1-ci yazı
Bir neçə il öncə Avropa ölkələrinin birində 25 il hakim işləyən bir qadının uşaqlıqdan şizofreniya xəstəliyindən əziyyət çəkdiyi aşkar olunmuşdu. Onun bu illər ərzində baxdığı bütün cinayət işləri yenidən yoxlanılmış, həbs etdiyi insanların çoxunu azadlığa buraxmışdılar.
“MTN işi” vətəndaşlarımızda çox böyük ümidlər yaratmışdır. Haqlı olaraq cəmiyyətimizdə də belə bir bəklənti var. Rəhbərləri ağır cinayətlər törətmiş, həm də bu cinayətlərin tamah məqsədi ilə törədildiyi bilinən bir idarənin həbs etdirdiyi adamların taleyi necə olmalıdır?
Kim təminat verə bilər ki, o adamlar da məhz tamah məqsədi ilə həb edilməmişlər?!
Nə qədər acı olsa da, etiraf etməliyik: son vaxtlar bütün hüquq–mühafizə orqanlarımızda (“MTN işi”ni bəhanə edərək özlərinin mələk obrazını, “işləyən tək idarə” imicini yaratmaq istəyənlərin fürsətcilliyi heç kimi aldatmasın) belə bir təcrübə oturuşmuşdur və indi də davam edir.
Az-maz gəliri olan, arxası, adamı olmayan istənilən şəxsdən pul qoparmaq niyyəti ilə onu yüngül bir maddə-bəhanə ilə həbs edirlər. Təhqiqat, istintaq aparılır. İstədiklərini qopara bilməyəndə, ştatlı hal şahidlərinin də yardımı ilə həmin şəxsi bir neçə maddə ilə (buna gözəl bir ad da qoyublar: “buket”) məhkəməyə verirlər. Adam, vəziyyətin ciddiliyini, şikayətlərin mənasız olduğunu, “zarafat-zarafat dama getdiyini”, bu ölkədə xilas olmağın tək yolunun rüşvətdə olduğunu dərk edərək həyatını, canını, ailəsini, şərəf və ləyaqətini qurtarmaq üçün bu dəfə hakimlərin istədiklərini verib canını qurtarır. Bəzən də belə “zarafatlar” o qədər ciddiləşir ki, heç rüşvət də köməyə gəlmir və adamlar müxtəlif müddətlərlə həbsxanalara göndərilir.
Bu təcrübə uzun illərdir ki tətbiq edilir. Soruşa bilərsiniz ki, məqsədləri nədir? Əslində hər şey çox aydındır. Hüquqda “cəzanın funksiyaları” adlı bir ifadə var. Qanunu pozan vətəndaşını dövlət niyə cəzalandırır?
İki məqsədlə: həm o vətəndaşın özünü gələcəkdə belə əməllərdən çəkindirmək, həm də başqalarına dərs vermək üçün.
Hüquqda buna “cəzanın fərdi və ümumi xəbərdarlıq funksiyası” deyilir.
Ölkəmizdə isə bu funksiyalar bir qədər fərqli tətbiq edilir. Adamlara məhkəmələrdə elə tale yaşadırlar ki, onlar tam əsassız olaraq saxlandıqlarını bilə-bilə, canlarını qurtarmaq üçün təhqiqat və istintaq orqanının tələb etdiklərini dərhal ödəyirlər.
Ancaq bu həmişə əvvəlcədən nəzərdə tutulan qaydada baş verməyə də bilir.
Elə vətəndaşlarımız da olur ki, zor-xoş içəri göndərilirlər. Axı “iş görüntüsü” yaratmaq, “quş qoymaq” da lazımdır.
Bütün bunlar ona görə baş verir ki, ölkəmizdə məhkəmələr obyekt kimi, hakimlərin çoxu isə icarəçi kimi fəaliyyət göstərirlər.
“MTN işi” bunun növbəti bir sübutudur.
İdarənin bütövlükdə “cinayətkar sindikat” kimi fəaliyyət göstərdiyi ortada. Qudurğanlıq o yerə çatıb ki, prezidenti və onun ailəsini də dinləməyə cəsarət ediblər. Təbii ki, məqsədləri özlərini gələcək məsuliyyətdən xilas etmək, yeri gələndə prezidenti də şantaj edib susdurmaq olub.
İndi baş verənlərin məhz belə olduğu şübhəsizdir.
Hələ ki, “iş adamlarının müdafiəsi” bəhanəsi ilə, məsələnin mahiyyətini gizlətməyə çalışırlar.
Ancaq daha çox rabitə sistemində həyata keçirilən həbslər başqa şeylərdən xəbər verir.
Yazının əvvəlində qeyd etdiyim kimi, Avropada baş verən nümunə bizdə də təkrarlana bilərmi?
Ola bilərmi?
2
“Hələ ki, “iş adamlarının müdafiəsi” bəhanəsi ilə, məsələnin mahiyyətini gizlətməyə çalışırlar.
Ancaq daha çox rabitə sistemində həyata keçirilən həbslər başqa mətləblərdən xəbər verir.
Yazının əvvəlində qeyd etdiyim kimi, Avropada baş verən nümunə bizdə də təkrarlanacaqmı?
Ola bilərmi?”
Yazmışdım ki, Avropada bir hakimin uşaqlıqdan “şizofreniya” xəstəliyindən əziyyət çəkdiyi müəyyənləşəndən dərhal sonra, onun hakim işlədiyi 25 ildə apardığı bütün məhkəmə işləri yenidən araşdırılmış, çoxları azadlığa buraxılmışdı.
“MTN işi” ilə bağlı indi baş verənlərin, iddia edildiyi kimi, heç də iş adamlarının müdafiəsi məqsədi ilə baş vermədiyi hamıya bəllidir.
İş adamları, eləcə də bütün vətəndaşlarımız, 20 ildir dayanmadan soyulmurmu, söyülmürmü, qanunsuz həbs edilmirmi, döyülüb, alçaldılıb təhqir edilmirlərmi?
İş adamlarına qarşı təkcə MTNmi qanunsuzluqlar edib və edirlər?
Rüşvət, korrupsiya həyat tərzi yenimi peyda olub həyatımızda?
Orta səviyyəli məmurlardan başlamış ta başadək, kimin villaları və ya maşınları, saxladıqları əxlaqsız qadınlara etdikləri milyonluq hədiyyələri, bahalı əyləncələri hansının cibinə, əmək haqqına görədir ki?
Mövcud qanunların ziddinə olaraq, dənizi belə işğal edib vətəndaşlarımızı ALLAH(c.c)ın verdiyi sudan məhrum edənlər bütün bunları gizlinmi törədirlər? Dənizin dərinliklərinə girən bu göydələnlər, hotelsayağı villalar əlaqədar orqanların və ya vəzifəli şəxslərin gözlərinə girmirmi? Kordurlarmı? Görmürlərmi?
Təbii ki görürlər!
Bilirlər və məhz susmaqları ilə başqalarını da belə harın-qanunsuz həyata şirnikləndirirlər. Çünki rejim üçün əsas olan sədaqətdir.
Bütün bunlar isə məqsədli edilir. Hamı “zorən cinayətkar” edilir.
Qul kimi mənə tabe ol, mən dediklərimi nökər kimi yerinə yetir, bu millətin anasını ağlat,
çal,
çap,
sök,
ye,
dağıt!
Bütün bunlara qəsdlə, bilə-bilə şərait yaradılır.
Çünki boğaza qədər çirkabın, cinayətin içində olan məmuru istənilən vaxt qulağından tutub qoduqluğa soxmaq problem deyil.
Beləsi köpək kimi sədaqətli olur. Olmağa da məhkumdur.
Hər an həbs olunmaq təhlükəsi altında yaşayan məmur, vəzifəli şəxs isə keçirdiyi uzun müddətli qorxu, stress və həyacan nəticəsində, ilk növbədə impotent olur, kişiliyini itirir, qadınının qarşısında başı aşağı, dili qarnında olur və bundan sonra da it kimi sədaqətlə ağasına xidmət etməkdən başqa heç nəyi düşünmür. O artıq ictimai yox, bioloji varlıq kimi, sadəcə olaraq, heyvan kimi qidalanmasını, həyatda necə qala bilməsini düşünməyə məhkum edilir.
“MTN işi” və ondan sonrakı proseslər, yəni atılması dövlətçilik baxımından zəruri olan addımların atılmaması göstərir ki, bu qullardan kimsə o qədər pul-para yığıb, qudurub ki, hətta ağasını belə gizlincə güdmək, dinləmək, onu yeri gələndə şantaj etmək fikrinə düşüb.
Bu hərəkət isə avtoritar rejimlərdə heç bəyənilmir. Bunu etmək olmaz.
Yaxşı qul son nəfəsinədək müti olan quldur. Xəyanət edən qula elə cəza verilir ki, qalanlarına ciddi dərs olsun. Bir də heç kim belə axmaq fikirlərə düşməsin.
İndi baş verənlər bizi belə düşünməyə məcbur edir, hələ ki.
Yoxsa iş adamlarının başında qoz sındıran, onları öz kapitallarını xarici ölkələrə qaçırmağa məcbur edən vergi, gömrük, reyestr orqanları başdan-ayağa çoxdan şumlanmalı idi.
Ancaq şumlanmır. Niyə?
3
Yazmışdım ki, “yoxsa iş adamlarının başında qoz sındıran, onları öz kapitallarını xarici ölkələrə qaçırmağa məcbur edən vergi, gömrük, reyestr orqanları başdan-ayağa çoxdan şumlanmalı idi. Ancaq şumlanmır. Niyə?”
Şumlasalar, yerində nə qalacaq?
Dövləti kimlərlə idarə edəcəklər?
Çirkaba batmayan idarə, vəzifəli şəxs qalıbmı?
Görünür, vəziyyətin islah edilməzliyini, mövcud strukturlarda təmizləmə-“islahat” aparılmasının səmərə verməyəcəyini dərk etdiklərindən “ASAN XİDMƏT”lə bunu asanca düzəltməyə çalışırlar.
Bu isə dövlətçilik təfəkkürü, idarəçilik prinsipləri ilə daban-dabana ziddir.
Sabah “Asan”da da indiki vəziyyət yaransa, bu isə tamamilə mümkündür, onda nə edəcəklər? “Ən asan”, “Lap asan”, “Tam asan”mı yaradacaqlar.
Yox, dostlar, dövlət belə idarə edilmir.
İndiki vəziyyətin bir əsas səbəbi var. Siz qapalı sistem yaratdınız. Bununla da fəxr edib, döşünüzə döydünüz. “Bu ölkədə müxalifət olmayacaq”, “Artıq bu ölkədə müxalifət yoxdur”—deyib, bayram etdiniz. Bununla öyündünüz.
Azad mətbuatı, azad sözü sıradan çıxardınız, haqqı yazan qəzetlərin bir hissəsini pulla ələ aldınız, bəzilərinin rəhbərlərinin yatağına girib şantaj etdiniz, birilərini də iqtisadi məngənəyə salıb susdurmağa çalışdınız.
Bir sözlə, haqqı deyən dilləri kəsdiniz. Haqqı eşitmək istəmədiniz. Xüsusilə də, haqqı, həqiqəti müxalifət deyir deyə, qulaq asmadınız, həqiqətləri gözardı etdiniz.
Gəminin dibini deşənlərə seyrçi qaldınız.
Seyrçi qalmaqla da kifayətlənmədiniz. Onları ödülləndirdiniz, orden-medal verdiniz. Cinayətləri haqqında palaz-palaz məqalə yazılanları yeni, daha yüksək vəzifələrlə şərəfləndirdiniz. Bununla da sanki XALQa, onu adam yerinə qoymadığınızı, onu saymadığınızı eşitdirmək, göstərmək istədiniz. Xalq da sizin niyyətinizi başa düşdü, kənara çəkilib baş verənləri seyr etmək “modu”na keçdi, seçkini boykot etdi, hakimiyyəti meydanda beynəlxalq və daxili güclər qarşısında tək qoydu, üzbəüz buraxdı.
Özünüzə qapandınız.
Unutdunuz ki, qapalı sistemlər məhvə məhkumdur.
Unutdunuz ki, müxalifət, haqq söz hakimiyyətlərin vicdan səsidir, daxili qorxu hissidir.
Bu hisslərdən məhrum olan insan ağır cinayətlər törətməkdən çəkinmədiyi kimi, hakimiyyətlər də beləcə, korrupsiya, rüşvətə uyur və sonda cinayət törədən insanı gözləyən taleni, batdıqları çirkabda məhv olma taleyini yaşamağa məhkum olurlar.
Bu gün MTN-lə bağlı baş verənlər, doğrudanmı dövlətçilik naminə edilir?
Doğrudanmı, cənab Eldar Mahmudov və həmkarlarının cəzalandırılmaları böyük-dövlətçilik ideallarına görə edilir?
Baş verənlər bunun belə olmadığını göstərir.
Məsələn, Akif Çovdarov.
İndi hamı onun kölgəsini də qılınclayır. Bəlkə də əllərinə düşsə, linc edərlər.
Ancaq mən, az qala bütün bəlalarımızın və ölkəmizdə baş verən qanunsuzluqların səbəbkarı kimi göstərilən bu adam– bu “zorən cinayətkar” haqqında fərqli fikirdəyəm.
Daha çox “Nehrəmli iş adamı” kimi tanınan Hacı İbrahimin sifariş etdiyi, bəli-bəli məhz sifariş etdiyi Vaqif adlı bir iş adamını xilas etmək üçün bir gün Akif Çovdarovla görüşməli oldum. O məni dinlədi və…
Vaqif həyatını indi Afrikanın Syer-Leone dövlətində “ebola” virusuna yoluxmaq təhlükəsi altında davam etdirir.
Ancaq bu barədə danışmadan öncə, bir sualın da müzakirəsinə sizləri dəvət etmək istəyirəm: işdən azad edilənədək Akif Çovdarovla işləyən, hətta vaxtilə MTN-dən uzaqlaşdırılsalar da, onunla keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, Prezidentə və ya səlahiyyətli vəzifəli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
Onların kimliyi sizlərə məlumdurmu?
Bu adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz üçün potensial təhlükə deyilmi?
Bu qədər geniş yayılmış şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi?
Ümumiyyətlə, dövlətimizi xərçəng kimi məhv etməkdə olan bu korrupsiya sisteminə qarşı əvvəlcədən düşünülmüş, planlaşdırılmış bir taktika işlənibmi?
İndi baş verənlər bir azdan mafiyalararası davaya, küçə atışmalarına, qətl və qarətlərə çevrilə bilərmi?
Yoxsa hər şey dövlətçiliyin tələb etdiyi qaydada, qanunlar çərçivəsində davam edəcəkdir?
Artıq müstəqil olmadığı, obyekt kimi, sifarişlə fəaliyyət göstərdikləri bütün dünyaya bəlli olan məhkəmə sistemimizdə bütün bunlar mümkün olacaqmı?
Suallar çoxdur.
Hamısı da cavab istəyir. Biz də cavab verməyə çalışırıq.
4
Yazmışdım ki,
“vaxtilə MTN-dən uzaqlaşdırılsalar da, Akif Çovdarovla keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, prezidentə və ya səlahiyyətli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
Onların kimliyi sizlərə məlumdurmu?
Bu adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz üçün potensial təhlükə deyilmi?
Bu qədər geniş yayılmış şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi?..”
Ən vacib suallardan biri də budur: “MTN işi” dövlətçilik naminə, qanunun aliliyi naminəmi edilir?
Bu sualların hər birinə ayrı-ayrılıqda cavab verməyə çalışacağam.
Hələliksə, Akif Çovdarovla görüşüm və bu görüşdə Xəzər dənizində şəhər salmaq kimi bir avanturanın müəllifi olan, Beynəlxalq Bankdan aldığı 800 milyon dolları vaxtında geri qaytarmadığına görə məşhər ayağına çəkilən məşhur “iş adamı” İbrahim İbrahimov barədə.
O daha çox “Nehrəmli Hacı İbrahim” kimi tanınir.
Yeri gəlmişkən, 25 mart 2013-cü ildə saytlardan birində getmiş aşağıdakı məqaləyə də diqqət etmənizdə fayda var.
“Bazarertəsi, 25 Mart 2013 09:50 Hacı İbrahim Nehrəmli şəxsi sərvətinin 2,5 milyard dollar olduğunu açıqlayıb“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli şəxsi sərvətinin 2 milyard manat (təxminən 2.5 milyard dollar) olduğunu açıqlayıb.
İbrahim Nehrəmli Türkiyənin “Hürriyyət” qəzetinə bildirib ki, o vəsaitini xaricə çıxarmqdansa, ölkəyə sərmayə kimi yatırmağa üstünlük verib. Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlığını gizlətməyən Hacı İbrahim Nehrəmli, sərvətinin dövlətdən gəlmədiyini söyləyib: “İlham Əliyev böyük adamın, böyük oğuludur. Kimsə vətənini onun qədər sevə bilməz. Əliyev olmasa, bu layihə də olmazdı. Çünki o da bu layihənin tamamlanmasını istəyir. Amma bu da bilinsin ki, dövlətlə heç bir əlaqəm olmadan, bu sərvəti qazanmışam. Yəni, tenderə girmək üçün heç müraciət də etməmişəm. Həmişə onlar mənə müraciət ediblər. Çünki mənə inanırlar, edə biləcəyimi bilirlər. Mən də 2 milyardımı xaricə apara bilərdim. Amma burada sərmayə qoyuram”.
Qeyd edək ki, Hacı İbrahim Nehrəmli Xəzər dənizində “Xəzər adaları” adlı ada-şəhər inşa etdirir. Layihənin ümumi dəyəri 100 milyard dollardır.
© Marja”
Hələ 2013-cü ildə, özünün də etiraf etdiyi kimi, iki milyard şəxsi sərvəti olan İbrahim İbrahimovu Akif Çovdarov və ya Eldar Mahmudovla hansı maraqların birləşdirdiyini bilmirəm.
Ancaq 2011-ci ilin əvvəllərində mən məhz bu “iş adamı”nın MTN-ə müraciəti əsasında Akif Çovdarovla görüşməli oldum.
O vaxt Bağırov Vaqif Kərəm oğlu adlı orta səviyyəli bir iş adamı hüquqi yardım göstərmək üçün mənə müraciət etmişdi. Ticari müqavilələrin hazırlanmasında, bəzi danışılqların aparılmasında, idari sənədlərinin qaydaya salınmasında ona yardım edirdim.
Bir gün Gəncə şəhərində olarkən, axşamüstü mənə V.Bağırovun ofisindən həyacanlı zəng gəldi.
Özlərini MTN zabitləri kimi təqdim edən üç nəfər şəxs ofisi basaraq Vaqifi MTN-ə aparmağa cəhd edirlər. Nə etməli olduqlarını soruşdular. Mən gələnlərin əllərində rəsmi çağırış vərəqi və ya başqa bir rəsmi sənəd olub-olmadığı ilə maraqlandım. Yox idi. Özlərini necə təqdim etmələrini soruşdum. Üzərində “MTN” yazılan vəsiqə göstərib, Akif Çovdarovun tapşırığı ilə gəldiklərini bildirdiklərini dedilər.
Onda, mən Bakıya gələnədək ofisi tərk etməmələrini, heç hara getməmələrini, Vaqif Bağırovun mənsiz MTN-nin binasına daxil olmamasını məsləhət gördüm. Gələnlər bir qədər dartışma və hədə-qorxudan sonra ofisi tərk edib gediblər.
Gecəykən Bakıya döndüm.
Vaqif səhər saat onda Akif Çovdarovun yanında olmalı idi.
Ancaq mənim də onunla birlikdə gələcəyimdən MTN-də heç kimin xəbəri yox idi.
Səhər saat 09-45-də artıq MTN-nin növbətçi hissəsinin qarşısında idik. Növbətçi polisə özümüzü təqdim edib, Akif Çovdarovun dəvəti ilə gəldiyimizi bildirdim.
O vaxt hələ general deyildi.
Bu görüşdən düz bir il sonra, yəni 27 mart 2012-ci ildə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Çovdarov Akif Teymurxan oğluna, Maddi-texniki Təminat Baş İdarəsinin rəisi Həmidov Nizaməddin Baba oğluna və Monitorinq Mərkəzinin rəisi Quliyev Teymur Rəcəb oğluna general-mayor ali hərbi rütbəsi veriləcəkdi.
Nə sirdirsə, mən o idarəyə gedəndən bir ay sonra, yəni 11 aprel 2011-ci ildə Akif Çovdarova bir başa əmr və göstərişlər verən, bilavasitə rəhbərlik edənlərdən biri, MTN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə (!!!) rəhbərlik edən nazir müavini general-mayor Əli Nağıyev vəzifəsindən uzaqlaşdırıldı. Bu barədə aşağıdakı iki məqaləni yadınıza salmaqda fayda görürəm:
“MTN-in İKİNCİ ADAMI İŞDƏN ÇIXARILDI
Yeni Müsavat, 14 Aprel 2011 |
General Əli Nağıyevin vurulmasının rəsmi səbəbi açıqlanmır, amma onun islahat kampaniyasına qurban verildiyi ehtimal olunur
Milli təhlükəsizlik nazirinin birinci müavini, general-mayor Əli Nağıyev tutduğu vəzifədən azad edilib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Ə.Nağıyev hakimiyyətin “kadr islahatları” çərçivəsində işdən kənarlaşdırılıb. Onun konkret hansı nöqsanlara görə vəzifəsindən uzaqlaşdırıldığı haqda məlumat ala bilmədik.
