Əlaqə vasitələri

Milli Məclisin sabiq istiqlalçı deputatı, Əzimov Hacıbaba Sadıq oğlunun kassasiya şikayəti. Sadəcə, ərizə deyil.

                                 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə

                                                       Milli Məclisin sabiq deputatı Əzimov Hacıbaba Sadıq oğlu

                                        (qeydiyyat: Bakı, Nəsimi r-nu, Ə.Topçubaşov küç., ev 62, mən.11.

                                        Müvəqqəti ünvan: Bakı, Yasamal r-nu, M.Seyidov, 3138, korpus A,

                                        mən. 45. Tel: 050 750 88 83; 437 79 59 ev) tərəfindən

                    Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinin

                    və “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında”

                    Qanunun 34-cü maddəsinin normalarını əsas tutaraq

                           Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının  

                           2-1(102)-951/2014 saylı, 20 avqust 2014-cü il tarixli qərarı ilə Azərbaycan   

                           Respublikası Konstitusiyasının 13, 25, 29, 38, 60, 71, 127 və 149-cu  

                           maddələrində, “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” 

                           Konstitusiya Qanununda və “Əmək pensiyaları haqqında” Qanunun 20-ci

                           maddəsində təsbit olunmuş

  Konstitusion hüquq və mənafeyinin pozulmasına dair

                                                           Ş İ K A Y Ə T

  1. Şikayətin qəbuledilənlik meyarları

1.1. Konstitusiya Məhkəməsi haqqında Qanunun 34.4.1-ci maddəsinə əsasən məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının) qüvvəyə mindiyi andan altı ay müddətində Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.

1.2. Ərizəçi şikayətə Konstitusiya Məhkəməsində baxılması üçün qanunvericiliyin tələb etdiyi bütün hüquq müdafiə vasitələrindən istifadə etsə də, onun sosial təminat hüququnun və mənafeyinin müdafiəsi mümkün olmamışdır.

1.3. Ərizəçinin şikayət verdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-951/2014 saylı, 20 avqust 2014-cü il tarixli qərarı 01 sentyabr 2014-cü il tarixində poçtla göndərilmiş və 04 sentyabr 2014-cü il tarixində onun tərəfindən alınmışdır.

  1. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2.1. Ərizəçi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə pensiya hüququnun pozulması və vurulmuş maddi və mənəvi zərərlə bağlı 1 fevral 2013-cü il tarixli iddia ərizəsi və 26 fevral 2013-cü il tarixli iddia ərizəsinə əlavə yazaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunu (DSMF) və onun Nəsimi Rayon Şöbəsini cavabdehlər, Milli Məclisin Aparatını (S.Mirzəyevi) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir (bax: əlavə 8, 9).

 2.2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi № 2 inz(81)-1285/2013 saylı iş üzrə 26 sentyabr 2013-cü il tarixli qərarı ilə iddianı təmin etməmişdir (bax: əlavə 13).

 2.3. Ərizəçi Bakı Apellyasiya Məhkəməsinə № 2inz (81) 1285/2013 saylı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli qərarından 20 noyabr 2013-cü il tarixli apellyasiya şikayəti və 24 fevral 2014-cü il tarixli apellyasiya şikayətinə əlavə vermişdir (bax: əlavə 14, 15).

 2.4. Bakı Apellyasiya Məhkəməsi kollegiyasının № 2-1inz(103) 123/2014 saylı iş üzrə 29 aprel 2014-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (bax: əlavə 19).

 2.5. Ərizəçi Bakı  Apellyasiya Məhkəməsi kollegiyasının 29 aprel 2014-cü il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə 6  iyun 2014-cü il tarixli kassasiya şikayəti vermişdir (bax: əlavə 20).

 2.6. Ali Məhkəmənin İnzibati – İqtisadi Kollegiyasının № 2-1 (102)-951/2014 saylı, 20 avqust 2014-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi İnzibati – İqtisadi Kollegiyasının № 2-1inz(103) 123/2014 saylı iş üzrə 29 aprel 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (bax: əlavə 25).

 III. İşin fakt­iki halları

3.1. Xatırladırıq ki, 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan olunduqdan  sonra, 30 oktyabr 1991-ci il tarixli Konstitusiya qanununa müvafiq olaraq 350 nəfər “Azərbaycan Respublikasının xalq deputatı” arasından 51 nəfərdən ibarət daimi fəaliyyət göstərən ilk Avropa tipli Azərbaycan parlamenti – “Azərbaycan Respublikasının Milli Məclisi” seçılmiş, eyni zamanda o zaman qanunverici hakimiyyət orqanı Ali Sovetin səlahiyyətləri Milli Məclisə verilmişdir.  Milli Məclisin üzvü seçilən deputatlar 1991-1995-ci illərdə orada daimi və əsas iş yerləri olaraq qanunvericilik təşəbbüsü və həlledici səs hüquqlu deputat statusunda qulluq etmişlər və qanunvericilik (əmək) fəaliyyətlərinə görə Milli Məclisdən əmək haqqı almışlar (bax: Əlavə 1). İlk Milli Məclisin deputatları Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının, müstəqil Azərbaycan Respublikasının dövlət atributlarının, qanunvericilik bazasının və 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının hazırlanıb qəbul edilməsində müstəsna xidmətlər göstərmişlər.

3.2. 1996-cı il mayın 17-də “Milli Məclisin deputatının statusu haqqında” Qanun qəbul olunmuşdur. Qanunun 30-cu maddəsində göstərilir ki,…pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir”. 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Qanunun 20.1.1. və 20.2 maddələri üzrə  “əmək pensiyası yaşına çatmış sabiq deputatlarüçün qulluq stajına  görə əmək pensiyası müəyyən edilmiş və bu pensiyaya fəaliyyətdə olan deputatın əmək haqqının sonrakı artımları da nəzərə alınmaqla əlavələr təyin edilməsi nəzərdə tutulmuşdur.

3.3. Ərizəçi Əzimov Hacıbaba Sadıq oğlu hələ 1991-ci il martın 7-də Ali Sovetdə 350 nəfər xalq deputatı arasında SSPİ-nin saxlanılması ilə bağlı referendum keçirilməsi əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş 43 istiqlalçı deputatdan biri, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri və Konstitusiya Aktının əsas müəllifi olmuş, 1991-ci ilin noyabr ayında Milli Məclisin deputatı seçilmişdir. O, 1991-1995-ci illərdə Milli Məclisdə qanunverici səs hüquqlu deputat statusunda qulluq edərək oradan əmək haqqı almışdır (bax: Əlavə 2). Buna görə də Ərizəçi Milli Məclisin sabiq deputatı olaraq 2013-cü il yanvarın 12-də Azərbaycən Respublikasının Dövlət Sosial Müdafiə Fonduna və qeydiyyatda olduğu ünvana müvafiq olaraq DSMF Nəsimi Rayon Şöbəsinə ərizə vermiş (bax: Əlavə 3) və Konstitusiyanın bərabərlik hüququ haqqında (maddə 25 və 149) tələblərinə,  «Əmək pensiyaları haqqında» Qanunun müddəalarına (maddə 20) müvafiq olaraq ona sabiq deputatlar üçün müəyyən olunmuş pensiya verilməsini xahiş etmişdir.

 Dövlət Sosial Müdafiə Fondunun qanuna antikonstitusion şərh verməsi

4.1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Şöbəsinin müdiri M.Nuriyevin imzası ilə ərizəçi H.Əzimova göndərilən 22 yanvar 2013-cü il tarixli, 14/112 saylı və DSMF-in Aparatının rəhbəri Ə.Cəbiyevin 5 fevral 2013-cü il tarixli, 05/05-361 saylı cavab məktublarında onun sabiq deputatlar üçün müəyyən olunmuş əmək pensiyası almaq hüququnun olub-olmaması sualına dürüst cavab verilməmiş, Ərizəçiyə pensiya verilməsindən imtina edildiyi də bildirilməmişdir.

4.2. DSMF-in Nəsimi Rayon Şöbəsinin müdiri M.Nuriyev 22 yanvar 2013-cü il tarixli cavab məktubunda səlahiyyətlərini aşaraq, “Əmək pensiyaları haqqında” qanuna  şərh (təfsir) verməyə cəhd göstərmiş, mövcud qanunvericiliyə zidd, tamamilə absurd mülahizələr irəli sürmüşdür. Həmin məktubda yazılır: “12 noyabr 1995-ci il tarixinədək qüvvədə olmuş Konstitusiyalarda və digər qanunlarda “Azərbaycan Respublikası Milli Məclisinin deputatı” məfhumları nəzərdə tutulmamışdır. Həmin normativ-hüquqi aktlarda deputat «Azərbaycan Respublikasının xalq deputatı», «SSRİ xalq deputatı», «Azərbaycan Respublikasının Milli Məclisinin üzvü» və başqa cür (?) adlandırılmışdır. Beləliklə, pensiya təminatlarında da göstərilən güzəştlərdən yalnız 12 noyabr 1995-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyasına əsasən seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin deputatları istifadə edə bilərlər. Eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunda da Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sabiq deputatı məfhumları nəzərdə tutulmuşdur (seçmələr mənimdir – Ərizəçi)” (bax: Əlavə 4).

4.3. Göstərmək lazımdır ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Şöbəsinin bəhs olunan məktubunun məzmunu, oradakı cümlələr və ifadələr Милли Мяcлисин Апаратынын рящбяри С.Мирзяйевin Ямяк və Əhalinin Sosial Müdafiəsi Nазирliyinə göndərdiyi 19 dekabr 2000-ci il tarixli, 02-1-151 saylı məktubu ilə tamamilə eyniyyət təşkil edir. S.Mirzəyev həmin məktubunda pensiya  иля баьлы qanuna qəsdən belə bir antikonstitusion  шярщ (тяфсир) верmişdir ki, güya  “Azərbaycan Respublikası Milli Məclisin sabiq deputatına pensiya hesablanması qaydası səlahiyyətləri йалныз 1995-cи иl noyabrın 12-dən  гцввядя олан Азярбайcан Республикасынын Конститусийасı ilə müəyyən edilmiş Азярбайcан Республикасы Милли Mяcлисинин депутатына шамил edilə bilər. Cünki, 12 нойабр 1995-cи ил тарихядяк гцввядя олмуш Конститусийада вя диэяр ганунларда “Азярбайcан Республикасынын Милли Мяcлисинин депутаты” мящфуму нязярдя тутулмамышды”. (bax: Əlavə 5).

 4.4. Göründüyü kimi, S.Mirzəyevin bəhs olunan məktubunda yer alan “səlahiyyətləri йалныз 1995-cи иl noyabrın 12-dən  гцввядя олан Азярбайcан Республикасынын Конститусийасы ilə müəyyən edilmiş”, 12 нойабр 1995-cи ил тарихядяк “ганунларда «Азярбайcан Республикасынын Милли Мяcлисинин депутаты» мящфуму нязярдя тутулмамышды”, deputat “Azərbaycan Respublikası Milli Məclisinin üzvü” və başqa cür adlandırılmışdır” – kimi cümlələri və ifadələri onun şəxsi uydurma fikirləri, fərziyyələridir və hüquq normalarına tamamilə ziddir.

