“İslam alimləri yekdil rəyə gəliblər ki, hər bir dövlətin başında olan dövlət başçısına itaət etmək hamıya vacibdir. Yəni, hər bir ölkənin dövlət başçısına itaət etməyin vacib olması məsələsində bütün islam alimləri həmfikirdirlər. İslam dininə görə yaşadığın ölkənin dövlət başçısına itaət etmək həmin ölkənin vətəndaşlarına, eyni zamanda həmin ölkəyə gələnlərə vacibdir. Daha doğrusu Allahın əmridir. Kim dövlət başçısına itaət etmiş olarsa Allahın Rəsuluna itaət etmiş olar, kim Allahın Rəsuluna itaət edərsə Allaha itaət etmiş olar.”
.–özünü “ilahiyyat üzrə fəlsəfə doktoru” kimi təqdim edən Əkrəm Həsənovun bu fikrinin Quran və islam qanunları ilə heç bir əlaqəsi yoxdur. Adam nə böyük günah etdiyinin fərqindəmi?
İslam alimlərinin adından da yalanlar uydurur.
Qurani Kərimdə ən-Nisa, “Qadınlar” surəsinin (4-cü surə) 59-cu ayəsində deyilir: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)….”
Bu ayədə itaət edilməli rəhbərin ən vacib keyfiyyəti göstərilib: “özünüzdən olan”, yəni seçdiyiniz, yəni sizin iradənizə uyğun olaraq hakimiyyətə yiyələnən.
Yoxsa, hər kreslo aşiqinə, seçki saxtakarlığı ilə hakimiyyəti zəbt edən və onu zorla saxlayan səddamlara, sisilərə, mübarəklərə, qəddafilərə və bəşər əsədlərə yox.
Quranı saxtalaşdırmaq, insanları mütiliyə çağırmaq ən böyük günahdır.
18.12.2015