“-Bu gün orta məktəblərdə dini təhsil yoxdur. Dini təhsil o zaman olardı ki, dini bilən şəxslər bunu uşaqlara anlayacağı dildə başa salsın. Dini təhsil türk liseylərində vardı, çox yüksək səviyyədə idi. Həm uşaqlara bilik verirdilər, həm din öyrədirdilər, həm də intellektini yüksəldirdilər. Ancaq bu nurçuların bir zəif cəhəti vardı ki, hakimiyyətə gəlmək istəyirdilər.”—- Rafiq müəllim, hakimiyyətə gəlmək istəyi ayıb və ya cinayətdirsə, onda, sizcə, bu ölkədə ən çox ayıb edən, cinayət törədən kimlərdir, deyərmisiniz? Hansısa məzhəbə aid olmaq, insanları vətəndaşlıq hüquqlarından məhrum edə bilməz ki. Bu nə məntiq, bu nə düşüncə…
05.12.2015