Nəzərə çatdıraq ki, hakimiyyətin bəyan etdiyi “islahatlar” kampaniyası çərçivəsində Əli Nağıyev vurulan ilk iri vəzifəli məmurdur. Ə.Nağıyevin işdən çıxarılması korrupsiyaya qarşı mübarizənin tərkib hissəsi də ola bilər.
O, uzun illərdir bu postda çalışırdı və peşəkar çekist kimi tanınırdı. Əslən Naxçıvandan olan Ə.Nağıyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə Eldar Mahmudov nazir təyin olunandan – 2004-cü ildən sonra yüksəlmişdi. Namiq Abbasovun dövründə isə o, MTN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə rəhbərlik edib. Hansı ki, həmin vaxtlarda E.Mahmudov Daxili İşlər Nazirliyində iqtisadi cinayətkarlığa qarşı mübarizə ilə məşğul olub və onların münasibətləri də buradan yaranıb.
Ə.Nağıyevin adı bir sıra qalmaqallı məsələlərdə və biznes çəkişmələrində hallanıb. Hətta ondan prezidentə çoxsaylı şikayətlər də edilib. Ə.Nağıyevin bir sıra iri şirkəti, ticarət obyektləri var. Onun əsas obyektləri isə Nizami rayonunda yerləşir. Bundan başqa, iddialara görə, “Eyfel” tikinti şirkəti də ona məxsusdur. Həmin şirkəti onun qardaşı Vəli Nağıyevlə Əli Həziyev adlı şəxs idarə edir. Bu şirkətlə bağlı da bir müddət öncə prezidentə şikayət olunmuşdu. Bir il öncə isə Ə.Nağıyevin adı 10 milyonlarla avronun ölkədən çıxarılması ilə bağlı qalmaqalda gündəmə gəlmişdi. Həmin vaxt bu pulların qanunsuz olaraq ölkədən çıxarılması əməliyyatında iştirak edən MTN-in Heydər Əliyev adına Bakı Hava Limanındakı şöbəsinin rəisi İlqar Nağıyev işdən uzaqlaşdırıldı. Onun soyadının uyğunluğu səbəbindən həmin vaxt milli təhlükəsizlik nazirinin birinci müavininin adı bu qalmaqalda da hallandırıldı.
Ə.Nağıyevlə bağlı başqa bir qalmaqallı hadisə isə onun on milyonlarla dollarının Ahmedov & Co şirkətində batması ilə bağlı idi. Bu şirkətin rəhbəri E.Əhmədov Ə.Nağıyev də daxil olmaqla, bir sıra imkanlı adamlardan topladığı 100 milyon dolları oğurlayaraq Birləşmiş Ərəb Əmirliklərinə qaçmışdı.
Ə.Nağıyev MTN və DİN sistemində ən qollu-budaqlı generallardan biri idi. Onun güc strukturlarında və başqa dövlət qurumlarında onlarla yüksək vəzifə tutan adamı var.Son illərdə onun MTN rəhbərliyi ilə ciddi konfliktinin olması və ciddi işlərdən kənarda saxlanması da gələn xəbərlər arasındadır.
Teymur HƏSƏNLİ, Tofiq ƏHMƏDLİ”
“Nazir müavini Cəlal Əliyevin güdazına getdi
“AZADLIQ”, 14 Aprel 2011 06:13
MTN-in ikinci şəxsi Əli Nağıyevin işdən çıxarılmasının təfərrüatları “Azadlıq”da
Milli təhlükəsizlik nazirinin müavini Əli Nağıyev vəzifəsindən azad olunub. Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev də “mediaforum”a açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, general-mayor Əli Nağıyev prezident İlham Əliyevin aprelin 11-də imzaladığı sərəncamla vəzifədən azad edilib.
Əslində, Milli Təhlükəsizlik Nazirliyində (MTN) mühüm post tutan bir generalın, nazir müavininin vəzifədən kənarlaşdırılması ciddi xəbərdir. Azərbaycan şəraitində isə bu xəbərin əhəmiyyəti bir qədər də artıqdır. Ona görə yox ki, bizim ölkəmizdə iri vəzifələr bir qayda olaraq “ata mirası” kimi əbədi mülkiyyət sayılır. Yaxud, həm də ona görə yox.
Əli Nağıyev MTN-də mühüm postlardan birini tuturdu. Onun reputasiyası bir qədər qaydasında deyildi. Adətən, informasiya çevrələrində belə mülahizələr yayılırdı ki, Əli Nağıyev ucu MTN-ə bağlanan “qara əməliyyatların” ssenari müəllifidir və icraçısıdır. Bunun nə dərəcədə həqiqət olduğunu iddia etmək mübahisəlidir. Əslində, “Azadlıq”a daxil olan məlumatlarda vurğulanırdı ki, Əli Nağıyev və başqa müavinlər arasında (əsasən, Hilal Əsədovla) ziddiyyətlər çoxdandır davam edir və indi işdən çıxarılan general bir neçə aydır ki, faktiki olaraq “işlərdən kənarlaşdırılıb”.
Amma Azərbaycanda iri ranqlı məmurların əhəmiyyəti həm də, onların “iqtisadi imperiyalarının” həcmi ilə müəyyən edilir. General Əli Nağıyev də iri bir “imperiya”ya sərəncam hüququnu əlində saxlayırdı. Bu məsələlər barədə mətbuatda dəfələrlə yazılıb. Sonuncu belə yazılarda onun iqtisadi şəbəkəsində müəyyən kriminal elementlərinə də işarə vurulurdu. Məsələn, “Eyfel” adlı tikinti şirkətinin ətrafında yaranmış qalmaqallarda Əli Nağıyevin qardaşı Vəli Nağıyevin adı hallanırdı. V.Nağıyev “Eyfel”in şəriklərindən biri kimi təqdim edilmişdi. Bu şirkətlə bağlı qalmaqal ondan ibarət idi ki, şəriklərdən biri olan Eyvaz Soltanov qardaşı Şahin Soltanovu əmlak hüququndan məhrum etmək üçün onu zorla dəlixanaya salmaq istəyirdi.
Maraqlıdır ki, Əli Nağıyev işdən çıxarılmamışdan əvvəl onun qohumlarını da daramağa başlamışdılar. Aprel ayının 2-də Əli Nağıyevin yaxın qohumu, MTN-in aeroport şöbəsinin rəisi Ilqar Nağıyev vəzifəsindən uzaqlaşdırılmışdı. Ilqar Nağıyevin orada polis rəisi ilə münaqişələri vardı və onların hər ikisi vəzifələrindən kənarlaşdırılmışdı. Görünür, “Əli Nağıyev bir müddət bundan əvvəl işlərdən kənar qoyulub” deyənlər də haqlıdırlar.
Daha bir maraqlı versiya hüquq-mühafizə orqanlarına yaxın mənbədə dolaşır. Bu versiyaya görə, Əli Nağıyevin biznesinin əhəmiyyətli hissəsi dövlət başçısının əmisi Cəlal Əliyevlə şərikli qurulub. Hakim ailə daxilindəki ziddiyyətlərin isə artıq heç kimə sirr olmadığı aydındır. Bu versiya da, məhz bundan ibarətdir ki, general Əli Nağıyevin vurulmasının əsas səbəblərindən biri də Cəlal Əliyevlə xüsusilə yaxın münasibətdə olmasıyla bağlıdır.
Maraqlıdır ki, təhlükəsizlik sistemində ən azman adamlardan biri sayılan Əli Nağıyevin Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə də ciddi münaqişələri vardı. “Azadlıq”a sızan məlumatlara görə, hətta Allahşükür Paşazadə ondan Ilham Əliyevə şikayət də edibmiş. Şeyx, əsasən ondan narazılıq edirmiş ki, Əli Nağıyev yerli mətbuatda onun əleyhinə davamlı olaraq materiallar dərc etdirirmiş.
İnformasiya şöbəsi”
Çox keçməmiş bir zabit gəldi və Vaqif Bağırovu içəri dəvət etdi. Əvvəlcədən razılaşdığımız kimi, o mənsiz getməkdən imtina etdi. Zabit getdi, qayıtdı və israrla V.Bağırovu tək aparmaq istədi. Bu get-gəl bir neçə dəfə təkrar olundu. Gərginlik getdikcə artırdı.
Nəhayət, mən zabitə izah etdim ki, vətəndaşın nümayəndəyə malik olmaq hüququ var və mənim iştirakım olmadan onu heç kim dindirə bilməz. Ya mənimlə birlikdə qəbul edəcəklər, ya da biz buradan birbaşa Prezident Aparatına gedib dünən və bu gün baş verənlər barədə şikayət edəcəyik.
Yenə də get-gəllər başladı və nəhayət, bizi birlikdə içəri aldılar.
1998-ci ilin 04 fevralında qanunsuz olaraq həbs edilərək saxlandığım “təhlükəlilik idarəsi”nə indi hüquqşünas-nümayəndə kimi, bir vətəndaşımızı qorumaq üçün gedirdim.
Bizi yarımqaranlıq dəhlizlərdən, dolanbac koridorlardan keçirib bir otağın qapısının qarşısına gətirdilər.
Zabit məruzə üçün içəri keçdi. Biz gözlədik.
Bir azdan qapı açıldı və bizi içəri dəvət etdilər. Mən onu belə yaxından ilk dəfə görürdüm.
Otağa daxil olmağımızla başladı, nə başladı…
Bu o idi..
5
Yazmışdım ki, “bizi yarımqaranlıq dəhlizlərdən, dolanbac koridorlardan keçirib bir otağın qapısının qarşısına gətirdilər.
Zabit məruzə üçün içəri keçdi. Biz gözlədik.
Bir azdan qapı açıldı və bizi içəri dəvət etdilər. Mən onu belə yaxından ilk dəfə görürdüm.
Otağa daxil olmağımızla başladı, nə başladı…
Bu o idi.. “
Məşhur Akif Çovdarov.
Onu əvvəllər yaxından görməmişdim və tanımırdım. Haqqında bildiyim tək o idi ki, jurnalist Aqil Abbasa qarşı şəxsən qanunsuzluq edərək ona xəsarət yetirib və özünün amansız davranışları ilə məşhurdur.
O, “T” şəkilli stolun başında, mən ondan solda, Vaqif bəy də sağda oturdu. Mənə elə gəldi ki, o məni tanımır və görmür.
A.Çovdarov küçə söyüşləri ilə, biədəb ifadələrlə Vaqif Bağırovu təhqir etməyə, başına oyun açacağı ilə hədələməyə başladı. V.Bağırovu tər basmışdı. Cavab verməyə cəsarət etmirdi və sanki komaya düşmüşdü. Çovdarovun isə söyüş və təhqirləri, hədələri havada uçuşurdu. Onun səsi olduqca vahiməli idi. Mən yalnız o anda başa düşə bildim ki, yazıq sıravi vətəndaşlar bu adamın qəbulunda nələr çəkirlər…
Mən: ”başa düşmədim, biz dövlət orqanına gəlmişik, yoxsa bazara? Bu nə hərəkətdir siz edirsiniz?”—deyə, A.Çovdarova müraciət etdim. Mən tərəfdə, başım üstündə 3 nəfər də əməkdaş əlləri qarınlarında çarpaz şəkildə durmuşdular. A.Çovdarov məni eşitməmiş kimi davam etdi. Sanki mən orada yoxam. Vaqifin isə çox ağır psixoloji sarsıntı keçirdiyi göz qabağında idi. Sanki o keyləşmişdi, heç nə eşitmir, heç nə duymurdu.
Mən yenə də etiraz etdim. Bu dəfə səsimi bir azca yüksəltdim və belə davam edəcəyi təqdirdə oranı tərk edəcəyimi, başqa orqanlara müraciət edəcəyimi bildirdim.
Akif Çovdarov qəfildən mənə sarı döndü və: “Qurban müəllim, axı sən bizim idarənin qonağı olmusan, qayda-qanunlarımızı bilirsən. Bu adam mənim göndərdiyim əməkdaşlarıma hörmətizlik edib, tabe olmayıb, lotuluq edib, saymır, gəlmir. MTN-nin tarixində bu ilk adamdır ki, özünü belə “naqlı” aparır. Mən bunun başını tumarlamalıyam? Dövlətə qarşı saymamazlıq edənə sağ ol deməliyəm?”—deyə, dünən baş verən hadisə, Nizami adlı bir nəfərlə telefon danışığı, bu Nizaminin də onun göstərişlərinə tabe olmaması, çağırışına gəlməməsi, onun əməkdaşlarına qarşı hörmətsizlik etməsi barədə durmadan xeyli danışdı.
Mən: “bütün bunların günahı onlarda deyil, məndədir, əgər nəsə xoşagəlməz hərəkətlər olubsa, Sizə qarşı diqqətsizlik ediblərsə, mən üzr istəyirəm. Onlar mənim məsləhətlərimlə hərəkət ediblər. Sizin də əməkdaşlarınız düz etməyiblər axı, heç bir rəsmi sənəd göstərmədən adamları harasa zorla aparmağa çalışıblar. Onların Hacı Məmmədovun və ya bir başqasının dəstəsindən olmamasını biz haradan bilərdik? Qanun var, qayda var, belə olmaz axı, Akif müəllim.”—dedim.
İlk andan olduqca kobud adam təsiri bağışlayan A.Çovdarov getdikcə dəyişdi. Səsi mülayimləşdi, söhbətimiz normal məcraya düşdü. Söhbət əsnasında başı ilə yuxarılara işarə edərək: “birincinin tapşırığıdır, Nehrəmli İbrahimin ərizəsinə dərkənar qoyub, biz də icra etməyə borcluyuq. Neyliyək, nazirimin tapşırığını yerinə yerinə yetirməyək?”
A.Çovdarovun sözlərindən aydın oldu ki, Nehrəmli İbrahim İbrahimov onunla əvvəllər bir yerdə işləmiş Vaqif Bağırovun ona iki milyon borcu oduğu haqqında Eldar Mahmudova ərizə verib, sonuncu da borcun alınmasını Çovdarova tapşırıb.
Mən “MTN nə vaxtdan mülki işlərə baxmağa, məhkəmənin səlahiyyətlərini icra etməyə başlayıb?”—deyə, soruşanda A.Çovdarov bildirdi ki, onun vəzifəsi, sadəcə olaraq, üstünə yazılan ərizəni araşdırmaqdır. Onda mən təklif etdim ki, buyursunlar, Vaqif Bağırovun izahatını alsınlar, biz gedək.
A.Çovdarov İbrahim İbrahimovun biznesindən, onun çoxlu pulu olmağından, ölkədəki kriminal durumdan, apardıqları mübarizədən xeyli danışdıqdan sonra bizə “yaxşı yol” arzuladı və hörmətlə çıxış qapısını göstərdi. Mən: “bəs izahatı kim götürəcək?”—deyə, soruşanda, o: “Əşşi nə izahat, çıxın gedin, gəldiniz, söhbət etdik, şifahi aydınlaşdırdıq, qoy İbrahim getsin versin məhkəməyə pulunu tələb etsin, burada bizlik nə var ki?”—deyə, gülümsədi. Aydın oldu ki, rəsmi qeydiyyatdan keçən heç bir ərizə-filan yoxdur. MTN , Eldar Mahmudov İbrahim İbrahimovun şifahi sifarişini yerinə yetirir. Hansı şərtlə, nəyin müqabilində? Bu suallara yalnız istintaq cavab verə bilər.
Biz çıxdıq. Hiss edirdim ki, Vaqif Bağırov özündə deyil, baş verənləri qətiyyən dərk eləmir və gördüklərinə, eşitdiklərinə inanmır. MTN-nin yüz metrliyində saxladığı maşınına çatanadək tez-tez geriyə baxmasından aydın olurdu ki, o sərbəst buraxıldığına inanmır.
Maşında isə onun mənə dediklərini tam olmasa da, qismən diqqətinizə çatdırmağı zəruri bilirəm: “Balalarına qurban olum, Qurban müəllim. Mən bütün ömrüm boyu sizə minnətdaram, Sizə borcluyam. Bilirsiz siz olmasaydınız nə olacaqdı? Akif Çovdarov əvvəl mənim anamı, bacımı, var-yoxumu söyüb təhqir edəcəkdi, sonra da dəli inək balasını ayaqlayan kimi tapdalayıb ayağı altına salacaqdı, sonra başıma işiyib məni murdarlayacaqdı. Məni kişilikdən salandan sonra podvala salıb iki milyonumu da, var-yoxumu da satdırıb alıncaya qədər orada mənə zülm edəcəkdilər. Mən bundan sonrakı həyatımı sizə borcluyam.” Mən nə qədər də :“əstəgfrulla, sən nə danışırsan, boş şeydir, nə borc-zad? Çovdarov gördü ki sənin cinayətin yoxdu, buraxdı. Bu ölkədə qanun var, qayda var.”—desəm də, o sakitləşmək bilmirdi. Ofisə çatanadək dil qəfəsə qoymadan danışdı. Onu dindirən ruhuna hopmuş qorxu və vahimə idi.
Yalnız ofisdə başqalarının da dediklərindən başa düşdüm ki, həqiqətən də biz çox böyük bəladan xilas olmuşuq. Sən demə, yüzlərlə başqa iş adamının başına gətirilənlərdən məndən başqa çoxlarının xəbəri var imiş. Elə şeylər danışdılar ki, dəhşətə gəldim.
Ancaq bizə qarşı o deyilənlər baş vermədi.
Səbəbini siz dəyərli oxucular üçün növbəti yazımda izah edəcəyəm.
6
Yazmışdım ki, “yalnız ofisdə başqalarının da dediklərindən başa düşdüm ki, həqiqətən də biz çox böyük bəladan xilas olmuşuq. Sən demə, yüzlərlə başqa iş adamının başına gətirilənlərdən məndən başqa çoxlarının xəbəri var imiş. Elə şeylər danışdılar ki, dəhşətə gəldim.
Ancaq bizə qarşı o deyilənlər baş vermədi.
Səbəbini siz dəyərli oxucular üçün növbəti yazımda izah edəcəyəm.”
Akif Çovdarovun bizə qarşı sərgilədiyi münasibətin səbəbləri ilə buyurun tanış olun.
Təbii ki, o bunu mənə görə, mənə olan hörmətindən dolayı, məndən qorxduğuna görə etmədi.
Mən kiməm ki?
Vəzifəm, rəsmi səlahiyyətim, ona rəsmi təsir imkanlarım və onunla şəxsi tanışlığım yoxdur ki, bütün bunlara görə etsin. Müxalifətçi olduğumu və bu rejimin şəxsən mənə olan münasibətini də, mənim sözümlə ona heç kimin irad belə bildirməyəcəyini də yaxşı bilir.
İndi bizə məlum olan əməlləri göstərir ki, məndən qorxmağa da əsası olmayıb.
O kimdən qorxub ki?
Qorxu yeri və hissi olsaydı, bütün bu baş verənləri törətməzdi ki!
Bir də bu ölkədə orta səviyyəli məmur belə, cəzasız qalacağına tam əmin ola-ola, heç kimdən, heç bir instansiyadan və vəzifəli şəxsdən çəkinmədən, qorxmadan min bir qanunsuzluq törədə bilirsə, Akif Çovdarov kimi yüksək vəzifəli şəxs, “dövlət tağşırıqları”nı yerinə yetirən bir məmur məndən qorxardımı? Qətiyyən!
O və onun kimilər dövlətin verdiyi rəsmi status və səlahiyyətlər zirehində heç kimdən, heç nədən və heç haralardan qorxmazlar, çəkinməzlər.
Heç ALLAH(c.c)dan da.
Onlar təkcə axirətə inansaydılar, haqq-hesab gününün mütləqiyini qəbul etsəydilər, bu əməlləri törətməzdilər ki.
Bəs səbəb nə idi?
Ölkəmizdə hüquqi savadsızlıq və hüquqi nihilizmin dərin kök saldığını, adamların qanuna, məhkəmələrə, hüquq mühafizə orqanlarına və deməli həm də öz gələcəklərinə ümidlərini itirdiyini, opalitik, laqeyid və ətrafında baş verən, bir gün onun və ailə üzvlərinin də maraqlarına toxunacaq hadisələrə “bitərəf münasibət”in dərin kök saldığını nəzərə alaraq, burada Akif Çovdarovla aramızda baş verən “anlaşmanın” əsl səbəbini sizlərə ətraflı izah etməyə çalışacağam.
Bu izahdan sonra siz özünüz də tam əmin olacaqsınız ki, Akif Çovdarov, deyilən və göstərilməyə çalışıldığı qədər də qorxunc, vahiməli, qanunları saymayan, anadan cinayətkar doğulan biri deyil, əksinə, yeri gələndə qanunlara hörmət edən birisidir. Həm də təkcə o yox! Bütün cinayətkar məmurlarımız: hakimlərimiz, prokurorlarımız, polislərimiz, nazirlərimiz, özümüz, mən, sən, o, biz, siz və onlar…
Elə Eldar Mahmudov özü də.
Xatırlayırsınızmı 2011-cil ilin fevralını? “Ərəb baharı”ndan sonra Azərbaycan məhkəmələrində, xüsusilə də, xalq arasında “Kupça idarəsi” adlanan DƏDRX-də yaranmış vəziyyət. Hakimlər rüşvət almağı dayandırıb, hətta həmin dövrdə icraatlarında olan işlərə görə aldıqları rüşvətləri geri qaytardılar. DƏDRX-də “Forma-1” və başqa arayışlar öz dövlət qiymətinə verilməyə başlandı və vətəndaşlardan rüşvət tələb edilməsi qəfil durdu.
