Əlaqə vasitələri

“Canım Bayrağımızı qaldırdığıma görə 1 il 3 ay həbsdə saxlandım” – FOTOLAR

“Rüşvət yığmaları cəhənnəm, bu həyatım BAYRAĞI qaldıranların ya özləri, ya da övladları şərlənərək həbs edilir…”

Milli Azadlıq Hərəkatının ən parlaq simalarından olan tanınmış hüquqşünas Qurban Məmmədov bu gün “Doğum Günü”nü qeyd etdiyimiz Canımızın bir parçasını – Üçrəngli Bayrağımızı vaxtilə qaldırdğına görə həbsə atılmasını Moderator.azvasitəsilə tarixi unudanlara və unutdurmağa çalışanlara bir daha xatırladır:
“25 noyabr 1989 – cu ildə, o vaxt “AXC bayrağı” kimi tanınan, Azərbaycan Demokratik Respublikasının BAYRAĞI olan indiki canım BAYRAĞIMIZI Sabirabad rayon İcraiyyə Komitəsinin üzərindəki sovet bayrağının yanına vurdurdum.
BAYRAĞI həm də Sabiradad rayonu, Lenin küçəsi – 94 ünvanında yerləşən, rəhmətlik Seyidov Mirnağı tərəfindən mənə əvəzsiz olaraq istifadəyə verilən həyət evinin damına da vurmuşdum. Qədirbilən əziz sabirabadlılar o günləri yaxşı xatırlayırlar.
12 iyul 1990 – cı ildə mən həbs edildikdən sonra polislər həyat yoldaşımdan bayrağı çıxarmağı tələb etsələr də, bu ürəyim BAYRAQ uzun müddət damın üstündə dalğalanmış, bir gecə polislər tərəfindən oğurlanmışdı.
25 sentyabr 1991 – ci ildə azadlığa buraxılan kimi yenidən gözüm BAYRAĞI damın üstünə qaldırdım.
M.Rəsulzadə demişdi axı: “Bir kərə yüksələn BAYRAQ bir daha enməz!”.
Bundan öncə 1989-cu ilin iyul ayında Sov. İKP sıralarını rəsmi olaraq tərk etdim, kommunist biletimi Sabirabad rayonunda təşkil etdiyim mitinqdə tonqalda yandırdım. Mənim arxamca yüzlərlə qeyrətli sabirabadlı da biletlərini toplayıb tonqala atdılar.
Bütün bunlara görə mənə ittiham verilmişdi.
Həbs müddətim rəhmətlik İsmət Qayıbov və Murad Babayev tərəfindən uzadılaraq, 1 il 3 ay həbsdə saxlandım.
Azadlığa çıxmağım Moskvada Yeltsinin hakimiyyətə gəlməyi ilə baş tutdu.
Yoxsa, mənə verilən bir maddədə (88-1) ölüm cəzası nəzərdə tutulurdu.
Uzun müddət bu barədə danışmamışam. Ancaq görürəm ki, bəziləri tarixi saxtalaşdırmağa çalışır. Bunu da bağışlamaq olar. Onsuz da faktların bizim müdafiəmizə ehtiyacı yoxdur. İngilislər demişkən: “faktlar amansız olur”.
Ancaq vaxtilə bu qanım BAYRAĞIN əleyhinə çıxanlar, onu qaldırdığımıza görə bizi həbs etdirənlər və həbs edənlər, ya özləri, ya da tör – töküntüləri bu gün həmin bəbəyim BAYRAĞIN kölgəsində rüşvət yığır, bizi təqib edir, bizə hökm oxudur, ya da oxudurlar..
Rüşvət yığmaları cəhənnəm, bu həyatım BAYRAĞI qaldıranlar, ya özləri, ya da övladları şərlənərək həbs edilir, təqib edilirlər, bu VƏTƏN onlara xor görülür.
Heç kimin və heç nəyin unudulmadığını indiki rejim sahiblərinə xatırlatmaq və  Azərbaycan gəncliyinə bildirmək istəyirəm.
09.11.2015 / Moderator.az
1 - Bayraq 2 - Bayraq 3 - Bayraq 4 - Bayraq 5 - Bayraq M.K.Babayev M.K.Babayev - 1 İsmət Qayıbov İsmət Qayıbov  - 1

Loading