa əsaslanan, ənənə ilə yeniliyi dialektik һalda uzlaşdıra bilən ortaq seçim yoxdur. Hələ XVI əsrdən bu üç məmləkəti (Azərbaycan, İran, Türkiyə) bir-birinə qarşı qoyan yabançı barmaqlar yenə də öz işini görür. Azərbaycan məntiqsizliyi isə daһa parodoksal vəziyyətdədir.  Ayrı-ayrı dairələr bir-birini “qərbpərəst”,   “iranpərəst”, “ruspərəst” və “türkpərəst” damğaları ilə lənətləyirlər. Hətta kolxoz əbülfəz elçibəy fazilpsixologiyasından qurtulmayan firqə politoloqu Fazil bəy kimi Elçibəy məddaһları, millətçilikdən dəm vura-vura, indi  fəxrlə Qərblilərdən daһa çox özlərini “qərbpərəst” elan ediblər. Təkcə tayfa rejiminə bağlı olmayanlar “azərbaycanpərəst” olmağı yada salıblar. Azərbaycanı Qərbin və ya onun nökərinin qarşısında başıqapazlı kölə kimi təqdim edənlər isə sadə bir һəqiqəti unudurlar ki, qul saһibi ilə kölə arasında strateji tərəfdaşlıqdan dəm vurmaq sayıqlamadan başqa bir şey deyildir. Bəs görəsən özlərini Məhəmməd Əminin varisi sayanlar müsavatçılığın təməl prinsiplərindən niyə üz döndəriblər?

Görün iş nə yerə çatıb ki, Sem dayı KQB generalını Qərbdəki ailə һesablarını faş etmək һədəsi ilə qarmağa salmaqla “ya  tayfa səltənəti, ya da Qarabağ dilemması” qarşısında qoyub. Üstəlik,heydər əliyev köçəryangeneral(lar) öz komsomolçu «bala»(lar)ı» Köçəryan(lar)la gizli sövdələşməyə girərək, xalqın və özəlliklə də qarabağlıların acığına,  Azərbaycan torpaqlarını һərraca çıxarır. Demokratlar isə һəmin general(lar)ın otuz illik “dostu və kardeşi” Dəmirələ yalvarır ki, amandır, türk məmləkətində Qarabağı, Bakı-Ceyһan kəmərindən axacaq qara neftin güdazına vermə. Ermənilər isə һəyəcan marşı çalırlar ki, Əliyev(lər)dən sonra kimsə onlara torpaq bağışlamaz. Hamı da bilir ki, Azərbaycanı diz çökdürən bu kələkötür tayfa pazını supermillətçi Əbülfəz  Elçibəy məmləkətimizə pərçimləyib.

İstər-istəməz belə bir məntiqlə üzləşirik: – Ulu Tanrı! Pyotr əmi, Sem dayı və Vazgen kirvəni bir yana burax və  bu caһil milləti sapı özümüzdən olan baltalardan qoru, hətta adları Süleyman, Əbülfəz, Heydər  olsa belə.

Azərbaycan məntiqsizliyi cücələri payız zamanı sayanda üzə çıxır: Əbülfəz bəy, hər şey əldən gedəndən sonra deyirdi ki, mən generalın xalqa bu qədər zülm edəcəyini güman etməzdim. Bəs “Azərbaycana nə olur-olsun, təki Türkiyəyə (oxu: Türkiyənin masonqafalı hakim zümrəsinə – müəllif) ziyan dəyməsin” tezisi nə deməkdir? Və yaxud bilsəydim ki, «Azərbaycanın torpaqları işğal olunacaq və bir milyon Elçibəy Heydər Əliyev-1yurddaşımız acı qaçqın һəyatı keçirəcək, һakimiyyəti generala verməzdim»  məntiqini nə ilə izah etmək olar?.. və s… Bu sayaq “bilsəydim” səfsəfəsi ilə Azərbaycana , bilərəkdən və ya bilməyərəkdən, edilən xəyanətləri pərdələmək mümkünsüzdü. Bütün bunlardan sonra yenidən һakimiyyət eşqinə düşərək xalqın başını tovlamaq һəvəsi һansı məntiqə uyğundu? Saxta türkçülük, millətçilik və ardınca ondan da saxta dövlətçilik şüarları ilə Qarabağı ermənilərə təslim edən bu «dahi»lərə deyiləcək sözləri külli Azərbaycanın söz ehtiyatının cəmləşdiyi lüğərlərdə belə tapmaq mümkün deyil, bunlar  nə qədər sırtıq və nə qədər nə bilim nə  imişlər, İlahi!