O xoşbəxt günləri xatırlayırsınızmı? İnsanların necə hisslər keçirdiyini, rüşvətsiz bir ölkədə yaşamaq xoşbəxtliyinidən necə məst olduqları, necə rahat nəfəs aldıqları, gələcəyə ümidləndikləri yadınızdadırmı? Bəzi müxalifətçilər hətta bundan peşiman olmuşdular. Çünki hakimiyyətə qarşı çox ciddi bir arqumentləri əllərindən alınmışdı.
O vaxt hakimlər açıq şəkildə deyirdilər ki, onlara tapşırılıb ki, altı ayadək bir təhər dözsünlər (!!!), almasınlar, aldıqlarını qaytarsınlar. Əhalini incitməsinlər. Şəxsən mənim bildiyim bir neçə işdə məhz belə də oldu. Adamlardan alınan rüşvətlər dərhal özlərinə qaytarıldı. Ancaq o işlərə baxılmadı. Müxtəlif bəhanələrlə işlərə baxılması uzadıldı. Məhkəmə iclasları təxirə salındı.
Təbii ki, söhbət “pullu işlər”dən gedir. Bəlli “pullu işlər”. heç bir mədəni ölkədə bu ifadəyə rast gələ bilməzsiniz. Bu ifadə yalnız bizim hakimlərin, polislərin və prourorların leksikonundadır.
6 ay dözə bilmədilər Cəmisi 3 aydan sonra yenə başladılar. Ancaq bu dəfə “boşdayanmalar”ın (sovetlər vaxtında buna “xolstoy” deyilirdi) da haqqını aldılar. Düz 50 faiz artırdılar rüşvəti.
Bunu sübut etmək üçün, sadəcə, həmin vaxtlarda icraatda olan cinayət və mülki işlərin məhkəmələrdə baxılması müddətlərini, iclasların təxirə salınmasının obyektiv səbəblərdən asılı olub-olmamasını araşdırmaq kifayətdir. Özlərini “korrupsiya mübarizləri” kimi göstərənlər, həqiqətən də bunu istəyirlərsə, mənim iştirakımla bir komissiya yaratsınlar, mən onlara bütün bu deyilənləri konkret cinayət işləri üzrə sübut edim.
O vaxt DƏDRX-in Sumqayıt ərazi idarəsində şahidi olduğum bir hadisə isə bəzi məmurların hansı əxlaq sahibi olduğunun, rüşvət və korrupsiyanın necə dərin kök saldığının, necə qorxunc boyutlara çatdığının bariz göstəricisi idi.
Adamlar DƏDRX-də rüşvət alınmadığını eşidib o vaxtlar sel kimi idarəyə axışırdı. Binanın ikinci mərtəbəsində bir məmurla yanaşı durub çölə baxırdım. Adamalr bir-birinin üstünə minirdi, səs-küydən qulaq tutulur, basabasdan nəfəsləri kəsilir, bar-bar bağırırdılar.
Birdən yanımda duran məmur öz-özünə danışmağa başladı: “ay oğraşlar, eşidiblər ki “Forma-1” müftə verilir, xidmət pulsuz olub, gör necə axışıblar. Siz öləsiz, canınız çıxacaq bu basabasda, dəyyuslar.”
Mən eşitdiklərimə inanmadım. Niyə basabas düşdüyünü, adamlara tez-tez xidmət etməmələrinin səbəbini soruşdum. “Kompyuterdən adi bir çıxarışın verilməsi niyə bu qədər vaxt aparmalıdır ki?”—deyə, maraqlananda, eşitdiklərimdən şoka düşdüm.
“Göstəriş vermişəm ki, gündə 70-80 nəfər buraxılsın. Canları çıxsın, dəftərdə siyahı tuturlar, növbə yazırlar. Qoy gözləsinlər. Qurumsaqlar, pulsuz bilib lazım oldu-olmadı “Forma-1” almağa cumublar. Gör necə qarğa-quzğun kimi hay-küy salırlar. Ay siz öləsiz..”. Arxasınca elə bir küçə söyüşü eşitdim ki, burada ifadə etmək belə mümkün deyil. Mən dönüb söyüşünü onun özünə qaytardım və bildirdim ki, sırada duranlar arasında mənim qohumlarım da var, nə haqla o belə danışır?!
Bu adam sanki birdən-birə ayıldı, nə sayıqladığını anladı və: “bağışlayın, Qurban müəllim, biz də plan veririk axı, dədəmizə yığmırıq ki, bəzi fondlar elə bilirsiz göydən maliyyələşir? Adamların fürsətcilliyi məni əsəbləşdirir,”—dedi və dönüb sürətli addımlarla uzaqlaşdı.
Bu hadisələr iki reallığı dəqiq göstərir:
Problem nə qədər dərindir. Mənəvi pozğunluğumuzun hədləri nə qədər genişdir.
Ali siyasi iradə problemin aradan qaldırılmasında müstəsna rola malikdir. Istəsələr, Gürcüstanda olduğu kimi, hörmətli prezident M.Saakaşvili etdiyi kimi, bir həftə içində rüşvətin, korrupsiyanın, monopoliyanın kökünü 70-80 faiz inzibati tədbirlərlə, yuxarıdan göstərişlərlə, qalan 20-30 faizini isə hüquq-mühaifə orqanlarının əlilə kəsərlər.
Ancaq bu baş vermir? Niyə?
Bu iki sualın: “Akif Çovdarovun bizə münasibətinin səbəbi nə idi?” və “Niyə bu baş vermir” suallarına cavab tapmaq üçün aşağıdakıları diqqət və səbrlə oxumağınız vacibdir.
7
Yazmışdım ki, “ancaq bu baş vermir? Niyə?
Bu iki sualın: “Akif Çovdarovun bizə münasibətinin səbəbi nə idi?” və “Niyə bu baş vermir”, yəni istəsələr, Gürcüstanda olduğu kimi, hörmətli prezident M.Saakaşvili etdiyi kimi, bir həftə içində rüşvətin, korrupsiyanın, monopoliyanın kökünü 70-80 faiz inzibati tədbirlərlə, yuxarıdan göstərişlərlə, qalan 20-30 faizini isə hüquq-mühaifə orqanlarının əlilə kəsərlər.
Ancaq bunu etmirlər. Niyə?
A.Çovdarov və ya istənilən məmur istəməz ki, onun qanunsuz əməllərinin əlavə şahidi olsun.
Onlar tam arxayındırlar ki, əzdikləri insanlar heç vaxt danışmayacaqlar və onları ifşa etməyə qalxmayacaqlar. Onlar günahkar insan psixologiyasını yaxşı bilirlər. “Zorən cinayətkar” edilən və ya əxlaqsız hərəkətlərdə şantaj edilən adamalrın heç vaxt və heç bir halda etiraz edə bilməyəcəklərinə əmindirlər.
Belələri onu da yaxşı bilirlər ki, hakimiyyətə və onun başçısına artıq yük olan, onun nüfuzuna ziyan vurmağa başlayan və ictimai rəyin mənfi istiqamətə köklənməsinə səbəb olan adamlar, gəmini batıra biləcək artıq yük kimi kənara atılırlar. Sadəcə vurulurlar.
Çovdarov isə bunu hamıdan daha yaxşı bilənlərdən biri idi. O, hakimiyyətə xoş hər cür qanunsuz hərəkəti etməyə hazır olan və yeri gəldikcə də “üçü sənə, biri də özümə” prinsipi ilə hərəkət edən, lakin həddini gözləməyi bacaran biri olub. Yoxsa, bu qədər davam etməsi mümkünsüz olardı.
Məmurlar həmişə çalışarlar ki, hüququnu pozduğu adamların yanında üçüncü şəxslər olmasın, yəni nümayəndələri və ya vəkilləri bu proseslərin şahidi olmasınlar. Etdiklərinin jurnalistlərdən də gizli saxlanmasının qayğısına qalarlar. Çünki ictimai rəyi nəzərə almamaq tez “yanmalarına” səbəb olar.
Bu baxımdan, mən şəxsən öz təcrübəmdən deyə bilərəm ki, hüquq-mühafizə orqanlarına tək gedən şəxslərlə, nümayəndəsi və ya vəkili ilə birlikdə gedən adamalra münasibət tamamilə fərqli olur. Bu da təbiidir. Qeyd etdiyim kimi, ən qatı çinayətkar-məmur belə artıq şahid istəməz.
Əziz oxucular, indi bir durun və düşünün, öncə özünüzdən, sonra da ətrafınızdakı adamlardan soruşun: onlardan neçəsinin daimi , uzunmüddətli nümayəndəsi və ya vəkili var?
Onların adlarını, ünvanlarını, telefon nömrələrini bilirlərmi?
Nədən insan həyatı üçün heç bir ciddi önəmi olmayan saçınızı vurdurmaq üçün evinizdən xeyli uzaqda olan dəlləyə gedir, saç ustanızın adını, telefonunu, yerini bilirsiniz, ancaq nümayəndəniz, vəkiliniz yoxdur?
Bir çox vətəndaşalrımızın daim müraciət etdikləri dərzisi, maşın ustası, pinəçisi, al-ver etdiyi satıcısı var, ancaq şəxsi və ya ailə həkimi, nümayəndəsi və ya vəkili yoxdur!
Niyə? Biz mədəni dünyanın çoxdan adi həyat tərzinə çevirdiyi bu adi həqiqətləri nə vaxt dərk edəcəyik?
“Hər şərdə bir xeyir var” deyib babalarımız.
Gəlin bu “MTN şəri”ndən birlikdə faydalanmağa çalışaq. Baxaq görək qanunlarımız bu barədə nə deyir?
Tənbəllik etməyin. Tələsmədən oxuyun.
Bu oxuyacaqlarınız və öyrənəcəkləriniz hər birimizi gələcək çovdarovların şərindən həm bizi qoruyacaq, həm də elə çovdarovların özünü “zorən cinayətkar” olmaqdan çıkindirəcək.
Beləliklə də;
Konstitusiyamızın 55-ci maddəsinə (dövlətin idarə olunmasında iştirak etmək hüququ) əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər.”
Konstitusiyanın 60-cı (hüquq və azadlıqların məhkəmə təminatı) maddəsinə əsasən, “hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.”
Konstitusiyanın 61-ci (hüquqi yardım almaq hüququ) maddəsinə əsasən, “hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.”
- “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli qanunun 1.1-ci yarımmaddəsinə əsaəsn, “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.
Həmin qanunun 3.0.2-ci yarımbəndinə əsaəsn, “müraciət dedikdə, müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət” başa düşülür.
Qanunun 6.2-ci yarımmaddəsinə əsasən, “yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir.
Qanunun 6.6-cı yarımmaddəsinə əsaəsn, “yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 6-cı yarımmaddəsinə əsasən, “məhkəmə baxışının qapalı keçirilməsində işdə iştirak edən şəxslər, onların nümayəndələri iştirak edir.”
14.4—“İşdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər.
49.1– “Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.”
61 (prosesin digər iştirakçıları)–işdə iştirak edən şəxslərdən başqa prosesdə … nümayəndələr və vəkillər iştirak edə bilərlər.
69 (nümayəndə vasitəsi ilə işin aparılması)– Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər… Hüquqi şəxslər məhkəmədə …bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar.
70 (məhkəmədə nümayəndə ola bilən şəxslər)–bu Məcəllənin 71-ci maddəsində sadalanan şəxslər istisna olmaqla, məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilər.
73 (nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi)
–-nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
— Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.
— Azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir.
— Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.
— Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir.
74 (nümayəndənin səlahiyyəti)
–nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
–iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
75 (nümayəndənin səlahiyyətinə xitam verilməsi)–işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər.
— qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir.
121 (nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi)–məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
122.3— tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.
201.1–maddi sübutlar məhkəmə tərəfindən müayinə edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə ekspertlər, mütəxəssislər və şahidlərə təqdim olunur.
202.2— işdə iştirak edən şəxslər və nümayəndələr yerində müayinənin vaxtı və yeri haqqında xəbərdar edilirlər.
205.1–… Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir.
207.3–..mütəxəssisin cəlb olunması barədə vəsatət vermiş şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə cəlb olunmuş mütəxəssisə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verirlər.
209.1. Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslərdən və onların nümayəndələrindən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşur.
210.1— məhkəmə çıxışları işdə iştirak edən şəxslərin, onların nümayəndələrinin və vəkillərinin nitqlərindən ibarətdir.
210.2–əvvəlcə iddiaçı və onun nümayəndəsi, sonra cavabdeh və onun nümayəndəsi çıxış edir. Artıq başlanmış prosesdə mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü şəxs və onun nümayəndəsi tərəflərdən və onların nümayəndələrindən sonra çıxış edir. Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi, tərəfində üçüncü şəxsin işdə iştirak etdiyi iddiaçıdan, yaxud cavabdehdən sonra çıxış edir. İşdə iştirak edən şəxslərin vəkilləri də həmin ardıcıllıqla çıxış edirlər.
211 (replikalar)–…son replika hüququ cavabdehə və onun nümayəndəsinə məxsusdur.
272.5–işdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər.
273 (protokola dair qeydlər)–işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
278.3–ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir.
337.2–ərizəyə baxılmasında təşəbbüsü ilə iş başlanmış psixiatriya müəssisəsi nümayəndəsinin və həmin müəssisədə yerləşdirilməsi haqqında məsələ həll olunan şəxsin nümayəndəsinin iştirakı məcburidir.
361.2–apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir.
367.3–etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanmış etiraza və ya izahata onların işi aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.
461 (nümayəndə təyin etmə hüququ)– Tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu yeri, yaxud ofisi vardırsa və onun Azərbaycan Respublikasında yaşayan nümayəndəsi yoxdursa, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə bilər.
Vergi Məcəlləsi
15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:
15.1.5. vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək;
15.3. Vergi ödəyicisi vergi münasibətlərində bilavasitə və bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, öz qanuni və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak edə bilər.
Əmək Məcəlləsi
Maddə 15. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan
Qeyd: Bu Məcəllədə «əmək münasibətlərinin iştirakçıları» dedikdə, işəgötürənlər, işçilər, mülkiyyətçi, işəgötürənin tabeçiliyində olan vəzifəli şəxslər, əməyin mühafizəsi xidmətlərinin nümayəndələri, işçinin öz hüquqlarını müdafiə etmək üçün müvəkkil etdiyi nümayəndəsi, həmkarlar ittifaqlarının nümayəndələri və işəgötürənlərin nümayəndəli orqanlarının səlahiyyətli vəzifəli şəxsləri başa düşülməlidir.
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ
Maddə 374. Hüquqi şəxsin nümayəndəsi
374.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir.
374.2. Hüquqi şəxsin rəhbəri, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin mənafelərinin təmsil edilməsi etibar edilmiş digər şəxslər hüquqi şəxslərin nümayəndələri hesab edilirlər. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyəti onun qulluq mövqeyini təsdiq edən sənədlərlə müəyyən edilir.
Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. …
Maddə 375. Müdafiəçi və nümayəndə
375.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır.
375.2. Müdafiəçi sifəti ilə və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər.
375.3. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. …
375.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır:
375.4.1. işin bütün materialları ilə tanış olmaq;
375.4.2. sübutlar təqdim etmək;
375.4.3. vəsatət və etirazlar vermək;
375.4.4. işin baxılmasında iştirak etmək;
375.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.
375.5. Müdafiəçi və nümayəndə bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilərlər.
375.6. .. Nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir.
378.0– Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır:
378.0.3. öz nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra etməsi ilə əlaqədar onalara məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi.
430.1–barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATI PROSESSUAL MƏCƏLLƏSİ
17.4— Qapalı məhkəmə iclasında tərəflər və digər proses iştirakçıları, onların nümayəndələri və vəkilləri, zərurət olduğu hallarda şahidlər, ekspertlər və tərcüməçilər iştirak edə bilərlər.
Maddə 31. Prosessual nümayəndəlik
31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır.
31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.
Maddə 61. İş üzrə icraat materialları ilə tanış olmaq hüququ
61.1. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər.
AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ
1.1.21. seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslər — müşahidəçilər, beynəlxalq (xarici) müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr, kütləvi informasiya vasitələrinin nümayəndələri;
40.10. Seçki komissiyalarında rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəflərin nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır
59.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları
7.0.18. cinayət prosesinin iştirakçıları — təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidir;
7.0.31. zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi — cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndə qismində dəvət etdiyi digər şəxs və ya zərər çəkmiş şəxsin qohumudur;[7]
19.2– Cinayət prosesini həyata keçirən orqan, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı , mülki cavabdeh və ya onların qanuni nümayəndələrinin cinayət, prosesi gedişində özlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada dəvət etdiyi nümayəndənin hüquqi yardımından istifadə etmək hüququnu gözləməlidir.
19.3– Zərər çəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ yoxdur.
87.6– Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
87.6.21– nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;
87.8– Zərər çəkmiş şəxs şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.
89.4– Mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
89.4.17– nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;
89.7. Mülki iddiaçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.
93.4. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada mülki cavabdeh aşağıdakı hüquqları həyata keçirir:
93.4.19—nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;
93.7.Mülki cavabdeh şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.
Hər birinizə tez-tez lazım ola biləcək aşağıdakı maddəyə xüsusi diqqət verin. Şünki öğzümüzdən asılı olmayaraq hər an hansısa hadisənin, cinayətin şahidi ola bilərik. Yaxud da pul qoparılmaq məqsədilə çağrıla bilərik.
95.6– Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
95.6.11. istintaq və ya digər prosessual hərəkətlərin icrası zamanı həmin hərəkətlər başlananadək nümayəndəyə malik olmaq;
Maddə 102. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndələri
102.1. Cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin qanuni mənafeyini təmsil edən şəxslər onların nümayəndələri hesab edilirlər.
102.2. Cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində müvafiq şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və digər şəxslər iştirak edə bilərlər. …
102.4. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi ola bilər. …
102.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir.
102.6. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
102.6.14. təmsil etdiyi şəxsin razılığı ilə onun üçün digər nümayəndə dəvət etmək və nümayəndəliyi digər şəxsə etibar etmək;
102.8. … nümayəndə, … aşağıdakıları etmək hüququna malikdir:
102.8.1. təmsil etdiyi şəxsə qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə verilmiş şikayətdən imtina etmək;
102.8.2. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;
102.8.3. nümayəndəsi olduğu zərər çəkmiş şəxsin xüsusi ittihamçı qismində tanınmasını tələb etmək;
102.8.4. təmsil etdiyi şəxsin verdiyi mülki iddiadan imtina etmək;
102.8.5. təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş mülki iddianı qəbul etmək;
102.8.6. təmsil etdiyi şəxsə məhkəmənin qərarı ilə verilmiş əmlakı almaq.
102.9. …nümayəndəsi..aşağıdakı vəzifələri yerinə yetirməlidir:
102.9.1. təmsil etdiyi şəxsin göstərişlərinə əməl etmək;
102.9.2. özünün nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri cinayət prosesini həyata keçirən orqana təqdim etmək;
102.9.3. təmsil etdiyi şəxsin qanuni mənafeyinin müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
102.9.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;
102.9.5. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
102.9.6. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;
102.9.7. məhkəmə iclasında qaydaya riayət etmək;
102.9.8. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
102.9.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
103.1. Xüsusi ittihamçının nümayəndəsi cinayət təqibi üzrə icraat zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir.
103.5. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada xüsusi ittihamçının nümayəndəsi aşağıdakı hüquqlara malikdir:
103.5.1. cinayət təqibi üzrə materialların hazırlanmasını həyata keçirmək;
103.5.2. təmsil etdiyi şəxsin razılığı ilə cinayət prosesinin istənilən anında ittihamdan imtina etmək;
103.5.3. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirmək;
103.5.4. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında təmsil etdiyi şəxsin əvəzinə giriş sözü, nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;
103.5.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Aşağıdakı maddəyə xüsusi diqqət edin !!!
Şahidin nümayəndəsi.
105.1. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı zamanı şahidi cinayət prosesini həyata keçirən orqana müşayiət etmək üçün onun tərəfindən nümayəndə qismində dəvət edilmiş və bu hərəkətlərin aparılmasının başlanğıcında gəlmiş nümayəndə (vəkil və ya digər şəxs) səlahiyyətini təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra aşağıdakı hüquqlara malikdir:
105.1.1. təmsil etdiyi şəxsin hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə çağırıldığını bilmək;
105.1.2. təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
105.1.3. təmsil etdiyi şəxsin razılığı ilə onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək;
105.1.4. xahişlər etmək;
105.1.5. təmsil etdiyi şəxsə hüquqi məsələlər üzrə izahat vermək.
114.4. Müdafiəçi və ya nümayəndə qismində təyin edilmiş şəxsin səriştəsinə və ya vicdanlı olmasına şübhə və ya digər səbəblər olduqda, müdafiə olunan, yaxud təmsil etdiyi şəxsin vəsatəti əsasında müdafiəçi və ya nümayəndə cinayət prosesindən kənarlaşdırılmalıdır.
Bunu bilirsinizmi?
119.1. Bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs özünün zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır.
119.2. Cinayət prosesini həyata keçirən orqan şəxsin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizəsini aldığı andan 3 (üç) gündən gec olmayaraq ona baxmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməklə bu qərarın surətini ərizəçiyə göndərməlidir.
