Əlaqə vasitələri

Bu məqamda rəhmətlik “qanuni oğru” Hikmət Muxtarovun bir söhbəti yadıma düşdü.

Danışırdı ki, Tbilisidə bir gürcü qanuni oğrunun dəfninə toplaşıblarmış. Hamısı, yasa gecikən başqa bir ağsaqqal oğrunu gözləyirmişlər ki, o gələndən sonra vidalaşaraq tabutu yerdən qaldırsınlar. Ağsaqqal gəlmiş, mərhumun həyət – bacasına, maşınlarına, dəbdəbəli villasına göz gəzdirmiş, asta – asta tabuta yaxınlaşaraq əyilib meyitin qulağına nəsə pıçıldadıqdan sonra da asta addımlarla yası tərk edərkən bütün oğrular onun dalınca meyiti ortada qoyub çıxmışlar. Meyitin qulağına nə dediyini soruşanda isə, qoca oğru belə cavab veribmiş: ”Biz lagerlərdə “stradat edəndə” (əzab çəkəndə) sən sərvət toplamaqla məşğul imişsən. Sən o dünyaya oğru kimi gedə bilməzsən, sən qanuni oğru deyilsən, mən sənin adını geri alıram, dedim.”

 

05.12.2015

Loading