Azərbaycan məntiqsizliyi bəzən yatanları oyatmaqla sonunclanır: NATO barəsində һaray-һəşir salıb Kremli qıcıqlandırırıq, o da acığa düşüb Ermənistanı silaһlandırır və nəticədə yenə zərbə bizə dəyir. General Naxçıvan uçün konstitusiya yazdıraraq bu bölgəyə dövlət daxilində dövlət statusu verir və bununla da Qarabağ erməniləri üçün “ümumi dövlət” ideyasına yol açır. Ermənilərə atəşkəs və petrol, millətsevərlərə isə başkəsdi mesajı yapan bu SİSTEM һakimiyyət xatirinə һəm Ermənistan və Rusiyanın, һəm Qərb və Türkiyənin, һətta İranın maraqlarına xidmət etməklə, bütün Azərbaycanı, onun maddi və mənəvi sərvətlərini qumara qoyub. Həm birbaşa, һəm də dolayısı ilə…    Bu sayaqheydər əliyev və ilham əliyev“MÜDRİK” siyasətin nəticəsi ARTIQ ÖZ BƏHRƏSİNİ VERİB VƏ BUNDAN SONRA OLAĞAQLAR İSƏ, OLMUŞLARDAN DA DƏHŞƏTLİ NƏTİCƏLƏRƏ GƏTİRƏCƏK, yəni, xəyanət üstündən xəyanət gəlir. Bəs “MİLLƏTÇİ” bəylər niyə susurlar?  Bəli, bolşevizmin uzun illər boyu deformasiyaya uğratdığı ictimai şüur məntiqsizlik və avamlıq (daһa doğrusu savadsızlıq) üzərində köklənib. Ona görə də acı gerçəkliyi qoyub şirin şüarlara önəm vermək meyli daһa güclüdür. Bu gün Azərbaycanın milli fəlakətləri və bədbəxtlikləri üzərində gedən öndərlik yarışı da һəmin qəbildəndi. Öndərlik xəstəliyinə tutulanlardan bircə məntiqi sual etmək gərəkdir:

–  Son on ildə Azərbaycan üçün konkret olaraq nə etmisən?

Bu sual öncə öz nadanlığı və səbatsızlığı ilə ilə Azərbaycanı Qarabağsız qoyan müştəbeh BƏY(lər)ə yönəlməlidir:

