Mülki hüququ böyük bir okeana bənzətsək, vərəsəlik hüququ həmin okeanla əlaqəsi olan ən böyük dəniz, “mirasda məcburi pay institutu” isə həmin dənizə axan dağ çayıdır. Çünki bu institut da dağ çayı kimi çətin inkişaf yollarından keçməkdədidr və hələ də özünün formalaşma dövrünü bitirib qurtarmamışdır.
Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasda məcburi pay anlayışına müxtəlif yanaşmalar olmuş və fikrimizcə bu yanaşma istər “mülkiyyət hüququ”nun mahiyyətinə münasibətdə, istərsə də məhkəmə təcrübəsində problemlər yaradılmasına və hakimlər üçün rüşvət mənbəyinə çevrilməsinə münasibətdə mənfi istiqamətə doğru inkişaf etdirilmişdir.
Azərbaycan SSR-nin 16 iyun 1923-cü il tarixli Mülki Məcəlləsinin 492-ci maddəsinin 2-ci hissəsinə əsasən, “Vəsiyyət edən özünün tam yaşa dolmayan uşaqlarını və əməyə bacarığı olmayan digər vərəsələrini, qanun üzrə onlara çatası paydan məhrum edə bilməz”.
Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin 538-ci maddəsinə əsasən, “Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır”.
Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, “Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir”.
Bu maddələrin məzmunundan göründüyü kimi, sonuncu, yəni bu gün qüvvədə olan 28 dekabr 1999-cu il tarixli Məcəlləyə qədər, qanunverici mirasda məcburi pay hüququnu həmin payı qəbul edəcək vərəsələrin “həddi-buluğa çatmamaları (tam yaşa dolmamaları), əmək qabiliyyəti olmamaları (əməyə bacarığı olmaması) və himayədə olmaları” ilə əlaqələndirmişdir. Fikrimizcə, bu tamamilə düzgün bir mövqedir. Təəssüflər ki, 28 dekabr 1999-cu il tarixli yeni mülki məcəllə qəbul ediləndə mirasdan məcburi pay almanın zəruri əsasları aradan qaldırılmış və hər bir qanuni vərəsə üçün istənilən halda “vərəsəlik zamanı onlara çatası payın yarısı” qədər olsa da, vərəsəlik hüququ tanınmışdır. Bununla da, əslində, vəsiyyət etmə hüququ haqsız olaraq məhdudlaşdırılmış, mülkiyyətçinin – miras qoyanın mülkiyyət hüquqları əsassız olaraq pozulmuşdur.
Geniş oxucu kütləsi üçün söhbətin nədən getdiyini daha düzgün çatdırmaq məqsədilə bəzi anlayışların izah edilməsinə ehtiyac var.
- Vərəsəlik hüququ – miras qoyanın əmlakının digər şəxslərə keçməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur (Hüquq Ensiklopediyası, Bakı-Qanun-2007, Aqşin İsabala oğlu Quliyev).
“Obyektiv mənada vərəsəlik hüququ dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq və vəzifələrinin, həmçinin bəzi qeyri-əmlak hüquqlarının digər şəxslərə keçməsi zamanı yaranan ictimai münasibətləri, habelə vərəsəliklə bağlı olan digər münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür” (Bax: Azərbaycan Respublikasının Vərəsəlik hüququ, “Nurlan” nəşriyyatı, Bakı-2004, Sabir Allahverdiyev).
“Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.(Mülki Məcəllənin 1133-cü maddsəi)
- Vərəsə:
Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.(Mülki Məcəllənin 1134-cü maddəsi)
- Miras əmlak:
Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. (MM-nin 1151-ci maddəsi)
- Məcburi vərəsə:
İndi qüvvədə olan Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, miras qoyanın (vəsiyyət edənin) qanun üzrə vərəsələri sırasından olan və vəsiyyətnamə ilə miras əmlakdakı payından tamamilə məhrum edilməsi mümkün olamayan şəxsdir. Bu şəxslərin mirasdan “vərəsəlik zamanı onlara çatası payın yarısı” qədər pay almaq hüququ vardır.
- Məcburi pay:
Miras əmlakdan məcburi vərəsəyə çatası əmlakdır. MM-nin 1195-ci maddəsinə (məcburi payın həcminin müəyyənləşdirilməsi) əsasən, “məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.”
6.Mirasdan məhrum etmə:
MM-nin 1176-cı maddəsinə əsasən, “Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.”
- Məcburi pay almaq hüququndan məhrumetmə
MM-nin 1203-cü maddəsinə əsasən, “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.”
- 7. Mülkiyyət hüququ
MM-nin 152.1-ci maddsəinə əsasən, “mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”
Diqqətli oxucu Mülki Məcəllənin sonuncu qeyd etdiyimiz 152-ci maddəsini yuxarıda qeyd etdiyimiz əvvəlki maddələri ilə müqayisə edən kimi, “mülkiyyət hüququ” ilə “mirasda məcburi pay hüququ”nun bir-birinə zidd olmalarını dərhal başa düşəcək.