4.5. Дювлят Сосиал Мцдафия Фондунун 2004-cц илдя чап етдирдийи тялимат характерли «Пенсийа тяминатынын бязи мясяляляри (100 суал – 100 cаваб)» adlı китабда да S.Mirzəyevin yuxarıda göstərilən absurd cümlələri və iddiaları ейниля təkrar edilмышдыр (bax: Əlavə 6). Buradan açıq-aydın görünür ki, Dövlət Sosial Müdafiə Fondu öz fəaliyyətində S.Mirzəyevin göstərilən məktubunda qanuna verdiyi antikonstitusion təfsiri (şərhi) əsas götürür və sabiq deputatların müraciətlərinə cavablarında onun tamamilə səhv, uydurma ifadə və cümlələrini də eynilə təkrarlayaraq hərəkət edir.

4.6. Başlıca qanunsuz hal isə budur ki, Милли Мяcлисин Апаратынын рящбяри С.Мирзяйевin qanunlara təfsir vermək səlahiyyəti olmayıb və yoxdur. Ölkə qanunvericiliyinə görə qanunlara təfsir (şərh) vermək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aiddir və hər hansı vəzifəli şəxs və ya digər dövlət orqanı qanunlara rəsmi təfsir verə bilməz. Buna baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu S.Mirzəyevin qanuna verdiyi antikonstitusion şərhinə istinad edərək pensiya yaşına çatmış və  ilk Milli Məclisin deputatları olmuş şəxsləri (onların sayı cəmi 20 nəfərə çatır), o cümlədən Ərizəçini halal deputat pensiyası almaq hüququndan məhrum etmişdir ki, bu da ölkə Konstitusiyasının bərabərlik hüququ prinsipinin (maddə 25 və 149) kobud şəkildə pozulması və sabiq deputatların bir hissəsinə qarşı diskriminasiya tətbiq edilməsi deməkdir.

4.7. Anormal və təəccüblü hal həm də odur ki, Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri Ə.Cəbiyevin Ərizəçiyə göndərdiyi 5 fevral 2013-cü il tarixli cavab məktubunda DSMF Nəsimi Rayon Şöbəsindən tamamilə fərqli, lakin yenə də əsassız mülahizələr söylənilmiş, “Dövlət qulluğu təsnifatı”nda “1991-1995-ci illər Milli Məclisin üzvləri olmuş şəxslərin nəzərdə tutulmaması” kimi savadsız, absurd iddia irəli sürülmüşdür (bax: Əlavə 7).   Halbuki, Milli Məclisin deputatları olmuş şəxslərin, o cümlədən 1991-1995-ci illərdə fəaliyyət göstərən Milli Məclisin üzvlərinin əmək pensiyaları “Dövlət Qullüğu Təsnifatı” ilə tənzimlənmir. Bu hal “Dövlət qulluğu haqqında” Qanunda da öz əksini tapmışdır. Həmin qanunun 2.4. maddəsində deyilir: “… bu qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına … şamil olunmür”. Milli Məclisin deputatlarının pensiya təminatı məsələləri “Milli Məclisin deputatının statusu haqqında”, “Əmək pensiyaları haqqında” və digər müvafiq qanunlarla tənzimlənir. Dövlət Sosial Müdafiə Fondunun bu sadə hüquq normalarını bilməməsi və ya bilərəkdən onlara göz yumaraq pensiya ilə bağlı qanunvericiliyə zidd, uydurma iddialar irəli sürməsi görünməmiş rüsvayçı və qanunsuz haldır. Ərizəçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyi 26 fevral 2013-cü il tarixli İddia ərizəsinə əlavədə  də bu məsələlər əsaslı şəkildə izah edilmişdir (bax: Əlavə 9).

 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verilməsi

5.1. Ərizəçi pensiya hüququnun pozulması və vurulmuş maddi və mənəvi zərərlə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nəsimi Rayon Şöbəsinə qarşı 1 fevral 2013-cü il tarixli iddia ərizəsi vermiş və xahiş etmişdir ki, 1)1991-1995-ci illərdə Milli Məclisin üzvü kimi qanunvericilik (əmək)  fəaliyyətinə görə Milli Məclisin sabiq deputatları üçün müəyyən olunmuş pensiya almaq hüququ  təmin edilsin; 2) Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Şöbəsi üzərinə Milli Məclisin sabiq deputatı olaraq müddətindən asılı olmayaraq keçmiş illər üçün alınmamış əmək pensiyasının  ona ödənilməsi vəzifəsi qoyulsun; 3)12 il ərzində vurulan mənəvi zərərə görə cavabdehdən 50 (əlli) min manat Ərizəçinin xeyrinə tutulsun (bax: əlavə 8).

5.2. Ərizəçi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyi 26 fevral 2013-cü il tarixli İddia Ərizəsinə Əlavədə əvvəlki iddialarla bərabər əlavə olaraq xahiş etmişdir ki, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin 19 dekabr 2000-ci il tarixli məktubunda qanuna verdiyi şərh (təfsir) etibarsız sayılsın, S.Mirzəyevdən və Dövlət Sosial Müdafiə Fondunun sədri S.Müslümovdan izahat tələb edilsin və qanunsuz  hərəkətlərinə görə onların  haqqında xüsusi qərardad qəbul edilsin (bax: Əlavə 9).

5.3. İddia Ərizəsinə Əlavədə, 15 may və 12 iyun 2013-cü il tarixli yazılı vəsatətlərdə Ərizəçi düzgün qərar qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə cavabdehlərdən bir sıra normativ aktların və sənədlərin alınmasını tələb etmişdir (bax: Əlavə 10, 11).

 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakiminə etiraz edilməsi

6.1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia işi üzrə 14 fevral, 12 mart, 3 və 18 aprel, 1 və 15 may, 12 iyun, 9 iyul, 11 sentyabr 2013-cü il tarixlərdə “məhkəmə baxışı”  keçirsə də, çox vaxt cavabdehlərin nümayəndələrinin məhkəmə iclaslarında iştirakını və çəkişmə prinsipi əsasında ədalətli mühakimə aparılmasını təmin etmədiyinə, yuxarıda göstərilən vəsatət və tələblərə baxmaqdan və onlara hüquqi qiymət verməkdən heç bir əsas göstərmədən imtina etdiyinə görə Ərizəçi hakimə etiraz haqqında 11 sentyabr 2013-cü il tarixli vəsatət vermiş, lakin məhkəmə sədri M.Hüseynov bu haqlı tələbi  təmin etməmişdir  (bax: Əlavə 12,14).

 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı

7.1. 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli iclasında hakim T.Əsədova şifahi şəkildə Ərizəçinin iddiasının rədd edildiyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, məhkəmə öz qərarında heç bir əsas göstərmədən, hər hansı hüquq normasına istinad etmədən, belə bir antikonstitusion nəticəyə gəlmişdir ki, 1991-1995-ci illərdə fəaliyyət göstərmiş “Milli Məclis üzvünün statusu hazırkı Milli Məclisin deputatının statusu ilə eyni olmamışdır” (bax: Əlavə 13).

 Bakı Apellyasiya Məhkəməsinə şikayət verilməsi

8.1. Ərizəçi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli qərarından 20 noyabr 2013-cü il tarixli apellyasiya şikayəti vermiş və məhkəmə qərarının tam məsuliyyətsizlik və görünməmiş qanunsuzluq, ədalətsizlik nümunəsi olduğunu dürüst dəlillər əsasında geniş şərh etmişdir (bax: Əlavə 14, apellyasiya şikayəti, səh. 6-10). Ərizəçi 24 fevral 2014-cü il tarixli apellyasiya şikayətinə əlavədə bir daha apellyasiya şikayətində və şikayətə əlavədə irəli sürülmüş vəsatətlərin dürüst araşdırılmasını və iddianın təmin edilməsini tələb etmişdir (bax:  Əlavə 15).

8.2. Ərizəçi 5 və 11 mart, 17 aprel 2014-cü il tarixli yazılı vəsatətlərində məhkəmədən cavabdeh vəzifəli şəxslərin məhkəməyə çağırılaraq onlardan izahat alınmasını, düzgün qərar qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən vəsatətlərin araşdırılmasını və onlara dürüst hüquqi qiymət verilməsini, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin və Dövlət Sosial Müdafiə Fondunun sabiq sədri S.Müslümovun haqqında xüsusi qərardad çıxarılmasını xahiş etmişdir (bax: Əlavə 16, 17, 18).

 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı

9.1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası kənar rəsmi şəxslərin qanunsuz müdaxiləsi və təzyiqi nəticəsində Azərbaycan dövləti adına həqarət olan 29 aprel 2014-cü il tarixli qanunsuz qərar çıxararaq Ərizəçinin  şikayətini təmin etməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli ədalətsiz qərarını dəyişdirmədən saxlamışdır (bax: Əlavə 19).

9.2. Apellyasiya Məhkəməsinin qərarının məzmunundan açıq-aydın görünür ki, məhkəmə işin hallarına və Ərizəçi tərəfindən istinad edilən hüquq normalarına münasibət bildirməmiş və qəsdən ilk Milli Məclisin deputatlarını “Ali Sovetin deputatları” qismində təqdim edərək, belə bir qərəzli qənaətə gəlmişdir ki, “Azərbaycan Respublikasının Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz” və buna görə də “birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, buna görə mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır”. (bax: Əlavə 19). Lakin Apellyasiya Məhkəməsinin kollegiyası qəbul etdiyi qərarında 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin “düzgün nəticəyə” gəlməsinə əsas verən hüquq normalarını göstərməmişdir. Məhkəmə kollegiyası özü də qərar qəbul edərkən hansı qanuni əsaslara istinad etdyini göstərməmiş, daha doğrusu  göstərə bilməmişdir.

 Ali Məhkəməyə kassasiya şikayəti verilməsi

10.1. Ərizəçi Bakı  Apellyasiya Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının pensiya hüququnun pozulması və vurulmuş maddi və mənəvi zərərlə bağlı № 2-1inz(103) 123/2014 saylı iş üzrə 29 aprel 2014-cü il tarixli qərarından Ali Məhkəməyə 6 iyun 2014-cü il tarixli kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədən, qanunvericiliyin norma və prinsiplərinə zidd qərarlar qəbul edildiyi əsaslı şəkildə izah edilmişdir (bax: Əlavə 20).

10.2. 2014-cü il iyunun ortalarında kassasiya şikayəti Ali Məhkəməyə daxil olmuş və icraya qəbul edilmişdir. Ərizəçi Ali Məhkəmənin sədri R.Rzayevə 16 və 26 iyul və 16 avqust 2014-cü il tarixli ərizələr vermiş və xahiş etmişdir ki, 1) Səfa və Hikmət Mirzəyev qardaşları və cavabdeh Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmə icraatına qanunsuz təsir və müdaxilələr edilməsinə son qoyulsun; 2) Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının hakimi Xəqani Məmmədov işə baxılmasından kənarlaşdırılsın; 3) İşə baxılması Ali Məhkəmənin Mülki Kollegiyasının qərəzsiz hakimlərinə tapşırılsın (bax: Əlavə 21, 22, 23).

10.3. Ərizəçi xəstəliyi səbəbindən və onun səlahiyyətli vəkili S.Bağırov isə digər üzürlü səbəbdən avqustun 20-nə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəklərinə görə işə baxılmasının təxirə salınması xahişi ilə Ali Məhkəməyə 19 avqust 2014-cü il tarixli teleqramlar göndərmişlər (bax: Əlavə 24). Lakin Ali Məhkəmə verilməş vəsatət və xahişləri nəzərə almamışdır.