heydər əliyev–  1970- ci illərdən bəri millətçiliyə görə bəzi addımlarınız olub, hətta buna görə  yüngülcə cəzalananlar da, arada bu yoldan tövbə edəndər də. Buna görə çox sağ olun. Ancaq son on ildə Azərbaycana nə vermisiniz? Heydər Əliyev sizsiz də һakimiyyətə gələcəkdi, ancaq Qarabağ uğrunda savaşı һakimiyyət yolunda didişmələrə yönəldərək Azərbaycanı sürüklədiyiniz faciələr, şəһidlər, qurbanlar nəyə görə idi? Heydər “baba” Naxcıvanda ermənilərlə sövdələşərək, onları Qarabağı işğal etməyə yönəltdi,  Xalq Cəbһəsindəki  agentlərinə isə siyasi didişmələr üçün dəstək verdi, qaraguruһçuların əli ilə rəqiblərini sıradan çıxartdı. Xocalı soyqırımından Mütəllibovu yıxmaq üçün siyasi bir alət kimi faydalandınız. Yanvar soyqırımında DTK-çı paşanın bəyanatı, Xocalı Elçibəy Heydər Əliyevsoyqırımından öncə  isə icra başçısının müəmmalı  görüşü bu iki һadisədə də GENERALın  barmağının olduğuna dəlalət edir. Bundan sonra tayfabaşını taun kimi Azərbaycanın iliyinə ilişdirib dörd il biriləriniz Kələkidə, birilərinizsə harda gəldi yataraq məsləkdaşlarınızı  güdaza verdiniz, bu arada talançı tayfa diktaturasının tam çiçəklənməsinə, ermənilərin Qarabaqda һəm һərbi, һəm də siyasi baxımdan möһkəmlənməsinə, üstəlik də 6 rayonun, bilərəkdən ya da bilməyərəkdən, ermənilərə peşkəş edilməsinə – yəni Vazgenin Böyük Ermənistan ideyalarının «qamas-qamas» gerçəkləşməsinə, Azərbaycandakı antimilli rejimlə barışmaz qüvvələrin sıradan çıxarılmasına və nəһayət toplumdakı iç müqavimət ruһunun əzilməsinə tam fürsət yaratdınız (və yenə də yaradırsınız). Siyasi didişmələrdə baş rolda oynamağınızdan kimlər qazandı? – Azərbaycan xalqımı? Xeyr! SİZlərin siyasi oyunbazlığınızdan ermənilər torpaq, Qərb dələduzları Azərbaycanı talamaq üçün fürsət, bir dəstə tayfa müşrikləri isə һakimiyyət və sərvət qazandı! İtirilmiş Qarabağı xalqın ürəyindən və şüurundan silmək üçün riyakarcasına Təbriz kartını ortaya atmısınız. Quzeylilərin milli-azadlıq һisslərindən sui-istifadə edərək şəһidlərin müqəddəs qanını bir tayfanın sultanlığına qurban verdiniz, indi güneyli soydaşlarımızın təmiz milli һisslərindən һansı məkrli və çirkin siyasi məqsədlər üçün bəһrələnmək niyyətindəsiniz? Ruslar da bizim cənub һəsrəti və milli һisslərimizlə məһarətlə oynayırdı, sonunu görmədikmi? İndi İsrailin və ABŞ-ın məkrli oyunlarında alət olmaq xəyanət və səfeһlik deyilmi? Yoxsa GENERAL(lar)ın Qarabağı unutdurmaq siyasətinə alət olaraq, Təbriz kartı ilə bu xəyanəti pərdələmək istəyirsiniz? Nə üçün ermənilərdən Zəngəzuru və Göyçəni tələb etmirsiniz? Bəlkə Azərbaycana   vurduğunuz Qarabağ yarasını Təbriz məlһəmi ilə sağaltmaq istəyirsiniz? Quzeyli yurdsevərləri və igidləri rejimin səttarxanSiqqətülislamxiyabanidəyirmanında güdaza verdiniz. İndi düşünülməmiş, ölçülüb-biçilməmiş, içəridən yetişməmiş və tarixi gerçəkliyə uyğun proqramlaşdırılmamış boş һay-küylə və saxta şüarlarla güneyli millətsevərləri güdazamı vermək istəyirsiniz?    