“Mirasda məcburi pay hüququ”nun indi qüvvədə olan mülki məcəlləyə uyğun həll edilməsi, bizcə, MM-nin 152-ci maddsəində nəzərdə tutulan “mülkiyyət hüququ”nu heçə endirmişdir. Çünki, MM-nin 152.4-cü maddəsinə əsasən, “Sərəncam hüququ — əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.”
“Vəsiyyət etmə hüququ” da (MM-nin 1166-cı maddəsi) mülkiyyətçi tərəfindən özünə məxsus əmlak üzərində “sərəncam hüqququ”nu həyata keçirmənin bir üsuludur. Əgər mülkiyyətçi özünə məxsus əmlakı istədyi şəxsə və istədiyi miqdarda vəsiyyət edə bilmirsə, onda onun mülkiyyət hüququnun tam təmin edilməsindən söhbət gedə bilərmi? Əlbəttdə yox !
Şübhəsiz ki, istər beynəlxalq hüquq normalarına, istərsə də, milli qanunvericiliyimizə görə, ictimai, dövlət və bəzi zəruri fərdi maraqlar naminə bu və ya digər hüquqlar, o cümlədən də, mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Ancaq bu məhdudlaşdırma mütləq sağlam məntiqə və zəruri əsaslara söykənməli, belə məhdudlaşdırma nəticə etibarı ilə cəmiyyətin, dövlətin və zəruri hallarda ayrı-ayrı fərdlərin qanuni mənafeyinə uyğun olmalıdır.
Mirasda məcburi pay alma hüququnun indiki qaydada həll edilməsi MM-nin 1166-cı maddəsinə (vəsiyyət anlayışı) və MM-nin 1176-cı maddəsinə (vəsiyyət üzrə vərəsəlik hüququndan məhrumetmə) tamamilə ziddir.
Miras qoyanın qanuni vərəsələri arasında olan şəxslər, miras qoyanın iradəsinin ziddinə olaraq, onun əmlakından qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi payı) alacaqlarsa, onda vəsiyyət etmənin və ya mirasdan məhrum etmənin nə anlamı var?
MM-nin 1203-cü maddəsində göstərilib ki, “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.” Qəribədir, görəsən bu maddədə qeyd dilən “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” dedikdə qanunverici hansı halları nəzərdə tutur? Axı yuxarıda da qeyd etdiyimiz MM-nin 1176.1-ci maddəsinə əsasən, “Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.” Göründüyü kimi, mirasdan məhrum eyməni əsaslandırmağa ehtiyac yoxdur. Əgər əsaslandırmağa ehtiyac yoxdursa, onda deməli, “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” da mövcud deyil. Belədirsə, onda qanunverici 1203-cü maddədə hansı halları nəzərdə tutur???
Digər tərəfdən, əgər qanun üzrə vərəsələr sırasına daxil olan şəxs istənilən halda qanun üzrə ona çatası miras əmlakın ən azı yarısını almalıdırsa , onda MM-nin 1176-cı maddəsində “Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir” yazmanın nə mənası var? Yaxşı olmazdımı elə bu maddə belə yazılardı: “Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə onlara çatası mirasın yarısından məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.” Təbii ki, təklif olunan bu variant da “vəsiyyət etmə hüququ”nun mahiyyətinə tamamilə ziddir.
Göründüyü kimi, mirasda məcburi pay anlayışı ilə bağlı qanunvericilikdə kifayət qədər ziddiyyətlər vardır və bu zziddiyyətlər istər məhkəmə təcrübəsində, istərsə də həyatda vərəsələr arasında çox böyük problemlər yaradır.