  1. Ali Məhkəmənin Inzibati-iqtisadi Kollegiyasının qərarı

11.1. İşə baxan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri X.Məmmədov  nə iddiaçı, nə də cavabdeh tərəfindən heç bir səlahiyyətli nümayəndənin iştirak etmədiyi bir şəraitdə kassasiya şikayətinə “baxaraq” Bakı Apellyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanılması haqqında 20 avqust 2014-cü il tarixli qanunsuz qərar qəbul etmişdir (bax: Əlavə 25). Bakı Apellyasiya Məhkəməsinin qərarının məzmunu ilə tamamilə eyniyyət təşkil edən bu qərarda apellyasiya instansiyası məhkəməsinin qərarının  nəticəvi hissəsi – “Azərbaycan Respublikasının Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz” – fikri də olduğu kimi təkrar edilmişdır (bax: Əlavə 25, səh. 4).

 Konstitusiyanın pozulması və müvafiq dəlillərin ifadəsi

  1. Konstitusiyanın 13, 29, 38, 60-ci maddələrinin pozulması

12.1. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ barəsində Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I hissəsinə əsasən “hər kəsin sosial təminat hüququ vardır” və “hər həs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, … sosial təminat hüququna malikdir”. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Pensiya hüququ həm də mülkiyyət hüququnun mühüm tərkib hissəsidir. Konstitusiyanın 13 və 29-cü maddələrində mülkiyyət hüququ və mülkiyyətin toxunulmazlığı təsbit edilməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət verilmişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Avropa Konvensiyasının  mülkiyyətin müdafiəsi haqqında 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Həmin maddəyə əsasən“hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs… öz mülkiyyətindən məhrum edilə bilməz”.

12.2. Yuxarıdakı hallar və faktlardan göründüyü kimi, Ərizəçi hüquq və azadlıqların qorunması, məhkəmə müdafiəsinə təminat verilməsi haqqında Konstitusiyanın 60 və digər maddələrində, Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququ haqqında 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş hüquqlardan bəhrələnmək üçün bütün instansiya məhkəmələrinə ərizə və şikayətlər vermiş, lakin dövlət orqanları onun hüquqi müdafiə vasitələrindən səmərəli istifadə etmək hüququnu təmin etməmişlər. Bütün bunların nəticəsində keçən illər ərzində Ərizəçinin Milli Məclisin sabiq deputatı olaraq güzəştli əmək pensiyası almaq hüququ pozulduğuna görə ona təxminən 150 (yüz əlli) min manatdan artıq həçmdə maddi ziyan vurulmuşdur.

12.3. Ali Məhkəmənin kollegiyasının 20 avqust 2014-ci il tarixli qərarının məzmunu və mahiyyəti sübut edir ki, bu məhkəmə qanunvericiliklə ona verilən səlahiyyətlərini dürüst icra edə bilməmiş, cavabdehlər və aşağı instansiya məhkəmələri tərəfindən hüquq normalarının kobud şəkildə pozulmasına və Ərizəçinin qanuni mənafeyinin və  hüquqlarının tapdalanmasına rəvac vermiş, tamamilə qanunsuz və ədalətsiz hökm çıxarmışdır. Bunu aşağıdakı hallar, hüquq normaları və dürüst dəlillər açıq çəkildə sübut edir:

12.3.1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.10-cu maddəsində göstərilir ki, “Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur”. Bu tələb həmçinin Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində təsbit olunur və Avropa Məhkəməsinin presedent hüququnu təşkil edir. Avropa Məhkəməsinin presedent hüququna görə Konvensiyanın 6-cı maddəsi ədalət mühakiməsinin dürüst və lazımınca həyata keçirilməsi üçün məhkəmələrin üzərinə öz qərarlarını kifayətedici tərzdə əsaslandırmaq vəzifəsini qoyur (Juez Albizu İspaniyaya qarşı iş üzrə 10 noyabr 2009-cu il tarixli qərar, § 21). Lakin Ali Məhkəmənin kollegiyası qərar qəbul edərkən İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutduğunu qeyd etsə də, əslində nə bu maddənin, nə də Avropa Məhkəməsinin Konvensiyanın 6-cı maddəsi üzrə presedent hüququnun tələblərinə əməl etməmişdir.

12.3.2. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kassasiya şikayətinə baxarkən öz hərəkətləri (hərəkətsizliyi) və qəbul etdiyi qərarı ilə qərəzsiz və müstəqil olmadığını açıq şəkildə biruzə vermişdir. Belə ki, Ali Məhkəmənin kollegiyası öz qərarında mübahisələndirilən halları Avropa Konvensiyasının 6.1-cı maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 96.10-cu maddəsinin tələbləri baxımından əsaslandırmamış, məhkəmələrin qərarlarının qanuniliyinin yoxlanılmasının əsaslarını göstərməmiş, məhkəmələr tərəfindən iddia işində yer alan sübutlara və hallara dürüst qiymət verilib-verilməməsinin, o cümlədən Ərizəçinin iddiasının təmin olunmamasının səbəb və motivlərini göstərməmiş, birinci və apellyasiya instansiyaları məhkəmələrinin yol verdiyi çoxsaylı hüquq pozuntularını ört-basdır etmiş və həm də hansı normativ hüquqi aktlara istinad etdiyini  göstərməmiş, daha doğrusu göstərə bilməmişdir.

12.3.3. Ali Məhkəmənin kollegiyası düzgün mühakimə aparılması üşün əhəmiyyət kəsb edən belə bir mühüm halı qəsdən nəzərə almamışdır ki, “güzəştlərdən yalnız qüvvədə olan Konstitusiyaya əsasən  seçilmiş Milli Məclisin deputatları istifadə edə bilər” – iddiasını irəli sürən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Şöbəsi məntiqlə güzəştli deputat pensiyasını yalnız 2000-ci ildə və sonra seçilmiş deputatlara şamil etməli idi. Çünki, 1-ci çağırış Milli Məclisin deputatları Konstitusiya əsasında deyil, “Milli Məclisə seçkilər haqqında” qanun əsasında1995-ci il noyabrın 12-də seçilmişlər və  səlahiyyətləri Konstitusiyanın qüvvəyə minməsindən 3 gün tez, noyabrın 24-də təsdiq olunmuşdur. Buna baxmayaraq, onlar da Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli deputat pensiyası ilə təmin olunmuşlar. Ali Məhkəmə isə S.Mirzəyevin və cavabdehin göstərilən həmin iddiasının əsassızlığını və aşağı instansiya məhkəmələrinin bu uydurma mülahizəni əsas tutaraq  qanunsuz və ədalətsiz qərarlar qəbul etdiyini təsdiqləyən bu təkzibedilməz fakta göz yummuşdur.

12.3.4. Ali Məhkəmə belə bir mühüm faktı da ört-basdır etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi öz qərarında  ilk ”Milli Məclis üzvünün statusu hazırkı Milli Məclisin deputatının statusu ilə eyni olmamışdır”, Bakı Apellyasiya Məhkəməsinin kollegiyası isə ““Azərbaycan Respublikasının Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz”  nəticəsinə gəlsələr də, bu fikirlərini əsaslandırmaq üçün hər hansı qanunvericilik aktına istinad etməmiş, daha doğrusu istinad edə bilməmişlər. Çünki, belə bir qanun norması mövcud deyildir.

12.3.5. Ali Məhkəmənin kollegiyası qərar qəbul edərkən nəzərə almamışdır ki, əvvələn, Apellyasiya Məhkəməsinin qərarında yer alan “Azərbaycan Respublikasının Ali Sovetinin deputatlarının hüquqi statusu” söz birləşməsinin ilk Milli Məclisin üzvlərinə, o cümlədən Ərizəçiyə heç bir aidiyyəti yoxdur və ola da bilməz. Çünki, Ərizəçinin kassasiya şikayətində izah edildiyi kimi, o, “Ali Sovetin deputatı” olmamışdır və ümumiyyətlə qanunvericilikdə belə bir məfhum işlədilməmişdir. Ərizəçi “Azərbaycan Respubliksının xalq deputatı” seçilmiş və 1991-ci ildə cəmi 9 ay ali qanunvericilik hakimiyyətini həyata keçirən Ali Sovetdə qanunverici səs hüquqlu deputat statusunda fəaliyyət göstərmişdir. Lakin Ərizəçi “xalq deputatı” kimi deyil, Ali Sovetdəki fəaliyyətinə (fevral-oktyabr 1991-ci il) görə deyil, 1991-1995-ci illərdə daimi fəaliyyət göstərən yeni parlamentin – Milli Məclisin deputatı kimi iddia qaldırmışdır. Bu barədə Ərizəçinin həm iddia ərizəsində, iddia ərizəsinə əlavədə və həm də apellyasiya və kassasiya şikayətlərində geniş şərh verilmişdir (bax: Əlavə 8, 9, 14, 20).

12.3.6. İkincisi, Ali Sovet daimi fəaliyyət göstərmədiyi üçün o dövrdə (fevral-oktyabr 1991-ci il) “Azərbaycan Respublikasının xalq deputatları” müxtəlif dövlət təşkilatlarında işləyiblər və həmin daimi iş yerlərindən də əmək haqqı alıblar. Lakin 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya qanununa müvafiq olaraq ilk Avropa tipli Azərbaycan parlamentinin – “Azərbaycan Respublikasının Milli Məclisi”nin üzvü seçilən deputatlar, o cümlədən Ərizəçi orada daimi və əsas iş yerləri olaraq  qulluq ediblər və əmək (qanunvericilik) fəaliyyətlərinə görə oradan əmək haqqı alıblar. “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanununun 2-ci maddəsinin 4-cü bəndində yazılır: “Azərbaycan Respublikası Milli Məclisinin üzvləri daimi fəaliyyət göstərir və onların əvvəlki iş yerlərinə bərpa olunmaq hüququ saxlanılır (bax: Əlavə 1).

12.3.7. Üçüncüsü, göstərilən qanunun 4-cü maddəsinə görə, Milli Məclisə seçilən deputatlar orada qanunvericilik təşəbbüsü ilə çıxış etmək və həlledici səsvermə hüquqlu deputat statusuna malik idilər (bax: Əlavə 1). Bu isə o deməkdir ki, daimi fəaliyyət göstərən Milli Məclisin təşkili ilə oraya seçilən deputatların hüquqi statusunda yeni hal yaranmışdır, yəni onlar məhz yeni institutun – Milli Məclisin daimi fəaliyyət göstərən deputatı statusuna sahib olmuşlar. Buna görə də birinci və apellyasiya instansiyaları məhkəmələrinin  daimi fəaliyyət göstərən ilk Milli Məclisin deputatlarının yeni yaranmış statusunu qəsdən təhrif edərək “Azərbaycan Respublikasının Ali Sovetinin deputatlarının hüquqi statusukimi qələmə verməsi və ya “Milli Məclisin üzvü” ilə sonralar hüquqi termin kimi işlədilən “Milli Məclisin deputatı” məfhumlarını fərqli hüquq normaları kimi təqdim etməsi чох эцлцнc бир щярякятдир. Она эюря ки, hakimlərin bəhs etdiyi daimi fəaliyyət göstərməyən “Ali Sovetin deputatları”ndan fərqli olaraq ilk Milli Məclisin üzvləri (deputatları) və sonrakı Milli Məclislərin deputatları eyni statusda, yəni Milli Məclisdə qanunvericilik  təşəbbüsü ilə çıxış etmək  və həlledici səs hüquqlu deputat statusunda daimi və əsas iş yerləri olaraq əmək (qanunvericilik) fəaliyyəti göstəriblər və oradan əmək haqqı alıblar.