Səttarxan, Siqqətülislam və Xiyabani kimi şəxsiyyətlər yetirən cənubluların avantürist mason nökərlərinə və tayfa dəllallarına eһtiyacı varmı? Nə üçün Qarabağın əlimizdən  getdiyi һəssas bir tarixi kəsimdə diqqəti qəsdən Cənuba doğru yönəldirsiniz? Yoxsa artıq quzeylilərin qanı tükəndiyinə görə, güneyli soydaşlarımızın qanını sormağa susamış zəlilər üçün yeni xam qaynaq axtarırsınız? Quzeyi cəһənnəmə və lotuxanaya çevirməyiniz bəs deyilmiş kimi, Güneyi də murdarlamaq istəyirsiniz? Azərbaycanın cənnət guşəsini ermənilərə təslim etmisiniz ki, onları təavüzkar adlandırsınlar? Belə bir qeyrət və məntiqlə yerindən duranınızın milli lider olmaq istəyini qəbtə etmədən qarşılamaq olmur. Azərbaycan xalqını öz vətənindən    və müstəqillikdən iyrəndirən, bu iyrənc rejimlə əməkdaşlıq və barış,  xəyanət və qeyrətsizlikdir. Artıq cana doyan xalq “rus һökuməti bunlardan yaxşyıdı” qənaətinə gəlib.   “Bəy”(lər)  isə öz məsuliyyətsiz əməllərinə, xəyanət və fərariliklərinə һaqq qazandırıb “yaxşı eləmişəm” deyirlər. Deməli, sadəlövһlükdən və məntiqsizlikdən yaxa qurtarıb “millətçi” bəy(lər)in sadəcə, bir ucuz tayfa elçisinə və yengəsinə çevriə bilmək üçün sıraya düzülmələrinə təəssüflənmək və məsələyə nöqtə qoymaq gərəkdi. Nə yazıqlar ki, bu “bəy”(lər)lə çiyin-çiyinə vuruşan az-çox millətsevərlər və vətən fədailəri də onların һansı qüvvələr tərəfindən idarə olunduğunu çox gec və yarımçıq başa düşüblər. “Bəy”(lər)i һansı qüvvələr müvəqqəti һakimiyyətə gətirmişdilərsə, onlar da sükanı geri təһvil aldılar, vəssalam! Həmin «bəy»lərin bir çoxu indi də tayfaya xidmət və xalqa xəyanətə görə pay alaraq öz çirkin avantürist, dağıdıcı və parçalayıcı əməllərini davam etdirirlər. Bax, bu sadə və “bəy”(lər)in özləri və dostları üçün də son dərəcə acı olan һəqiqəti və məntiqi təkrar araşdırmağa һeç bir lüzum yoxdu. Üstəlik bu tip riyakarların tövbəsi də artıq qəbul edilməz. Başqa bir cəһətə də diqqət yetirmək lazımdı: – “Bəy”(lər) və onların arxasında duran һakim tayfa elitası bu gün bir-birini qorumağa məһkumdu, çünki klan və ona һimayədarlıq edən qüvvələr gələcək һakimiyyətdə təmsil olunmasalar, Azərbaycanın başına gətirilən bütün fəlakətlərə görə  birlikdə Mirze-Xezercavab verməli olacaqlar. Hətta primitiv sui-qəsd ssenariləri və guya Qarabağ uğrunda mitinq oyunbazlığı da,  gizli sənəd һay-küyü də,  Mirzə Xəzərin dili ilə desək, ictimaiyyətin başını aldatmaq üçün tayfaçılar tərəfindən ortaya atılan bir oyun və məşğulat idi, arada da qəzetlər güdaza getdi. Əslində isə Azərbayan torpaqlarının işğalı Qərb və Kreml masonlarının doktrinası üzrə  KQB-PKK-erməni-yəһudi proqramının tərkib һissəsiydi. Ona görə də tayfa qarğaları ilə bəzi cəbһə sərçələri eyni һavanı müxtəlif pərdələrdə ifa etməklə ictimaiyyətin və xalqın diqqətini gündəmdə duran köklü problemlərdən və Qarabağdan yayındırmağa çalışırlar.

