Əlaqə vasitələri

Nəsimi MƏMMƏDLİ: “NARDARANDA NƏ BAŞ VERİB VƏ BU, DAHA ÇOX KİMƏ LAZIM İDİ?!!”

                                                                                

nəsimi məmmədliAXAN QANIN VƏ ALINAN CANLARIN MƏSULİYYƏTİ KİMİN ÜSTÜNDƏDİR?!!

 

DİNİki gün öncə Daxili İşlər Nazirliyi Nardaranda ölümlə nəticələnən əməliyyat keçirib. Əməliyyat nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Hadisənin təfərrüatları haqqında hələlik ətraflı bilgilərimiz olmasa da sosial şəbəkələrdə izlədiyimiz video süjetlərdən və müstəqil mediadan əldə edilən məlumatlar əsasında müəyyən qənaətlərimiz formalaşmaqdadır.

nardara-5Öncə qeyd edim ki, Azərbaycanın dünyəvi və demokratik dövlət olması yolunda istənilən əngəlin qaldırılmasını zəruri hesab edir, dövlət müstəqilliyimizə, ərazi bütövlüyümüzə və sabitliyimizə yönələn bütün real təxribat cəhdlərini pisləyirəm. Həmçinin, dövlətçilik və sabitlik adı altında rəsmi orqanların günahsız vətəndaşlara, xüsusilə də müxalif düşüncəli insanlara qarşı həyata keçirdiyi repressiv siyasəti də təhlükəli hesab edirəm və ölkəmizə yaxşı heç nə vəd etmədiyi qənaətindəyəm. MTN-in bəzi generalları ətrafında baş verən cinayət hadisələrindən sonra hüquq mühafizə orqanlarına və onların keçirdiyi əməliyyatlara toplumun daha həssas yanaşdığı, hətta bəzi hallarda şübhə etməsi də anlaşılandır.

nardaran-3Rusiya tərəfdarları kimi İranın da dövlət siyasətini və ideologiyasını dəstəkləyənlərin milli maraqlarımıza zərbə vura biləcəyi düşüncəsindəyəm. Həmçinin, toplumun əksəriyyətinin könüllü qəbul etdiyi və uğrunda hər cür fədakarlığa hazır olduğu ideologiyanın hökumət tərəfindən tətbiq edilməməsi də ölkə vətəndaşlarının sosial-siyasi həmrəyliyinə ciddi əngəldir. Dövlət konyukturasının əsaslandığı süni ideoloji tezislər, tarixi kökü olmayan ideologiya toplumu səfərbər edə bilmədiyi üçün kənar təsirlərə meyllənmə halları bir reallıqdır. Bu isə bütövlükdə dövlət vətəndaş münasibətlərinin güvənli olmamasına gətirib çıxarıb.

nardaran-2Əməliyyatla bağlı tərəflərin yanaşması birmənalı deyil. Rəsmi qurumlar bunu ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi məqsədilə keçirilən əməliyyat adlandırib. Nardaran sakinləri isə bunu polisin əliyalın, dinc və inanclı insanlara qarşı qanlı təxribatı adlandırır. Toplumun etimad göstərdiyi ictimai-siyasi fəal insanların və təşkilatların rəsmi mövqeləri hələlik açıqlanmasa da, Bakının mərkəzində belə bir qanlı əməliyyatdan narahatlıq ifadə edilməkdədir.

Haqlı olaraq cavabı açıq qalan bəzi suallar səslənməkdədir. Doğrudanmı Nardaranda dövlət əlehinə xüsusi təhlükəli fəaliyyət var idi və onun dərhal zərərsizləşdirilməsi üçün silahlı əməliyyat qaçılmaz idi? Hüquq mühafizə orqanlarının sakit əməliyyat keçirmək imkanları həqiqətənmi tükənmişdi? İndiki məqamda dini zəmində bu gərginlik kimə və nə üçün lazım idi? Ölümlə nəticələnən səs-küylü əməliyyatdan kim qazanacaq? Bundan sonra hadisələr hansı istiqamətdə cərəyan edə bilər? Siyasi müxalifətin mövqeyi necə olmalıdır? Bu kimi suallara yaxın günlərdə aydınlıq gələcəyi istisna deyil.

nardaran-1Əksər vətəndaşlar kimi mənim də qeyd etmək istədiyim bir-iki vacib məqam var. Belə ki, həqiqətən də son dövrlər ölkədə dini təmayüllü şəxslərin fəal təşkilatlanması tendensiyası müşahidə edilməkdəydi. Bu qüvvələrin əsasən İran siyasi-ideoloji məkanına rəğbət bəsləməsi və bəzi hallarda hətta onlara açıq təəsübkeşliyi də gizlədilmirdi. Lakin, bütün bunlar heç də o anlama gələ bilməz ki, bu qüvvələr dövlət üçün qarşısı alınmaz təhlükə törətməyə başlamışdı. Hətta, ölkədə ən sadə insan da anlayır ki, Azərbaycan cəmiyyətində dini dövlətə təhlükə törətmə  istiqamətində heç bir real baza mövcud deyil. Onun nə sosial-psixoloji, nə da siyasi dayaqları var. Yaşından və statusundan asılı olmayaraq xeyli tanınmış din xadiminin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini və bu sahədə dövlət üçün hər hansı nəzarətdən kənar təhlükəli prosesin olduğunu istisna edirəm. Nardarandan bir neçə kilometr aralandıqda o mühitdən əsər-əlamət olmadığını da görürük. Hətta, bu Müsəlman Demokrat Hərəkatının nümayəndələri də açıq bildirirdilər ki, dünyəvi dövlətin alternativi yoxdur və onlar da bu çərçivədə demokratik siyasətə üstünlük verirlər. Dövlət quruluşunu dəyişməyə deyil, yalnız iqtidarın siyasətinə müxalifətdə olduqlarını bəyan edirdilər. Deməli, dövlət üçün təhlükə arqumentlərini geniş və savadlı auditoriyaya qəbul etdirmək çətin olacaq. Əlbətdə ki, hökumətin nəzarətində olan media resursları bir müddət bu təbliğata səfərbər ediləcək, lakin cəmiyyətin müstəqil kəsiminin bunu qəbul etməsi və bu təbliğata inanması mümkünsüz kimi görünür.

