Əlaqə vasitələri

QARABAĞIN QARA BAXTI … QALAR BELƏ, QALAR DÜNYA!!!

Sərdar Əlib.Sərdar ƏLİBƏYLİ

KÖNÜL VERDİLƏR ŞƏR VAXTI,

ARXAMCA BİR QAÇQIN  BAXDI …

 

Könül verməzlər şər vaxtı,Əliyev - Köçəryan
Arxamca bir qərib baxdı,
Qarabağın qara baxtı
 Qalmaz belə, qalmaz, dünya!

(Bir vaxtlar dəbdə olan şərqilərimizdən)

 

cebhedaünya və qarabağYenə də bütün dünyanın diqqəti, başından bəri baxtı qara yazılmış Qarabağa yönəlib. Hər yandan ağlı kəsib-kəsməyənlərin, dəxli olub-olmayanların cürbəcür bəyanatları, problemin həllinə dair fikir və mülahizələri eşidilməkdədi. Sanki illərdi bu problemi özləri yaradıb, özləri də yaranmış problemin üzərində siyasət quranların “canıyananlığını” nə hiss edir, nə də görürük. Hələ üstəlik də ərazimizin bir parçası olan Qarabağın və 7 rayonumuzun külli-ixtiyarını bu siyasət və diplomatiya oyunbazlarının əlinə verərək, çəkilib öz qınımıza girmişik. Və illərdi ki, Azərbaycanın paralanmış, düşmən tapdağı altında qalmış torpaqları və başından bəri qurban verdiyimiz Şəhidlərin ruhları qınımızdan çıxacağımızı və halal-hümmət sınırlarımıza İlham ƏLİYEV-1sahiblənəcəyimizi gözləyirlər…

kamal abdullapolad bülbüloğlufərhad bədəlbəyli…Yenə də bütün dünyanın diqqəti Qarabağa yönəlib. İçəridən də bəzi hərəkətlənmələrin olduğu sezilir. Əslində, nələrin baş verdiyini anlamaq üçün son ayların Qarabağ məsələsi ilə bağlı bütün diplomatik və siyasi gedişlərini birər-birər incələməklə, olub-bitənlərə aydınlıq gətirmək mümkündü. Burada ilk diqqət çəkən məqam, Azərbaycan prezidentinin son vaxtlar qədərindən artıq müharibə əhval-ruhiyyəli bəyanatlarla çıxış etməsidi. Bu bəyanatların kimə və nəyə hesablandığı tamam ayrı bir söhbətin mövzusudu. Ayrıca son həftələrin gündəmindən düşməyən Xankəndinə və İrəvana təşkil olunmuş  ziya(n)lı səfərlərinin üstünə də o qədər getməyə ehtiyac yoxdu. Səfərdə olmuşların Vətənə, millətə və dövlətə xəyanətindən də danışmaq yersiz məsələdi. Çünki o adamların heç biri bu səfərə özbaşına getməyiblər və məsələ, ən azı, hər gün çıxışlarında müharibədən danışan prezident səviyyəsində razılaşdırılıb. Başqa sözlə, hər biri prezidentin vəzifəyə təyin etdiyi dövlət məmuru olan bu şəxslər, dövlət başçısının, YƏNİ ALİ BAŞ KOMANDANIN “get!” əmrini icra etməkdən savayı, heç bir günah, qəbahət və ya xəyanət etməyiblər. Guya, onlardan biri durub “getmirəm” desəydi, nə olacaqdı? Nə çox bizdə prezidentin əmri bir yana, bircə təbəssümünə belə, əldən-ayaqdan gedən ziya(n)lılar. Onlardan biri gedəcəkdi.  Bu mənada, Ali Baş Komandanın sözünü yerə salmayan şəxslər gedən proseslərdə qəhrəmandan çox qurbanlıq seçildiklərinin, yəqin ki, özləri də fərqindədirlər. Aşağı-yuxarı, məsələ ətrafında iç hərəkətlənmələrimiz bundan ibarətdi. Lakin artıq qeyd etdiyimiz kimi problemin ixtiyarı küllən əcnəbilərin əlində olduğundan, prezidentindən tutmuş, beşikdəki körpəsinədək istənilən azərbaycanlının nəyi və niyə deməsi, hara və niyə getməsi proseslərin gedişində hər hansı təsir gücünə malik deyil… Elə bu səbəbdən də, problemin həll olunub-olunmayacağı və ya olunacaqsa necə olunacağını aydınlaşdıra bilmək üçün ixtiyar sahiblərinin siyasi gedişlərini və diplomatik söyləmələrini araşdırmaq gərəkdi. MDBBunu edə bilmək üçün MDB dövlət başçılarının Sankt-Peterburq sammitindən bu yana keçən zaman kəsiyində nələrin olduğuna və bu olanların nələrə zəmin hazırladığına diqqət kəsilməliyik. Əgər xatırlayırsınızsa, sözügedən sammit ərəfəsində istər əcnəbi diplomatlar, istər beynəlxalq təşkilatlar, istərsə də Azərbaycanın rəsmi təbliğat vasitələri çox nikbin əhval-ruhiyyədəydilər. Və “obıvatel” düşüncəli vətəndaşlara bir an öncə elə gəlirdi ki, sammitdə Əliyev-Köçəryan görüşməsi böyük sülh sazişinin ilham Ə.köçəryanimzalanması ilə bitəcək. Lakin son anda səhnəyə çıxan həmsədrlərin verdikləri bəyanat hamını şoka saldı. Və bəlli oldu ki, əcnəbilər nikbin bəyanatlar verməklə, sadəcə, bizimlə  Ayaz Salayev demiş, «məzələnirlərmiş». O ayrı bir məsələdi ki, Azərbaycanın rəsmi təbliğatını quranlar nədən bu mazaxist həmsədrlərin yedəyində gedərək, cəmiyyəti də bu cür məzələnmənin qurbanına çevirmişdilər…