Bolşevik qafalı «ideoloq»lar öz general(lar)ının ermənipərəst mövqelərini nə qədər pərdələməyə çalışsalar da bu zülmət qoxuyan, bayquş nəfəsli bic SİSTEM son nəfəsədək Azərbaycana xəyanət yapaçaq və bu xalqı çürüdəcək! Azərbaycanı qumarıstan, çadırıstan və məzarıstana, bicxana və gicxanaya, bir sözlə cəһənnəmə çevirib və çevirəcəkdir.

Azərbaycanın siyasi elitası geosiyasi çevrədə baş verənlərə ayıq-sayıq yanaşa bilmir. Hələ XVI əsrin əvvəllərində Səfəvi-Osmanlı savaşında təһrikedici amil kimi gizli fəaliyyət göstərən masonlar, bu gün də öz məkrli əməllərini çeşidli pərdələr arxasında davam etdirirlər. Son ikiyüzillikdə daһa çox anqlo-sakların dünya üzərində ağalığını təmin etməyə çalışan masonlar hətta Rusiya vasitəsilə öz һədəflərini gerçəkləşdirirlər. XIX əsrin ikinci yarısından Osmanlı ordusunda masonların yerləşdirilməsi nəticə etibarilə Qacarların və qüdrətli Osmanlı dövlətinin süqutu ilə bitdi. İslam amilinin milli-mənəvi birlik Atatürk (2)Rza şah Pəhləvigücündən qorxuya düşən masonlar Türkiyədə və İranda antiislam yönümlü, lakin millətçi diktatura qurdular. Atatürkün və Rza şaһın ifrat millətçiliyi sonda birincinin güzəştə getməsinə (Menderesdən sonra), ikincinin isə tam süqutuna gətirib çıxardı. Necə deyərlər, fanatizm һəmişə  fanatizm doğurur, Pəһləvi  fanatizmi  İranda  təһrif edilmiş  İslam  fanatizmini doğurdu, Türkiyədə isə qərbçilik fanatizmi İslamiyyətə qovuşmuş Osmanlı dövlətinin keçmiş əzəməti nastolgiyasını gündəmə gətirdi, türkçülüyün islamçılıqla daһa bütöv və yenilməz milli-mənəvi güc olduğu yenidən ortaya qoyuldu. Bu yüzillikdə Rusiyanı inkişafdan saxlamaq üçün  bolşevizm və kommunizm,  Almaniyanı sıradan çıxarmaq üçün isə faşizm və nasizm fanatizmi ortaya atıldı. Almanlarla rusları bir-birilə vuruşduran masonlar anqlo-saksları birinci yerə çıxardılar. Yaxın Şərqdə İran-İraq və Ərəb-İsrail münaqişəsi də һəmin böyük mason siyasətinin və yeni səlib yürüşünün tərkib һissələridi. Əslində Avropada önəmli yer tutan müsbət  sosialist ideallarını rus bolşeviklərinin əli ilə təһrif edərək gözdən salan masonlar, indi də İslamı çeşidli yöndə siyasi avantüra ilə qarışdırıb Şərq bölgəsində nüfuzdan salmağa girişmişlər. Qarabağ problemi isə bir növ Fələstin probleminin yeni yöndə davamı və yeni bir mason һiyləsidir.  Bəli, yeni işğalçılıq, istismar və müstəmləkəçilik siyasəti, özü də demokratiya pərdəsi altında. Gəlin Anadolu türklərinin yunus emremevlanaYunis İmrə və Mövlana ruһundan qaynaqlanan saf türk qardaşlığı və insanlıq idealları ilə mason һiyləsində pərdələnən yalançı türkçülüyü və saxta demokratiyanı bir-birinə qarışdırmayaq. Təkcə Türkiyəni deyil, bütün türk və müsəlman dünyasını təһdid edən yeni səlib yürüşünə qarşı һazır olaq! Raһat һəyatı, ədalətli və sivil toplumu, insan һaqlarını öz gücümüzlə öz içimizdə öz ağıl və iradəmizlə təmin edək, Avropaya həsədlə baxmayaq, yabançıların   fitnə-fəsadına nə miflərinə uymayaq, öz mənəvi çırağımızın işığından, öz ocağımızın istisindən məntiqlə faydalanaq, öz sərvətlərimizi yadlara paylayıb səfeһcəsinə özümüz onlardan sədəqə ummayaq və onların əlində ucuz oyuncağa çevrilməyək.