161.1. İstintaq təcridxanasının müdiriyyətinin aşağıdakı vəzifələri vardır:
161.1.5. həbs edilmiş şəxslərin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları ilə və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərini təmin etmək;
181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər
220.3. Cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz.
227.1. … Şahidin dindirilməsində onun nümayəndəsi (vəkil və ya digər şəxs) iştirak etmək hüququna malikdir
229.3. Lal, kar, kor və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsində onun qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilər.
235.6. Bu Məcəllənin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş hallarda üzləşdirmənin aparılmasında müəllim, həkim, tərcüməçi və dindirilən şəxsin qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilərlər.
244.5. İdarə, müəssisə, təşkilatlara, hərbi hissələrə məxsus olan binalarda axtarış və ya götürmə onların nümayəndəsinin iştirakı ilə aparılır.
244.6. Barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstəntiqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydlər vermək hüququna malikdirlər.
247.5. Axtarış və ya götürmə idarə, müəssisə, təşkilat və hərbi hissənin ərazisində aparıldıqda, protokolun surəti onların nümayəndələrinə verilir
260.3. Zəruri hallarda ifadələrin yerində yoxlanılmasında müstəntiqin dəvəti ilə, həmçinin tərcüməçi, mütəxəssis, ifadəsi yoxlanılan cinayət prosesi iştirakçısının qanuni nümayəndəsi və ya nümayəndəsi, habelə müəllim, həkim və digər şəxslər iştirak edirlər.
284.1… müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir:
284.1.1. ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir;
284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir.
284.2. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır.
292.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, onların qanuni nümayəndələrinə və nümayəndələrinə gələcəkdə vəsatət və şikayətlərini məhkəməyə göndərmək hüququnu izah etməklə cinayət işinin məhkəməyə göndərilməsi barədə onlara dərhal məlumat verməlidir.
300.4. Məhkəmənin hazırlıq iclasında qəbul edilmiş qərarların surətləri qəbul edildikdən sonra 3 (üç) gün müddətində aşağıdakı şəxslərə verilir (poçtla göndərilir):
300.4.1. bu Məcəllənin 300.1.1, 300.1.3 və 300.1.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar çıxarıldıqda—təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə;
300.4.2. bu Məcəllənin 300.1.2 və 300.1.3-cü maddələrində nəzərdə tutulmuş qərar çıxarıldıqda—xüsusi ittihamçıya, barəsində şikayət verilmiş şəxsə və onların nümayəndələrinə.
325.2. Məhkəmə istintaqı zamanı sübutların tədqiq edilməsinin aşağıdakı ardıcıllığı təmin edilir:
325.2.1. ittiham tərəfinin təqdim etdiyi sübutlar — növbə ilə dövlət ittihamçısı, xüsusi ittihamçı və ya zərər çəkmiş şəxs, onun nümayəndəsi, mülki iddiaçı və onun nümayəndəsi tərəfindən;
325.2.2. müdafiə tərəfinin təqdim etdiyi sübutlar — növbə ilə təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, mülki cavabdeh və onun nümayəndəsi tərəfindən;
325.2.3. məhkəmənin təşəbbüsü ilə tələb edilmiş sübutlar yuxarıda göstərilmiş ardıcıllıqla əvvəl ittiham tərəfinin, sonra isə müdafiə tərəfinin nümayəndələri tərəfindən.
340.1. Məhkəmə çıxışları dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və ya onun nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi, təqsirləndirilən şəxs (yalnız müdafiəçi işdə iştirak etmədiyi halda) və ya onun müdafiəçisi, mülki cavabdeh və ya onun nümayəndəsi tərəfindən növbə ilə söylənilən nitqlərdən ibarətdir.
358.1. Məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq aşağıdakı hərəkətlər yerinə yetirilməlidir:
358.1.1. məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya) və onun nümayəndəsinə verməlidir;
383.1. Apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir:
383.1.5. zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə—zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi;
383.1.6. mülki iddiaya dair hissədə—mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri.
390.7. Zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) apellyasiya instansiyası məhkəməsində iştirak edən nümayəndəsi öz apellyasiya şikayətini, habelə zərər çəkmiş şəxsin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin apellyasiya şikayətini yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürmək hüququna malikdir.
Maddə 409. Kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququ olan şəxslərKM3
409.1. Kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər:
409.1.2. zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi;
409.1.3. mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri.
409.4. Zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi hökmdən yalnız zərər çəkmişə ziyan vurmuş şəxsə və hərəkətlərə aid hissədən şikayət vermək hüququna malikdirlər.
409.5. Mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədən və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər.
414.7. Kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir.
420.2. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər.
422.3. Əlavə kassasiya qaydasında şikayət vermək hüququna zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri, … malikdir:
Əziz həmvətənim!
Sizin qiymətli vaxtınızı, sizinçün, bəlkə də, əhəmiyyətsiz görsənən bu normaları oxumağa sərf etdirdiyimdən dolayı məni qınamayın.
A.Çovdarovun bizimlə yuxarıda qeyd etdiyim kimi davranmasının əsl səbəbi bu normalarda ifadə edilib.
Bu qanunlara görə, hər bir vətəndaş elə ilk addımından, yəni istənilən dövlət orqanına dəvət edildiyi andan nümayəndəyə malik olmaq, vəkil tutmaq hüquqna malikdir. Çox təəssüflər ki bizim çoxumuz bizimçün həyati əhəmiyyət daşıyan bu hüquqlarımızdan istifadə etmir, həyatımızı, əsəblərimiz və mülkiyyətimizi təhlükəyə atırıq.
Hələ bu günədək elə bir fakt olmayıb ki, nümayəndənin, vəkilin yanında hansısa şəxs döyülsün, söyülsün, işgəncəyə məruz qalsın. Əgər olubsa, deməli, nümayəndə və ya vəkil yerində olmayıb, satılıb.
Çalışın sizə hüquqi xidmət göstərəcək nümayəndənizi vaxtında seçin, ona vaxtında etibarnamə verin ki, iş-işdən keçəndən sonra bunu vaxtında etmədiyinizə görə peşiman olmayasınız.
Nümayəndənizin, vəkilinizin adını, ünvanını, telefon nömrəsini əzbər bilməlisiniz. Onun vizit kartı daim şəxsiyyət vəsiqənizin yanında olsun.
Bununla mən heç də demək istəmirəm ki, nümayəndəniz olsa, vəkil tutsanız, Sizin hüquqlarınız bir daha pozulmayacaq. Yox, mən o qədər də xəyalpərvər deyiləm. Ancaq əmin olun: çovdarovlar sizi şəxsi həbsxanalarına sala bilməyəcək, sizi vəhşicəsinə döyüb şikəst edə bilməyəcək, mülkiyyətinizi əlinizdən alıb sizi intihar etməyə məcbur edə bilməyəcək. Buna isə tam təminat verirəm.
Faktlar sübut edir ki, Akif Çovdarov deyilən qədər də “bezpredel” olmayıb. İfşa ediləcəyini hiss edən kimi qanuna tabe olub, qanunsuzluqdan geri çəkilib. Deməli, özümüzə qarşı qanunsuz hərəkətlərə rəvac verən, bir tərəfdən ölkədəki dərəbəyliyin tüğyan etməsi və dövlət intizamının olmamasıdırsa, digər tərəfdən bizim öz hüquqlarımıza laqeyd münasibətimizdir.
Əks təqdirdə, aşağıdakı suallarla tez-tez qarşılaşmalı, onlara cavab axtarmalı olacağıq:
Vaxtilə MTN-dən uzaqlaşdırılsalar da, Akif Çovdarovla keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, prezidentə və ya səlahiyyətli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
- Onların kimliyi sizlərə məlumdurmu?
- Bu adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz üçün potensial təhlükə deyilmi?
- Bu qədər geniş yayılmış şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi?..”
- İş adamı İbrahim İbrahimov, məhkəmələr qala-qala, niyə Akif Çovdarova, Eldar Mahmudova müraciət edirdi? O haradan bilirmiş ki, MTN-də reketçiliklə məşğul olan adamlar var?
- Ən vacib suallardan biri də budur: “MTN işi”, doğrudanmı dövlətçilik naminə, qanunun aliliyi naminə aparılır?
Bu sualların cavabını isə növbəti yazılarımızda araşdırmağa çalışacağıq.
8
Yazmışdım ki, “deməli, özümüzə qarşı qanunsuz hərəkətlərə rəvac verən, bir tərəfdən ölkədəki dərəbəyliyin tüğyan etməsi və dövlət intizamının olmamasıdırsa, digər tərəfdən bizim öz hüquqlarımıza laqeyd münasibətimizdir.
Əks təqdirdə, aşağıdakı suallarla tez-tez qarşılaşmalı, onlara cavab axtarmalı olacağıq:
Vaxtilə MTN-dən uzaqlaşdırılsalar da, əvvəllər E.Mahmudovun rəhbərliyi altında olmuş, yaxud da Akif Çovdarovla keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, prezidentə və ya səlahiyyətli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
- Onların kimliyi sizlərə məlumdurmu?
- Bu adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz üçün potensial təhlükə deyilmi?
- Bu qədər geniş yayılmış şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi?..”
- İş adamı İbrahim İbrahimov, məhkəmələr qala-qala, niyə Akif Çovdarova, Eldar Mahmudova müraciət edirdi? O haradan bilirmiş ki, MTN-də reketçiliklə məşğul olan adamlar var?
- Ən vacib suallardan biri də budur: “MTN işi”, doğrudanmı dövlətçilik naminə, qanunun aliliyi naminə aparılır?
Bu sualların izahına keçməzdən öncə, bir daha düşünməyinizi istərdim: “Nehrəmli İbrahim”in mülki mübahisəyə görə MTN-ə müraciət etməsi təsadüfdürmü?
Bəs, onun bu müraciətini “icraata” qəbul edən MTN rəhbərliyi necə, onlar ki iş adamının həmin məsələ ilə bağlı, onlara yox, mülki qaydada məhkəməyə müraciət etməli, iddia qaldırmalı olduğunu yaxşı bilirdilər və bilməyə də borcludurlar.
Deməli, İbrahim İbrahimov əvvəlcədən bilirmiş ki, MTN-də razborkalarla, reketçiliklə, adamlardan hədə-qorxu ilə pul tələb etmə ilə məşğul olan adamlar, strukturlar var. MTN-də şəxsi sifarişlərin qəbul olunduğu da ona bəlli imiş.
Ancaq haradan?
Bax əsas məsələ budur!
Prezidentin vaxtında bilmədiyini və ya on il sonra bildiyini “Nehrəmli İbrahim” haradan bilirmiş? Bildiyi bu dəhşətli faktları niyə Prezidentə və ya yaxın olduğu vəzifəli şəxslərə çatdırmayıb?
Bildiyi bu çox ağır cinayətlər barədə vaxtında Prezidentə məlumat verməməsinin, əslində, Prezidentə xəyanət olduğunu dərk etməyibmi?
Bəlkə MTN-nin bu xidmətlərindən istifadə etmək onun da maraqlarına cavab verirmiş?
Hansı maraqlarına?
Vaqif Bağırovdan başqa da MTN-ə kimlərinsə haqqında sifarişlər veribmi? Verdiyi bu sifarişlərə görə, məsələn, Vaqif Bağırovla bağlı Çovdarova nə qədər ödəyib? Beynəlxalq Bankdan aldığı kreditləri ödəməkdə çətinlik çəkməsində çovdarovların rolu varmı? Axı, artıq məlumdur ki, A.Çovdarov və MTN-də fəaliyyət göstərən bu cinayətkar dəstə işləri haqq müqabilində görürmüşlər.
Suallar o qədər çoxdur ki, bunu böyük bir istintaq qrupunun araşdırmasına ehtiyac var.
Qayıdaq əsas suallara.
Ancaq, əziz həmvətənlərim, bir məsələni burada xüsusi vurğulamağı özümə vətəndaşlıq borcu bilirəm.
İstər MTN-də, istərsə Daxili İşlər Nazirliyində, elə istərsə də məhkəmə sistemimizdə olan və bundan sonra da ola biləcək hansısa cinayətkarların və ya cinayətkar dəstələrin ifşa edilməsi, həmin orqanlara etimadsızlıq göstərməyimizə, bu orqanların bütövlükdə nüfuzdan salınmasına səbəb ola bilməz və olmamalıdır. Həmin orqanlarda bu gün də minlərlə ləyaqətli övladlarımız öz vəzifələrini şərəflə yerinə yetirməkdə davam edirlər.
Onu da nəzərə almalıyıq ki, MTN-lə bağlı baş verən proseslər gizli cəbhədə, düşmənin arxasında və ya əkskəşfiyyat sahəsində çalışan gizli-adsız qəhrəmanlarımızın həyatının təhlükəyə atılmasına səbəb olmamalıdır. Əks təqdirdə, dövlətimizə olan kütləvi-milli inamsızlıq çox, həm də daha çox və qorxulu problemlər yarada bilər. İctimai ruh düşkünlüyünə qətiyyən yol vermək olmaz. Əksinə, indi baş verənləri dövlətçiliyimizin möhkəmlənməsinə yönəltməyi bacarmalıyıq.
Beləliklə də:
- Vaxtilə MTN-dən uzaqlaşdırılsalar da, Mahmudovun rəhbərliyi altında olmuş, yaxud da Akif Çovdarovla keçmişdə birlikdə işləyən, ona rəhbərlik etmiş başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, prezidentə və ya səlahiyyətli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
Bizdə uzun illərdir ki, çox ziyanlı bir “dövlətçilik ənənəsi” formalaşıb.
Adam istədiyi kimi qanunları pozur, vaxtında öz vəzifələrini yerinə yetirməməklə, özünün hərəkətsizliyi ilə, cinayətlərə nəyinsə müqabilində göz yumması ilə, yaxud da birbaşa rüşvət müqabilində minlərlə başqa cinayətlərə yol açır və vaxtında ifşa edilmədisə, başqa vəzifəyə keçdisə, yaxud da təqaüdə çıxdısa, əvvəl topladığı haram sərvəti hesabına firavan həyatını davam etdirir.
Ancaq mədəni, sivil, hüquqi dövlətlərdə belə olmur.
Adam 90 yaşında da, vəzifədən gedəndən 20-30 il sonra da, vaxtilə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilir, ölümünə bir gün qalmış belə ifşa edilir.
Bu məqamda rəhmətlik “qanuni oğru” Hikmət Muxtarovun bir söhbəti yadıma düşdü.
Danışırdı ki, Tbilisidə bir gürcü qanuni oğrunun dəfninə toplaşıblarmış. Hamısı, yasa gecikən başqa bir ağsaqqal oğrunu gözləyirmişlər ki, o gələndən sonra vidalaşaraq tabutu yerdən qaldırsınlar. Ağsaqqal gəlmiş, mərhumun həyət-bacasına, maşınlarına , dəbdəbəli villasına göz gəzdirmiş, asta-asta tabuta yaxınlaşaraq əyilib meyidin qulağına nəsə pıçıldadıqdan sonra da asta addımlarla yası tərk edərkən bütün oğrular onun dalınca meyidi ortada qoyub çıxmışlar. Meyidin qulağına nə dediyini soruşanda isə, qoca oğru belə cavab vermişdir: ” Biz lagerlərdə “stradat edəndə” (əzab çəkəndə) sən sərvət toplamaqla məşğul imişsən. Sən o dünyaya oğru kimi gedə bilməzsən, sən qanuni oğru deyilsən, mən sənin adını geri alıram, dedim.”
Bax budur prinsip.
Oğrular öz qanunlarına dönmədən əməl etdikləri kimi, dövlət də öz qanunlarına və prinsiplərinə əməl etməlidir. Yalnız bu halda dovlətçilik ənənələri daim canlı qala bilər. Osmanlıda olduğu kimi!
İstənilən dövləti ayaqda tutan, onu möhkəm edən üç vacib prinsip var:
— qanun qarşısında hamının bərabərliyi,
–qanunları pozmağa görə cəzanın qaçılmazlığı və
— ədalət prinsipi.
Hətta diktatura və avtoritar rejimlərdə belə, bu prinsiplərə əməl edilməsi onların ömrünü artıra bilər.
Bu baxımdan, MTN-də baş verən hadisələr indi vəzifədə olanlarla, yaxud da E.Mahmudovla sonadək işləyənlərlə sonuclanmamalıdır. Son 20-30 ildə MTN-də çalışıb başqa vəzifələrə gedənlərdən də hesab sorulmalıdır. Ən azı, cinayəti bilib gizlətdiklərinə, vəzifələrini layiqincə yerinə yetirmədiklərinə görə hamısı cavab verməlidir.
Çünki dövlətçilik şüuru bizdən məhz bunu tələb edir. Bu adamlar bizlərin vergisi hesabına əmək haqqı alıblar. Həmin əmək haqqının müqabilində isə vəzifələrini yerinə yetirməyiblərsə, hansısa qaydada məsuliyyət daşımalıdırlar və bunu elə etmək lazımdır ki, bütün məmurlara görk olsun.
Xüsusilə də, nəzərə alanda ki, bu “ekslər” indi milyonluqlarla mal-mülk, sərvət sahibidirlər, onda aydın olur ki, elə onlar da eyni cinayətlərlə məşğul imişlər. Yoxsa, dövlətdən alınan əmək haqqı ilə o boyda sərvətə sahib olmağın mümkün olmadığı körpə uşaqlara da məlumdur. Kimi aldadırıq ki? Yalnız özümüzü, əlbəttə.
Heç kim arxayın olmamalıdır ki, “tutulmayan oğru, xandan-bəydən doğru” prinsipi ilə millətə, dövlətə və ona etibar edən Prezidentə xəyanət edib də həyatlarını rahatca davam etdirə biləcəklər.
Onlardan kimləri siz tanıyırsınız? Hansı mal varlıqları var? İndi hansı vəzifələrdədirlər? Hansı biznesləri var? Bu barədə olan məlumatlarınızı mütləq əlaqədar orqanlara, ən azı Prezidentin elektron poçtuna göndərməyiniz dövlətçiliyimizə çox böyük xidmət olardı.
Unutmayın ki, həmin adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz, dövlətçiliyimiz üçün çox böyük potensial təhlükədir.
İndi əsas sual budur: belə geniş yayılmış cinayətkar şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi və “MTN işi”, doğrudanmı, dövlətçilik naminə, qanunun aliliyi naminə edilir?
“MTN işi”nin son Nardaran olayları ilə əlaqəsi varmı?
Kimlər Eldar Mahmudovun boş qalan “nüfuz yeri”ni doldurmağa çalışırlar?
Bununçün altı gənc vətəndaşımızın qanını tökməyə, silahsız, köməksiz, dindar bir kəndin üzərində güc, gövdə göstərisi nümayiş etdirməyə, xalqın yetişdirdiyi savadlı din xadimi Tale Bağırzadəni və dostlarını həbs etməyə, millətimizi də dünyaya terrorçu kimi tanıtmağa dəyərdimi?
9
Yazmışdım ki:
“İndi əsas sual budur: belə geniş yayılmış cinayətkar şəbəkəyə qarşı prezident təkbaşına mübarizə apara bilərmi?
“MTN işi”, doğrudanmı, dövlətçilik naminə, qanunun aliliyi naminə aparılır?
“MTN işi”nin son Nardaran olayları ilə əlaqəsi varmı?
Kimlər Eldar Mahmudovun boş qalan “nüfuz yeri”ni doldurmağa çalışırlar?
Bununçün yeddi gənc vətəndaşımızın qanını tökməyə, silahsız, köməksiz, dindar bir kəndin üzərində güc, gövdə göstərisi nümayiş etdirməyə, xalqın yetişdirdiyi savadlı din xadimi Tale Bağırzadəni və dostlarını həbs etməyə, millətimizi də dünyaya terrorçu kimi tanıtmağa dəyərdimi?
Başlayaq birinci sualdan. Belə geniş yayılmış cinayətkar şəbəkəyə qarşı prezident təkbaşına mübarizə apara bilərmi?
Dünyanın heç bir prezidentinin imkanı yoxdur ki, hər bir məmurun yanına əli avtomatlı bir güdükçü qoysun və ya hamıya şəxsən nəzarət eləsin. Bu məqsədlə müxtəlif strukturlar yaradılır, vəzifələr təsis edilir, onlar maliyyələşdirilir və s. Hər kəs öz vəzifəsini yerinə yetirməlidir ki, nəticədə dövlət normal idarə edilsin. Dövlət rəhbərinin vəzifəsi isə, ümumi rəhbərliyi həyata keçirmək, icra strukturlarının fəaliyyət prinsiplərini və istiqamətlərini müəyyənləşdirmək, müxtəlif orqanların işini əlaqələndirmək və dövlət intizamını, qanunların icrası üzərində nəzarəti təşkil etməkdir.
Bir sözlə, fərdlərlə-sıravi vətəndaşlarla bilavasitə işləmək dövlət başçısının vəzifəsi deyil.
Soruşa bilərsiniz ki, dövlət başçısı son 12 ildə hara baxırmış ki, dövlətin bel sütunlarından biri sayılan bu vacib orqanda cinayət belə geniş vüsət alıb?
Bu günkü tədbirlərin məhz ilk növbədə prezidentin şəxsi təşəbbüsü ilə həyata keçirilməsi onu göstərir ki, prezidentə xəbər-məlumat verməli olan bir çox vəzifəli şəxslər tərəfindən vəzifə təlimatları pozulub, MTN-də baş verənlər barədə prezidentə, həqiqətən də, ya vaxtında xəbər verilməyib, ya da baş verənlər yol verilə biləcək əndazəsini aşıb deyə, prezidentin səbri tükənib.
