Əlaqə vasitələri

Azercell-in bir fırıldağını da mən deyim.

Monopoliyanın və korrupsiyanın nəticəsi belə də olmalıdır.
Azercell-in bir fırıldağını da mən deyim. Mənə zəng etdilər ki, birinci ayı 25 manat olmaqla, ayda 49 manat ödəməklə, 5 GB internet də daxil, istədiyiniz qədər danışın. Bu zəng 05 sentyabrda oldu. Razılaşdım. Şərtlərinə görə, birinci ay 25 manat ödəməli idim. Yəni 05 oktyabradək 25 manat.
07 noyabrda xidmətlərində oldum və aydın oldu ki, Azercell ay deyəndə kalendar ayı yox, mənim faktura aylığımı nəzərdə tuturmuş.Mən isə hər ayın 25-də ödəmə etməliyəm. Mənim 10 günümü yeyən Azercell yəqin başqalarına da belə kələk gəlir.
Cib telefonu Azərbaycana gələndən mən Azercell-in müştərisiyəm.
Başqa hansı dövlətdə müştəriyə qarşı belə tərbiyəsizlik edilər?

 

17.12.2015

Loading