nardaran-7Hadisənin indiki beynəlxalq-regional şərtlərdə baş verməsi də diqqət çəkir. Türkiyə Rusiya münasibətlərində yaranmış hərbi-siyasi böhran cəmiyyətimizin qaynar müzakirəsində olduğu bir vaxtda məntiqlə hökumət ehtiyatlı davranmalı və səs-küylü əməliyyatlara getməməliydi. Xüsusilə də bu əməliyyatlar dini zəmində heç olmamalıydı. Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olduğu zamanda əməliyyata qərar verilib. Həmçinin İlham Əliyev noyabrın 29-30-da Fransada BMT-nin iqlim dəyişikliyi üzrə Konvensiyası çərçivəsində keçirilən 21-ci konfransda iştirak etmək üçün səfərə çıxacaq. Dünya liderlərinin qatılacağı bu toplantını daha çox ciddi siyası tədbir kimi xarakterizə edirlər. Belə bir məqamda, iddia edildiyi kimi İranın dəstəklədiyi bir dini hərəkata qarşı qanlı əməliyyat riskli olmazdımı? Hökumətin bu arxayınlığı nə ilə bağlı ola bilər? Əgər xarici qüvvələrin təsirində olan istənilən proseslərə müdaxilə edilirsə, o zaman böyük qanlı toqquşmalara gətirib çıxardığını görürük. Doğrudanmı hökumət də Avropaya əli boş getmək istəmir və biz də islam terroru və ekstrizmi ilə təhdid altındayıq mesajını vermək istəyir?

nardaran-6Əməliyyatda polisin qeyri-peşəkarlığı açıq-aydın görünür. Əməliyyatın gedişi ilə bağlı heç bir çəkilş sübut təqdim edilməməsi də təəssüf doğurur. Ən çətin şərtlər altında, ən amansız terror təşkilatlarına qarşı keçirilən əməliyyatların video görüntülərini izlədiyimiz halda, qəsəbənin mərkəzində, heç bir müharibə bölgəsi olmayan yerdə bu çəkilişin olmaması haqlı suallar doğurur. Belə bir cinayət əməli barədə gerçəkdən əməliyyat məlumatları var idisə polis daha peşəkar davranmalı idi. Niyə DİN və Prokururluq bir neçə gün öncə hər hansı açıqlama yaymayıb ki, Tale Bağırzadə və tərəfdarları istintaqdan yayınır. Axı, faktiki mövcud olan bir ictimai-siyasi hərəkatın rəhbərinə qarşı əməliyyat keçirilməsi adi cinayətkarı həbs etmək deyil. Siyasi statusu olan şəxsin əməlində qanunsuzluq aşkar edilmişdisə onu hüquq-mühafizə orqanlarına dəvət etmək və bunu ictimaiyyətə açıqlamaq lazım idi. Bir müddət öncə hər kəs bilir ki, T. Bağırzadəni Yasamal Polis İdarəsi rəsmi istintaqa dəvət edərkən o bu çağırışlardan yayınmayıb. Hətta, fiziki təyziqlərə məruz qalsa da onun açıqlamaları cəmiyyətdə çox müsbət rəy yaratmışdı. O bu təyziqləri, təxribatları anladığını və zora qarşı yalnız demokratik mübarizə aparacaqlarını bəyan etmişdi.Odur ki, onun istintaqdan yayınması və buna görə də ölümlə nəticələnən əməliyyat keçirilməsi iddiası inadırıcı deyil. Həm də istintaq orqanları öncədən belə bir açıqlama da verməmişdilər ki, onlar istintaqdan yayınır. Son illər bir dəfə də siqaret çəkməyən, haram işlərə bulaşmayan xeyli fəal insanları narkoman kimi, dələduz kimi, xuliqan kimi həbs edən hüquq-mühafizə orqanların doğru dediyinə cəmiyyəti inandırmaq elə də asan deyil. Məhz bu kimi sualları analiz etdikcə, həbslərin və əməliyyatın daha çox hansısa mövsümi siyasi məqsədlərə xidmət etdiyi qənaəti yaranır.

Dövlət gücünü vətəndaşa qarşı ədalətsiz istifadə etməyə davam etdikcə, qarşısında özünə uyğun güc doğurmağa başlayacaq. Həm də vətəndaşlar öz dövlətinə deyil, başqa güclü qonşu dövlətlərə sığınmağa meyllənəcək. Bu isə milli təhlükəsizliyimizə vurulan ağır zərbənardaran-8 olacaq. Cəmiyyətin etimad göstərdiyi müxalifət və şəxslər hadisəyə real siyasi qiymət verməli, dövlətin və cəmiyyətin maraqları üzərində hər hansı manipulyasiyaya getməməlidir. Nardaran sakinləri də hüquqi müstəvidə prosesin aparılmasına dəstək verməlidir. İlkin olaraq, dini zəmində ölümlə nəticələnən bu əməliyyatın iqtidara lazım olduğu qənaəti daha çox görünür. Hələik xeyli suallara və məsələlərə toxunmaq istəmirəm. Bu məsələ ilə bağlı ətraflı bilgi aldıqdan sonra daha dərindən analiz etməyə çalışacağam.

 

Loading