12.3.8. Ali Məhkəmənin kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarının qeyri-qanuniliyini təsdiq edən belə bir başlıca hüquq normasına da dürüst qiymət verməmişdir ki, pensiya ilə bağlı qanunlarda deputat pensiyası S.Mirzəyevin və cavabdeh DSMF Nəsimi Rayon Şöbəsinin iddia etdiyi kimi, hər hansı məfhuma, o cümlədən “Milli Məclisin deputatı”  məfhumuna  deyil, Azərbaycan Respublikası Milli Məclisində  qanunvericilik təşəbbüsü və həlledici səs hüququ statusunda daimi iş yeri olaraq qulluq göstərən  deputata təyin edilib, bu deputatın adının müxtəlif məfhumlarla : “Milli Məclisin üzvü” və ya “Milli Məclisin deputatı” kimi ifadə olunması onların status və səlahiyyətləri arasında hər hansı fərq qoyulmasına əsas verə bilməz. Hər hansı məfhumu, sözü mahiyyətindən ayırıb hüquq norması səviyyəsində təqdim etmək isə nonsesdir, gülüncdür.

12.3.9. Ali Məhkəmənin kollegiyası qəsdən kassasiya şikayətində şərh olunan belə bir mühüm hala da göz yummuşdur ki, “Milli Məclisin deputatının statusu haqqında” və «Əmək pensiyaları haqqında» qanunlarda da Milli Məclisin sabiq deputatları (üzvləri) arasında ayrı-seçkilik, fərq qoyan hər hansı bir müddəa yoxdur və demokratik, hüququ dövlətdə belə hal ola da bilməz. Əksinə, “Milli Məclisin deputatının statusu haqqında” qanunun 1-ci maddəsinin 2-ci bəndində çox düzgün olaraq yazılır: «Deputatın statusu Azərbaycan Respublikasının Konstitusiası ilə, bu qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir». Bu isə o deməkdir ki, deputatın statusu həm də bu qanundan əvvəl qüvvədə olan digər normativ hüququ aktlarla, o cumlədən 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya qanunu və “Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinin hüquqlarının təminatı haqqında” Milli Məclisin 16 dekabr 1991-ci il tarixli qərarı ilə müəyyən edilir. Göstərilən qanunlarda isə deputatların statusu ilə bağlı heç bir ziddiyyət, fərqli yanaşma yoxdur.

12.3.10. Ölkə qanunvericiliyinə görə, dövlət orqanlarının aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin Ali Məhkəmənin kollegiyasının qərarında aşağı instansiya məhkəmələri tərəfindən ölkə qanunvericiliyinin bu tələbinə əməl edilmədiyinə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən üçüncü şəxs Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin heç bir hüquqi qüvvəsi olmayan məktubunun dövlət orqanının aktı kimi qəbul edildiyinə, həmin məktubun etibarsız sayılması ilə bağlı Ərizəçinin dəfələrlə verdiyi vəsatətlərin məhkəmələr tərəfindən müzakirə edilmədiyinə, bu halla bağlı S.Mirzəyevdən izahat alınmadığına, onun məktubunun etibarsız hesab edilməsinin mümkünsüz olması haqqında birinci instansiya məhkəməsi tərəfindən 26 sentyabr 2013-cü il tarixli gizli və saxta qərardad çıxarıldığına və düzgün qərar qəbul edilməsi üçün mühüm əhəmiyyəti olan digər  hallara və faktlara göz yumulmuşdur (bax: Əlavə 25; yuxarıdakı və aşağıdakı bəndlərə bax).

12.3.11. Ali Məhkəmənin kollegiyası kassasiya şikayətində dürüst dəlillər əsasında şərh olunan belə bir mühüm fakta da göz yummuşdur ki, birinci instansiya məhkəməsində iddia işinə daxil edilən bir neçə protokol və qərardad, xüsusən Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin qanuna verdiyi şərhin etibarsız hesab edilməsinin mümkünsüzlüyü haqqında 26 sentyabr 2013-cü il tarixli qərardad tamamilə saxtadır. Belə ki, göstərilən qərardad məhkəmə iclasında elan edilməmiş, məhkəmənin yekun qərarından sonra  iddiaçıdan gizlin şəkildə hazırlanıb işə əlavə edilmiş, lakin Ərizəçiyə təqdim edilməmişdir. Bu fakt Apellyasiya Məhkəməsi kollegiyasının 29 aprel 2014-cü il tarixli qərarında da öz təsdiqini tapmış və birinci instansiya məhkəməsinin həmin qərardadının iddiaçıya çatdırılmadığı qeyd edilmişdir (bax: Əlavə 19, səh. 8).

12.3.12. S.Mirzəyevin qanuna verdiyi şərhin (təfsirin) etibarsız hesab edilməsinə dair tələbin mümkünsüz sayılması barəsində qərardad qəbul etməklə birinci instansiya məhkəməsi dolayısıyla S.Mirzəyevin heç bir hüquqi qüvvəsi olmayan təfsirini Konstitusiya Məhkəməsinin qanuna verdiyi və məcburi sayılan təfsiri qismində təqdim etmiş və qanunvericilikdə görünməmiş özbaşınalıq, xaos yaranmasına rəvac verirmişdir (bax: Əlavə 13, əlavə 14, bənd 9.2; əlavə 20, bənd 5.2-5.4). Göstərilən bu və digər maddi və prosessual hüquq pozuntuları  apellyasiya və kassasiya şikayətlərində şərh edilmiş və onlara qiymət verilməsi tələb edilmişdir (bax: Əlavə 14, 20). Lakin Ali Məhkəmə öz qərarında aşağı instansiya məhkəmələrində yol verilmiş maddi və prosesual hüquq pozuntuları ilə bağlı Ərizəçinin iddialarına münasibət bildirməkdən yayınmışdır.

12.3.13. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası birinci və apellyasiya instansiya məhkəmələrində iş üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həyata keçirilmədiyini, İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2 maddələrinin tələblərinə əməl olunmadığını və buna görə də mühüm əhəmiyyət daşıyan vəsatət və tələblərin heç biri ilə bağlı araşdırma aparılmadığını, onlara hüquqi qiymət verilmədiyini (bax: Əlavə 20), cavabdeh tərəfin qanunsuz təsiri ilə iddiaçılara qarşı qərəzli mövqe tutulduğunu nəzərə almamış, eyni zamanda özü də düzgün qərar qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən konstitusion və prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

12.3.14. Ərizəçi bütün instansiyalar üzrə məhkəmələrə dəfələrlə Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin vəzifəsindən sui-istifadə edərək və səlahiyyətlərini aşaraq qanuna antikonstitusion təfsir verdiyinə görə ondan  izahat alınması haqqında yazılı vəsatətlər  vermiş (bax: Əlavə 9, 14, 15, 16, 17, 18), lakin hakimlər bu tələblərə müvafiq qaydada baxmaq iqtidarında olmadıqlarını biruzə vermişlər.

12.3.15. S.Mirzəyev üçüncü şəxs qismində məhkəməyə cəlb olunmasına və hər dəfə məhkəmə iclaslarlarına dəvət edilməsinə baxmayaraq, nümayişkarə şəkildə bütün instansiya məhkəmələrinə hörmətsizlik və etinasızlıq göstərərək məhkəmə iclaslarına gəlib izahat verməkdən, hətta iclaslara nümayəndə göndərməkdən belə imtina etmişdir (bax: (bax: Əlavə 13, 19, 20, 25). Bu fakt Apellyasiya Məhkəməsinin 25 fevral 2014-cü il tarixli iclasının protokolunda (bax: Əlavə 20; apellyasiya işi, səh.85), Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin kollegiyalarının qərarlarında da öz təsdiqini tapmışdur (bax: Əlavə 19, 25).

12.3.16. Apellyasiya Məhkəməsi kollegiyasının yekun qərar qəbul etdiyi 29 aprel 2014-cü il tarixli iclasında həm Milli Məclisin Aparatının, həm də cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iştirak etməmişdir (bax: Əlavə 19, səh. 6). Ali Məhkəmənin kollegiyasının 20 avqust 2014-cü il tarixli qərarında isə göstərilir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondu və üçüncü şəxs Milli Məclisin Aparatı (S.Mirzəyev) iclasda nümayəndələrinin iştirakını təmin etməmişlər və ümimiyyətlə tərəflərdən heç birinin vəkilləri və özləri prosesdə iştirak etməmişlər (bax: Əlavə 25, səh. 3).

12.3.17. Konstitusiya Məhkəməsinin Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, proses iştirakçısının İnzibati Prosessual Məcəlləsinin 92.0.3 və 92.0.4-cü maddələrinin müddəalarına uyğun şəkildə icraatda təmsil olunmaması halları məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar  yaradır. Lakin Ali Məhkəmənin kollegiyası qaninvericiliyin bu tələblərinə də əməl etməmiş və aşağı instansiya məhkəmələri tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, inzibati məhkəmə icraatının çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi haqqında Konstitusiyanın 127-ci maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 11, 12, 13, 15.1-ci maddələrinin  tələblərinin büsbütün pozulmasına rəvac vermişdir .

12.3.18. Ali Məhkəmə belə bir mühüm faktı da ört-basdır etmişdir ki, məhkəmələr sabiq deputatların bir hissəsinə, o cümlədən Ərizəçiyə külli miqdarda maddi və mənəvi zərər yetirən Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevi və Dövlət Sosial Medafiə Fondunun sədri S.Müslümovu bilə-bilə açıq şəkildə müdafiə mövqeyi tutmuş, onların qanunsuz əməlləri ilə bağlı xüsusi qərardad çıxarılması barədə Ərizəçinin vəsatətlərini araşdırmadan rədd etmişlər (bax: Əlavə 13, 19).

12.3.19. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasında formal baxımdan müstəqil hesab olunan məhkəmələr iki ilə yaxın davam edən proses boyu iş üzrə cavabdeh icra hakimiyyəti orqanlarının qanunsuz hərəkətlərinin ört-basdır olunmasına rəvac vermiş, Ərizəçinin iddiasının müstəqil və qərəzsiz mühakimə vasitəsilə ədalətli araşdırılması hüququnu təmin etməmiş, Ali Məhkəmənin kollegiyası (hakimlər) isə aşağı instansiya məhkəmələri tərəfindən işin icraatının qanunla müəyyən olunmuş qaydada həyata keçirilmədiyi, iddiaçıya qarşı qərəzli mövqe tutulduğu haqqında Ərizəçinin kassasiya şikayətində göstərilən hallara hüquqi qiymət vermədən həmin məhkəmələrin ədalətsiz qərarlarını dəyişdirmədən saxlamışdır. Ali Məhkəmə bu qərarı ilə faktiki olaraq sabiq deputatların bir hissəsinə, o cümlədən Ərizəçiyə qarşı qanunsuzluğa, diskriminasiya tətbiq edilməsinə bəraət qazandırmaq yolunu tutmuşdur.

