Hörmətli din xadimimiz Hacı Tale Bağırzadə ilə dünən saat 17-18-də Nardaranda görüşdüm. Şükr sağlam və ruhiyyəsi də yerində. Həbsi ilə bağlı yayılan xəbərlərin bəzi məkrli qüvvələr tərəfindən şəxsi niyyətləri üçün istifadə edildiyini bildirdi. Tezliklə tərəfdarlarına müraciət edəcəyini və təxribatlara uymamaq barədə çağırış edəcəyini bildirdi.
Ona və tərəfdarlarına qarşı yol verilən qanunsuzluqları, haqlarında “XƏZƏR TV”də aparılan çirkin böhtan təbliğatını qətiyyətlə pisləyirəm.