ANS-in indi efirdə gedən xəbərlər proqramında Eldar Mahmudovun Londondakı 30 milyon dollarlıq mənzilindən reportaj verilir.
Elə bilməyin ki, ANS bunu qərəzsiz, dəqiq və vicdanlı olduğu üçün edir. Qətiyyən. Sadəcə olaraq, Eldar yıxılıb ona görə.
Cənablar, dostlar, sizin etdiyiniz bu hərəkətlərin jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bu çox pis hərəkətdir və ictimai şüura vurduğu ziyanın miqyasları çox böyükdür.
Cinayətkar məmur vəzifədə olduğu dövrdə tənqid olunmalıdır ki, dövlət indiki kimi ziyan çəkməsin.
İndi etdikləriniz isə “daldan atılan daş” misalındadır.
Müxalifət vaxtında deyəndə reaksiya versəydilər belə olmazdı. ANS isə müxalifətə nəinki danışmaq imkanı vermədi, əksinə onu qaralamaqla məşğul oldu.
İndi edilənlər isə nədirsə, hər halda tam faydasız və ziyanlıdır.
11.12.2015