Məsələn, miras əmlakdan 1/5, 1/10 və ya 1/100 məcburi pay alan şəxs “payının naturada ayrılması” və ya payın pulla ödənilməsi barədə iddia qaldıraraq uzun sürən məhkəmə çəkişmələrinə səbəb olmaqla, başqa varislərə çox böyük problemlər yaradır və ata yurdunu sattırmaqla orada yaşayan başqa vərəsələri faktik olraq mənzilə sahib olmaq hüququndan məhrum etdirir. Vətəndaş “a” atasının sağlığında onunla yola getmirdi. Cəmiyyətə zidd davranışları və atasına pis münasibətinə görə onun gözündən düşmüşdür. Ata, ölümündən qabaq, 10 övladından biri olan vətəndaş “a”nı vəsiyyətnamə ilə miras əmlakdan məhrum etmişdir. Mənzil 4 otaqdan ibarətdir. Vətəndaş “a” böyük övlad olub, özünə məxsus başqa evdə yaşayır, qalan 9 övlad isə ata yurdunda. Məcburi pay hüququna görə, miras əmlakın 1/20-i (1/10:2=1/20) vətəndaş “a”ya düşür. Vətəndaş “a” atasının ona mənfi münasibətinə və miras əmlakdan məhrum etməsinə baxmayaraq, indi qüvvədə olan Mülki Məcəlləyə əsasən, həmin 1/20 payı naturada ayırmaq üçün Şəki rayon Məhkəməsinə müraciət edir. Məhkəmə araşdırması nəticəsində, müəyyən edilir ki, mənzilin tələb edilən qaydada naturada ayrılması mümkün deyil. Onda, vətəndaş “a” təkrar, Şəki Rayon Məhkəməsinə müraciət edərək, mənzilin məcburi satışa çıxarılması və 1/20 payının pulla ona ödənilməsi barədə növbəti iddia qaldırır. İddia təmin edilir. Məhkəmə qətnaməsinə əsasən mənzil 50 000 manata satılır. Həmin məbləğin 1/20-i, yəni 2500 manatı vətəndaş “a”ya ödənilir. Qalan 47500 manat digər 9 ailə üzvü arasında bərabər bölünür. Hər bir ailə üzvü, ona çatan payla, yəni 5277 manatla yeni məzil ala bilmir və beləliklə də, ailə faktik olaraq dağılır və müxtəlif məhrumiyyətlərə məruz qalır.
Qanunvericinin “məcburi pay almaq hüququndan məhrum etmə”nin miras qoyanın öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilməsi ilə (Mülki Məcəllənin 1203.2-ci maddəsi) bağlaması isə, qətiyyən anlaşılan deyil və milli mentalitetə, eləcə də, sağlam məntiqə ziddir. Bir anlığa təsəvvür edək ki, miras qoyan onunla birlikdə yaşayan 5 oğlundan birini məcburi pay hüququndan məhrum etmək üçün məhkəməyə müraciət edir və onun iddiası təmin edilir. Bundan sonra həmin ailədə yaranacaq münasibətlər necə ola bilər? Bir azərbaycan ailəsində belə bir şey mümkündürmü? Vəsiyyət edən Mülki Məcəllənin 1176-cı maddəsinə əsasən, heç bir əsas göstərmədən qanun üzrə vərəsələrdən birini vəsiyyətnamə ilə mirasdan məhrum edə bilərsə, onda nəyə görə həmin şəxsi məcburi pay hüququndan məhrum etmək üçün, vəsiyyət edən öz sağlığında məhkəməyə müraciət edərək həyatını cəhənnəmə döndərməlidir?
Məhkəmə yolu ilə məcburi pay almaq hüququndandan məhrum etmə, eyni zamanda, Mülki Məcəllənin 1185-ci maddəsində nəzərdə tutulan Vəsiyyətnamə sirri prinsipinə də ziddir. Vəsiyyət etmək hüququnun fəlsəfəsinə əsasən, vəsiyyət edənin əsl iradəsi kənar şəxslərə bəlli olmamalıdır.
Maddə 1185. Vəsiyyətnamə sirri
Notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər.
Bizcə, qanunverici bu problemi, yəni, mirasdan məcburi pay almadan məhrum etməni də Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulan qaydada həyata keçirməlidir.
Maddə 1137. Ləyaqətsiz vərəsə
Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
Heç bir halda, miras qoyan hər hansı vərəsəsini vərəsəlik hüququndan məhrum etmək üçün sağlığında məhkəməyə müraciət etməyə məcbur edilməməlidir. Əks halda, bu, miras qoyanın həyatını cəhənnəmə çevirə bilər.
Hər hansı bir ailə üzvünün məhkəmə yolu ilə məcburi pay hüququndan məhrum edilməsi, faktik olaraq, vəsiyyət edənin – miras qoyanın iradəsinin hamıya bəlli olmasıdır. Bu hal isə “vəsiyyətnamə institutu”nun mahiyyətini heçə endirir.
Ümumiyyətlə, “məcburi pay almaq hüququndan məhrum etmə” nə dərəcədə məqsədə uyğundur? Əgər belə bir məhrum etmə mümkündürsə, onda, bunun harası “məcburi pay”dır? Deməli, bu məsələdə qanunvericilikdə çox böyük ziddiyyətlər var. Bizcə, bu ziddiyyətin səbəbini, “mirasdan məcburi pay” anlayışını nəzərdə tutan Mülki Məcəllənin 1193-cü maddəsinin məzmununda axtarmaq lazımdır.