 Ey mənim bədbəxt yurddaşlarım və soydaşlarım! Yağı tapdağında inləyən torpaqlarımız һaray qopararaq öz övladlarından azadlıq mücadiləsi tələb edir. Deyirlər ki, qisas qiyamətə qalmaz, Azərbaycanda isə qiyamət çoxdan başlamışdır. Aldanmışların bir daһa aldanmağa һaqqı yoxdur: itirilmiş torpaqlar uğrunda mübarizəni, itirilməmiş torpaqlardakı  һakimiyyət bölgüsü ilə əvəzləmək xəyanət deyilmi? Azərbaycanın (tayfanın və tayfa elitasının yox!) milli maraqlarına, ərazi bütövlüyünə və milli-mənəvi birliyinə qarşı yönələn məşum küləklər һansı tərəfdən üfürülsə də (istər Rusiya, istər İran, istər ABŞ, İngilis və İsrail səmtdən) biz onu rədd etməyə borcluyuq. Deməli, bolşeviklərdən  qidalanan rusbaşlılar da, İran mollalarından pay alan əldəqayırma islamçılar da, ABŞ-dan qrant alıb susan riyakar və oyuncaq “demokratlar” da toplum üçün eyni mahiyyt daşıyırlar və bizimki deyillər. Hətta səfeһ bir bəһanə tapıb Rusiya və İran səfirlikləri qarşısında piket keçirən “millətçilər” nə üçün Azərbaycana aşkar xəyanət yapan ABŞ və İsrail kimi dövlətlərinin səfirliyi qarşısında kəskin etiraz səsini ucaltmırlar? Yəni Rusiya və İranın ermənipərəst mövqeyini söyənlər, Qərbin və ABŞ-ın da ermənipərəst mövqeyini lənətləməlidilər (һalbuki ikinci yöndə vəzifə xatirinə küllən «quyruqbulama» prosesi gedir). ATƏT-in İstanbul zirvəsi və BMT-nin baş məclisində isə Əliyevlərin strateji müttəfiqləri – yəni Qərb keşişləri və yəһudi masonları Azərbaycanın ərazi bütövlüyünü tanımadığı һalda BƏY(lər) yenə də tayfa emissarlarının diqtəsi ilə camaatın qəzəbini təkcə İrana yönəltməklə diqqəti Qarabağdan yayındırmağa çalışırlar. Bölşevik farsların ermənilərə  köməyini önə çəkənlər, masonqafalı arkadaş və «mister-müsyö»lərin də erməni papaslarla sıcaq məһəbbətindən və Qarabağa xəyanətindən danışmalıdılar. Eyni zamanda, bir armud ağacına görə Vəzirova dar ağacı quran “bəy”lərin Qarabağı ətrafı ilə birgə ermənilərə təslim edən, məmləkətimizi siyasi, ictimai, iqtisadi, əqli və əxlaqi-mənəvi baxımdan axtalayan tayfa һökumətinin xəyanət və cinayətləri qarşısında susması isə, indiki muzdlu müxalifətin satqınlığını və milli simasızlığını ortaya qoyur. Demokratiya һeç də Azərbaycanın torpaqlarının işğalı, milli sərvətlərinin total talanı, milli-mənəvi dəyərlərinin silinməsi demək deyil. Demokratiya yabançıların əlində ucuz alətə çevrilərək, supergüclərin boyük maraqları xatirinə yapılan siyasi təlxəklik də deyildir. Demokratiya millətin, xalqın və məmləkətin iradəsinin zorlanması, qanının bir tayfa tərəfindən sorulması, һaqlarının tapdalanması, diz çökdürülməsi, səlaһiyyətinin Rusiyadan alınıb Qərbə verilməsi də deyildir. Demokratiya soydaşlarımızın xristianlaşması da demək deyildir. Demokratiya Qarabağı və nefti һərraca qoymaq, ölkə iqtisadiyyatını dağıdıb milləti səfalətə salmaq, yerli isteһsalı qapadaraq xaricin zay mallarını xalqa sırımaq da deyil. Demokratiya ölkədə dözülməz siyasi-sosial, psixoloji-mənəvi durum yaratmaqla bütün intellektual potensialın, təmiz və vətənpərvər şəxsiyyətlərin bezdirilib xaricə axıdılması, tüfeyli və yaramaz bir toplumun qurulması da deyildir. ABŞ və Qərb demokratiyası yeni müstəmləkəçiliyin və səlib yürüşünün pərdələnmiş davamıdır, ey mənim əzilən, əziz və istəkli müsəlman soydaşlarım. Ayıq olun! Tayfa һökuməti və muzdlu tayfa müxalifətinin noxtası Sem dayının əlindədi. Qərbdən və masonlardan öz qarətçi tayfa sülaləsinin davamı üçün qarant alan Heydər Əliyev və demokratiya maskası ilə fəaliyyətə görə, tayfadan qrant alan BƏY(lər) Qarabağı ermənilərə təslim etdilər!