İstənilən halda, prezidentin başlatdığı bu kompaniya dövlətçilik baxımından vacib və faydalıdır. Bu sahədə ona yardım lazım olacaqsa, bütün xalq dövlət başçısını müdafiə etməli, ona arxa durmalıdır. Millət dövlət idarəçiliyində kök salmış bu quldur dəstələrini təmizləməkdə bir nəfər kimi səfərbər olmalı, prezidenti tək qoymamalıdır.
İndi atılan addımlar isə ardıcıl, qətiyyətli və fasiləsiz olmalıdır. Əks təqdirdə, ictimai dəstək məsələsində, prezident-xalq birliyinə nail olunmasında problemlər yarana bilər.
Ölkədə olduqca qorxunc proseslər gedir. Həm bu gün cəzalanan, həm də öz növbəsinin tezliklə gələcəyini hiss edən qüvvələr hər an revanş götürməyə, xilas olmaları üçün ölkədə stabilliyi pozmağa hazırdırlar və bunun əlamətləri artıq görsənməkdədir.
Hətta bir çox xarici qüvvələr də ölkəmizdə öz geosiyasi maraqlarını təmin etmək məqsədilə hər an daxili problemlərimizdən istifadə etməyə hazırdırlar.
Bilirəm ki, bu mövqeyimə görə bir çox müxalifətçi dostlarım tərəfindən qınanıla bilərəm. Bir çoxları məni başa düşə bilməyəcək və ya başa düşmək istəməyəcəklər.
Ancaq öncə VƏTƏN, öncə DÖVLƏTimizdir.
Bizim getməyə, qaçmağa yerimiz, ikinci vətənimiz yoxdur. Bu mafiozların vətəni isə ciblərindəki bank kartlarıdır. Hara getsələr bu “kart-vətən”lərini də özləri ilə aparacaqlar.
Bir islam alimi yazır: “əgər ölkənizdə hakimiyyət zorla, qanunsuz ələ keçirilibsə və bu ələ keçirən şəxs müsəlmandırsa, namaz qılandırsa, eləcə də ölkənizdə iqtisadi azadlıqlar varsa, siyasi azadlıqlarınız uğrunda mübarizəyə qalxmayın, səbr edin, yoxsa dövlətinizi də itirərsiniz!”
Son illərdə islam aləmində baş verən hadisələri və onların nəticələrini nəzərə alanda bu fikrin müdrikliyini qəbul etməmək olmur. Biz öz siyasi, korporativ maraqlarımıza görə dövlətimizi, millətimizi qurban verə bilmərik.
Ancaq bu məsələdə bütün tərəflər öz tarixi missiyalarını başa düşməli, üzərlərinə düşəni vaxtında, həm də mütləq vaxtında, gecikmədən icra etməlidirlər. Bizim atacağımız addımlar geosiyasi proseslərin inkişaf dinamikasına uyğun olmalıdır. Yoxsa gec ola bilər. Proseslər geridönməz xarakter alandan sonra 7 yox, 700 min adamı öldürsək də, DÖVLƏTİMİZİ xilas edə bilməyəcəyik. Qapımız isə çox müxtəlif təhlükələr tərəfindən artıq döyülməkdədir. Bunları eşitməmək üçün ancaq kar olmaq gərək.
İlk növbədə iqtisadiyyatdakı MONOPOLİYA dərhal götürülməli, insanların iqtisadi azadlıqları tam təmin edilməli, iş adamlarına sözdə yox, əməldə həqiqi qayğı göstərilməlidir. İnsanlar bu ölkədə biznes qurmaqdan təkcə para qazanmamalı, həm də gördükləri işlərdən zövq ala bilmədilər. Biznesləri onlar üçün sevinc mənbəyinə çevrilməlidir ki, bu sevincdən başqalarına da, dolayısı ilə də ictimai rəyə pay düşsün. Məmurlar dərk etməlidirlər ki, onların vəzifəsi ilk növbədə xalqa həqiqətən xidmət etmək, onların problemlərini həll etmək, dərdlərinə şərik olmaq, çətinliklərini asanlaşdırmaqdır. Bununçün vəzifədən sui-istifadə, rüşvətxorluq kimi hallara qarşı ciddi, həqiqi mübarizə aparılmalı, cəzaları sərtləşdirmədən, indiki cəzaların qaçılmazlığını təmin etməliyik.
İkincisi isə, ilk növbədə məhkəmə sistemindən başlayaraq, rüşvətin kökü kəsilməli, bununçün də kompleks tədbirlər həyata keçirilməlidir. Bu barədə ayrıca bir məqalə yazacağımı nəzərə alaraq, burada hələlik bununla kifayətlənirəm.
Ancaq indi çoxlarını bu sual daha çox düşündürür: “MTN işi”, doğrudanmı, dövlətçilik naminə, qanunun aliliyi naminə aparılır?
Əziz dostlar, istənilən prosesin ən düzgün qiymətləndirmə meyarı onun nəticəsidir. Yəni gördüyümüz hər hansı işin nəticəsinəd gözlədiyimiz nəsə yaxşı bir şey əldə olunubsa, deməli, prosesi düçgün aparmışıq. Bu adi həqiqətdən çıxış edərək, indi baş verənlərə mümkün qədər obyektiv qiymət verə bilərik.
Proseslər yeni başlayıb. Görüləsi hələ çox işlər var. Uzun və yorucu bir yolun əvvəlindəyik.
Bu proses davam edəcəkmi? MTN-dən də bərbad gündə olan başqa dövlət strukturlarını da əhatə edəcəkmi?
Məhkəmələrdə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində (DƏDRX), gömrük və vergi orqanlarındakı eyni vəziyyətin aradan qaldırılması üçün tədbirlərə başlanacaqmı? Xarici ölkələrdə yüksək təhsil almış gənclərimiz elə yüksək də vəzifələrə irəli çəkilərək idarəçiliyimiz gəncləşəcəkmi?
Bu parafin iyi verən, zehni keçən kommunist əsrində qalmış, tamahını, qarnını, nəfsini isə özü ilə sürüyüb günümüzə gətirmiş ruhu qocalmışlardan xilas ola biləcəyikmi?
Təbii ki, yalnız bu dediklərim baş verdikdən sonra deyə biləcəyik ki, bəli, indi baş verənlər dövlətçilik naminə, qanunçuluq naminə edilirmiş. Ancaq hələ ki…proseslər davam edir. Bu xəmir çox su aparana oxşayır və bizdən də səbr tələb edir.
Ancaq aşağıdkı suallar təcili cavablarını gözləyir. Çünki əhali arasında bu barədə müxtəlif şayiələr dolaşır, müxtəlif versiyalar səsləndirilir.
Bu isə ictimai rəyin qeyri-müəyyənliyi baxımından zərərldir və ictimai rəyi rahatlatmaq, insanlarımızda ruhi arxayınlıq yaratmaq, gələcəklərinə əminlik hissini formalaşdırmaq baxımından bu suallara cavablar verilməlidir.
“MTN işi”nin son Nardaran olayları ilə əlaqəsi varmı?
Kimlər Eldar Mahmudovun boş qalan “nüfuz yeri”ni doldurmağa çalışırlar?
Bununçün yeddi gənc vətəndaşımızın qanını tökməyə, silahsız, köməksiz, dindar bir kəndin üzərində güc, gövdə göstərisi nümayiş etdirməyə, xalqın yetişdirdiyi savadlı din xadimi Tale Bağırzadəni və dostlarını həbs etməyə, millətimizi də dünyaya terrorçu kimi tanıtmağa dəyərdimi?
Bu günlərdə saytların birində belə bir şərh oxudum: “Eldar Mahmudov, sən Azərbaycan xalqının… Iran mollaları Nardarandakı şarlatanların əli ilə günümüzü qara etmək istəyirlər. Sənin fəaliyyətin nəticəsində bu bədbəxt mollalar ölkəmizi də bədbəxt ərəblərin gününə salmaq istəyir.” Sitat olduğu kimidir.
Bu məzmunda xeyli rəylər yazılır və hiss olunur ki, bütün bunlar system halında və vahid mərkəzdən idarə edilir. Kimlərsə demək istəyir ki, guya Eldar Mahmudov Nardaranda ərəbsayağı mollaların fəaliyyətinə ya göz yumaraq şərait yaratmış, ya da qabiliyyətsizlik göstərərək, qarşısını vaxtında almamışdır.
Əvvəla, Nardaranda ərəbsayağı mollalar heç bir vaxt olmayıb, ola da bilməzdi. Çünki bu kənd 100 faiz şiə məzhəblidir və olsa-olsa, farssayağı, iransayağı mollalar bu kəndə ayaq aça bilərdilər. İslam alimi Həmədaninin gəlişi kimi.
İkincisi isə, hətta, həqiqətən də, belə olmuşdursa, onda sual yaranır: dövlətin başqa strukturları hara baxırmışlar? Daxili ictimai asayişimiz, daxili təhlükəsizliyimiz təkcə MTN-lə bağlı deyil axı.
Araşdırılası mövzular çoxdur. Bu barədə növbəti yazıda.
10
İndi cəmiyyətdə ən çox dolaşan suallardan biri də budur:
“MTN işi”nin son Nardaran olayları ilə əlaqəsi varmı? Yaxud da, Nardaran hadisələri “mtn işi” ilə bağlıdırmı?
Belə mülahizələr yürüdülür ki, cəzalandırılan “mtn-şiklər” və tərəfdarları prosesə mane olmaq, özlərini xilas etmək üçün ölkəni qarışdırmağa çalışırlar və bu məqsədlə də Nardaranda qarışıqlıq yaradıblar. Guya Nardaranda başlayan etirazın bütün respublika ərazisinə yayılmasını təmin etməklə prezidenti geri çəkilməyə məcbur etmək istəyiblər.
Bu versiyanın tamamilə əsassız olduğu Nardaran hadisələrinin mahiyyəti və göz önündə olan faktlarla, nəticələrlə sübut edilir:
- Bu hadisələrdə təşəbbüs, müdaxilə, hücum hakimiyyət tərəfindən başlayıb.
- Nardaranlılar kənddən kənarda heç bir dini və ya siyasi aksiya keçirməyiblər, kəndlərini tərk etməyə cəhd etməyiblər.
- Nardaranda inanc əhli tərəfindən keçirilən tədbirlərin heç birində silah qismində işlədilə biləcək hər hansı predmet istifadə edilməyib. Heç nümayiş də etdirilməyib.
- Başda Hacı Tale Bağırzadə olmaqla, Nardaranda heç kim zorakılığa, hakimiyyətə qarşı fiziki müqavimətə çağırmayıb.
- Bağırzadə müxtəlif kütləvi informaiya vasitələrində çıxış edərək onları provokasiyaya çəkmək istəyən qüvvələrin mövcudluğundan danışıb və buna imkan verməyəcəklərini, yalnız dinc, demokratik, qanuni, siyasi mübarizə tərəfdarı olduqlarını, hakimiyyətin isə yalnız seçki yolu ilə dəyişməsinin tərəfdarı olduqlarını dəfələrlə bəyan edib.
Başqa sözlə, hakimiyyət Nardarana bu yarıtmaz hücumu etməsəydi, heç bir qarşıdurma, ölüm-itim də olmayacaqdı. Onda belə çıxır ki, bu versiyaya görə, aranı qarışdıran qüvvələr Nardaranda, T.Bağırzadənin tərəfdarları arasında yox, hakimiyyətin öz daxilindədir.
Təbii ki, hakimiyyətin daxilində bu hadisələrin tərəfdarı olan təşəbbüskar qüvvələr olub. Yoxsa belə bir qanlı hadisənin baş verməsi mümkün olmazdı.
Ancaq onların niyyətləri nə olub: Eldar Mahmudov və komandasını xilas etmək, yoxsa, prezidentin etimadını qazanaraq onu öz sədaqətlərinə və güclərinə inandırmaq, prezidenti özlərinə minnətçi salmaq, öz çirkin əməllərini davam etdirmək üçün kart-blanş almaq?
Hər iki variantın olması mümkündür.
Ancaq ola bilər ki hakimiyyətdə, həqiqətən də belə qüvvələr, yəni Eldar Mahmudovun adamları var və onlar elə səlahiyyət sahibidirlər ki, hətta prezidenti bu qanlı əməliyyata rəhbərlik etməyə razı sala biliblər. Baxmayaraq ki, mən şəxsən bunun belə olmasına, yəni prezidentin bu əməliyyata rəhbərlik etməsinə qətiyyən inanmıram. Çünki bu onun vəzifələrinə daxil olan bir məsələ deyil və bu vəzifəni icra etmək üçün kifayət qədər səlahiyyətli şəxslər var.
Ancaq nəticələr artıq göz qabağındadır və biz, nəticədən səbəblərə doğru hərəkət etməklə, qəti deyə bilərik ki, Nardaran əməliyyatı heç bir halda Eldar Mahmudov və tərəfdarlarının işi deyil.
Qalır ikinci versiya.
Hökmdara yaxınlıq, onun etimadını qazanmaq üstündə tarixən saraydaxil mübarizələr gedib. Bu çox vaxt qanlı hadisələrlə sonlanıb. Tarix belə saraydaxili müharibə faktları ilə doludur. Saraylar kimisinə qan qusduğu qızıl teşt, kimisinə də əbədi səadət mənbəyi olub.
İndi Eldar Mahmudov və tərəfdarlarının o qızıl teştə qan qusma dövrüdür.
Bəs əbədi səadət eşqi ilə Nardaranda qan tökən, Hacı Tale Bağırzadə və dostlarını qanunsuz, əsassız olaraq həbs edən, qızıl teştin gözlədiyi növbəti qan qusacaq qüvvələr hansılardır? Kimlərdir? Yaxud da kimdir?
Mə şəxsən onları tanımıram və kim olduqlarını da bilmirəm.
Ancaq bildiyim və inandığım bir həqiqət var: Nardarana hücumla bağlı rəsmi elan edilən bəhanə, yəni Tale Bağırzadə və tərəfdarlarının haqqında yayılan rəsmi məlumatlar, evlərdən silahların tapılması , polisə müqavimət göstərilməsi, iki nəfər polisimizin Nardaran sakinlərindən kiminsə tərəfindən öldürməsi, vətəndaşlar tərəfindən odlu silahdan istifadə edilməsi, dövlət çevrilişinə cəhd və s. hamısı tam uydurma və yalandır.
Bu hakimiyyətdən elə böhtan və yalanlar görmüş, eşitmişik ki, indi dedikləri onların yanında toya getməlidir. Ancaq Nardaranlıların dövlət çevrilişinə cəhd etməsi, hazırlaşmaları barədə deyilənlər yalanın həyasızlıqla yoğrulmuş yumor növündəndir. Xalqı dolamaq, ələ salmaq, onun hissləri ilə əylənmək, millətlə məzələnməkdir.Yəni baxın haaa, sizi də beləcə şərləyə bilərik, bizim üçün heç bir sərhəd, heç bir dəyər, heç bir qanun-qayda yoxdur, biz beləyik, istəyirsiz dözün, istəmirsiz cəhənnəm olub bu torpaqlardan gedin. Bəli, bəli, milləti bu VƏTƏNi tərk etməyə məcbur edirlər. Bu ölkədə nəfəs almaq çətinləşib, yaşamaq zülm çəkməklə sinonim olub.
Nardaran da daxil olmaqla, ölkəmizin bir çox regionlarında, məlum vəziyyət üzündən gec, ya da tez, hansısa əməliyyatlar aparılmalı, işlər görülməli idi. Orada yaranmış vəziyyətlə bağlı keçirilməli olan tədbirlər sırasında isə silahlı müdaxiləyə ehtiyac olmadığına adım qədər əminəm.
Bəli, Nardaranda son 20-30 ildə yaranmış vəziyyət, kütləvi işsizlik, gənclərin bir çoxunun təhsildən kənarda qalmaları, milli və dövlətçilik dəyərlərimizə uyğun olmayan bəzi hərəkətlər, bəzi xarici qonaqların məhz orada dövlətçiliyimizə qarşı hörmətsiz, saymazyana davranışları və aşağılanmalar, bəzi qüvvələr tərəfindən gənclər arasında qəsdlə cəhalətin yayılması faktları, əvvəl-axır, zəruri tədbirlərin görülməsini tələb edirdi.
Bunu açıq demək, insanlara səmimi olaraq bunu izah etmək lazım idi. O kəndin ağsaqqallarının, ziyalılarının iştirakı ilə heç bir itki vermədən bu problemləri, məncə, daha rahat həll etmək olardı. Maarifləndirmə, xüsusilə də dini maarifçilik yolu ilə, gənclərin faydalı əməyə cəlb edilməsi, sosiallaşma, başqa regionlarla mədəni əlaqələrin genişləndirilməsi, mədəni tədbirlərin, ziyalılarla görüşlərin intensivləşdirilməsi və sair yollarla daha çox müsbət nəticəyə nail olmaq olardı, nəinki indiki kimi kin və nifrət toxumları səpməklə.
Ancaq bir reallığa da göz yuma bilmərik.
Nardaran hadisəsindən sonra İranın bəzi dairələri tərəfindən “Azərbaycan şiə dövlətidir”, “Şiələr bütün respublika ərazisində müxtəlif mərkəzlərdə toplaşıb güc nümayiş etdirməlidirlər” və sair kimi şüarların səsləndirilməsi, dövlətimizin suverenliyinə, müstəqilliyinə qarşı hörmətsizlik etmələri gözardı edilə bilməz. Respublikamızda qarşıdurma yaratmağa yönələn bu tip çağırışlar bizi ayıq-sayıq olmağa dəvət edir.
Digər tərəfdən də, belə çağırışlar dolayısı ilə hakimiyyətin indiki hərəkətlərinə haqq qazandırmış olur.
Məni çox narahat edən bir məsələni burada qeyd etməyi zəruri və faydalı hesab edirəm. Hacı Tale Bağırzadənin bəzi xarici və daxili dini dairələr tərəfindən sevilmədiyini bilirdim. Bunu o özü mənə danışmışdı.
Çünki, əvvəla, onun təqlidi İrakda yaşayan müctehid Ayətullah Seyid Əli Sistaniyə idi.
İkincisi, onun bir arzusu var idi və bunu tez-tez dilə gətirirdi: Azərbaycan özünün “mərceyi-təqlid”ini, yəni uyulmalı olan, ardınca gedilməli olan öz ali dini liderini yetişdirməlidir ki, onun verəcəyi fitvalar, dini tövsiyələr Azərbaycan dövlətinin və bu torpaqlarda yaşayan xalqlardan heç birinin maraqlarına zidd olmasın. İndi Nardaran şəhidlərinə yas tutan bəzi xarici dairələrin Hacı Talenin həbsinə sevinmələrinə şübhə etmirəm.
Xülasə, daxili problemlərin həllində zorakı tədbir növü kimi silahlı müdaxilə, istənilən halda, ən sonuncu yerdə durmalıdır.
Ancaq, görünür, kimlərəsə məhz bu lazım imiş. Zor, əzələ, qabalıq nümayiş etdirmək.
Sübut etsinlər ki, Eldar Mahmudovun bacarmadığını onlar bacardılar. Yaxud da onun yaratdığını onlar aradan qaldırdılar.
Ancaq belə cılız niyyətlərə görə, yeddi gənc vətəndaşımızın qanını tökməyə, silahsız, köməksiz, dindar bir kəndin üzərində güc, gövdə göstərisi nümayiş etdirməyə, xalqın yetişdirdiyi savadlı din xadimi Tale Bağırzadəni və dostlarını həbs etməyə, millətimizi də dünyaya terrorçu kimi tanıtmağa dəyərdimi? Qanamayan yerdən qaşıyıb qan çıxartmaq kimə və nə üçün lazımdır?
Halbuki, Nardaranda və elə başqa regionlarımızda da, yaranmış bəzi təhlükəli durumlar təkcə MTN-nin yox, bir çox orqanların fəaliyyət obyekti olmalı idi və bu onların bir başa vəzifələrinə daxildir.
Bəs konkret olaraq kimlər Eldar Mahmudovun boş qalan “nüfuz yeri”ni doldurmağa çalışırlar?
Bunu mən də bilmirəm.
Prezident ətrafındakı nüfuz yerdəyişmələrindən sonra qanlı Nardaran faciəsinin əsl səbəbkarı özünü tezliklə göstərəcəkdir.
Gözləyək. ALLAH (c.c) səbr edənlərlədir.
Ancaq səbr etməklə yanaşı, “Nardaranda əslində nə baş verib, T.Bağırzadəyə qarşı bu nifrətin səbəbi nədir?” sualına da cavab axtarmağa çalışaq.
Növbəti yazı buna həsr ediləcək.
11
Yazmışdım ki:
“bəs konkret olaraq kimlər Eldar Mahmudovun boş qalan “nüfuz yeri”ni doldurmağa çalışırlar?
Bunu mən də bilmirəm.
Prezident ətrafındakı nüfuz yerdəyişmələrindən sonra qanlı Nardaran faciəsinin əsl səbəbkarı özünü tezliklə göstərəcəkdir.
O öldürdü günahsız balalarımızı.
Prezidenti də öz məsuliyyətlərinə şərik etmək istəyənlər şantajla can qurtaracaqlarını güman edirlərsə, yanılırlar. Tarix hamının qiymətini verəcək. “Nardaran qətliamı”nın hesabı mütləq sorulacaq.
Gözləyək.
ALLAH (c.c) səbr edənlərlədir.