Unudulmamalıdır ki, istər “vəsiyyət hüququ”, istərsə də “mirasdan məcburi pay almaq hüququ”, hələ qədim dünya tarixində faktik olaraq mövcud olmuş, qədim roma hüququnda isə bu münasibətlər qanun normaları ilə təsbit edilmişdir. “Mirasdan məcburi pay almaq hüququ”nun mahiyyəti ondan ibarətdir ki, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, vəsiyyət edənin yaxınlarının indiki qanunvericiliyə görə qanuni vərəsələrinin zəruri maddi ehtiyacları təmin edilsin.Lakin istər qədim roma hüququnda, istərsə də, avropa (kontenental) vərəsəlik hüququnda mirasdan məcburi pay almaq hüququ eyni qaydada bütün qanuni vərəsələrə şamil edilməmişdir. Məcburi pay almaq hüququ bu və ya digər səbəbdən zəruri yardıma ehtiyacı olan vərəsələrə şamil edilmişdir. Bu hüquq Avropa ölkələrində müxtəlif cür təmin edilir. Məsələn: Almaniya vərəsəlik hüququna görə, miras qoyanın vərəsələri bütöv miras əmlak kütləsindən qanuni əsaslarla məcburi pay almaq hüququna məlikdirlər. Fransa vərəsəlik hüququna görə, miras qoyanın əmlakı iki paya bölünür: sərbəst pay və ehtiyat pay. Sərbəst pay miras qoyan tərəfindən öz istədiyi formada vəsiyyət edilsə də, ehtiyat pay miras qoyanın zəruri paya hüququ olan yaxın qohumları arasında bölünür. Zəruri paya hüququ olan şəxslər miras qoyan tərəfindən həmin hüquqdan məhrum edilə bilməzlər. İngiltərə vərəsəlik hüququnda isə, ümumiyyətlə, mirasdan məcburi pay almaq hüququ mövcud deyil. İstər ingiltərə, istərsə də ABŞ qanunvericiliyində vəsiyyət azadlığı prinsipinin tam həyata keçirilməsinə üstünlük verilir. Lakin bu o demək deyil ki, həmin ölkələrdə miras qoyanın zərurimaddi ehtiyacları olan vərəsələrinin hüququ təmin edilmir. Mirasdan məcburi pay almaq hüququ olan vərəsələrin hüquqları bu ölkələrdə ayrı-ayrı qanunlarla nizama salınır. Məsələn: İngiltərənin “Vərəsəlik haqqında (ailənin təminatı haqqında)” 1938-ci il tarixli qanununa əsasən, sağ qalan ər-arvada, yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan uşaqlara miras hesabına ağlabatan dolanacaq təminatı almaq hüququ verilir.
Fikrimizcə, bu problem Avropa ölkələrində olduğu kimi, Rusiya qanunvericiliyində də, sağlam məntiqə uyğun qaydada həll edilmişdir.
Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1149-cu maddəsinin 1-ci bəndinə əsasən, miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları, onun əmək qabiliyyəti olmayan həyat yoldaşı və valideynləri, eləcə də, onun himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan məcburi pay hüququna malikdirlər. İstər Rusiya qanunvericiliyində, istərsə də, Avropa ölkələrinin mülki qanunvericiliyində mirasdan məcburi pay almaq hüququndan məhrum edmə nəzərdə tutulmamışdır və bizcə bu ən düzgün mövqedir. Həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan övladı, əmək qabiliyyəti olmayan əri və ya arvadı, eləcə də, əmək qabiliyyəti olmayan himayədə olanı istənilən əsasla bu paydan məhrum etmək hansı məntiqə sığa bilər və bunu hansı sağlam məntiqlə əsaslandırmaq olar? Təbii ki heç bir halda. Bizim yeni Mülki Məcəllədə “mirasdan məcburi pay almaq institutu” ona görə nəzərdə tutulmuşdur ki, bütün dünya hüquq düşüncəsinin ziddinə olaraq, bu hüquq şərtsiz olaraq bütün birinci növ vərəsələrə şamil edilmişdir.
Bizcə, bəşəriyyətin bu günədək əldə etdiyi ən yaxşı hüquqi nəticələrdən istifadə edilməsi qaçılmaz və zəruridir. Məsələn, yuxarıda qeyd etdiyim vətəndaş “a” ilə bağlı faktı olduğu kimi, hüquqdan sui-istifadənin başqa vərəsələr üçün problemlər yaratmaması naminə Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1149-cu maddəsinin 4-cü bəndində belə bil hal nəzərdə tutulmuşdur:
“Məcburi pay hüququnun həyata keçirilməsi, məcburi pay hüququ olan vərəsə tərəfindən miras qoyanın sağlığında istifadə etmədiyi, lakin vəsiyyət üzrə vərəsənin yaşamaq (mənzil, fərdi ev, bağ evi və s. yaşayış sahəsi) və ya əsas qazanc və yaşayış mənbəyi kimi (əmək aləti, obyekt, yaradıcılıq emalatxanası və s.) istifadə etdiyi əmlakın ona verilməsini qeyri-mümkün etdiyi halda, məhkəmə vərəsələrin maddi durumunu nəzərə almaqla məcburi payın həcmini azalda və ya onu bütövlükdə vərəsəyə verməkdən imtina edə bilər”.
