“Öz ölkələrindən rezin qayıqlarla qaçmaq istəyən, vətənlərini viran qoymuş ölkələrdən sığınacaq uman, sərhəd keçid məntəqələrində təhqir olunan, qayıqları batırılan və nəhayət qan gölündə boğulan ərəblərin halını, gününü görüb necə deyə bilərik ki, gəlirlərimizin azalması əsl faciədir? Dünyanın az qala yarısının yeməyə çörək tapmadığı, müsəlman ölkələrinin yerlə yeksan edildiyi bir dönəmdə biz firavan həyatımıza görə niyə şükr etməyək? Dünyanın başının üzərini qara buludlar aldığı bir vaxtda biz gəlirlərimizin azalmasını necə özümüzə dərd edə bilərik?”—bu o deməkdirmi ki biz korrupsiya və rüşvətxorluğa, monopoliyaya, seçki saxtakarlığına dözməliyik? Bəli, yalnız bu 4 bəlanın olmadığı Azərbaycanı ərəb ölkələri ilə müqayisə edəndə Sizin haqlı olduğunuz üzə çıxar.
15.12.2015