Ancaq səbr etməklə yanaşı, “Nardaranda əslində nə baş verib, T. Bağırzadəyə qarşı bu nifrətin səbəbi nədir?” sualına da cavab axtarmağa çalışaq”.
Bəri başdan deyim ki, Hacı Tale Bağırzadə bu günədək heç bir dini və siyasi liderin danışmadığı bir leksikonda danışdı, kəskin danışdı, sərt danışdı. Nitqlərində təhqir kimi qiymətləndirilə biləcək ifadələr də oldu. Niyyəti bu olmasa da.
Onun fəaliyyəti özündən yaşlı bütün din xadimlərini və siyasi liderləri kölgədə qoydu. O yeni bir müxalifətçilik hərakatı başlatdı.Ənənəvi müxalifətin son 20 ildə edə bilmədiyini etdi. Xalqın içinə getdi. Daha geniş kütlələrə xitab etdi. Öz həyatını riskə atmaqla da olsa, insanlarda gələcəyə ümid yaratdı. Tərəfdarlarının sayı günbəgün artdı. Həm də bu hadisələr o qədər sürətlə baş verdi ki, hakimiyyət onun qarşısını almağa macal tapmamış, o artıq çox böyük bir elektorat kütləsinin murşidi oldu. Dini və dünyəvi elmləri yüksək səviyyədə mənimsədi. Hər iki dildə, dini və elmi mövqedən insanlara müraciətin ən yaxşı nümunələrini ortaya qoydu. Xalq onu sevdi.
Hakimiyyət təşvişə düşdü.
Bu gedişlə növbəti seçkilərdə ciddi problemlər yarada biləcəyini başa düşənlər, təhlükənin qarşısını vaxtında almaq qərarı verdilər. Bu üzdən, qıcqanclıqdan dolayı bəzi siyasi müxalifətçilər də onu açıq müdafiə etməkdən yayındılar.
Hacı Tale Bağırzadənin başlatdığı hərakatı beşiyində boğmaq qərarlarında qətiyyətli idilər.
Siyasətən düz də etdilər.
Hakimiyyətini qorumaq istəyirsənsə.. onu qorumalısan .
Hakimiyyət uğrunda atılan bu addımları qınamaq mümkün də deyil. Adamlar siyasətlə məşğuldurlar.
Hacı Tale isə siyasətlə məşğul deyildi. Heç siyasətçi olmaq iddiası da yox idi. Sadəcə ALLAH(c.c)ın bir din xadimi kimi onun çiyinlərinə qoyduğu missiyanı yerinə yetirməyi öz borcu bilirdi.
Bir şeyi nəzərə ala bilmədi. Həm daxildə, həm də xaricdə onun bu fəaliyyətindən sui-istifadə etməyə hazır olan çirkin qüvvələrin planlarını poza bilmədi. Nəinki poza bilmədi, özü və başlatdığı hərakat bu planların qurbanı oldu. Təcrübəli “siyasətçi-mafiozlar” və xarici qüvvələr onu sıradan çıxarmaqla öz çirkin niyyətlərinə nail olmağa çalışdılar. Məqsədinə çatan da oldu, çatmayan da.
Oyunsa hələ davam edir. Bu qüvvələrin kimliyi hələ də dəqiq məlum deyil. Sifətlər indiki bulanımlarda görünməz olub. Siyasi həyatımız qatı bir çiskin, çən içində. Dumanlar seyrələndə kimliklər bilinəcək, təbii. Ancaq o vaxt gec olacaq. Hacı Tale Bağırzadə yenidən uzun müddətə xalqdan ayrı salınacaq.
Bəs bundan Azərbaycanın indiki hakimiyyəti və Xalqımız nə qazanacaq?
Əsas sual da budur!
Yeri gəlmişkən, qeyd edim ki, Nardaran hadisələrindən sonra Arazın o tayından səslənən bəzi bəyanat və çağırışlar hakimiyyətin şübhələrini və qəbul etdiyi bir sıra qərarların doğruluğunu təsdiq etdi.
İran İslam Respublikasının ali dini lideri Xameneyinin rəsmi nümayəndəsi müctehid Ayətullah Şəbüstəri Nardaran olayları ilə bağlı maraqlı bəyanat səsləndirib. Rəsmi Bakını Nardarandakı “repressiyaları” dayandırmağa səsləyən M.Şəbüstəri, əks təqdirdə İranın Azərbaycanla münasibətlərə yenidən baxacağını bildirib. Başqa, həm də yüksək mövqeli din xadimlərinin də çoxlu bəyanatları, çağırışları oldu.
Bu baxımdan, məhz bu məsələlərdə millət olaraq dövlətimizin yanında olmaq hamımızın borcudur. Daxili işlərimizə, suverenliyimizə bu formada , kobud şəkildə, beynəlxalq hüquq normalarını pozmaqla müdaxilə etmək yol verilməzdir və təhlükəlidir. Deyə bilərsinzi ki, insan hüquqları heç bir dövlətin daxili işi deyil, dünyəvidir. Bəli, haqlısınız, mən də o fikirdəyəm. Ancaq bizim bu iranlı qardaşlarımız mən və başqaları qanunsuz həb ediləndə niyə səslərini çıxardıb etiraz etmədilər? Demək ki, məqsəd insan hüquqları deyil.
Bu ayrı bir müzakirə mövzusu olmalıdır, əlbəttə.
Hakimiyyət kim üçün milyardlar üzərində istədiyi kimi sərəncam vermək, dövlət əmlakından istədiyi kimi istifadə etmək deməkdirsə, islami dəyərlərə görə hakimiyyət: millətə xidmət, xalqa nökərçilik deməkdir. Təbii ki, bu sözləri oxuyan bir çoxlarının yaddaşında dərhal Səddam, Qəddafi, H.Mübarək, Bəşər Əsəd canlanacaq. “Budurmu xalqa xidmət?”– deyə, soruşacaqlar. Tam da haqlı olacaqlar. Çünki millətə xidmət, həqiqətən də o deyil.
Xalqa xidmət nümunəsi Peyğəmbər (s.a.s) dövründə və rəşidə xəlifələrinin (Hz.Əbu Bəkr, Hz.Ömər, Hz. Osman və Hz. Əli (ə.s)) zamanında qaldı. Düz 1350 ildir ki müsəlman dünyası o dövrün qayda-qanunlarının ümidi ilə yaşayır.
Rəsmi dairələr Nardaranda dövlət çevrilişinə qəsd, silahlı dəstələr, polisə silahlı hücum və ya polisə silahlı müqavimət barədə bəyanatlar verir.
Təbii ki, bunlar insanlarda təbəssüm doğurmaqla yanaşı suallar da yaradır.
Nardaran adlı dövlətmi var? Nardaranda mərkəzi hakimiyyətmi var? Nardaranlılar kimi devirib, kimi kimin yerinə qoyacaqdılar?
Bələdiyyə hakimiyyəti desəydilər, yenə də inanan olardı. Onu da ona görə demirlər ki, bələdiyyəni dəyişmək, yenidən seçmək yerli camaatın hüququ və konstitusion haqqıdır.
Bu sualların cavabı, əlbəttə, insanlarda gülüş doğuracaq. Çünki cocuqlara da aydındır ki, dövlət çevrilişi, hakimiyyətin zorla dəyişdirilməsi namaz qılmaq, “Hüseyniyyə meydanı”nda aşura tədbirləri keçirməklə, imama yas saxlamaqla, öz başına, çiyninə, sinəsinə şapalaq vurmaqla, qan almaqla, yaxud da, həmişə etdikləri kimi, özlərinin onun-bunun evinə qoyduqları saxta 3-5 qumbara, yaxud da mətbəxtlərdən topladıqları məişət bıçaq və baltalarla olmur.
Artıq kifayət qədər vaxt keçsə də, hüquq-mühafizə orqanları öz bəyanatları doğrultusunda hər hansı fakt, video-görüntülər yaymamaqla haqsız olduqlarını ortaya qoymuşlar. Zatən belə faktlar olsaydı, bütün “obyektiv, qərəzsiz və vicdanlı” telekanallar indi gecə-gündüz baş-beynimizi aparmışdılar.
Yazının əvvəlində dedim: Nardaranda əməliyyat aparılmalı idi. Həm də mütləq aparılmalı idi. Ancaq bu əməliyyat təkcə Nardaranda yox, bütün Azərbaycanda aparılmalı idi.
Ancaq bu əməliyyat silahlı hücum, dinc, silahsız adamların öldürülməsi, kəndin mühasirəyə alınaraq çörəkdən, qazdan, işıqdan məhrum edilməsi əməliyyatı olmamalı idı.
Bu əməliyyatın adı “maarifçilik, elm, mədəniyyət, müasirlik, iqtisadi inkişaf və islahatlar əməliyyatı” olamlı idi.
Cahillik, nadanlıq, dini fanatizm, şirk, gerizəkalılıq Azərbaycanımızın hər yerində var. Nardaran bunların arasında bəlkə də ən yaxşısıdır, dözülə bilənidir. Bəzi rayonlarımızda dəmirin uçmasına, daşın kəramətinə, pirlərin gücünə, bəzi adamların müqəddəsliyinə, baxıcılara, dua yazanlara, aşurada Suriyadakı hansısa daşın qan fışqırmasına, daha nələrə, nələrə inam elə kök salıb ki, bunlardan xilas olmaq üçün, hakimiyyətin indiki məntiqi ilə bütün Azərbaycan bombalanmalıdır, işığı, suyu kəsilməli, güllə-baran edilməlidir. Ancaq ilk növbədə Azərbaycanda fəaliyyət göstərən telekanalları bombalamalı idilər. Çünki məhz onlardı insanları cəhalətə sürükləyən, onlardır falçıları, dələduzları təbliğ edən, ictimai şüuru korlayanlar.
İki süni peyki, ondan artıq telekanalı olan bir dövlətin nə bir səviyyəli dini kanalı, nə də dövlət kanalında hansısa səviyyəli bir dini proqramı yoxdursa, başqa nə olmalı idi ki?
Bəs Nardaranda əsl həqiqətdə nə baş verirdi və nə baş verdi?
12
Bəs Nardaranda əsl həqiqətdə nə baş verirdi və nə baş verdi?
Etiraf etmək lazımdır ki, Hacı Tale Bağırzadənin çıxışlarında yüksək vəzifəli şəxsilərin ünvanına ciddi ittihamlar-müraciətlər, kəskin ifadələr səslənirdi. Bu ifadələr hərdən kənar adamlara kobudluq, təhqir kimi də görünə bilərdi. Bəzi maraqlı şəxslərin bu çıxışları məkrli niyyətlərlə, başqa rakursdan prezidentə təqdim edə biləcəklərində şübhəm yox idi. Çünki özüm də üç dəfə: 1990, 1998 və 2013-cü illərdə məhz belə çıxşlarımın nəticəsində qanunsuz olaraq həbs edilmişdim.
Öz şəxsi təcrübəmə əsaslanaraq, təbii ki, şəxsən mən də bu cür müraciətləri məqbul saymadığım və başı üzərində təhlükələrin dolaşdığını bildiyim üçün, Tale Bağırzadə ilə görüşmək qərarına gəldim.
07 noyabrda, saat 17-18 radələrində Nardarana getdim, onun qaldığı evdə qonaq oldum. Namazlarımızı da cəm qıldıq.
Xeyli söhbət etdik. Mən ona ölkədəki vəziyyətin həssaslığını, müxtəlif qüvvələrin onun bu fəaliyyətindən sui-istifadə edə biləcəklərini izah etdim. O da bütün bunları bildiyini, qətiyyən belə bəhanələr verməyəcəyini xüsusi vurğuladı. “Xəzər TV”-də özünün terrorçularla müqayisə edilməsinə deyindi, məhkəməyə müraciət etmək üçün hətta məndən hüquqi yardım göstərməyimi də xahiş etdi.
Tərəfdarlarına müraciət edəcəyini, onları sakitliyə, sağduyulu, səbrli olmağa çağıracağını bildirdi.
Oradan qayıtdıqdan sonra öz facebook profilimdə 8 noyabrda bu məzmunda bir status paylaşdım:
“Son vaxtlar bəzi qüvvələr dindar qardaşlarımızı provakasiyaya çəkməyə cəhd edirlər. Bu məqsədlə də onların dini hisslərini qızışdırır, polis qüvvələri ilə qarşıdurmaya həvəsləndirirlər.
Xüsusilə də, son vaxtlar Hacı Tale Bağırzadə ilə bağlı rejim nökərlərinin qanunsuz hərəkətlərindən sui-istifadə etməyə çalışırlar.
Əslində məqsəd son 20 ildə davam etməkdə olan siyasətin indi də dini qruplara tətbiq edilməsidir.
Yəni lazımi təşkilatlanma mərhələsinə çatmadan, demokrtatik qüvələri güc, qarşıdurma müstəvisinə çəkib hazırlıqsız yaxalamaq, sıradan çıxarmaq,
Ümid edirəm ki, hörmətli Hacı Tale Bağırzadə və dostları baş verənləri düzgün qiymətləndirəcək, bulanıq suda balıq tutmaq sövdasında olanların niyyətlərini puç edəcəklər.
Hamını fiziki qarşıdurmalardan, qeyri-siyasi, qeyri-dinc mübarizə üsullarından çəkinməyə çağırıram.”
9 noyabrda yazdım: Hörmətli din xadimimiz Hacı Tale Bağırzadə ilə 7 noyabrda saat 17-18-də Nardaranda görüşdüm. Şükr sağlam və ruhiyyəsi də yerində. Həbsi ilə bağlı yayılan xəbərlərin bəzi məkrli qüvvələr tərəfindən şəxsi niyyətləri üçün istifadə edildiyini bildirdi. Tezliklə tərəfdarlarına müraciət edəcəyini və təxribatlara uymamaq barədə çağırış edəcəyini bildirdi.
Ona və tərəfdarlarına qarşı yol verilən qanunsuzluqları, haqlarında “XƏZƏR TV”də aparılan çirkin böhtan təbliğatını qətiyyətlə pisləyirəm.”
Ardınca AXCP sədri, MŞ KM-nin üzvü Əli Kərimlinin bir gün öncə “AZADLIQ”da dərc edilmiş aşağıdakı məqaləsini statusumda paylaşdım:
“Milli Şura KM-nin üzvü, AXCP sədri hörmətli Əli Kərimlinin proqram tipli bu yazısını mütləq, ancaq mütləq oxuyun və yayın, həm də lap çox yayın.
Dostlar, son günlərdə ölkəmizin inanclı kəsimi ətrafında baş verənlər istər-istəməz gündəmin əsas məsələsinə çevrilib. Etiraf etməliyik ki, hökumət bu təxribatları ilə hətta parlament seçkilərindəki saxtakarlığı da xeyli dərəcədə arxa plana keçirə bilib. Amma məncə, bu dəfə söhbət sadəcə gündəm dəyişməkdən getmir. Ölkəmizin zahirən sakit görünən siyasi həyatında ciddi proseslər baş verir. Yeni situasiya yaranır və bu yeni situasiya cəmiyyətin qarşısına çoxlu suallar qoyur. Milli demokratik düşərgənin inanclı kəsimlə münasibətləri necə qurulmalıdır? İnanclı vətəndaşlarımızın siyasi müstəviyə çıxıb, hökumətin qanunsuzluqlarına daha ardıcıl şəkildə etiraz etməsi nə ilə nəticələnə bilər? Doğrudanmı ölkədə dünyəvi dövlət quruluşuna ciddi təhdid yaranıb? Bizlər, inanclı kəsim nə edə bilərik, nə etməliyik ki, rejimin təxribatları nəticə verməsin, əksinə demokratik dəyişikliklər uğrunda hərəkat daha da güclənsin? Suallar, münasibət bildirilməli olan məsələlər çoxdur. Ona görə də baş verənlərlə bağlı daha ətraflı yazmaq qərarına gəldim. Düzdür, bir yazı ilə bütün suallara cavab vermək mümkün olmayacaq və yəqin ki, mövzuya yenə qayıdacağam. Hamınızı aktiv şəkildə müzakirələrə qatılmağa dəvət edirəm. Gələcək yazılarımda sizin şərhlərinizə də münasibət bildirəcəyəm. Hələliksə vacib bildiyim bir sıra fikirlərimi sizlərlə bölüşürəm.
İlk növbədə öz üzərimizə düşən vəzifələrdən yazım. 1993-cü ildə Azərbaycanda hakimiyyət qəsb edildikdən sonra hər zaman avtoritar hakimiyyətin alternativi bəzilərinin milli demokratik düşərgə, digərlərinin Rəsulzadə-Elçibəy yolunun ardıcılları adlandırdığı müstəqillik, cümhuriyyət tərəfadarları olan təşkilatlar və onların yaratdığı birliklər, bloklar olub. Hazırda bu düşərgənin əsas lokomotivi Milli Şura olsa da, o daha genişdir və yalnız Milli Şura ilə sərhədlənmir. Buna görə də ilk növbədə ölkə vətəndaşlarının əksəriyyəti və beynəlxalq aləm tərəfindən indiki hakimiyyətin potensial alternativi kimi qəbul edilən demokratik düşərgənin – bizlərin üzərinə düşəcək işlərdən başlayıram.
Biz özümüzü M.Ə.Rəsulzadə və silahdaşlarının qurduğu Xalq Cümhuriyyətinin davamçıları sayırıq. Cümhuriyyət prinsiplərini bərpa etmək istəyirik. Qurucu babalarımız isə bizə öyrədirdilər ki, müasir, demokratik, hüquqi dövlət qurmaq istəklərimiz heç bir halda milli və dini kimliyimizdən imtinanı nəzərdə tutmamalıdır. Tam əksinə, milli və dini kimliyimiz respublika prinsipləri ilə birlikdə Azərbaycan dövlətçiliyinin əsas sütunları olmalıdır. Bayrağımızın rənglərindən birinin ehtiva etdiyi dinimizə heç bir halda dövlətçiliyimizə təhdid kimi baxılmalı deyil. Əksinə, ölkəmizdə uzunmüddətli sabitliyin və rifahın taleyi xeyli dərəcədə dini inanclarımızla dövlətimizin müasir və demokratik prinsiplərlə inkişafını uzlaşdırmaq bacarığımızdan keçir. Eyni zamanda onu da unutmamalıyıq ki, qurucu babalarımız 97 il bundan əvvəl bütün Şərq və müsəlman aləmində ilk demokratik və dünyəvi dövləti qurub. Belə olan halda aradan 97 il keçəndən sonra dövlətimizin dünyəviliyi ciddi adamlar, ictimai-siyasi qurumlar tərəfindən heç bir halda sual altına alınmamalıdır.
Bizim bərpa edəcəyimiz respublika əlbəttə ki, dünyəvi olacaq, lakin bu dünyəviliyi heç kim ateist dövlətlə qarışdırmamalıdır. Bizim inanclı vətəndaşlarımız bilməlidir ki, bərpa etmək istədiyimiz demokratik respublikada hər kəsin dini etiqadına hörmət olunacaq, hər bir vətəndaşımızın dini mərasimləri rahatlıqla keçirmək, sərbəst ibadət etmək, özünü realizə etmək imkanı olacaq. Dövlət özü neytral olaraq, hər bir şəxsin dini inancına hörmətlə yanaşacaq, digər vətəndaşlardan da tələb edəcək ki, başqalarının inancına (və ya inanclı olmamasına) hörmətlə yanaşsın.
Ölkənin inanclı kəsiminə xarici dövlətlər tərəfindən idarə olunan, müstəqillik əleyhdarları kimi baxmaq praktikasına son qoyulmalıdır. Əlbəttə ki, həssas bölgədə yerləşən ölkəmizdə bütün maraqlı dövlətlərin xüsusi xidmət orqanları, dini məktəbləri onlara bağlı olan, onların idarə etdiyi qrupların, təşkilatların yaranmasına çalışırlar və çalışacaqlar. Lakin həmin fəaliyyətlərin qarşısını almalı olan xüsusi dövlət orqanı var. Əgər ölkənin MTN-i illər uzunu əks-kəşfiyyatla məşğul olub belə şəbəkələri faktlarla, aşkar şəkildə ifşa etmək əvəzinə, reketçiliklə, soyğunçuluqla məşğul olubsa və iş görüntüsü yaratmaq üçün vaxtaşırı müəyyən qrup insanları şərləyib həbs etdiribsə, bu yanlış fəaliyyətin hesabını da inanclı vətəndaşlarımız ödəməli deyil.
İnanclı vətəndaşlarımız əmin olmalıdır ki, demokratik respublikamız bərpa olunduqdan sonra onları yalnız dini inanclarına, müəyyən təriqətə aid olduqlarına görə hansısa xarici ölkəyə işləməkdə ittiham etmək praktikasına qəti şəkildə son qoyulacaq.
Biz vətəndaşlarımızın fərqli fikirlərinə, o cümlədən gələcəklə bağlı fərqli arzularına hörmətlə yanaşırıq. Müxtəlif etnik və dini qruplardan olan vətəndaşlarımızın hansı ölkə ilə daha yaxından dost olmaqla bağlı fərqli fikirdə olmasına da normal yanaşmaq lazımdır. Biz Milli Şura və AXCP olaraq hesab edirik ki, Türkiyənin də üz tutduğu Avropa Birliyi ilə yaxınlaşmaq, Qərbin mütərəqqi idarəetmə standartlarını ölkəmizdə tətbiq etmək, tədricən Avropa Birliyinə inteqrasiya olmaq Azərbaycan xalqının maraqlarına daha uyğundur. Amma biz onu da qəbul etməliyik ki, bəziləri üçün İranla daha yaxın olmaq, digərləri üçün Rusiya ilə sıx dostluq, başqa birisi üçün üçüncü bir dövlətlə xüsusi münasibətlər daha cazibədar ola bilər. Və həmin adamlar dərhal həmin ölkələrin agenti adlandırılmalı deyil.