Bütün yuxarıda şərh edilənləri nəzərə alaraq, təklif edirik:
- Mirasdan məcburi pay almaq hüququ dünya praktikasına uyğunlaşdırılsın;
- Mirasdan məcburi pay almaq hüququ qanun üzrə birinci növ vərəsələr sırasından yalnız həddi-buluğa çatmamış (tələbə olan və əmək qabiliyyəti olmayan övladlar, eləcə də, əmək qabiliyyəti olmayan himayədə olanlar) üçün tanınsın;
- Mirasdan məcburi pay almaq hüququndan məhrum etmə (Mülki Məcəllənin 1203-cü maddəsi) institutu ləğv edilsin;
- Miras qoyanın sağlığında onunla yaşayan vəsiyyətnamə üzrə vərəsələrin yaşadıqları yaşayış sahəsindən (ev, mənzil, bağ evi və s.) və zəruri dolanışıq vasitəsi kimi istifadə etdikləri obyektlərdən (əmək vasitələri, qeyri-yaşayış sahələri və s.) məcburi pay almaq hüququnun həyata keçirilməsi üçün istifadə edilməsin. Bunun üçün zəruri payın məbləğinə uyğun pul kompensasiyası nəzərdə tutulsun və ya zəruri payın həcminin məhkəmə qaydasında azaldılması nəzərdə tutulsun;
- Məcburi pay hüququnun reallaşdırılması məqsədi ilə ata ocağının miras əmlak kimi hərracda satılması qəti qadağan edilsin. Bu, Mülki Məcəllənin 1303 və 1304-cü maddələrində nəzərdə tutulan hüquqi yanaşmaya da tamamilə uyğundur.
Maddə 1303. Yaşayış evini almaqda üstünlük hüququ
Miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır.
Maddə 1304. Vərəsələrin əmlak mənafelərinin nəzərə alınması
Üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər.
- Məcburi pay hüququnun real təmin edilə bilməməsi və ya bu hüququn təmin edilməsi nəticəsində ata ocağında qalan digər vərəsələrin mənzil hüquqlarının pozulacağı və ya dolanışıq vasitələrindən məhrum ediləcəkləri halında məcburi pay hüququnun ata ocağında daimi yaşamaq hüququ əldə edilməsi ilə əvəzlənməsi barədə norma nəzərdə tutulsun. Bu qayda, Türkiyənin vərəsəlik hüququnda da nəzərdə tutulmuşdur (Bax: Türk Mədəni Qanunu, Maddə 652).
08 mart 2009-cu il
Şox sağ olun.Mən vəsiyyətnamə haqqında məlumatlandım.
Salam ! Sualimi cavablandirsaniz sevinerem! Men 15 il bundan once payli mulkiyyetden 1 otaqli ev almisam. Evler plana dusen zaman satanin qohumu peyda olub ki, ev menimdi ,elindede cixarisi.onuda qeyd edim ki, mende kupca ile almisam,! Hemen insan meni mehkemeye verdi ki guya men bu evi yox heyetde diger evi almisam ve bu evi ise qeyri qanuni zebt etmisem,lakin 2 mehkeme menim xeyrime bitib , yeni onun subutu olmadigina gore.hal hazirda ise payin naturada bolgusu ile elaqedar butun paycilari mehkemeye verib,heyetdede ona ayrilacaq pay yoxdur.zehmet olmasa deyerdiniz bu iddiada birbasa menim ziyanima ne qerar cixa biler? Evvelceden tesekkurler
Bəs bu məntiqsiz qanun dəyişdirilməyəcək?
Əla yanaşmadır,əla təkliflərdir!
Salam menim atam rehmete gedikden sora ortuya bir ovladi cixib ve evden pasi vereselik alib bu nece olan bir seydi
Salam. Bir sual verim xayiş edirəm köməklik edəsiz…
Anam rəhmətə gedib, 3 uşağıq, mən anam ilə yaşayırdım, fiziki inkşafdan məhrum olmuş bacımada hal hazırda mən baxıram. qardaşım 4 ildir ki migrant kimi,siyasət yolu ilə Azərbaycan da yaşamaq dan imtina edərək, Almaniyaya köçüb. Qardaşıma vaxdı ilə Anam, 3 otaqlı mənzil verib,o da o mənzili satib. Hal hazirda mənnən tələb edirki, “Mən vərəsəyəm, və yerdə qalan hal hazırdakı evdən mənədə yarı pay düşür”
Birdə qeyd edimki, mirasa qalan evdə, nə biz 3 evladin, nədə anamin qeydiyyatı olmayıb,təkcə kupça anamın adınadı. Bacım öz paynı mənə həvalə edir(bağışayır). Qalırıq qardaşım ilə mən. Bilmək isdəyirəm ki, qanun ilə mənim qardaşıma bu paydan neçə faiz düşür? zəhmət olmasa sualımi cavablandıraraq yardım edərdiz. Çox saqolun.