12.3.20.  Ölkə qanunvericiliyinə əsasən məhkəmələr düzgün qərar qəbul edilməsi üçün əhəmiyyət daşıyan dəlillərə qiymət verməli, tərəflərin təqdim etdikləri sübutlarla bağlı mövqelərini konkret şəkildə, dürüst əsaslandırmalıdırlar. Ərizəçinin iddiası üzrə iş  mahiyyət etibarilə mürəkkəb olmamış, ölkə Konstitusiyası və başqa qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquq normalarının dürüst tətbiq edilməsi ilə qanunla müəyyən edilmiş müddətdə onun hüquq və mənafeyini qorumaq mümkün olmuşdur. Lakin bütün instansiya məhkəmələri göstərilən bu şərtlərə riayət etməmiş, öz qərarlarında hansı qanun və maddələrə əsaslanaraq nəticələr çıxardıqlarını göstərməmiş, daha doğrusu göstərə bilməmişlər (bax: Əlavə 13, 19, 25).

12.3.21. Məhkəmələr (hakimlər) qərar qəbul edərkən rəhbər tutmalı olduqları ölkə Konstitusiyasının 13, 25, 29, 38, 60, 71, 127 və 149-cu maddələrinə, Avropa Konvensiyasının 6.1, 14, 17-ci maddələrinə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanununa, “Əmək pensiyaları haqqında” Qanuna istinad etməmiş, onların məna və mahiyyətinə qəsdən  göz yummuş, Ərizəçinin  qanunla qorunan hüququnu və mənafeyini açıq şəkildə tapdalamışlar.

12.3.22. Ölkə qanunvericiliyinə əsasən məhkəmənin qəbul etmiş olduğu qərarda (qətnamədə) hakimin rəhbər tutmalı olduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa, maddi və prosessual hüquq normaları pozulmuşsa və ya düzgün tətbiq olunmamışsa, məhkəmənin qərarı (qətnaməsi) şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Lakin məhkəmələr qanunvericilik aktlarının bu məcburi tələblərinə də əməl etməmişlər. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının kobud pozuntusu ilə qəbul edilmiş 29 aprel 2014-cü il tarixli qanunsuz qərarı qüvvədə saxlamaqla Ərizəçinin Konstitusiyanın 13, 29, 60 və 71-ci maddələrində nəzərdə tutulan mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur.                    12.3.23. Rüsvayçı haldır ki,  məhkəmələrin, o cümlədən Ali Məhkəmənin qərarlarında əslində  əsaslandırıcı hissə yoxdur və həm də onlarda sadalanan bəzi qanun normalarının mahiyyətinə və tələblərinə zidd nəticələr çıxarılmışdır. Qərarların məzmunundan aydın şəkildə görünür ki, Ərizəçinin deputat pensiyası almaq hüququndan məhrum edilməsi üçün heç bir qanuni əsas olmadığı halda, cavabdehlərin qanunsuz hərəkətlərinə bəraət qazandırılmış və məhkəmə qərarlarının  qanuniliyi və əsaslılığı haqqında Avropa Konvensiyasının, ölkə Mülki və İnzibati Prosessual Məcəllələrinin normaları kobud şəkildə pozulmuşdur.

 

  1. Konstitusiyanın 25, 29 və 149-cu maddələrinin pozulması

13.1. Konstitusiyanın 25-ci maddəsinə görə, “hamı qanun və məhkəmə qarşısında bərabərdir”. Eyni və ya oxşar vəziyyətdə olan şəxslərə eyni rəftarın göstərilməsi Konstitusiyanın 25-ci maddəsinin I hissəsində təsbit olunmuş bərabərlik hüququ prinsipinin vacib tələbidir. Konstitusiyanın 149-cu maddəsinin I bəndində isə göstərilir ki, “normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır”. Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə hər hansı əlamətlərə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Avropa Məhkəməsinin Konvensiyanın 14-cü maddəsi ilə bağlı presedent hüququna görə, analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır.

13.2. Məhkəmələr, o cümlədən Ali Məhkəmə Ərizəçinin pensiya hüququnun pozulması ilə bağlı şikayətləri üzrə icraat zamanı ölkə Konstitusiyasının, Avropa Konvensiyasının və Avropa Məhkəməsinin müvafiq president hüququnun yuxarıda göstərilən norma və prinsiplərini kobud şəkildə pozmuşdur. Bunu aşağıdakı hallar, hüquq normaları və faktlar açıq- aydın sübut edir:

13.2.1. Yuxarıda göstərilən hallar və faktlardan göründüyü kimi, cavabdehlər öz hərəkətlərində və məhkəmələr öz qərarlarında ölkə Konstitusiyasının və Avropa Konvensiyasının norma və prinsiplərinə deyil, S.Mirzəyevin və cavabdeh Dövlət Sosial Müdafiə Fondu Nəsimi Rayon Şöbəsinin qanuna verdiyi antikonstitusion şərhində yer alan uydurma “dəlillər”ə, fərziyyələrə istinad etmişlər.

 13.2.2.  Milli Məclisin sabiq deputatı olmuş Ərizəçinin güzəştli пенсийа алмаг щцгугуnу pozan Dövlət Sosial Müdafiə Fondu və öz ədalətsiz qərarları ilə cavabdehlərin görünməmiş qanunsuz hərəkətlərinə bəraət qazandıran məhkəmələr яслиндя фактики олараг сосиал sahədə dövlət сийасятиня икили стандартлардан йанaşmış, sabiq deputatların bir hissəsinə, o cümlədən Ərizəçiyə qarşı diskriminativ münasibət nümayiş etdirmiş və bununla da  Konstitusiyanın bərabərlik hüququ prinsipi haqqında 25, 29 və 149-cu maddələrinin və ayrı-seçkiliyin qadağan olunması haqqında Avropa Konvensiyasının 14-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşlar.

13.2.3. Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin səlahiyyətlərini aşaraq pensiya ilə bağlı qanuna antikonstitusion təfsir (şərh) verməsi, heç bir qanun normasına istinad etmədən ilk Milli Məclisin deputatlarının güzəştli pensiya almaq hüququnu inkar etməsi təsadüfi olmayıb, onun Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və müstəqil dövlətimizin qanunvericilik bazasının hazırlanıb qəbul olunmasında görkəmli xidmətləri olan deputatlara qarşı qərəzli, diskriminativ münasibəti ilə bağlı olmuşdur. Məhz bu məqsədlə də o, göstərilən qanunsuz əməlini ört-basdır etmək üçün dəfələrlə mətbuata verdiyi açıqlamalarında, dərc etdirdiyi yazılarında ictimaiyyəti aldatmağa, ilk Milli Məclisin, onun deputatlarının statusunu və xidmətlərini danmağa cəhdlər göstərmişdir. Məsələn, S.Mirzəyev hələ 2006-cı il mayın 18-də və iyunun 3-də “Zerkalo” qəzetinin müxbirinə verdiyi müsahibələrində 1991-1995-ci illərdə fəaliyyət göstərən Milli Məclisin üzvlərinin deputat statusunun olduğunu inkar edərək demişdir: “Yalnız 1995-ci ildə Milli Məclisə seçilmiş şəxslər  deputat statusuna malikdirlər” (bax: Əlavə 26).

13.2.4. S.Mirzəyevin 1991-1995-ci illərdə fəaliyyət göstərən ilk Milli Məclisə və onun  deputatlarına qarşı siyasi diskriminativ münasibətini sübut edən əsaslı faktlardan biri də budur ki, onun idarəçiliyində olan Milli Məclisin saytının (bax: meclis.gov.az) “Milli Məclisin tarixi” səhifəsində 1991-1995-ci illəri əhatə edən dövr boş buraxılmışdır. Saytda həmin dövrdə Milli Məclisin, umumiyyətlə qanunverici hakimiyyət orqanının varlığı əks etdirilməmişdir və belə təqdim olunmuşdur ki, güya Milli Məclisin tarixi 1995- ci ildən başlayır.

13.2.5. “Milli Məclisin üzvü” məfhumu ilə “Milli Məclisin deputatı” ifadəsinin fərqli hüquq norması kimi təqdim edilməsi, ilk və sonrakı Milli Məclislərin deputatlarının  statuslarında fərqlilik olması bəhanəsi ilə Ərizəçiyə deputat pensiyası verilməsindən imtina edilməsinin əsassız və diskriminativ hal olduğunu belə bir mühüm fakt da sübut edir ki, Dövlət Sosial Müdafiə Fondu müstəqil Azərbaycan Respublikasında “hakim vəzifəsində işləmiş şəxslər”, “sabiq hakimlər” üçün müəyyən olunmuş pensiya normalarını başqa bir dövlətdə – Sovet İttifaqı (SSRİ) dövründə işləmiş  və “xalq hakimi”, “Ali Məhkəmənin üzvü” adlandırılan  şəxslərə də şamil edir. Щалбуки, бу щакимлярин сечилмяси вя йа тяйин едилмяси müxtəlif quruluşlu müxtəlif dövlətlərdə baş verib, hakimlərin təyin edilməsi гайдасында вя онларын статусларында da böyük мцхтялифликlər мювcуд olmuşdur.  Ən başlıca hal isə budur ki, müvafiq qanunlarda, o cümlədən “Əmək pensiyaları haqqında” Qanunda “Sovet dövründə işləmiş xalq hakimi”, “Ali Məhkəmənin üzvü” məfhumları işlədilmir və onlara “sabiq hakimlər” üçün müəyyən edilmiş pensiya verilməsi barəsində hər hansı qeyd-şərt əks etdirilməmişdir.

13.2.6. “Əmək pensiyaları haqqında” Qanunda Sovet dövründə istifadə olunan ifadələrin – “Sovet prokurorluq əməkdaşı”, “milis əməkdaşı”, “Dövlət təhlükəsizliyi orqanı əməkdaşı” və sair kimi məfhumların işlədilmədiyinə və onlara güzəştli pensiya verilməsi nəzərdə tutulmadığına baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu vaxtilə “Sоветlər İttifaqı” deyilən imperialist dövlətə хидмят etmiş, Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə çıxış etmiş, istiqlalçı deputatları, görkəmli ziyalıları təqib və reprassiyalara məruz qoymuş, qanlı “20 yanvar” qətliamında əli olmuş Kommunist Partiyası və Sovet dövlət orqanlarının keçmiş funksionerlərinə, Sovet prokurorluq, milis, “KQB” (DTK) ишчиляриnə, sovet hərbiçilərinə müstəqil Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının əməkdaşları ilə eyni miqdarda йцксяк вя эцзяштли пенсийа верир, lakin ilk Milli Məclisin üzvlərinə onların “Milli Məclisin deputatı” deyil, “Milli Məclisin üzvü” adlandırıldıqlarını, “status”larının fərqli olduğunu bəhanə edərək  sabiq deputatlar üçün müəyyən olunmuş pensiya verməkdən imtina edir.

