SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə “Günəşli” yatağında baş verən faciə ilə bağlı dövlətə dəyən maddi ziyanla əlaqədar deyib ki….
Mən bu ağsaqqalı şəxsən tanımıram.
Dostlar, ancaq, bütün ömrünü Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş bir ağsaqqalın “dövlətin maddi itkiləri ilə bağlı” verdiyi cavabı bəzi adamların çirkin niyyətlə, başqa mənada traktovka eləməklə, ictimai nifrəti qızışdırması yaxşı hərəkət deyil.
Unutmayın, bundan sonra bizim doğru sözümüzə də inanmazlar.
Deyə bilərsiniz ki, hakimiyyət müxalifətə qarşı bəs niyə bu metoddan istifadə edir?
Niyə Milli Şuranı Nardaran hadisələrini qızışdırmaqda ittiham edir?
Hər kəs öz əməlinə görə cavab verəcək o dünyada.
Bir dövlət məmurunun sözlərini kontekstdən çıxarıb onu siyasi niyyətlərlə başqa mənada hallandırmaq bizə hörmət gətirməz.
Dərdimiz çox böyükdür.
32 ailənin ocağına atəş düşüb. Ölkə matəmdə.
İnsan faciəsindən şəxsi məqsədlərlə istifadə edilməsi heç bir əxlaqa sığmır.
Bunu hamının nəzərə almasını xahiş edirəm.
07.12.2015