ATƏT - SAMMİTBeləlikiə, statistik göstəricidən başqa heç nə ilə nəticələnməyən Sankt-Peterburq sammiti ərəfəsində həmsədrlər açıqca söylədilər ki, münaqişə tərəfləri problemin həllini istəyirlərsə, hazırkı mövqe və prinsiplərindən 50 faiz geri çəkilməlidirlər. Burada artıq qulaqları dəng etmiş və hamının dəfələrlə eşitdiyi diplomatik terminlərin hamısını bir kənara qoyub, yeni səslənən “50 faiz” məsələsinə aydınlıq gətirilməlidi. Bu məsələnin diplomatik dildən Azərbaycan dilinə tərcüməsini təxminən belə səsləndirmək olar. Yəni, həmsədrlər demək istəyirlər ki, problem yüz faiz anlamında Qarabağ və ətraf rayonların işğalından ibarətdir. Bir tərəf deyir ki, “ölərik vermərik”, digər tərəf isə “ölsək də, alacağıq” deyir. Bax, bu anlamda problemi 100 faizdən 50 faizə endirmək o deməkdi ki, işğal altında olan ətraf rayonlar, yəni cəmi işğal olunmuş torpaqların 50 faizi azərbaycanlıların, yerdə qalan 50 faiz isə ermənilərin. Həmsədrlərin “50 faiz” terminini məhz bu anlamda işlətdikləri heç kimdə şübhə doğurmamalıdı. Görünür bu yöndə beynəlxalq supergüclərin də müəyyən mənada anlaşmaları mövcuddu deyə, problemin həlli həvalə olunmuş diplomatlar artıq bu qədər açıq danışa bilirlər. Burada son vaxtlar ictimai rəyə yeridilən və Azərbaycan tərəfinin də prinsipial razılığını verdiyi referendum məsələsindən də danışmaq gərəkdi. Bəlli olduğu kimi 50 faiz məsələsi ortaya çıxanadək problemin bütövlükdə həllini belə təqdim edirdilər ki, əvvəl işğal olunmuş rayonlar boşaldılır və azərbaycanlı əhali öz yerlərinə qaytarılır. Bununla bərabər, beynəlxalq sülhməramlı qüvvələr də bölgəyə gətirilir və münaqişə edən tərəflər arasında yerləşdirilir. Sülhməramlıların yerləşdiriləcəyi ərazilərə həm də Azərbaycan və Dağlıq Qarabağın arasındakı sərhədlər də daxildi. Yalnız bundan sonra Dağlıq Qarabağın statusunun referendum yolu ilə həllini tapacağı söylənilir. Amma bu referendumun konkret vaxtı müəyyənləşmədiyindən status məsələsinin həll olunma zamanı da bəlli deyil. Yəni, bu zaman 1 il də, 10 il də, 50 il də, 100 il də vaxt apara bilər. Hətta 100 il də keçsə belə Azərbaycanın Qarabağda keçiriləcək referendumu qazanmaq şansı sıfıra bərabərdi. Çünki bütün bu vaxt ərzində Qarabağ indiki separatçı qurumun və dolayısı ilə Ermənistanın nəzarətində olacaq…

