Əlaqə vasitələri

Gömrükdə manapoliya götürülür. Yenə də şübhəlidir.

Gömrükdə manapoliya götürülür. Yenə də şübhəlidir.
Sevinirsiniz, elə deyilmi! Bu çox yaxşı xəbərdir.
Atılması ən çox vacib olan addımlardan birincisi idi. Sağ olsunlar.

Ancaq…

Nə baş verdiyini düşünəndə, adam özünə, millətinə, dövlətinə nifrət edir.

20 ildir açıq şəkildə davam edən rəsmi dövlət soyğunçuluğu.
Hamının gözü qarşısında baş verən dövlət səviyyəli korrupsiya.
Bütün iş adamları, rəsmi dövlət xadimləri, bütün hakimiyyət bunun iştirakçısı oldu.

Bütün dövlət qurumları, hakimiyyətin özü bu dəhşətli cinayətin başında durdu, ona rəhbərlik etdi, onu nizamladı.

Milyardlar oğurlandı. İş adamları talandı. İqtisadiyyatımız çökdürüldü. Nəticədə bir ildə 100 faizli devalvasiya.

Qorxunc masştablara ulaşan bu cinayətin, hakimiyyətlərinə artıq təhlükə olduğunu görəndə onu yığışdırmaq qərarına gəldilər.

Biz sevinirik. Millət dərindən nəfəs alır.

Nə baş verir? Biz nəyə sevinirik?

20 il sərasər sərvətlərimizin açıq talanmasına seyrçi qaldığımıza görəmi?

Yoxsa bir kişi kimi öz haqqımızı, balamızın rüzisini, xəstəmizin dərmanını, qocamızın pensiyasını qoruya bilmədiyimizə görəmi?

Nəyə?

Etiraf edim ki, mən özümü pis hiss edirəm, həm də çox pis.

Necə, bu boyda korrupsiya əməli cəzasızmı qalacaq? Yığıb aradan çıxacaq, problemləri də millətəmi yükləyəcəklər?
Fatmanisələrin, Tükəzbanların, Sonaların, Leylilərin ahı, gözü yaşlı qalan körpələrin, ailələri zülm içində yaşayan şəhidlərin ruhu, qazilərimizin dərdi bu dünyanı yandırmayacaqmı?

Prezident onların oğurladıqlarını dövlət xəzinəsinə qaytara bilməyəcəkmi?

Biz kişi deyilmişik. Biz heç adam da deyilmişik…

02.01.2016

Loading