Yerli istehsal mallarının qiyməti qalxmamalıdır deyənlər bunu hansı məntiqlə deyirlər?
Məsələn, qatıq, süd, ət, göyərti və s.
Bu məhsulları satan kəndli, dünən həmin malları satdığı qiymətlərə uyğun olaraq, özünə lazım olan xarici malları o malların dünənki qiyməti ilə ala bilirdi.
Bu gün həmin xarici malların qiyməti qalxıbsa, kəndli yenə də əvvəlki kimi onu almaq üçün öz malının qiymətini bu gün qaldırmalıdır, ya yox? Qaldırmasa, qiyməti qalxmış xarici malı necə alacaq və öz təsərrüfatını, yerli istehsalı necə davam etdirəcək?
Deməli, qaldırmalıdır! Bu bazarın qanunudur. Özümüzü aldatmayaq, kimsəni qandırmayaq.
Əmtəənin qiyməti harada istehsal olunması ilə müəyyənləşmir, bazardakı təklif-tələb şərtləri ilə müəyyənləşir.
Kəndli Avropadan gələn şokaladı almaq üçün, qatığını, pendirini, ətini və göyərtisini həmin şokalad satana elə qiymətə satmalıdır ki, balasına şokalad ala bilsin.
Yoxsa, yerli istehsalımızı da batırarıq.
Bu barədə iqtisadçı alimlərimizin sözünə ehtiyac var.
25.12.2015