metyu brayzaBütün bunlar indiyədək olanların təhlilidi. Bəs bundan sonra nələrin olacağı gözlənilir? Bu sualın cavabı da beynəlxalq gücləri təmsil edən maraqlı tərəflərin və birbaşa problemlə məşğul olan diplomatların bəyanat və söyləmlərində gizlənir. Bu mənada ilk diqqət çəkən məqam bəzi beynəlxalq təşkilatların Azərbaycanda və Ermənistanda gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı səsləndirilən fikirləridi. Sözügedən beynəlxalq təşkilatların sözçüləri açıqca bildirirlər ki, münaqişə edən hər iki respublikada keçiriləcək prezident seçkiləri ərəfəsi Qarabağ probleminin çözülməsi üçün ən münbit zamandı. Belə bir bəyanatın üzərindən diplomatik pərdəni qaldıranda isə ortaya olduqca ilginc, maraqlı və bir o qədər də ağlabatan mənzərə çıxır. Başqa sözlə görünən odur ki, nə barəsində danışdığımız referendum məsələsi, nə də problemə 50 faizlə yanaşma prinsipi heç də təsadüf deyil və artıq supergüclərin öz ararlarında razılaşdırdığı konkret saziş layihəsi mövcuddur. Bu fikri təsdiq edən son mesaj da, ABŞ-da keçirilən təhlükəsizlik müzakirələrinin gedişində ABŞ təmsilçisi, həm də Minsk qrupunun həmsədrlərindən biri olan Metyü Brayzedən gəldi. O açıqca bildirdi ki, «Əliyevlə Köçəryan cəsarətli qərarlar verməyə hazır olmalıdırlar». Bütün deyilənlərdən ortaya o çıxır ki, prezident seçkiləri ərəfəsində hər iki ölkə başçısına hazır saziş təqdim olunaraq, imzalanması tələb olunacaq. Əks təqdirdə hər iki prezidentin hakimiyyətlə vidalaşmalı olduqları söyləniləcək və o da Köçəryan-Sarkisyanbildiriləcək ki,  ya imzalanacaq sazişlə birgə hakimiyyət, ya da onların yerinə hakimiyyətəgətirilən şəxslər bu sazişi imzalamağa hazırdılar. Başqa sözlə, işlər, Əliyevlə Köçəryana “Ya hakimiyyət və dəbdəbəli həyata davam, ya da  da istefa və olduqca dumanlı və naməlum gələcək”  şərtinin qoyulacağına doğru aparılır. Bütün dünyada və elə Azərbaycan və Ermənistanda da hər kəsə bəllidi ki, yuxarıda söylənilən analiz və təhlillər özünü doğruldarsa, prezidentlər, nəyin bahasına olursa-olsun, hakimiyyət variantını seçəcəklər. Birincisi ona görə ki, onlardan heç birinin beynəlxalq dəstək olmadan sandıqdan çıxmaq şansları yoxdu, həmçinin də ən demokratik seçki olsa belə, Qərbin və supergüclərin tərəfindən tanınmayacaq. İkincisi də onlar superqəhrəmanlıq nümayiş etdirib sazişi imzalamaqdan imtina etsələr belə, hakimiyyətə gəlmək naminə, daha ağır şərtlərdə sazişə imza atacaq onlarca liderlər tapılacaq…

Nə qədər subyektiv olsa da, Qarabağ problemi ətrafında cərəyan edən proseslər və son dövrlərdə baş verən hadisələr yuxarıda deyilənlərin həqiqətə çox yaxın olduğunu sübut etməkdədi. Yəni, başından bəri ixtiyar sahibi etdiyimiz beynəlxalq güclər artıq öz qərarlarını veriblər. Bizə isə, bundan sonra olanlara qatlaşmaqdan savayı heç nə qalmır. Uzaq başı, edə biləcəyimiz tək bir şey varsa, o da yazının epiqrafına çıxardığımız şərqinin sözlərini dəyişərək oxumaqdı. Yəni, cəmi bir və ya bir neçə ildən sonra bu şərqi təxminən belə oxunacaq:

QARABAĞ

KÖNÜL VERDİLƏR ŞƏR VAXTl,

ARXAMCA BİR QAÇQIN  BAXDI,

QARABAĞIN QARA BAXTl

QALAR BELƏ, QALAR, DÜNYA!

 

                                                           «Nota bene!» qəzeti
15 -21 iyul 2007-ci il

Loading