6 cı punkdu yazan mənəm, Çinarə. Xayiş edirəm düzgün məlumat verə bilən şəxslər ibraqiovs.malaxat@yandex.ru mail – nə yazsın. Bir daha çox saqolun.
Salam,valideynlərim rəhmətə gedib.
Mən, və qardaşım ailəmizlə bu evdə qalmışıq ,bacım isə öz ailəsi ilə yaşayıb,hər ikimiz ailəvi övladla yaşamışıq bu evdə,sonradan qardaşımda rəhmətə gedib bu evdən qardaşımın ailəsinin payı var? Birdə bacımın payı varmı?
salam
Salam mene vesiyet edilib ve iki sahid var idi.Sahirin biri rehmete gedib bu veziyetde vesiyet pozulur?Yoxsa men neynemeliyem?
Salam size sualim var. Bizim evler qaynanamin adinadir qaynim ve yoldasimda veresedir ve eyni heyetde yasayiriq yoldasim vefat etdiyi halda ona dusen pay mene ve ovladlarima dusur yoxsa yox ???
Salam necəsiz ? Bizim ev qaynanamın adınadır qaynım və yoldaşım veresedir ve eyni həyətdə yaşayırıq yoldaşım vəfat etdiyi halda ona düşən pay mene ve övladlarıma düşür ? Həmçinin bir de o evde ucotdayiq uşaqlarımda mende zehmət olmasa cavablayardiz
XAHİŞ EDİRƏM. MÜRACİƏT EDİRƏM Kİ BAXİN İMDADİMA YETİŞİN.
Salam. Mənim anama sovet dövlət tərəfindən mənzil verildi lakin şərti bu ki çox uşaqlı yani 4 uşaqlı və ayriyətən də əkiz uşaqlara 2 otaq əlavə verilir dediler və verdiler. Anam qeydiyyata düşərkən çox uşaqlı və ayriyətən də əkiz uşaq adını da qeydiyyata saldı. Biz ailecek anam atam böyük bacım qardaşım və əkiz bacımla mən vardıq. Ona görə beş otaqlı mənzil verdiler. Əkizlər adına da ödül verdilər. Və sonra da kiçik bacım doguldu. 5 uşaqlı ailəyə 5 otaqlı mənzil verdilər. O zaman 1 evlat üçün verilmirdi . İki uşağa iki otaq,üç uşağa 3 otaq. Ancaq 4 uşaq çox sayılır və çox otaqlı ev verirlər. Eləcə də 4 uşaqdan ikisi əkiz olduysa iki otaq əkizlər adına verirlər. Və anam hal hazırda evində oturur.atam da yanında. Qardaşım evlənib atamdan qalan mirasdan oturur. Atam öz evini ona verib. Lakin qardaşımın oğlu qızı bizim evdə otururlar. .qardaşım isə ikinci dəfə evlənib və öz evində yaşayır. Yani bizim evdə qalmır.atanin verdiyi evdə qalır. Hal hazırda anam atam yasayir. Böyük bacım ilk evliliyindən bir qızı var və boşanıb anamın yanında qalırlar. İkinci evliliyinde de anamın evində qaldilar. Boşandı ama hele de bacım qızıyla birlikdə anamda qalir. Anam ona ev torpaq sahəsi aldı verdi. Maşın aldı verdi. Pul ,qirqizil, herşey verdi. İki dəfə də toy nişan herşey elədi . hərşeyinə kimi o baxır hələdə . Eləcə də boşandı. Hələ də anamın evində qalır .o haqqını çox alıb ama hele de ev tələb edir ondan. İlk əri satdı yedi hərşeyi. Ancaq hələdə anam onlara herşey edir. . Anam
Əkiz bacıma da herşey eledi. Əkiz Bacım evləndi getdi ,ayrı yaşayır. Hələdə kömək edir..
Kiçik bacım da evləndi ayrı yaşayır. Ancaq qızı bizim evdə oturur. Anam gil baxır. Məsələni qısa öz deyirəm.
Anam gil bugünə kimi hamısının xeyir şərinə çox pul verib. Söz ,nişan ,toy,xına, qır qızıl , cehiz və pul verib hamısına. Herbir dərdlərinə yaradı.
Ancaq mən doğulandan mənə köləsən bu evdə deyib durdu.