Biz çalışıb ölkəmizdə bir məsələdə xalqımızın geniş konsensusuna nail olmalıyıq. Kim hansı xarici dövləti daha yaxın dost sayır, saysın, amma hər kəs qəbul etsin və əməlində nümayiş etdirsin ki, biz hamımız bu ölkənin vətəndaşı, bu torpağın oğul və qızları olaraq Qərbpərəst, İranpərəst, Rusiyapərəst və s. deyil, məhz Azərbaycanpərəst olmalıyıq. Kiminlə daha yaxın dost olmanı, haraya inteqrasiya etməni isə yalnız Azərbaycanın maraqları ilə əsaslandırmalıyıq. Azərbaycanın dövlət müstəqilliyinin hamımız üçün heç bir halda vaz keçilməyəcək, müqəddəs dəyər olduğunu qəbul etdikdən sonra istənilən geopolitik polemikanı bir-birimizi ittiham edib aşağılamadan, o ölkənin, bu ölkənin agenti adlandırmadan, daha soyuqqanlı aparmaq mümkün olacaq.
Ümumiyyətlə, ölkədə elə dövlət qurmaq lazımdır ki, o etnik mənsubiyyətindən, dini inancından və s. fərqliliklərindən asılı olmayaraq hər bir vətəndaşına qucaq açsın, onlara sahib çıxsın, arxasında dursun. Onlara potensial xəyanətkar kimi deyil, öz övladı kimi, uzaqbaşı bir az intizamsız övladı kimi baxsın. Vətəndaşa xidmət edən dövlətə xəyanət edəcək ləyaqətsiz vətəndaşlar çox ola bilməz. Az sayda gerçək xəyanətkarları isə cəzalandırmağa dövlət tərəddüd etməməlidir.
Ölkəmizin inanclı kəsiminin də üzərində böyük məsuliyyətlər var. Əvvəla, həmin dostlarımız bilməlidir ki, müasir dünya təcrübəsi birmənalı şəkildə sübut edir: yalnız dünyəvi, demokratik qanunlarla idarə olunan dövlətlər ciddi inkişaf edib, vətəndaşlarının hüquq, azadlıq və rifahını təmin edə bilir. Heç kim ayrı-ayrı dini mərasimlərdə yaşanan kütləvilikdən yanlış nəticə çıxarıb, burada dini dövlət qurula biləcəyinə həvəslənməsin. Azərbaycan xalqının böyük əksəriyyəti dünyəvi dövlət tərəfdarıdır. Və bu böyük əksəriyyətin fikrinə hörmətlə yanaşmaq lazımdır. Ümumiyyətlə, Azərbaycan dövlətinin dünyəviliyinin sual altına alınması ilk növbədə inanclı kəsimin özünə zərbə olar. Çünki bu gün cəmiyyət dindar vətəndaşlarımızın öz etiqad azadlıqları uğrunda, eləcə də hüquqsuzluq və ədalətsizliyə qarşı rejimlə mübarizələrinə əsasən rəğbətlə yanaşır. Amma cəmiyyət şübhələnsə ki, bəzi təşkilatlar üçün etiqad azadlığı bəhanədir, əslində şəriət dövləti yaratmaq uğrunda mübarizə gedir, dərhal həmin təşkilatların arxasından çəkilər və hətta belə istəklərin qarşısını almaqdan ötrü ciddi şəkildə birləşər. İnanıram ki, inanclı kəsimin ölkəmizdə dünyəvi dövlət prinsiplərinə qarşı olmadıqlarını daha birmənalı şəkildə cəmiyyətə çatdırması ümumi işin xeyrinə olar.
Avtoritar rejim öz əleyhdarlarına damğa vurmağa meyllidir. O cümlədən son vaxtlar daha fəal olan bəzi dini, siyasi cərəyanları da gözüyumulu İrana bağlamağa hazırdır. Əlbəttə, heç bir vətəndaşın vəzifəsi deyil ki, başqa dövlətə xidmət etmədiyini sübut etsin. Sübut etmək dövlətin vəzifəsidir. Əlində fakt varsa, sübut edib, qanunvericiliyə uyğun tədbir görməlidir. Belə faktlar yoxdursa, vətəndaşını, siyasi hərəkatları şərləməli deyil. Amma bütün bunlara baxmayaraq, inanclı vətəndaşlarımız öz fəaliyyətlərində, mübarizələrində elə davranmalıdırlar ki, hökumət yanlılarının onlara qarşı bu əks-təbliğatı özünə cəmiyyətdə tərəfdar toplamasın. İnanclı vətəndaşlarımızın mütləq əksəriyyətinin dövlətimizə bağlı olmasına mənim şəxsən şübhəm yoxdur. Lakin hesab edirəm ki, cəmiyyətdə də belə bir əminliyin olması, hakimiyyət təbliğatına insanlarımızın uymaması üçün inanclı vətəndaşlarımızın öz tədbirlərində, təbliğatlarında Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə, bayrağımıza, himnimizə bağlı olduqlarını daha qabarıq ifadə etmələri yerinə düşər.
Azərbaycanda dini icmalara rəhbərlik edən şəxslərin mütləq əksəriyyəti siyasi mübarizədə zoru, şiddəti qəbul etmirlər, mübarizələrini qanuni yollarla aparmağa çalışırlar. Bu gün ölkəmizdə İslam adı ilə müxtəlif radikal, zorakı qrupların geniş yayılmaması həm də bizim inanclı kəsimin Azərbaycan qarşısında xidmətləridir. Sağ olsunlar, dinimizə yaraşan da budur. Hökumətin bütün təhriklərinə baxmayaraq, çox vacibdir ki, inanclı kəsim istisnasız olaraq dinc mübarizəyə sədaqətli qalsın. Hətta bir az da irəli getmək, “ölüm”, “qan” kimi sözləri ümumiyyətlə leksikondan çıxarmaq lazımdır. Bir şeyi aydın şəkildə bilməliyik: cəmiyyətdə bölücülük, zorakılıq, zora çağırış yalnız bir şeyə – avtoritar rejimin zor tətbiqinə bəhanə yaratmağa xidmət edə bilər. İnanclı kəsimin rejimə sona qədər belə bəhanələr verməyəcəyinə ümid edirəm.
Nəhayət, hökumətə müraciət edirəm: dindarları radikallaşdırmağa çalışdığınızı bilirik. Dindarları radikallaşdıraraq öz aləminizdə belə bir görüntü yaratmaq istəyirsiniz ki, sizin zorakı avtoritarizminizin alternativi də radikal islamçı qüvvələr ola bilər. Dünyanı da, xalqımızı da bununla şantaj etmək istəyirsiniz. Lakin siz bu istəyinizdə orijinal deyilsiniz. Sizdən qabaq Ərəb dünyasının bir çox diktatorları bu ssenarini öz ölkələrində tətbiq ediblər, amma nəticə çox pis olub, o cümlədən həmin diktatorların özləri üçün. Odla oynadığınızı bilməlisiniz. Dini hisslər üzərində oyun oynamaq təhlükəlidir.
Öz aləminizdə ağıllı hesab etdiyiniz strategiya əslində çox primitivdir. Bir tərəfdən namaz qılan Hacı Talenin çənəsini yumruqlamaqla, evinə gedən Elçin Qasımovu polisə müqavimət adı ilə həbs etməklə, xeyli nüfuzlu dindarı daha əvvəllər şərləyib həbs etməklə, nəzarətinizdəki televiziyalar vasitəsilə nüfuzlu ilahiyyatçı alimlərə qarşı qara piar aparmaqla inanclı insanları radikal addımlara təhrik etməyə çalışırsınız, digər tərəfdən də cəmiyyəti real alternativdən məhrum etmək üçün demokratik qüvvələrin, vətəndaş cəmiyyətinin fəaliyyət meydanını gecə-gündüz məhdudlaşdırırsınız. Amma görürsünüz ki, alınmır. İnanclı kəsim sizin təxribatlara getmir, demokratik qüvvələr isə sizin düşündüyünüzdən daha möhkəm çıxdı, sizə alternativsizlik “xoşbəxtliyini” nəsib etmədi.
Mən sizin həqiqi demokratik islahatlara gedəcəyinizi gözləmirəm. Son parlament seçkiləri bu qənaətimi daha da möhkəmləndirdi. Amma heç olmasa, ölkəni real vətəndaş qarşıdurmasına çəkməyəcək qədər məsuliyyətli olmağa borclusunuz. Aydındır ki, bütün dünyada avtoritar rejimlər erası başa çatmaq üzrədir. “Eranızın” başa çatması ərəfəsində bu millətə daha bir pislik etməyə nə ehtiyac var?”
Çünki havada bir təxribat iyi var idi və biz bu təxribatın qarşısını almağa, müxtəlif üsullarla hakimiyyətdəki bəzi qüvvələri düşdükləri səhv yoldan qaytarmağa, günahsız insanların qanını tökməkdən çəkindirməyə çalışırdıq.
13
Çünki havada bir təxribat iyi var idi və biz bu təxribatın qarşısını almağa, müxtəlif üsullarla hakimiyyətdəki bəzi qüvvələri düşdükləri səhv yoldan qaytarmağa, günahsız insanların qanını tökməkdən çəkindirməyə çalışırdıq.
Əli Kərimlinin həmin yazısından bu hissəni bir daha diqqətinizə çatdırır və sizləri düşünməyə dəvət edirəm:
“İnanclı vətəndaşlarımızın mütləq əksəriyyətinin dövlətimizə bağlı olmasına mənim şəxsən şübhəm yoxdur. Lakin hesab edirəm ki, cəmiyyətdə də belə bir əminliyin olması, hakimiyyət təbliğatına insanlarımızın uymaması üçün inanclı vətəndaşlarımızın öz tədbirlərində, təbliğatlarında Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə, bayrağımıza, himnimizə bağlı olduqlarını daha qabarıq ifadə etmələri yerinə düşər.
Azərbaycanda dini icmalara rəhbərlik edən şəxslərin mütləq əksəriyyəti siyasi mübarizədə zoru, şiddəti qəbul etmirlər, mübarizələrini qanuni yollarla aparmağa çalışırlar. Bu gün ölkəmizdə İslam adı ilə müxtəlif radikal, zorakı qrupların geniş yayılmaması həm də bizim inanclı kəsimin Azərbaycan qarşısında xidmətləridir. Sağ olsunlar, dinimizə yaraşan da budur. Hökumətin bütün təhriklərinə baxmayaraq, çox vacibdir ki, inanclı kəsim istisnasız olaraq dinc mübarizəyə sədaqətli qalsın. Hətta bir az da irəli getmək, “ölüm”, “qan” kimi sözləri ümumiyyətlə leksikondan çıxarmaq lazımdır. Bir şeyi aydın şəkildə bilməliyik: cəmiyyətdə bölücülük, zorakılıq, zora çağırış yalnız bir şeyə – avtoritar rejimin zor tətbiqinə bəhanə yaratmağa xidmət edə bilər. İnanclı kəsimin rejimə sona qədər belə bəhanələr verməyəcəyinə ümid edirəm.”
İndi siz deyin: kimdir ölkəni qarışdıranlar? Öldürülən 7 vətəndaşımıza görə kim məsuliyyət daşımalıdır: bizim bütün xəbərdarlıqlarımıza məhəl qoymadan bu qanlı əməliyyatı düzüb-qoşanlar, yoxsa Hacı Tale Bağırzadə və dostları?
Bu hadisələr belə qızışmamışdan qabaq isə, yəni, Начало формы
3 noyabrda bunları yazmışdım : “Bu “seçki”lərdən sonra Azərbaycanda siyasi mübarizə meydanı radikallara və … qəzəbli XALQa qaldı.
Çox təəssüf!!!
Rejim sivil, qanuni mübarizəni rədd erdi.”
4 noyabrda T.Bağırzadə “AZADXƏBƏR.net” -də özünə qarşı Yasamal rayon polisində olan zorakılıq barədə məlumat paylaşdıqdan sonra, hücuma və təhqirə məruz qoyulandan sonra isə yazmışdım: “ Qəzəb və nifrətimi ifadə etməyə söz tapmıram. Görünür kimlərəsə stabilliyi pozmaq çox lazımdır. Kimlərə və nə məqsədlə? Bu barədə prezidentin düşünməyinə ehtiyac var. Bu ölkədə təhlükənin müxalifətdən, dindarlardan gəlmədiyi son “mtn əməliyyatı”nda artıq sübut edilib.”
Budur hadisələrin ardıcıllığı.
Bütün bunlardan sonra.
8 noyabrda “Azadlıq”da “Tale Bağırzadə özünə qarşı hücumlara cavab verdi: bizi təxribata çəkmək istəyirlər” adlı yazı getdi:
İlahiyyatçı Tale Bağırzadə və onun rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatı son günlər rəsmi təbliğatda xüsusi hədəf alınıb. Bu təşkilat və Tale Bağırzadə “radikal İslamçılqda”, xarici qüvvələrin təsiri ilə ölkədə qarışıqlıq yaratmaq istəyində ittiham olunur. Bununla bağlı hakimiyyətə yaxın saytlarda xüsusi məqalə dərc olunub, “Xəzər” televiziyasında süjet verilib. Bütün bu kampaniyaya formal səbəb isə Müsəlman Birliyi Hərəkatı üzvlərinin Sabunçu Polis İdarəsinin qarşısına toplaşıb təşkilatın orada saxlanan İdarə Heyətinin sədri Elçin Qasımova azadlıq tələb etməsidir. Hazırda Elçin Qasımov və polis idarəsi qarşısındakı gərginlik vaxtı saxlanan daha 10 nəfər MBH üzvü 10-30 sutka aralığında inzibati həbsdədirlər.
Özlərinə qarşı başlanan kampaniyanı azadliq.info-ya şərh edən Tale Bağırzadə deyib ki, bu, dövlət orqanları arasındakı çəkişmənin nəticəsi də ola bilər. O, hansı dövlət orqanlarını nəzərdə tutduğunu açıqlamayıb.
Tale Bağırzadənin fikrincə, belə hərəkətlərlə onları təxribata çəkmək, ölkənin gündəmini dəyişmək istəyirlər: “Dindarları təxribata çəkirlər, onları radikal addımlar atmağa təhrik etmək istəyirlər. Bu, MTN işi və digər hakimiyyətdaxili problemlərin cəmiyyətdən gizlədilməsi, onların ört-basdir edilməsi cəhdi də ola bilər. Bizi zorakılıqla əlaqələndirmək istəyirlər. Biz mövqeyimizi hər zaman tam aydın bəyan etmişik. Bizim mübarizəmiz dinc mübarizədir. Biz islahat yolu ilə, seçki yolu ilə hakimiyyətin dəyişdirilməsinin tərəfdarıyıq”.
Hakimiyyət mediasında onların haqqında yer alan məqalə və süjetə gəlincə, Tale Bağırzadə bildirib ki, bu, artıq biabırçılıqdır və bununla bağlı mövqelərini yaxın günlərdə ictimaiyyətə açıqlayacaqlar.”
Bu yazıda T.Bağırzadənin dediyi bu fikrə diqqət edin: “Özlərinə qarşı başlanan kampaniyanı azadliq.info-ya şərh edən Tale Bağırzadə deyib ki, bu, dövlət orqanları arasındakı çəkişmənin nəticəsi də ola bilər. O, hansı dövlət orqanlarını nəzərdə tutduğunu açıqlamayıb.”
10 noyabrda facebook profilimdə yazdım: “Hərdən bir mətbuartda “hüquqşünas-politoloq” kimi peyda olan İlqar Altay Baş Prokurorluğa “Moderator.az” (???–Cinayət haqqında hüquq mühafizə orqanlarına birbaşa müraciət edilməlidir, saytlara yox. Deməli, başqa məqsəd də var.) saytı vasitəsi ilə Tale Bağırzadə barədə müraciət edib. Tələb edir ki, bu gənc, savadlı, iman əhli olan din xadiminə qarşı tədbirlər görülsün. Yüzlərlə siyasi məhbusun həbs edildiyi, insan hüquqlarının kütləvi pozulması, seçkinin saxtalaşdırılması hallarında susan, səsini belə çıxarmayan bu “hüquqşünas-politoloq”un müraciətindəki bəzi fikirlərini oxuduqdan sonra əsl niyyəti aydın olur.
Onu narahat edən və maraqlandıran, əslində, T.Bağırzadənin fəaliyyəti yox, MTN-də yuva salmış quldurlara qarşı aparılan əməliyyat, eləcə də bu əməliyyatın qarşısını almaq üçün ölkədə iğtişaşlar yaratmaqdır.
Görün o nə yazır.
“… Regiondakı son siyasi çalxalanmalar və bu cür şəbəkə və cərəyanlara nəzarətə məsul Milli Təhlükəsizlik Nazirliyi ətrafında silkələnmələrdən dərhal sonra bu təhlükəli cərəyanın görünməmiş cürətli aktivliyi bunun sübutudur..”
İ.Altay demək istəyir ki, MTN quldurlarına qarşı əməliyyat aparılması radikal dini qrupları fəallaşdırb. Guya MTN imiş ölkəni (əslində prezident şantaj olunur) bu radikallardan qoruyan. Reketləri, cinayətkarları dövlətin təhlükəsizliyi maraqlandırmayıb, İlqar Altay!
Bu fikrində isə onun əsl niyyəti ortaya çıxır:
“Niyə, milli-vətənpərvər yönlü gənclərimiz və onların təşkilatları yığışıb, piket və mitinqlər keçirib, bu yadelli (İslam dini nə vaxtdan yadelli elan olunub?–Q.M) radikal ideoloğıya yayıcısının cavabını vermirlər?”
İlqar Altay, Siz gəncləri hara çağırırsınız. Yoxsa MTN-dəki dostlarınızın yeganə xilas yolunu ölkədə iğtişaş yartamaqda görürsünüz? Prokurorluğa müraciət etməyinizi başa düşdük. Bu bir vətəndaş kimi Sizin hüququnuzdur.
Bəs gəncləri qarşıdurmaya dəvət etməkdə məqsədiniz nədir?
T.Bağırzadə haqqında dedikləriniz isə şər-böhtandır.
Bu gənc din xadimi dəfələrlə dinc, seçki yolu ilə mübarizənin tərəfdarı olduğunu bəyan edib. Onun bəzi sözlərini konteksdən çıxarmaqla “bulanıq suda balıq tutmaq sövdası”na düşməyin və ölkəmizi qan gölünə çevirə biləcək çağırışlarınızdan dərhal imtina edin.
Nə İran, nə də T.Bağırzadə Yasamal rayon polis idarəsinin rəisinə tapşırmayıblar ki onu təhqir etsin, səlahiyyət həddini aşaraq ona yumruqlar vursun, qanını axıtsın.
Vəziyyətin gərginləşməsi isə məhz bundan başlayıb.
Sizin məntiqinizlə İrana işləyən T.Bağırzadə yox, polis rəisidir.
Qanamayan yerdən qaşıyıb qan çıxarmağa çalışmayın.
Problem qanunlarla çözülməlidir, qanunsuz həbslərlə, zorla, iğtişaşlarla yox.
Bu metodun dövlətimizi hara gətirib çıxardığı artıq hamıya bəllidir.
Mən ölkə Prezidentini baş verənləri, əsassız olaraq, süni surətdə gəncləri, inanc əhlini radikallaşdırmağa çalışanların, ölkədə iğtişaşlara dəvət edənlərin əməllərini obyektiv araşdırmağa çağırıram.
Bir nəfərin də burnu qanamamalı, bir nəfər də qanunsuz həbs edilməməli, hamının boynu yalnız qanun qarşısında qıldan incə olmalıdır.”
14
İlqar Altyaın müraciətindən sonra artıq hamıya, T.Bağırzadənin özünə də aydın oldu ki, ona qarşı təxribat olacaq. Bütün bunları bilə-bilə, indi iddia olunduğu kimi, “silaha sarılmaq”ın nə qədər axmaq bir fikir olduğunu anlamamaq qədər sadəlövh deyildi T.Bağırzadə.
Hacı Talenin ətrafında baş verənlər bu Vətəni sevən və məsuliyyətini dərk edən çox ziyalıları narahat edirdi.
Belələrindən biri də MTN-nin keçmiş əməkdaşı İlham İsmayıl idi.
İlqar Altaydan fərqli olaraq, onun bu hadisələrə münasibəti daha realist idi.
11 noyabr, “Moderator az” : “Bunun kökündə dindarların hakimiyyət mübarizəsi durur”
Moderator.az sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayılın “Bizim Yol” qəzetinə verdiyi müsahibəni təqdim edir:
– Azərbaycanda dini durum necədir, bu sektordan milli təhlükəsizliyə problemlər varmı?