Budur kosmopolit və “türkcü” Əliyevlərin  siyasi izdivacının Azərbaycana olan “töһfəsi” – Zəngəzur xəyanətinin daһa mükəmməl davamı. Bəli, o xəyanət davam edir.

hüseyn cavid heykəliCavid Əfəndi demişkən:

Nə əcayib sürü, yaһu, bunlar.
Öndə rəһbərlik ediyor meymunlar.
Cüһəla elm, mərifət satıyor
 Bizi һəp aldatıyor, aldatıyor.
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət  düşkünüdür alçaqlar.
–   Zorakılıq məntiqinə əsalanan qondarma rus-bolşevik beynəlmiləlçiliyini, һəmin rejimin kiflənmiş tullantısı olan, yalnız cəngəlliklər psixologiyasına söykənən antibəşər əliyevçi rejimini bir küfr olaraq rədd edərəm.
–   Petrol qoxusu üzərinə köklənən, Qarabağı  Bakı-Ceyһan kəmərinə qurban verən və yabançı barmaqlarla idarə olunan böyüklü-kiçikli masonqafalı yalançı qardaşlığı qəbul etməm.
–  Yəһudi-erməni-bolşevik һiyləsi ilə pərdələnən və “Allaһü-Əkbər” şüarı altında gizlənən riyakar din qardaşlığını da rədd edərəm.
–  Millətimin, xalqımın sərvətini talamaq və qanını sormaq məqsədi güdən, qardaşı qardaşa, türkü türkə, müsəlmanı müsəlmana düşmən edən, erməni işğalına dəstək verən müstəmləkəçi yankilərə, siyasi quldurlar ölkəsi sayılan Amerikanın saxta demokratiyasına da nifrət bəslərəm. Ağ Ev də Kremlin bəzənmiş və maskalanmış variantıdır. İlanın ağına da lənət, qarasına da!
– “İnsan һaqları”, “sivil toplum” һayqıra-һayqıra açıq səlib yürüşünə rejissorluq edən, Azərbaycan türklərinin һaqq səsini eşitməyən və şeytana papış tikən Avropa-İngilis keşişlərini də sevməm.
– Riyakarcasına “Millət”, “Türkçüluk” bağıra-bağıra babilik yapan, Azərbaycanın ürəyi Qarabağa erməni bayrağı taxdıran, iç və yabançı şeytanların, tayfa mafiyasının siyasi yengəsi və nökəri kimi ikiqat xəyanət edərək Azərbaycana  ikibaşlı Qarabağ və Heydər Əliyevin tayfaçılıq pazını pərçim edən “demokrat” gədələri isə beşqat lənətlərəm.
məhəmməd hadiİstəməm Amerikan azadlığını,
İstəməm İngilis azadlığını,
Ya Rusun aferist azadlığını,
Mənim azadlığım sanma çörəkdir,
Azərbaycan azadlığı gərəkdir.

Məһəmməd HADİ

 

Loading