Əlaqə vasitələri

Əziz dostlar! Bu gündən etibarən sosial şəbəkələrdə gedən müzakirələrdə iştirak etməyəcəyəm.

Əziz dostlar!
Bu gündən etibarən sosial şəbəkələrdə gedən müzakirələrdə iştirak etməyəcəyəm.
Qərara gəldim ki, bundan sonra yalnız siz yazdıqlarınızı oxuyum, öyrənim.

Vaxt və imkan olsa, bu günədək keçdiyim həyat yolunda gördüklərim, iştirakçısı olduğum hadisələr, bildiklərim, eşitdiklərim haqqında, eləcə də hüquqi problemlərlə bağlı bir kitab yazım.

Böyük oğlum Qoşqar yaxşı məsləhət verdi: “facebook bağlansa, profilin oğurlansa “yaradıcılığın” da yox olacaq. Sənin bəyanatın yazacağın kitab olsun, ata”.
Ağıllı məsləhətə niyə də qulaq asmayım!

Bəlkə bizi də bir vaxt bu kitabla xatırlaya bilələr.

Hamınızı ALLAH(c.c)a əmanət edirəm.

 

11.11.2015

Loading