28 yaşıma kimi hərbir pisliklər gördüm ailəmdən.. Zülmlər yaşadım, qan uddum onlardan. Anam atamdan. . Məni evdən şiddət göstərərək dəfələrlə evdən qovdu. Gece 1 ə kimi evin altında məhləmdə durdum. Bəlkə qapını açar deyə. Ama açmadı.hetta döyərək yenə evdən qovdu. Adıma ləkələr sürdü . iftiralar atdı anam. Üstəlik mənə deyirdiki get küçədə qal.ne edirsən et amma evimdən uzaq dur. Get çöldə pis yola düş vecimə deyil. Sen bu evdə kvartirantsan dedi. Kirada qalırsan dedi. Qovdu. Cix get dedi. 28 ildir yaşadım ama boşuna yaşamadım. Hamballiqlarini elədim. Ağ günə çıxmadım. Ama içimdə ağladım. Hətta mənə sən mənim qızım deyilsən deyirdi dəfələrlə. Yani mən də evdən gedəcəm uzaqlara,amma bir daha da üzümü görməyəcəksən dedim. Söyüşlə beddua ilə evimdən get dedi. Bir gün bir adam çıxdı qarşıma . Tanış oldum. Onla bir müddət bir birimizi mesajla söhbət edirdik görüşdən. Ancaq . Çünkü başqa ölkədə yaşayan vətəndaş idi. Türk vətəndaşı idi. Geldim böyük bacima dedim. O da spioncu kimi anamı doldurdu. Geldi anam söydü ortaligi qatdi. Mən də dedim ki elçi gələcək. Məni istəyəcək. Ancaq imkanı sadəcə bir böyüyü olaraq sayısıyla gələcək dedim. Anam əvvəl yaxşı dedi . Gelsin dedi. O aralar hazırlandı yoldaşım sənədlər çıxarmaga başladı. Bir gün mənə qardaşım oğlu DEDİKİ mehleye gedək orda sinif yoldaşım var əkizlər. Daha qardaşım oğlu birinci sinifə yeni gedirdi. Yaxşı dedim. Tanış məhlə idi. böyük bacımın padruqasinin məhləsində böyük bacımı bir oğlanla sevgili halda gordum. Gizlicə orda görüşürlər. Gerisini açık demeyim. Geldim soruşdum kkmdi o? DEDİKİ bir yolu soruşur. Meyerse gəzdiyi adammış. Geldim anama dedim . Anamın da xəbəri var o məsələdən. Atam öyrənər ortalıq qarışar dedi. Və ən yaxşısı onu evdən qovub dedi. Və sənin toyunu edək dedi. Elə də elədi. Mənə şiddət uyguladı. Bəhanələr elədi döydü, qanlar içində küçəyə atdi. və daha nələr elədi. Dedimki yoldaşım sənədləri hazırlayır gelir. Anam DEDİKİ gəlməsin. Sene toy eləmirəm. Get evimdən. Harda qalırsan qal,ne edirsen et vecimə deyil. Atami da qıymaram sene toy zad eləməyə. Yetim kimi çıx get evimdən, evladliqdan da sildim səni dedi və qovdu məni küçəyə. Mən də evlənəcəyim yoldaşıma dedim hərşeyi. O da DEDİKİ onda sən gəl.hecne alma tek özün gəl dedi. Madem səni atdı, istəmirlər, mən əlimdən gələni herşey edəcəm , rəsmi nikah edəcəm, herşey alacam,cehiz alacam dedi. Kasıb ama əlindən gəldiyində dediklərini elədi. Mənə toyumu Həyat yoldaşım elədi, az çox cehiz də aldı. Üstəlik gəlinliyimi aldı . qızılını, hərşeyimi zamanla aldı da. ..lakin atam toyuma izsiz geldi. Gələndə heçbir masrafını,xercliklerimi çekmedi. Hecneyime pul ödəməsi. Toy-nişan eləmədi. Pul qızıl vermədi. Cehizimi almadı. Bir də bizdə qaldı 10 gün. Ona ad günü elədim də. Evimdə qaldı bir də ailəsinə hediyeler aldı,özünə damatliq kastyum aldı. İki çamadan dolu alışveriş elədi bacılarıma ailələrinə, qardaşım və ailələrinə. Özlərinə anama. Ancaq mənə heçnə ,heçbir xeyrimə pul vermədi. Hamıya necə olur ki herşey verir de, niyə mənə heçbir miras vermirlər?
