Əlaqə vasitələri

ANS-in bu günkü xəbərlər proqramında

ANS-in bu günkü xəbərlər proqramında çox hörmətli İqtisadçı alimimiz Oqtay Haqverdiyev qonaq idi.
Aparıcı, candərdi 2-3 sualla indi düşdüyümüz vəziyyət barədə ondan “müsahibə aldı”.
Tumanı qısa qızların, ağlı dayaz oğlanların mənasız, şit verilişlərinə saatlar sərf edən Azərbaycan televiziyaları bu qədər ciddi bir problemin müzakirəsinə vaxt ayıra bilmirlər.
Ona görə bu gündəyik.
Çünki ağıllı, savadlı adamlara ehtiyac yoxdur bu məmləkətdə. Milləti bayağı verilişlərlə yuxuya verənlər hələ də ayılmayıblar ki, bu batan gəmidə, ən yaxşı kayutlarda olmalarına baxmayaraq, onlar da batacaqlar.
Açın ekranları, açın! Əsl mütəxəssisləri dəvət edin. Geniş, saatlarla davam edən müzakirələr keçirin.

Ay yazıqlar, bu Vətən axı həm də sizindir.

22.12.2015

Loading