– Dindarların fəal addımlar atmasını, siyasi tələblər irəli sürməsini və açıq etiraflarını yavaş-yavaş hiss edirik. Ancaq bu indi başlayan yox, çoxdan, hətta deyərdim ki, illərdir gedən bir prosesdir, tərdicən indiki istiqamətə gəlib çıxmalıydı. Zaman-zaman özlərini göstəriblər. Məsələn, şiə və sünni məzhəbindən kənar Azərbaycan üçün yeni bir təriqətlərin – vəhhabiliyin, sələfilərin, xəvariclərin gəlməsi prosesi tədricən gedib. Amma son dövrlərdə sivil müxalifətə qarşı həddindən artıq sərt mövqe tədricən onların sıradan çıxmasına və “ənənəvi müxalifət” adı almasına gətirib çıxarıb. İctimai həyatda yeni heç bir şeyin olmaması, həmçinin əhalinin iqtisadi vəziyyətinin son bir ildə daha da pisləşməsi əhalini dinə meylləndirir. Xüsusən, bu prosesdə işsizliyin rolu daha böyükdür. Dində məsələ belədir: inanclı insanların məscidlərə gedib ibadət etməsi ilə bitmir, tələblərə, islahatlara, sonra siyasi islahatlara yönəlir, bir az keçəndən sonra isə yəqin ki, hakimiyyət uğrunda mübarizə ortaya çıxacaq. Ümumiyyətlə, elə indiki proseslərin kökündə və perspektivində dindarların siyasi hakimiyyət uğrunda mübarizəsi durur. Bu mübarizəni necə aparacaqlar – sivil yolla, seçki yolu ilə, yoxsa İranda olduğu kimi inqilab etməkləmi? Bu, perspektiv situasiyadan, Azərbaycanın apardığı daxili və xarici siyasətdən, həmçinin ölkənin ətrafında baş verən geosiyasi hadisələrdən asılı olacaq.
– Çox zaman Azərbaycanda dini kəsimləri müxtəlif ölkələrə meyllərinin olduğunu deyərək, məsələn, “İranmeylli”, “Suriyameylli” və s. formada təsnifləşdirirlər. Sizcə mənzərə necədir?
– Azərbaycanda İranmeyllilər var, amma Suriyameyllilər yoxdur. Onlar Suriyameylli deyillər, sadəcə olaraq, Suriyada baş verən hadisələrə öz mövqelərini ortaya qoymaq istəyirlər. Bu da radikal dindarlardır və konkret olaraq Suriyada gedib döyüşən insanlar faktiki terrorçudurlar. Din pərdəsi altında olsalar da, gedib terror qruplaşmalarına qoşulurlar. Onlara elə gəlir ki, din adına Şamda mübarizə aparırlar. Azərbaycanda belə bir cərəyan mövcuddur. Zaman-zaman özlərini miqyası çox kiçik olan terror aktlarına cəhdlərdə göstəriblər, amma bütövlükdə ətraflarına xeyli insanlar toplaya biliblər. Bunlar sələfilər, “vəhhabi” adlandırdıqlarımız, daha radikal qanadı isə xəvariclərdir. Onların Azərbaycanda kökü yoxdur və ölkə müstəqillik əldə edəndən sonra gələn cərəyanlardır.
Azərbaycanda ənənəvi olan isə şiə-sünni məzhəbləridir ki, hər zaman tolerant yaşayıblar. Sadəcə Azərbaycanın müstəqillik əldə etməsindən sonra iranmeyllilik həddindən artıq artıb. Əgər bir zamanlar şiə təriqətinə mənsub insanlarda passivlik hiss olunurdusa, son dövrdə, hətta son bir ildə xüsusi qabarıq şəkildə ortaya çıxıb. Bunun əsası da var. Ölkə əhalisinin daha çox qismi şiələrdir. Bu qismə mənsub olan gənclərin, xüsusən İranda təhsil alanların meyllənməsi halları artıb. Ancaq məsələni iki cür qoymaq olar: iranmeyllilər və sadəcə, ədalət tələb edənlər.
İkincilərin tələbləri iranmeyllilikdən irəli gəlmir. Onlar dünyəvi dövlət modelimizi təhdid edərək, İrandakı kimi şəriət dövləti qurmaq istəmir. Dindarlar tanıyıram ki, onların tələbləri sivil müxalifətin tələblərindən fərqlənmir. Sadəcə olaraq, özü dindardır, ətrafındakı elektorat da dindarlardan ibarətdir. Düzdür, belələri azdır. Belə deyək, bizim hələlik Ərdoğanımız yoxdur. Vaxtilə Türkiyədə Nəcməddin Ərbakan tam dini xətt tutmuşdu. Amma “ilımlı İslam” deyilən anlayış var ki, Ərdoğan lider kimi çıxdı ortaya və seçki yolu ilə hakimiyyəti ələ keçirdi. Bizdə hələ o istiqamət görünmür ki, bir lider çıxa deyə ki, mən dindaram, islam ənənələrini üstün tuturam, amma dünyəvi dövlət quruluşunu dəyişmədən, Türkiyədəki kimi dövlət qurmaq istəyirəm. Bu olmadığına, həm də dindarlar faktiki olaraq, sivil müxalifətlə heç bir yaxınlıq etmədən özlərini elə təqdim edirlər, elə rəy formalaşdırırlar ki, sanki harasa – İrana, Səudiyyə Ərəbistanına və s. ölkələrə meyllidirlər. Təbii ki, İranmeylilər bu məsələdə daha üstündür. Son hadisələrdə də dindarların açıq çıxışları oldu. Amma bu tələblərdə pis heç nə görmürəm. Onlar hakimiyyət yox, hələ ki, hakimiyyətdən haqq-ədalət tələb edirlər.
– Gəncə və Bakıda baş verən son hadisələr sizcə kənar təsirlərdən qaynaqlanır, yoxsa olaylarda daha çox daxili faktorların rolu var?
– Burada daxili faktor 90 faiz təşkil edir. Gəncədə 11 il işləyib yaşamışam, bilirəm ki, orada Sovet hökuməti dövründə də Aşura günündə şəhərin mərkəzindən başlayaraq “İmamzadə”yə qədər yürüş təşkil olunurdu. Sovet hökuməti nə qədər dinə qarşı mübarizə aparsa da, qəsdən kütləvi çıxışı, xüsusilə də dini zəmində olan toplantılara maneçilk törətmir, əksinə, istiqamətləndirirdi. Son Aşuraya Gəncədə olan müdaxilə yerli hakimiyyət tərəfindən edilib. Halbuki bunu düzgün istiqamətləndirmək, doğru xəttə yönləndirmək lazım idi. Yəni “Şah Abbas” məscidindən çıxıb “İmamzadə”yə gedirdilərsə, burada heç bir kriminal axtarmaq lazım deyildi. Aydındır ki, “Şah Abbas” məscidi şəhərin mərkəzindədir, icra hakimiyyətinin binasına yaxındır və s. Amma bütün bunları qarşıdurma vəziyyətinə gətirib çıxarmaq yox, istiqamətləndirmək lazım idi. Bunun üçün həm xüsusi xidmət orqanları işçilərinin fəaliyyəti olmalı idi, həm də Gəncə Şəhər İcra Hakimiyyəti dialoq aparıb onun qarşısını ala bilərdi. Bizdə çox pis bir ənənə var: danışıq, dialoq olmadan polis işə qarışır, təbii ki, bu zaman qarşıdurma yaranır. Din isə elə bir mövzudur ki, qarşı tərəf nə qədər aqressiya görürsə, bumeranq təsiri ilə əks-effekt verəcək. O zaman insanlarda belə bir rəy yaranır ki, hə, bunları xaricdən kimsə idarə edir. Mən Gəncə və Bakıda baş verənləri daxili faktor hesab edirəm. İran kiminsə qolundan tutub aşkar şəkildə nümayiş etdirmir. Elə fəaliyyət var ki, uzun müddətdir işləyir, təlimatlandırır. Məsələn, Nardaran kəndində olanlar məhz İranın, bu ölkəyə meylli olanların görsənişidir, İran xəttini əsas tutublar. Bir də var ki, dindar gənclik çıxıb siyasi yox, sadəcə haqq-ədalət tələb edən məsələlər irəli sürür. Düzdür, bu məsələləri nəzarətsiz buraxmaq olmaz. Çünki başqa istiqamət başqa tərəfə – aqressiyaya, Azərbaycanda dövlət quruluşunu dəyişmək istəyinə yönələ bilər.Çox təəssüf ki, bu məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) o qədər arxa planda, fəaliyyətsiz olurlar ki, istər-istəməz ortaya polis çıxır və bu da qarşıdurma yaradır. Nəzərə almaq lazımdır ki, Məhərrəm ayıdır, Aşura yeni qurtarıb, dini kəsimdə bir aktivlik var. Belə vəziyyətdə maarifləndirmə aparmaq əvəzinə, yalandan təxribat xarakterli verilişlər təşkil etmək, kiməsə çamur atmaq düzgün deyil. Bu, əks-reaksiya verəcək. Bunun üçün xüsusi dövlət proqramı olmalı və onu DQİDK xüsusi xidmət orqanları ilə, alimlərlə, bu sahəni bilən adamlarla birgə təhlükəsizlik konsepsiyasına əsaslanaraq hazırlamalıdır. Bununla cəmiyyətə mesajlar ötürülməli, proqram əsasında fəaliyyət göstərilməlidir. Bu, olmayacaqsa, özbaşınalıq, rüşvətxorluq, işsizlik və s. baş alıb getdikcə və sivil müxalifət arxa plana keçdikcə, məhz dindarlar, islamçılar ortaya çıxacaq. Bu proses neçə illədir artan xətt üzrə gedir.
– KİV-də belə fikirlər səsləndirilir ki, Azərbaycanda “vəhhabi”lərin güclənməsində MTN-də ifşa olunmuş qrupun rolu olub. Mümkündürmü?
– MTN-də öz səlahiyyətləri ilə deyil, tamamilə kənar, kriminal işlərlə məşğul olan şəxslər olsa da, radikal dindarlar arasında kriminal şəraitə nəzarət ediblər. Amma necə ki, hansısa sahibkarı şərləyib pul alıblar, istisna deyil ki, “vəhhabi”, “radikal vəhhabi”, yaxud da “terrorist” adı ilə şantaj edərək, dindar insanlardan da pul ala bilərlər. Çünki baş verən hadisələri mətbuatdan oxuyanda hiss edirsən ki, buna da gedə bilərlərmiş. Amma MTN əməkdaşlarının birbaşa vəhhabilərlə işbirliyinə getməsini təsdiq edən fakt yoxdur.
– MTN-dən söz düşmüşkən, nazir Eldar Mahmudovun işdən çıxarılması ilə başlayan proseslər indi hansı istiqamətdə davam edir?
– MTN ətrafında baş verənlər haqqında mətbuat kifayət qədər yazıb. Görünən odur ki, artıq orada təmizləmə işləri gedir. Çox təəssüf ki, 11 il 3 ay çəkən prosesə bu qədər müddət keçəndən sonra yekun vurulub. Əsl səbəblər isə tam açılmayıb. Yalnız dedi-qodular, kuluar söhbətlərində müəyyən məsələlər danışılır. Amma o aşkarlanan, yazılan, deyilən şeylərlə bağlı “təmizləmə prosesi” gedir. Uğurlu olacaqmı, düzgün kadrlarla aparılacaqmı, bu, hələ sual altındadır.
– Son informasiyalardan biri general Akif Çovradovun gizli həbsxanasının olması barədədir. Belə kriminal fəaliyyətin olması necə mümkün olub, bu quruma heç bir nəzarət mexanizmi yoxdurmu?
– Prokurorluq tərəfindən daim qanunçuluğa nəzarət mexanizmi həyata keçirilir. Ancaq bu nəzarət əsasən MTN-in istintaq idarəsi tərəfindən aparılan istintaq tədbirləri ilə bağlı olub. Əməliyyat tədbirlərinə isə nəzarət olmayıb. Ümumiyyətlə, xüsusi xidmət orqanının xarakteri elədir ki, fəaliyyəti müəyyən qədər məxfi olmalıdır. Yəni hər kəs istədiyi nəzarəti həyata keçirməməlidir. Amma sivil dünyada bəzi məsələlərə ictimai nəzarət var ki, bu, bizdə demək olar ki, yoxdur. Ən azı parlament nəzarəti olmalı idi ki, heç olmasa ildə bir-iki dəfə qapalı müzakirə mövzusuna çevriləydi, millət vəkilləri tərəfindən bu məsələlər qaldırılaydı. Bu nəzarət mexanizmləri olmadığına görə də sui-istifadə halları baş verib və hətta şəxsi həbsxanalar tikdiriblər. Belə məsələlər Sovet dövründə də baş vermişdi və Qorbaçov dövründə ifşa olundu. Özbəkistanda Adılov soyadlı kolxoz sədri vardı, özü üçün şəxsi həbsxana düzəldərək, xoşu gəlməyən kolxozçuları ora salırdı. Bu 50 il əvvəl baş verib. 21-ci əsrdə də şəxsi həbsxana düzəltmək və şəxsi məqsədlər üçün istifadə etmək nəzarətsizliyin və səlahiyyət həddini aşmağın ən pik nöqtəsidir.
– Proseslərin pik nöqtəsi olaraq keçmiş nazir Eldar Mahmudovun həbs olunacağı gözlənilirmi?
– Baş verən bütün bu hadisələrin fonunda nazirin həbs edilməməsi, təbii ki, təəccüb doğurur. Hətta bütün bu işlərdən xəbəri olmayan bir nazirə ən azı səhlənkarlığa görə cinayət işi qaldırmaq olar. Amma hamı da bilir ki, bütün bu proseslər məhz Eldar Mahmudovun rəhbərliyi altında həyata keçirilib və onun xəbəri olmadan heç bir şey baş verməyib. Ancaq onun indiyədək həbs olunmaması dövlətin işidir və siyasi rəhbərliyini qərarıdır.”
15
14 noyabrda Hacı Tale Bağırzadənin çıxışı yayıldı:
https://www.facebook.com/12-IMAM-Sehabesi-280366618688550/
https://www.facebook.com/12-IMAM-Sehabesi-280366618688550/
27 noyabrda yazdım: “hakimiyyət “qanamayan yerdən qaşıyıb qan çıxarmaq” siyasətini uğurla davam etdirir.Respublikamızda stabilliyi pozmaq, görünür, kimlərəsə çox lazımdır. Ancaq niyə? Hacı Tale Bağırzadəni qanunda nəzərdə tutulan qaydada rəsmi olaraq polis orqanlarına çağırmaq əvəzinə, namaz üstə adamlara hücum edib odlu silahdan istifadə etməkdə məqsəd nədir? İnternetə gec daxil olduğumdan Nardaran hadisələrindən vaxtında xəbər tuta bilməmişdim. Bayaqdan bu barədə yazılanları araşdırıram.
Hələlik görünən iki vacib məqam var:
- Hakimiyyət tərəfindən kimlərsə, Prezidentin korrupsiyaya qarşı
başlatdığı proseslərdən xilas olmaq məqsədilə, ya aranı qarışdırmaq istəyir, ya da məzlum millətin üzərində zorbalıq etməklə cəmiyyətdə xof yaratmaq məqsədi güdürlər.
- Ya daxildən, ya da xaricdən hansısa qüvvələr Azərbaycanda silahlı müxalifətin meydana çıxmasında çox maraqlıdırlar.
Biz bu barədə əvvəllər də dəfələrlə xəbərdarlıq etmişdik. Sivil mübarizə üsullarının yol verilmədiyi, dinc mübarizə aparanların şərlənərək həbsxanalara atıldığı bir ölkədə əvvəl-axır başqa yollara baş vurulacağı qaçılmazdır.
Ancaq Nardaranlıların silahlı müqaviməti, polislərdən kiminsə öldürülməsi barədə deyilənlərin həqiqiliyinə inanmaq mümkün deyil. Bu rejim kimlərə böhtan atmadı ki..
Ancaq düşünürəm ki, indi bunların yeri deyil.
Mən Nardaranlı bacı-qardaşlarıma, din qardaşlarıma, əhli-beyt aşiqlərinə buradan səslənirəm: sizlərə qarşı edilən bütün haqsızlıqlara, zorakılıqlara, cinayətlərə rəğmən, fiziki müqavimətdən qətiyyətlə imtina edin. Dövlətin güclərinə qarşı çıxmayın. Onlar əmr icraçılarıdırlar və vəzifələrini yerinə yetirməyə borcludurlar. Əmin olun ki, bu anti-insani hərəkətlərin, bu əxlaqsız provakasiyanın səbəbkarları ifşa ediləcək, əvvəl-axır qanun qarşısında cavab verəcəklər. Sizlərə Peyğəmbər (s.a.s) və Hz. Əli (ə.s) səbri, dözümü arzulayıram. Sizin yaralarınız, qəm-kədəriniz bizim, bütün xalqımızın ağrı-acısıdır.
Dərhal küçələri boşaltmağınızı, evlərə çəkilməyinizi, baş verənlərin soyuq məntiqlə, ağsaqqalların iştirakı ilə aydınlaşdırılmasını, polisin tələblərinə tabe olmağınızı xahiş və təmənni edirəm. Unutmayın ki, sizin haqlı etirazlarınızdan sui-istifadə etməyə hazır olan məkrli qüvvələr var. Vətənimiz olduqca həssas dönəmdən keçir. Bu mərhələdə sizlərdən hansısa çirkin qüvvələrin istifadə etməsinə imkan verməyin.
ALLAH(c.c)dan sizlərə səbr diləyir, yaxınlarını itirənlərə baş sağlığı verir, dərdinizi bölüşürəm.
Özümə doğma qardaş bildiyim Hacı Tale Bağırzadəni öz tərəfdarlarına müraciət edərək, onları sakitliyiə, təmkinə və dövlət orqanlarının tələblərinə tabe olmağa çağırmasını xahiş edirəm.
ALLAH(c.c) yar və yardımçınız olsun!”
Bu müraciətim “Moderator az” da elə həmin gün yayılıd.
29 noyabrda yazdım: : “bunu 08 noyabrda yazmışdım.
Son vaxtlar bəzi qüvvələr dindar qardaşlarımızı provakasiyaya çəkməyə cəhd edirlər. Bu məqsədlə də onların dini hisslərini qızışdırır, polis qüvvələri ilə qarşıdurmaya həvəsləndirirlər.
Xüsusilə də, son vaxtlar Hacı Tale Bağırzadə ilə bağlı rejim nökərlərinin qanunsuz hərəkətlərindən sui-istifadə etməyə çalışırlar.
Əslində məqsəd son 20 ildə davam etməkdə olan siyasətin indi də dini qruplara tətbiq edilməsidir.
Yəni lazımi təşkilatlanma mərhələsinə çatmadan, demokrtatik qüvələri güc, qarşıdurma müstəvisinə çəkib hazırlıqsız yaxalamaq, sıradan çıxarmaq,
Ümid edirəm ki, hörmətli Hacı Tale Bağırzadə və dostları baş verənləri düzgün qiymətləndirəcək, bulanıq suda balıq tutmaq sevdasında olanların niyyətlərini puç edəcəklər.
Hamını fiziki qarşıdurmalardan, qeyri-siyasi, qeyri-dinc mübarizə üsullarından çəkinməyə çağırıram.
29 noyabr, saat: 02-51: “Nardaran qətliamı” ilə bağlı hakimiyyət o vaxt haqlı olacaq ki, o hadisələrlə bağlı video çəkilişləri yayıb “terrorçular”ı faktlarla ifşa etsin. Əks təqdirdə, bunun bir dövlət terroru olduğuna şübhə yeri qalmayacaq. Sadəcə olaraq, Nardaran camaatı dərhal küçələri, meydanları boşaldıb, heç olmasa bundan sonra, bu qanlı cinayəti təşkil edənlərə əlavə bəhanələr verməməlidirlər.”
01 dekabrda facebook səhifəmdə yazdım:
“Mən Nardaran camaatına müraciət edirəm.Əziz nardaranlılar, bacı və qardaşlarım. Dərdinizin böyük olduğunu bilirəm, ölən polislərə və sıravi vətəndaşlarımıza LLAH(c.c)dan rəhmət, sizlərə səbr diləyirəm. Sizin dərdiniz hamımızındır.Kəndə daxil olan polis və hərbi qüvvələri gül-çiçəklə qarşılayın.Qarşıdurmalara, provokasiyalara bəhanə verməyin.
Nəzərə alın ki, o polislər də sizin övladlarınızdır və öz vəzifələrini yerinə yetirirlər.
Evlərə baxış keçirəcəkləri, axtarış aparacaqları halda onlara yardım edin, onlarla əziz qonaqlarınız kimi davranın. Siz haqlı olduğunuzu məhz bu yolla bütün dünyaya nümayiş etdirəcəksiniz. Heç bir halda fiziki qarşıdurmaya getməyin və problemləri yalnız və yalnız dinc, qanuni yollarla həll etməyə qeyrət göstərin. ALLAH(c.c) haqlı olanlarladır. “O” sizə bəs edər!”
İndi siz deyin, bu qədər olaylar və faktlardan sonra Hacı Tale Bağırzadənin dövlət çevrilişinə, silahlı müqavimətə cəhd etməsinə, polisin öldürülməsinə səbəb olan hərəkətləri təşkil etməsinə, üsyana çağırmasına necə inanmaq olar?
Bəlkə faktları var, buyurub yaysınlar, millət də həqiqəti bilsin.
Yoxsa, Prezidentə yalan məlumat verənlər, bu qanlı qətliamı təşkil edənlər, dövlətimizi qaranlıq, qanlı vadilərə sürükləmək istəyənlər məsuliyyətə cəlb edilib cəzalandırılmalıdırlar.
İlk növbədə isə aydınlaşdırılmalıdır: onlar bunu nə məqsədlə, hansı xarici güclərin tapşırığı ilə edirlər?
21 noyabr — 12dekabr 2015-ci il. Bakı