Böyük bacım yenə anamdan 2- 3 otaqlı ev tələb edir. Qızıyla özünə. Qardaşım da yenə ev tələb edir oğlu üçün,. Anam indi mənə deyir ki sənə ev vermiyəcəm bu 5 otaqlı evdən sənə pay düşmür dedi. Bir tutturdu ki damada yani kürəkənə ev düşmür. Lakin kürəkən ev istəmədi. Ona şər atıb durdu bacım. Anam da təsdiqlədi onu.n yalanını. Yoldaşım DEDİKİ mən səndən ev istəmədim. Qızını sənlə barışdırmaq üçün gətirdim gör oğul Nəvəni və qızını. Sen açdın mevzuyu ki qızımdan başqa 4 uşaqlarıma herşey verdim .bir Günel üçün heçnə eləmədim dedi . Sonrada DEDİKİ, günelə Türkiyədə ev almaq üçün pul verəcəm. Biraz da pul verəcəm cehiz hərşeyimi alar. Elemediklerimin xərcini yani pulunu verəcəm,orda özünə ev alsın. Üstəlik maşın da alar. Arada biz ora gələndə maşınla bizi götürüb gəzdirər siz dedin. Anam da DEDİKİ hə dedim. Yoldaşım da DEDİKİ eee? Niyə mənə şər atırsan ki? Səndən mənə ev al demədimki,
Anam da hə doğrudur dedi. Yoldaşım da DEDİKİ sənə dəfələrlə dedimki sənə. qızına verəcəyin miras qızın olacaq . Mənlə heçbir əlaqəsi yoxdur. Ola bilməz də. Sadəcə qızına alacaqsan ki ,kira ödəmədən,eziyet çəkmədən huzurla uşaqlarını böyudərik dedim. O pulla uşaqların ehtiyaclarını alaram dedim, dedi yoldaşım. Hə dedi anam da.
Amma sonrada bu fikri planı anam gil orda düşünüb hilə gəlirlər mənə. Aldatmağa başladılar məni. Mən bezdim artıq. Mənim haqqımı anam böyük bacima və digər bacılarıma qardaşım və ailələrinə yedirir. Məni yenə hesabdan atır. Zərrə qədər mənə ev düşmür dedi. İki otaq böyük bacım pərvanəyə, iki otaq mənim özümə ,geri qalan pulla lazım olan yerə gedəcək dedi. Ama sənə ev almiyacam pulum yoxdur dedi. Sene ucuz qızıl iki ədəd alacam. Göstəriş verib durasan orada dedi. Ələ saldı məni. İnanın əsəbdən ciyərim yanır. Mən nə qədər insan kimi davransam, illərlə dəfələrlə evimə də gəldi aylarla qaldı anam, atam da həftələrlə qaldı. Ama Bakıya döndükdən sonra onlarin üzləri dəyişir. Mənimlə itə davranır kimi davranırlar.
Artıq yetər mən də o evin evladiyam,haqsızlığa illərdir,doğulandan yetim kimi böyüdüyümlə təsdiqlədilər. Anam atam olaraq bunu zülmü mənə yaşatdılar.
Artıq yetər. Haqqımı tələb edirəm, ancaq neler etmək olar?
Qanuna görə hərkəsdən fərqli x mənim haqqım var herseye. Çünkü heçnə görmedim onlardan. Sadece pisliklər yaşatdılar mənə. İndi deyirəm ki haqqımı almaq üçün nə etmək olar? Hem də artıqlamasıyla tələb edirəm. Üstəlik anam atam olduqları üçün , bunun həqiqətən də gerçək olduğunu bilmək istəyirəm. Qohumluq qan testi de tələb elemek üçün anadan atadan qan örnəkləri alinsin. Onun maddəsi nedir? Qanunu yolla hep olunsun. Bəlkə də həqiqətən mənim ailəm deyil bəlkə ? Bəlkə məni doğum xəstəxanadan alıblar? Semaşqa xəstəxanasında doğuldum mən.
.mın dəfə xahiş edirəm kömək edin . ədalət mənə də işləsin artıq. 9 cu ildir evliyəm. 3 evladım var, yoldaşım və mən kirada qalırıq,imkansızlıqdan evsiz kirada zulm çəkirəm. Artıq zülm çəkmək istəmirəm. Hörmətli dinləyicilər. Və Kömək edənlər. Mənə də kömək edin.
İmza: Çarəsiz bir qul.
Çaresiz insan.
06 Dekabr 2021 at 07:30

Bir de demek istəyirəm ki kənddə də torpaq aldı anam . Ustayla birlikdə daş daşıdım,su daşıdım kəndin yuxarı kənddən. Dağlar aşaraq gətirirdim. Ev hazır oldumu ,mənə DEDİKİ sənə heçnə düşmür. Şəhərdəki evdən də mənim haqqım var. Ondan da mənə heçnə düşmür dedi anam. Yetmədi atamın evi vardı,qardaşıma verdi. Üstəlik 12 dönümlük torpaq sahəsi var dəniz kənarında,ondan da iki dönüm oğluma verəcək dedi. İndi soruşdum ondan da oğluna pay yoxdur dedi . Özü demişdi mənə payı iki dönüm verəcəm. Sonrada vermirəm deyir. Üstəlik bugünəcən hər haqdan mənim də payım var ama vermir. Məni təhdid edirlər,seni ele eləmə ki evladliqdan silim atım deyirlər anam atam gil. Kömək edin hər bir mirasdan haqqımı alım.
İmza: Çarəsiz qul.