13.2.7. Cavabdehlərin və məhkəmələrin ilk Milli Məclisin üzvlərinə qarşı Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ prinsipini pozmaqla diskriminasiya tətbiq etdiklərini, onların deputat pensiyası almaq hüququnu kobud şəkildə pozduqlarını təsdiq edən mühüm sənədlərdən biri də fəaliyyətdə olan Milli Məclisin 21 nəfər nüfuzlu deputatının hələ 2007-ci il martın 7-də Respublika Prezidenti İ.Əliyevə göndərdikləri məktubdur (bax: Əlavə 27; aşağıda 15.13-cü bəndə bax). Lakin dövlət xadimləri, partiya sədrləri və nüfuzlu hüquqşünas deputatlar tərəfindən imzalanmış bu sənədi bəzi maraqlı məmurlar qəsdən cənab Prezident İ.Əliyevdən gizlədərək Nazirlər Kabinetinə göndərmişlər və orada da “dəfn” etmişlər. 13.2.8. Deputatlar sonralar da dəfələrlə Milli Məclisin plenar iclaslarında, mətbuatdakı müsahibələrində (bax: Əlavə 28), bir qrup deputat, partiya sədri, qeyri-hökumət təşkilatı və hüquq müdafiəçisi Avropa Şurasına və ATƏT-ə göndərdikləri 12 aprel 2007-ci il tarixli  müraciətlərində ilk Milli Məclisin deputatlarının pensiya hüququnun pozulmasına etirazlarını bildirmişlər (bax: Əlavə 29). Ərizəçi deputatların göstərilən müraciətini, bu qəbildən olan digər sənədləri ərizə və şikayətlərə əlavə edərək Dövlət Sosial Müdafiə Fonduna, məhkəmələrə, o cümlədən Ali Məhkəməyə təqdim etsə də, onlar bu mühüm sənədlərin mahiyyətinə göz yummuş və onlara hüquqi qiymət verməkdən yayınmışlar. Yuxarıda göstərilən halar və faktlar sübut edir ki, Dövlət Sosial Müdafiə Fondu və məhkəmələr, xüsusən Ali Məhkəmə tərəfindən qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində  Ərizəçinin Konstitusiyada təsbit olunmuş pensiya (mülkiyyət) və bərabərlik hüququ kobud şəkildə pozulmuşdur.

  1. Konstitusiyanın 71 və 127-ci maddələrinin pozulması

14.1. Təkzibedilməz faktlar göstərir ki, Ali Məhkəmə başda olmaqla bütün instansiya məhkəmələri işin icraatı zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin  məhdudlaşdırılması və məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir və müdaxilələr edilməsinin yolverilməzliyi haqqında Konstitusiyanın 71 və 127-ci maddələrinin, Avropa Konvensiyasının hüquqlardan sui-istifadənin qadağan olunması haqqında 17-ci maddəsinin norma və prinsiplərinin kobud şəkildə pozulmasına yol vermişlər. Bunu aşağıdakı hallar və faktlar aydın şəkildə sübut edir:

14.1.1. Məhkəmələr, xüsusən Ali Məhkəmənin kollegiyası tərəfindən işə baxılması zamanı yol verilmiş ciddi qüsurlardan və qəbul edilən ədalətsiz qərarlardan açıq şəkildə görünür ki,  S.Mirzəyev həm Milli Məclisin Aparatının rəhbəri olaraq öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək,  həm də qardaşı, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri H.Mirzəyevin qanunsuz yardımından yararlanaraq Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ilə birlikdə işin icraatına təsir və müdaxilələr etmiş və məhkəmə mühakiməsi yolu ilə Ərizəçinin pensiya hüququnun təmin edilməsinə imkan verməmişdir.

14.1.2. İlk Milli Məclisin deputatlarının pensiya hüququnun pozulmasının əsas səbəbkarının və baiskarının S.Mirzəyevin olması, Dövlət Sosial Müdafiə Fondunun məhz onun bəhs olunan  məktubunda qanuna verdiyi təfsiri əsas tutaraq Ərizəçini deputat pensiyası ilə təmin etməməsi faktı məhkəmə baxışlarında sübut olunmuşdur. Məsələn, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2014-cü il tarixli iclasının  gedişində kollegiyaya sədrlik edən N.Mustafayevin sualına cavabında DSMF Nəsimi Rayon Şöbəsinin nümayəndəsi Seyfəli Əzizli  demişdir: “iddiaçıya deputat pensiyası verilməsindən imtinaya əsas olan hal Milli Məclisin Aparat rəhbərinin məktubudur” (bax: Apellyasiya Məhkəməsinin 13 fevral 2014-cü il tarixli iclasının protokolu. Apellyasiya işi, səh. 24). Bu fakt Apellyasiya Məhkəməsi kollegiyasının 29 aprel 2014-cü il tarixli qərarında da öz əksini tapmışdır (bax: Əlavə 19, səh.7). Beləliklə, cavabdeh tərəfinin məhkəmədə izahatı və  bu barədə məhkəmə qərarında verilmiş şərh sübut etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun ilk Milli Məclisin deputatlarına, o cümlədən Ərizəçiyə deputat pensiyası verməkdən imtina etməsinin səbəbi S.Mirzəyevin mübahisələndirilən məktubu olmuşdur. Lakin ədalətli qərar qəbul edilməsi üşün çox mühüm əhəmiyyət kəsb edən bu faktın kassasiya şikayətində dürüst şərh olunmasına və ona hüquqi qiymət verilməsi barəsində tələb irəli sürülməsinə baxmayaraq, Ali Məhkəmənin kollegiyası qəsdən bu halı da dəyərləndirməmişdir.

14.1.3. Ali Məhkəmənin kollegiyası S.Mirzəyevin və ona istinad edən Dövlət Sosial Müdafiə Fondunun dəfələrlə öz hüquqlarından sui-istifadə etməsi faktlarına da hüquqi qiymət verməkdən bilə-bilə yayınmışdır. Belə ki, kassasiya şikayətində göstərildiyi kimi, S.Mirzəyev Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətlərinə aid funksiyaları mənimsəmək cəhdləri göstərərək, təkcə ilk Milli Məclisin deputatlarının deyil, həm də sabiq dövlət qulluqçularının pensiya təminatı məsələlərinin həllində hökmverici vəzifəli şəxs rolunda çıxış etmişdir. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun sədri S.Müslümov S.Mirzəyevi bir növ Konstitusiya Məhkəməsi qismində tanıyaraq “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna təfsir verməsi üçün 27 oktyabr 2005-ci il tarixli məktubla ona müraciət etmişdir. S.Mirzəyev isə S.Müslümova ünvanladığı 14 noyabr 2005-ci il tarixli məktubunda həmin qanunun 2.1.3-cü maddəsinə qanunvericiliyə zidd şərh vermişdir (bax: Əlavə 30). Dövlət Sosial Müdafiə Fondu S.Mirzəyevin hüquqi qüvvəsi olmayan bu şərhinə istinad edərək vəfat etmiş yüzlərlə sabiq dövlət qulluqçularının dul arvadlarını (ərlərini), analarını (atalarını) və 22 yaşına çatmamış uşaqlarını pensiya hüququndan məhrum etmişdir. Halbuki, yuxarıda göstərildiyi kimi, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin qanunlara rəsmi təfsir (şərh) vermək səlahiyyəti olmayıb və yoxdur ki,  onun məktubundakı şərh  Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələri üçün məcburi hüquqi qüvvəsi olmuş olsun.

14.1.4. Ali Məhkəmənin kollegiyası S.Mirzəyevin qanunlara rəsmi şərh verməklə vəzifə səlahiyyətlərini aşması kimi çox ciddi hüquq pozuntusunu ört-basdır etmək mövqeyi tutmaqla həm də Konstitusiyanın belə bir mühüm prinsipinə də hörmətsizlik göstərmişdir ki, nəinki köməkçi-xidmətçi qurum olan Milli Məclisin Aparatının rəhbərinin (S.Mirzəyevin) məktubunda Dövlət Sosial Müdafiə Fonduna icrası məcburi olan təkliflər verilə bilməz , hətta “Milli Məclisin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz” (Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi).

14.1.5. Ərizəçi S.Mirzəyevin 14 noyabr 2005-ci il tarixli “rəsmi təfsir” xarakterli məktubundan və Dövlət Sosial Müdafiə Fondunun  hüquqi qüvvəsi olmayan bu məktuba istinadla hərəkət etməsindən irəli gələn qanunsuz əməllərin araşdırılması üçün Apellyasiya Məhkəməsinə verdiyi 17 aprel 2014-cü il tarixli yazılı vəsatətində 6 tələb irəli sürmüşdür (bax: Əlavə 18). Lakin Ali Məhkəmənin kollegiyası S.Mirzəyevin və  S.Müslümovun qanunsuz hərəkətlərini ört-basdır etmək mövqeyi tutaraq bu vəsatətlərə hüquqi qiymət verməmişdir (bax: Əlavə 25).

14.1.6. Göründüyü kimi, S.Mirzəyev qanunlara rəsmi təfsir (şərh) verməklə oz vəzifə səlahiyyətlərini aşmış və Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə qeyri-qanuni müdaxilələr etmişdir ki, bu da əslində cinayət əməlidir. Dövlət Sosial Müdafiə Fondu və onun Nəsimi Rayon Şöbəsi də  S.Mirzəyevin qanusuz,  hüquqi qüvvəsi olmayan məktubuna istinad edərək Ərizəçinin və digərlərinin deputat pensiyası almaq hüququnu pozmaqla və onlara külli miqdarda maddi və mənəvi zərər vurmaqla cinayət əməli törətmişdir. Məhz buna görə də S.Mirzəyev ədalət mühakiməsi zamanı günahkar olmasının üzə çıxacağını və məsuliyyətə cəlb edilə biləcəyini dərk edərək mübahisələndirilən işin icraatına qanunsuz müdaxilələr etmiş və qulluq vəzifəsindən sui-istifadə edərək  hakimlərə təzyiq göstərmiş və məhkəmələrin ədalətli qərar çıxarmasına imkan verməmişdir. Ali Məhkəmənin kollegiyası isə göstərilən bu ciddi və kobud qanun pozuntularına bilə-bilə göz yummaqla məhkəmə icraatına müdaxilə edilməsinin yolverilməzliyi barəsində Konstitusiyanın 71 və 127-ci maddələrinin və Avropa Konvensiyasının hüquqlardan sui-istifadənin qadağan olunması haqqında 17-ci maddəsinin norma və prinsiplərinə tamamilə zidd hərəkət etmişdir.

 

  1. Oxşar məhkəmə aktlarına münasibətdə Konstitusiya Məhkəməsinin mövqeyi.

Yekun hüquqi nəticələr

15.1. Yuxarıda bəhs olunan hallar və faktlardan göründüyü kimi, Ərizəçinin iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində, irəli sürdüyü vəsətətlərində ölkə Konstitusiyasının və Avropa İnsan Hüquqları Konvensiyasının norma və prinsipləri, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mübahisələndirilən iş üzrə oxşar məsələlərə dair məhkəmə aktlarına münasibətdə formalaşdırdığı hüquqi mövqeyi əsas götürülmüş, milli və beynəlxalq hüquq normalarına istinad olunmuşdur.

15.2. Konstitusiya Məhkəməsinin Plenumunun Ərizəçinin mübahisələndirdiyi məhkəmə qərarlarına, xüsusən Ali Məhkəmənin kollegiyasının 20 avqust 2014-cü il tarixli qərarına oxşar məhkəmə aktlarından şikayətlərə dair qəbul etdiyi bir sıra qərarlarında ölkə Konstitusiyasının müddəaları ilə bərabər Avropa Məhkəməsinin presedent hüququnun normaları da əsas götürülərək formalaşdırdığı hüquqi mövqeyi Avropa Məhkəməsinin  Avropa Konvensiyasında təsbit olunmuş insan hüquqları ilə bağlı hüquqi mövqeyinə oxşardır və ya eyniyyət təşkil edir.

15.3. Avropa Məhkəməsinin Avropa Konvensiyasının 14-cü maddəsi ilə bağlı presedent hüququna görə, analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Avropa Məhkəməsinin hüquqi mövqeyi belədir ki, Konvensiyanın 14-cü maddəsi obyektiv və ya şəxsi xüsusiyyətlərə, yaxud da  şəxslərin və ya qrupların birini digərindən ayıran “statusa” əsaslanmaqla onlarla fərqli rəftar edilməsini qadağan edir. Belə fərqləndirmə obyektiv və əsaslı deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı, 22 mart 2012-ci il, §§ 85-86). Ayrı-seçkiliyin mənası ilə bağlı Avropa Məhkəməsinin Böyük Palatasının Stummerin Avstriyaya qarşı iş üzrə 7 iyul 2011-ci il tarixli Qərarında (§87) aşağıdakılar qeyd olunmuşdur: Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərlə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur.

15.4. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir sıra qərarlarında Avropa Məhkəməsinin Konvensiyanın 14-cü maddəsi ilə bağlı presedent hüququnu əsas tutaraq Konstitusiyanın 25-ci maddəsinin I hissəsində təsbit olunmuş bərabərlik hüququ prinsipinin məzmununa dair formalaşdırdığı belə bir hüquqi mövqedən çıxış etmişdir ki, eyni və ya oxşar vəziyyətdə olan şəxslərə eyni rəftarın göstərilməsi Konstitusiyanın vacib tələbidir. Konstitusiya Məhkəməsinin qənaətinə görə, eyni zamanda nəzərə almaq lazımdır ki, iki qrup şəxs (vəziyyət) heç vaxt tamamilə eyni olmur, yəni mümkün olan bütün müqayisə meyarlarına əsasən tam bərabərlik ola bilməz. Konstitusiya Məhkəməsi  həm də Avropa Məhkəməsinin presedent hüququna əsaslanaraq belə bir mövqedən çıxış edir ki, eyni və ya oxşar vəziyyətdə olan şəxslərə qarşı fərqli rəftar yalnız o halda mümkündür ki, bunun üçün obyektiv və ağlabatan əsas olsun. Sosial təminat sahəsində eyni hüquqi vəziyyətdə olan şəxslərlə eyni qaydada rəftar edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Bu isə Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ prinsipinə (maddə 25), habelə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması barədə Konstitusiya müddəalarına (maddə 149) ziddir.

15.5. Konstitusiya Məhkəməsinin Plenumunun O.Gərəkməzlinin şikayəti üzrə 25 fevral 2014-cü il tarixli qərarında göstərilir ki,  Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik hüquqi prinsipi universal xarakter daşıyır və bu prinsipin gözlənilməsi hər şeydən öncə eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmin qərarda izah edilir ki, “bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır, fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar  ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur”.

15.6. Konstitusiya Məhkəməsi Ərizəçinin mübahisələndirdiyi məhkəmə qərarlarına oxşar məhkəmə aktlarından şikayətlərə dair qəbul etdiyi bir sıra qərarlarında belə bir mühüm hala da diqqət yetirmişdir ki, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində  təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı tələblərə yerli məhkəmələr tərəfindən əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul  etmişdir. Avropa Məhkəməsi Kuznetsov və digərlərinin işləri üzrə 21 yanvar 2007-ci il tarixli Qərarında belə hesab etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə  əməl olunmaması tərəflərin mövqelərinin bərabərlik prinsipi  gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilməsinin və ya sadəcə nəzərə alınmamasının səbəblərinin və motivlərinin aydın olmaması məhkəmə tərəfindən qərarın əsaslandırılmadığına dəlalət edir.

15.7. Avropa Məhkəməsi həmçinin izah edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Avropa Məhkəməsinin Scordino İtaliyaya qarşı (no. 1) iş üzrə qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, bu Məhkəmənin məqsədi daxili qanunvericiliyin təfsir və tətbiq edildiyi tərzin Konvensiyanın presedent hüququnda göstərilən prinsiplərə uyğun olub-olmamasının yoxlanılmasından ibarətdir.

15.8. Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu R.Cəfərovun şikayəti üzrə qəbul etdiyi 18 may 2012-ci il tarixli qərarında göstərmişdir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən daxili qanunvericiliyin təfsiri və tətbiqi Konstitusiyanın müddəalarına və qanunvericilyə uyğun olmalıdır. Belə ki, istənilən məsələ üzrə formalaşan məhkəmə təcrübəsi, hər bir halda, tətbiq edilən hüquqi normanın məqsəd və mahiyyətinə uyğun olmalı, onun mənası təhrif olunmamalı, xüsusilə də tətbiqetmə təcrübəsi elə tərzdə formalaşdırılmalıdır ki, Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmasın.

15.9. Göstərilən prinsiplərə müvafiq olaraq Konstitusiya Məhkəməsi R.Cəfərovun şikayəti üzrə qəbul etdiyi 18 may 2012-ci il tarixli qərarında məhkəmə hakimiyyətinin daxilində oxşar vəziyyətdə olan şəxslər (hakimlərlə prokurorluq işçiləri nəzərdə tutulur – Ərizəçi) arasında güzəştli pensiya təminatında mövcud olan fərqləndirmənin hər hansı obyektiv və əsaslı səbəblərə söykənmədiyi və bunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, digər müvafiq qanunvericilik aktlarına və “Əmək pensiyaları haqqında” Qanuna uyğun olmadığı qənaətinə gəlmiş və güzəştli pensiya təminatında oxşar vəziyyətdə olan şəxslər (hakimlərlə prokurorluq işçiləri) arasında fərqləndirməyə yol verdiyinə görə R.Cəfərovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 8 iyun 2011-ci il tarixli qərarını  qüvvədən düşmüş hesab etmişdir.

15.10. Ərizəçi tərəfindən apellyasiya və kassasiya şikayətlərində irəli sürülən iddialar, tələblər əksər hallarda Konstitusiya Məhkəməsinin oxşar məhkəmə aktları ilə bağlı qərarlarında formalaşdırmış olduğu hüquqi mövqeyinə uyğundur. Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə qəbul etdiyi 18 may 2012-ci il tarixli, O.Gərəkməzlinin şikayəti üzrə 25 fevral 2014-cü il tarixli və oxşar xarakterli digər qərarlarında formalaşdırdığı hüquqi mövqeyindən belə qənaətə gəlmək olar ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2014-cü il tarixli qərarında müstəqil Azərbaycan Respublikasında daimi fəaliyyət göstərən qanunvericilik hakimiyyəti (Milli Məclis) daxilində eyni və bərabər vəziyyətdə olan “şəxslərin və ya qrupların birini digərindən ayıran “statusa” əsaslanmaqla”, yəni ilk “Milli Məclisin üzvü” ilə sonralar “Milli Məclisin deputatı” adlanan şəxslər və qruplar arasında “status” fərqləri olduğu bəhanəsi ilə ilk Milli Məclisin deputatlarının güzəştli pensiya almaq hüququnun pozulması onlara qarşı ayrı-seçkilik tətbiq edilməsi deməkdir ki,  bu da Konstitusiyanın 25-ci maddəsinin I bəndi və Konvensiyanın 14-cü maddəsi üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə qadağan olunmuşdur.

15.11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının  Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququ (maddə 6.1.), ayrı-seçkiliyin qadağan olunması (maddə 14), hüquqlardan sui-istifadənin qadağan olunması (maddə 17) və mülkiyyətin müdafiəsi (1 saylı Protokol, maddə 1) haqqında prinsiplərinə  zidd olaraq tamamilə qərəzli və qanunsuz qərar qəbul etdiyini sübut edən mühüm hallardan bir qismi də budur ki, cavabdehlər tərəfindən irəli sürülən iddialar, məhkəmələr tərəfindən mübahisələndirilən iş üzrə verilən şərhlər və çıxarılan nəticələr heç də birmənalı oxşarlıq və eyniyyət təşkil etməmiş, əksinə, bir-birindən kəskin dərəcədə fərqli olmuşdur. Belə ki:

15.11.1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə onun yerli orqanı – DSMF Nəsimi Rayon Şöbəsi Ərizəçinin müraciətinə cavablarında bir-birindən tamamilə fərqli “dəlillər” və iddialar irəli sürmüşlər. Dövlət Sosial Müdafiə Fondu Ərizəçiyə cavabında ilk Milli Məclisin üzvlərinin deputat pensiyası almaq hüququnun olub-olmamasını “Dövlət qulluğu təsnifatı”na daxil olan vəzifə kateqoriyaları ilə izah etməyə çalışmışdırsa, DSMF Nəsimi Rayon Şöbəsi məsələyə özünün yuxarı, rəhbər orqanından tamamilə fərqli şərh vermiş, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin heç bir hüquqi qüvvəsi olmayan antikonstitusion xarakterli məktubunun cümlələrini, ifadələrini başdan-ayağa olduğu kimi cavab məktubuna köçürüb Ərizəçiyə göndərmiş, “Milli Məclisin üzvü” ilə “Milli Məclisin deputatı” məfhumlarını fərqli hüquq normaları kimi təqdim edərək, güzəştli pensiyadan “yalnız 12 noyabr 1995-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyasına əsasən seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin deputatları istifadə edə bilərlər”- iddiasını irəli sürmüşdür (bax: Əlavə 4, 5, 6, 7). 15.11.2. Birinci instansiya məhkəməsi ilə apellyasiya instansiyası məhkəməsi  öz qərarlarının nəticəvi hissəsində müxtəlif uydurma “dəlillər” göstərmiş, fərqli “əsaslar”la “hökmlər” vermişlər. Əgər birinci instansiya məhkəməsi öz qərarında “Milli Məclisin üzvü” ilə “Milli Məclisin deputatı” məfhumlarına fərqli hüquq normaları kimi baxaraq, 1991-1995-ci illərdə fəaliyyət göstərmiş “Milli Məclis üzvünün statusu hazırkı Milli Məclisin deputatının statusu ilə eyni olmamışdır”- nəticəsinə gəlmişdirsə (bax: Əlavə 13, səh, 4), apellyasiya instansiyası məhkəməsi məsələyə tamamilə fərqli yanaşma sərgiləmişdir. Apellyasiya Məhkəməsinin kollegiyası “Milli Məclisin üzvü” ilə “Milli Məclisin deputatı” məfhumlarının fərqli hüquq norması kimi qələmə verilməsini düzgün hesab etməmiş, Ərizəçinin iddiasının rədd edilməsinin səbəbini “Azərbaycan Respublikasının Ali Sovetinin deputatlarının hüquqi statusu ilə 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusu” arasında  fərqlər olması ilə izah etmişdir (bax: Əlavə 19, səh. 9). Bununla da Apellyasiya Məhkəməsi qəsdən daimi fəaliyyət göstərən ilk “Milli Məclis”i daimi fəaliyyət göstərməyən “Ali Sovet”lə, ilk Milli Məclisin deputatlarını isə “Ali Sovetin deputatları” ilə eyniləşdirməyə çalışmışdır.

15.11.3. Ali Məhkəmənin kollegiyası da öz qərarında Apellyasiya Məhkəməsinin qərarının məzmununu və nəticəvi hissəsini olduğu kimi təkrarlamışdır. Beləliklə, Ərizəçinin iddiasının təmin edilməməsinin səbəbinin izahında cavabdehlərin “dəlillər”i bir-birindən, məhkəmələrin nəticəvi “əsaslar”ı bir- birindən fərqli olduğu kimi, mübahisələndirilən məsələyə cavabdehlərlə məhkəmələrin arasında da ziddiyətli yanaşmalar olmuşdur. Bütün bu ziddiyyətli hallar, faktlar və hüquq normaları sübut edir ki, əslində həm cavabdehlərin, həm də məhkəmələrin  göstərilən iddiaları, “hökm”ləri milli və beynəlxalq hüquq normalarına tamamilə zidd, uydurma mülahizələr, fərziyyələrdir.

15.12. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində  göstərilmiş bütün şəxslər eyni və ya oxşar vəziyyətdə olmaqla ayrı-seçkilik qoyulmadan qulluq stajına görə əmək pensiyası və ona əlavələr almaq hüququna malikdirlər. Həmin qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq əmək fəaliyyətinə görə vətəndaşlara verilən aylıq pul ödənişi (əmək haqqı) onların mülkiyyətini təşkil edir. Bu baxımdan Ərizəçiyə sabiq deputatlar üçün müəyyən olunmuş pensiyanın verilməməsi onun 1991-1995-ci illərdə Milli Məclisdə həlledici səs hüquqlu deputat statusunda daimi iş yeri olaraq əmək (qanunvericilik) fəaliyyəti dövründə oradan aldığı əmək haqqına görə dövlətə vergi ödənişləri etməklə artıq qazanmış olduğu mülkiyyətdən (pul vəsaitindən) məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu və Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir.

15.13. Konstitusiyanın bərabərlik hüququ prinsipinin qorunması mövqeyindən çıxış edərək Milli Məclisin fəaliyyətdə olan 21 nəfər deputatı hələ 2007-ci il martın 7-də Respublika Prezidenti İ.Əliyevə göndərdikləri məktubda sabiq deputatların bir hissəsinə qarşı ayrı-seçkilik olduğunu ifadə edərək  göstərmişdır ki, “bərabərlik hüququ hələ də ilk Milli Məclisin  deputatlarına şamil edilməyib. Həmin sabiq deputatların pensiya təminatı məsələsini həll etmək üçün isə qanunvericiliyə hər hansı dəyişiklik və əlavələr etməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə Dövlət Sosial Müdafiə Fondu öz vəzifə borcuna müvafiq olaraq mövcud “Əmək pensiyaları haqqında” qanuna əməl etməlidir” (bax: Əlavə 27). Göründüyü kimi, bu məktubda deputatlar həm də mövcud qanunvericilik aktlarının ilk Milli Məclisin deputatlarına güzəştli pensiya verilməsinə təminat verdiyini, lakin Dövlət Sosial Müdafiə Fondunun öz vəzifə borcuna əməl etmədiyini də xüsusi olaraq vurğulamışlar.      15.14. Ali Məhkəmənin kollegiyası dürüst qərar çıxarılması üçün mühüm əhəmiyyət kəsb edən və Ərizəçinin iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində əks olunan aşağıdakı hallara və hüquq normalarına da qəsdən göz yummuşdur:

15.14.1. 30 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya qanununa müvafiq olaraq seçilən “Azərbaycan Respublikasının Milli Məclisi” 1991-1995-ci illərdə Azərbaycan Respublikasında daimi fəaliyyət göstərən ilk qanunverici hakimiyyət orqanıdır. 15.14.2. İlk Milli Məclisin üzvü seçilən deputatlar daimi və əsas iş yerləri olan Milli Məclisdə qanunvericilik təşəbbüsü və həlledici səs hüquqlu deputat statusunda qulluq etmiş, əmək (qanunverici) fəaliyyətlərinə görə Milli Məclisdən əmək haqqı almışlar.

15.14.3. “Milli Məclisin üzvü” ilə “Milli Məclisin deputatı” məfhumlarına fərqli hüquq normaları kimi yanaşılması müstəqil Azərbaycan Respublikasında fəaliyyət göstərən sabiq deputatlar arasında ayrı-seçkilik tətbiq edilməsi deməkdir ki, bunu da Konstitusiya və Avropa Konvensiyası, digər beynəlxalq hüquqi sənədlər qadağan edir.

15.14.4. Eyni qanunevricilik hakimiyyəti – Milli Məclis daxilində eyni qnunvericilik təşəbbüsü və həlledici səsvermə hüquqlu deputat statusunda qulluq edən ilk “Milli Məclisin üzvləri” ilə sonrakı illərdə seçilən “Milli Məclisin deputatı”nın sosial təminatına “statusa” əsaslanmaqla fərqli yanaşılması Konstitusiyaya və Avropa Konvensiyasına ziddir.

15.14.5. “Milli Məclisin deputatının statusu haqqında” qanunun 30-cu maddəsində və «Əmək pensiyaları haqqında» qanunun 20-ci maddəsində istifadə olunan “əmək pensiyası yaşına çatmış sabiq deputatlar”, «Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı” ifadələri 1991-1995-ci illərdə “Azərbaycan Respublikasının Milli Məclisinin üzvü” kimi  daimi fəaliyyət göstərmiş deputatları da ehtiva edir və bütün deputatlara aiddir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     15.14.6. Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyev qanunlara rəsmi təfsir (şərh) verməklə oz vəzifə səlahiyyətlərini aşmış və Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə qeyri-qanuni müdaxilələr etmişdir.

15.14.7. S.Mirzəyevin qanunlara rəsmi təfsir (şərh) vermək səlahiyyəti olmadığına görə  onun məktubundakı şərhin  Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələri üçün məcburi hüquqi qüvvəsi olmamışdır və yoxdur.

15.14.8. Dövlət Sosial Müdafiə Fondu S.Mirzəyevin qanusuz,  hüquqi qüvvəsi olmayan məktubuna istinad edərək ilk Milli Məclisin deputatlarının güzəştli pensiya almaq hüququnu pozmaqla və onlara külli miqdarda maddi və mənəvi zərər vurmaqla Konstitusiyanın və Avropa Konvensiyasının norma və prinsiplərini kobud şəkildə pozmuşdur.

15.15. Deputatların, hakimlərin və “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində  göstərilmiş digər şəxslərin statusunun konstitusiya–hüquqi xüsusiyyətləri, fəaliyyətlərinin xarakteri  nəzərə alınaraq qanunvericiliklə onlara güzəştli pensiya müəyyən olunması, onların  sosial təminatında ayrı-seçkiliyə yol verilməməsi həmin kateqoriyaya aid olan vəzifəli şəxslərin fəaliyyət  müstəqilliyinin və gələcəkdə maddi təminatının zəmanəti  kimi çıxış edir. Bu prinsip həm də hakimiyyətin varisliyinin qorunması məqsədinə xidmət edir. Ölkə Konstitusiyanın və Avropa Məhkəməsinin presedent hüququ tələbləri mövqeyindən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq müddəalarının şərh edilməsinə dair 23 yanvar 2001-ci il, 27 iyun 2001-ci il, 29 aprel 2003-cü il və 18 iyul 2008-ci il tarixli qərarlarında belə bir mövqe müəyyənləşdirmişdir ki,  fəaliyyət göstərdikləri dövrdən, tutduqları hakim vəzifə adlarının müxtəlif vaxtlarda müxtəlif məfhumlarla ifadə olunmasından asılı olmayaraq hakim vəzifəsini yerinə yetirmiş şəxslərin sosial təminatı heç bir fərq qoyulmadan Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ prinsipi (maddə 25 və 149) gözlənilməklə həll edilməlidir. 15.16. Konstitusiya Məhkəməsinin göstərilən mövqeyini əsas tutaraq Dövlət Sosial Müdafiə Fondu müstəqil Azərbaycan Respublikasında “hakim vəzifəsində işləmiş şəxslər”, “sabiq hakimlər” üçün müəyyən olunmuş güzəştli pensiya normalarını başqa bir dövlətdə – Sovet İttifaqı (SSRİ) dövründə işləyən  və “xalq hakimi”, “Ali Məhkəmənin üzvü” adlandırılan  şəxslərə də şamil edir. Lakin inanılmaz ədalətsiz və qanunsuz haldır ki, Dövlət Sosial Müdafiə Fondu və mübahisələndirilən işə baxan məhkəmələr qanunvericilik hakimiyyəti (Milli Məclis) daxilində eyni kateqoriyaya (Milli Məclisin sabiq deputatlarına) aid olan bir qrupun – Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində, dövlət atributlarının, ölkə Konstitusiyasının və qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində müstəsna xidmətləri olan ilk Milli Məclisin deputatlarının, o cümlədən Ərizəçinin sosial təminatına fərqli mövqedən yanaşaraq və uydurma “status” fərqliliyinə “əsaslanaraq” onları güzəştli pensiya almaqdan məhrum etmişlər ki, bu da açıq-aşkar sosial sahədə dövlət siyasətinə ikili standartlardan yanaşılması deməkdir.

15.17. Bərabər və eyni vəziyyətdə olan Milli Məclisin sabiq deputatlarının bir hissəsinə fərqli yanaşılması və onlara qarşı diskriminasiya tətbiq edilməsi indiki və gələcək nəslin milli müstəqil dövlətçilik ənənələrinə, ölkəmizin dövlət müstəqilliyinə, ərazi bütövlüyünə sədaqət və hörmət hissinə, Vətən və xalq qarşısinda övladlıq borcu anlayışını dərindən dərk etməsinə, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirən çox zərərli bir hərəkətdir.

15.18. Yuxarıda göstərilənləri əsas tutaraq  belə hesab edirik ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-951/2014 saylı, 20 avqust 2014-cü il tarixli qərarı Konstitusiyanın 25 və 29-cu maddələrinə, 38-ci və 60-cı maddələrinin I hissəsinə, 71 və 127-ci maddələrinə, 149-cu maddənin I hissəsinə və İnzibati Prosessual Məcəllənin 91 və 96.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

       Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V  hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsini rəhbər tutaraq,

                                                        X A H İ Ş   E D İ R İ K:

  1. Hacıbaba Əzimovun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna və onun Nəsimi rayon şöbəsinə qarşı pensiya hüququnun pozulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust  2014-cü il tarixli qərarının Azərbaycan Respublikası  Konstitusiyanın 25-ci maddəsinə, 38-ci və 60-cı maddələrinin I hissəsinə, 71 və 127-ci maddələrinə, 149-cu maddənin I hissəsinə və İnzibati Prosessual Məcəllənin 91 və 96.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi və işə Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması barəsində qərar qəbul edilsin.

                                                                                                   

                                                                                               Prof. Hacıbaba Əzimov

 

                                                                                                 Bakı şəhəri, 17 fevral 2015-ci il

Loading